Yeni TƏLİm texnologiyalari. FƏal və İnteraktiv təLİM Əhatə olunan məsələlər



Yüklə 1,42 Mb.
Pdf görüntüsü
səhifə6/11
tarix30.12.2019
ölçüsü1,42 Mb.
#30030
1   2   3   4   5   6   7   8   9   10   11
YENİ TƏLİM TEXNOLOGİYALARI.


  

Debatlar (çarpaz müzakirə) 

 

Debatlar (çarpaz müzakirə) hər bir kəsin müzakirədə iştirakını təmin edilməsi 

ilə nəticələnən xüsusi sxemdən istifadə edən strategiya formalarından biridir. 



Məqsəd: 

Diskussiyanın  yalnız  bir-birlərinə  opponentlik  (etiraz)  edən  tərəflərin  arasında 

keçdiyi mübahisə, müzakirə, rəy mübadiləsi kimi məlum formalarından fərqli olaraq, 

debatlar opponentini deyil, üçüncü tərəfi inandırma prosesini nəzərdə tutur. Üçüncü 

tərəfin  vəzifəsi  hər  bir  tərəfin  mövqeyini  dinləyib,  öz  seçimini  etməkdir.  Bu  seçim 

yalnız bir şeyə - “bu tərəf məni inandırdı!”- təsdiqinə əsaslanır. Beləliklə, debatlarda 

iştirak  edən  tərəflərin  əsas  məqsədi  öz  dəlil  və  sübutlarının  köməyi  ilə  üçüncü 

tərəfi  öz  mövqeyinin  düzgünlüyünə  inandırmaqdır.  Bu  prosesin  yekunları 

əsasında ona həmçinin ,qərarların qəbulu kimi baxmaq olar. 



Debat  prosesində  şagirdlər  aşağıdakı  bacarıq  və  keyfiyyətlərə  nail  ola 

bilərlər: 

 

mövzunun araşdırılması; 



 

əsas anlayışlarla iş; 

 dəlillərlə iş; 

 

“çarpaz sualların” hazırlanması; 



 natiqlik məharəti; 

 hamilik və ya qərarları necə qəbul etməli. 



Aiqoritm: 

1. Mövzunun  müəyyənləşdirilməsi.  Çarpaz  müzakirə  mətndə  qaldırılan 

məsələni açıqlayan, birmənalı cavab tələb edən sual (yəni elə bir sual ki, ona müsbət 

və  ya  mənfi  cavab  verilə  bilər)  hazırlanmasını  tələb  edir.  “Debatlarda”  mövzu  sual 

yox təsdiq formasında ifadə edilir. 



2. Rolların  müəyyənləşdirilməsi  (“A”  və  “B”  spiker  komandaları,  hakim, 

“taym-kipper”).  Debat  iştirakçıları  və  ya  debatçılar  çıxış  zamanı  spiker  adlanırlar. 

Debatlar  üçüncü  tərəfi  təmsil  edən  hakimlər  qarşısında  spiker  komandaları  (“A” 

mövqeyi və “B” mövqeyi) arasında keçirilir. 

a) Təsdiqedici  “A”  mövqeyinin  spikerləri  debatların  mövzusunu  onun  ifadə 

edildiyi kimi təsdiq edirlər 

b) Təkzibedici  “B”  mövqeyinin  spikerləri  “A”  mövqeyini  təkzib  etməyə 

borcludurlar-bu  onların  başlıca  vəzifəsidir.  Həm  də  onlar  təkzibetmədən  sonra  öz 

meyar və dəlillərini təklif edirlər. 

c) Hakimin vəzifəsi bu mövqelərdən hansının daha inandırıcı olduğunu öz şəxsi 

mövqeyindən asılı olmayaraq müəyyən etməkdir. 

d) Debatlar  prosesində  çixişların  vaxt  rejimini  təmin  edən  “taym-kipperlər” 

iştirak edirlər. 



3. Dəlillərin  hazırlanması.  Arqument  (dəlil)-  faktlar  əsasında  çıxarılan 

nəticədir;  mövzunun  tədqiqinin  nəticəsidir.  İştirakçılar-spikerlər  (cütlər  və  ya  kiçik 

qruplar)  sualın  müzakirəsinə  başlayır  və  əvvəlcə  müsbət,  sonra  mənfi  cavabları 

əsaslandıran 4-5 dəlil göstərirlər. Tərəflər öz mövqelərinin müdafıəsi üçün ən güclü 



arqumentləri  toplamalıdırlar.  Hər  qrupa  özlərinin  ən  yaxşı  arqumentlərini  müəyyən 

etmək üçün 7-8 dəqiqə vaxt ayrılır. 

Arqument üzərində iş prosesi aşağıdakı hərəkətlərdən ibarətdir: 

 arqument irəli sürülür; 

 arqument izah edilir; 

 

arqument sübut edilir; 



 nəticə çıxarılır. 

Hər  iki  cavaba  dair  dəlillərin  siyahıları  tamamlandıqdan  dərhal  sonra  qrupların 

hər  biri  digər  qrupla  öz  siyahılarını  tutuşdurur  və  hər  iki  qəbildən  olan  dəlilləri 

nəzərdən keçirirlər. 



4. Debat  və  çarpaz  suallar.  Sonra  iştirakçılardan  öz  mövqelərini  müəyyən 

etmək  və  iki  böyük  qrupa  bölünmək  xahiş  edilir.  Hər  2  tərəf  arasında  polemika 

(müzakirə) aparılır. Debatlar zamanı bir mövqeyin spikerlərinin suallarından və digər 

mövqeyin  spikerlərinin  cavablarından  ibarət  olan  və  xüsusi  fərqləndirən  raunddur. 

Debatların  spikerləri  arqumentləri  irəli  sürərkən,  sübut-dəlilləri-onların  mövqeyini 

təsdiq edən faktları, statistik göstəriciləri, mütəxəssislərin ekspert rəylərini də təqdim 

etməlidirlər. 

5. Nəticə  çıxarma  və  qiymətləndirmə.  Hakim  daha  inandırıcı  mövqelərdən 

çıxış edən komandanı seçir. O yalnız eşitdikləri əsasında nəticə çıxarır və öz seçimini 

edir.  Çox  vacibdir  ki,  o  öz  seçimini  etdikdən  sonra  onu  əsaslandıra  bilsin.  Verilən 

sualların  və  alınan  cavabların  keyfiyyəti  iştirakçıların  debatların  mövzusunu  nə 

dərəcədə dərindən və hərtərəfli mənimsədiklərini göstərir. Bu zaman həm də spikerin 

alınmış  cavabları  nə  dərəcədə  ustalıqla  opponentin  mövqeyini  zəiflətmək  və  öz 

mövqeyini gücləndirmək üçün istifadə edə bilməsi qiymətləndirilir. 

Şərtlər: 

1. 


Qrupda şagirdlərin sayı 20 nəfərdən çox olmamalıdır. 

2. 


Mövzu  qısaca  ifadə  edilən  zaman  aşağıdakı  prinsiplərə  riayət 

olunmalıdır. 

 

mövzu aktual olmalıdır; 



 

mövzu maraqlı olmalıdır; 

 

mövzu  “münaqişəli”  olmalıdır,  məsələn,  əgər  A  mövqeyi  mövcuddursa,  bu  o 



deməkdir ki, əks fikir də (B mövqeyi) mövcuddur; 

 

mövzu elə ifadə edilməlidir ki, heç kəs bir mövqeyin üstünlüyünü hiss etməsin; 



 

mövzu  nə  çox  dar,  nə  də  çox  geniş  olmalıdır.  Məsələn,  “Evtanasiya  xərçəng 

xəstəliyinə  tutulmuş  insanlar  üçün  leqallaşdırılmalıdır”-dar,  “Təhsil  rəsmi  dövlət 

dilində olmalıdır” isə geniş mövzudur. 

3. 

Hazırlıq  prosesində  debatçılar  idrak  prosesinin  mühüm  ünsürlərindən 



olan sualların ifadə texnikası və məharətinə yiyələnməlidirlər. 

4. 


Şagirdlərin  mənbələrlə  işləyə  bilməsi,  dəstək  və  sübutların  məntiqi, 

mövzuya, problemə uyğun seçilməsi vacibdir. 



Vasitələr:  Müzakirə  üçün  əvvəlcədən  hazırlanmış  suallar,  müxtəlif  məlumat 

mənbələri. 



Yarana biləcək problemlər: 

 

Ünsiyyət ilə bağlı problemlər (bir –birini dinləmək, şəxsi rəqabətin işə təsiri və 

s.) 

 

Müzakirənin uzanması, 



 

Artıq səs-küy, aqressivlik, 

 

Tolerantlığın olması, 



 

Mövzudan yayınmaq və yayındırmaq, 

 

Şagirdlərdə mövzu ilə bağlı məlumatın azlığı, 



 Kimin qərar çıxarma bacarığının zəifliyi. 

 

İnsert metodu 

 

 İnsert  səmərəli  mütaliə  və  təfəkkürün  inkişafı  üçün  interaktiv  qeydetmə 

sistemidir.  İşarələr  sistemindən  istifadə  edib  mətni  başa  düşmək  üçün  biliyini 

yoxlamaqla düzgün cavab axtarmaq üsulu. 

Yeni  dərsi  oxumamışdan  əvvəl  müəllim  şagirdləri  cütlərə  ayırır.  Beş  dəqiqə 

ərzində  onlardan  xahiş  edir  ki,  Hindistan  haqqında  nə  bilirlərsə,  təsəvvürlərinə 

gələnləri  qısa  şəkildə  yazsınlar.  Müəllim  bildirir  ki,  ola  bilsin,  sizin  yazdıqlarınız 

dəqiq  olmasın,  buna  bir  o  qədər  fikir  verməyin,  dərsin  gedişi  zamanı  düzəliş 

aparacağıq. Hindistan haqqında bildiklərinizi siyahı şəklində, alt-alta yazın. Cütlərdə 

iş  qurtardıqdan  sonra  bütün  sinif  müzakirəyə  başlayır.  Hindistan  haqqında 

məlumatlar lövhədə qeyd edilir və ümumiləşdirilir. Bundan sonra mətn paylanılır və 

oxutdurulur,  şagirdlərə  müraciət  edərək  müəllim  deyir:  “oxuduqca  səhifələrin 

kənarında işarələr qoyacaqsınız, işarələr aşağıdakı kimi olmalıdır”: 

1. Əvvəl  bildiyin  məlumatı  təsdiq  edən  informasiya  varsa,  qarşısında  (V) 

işarəsini qoy. 

2. Oxuduğun bir informasiya əvvəllər bildiyini inkar edirsə (-) işarəsi qoy. 

3. Rast gəldiyin informasiya sənin üçün təzədirsə (+) işarəsi ilə göstər. 

4. Haqqında  əlavə  məlumat  almaq  istədiyin  məsələ  varsa,  qabağında  (?)  işarəsi 

qoy. 


Sonra  qruplar  işarələr  qoyulmuş  informasiyaları  cədvəldə  kateqoriyalara 

aşağıdakı kimi ayırırlar. 

 





1.Hindistan İngil-



tərənin müstəm-ləkəsi 

olmuşdur. 

2.Hindistan şahmatın 

vətənidir. 

1.Elmə “O” işa-

rəsini hindlilər 

gətirib. 

2.Tac mahalı 

Təbrizli memar 

inşa edib. 

1. Avropada işlətdiyi-

miz rəqəmlərə ərəb 

rəqəmləri deyirlər, 

amma onları hindlilər 

kəşf ediblər. 

1.Hindistanda 

olan dinlər haq-

qında. 


2. Yoqa haqqın-

da. 


 

Bu cədvəli müəllim lövhədə çəkir və hər qrup öz yazdıqlarını orada qeyd edir. 

Bundan sonra sinif müzakirəyə başlayır. İlk məlumatla, yəni Hindistan haqqında 

bildikləri ilə mətni oxuduqdan sonra bildiklərini müzakirə edirlər. Bu metod çox vaxt 

tələb etdiyindən 2 dərsi bu strategiyaya həsr etmək olar. 


 

BİBÖ cədvəli 

 

Müəllim  dərsə  “beyin  həmləsi”  strategiyası  ilə  başlayır.  Şagirdləri  cütlərə 

ayırandan sonra sinfə sual verilir. 

Delfinlər haqqında nə bilirsiniz? 

Cütlər bu sual ətrafında işləyirlər. Bildiklərini kağıza qeyd edirlər. Həmin vaxt 

ərzində müəllim aşağıda verilmiş cədvəli yazı taxtasında çəkir. Cütlər verilən sualla 

əlaqədar  müəllimlə  öz  fikirlərini  bölüşürlər.  Ümumi  razılığa  gələrək  fikirlər  yazı 

taxtasındakı  cədvəldə  “Biz  nəyi  bilirik?”  sualı  altında  yazılır.  Sonra  müəllim  yeni 

sualla şagirdlərə müraciət edir. Delfinlər haqqında daha nələri bilmək istərdiniz? 

Şagirdlər  yenə  də  öz  aralarında  fikir  mübadiləsi  edir  və  hər  qrup  öz  fikrini 

söyləyərək yazı lövhəsindəki cədvəldə qeyd edirlər. 

 

 

Bildiklərimiz 



İstəyirik bilək 

Öyrəndiklərimiz 

1.Təlim 

olunmağa 

meyllidirlər. 

2.Məməlilər 

sinfinə aiddir. 

3.Xəzər 


dənizində 

yaşamır. 

1.Çoxalması 

haqqında 

 

2.Daha hansı 



dənizlərdə 

yaşayırlar? 

 

 

Müəllim mətni şagirdlərə paylayır. Mətni oxuduqca şagirdlər Öyrəndiklərimiz? 



sualına cavab axtarırlar və öz cədvəllərində qeyd edirlər. 

Mətni  oxuduqdan  sonra  qruplar  yeni  öyrəndiklərini  yazı  taxtasındakı  cədvəldə 

qeyd edirlər. 

 

Bildiklərimiz 



İstəyirik bilək 

Öyrəndiklərimiz 

1.Təlim olunmağa meyil-

lidirlər. 

2.Məməlilər sinfinə aiddir. 

3.Xəzər dənizində yaşamır. 

1.Çoxalması haqqında 

 

2.Daha hansı dənizlərdə 



yaşayırlar? 

1. Nisbətən şüurludur. 

 

Sonra  müəllim  şagirdlərdən  soruşur.  Əvvəlcə  sual  vermədikləri  daha  hansı 



informasiyaya  rast  gəldilər?.  Cavabsız  qalmış  sualların  cavablarını  haradan  tapmaq, 

bunu necə etmək lazımdır və s. müzakirə edilir. Müəllim öz fikrini söyləyir və dərsi 

yekunlaşdırır. 

 

İstiqamətləndirilmiş mühazirə 

 

Dərsin  əvvəlində  müəllim  mövzunu  elan  edir.  Məsələn,  mövzu  “Avstraliyanın 



kəşfi” adlanır. Sonra müəllim sinfi qruplara ayırır və şagirdlərə təklif edir ki, mövzu 

üzrə bildiklərini yada salsınlar və siyahı hazırlasınlar. Bunun üçün ağ vərəqdə cədvəl 

çəkilir, vərəqin bir tərəfində “Avropa Avstraliyaya nə verib”, o biri tərəfində “Avstra-

liya Avropaya nə verib?” suallarını yazmaq lazımdır. Verilən vaxt ərzində qruplar bu 

suallarla əlaqədar fikir mübadiləsi edir və öz vərəqlərində qeydiyyat aparırlar. 



 

Avropa Avstraliyaya nə verib, hansı yeni 

biliklər əldə ediləcək? 

Avstraliya Avropaya nə verib? 

1. 

2. 


1. 

2. 


 

Qruplarda iş bitdikdən sonra müəllim bütün siniflə müzakirə aparır, şagirdlərin 

fikirlərini  ümumiləşdirir  və  lövhədəki  cədvəldə  qeyd  edir.  Şagirdlərə  bildirir  ki, 

mühazirənin məzmunu ilə siyahını müzakirə edəcəklər, diqqətli olsunlar. 

Müəllim  mətnin  I  hissəsini  10-15  dəqiqə  ərzində  mühazirə  edir  (mühazirə  15 

dəqiqədən çox olduqda şagirdlərin fikri yayınır, müəllimi dinləmirlər). Mühazirənin I 

hissəsi bitdikdən sonra müəllim şagirdlərdən xahiş edir ki, mövzu haqda öz fikirlərini 

indicə  mühazirədə  eşitdikləri  informasiya  ilə  müqayisə  edib  qeydlərində  düzəliş 

etsinlər  və  lövhədəki  cədvəldə  qruplar  qeyd  edir,  fikirlərini  söyləyirlər. 

Yazdıqlarından  hansı  düz  çıxdı,  hansı  səhvdir.  Müəllim  şagirdlərə  çatdırmalıdır  ki, 

mühazirənin  II  hissəsində  onları  maraqlandıran,  lakin  I  hissədə  cavab  tapmadıqları 

suallara rast gələcəklər. 

Müəllim mühazirənin II hissəsini oxuyur. Mühazirə bitdikdən sonra o şagirdlərə 

müraciət edir ki, yeni öyrəndiklərinizi cədvəldə qeyd edin. Dərsin sonunda şagirdlərə 

5  dəqiqəlik  esse  (sərbəst  yazı)  yazmaq  tapşırılır.  Yəni  şagirdlər  Avropaya 

Avstraliyanın təsiri haqqında öz fikirlərini qısa şəkildə vərəqə qeyd edirlər. Əgər vaxt 

varsa, sinifdə yazırlar, vaxt yoxdursa, evdə yazıb gətirirlər, müəllim yazıları yığır və 

onlarla tanış olur. Müəllim mütləq bu esselər haqqında öz fikrini bildirməlidir. 

 

Klaster (şaxələndirmə) 

 

Klaster hər hansı bir mövzu və ya fikrin mümkün qədər açılmasına, şagirdlərin bu 

ətrafda  geniş,  sərbəst  düşünməsinə  şərait  yaradan  metoddur.  Şaxələndirmə 

strategiyasından  həm  düşünməyə  yönəltmə,  həm  də  düşünmə  mərhələsində  istifadə 

etmək olar. Dərsin əvvəlində, mövzu ətraflı öyrənilməmişdən qabaq şagirdlərin fikrini 

cəmləşdirmək və əvvəlki biliklərini yada salmaq üçün istifadə oluna bilər. Bu metodun 

tətbiqi zamanı fikirdən fikir, mövzudan mövzu doğur, yeni assosiasiyaların yaranması 

imkanı genişlənir. Klaster metodu həm fərdi, cütlərdə, həm də qrupla həyata keçirilə 

bilər. Onun tətbiqi çox sadə və yadda qalandır. Şaxələndirməni həyata keçirmək üçün: 

1.İri ağ kağız götürülür. 

2.Kağızın mərkəzində söz, hər hansı fənnə aid termin, cümlə və s. yazılır. 

3.Həmin sözdən şaxələr ayrılır və yeni fikirlər yazılır. 

Düşünməyə  yönəltmə  zamanı  şagirdlər  mövzusu  ilə  əlaqədar  bildiklərini 

yadlarına salırlar. Yəni onlar klasteri işlədilər və hər qrup öz işini sinfə təqdim etdi. 

Sonra isə konkret mövzu verilir, şagirdlər həmin mövzu ilə tanış olurlar. 


Ola  bilsin  ki,  müəllim  tətbiq  etmədə,  yəni  düşünmə  mərhələsində  də  klaster 

metodundan  istifadə  etsin.  Mətndən  aldığı  yeni  bilikləri  klasterdə  qeyd  etsinlər.  Bu 

zaman onlar qeydlərini yaxşı olardı ki, başqa rəngli qələmlə etsinlər (Əvvəlki bilikləri 

yeni  aldığı  bilikdən  ayırmaq  məqsədi  ilə).  Bu  metoddan  istənilən  fənnin  tədrisi  za-

manı istifadə etmək əlverişlidir. 

 

Ziq-zaq metodu 

 

Əvvəlcə şagirdləri dörd nəfərlik qruplara bölün. Qruplar müəyyənləşdirildikdən 

sonra hər bir qrupdakı şagirdlərə təklif edin ki, hərəsi bir rəqəm söyləməklə 1-dən 4-ə 

qədər saysınlar. Beləliklə, hər bir kəsin söylədiyi rəqəm onun nömrəsi olacaqdır. 

Sonra  şagirdlərə  mətn  verilir.  İzah  edilir  ki,  mətni  araşdırmaq,  məzmunu  dərk 

etmək və məğzinə varmaq lazımdır. 

Şagirdlərin  diqqətinə  çatdırmaq  lazımdır  ki,  mətn  4  hissəyə  bölünmüşdür.  Hər 

bir  qrupdakı  1  nömrəli  iştirakçı  birinci  hissə,  2  nömrəli  iştirakçı  ikinci  hissə,  3 

nömrəli iştirakçı üçüncü, 4 nömrəli iştirakçı dördüncü hissə üçün cavabdeh olacaqlar. 

Bu qaydanı izah etdikdən sonra şagirdlərdən xahiş edin ki, eyni nömrəli iştirakçılar 

bir yerə toplansınlar. Eyni nömrəli iştirakçılardan təşkil olunmuş qruplar indi ekspert 

qrupları  adlanır,  onların  vəzifəsi,  mətnin  öhdələrinə  düşən  hissəsinin  materialını 

diqqətlə öyrənməkdən ibarətdir. Onlar həmin hissəni oxumalı, məzmununu müzakirə 

etməli və materialı lazımınca qavramalıdırlar. Ekspert qrupunun hər bir üzvü öyrən-

diyi  hissənin  materialını  dərsin  əvvəlində  yaranmış  qrupun  üzvlərinə  izah  etməlidir. 

Şagirdlərə  çatdırmaq  lazımdır  ki,  sonradan  onların  bəzilərinə  öyrəndikləri  hissəni 

bütün sinfə izah etmək təkilf olunacaq. Ekspert qruplarının işi başa çatdıqdan sonra, 

onlar öz əvvəlki qruplarına qayıdıb materialın məzmununu həmkarlarına izah edirlər. 

Şagirdlər bilməlidirlər ki, yekunda bütün qrup üzvlərinin materialın məzmununu tam 

mənimsəmələri zəruridir. 

Bu  metoddan  istifadə  zamanı  müəllim  əvvəlcədən  mövzunu  4  hissəyə  (hissəyə 

ayırmaq qrupların sayından asılıdır) ayırır. Məsələn, mövzu: Azərbaycan. Bu zaman 

onun coğrafi mövqeyi və təbii şəraiti – birinci; relyefi - ikinci; iqlimi və daxili suları - 

üçüncü; əhalisi və nəqliyyatı - dördüncü ekspert qrupuna tapşırılır. Hər ekspert qrupu 

ona  düşən  hissəni  öyrənir,  müzakirə  edir,  sonra  əvvəlki  qruplara  qayıdır,  orada 

öyrəndikləri hissəni qrup üzvlərinə izah edirlər. Beləliklə, mövzunun hər bir hissəsi 

haqqında qrupun hər bir üzvü bilik alır və o barədə qrup üzvlərinə məlumat verir. 

İlkin  qrup  üzvləri  qeydlər  etməli,  meydana  çıxan  sualları  yazmalı,  sonra  bu 

suallar hər bir hissə üçün məsul olan ekspertlərə ünvanlanmalıdır. 

Müəllim  informasiyanın  dəqiq  verildiyinə  və  qarşıya  çıxan  sualların  düzgün 

cavablandırıldığına əmin olmalı və nəzarət etməlidir. 

 

Dəyirmi masa 



 

Müəllim  sinfi  qruplara  bölür.  Hər  qrupa  bir  vatman  kağızı  və  qrupun 

şagirdlərinin sayı qədər rəngli flamaster verir. Hər şagird ona verilən rəngli flamaster 

ilə yazmalıdır. 



Yazılı “Dəyirmi masa” elə metoddur ki, bu zaman vərəq qrupun daxilində dairə 

üzrə daim bir nəfərdən digərinə ötürülür. Məsələn, müəllim mövzuya aid hansısa bir 

fikri yazır, sonra şagird öz fikirlərini əlavə edərək vərəqi sol tərəfdəki “qonşusuna” 

verir.  O  da öz növbəsində  bu  fikrə  yeni mülahizələr  əlavə  edir  və  vərəqi başqasına 

ötürür. Şagirdlərin hər biri öz fikirlərini ayrı rəngli qələmlə və ya flamasterlə yazırlar. 

Bu  zahirən  bütün  şagirdlərin  yoldaşlarından  geri  qalmamaq  hissini  gücləndirir  və 

müəllimə  imkan  verir  ki,  mövzunun  hər  bir  şagird  tərəfindən  mənimsənilməsini  və 

hər bir kəsin nə dərəcədə iştirak etdiyini müəyyənləşdirsin. 

Məsələn, ədəbiyyat dərsində Nizami Gəncəvinin yaradıcılığı mövzusunun tədrisi 

zamanı müəllim vatmanda bir söz yazır: “Xəmsə”. Qrupun üzvlərinin hər biri sıra ilə 

öz  əlavələrini  edirlər.  Şagirdin  biri  yazır  “Beşlik”,  digəri  “Sirlər  xəzinəsi”,  o  biri 

“Leyli və məcnun” və s. beləliklə, bütün üzvlər xəmsə ilə əlaqədar bildiklərini sıra ilə 

qeyd  edirlər.  Qruplar  işlərini  bitirdikdən  sonra  hər  qrup  öz  işini  təqdim  edir.  Hansı 

qrupun mövzunu nə dərəcədə mənimsəməsi aydın olur. Sonda müəllim ümumi nəticə 

çıxarır. 

Bu metoddan bütün fənlərin tədrisində istifadə etmək olar. 



 

                                Qrafik göstəricilər 

 

Tədris  zamanı  zehni  prosesləri  əyaniləşdirmək  üçün  qrafik  göstəricilərdən 

istifadə  edilir.  Konseptual  cədvəllər,  T-sxemlər  və  Venn  diaqramı  qrafik 

göstəricilərin ən səmərəli formalarıdır. 

 

Konseptual cədvəl 

 

Bu  üsul  üç  və  ya  daha  çox  obyekt,  yaxud  cəhətin  müqayisəsi  nəzərdə  tutulan 



zaman səmərəli sayılır. Cədvəli düzəltmək üçün vərəqin sol tərəfində, şaquli qrafada 

müqayisə  ediləcək  obyektlər,  üfüqi  qrafalarda  isə  onların  müqayisə  olunacaq 

xüsusiyyətləri  göstərilir.  Konseptual  cədvəldən  ədəbiyyat  dərslərində  surətləri, 

müxtəlif peşələri müqayisə edərkən istifadə etmək olar. Bu cədvəldən yazı işləri üçün 

hazırlıq  mərhələsində,  ibtidai  sinifdə  və  dil-ədəbiyyat  dərslərində  də  istifadə  etmək 

olar. 


Ədəbiyyat  dərslərində  müqayisə  ediləcək  cəhətlərə  hansı  aspektdən  yanaşmağı 

müəllim aydınlaşdırmalıdır. Cədvəldə mövzu ilə əlaqədar dəyişiklik edə bilər. 



 

T-Sxemlər 

 

Müzakirə  zamanı  müsbət-mənfi  cavablar  üçün  (razıyam,  etiraz  edirəm),  yaxud 

müqayisəli  fikirlərin  qeyd  edilməsi  üçün  T-sxemlər  adlanan  qrafik  göstəricilərdən 

istifadə  olunur.  Müəllim  müəyyən  bir  mətni  şagirdlərə  verir,  onlar  razıyam  və  ya 

etiraz edirəm prinsipi ilə oxuyurlar və aşağıdakı kimi cədvəl tərtib edirlər. (Yaxşı olar 

ki, mövzu Qarabağ hadisələri, qaçqınlar haqqında olsun). 

 

Yuxarı Qarabağı Azərbaycandan ayırmaq 



olmaz (səbəblər) 

Yuxarı Qarabağı Azərbaycandan ayırmaq 

olar (səbəblər) 


1. Azərbaycanın tarixi ərazisidir. 

2. Ermənilər bura köçürülüblər. 

 (XIX əsrin I yarısında)  

3.və s. 


1. 

2. 


3. 

 

Cədvəl  tərtibindən  sonra  iş  cütlərlə  gedir.  10  dəqiqə  vaxt  verilir  ki,  səbəblər 



yazılsın, birinci 5 dəqiqə ərzində cədvəlin sol tərəfində qoyulan suala cavablar yazılır, 

ikinci  5  dəqiqə  ərzində  isə  cədvəlin  sağ  tərəfindəki  sualla  əlaqədar  səbəblər  yazılır. 

Sonra hər cüt özünə yaxın olan cütlə fikir mübadiləsi edir. Axırda müəllim yazı löv-

həsində bütün sinif üçün T- sxemi tərtib edir, bütün cütlərin fikirlərini ümumiləşdirir 

və nəticə çıxarır. 

 

Semantik əlamətlərin təhlili 

 

Semantika  fransızca  “semantiq”ue,  yunanca  semantikos  –  işarə  edən,  “sema” 



işarə  deməkdir,  semantikanın  tədqiqat  obyekti  işarənin  (sözün)  üçüncüsünün 

(işarələyən,  denotat,  işarələnən)  vəhdətidir.  İşarələyən  (zahiri  ünsür,  səslərin  yaxud 

qrafik işarələrin ardıcıllığı) denotat (adlandıran predmet və gerçəklik hadisələri) işa-

rələnənlə  (predmet  və  hadisələrin  insan  şüurunda  əksi)  bağlıdır.  Bu  üç  əlaqə 

semantikanın məna kateqoriyasını təşkil edir. 

Bu  strategiyadan  şagirdlərdə  əsas  biliklərin  formalaşdırılması  və  inkişafı  üçün 

istifadə etmək olar. Semantik əlamətlərin təhlili metodu şagirdlər üçün tanış olmayan 

mövzunun tədrisi  zamanı  daha  əhəmiyyətlidir.  Bu  metodun  tətbiqi  zamanı  keçilmiş 

mövzu ilə yeni mövzu müqayisə edilir. 

Bunun  üçün  müəllim  yazı  lövhəsində  sxem  çəkir.  Sxemin  sol  tərəfində 

yuxarıdan  aşağıya  üç  müqayisə  olunacaq  obyektin  adı  yazılır.  Kağızın  yuxarı 

hissəsində,  soldan  sağa  müqayisə  olunan  xüsusiyyətlər  yazılır.  Şagirdlər  də  bunu 

özləri üçün qeyd edirlər, uşaqlar iki və ya üç tanış obyekti müqayisə edərək, semantik 

əlamətlərin altında hər bir obyektə müvafik işarə və qeydlər qoyurlar. (“Hə” üçün +, 

“yox”  üçün  -,  tam  əmin  olmadıqları  üçün  ?  işarəsi  qoyurlar).  Məsələn,  aşağıdakı 

cədvəldə göstərildiyi kimi: 



 

 

 



Ölkələr 

Harada yerləşir 

Sərvətləri 

Konsorsu


ma 

qoşulması 

barədə 

Avrop


Asiy


Afrik


nef


qızı


kömü


 

1.Azərbayc



an 

2.Türkiyə 

3.Norveç 















 

Bundan  sonra  şagirdlər  mütaliə  yolu  ilə  mətni  öyrənməyə  başlayırlar  və 



müzakirə  edirlər.  Mətnlə  tanış  olduqdan  sonra  lazım  gəlsə  öz  sxemlərində  düzəliş 

aparırlar.  Sonda  müəllim  özünün  hazırladığı  sxem  üzərində  şagirdlərin  köməyi  ilə 

düzəliş edir və ya cavabları təsdiq edir. 


Yüklə 1,42 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin