Yeni TƏLİm texnologiyalari. FƏal və İnteraktiv təLİM Əhatə olunan məsələlər



Yüklə 1,42 Mb.
Pdf görüntüsü
səhifə3/11
tarix30.12.2019
ölçüsü1,42 Mb.
#30030
1   2   3   4   5   6   7   8   9   10   11
YENİ TƏLİM TEXNOLOGİYALARI.


 

Sinif otağının təşkili formaları 

                              “Sinif” 

 

 

 

 

 

 

 

 “Kafe” 

   

 

                  

 

 

 

 

 

 

 

                                                                                                                                                

 

 

“U” forması                                    ”Dairə” 

   

 

 

 

 

 

   

 

  

          

 

 

Yazı taxtası 

Yazı taxtası 

 

Yazı taxtası 



Yazı taxtası 

Yeni  təlim  texnologiyaları  ilə  keçirilən  dərslərin  üstün  cəhətlərindən  biri 

şagirdləri  sosial  cəhətdən  inkişaf  etdirməkdir.  Belə  dərslərdə  təşkil  edilən 

kooperativlər  (qruplar)  şagirdlərin  sosial  formalaşmasında  mühüm  rol  oynayırlar. 

Qrupu təşkil edən şagirdlər arasında yaranan münasibət, ünsiyyət, qrupdaxili davranış 

qaydaları  ilə  tənzimlənir.  Belə  qaydalar  şagirdlərin  əxlaqi-mənəvi  cəhətdən  for-

malaşmalarında gərəkli rol oynayır. Qrup davranış qaydaları aşağıdakı kimidir: 

- Qrupu təşkil edən üzvlərin vəzifələrini düzgün müəyyənləşdirmək; 

Qrup liderini seçmək; 



- Qrupun hər bir üzvünün fikirlərinə hörmətlə yanaşmaq və dinləmək; 

- Hər kəsin öz şəxsi fikrini söyləməsi üçün imkan yaratmaq; 

- Problemin həlli üçün birgə yollar axtarmaq

Qrup işində fəallıq göstərmək; 



Artıq  hərəkətlərə  yol  vermədən  müəllimin  verdiyi  mövzu  ətrafında 

müzakirələrdə iştirak etmək; 

Söylənilən fərdi fikrin elmiliyinə diqqət yetirmək; 



- Digər şagirdlərlə ünsiyyətdə yüksək mədəniyyət göstərmək. 

 

 

5. İnteraktiv təlim metodu ilə keçilən dərslərin 

mərhələləri və səciyyəvi xüsusisiyyətləri 

 

İnteraktiv təlim metodu ilə keçilən dərs bir neçə bir-birilə üzvi şəkildə bağlı olan 

mərhələlərdən ibarətdir. Həmin mərhələləri aşağıdakı kimi qruplaşdırmaq olar: 

Dərsin I mərhələsi - “Motivasiya, probleminin qoyulması” adlanır. 

Hər  bir  dərsin  əvvəlində  tədqiqatı  başlamaq  üçün  problem  müəyyənləşdirmək 

lazımdır. Yəni mövzu ətrafında problem qoyulmalıdır. Əsl problem həmişə çoxsaylı 

fərziyyələr,  ehtimallar  doğurur  və  bunları  da  yoxlamaq  üçün  ilk  növbədə  tədqiqat 

sualları  formalaşdırılmalıdır.  Məhz  tədqiqat  sualı  yeni  biliklərin  kəşfinə  aparan 

bələdçi,  “yolgöstərən  ulduz”  rolunu  oynayır.  İnteraktiv  təlimin  ilk  mexanizminə 

əsasən  məhz  problemin  olması  şagirdlərin  idrak  fəallığının  yaranmasının  başlıca 

addımı olur. 

Bəs  nə  üçün  biz  dərsin  bu  mərhələsini  motivasiya  adlandırırıq?  Psixoloji  amil 

kimi  motivasiya  hər  hansı  fəaliyyətin  mexanizmini  işə  salan  sövqedici,  təhrikedici 

qüvvədir. Motivasiya qismində ortaya gətirilmiş problem və  onun həlli tələbatı fəal 

dərsdə  təfəkkür  prosesini  işləməyə  sövq  edən  və  şagirdlərin  idrak  fəallığını  artıran 

amil kimi çıxış edir. 

Bu  prosesin  ən  mühüm  nailiyyətlərindən  biri  düşünmənin  sərbəstliyi  və 

müstəqilliyidir:  Uşaq  öz  fikrini  "Zənnimcə…",  "Mənə  belə  gəlir  ki,…",  "Mən  belə 

hesab edirəm ki,…" sözlərindən istifadə etməklə ifadə edir. 



Motivasiya mərhələsi aşağıdakı hissələrdən ibarətdir: 

 

Problemi qoymaq üçün sual və ya tapşırıq verilir; 

 

Yönəldici suallar təklif olunur; 

  Fərziyyələr irəli sürülür



Motivasiyanı yaradan amillər sırasında aşağıdakılar da vardır: 

 

Müxtəlif fərziyyələri yaradan problem situasiya; 



 

Obyektin  xüsusiyyətləri  (qeyri-adilik,  sərbəst  düşüncə  və  maraq  yaradan 



xüsusiyyət); 

  Tədqiqat imkanının olması; 

 

Yaradıcılıq imkanının olması. 



Motivasiya  əsasən  iki  prinsip  əsasında  qurulur:  1)  problemlilik                        

2) məqsədyönlülük.  

Motivasiya dərsin təlim nəticələri ilə uzlaşmalıdır. Motivasiyanı qurmamışdan 

əvvəl  “Alt  standartlar”,  sonra  isə  “Dərsin  təlim  nəticələri”  müəyyən  olunmalıdır. 

Tədqiqat  sualı  motivasiyanın  nəticəsində  yaranır.  Motivasiya  qısa  və  mərhələli  ola 

bilər. Qısa motivasiya yalnız bir tədqiqat sualından ibarət olur. Mərhələli motivasiya 

ən azı iki mərhələni özündə ehtiva edir.  

Bir  daha  vurğulayaq  ki,yönəldici  suallar,  tapşırıqlar  təlim  nəticələrinə 

yönəldilir,şagidlərin  dərsin  aktiv  imkandaşıyıcılarına  çevrilməsi  üçün  təsiredici 

amillər    daha  da  gücləndirilmiş  olur.  Tədqiqat  sualını  tərtib  etmək  üçün  müəllim 

öncə,  dərsin  sonunda  olan  ümumiləşdirməni  müəyyən  etməlidir.  Motivasiya 

mərhələsi  tədqiqat  sualına  uyğun  irəli  sürülən  fərziyyələr  ilə  bitir.  Dərsin  sonunda 

ona qayıtmaq vacibdir.  Motivasiyanın nəticəsi olan tədqiqat sualı təlim nəticələrinə 

xidmət  etməlidir.  Bu  prosesdə  dərsin  mövzusu  yalnız  vasitə  rolunu  oynayır.  Mövzu 

vasitə olsa da, müəyyən hallarda motivasiyanın məzmununa təsir edə bilir.  

Motivasiyanın yaradılması üçün iş planı belədir

1.  Dərsin mövzusunu müəyyənləşdirmək; 

2.  Dərsin gözlənilən təlim nəticələrini diqqət mərkəzinə çəkmək; 

3.  Dərsin sonunda şagirdlərin hansı nəticələrə (ümumiləşdirmələrə) gələcəklərini 

dürüstləşdirmək (müəyyənləşdirmək); 

4.  Dərsin  nəticələrinə  uyğun  olaraq  tədqiqat  sualını  düzgün  (şagirdlərin  anlaq 

səviyyələrini nəzərə almaqla)müəyyənləşdirmək, ifadə etmək; 

5.  Problem 

situasiyasının 

yaradılması 

üçün 

tapşırıqları 



– 

sualları,məsələləri,çalışmaları və s. hazırlamaq. 



Motivasiyanın  yaradılmasının  bütün  mümkün  yollarını  üç  əsas  qrupa 

bölmək olar: 

1.  Rəmzi  (simvolik)  materialın  şərhi  (müəllim  bu  materialı  təqdim  edərkən 

şagirdlərə  aşağıdakı  suallara  cavab  verməyi  təklif  edir:  “Bu  nəyi  bildirir?”, 

“Bunun bizim öyrəndiyimiz mövzuya nə kimi aidiyyəti var?”). 

2.  Sual  verməyə  həvəsləndirmə.  Təfəkkürü  aktuallaşdıran  sualların  3 

növündən istifadə etmək faydalıdır: 

 

Öyrənilən mövzu üzrə naməlum olan məsələləri müəyyənləşdirən suallar – “.... 



haqqında  biz  nəyi  bilirik  və  nəyi  bilmirik?....”.  Sualvermə  zamanı  müəllim 

fasilitasiyanın  köməyi  ilə  şagirdlərin  təfəkkürünü  lazımi  məcraya  yönəldir. 

Suallar verilib qurtarıldıqdan sonra onların arasından aparılan tədqiqata uyğun 

olanları  seçib  ayırırlar.  Müəllimə  yalnız  bu  qalır  ki,  tədqiqat  sualını 

dəqiqləşdirmək  üçün  şagirdləri  sözügedən  sualı  daha  dürüst  ifadə  etməyə 

yönəltsin. 

 

Açıq suallardan (iki və daha çox cavab variantı olan suallardan) istifadə olunur. 



 

Öyrənilən mövzuya aid suallar açar sözlərin köməyi ilə verilir (açar sözlər – 



xassələr,  xüsusiyyətlər,  funksiya,  növlər,  tiplər,  rol,  əhəmiyyət,  səbəb,  nəticə, 

əlaqə, qarşılıqlı əlaqə, qüsur və üstünlük, struktur, qayda və s.). 

3.  Problemin  müxtəlif  yollarla  həll  edilməsi  (məsələn,  müxtəlif  yollarla  təsnif 

edilməsi, məsələnin müxtəlif üsullarla uğurlu həlli  və s.). 

Motivasiyanı qiymətləndirmək üçün aşağıdakı meyarlara istinad olunur: 

 

Motivasiyanın məqsədəuyğunluğu; 



  Motivasiya nəticəsində problemin və müxtəlif fərziyyələrin yaranması; 

 

Motivasiyanın yığcamlığı, qısa vaxt ərzində həyata keçirilməsi; 



 

Onun hazırlanmasına müəllimin az vaxt və qüvvə sərf etməsi; 

 

Uşaqlar  tərəfindən  orta  çətinliklə  dərk  edilməsi  (onların  yaş  və  bilik 



səviyyəsinin nəzərə alınması).  

 

Dərsin II mərhələsi – “Tədqiqatın aparılması” adlanır. 

Problemin  həlli  üzrə  irəli  sürülən  fərziyyələri  təsdiq  və  ya  təkzib  edən,  habelə 

qoyulan  tədqiqat  sualına  cavab  verməyə  kömək  edə  biləcək  faktları  tapmaq  zərurəti 



ortaya çıxır. Buna – şagirdləri irəli sürülmüş problemin həllinə məqsədyönlü şəkildə 

aparan,  özündə  yeni  informasiyanı  və  yeni  sualları  daşıyan  müxtəlif  çalışmalar  kö-

mək  etməlidir.  Məhz  yeni  faktların  öyrənilməsi  və  bu  suallara  cavabların  tapılması 

gedişində düşünmək və yeni bilgiləri kəşf etmək üçün münasib şərait yaranır. 

 

Bunun üçün problem fərziyyələrlə həll edilməyə başlayır. 



 

 

 



 

 

 

 

 

 



 

 

 



 

 

 



 

Tədqiqat  müxtəlif  formalarda:  bütün  siniflə  birgə,  kiçik  qruplarda,  cütlük 

şəklində  və  ya  fərdi  şəkildə  aparıla  bilər.  Lakin,  interaktiv  təlim  anlayışının  özü 

ənənəvi təlimdə tətbiq edilən frontal və ya fərdi formalarla müqayisədə daha fəal iş 

formalarının  mövcudluğunu  özündə  ehtiva  edir.  Təlimin  interaktiv  xarakteri  kiçik 

qruplarda və ya cütlük şəklində aparılan işlərdə daha qabarıq formada təzahür edir. 



Dərsin  III  mərhələsi:  “İnformasiya  mübadiləsi”  adlanır.  Bu  mərhələdə 

iştirakçılar  tədqiqatın  gedişində  əldə  etdikləri  tapıntıların,  yeni  informasiyanın 

mübadiləsini  aparırlar.  Qoyulmuş  suala  cavab  tapmaq  zərurəti  tədqiqatın  bütün 

iştrakçılarını bir-birinin təqdimatını fəal dinləməyə sövq edir. Təqdimat bir növ yeni 

biliklərin  dairəsini  cızır  və  hələlik  bu  biliklər  natamam  və  xaotik  xarakter  daşıyır. 

Məhz  bu  mərhələdə  yeni  bir  tələbat  -  həmin  bilikləri  qaydaya  salmaq, 

sistemləşdirmək,  müəyyən  bir  nəticəyə  gəlmək  üçün  tədqiqat  sualına  cavab  tapmaq 

zərurəti yaranır.  

Bu  mərhələnin  əsas  məqsədi  bütün  şagirdləri  yeni  faktlar  və  tapıntılarla  tanış 

etməkdir.  İnformasiya  mübadiləsi  yalnız  o  zaman  səmərəli  ola  bilər  ki,  sinif  fəal 

dinləməyə və əks-əlaqə yaratmağa köklənmiş olsun. 

 Bunun üçün müəllim

PROBLEM 

Fərziyyə 1 

Fərziyyə 2 

Fərziyyə 3 

Tədqiqat sualı 

FƏRZİYYƏNİN YOXLANILMASI 

İrəli sürülmüş fərziyyələri təsdiq və ya təkzib 

edən faktların tapılması 


  Sinifdə nizam-intizam yaradılmasına nail olur,işgüzarlıq mühitini tənzimləmək 

yönümlü işlər görür; 

 

İnformasiya  olunan  material  qrup  işidirsə,  bütün  iştirakçılardan  xahiş  edir  ki, 



üzlərini təqdimatın keçirildiyi yerə yöəltsinlər; 

 

Onları  təqdimata  öz  münasibətlərini,  razılıqlarını  və  ya  razı  olmadıqlarını 



bildirməyə sövq edir; 

 

Ardıcıllığı  müəyyən  edir  və  təqdimatın  keçirilməsi,  rəylər  mübadiləsi  və 



informasiyanın təsdiqlənməsi qaydalarını bəyan edir. 

Əgər bu, qrup təqdimatıdırsa, o zaman qrupun bütün üzvlərinin (tərkibində 5 

şagirddən çox olan böyük qruplar istisna edilməklə) iştirakı yerinə düşər. Bunun üçün 

hələ  təqdimatın  başlanğıc  mərhələsində  şagirdlərə  təqdimat  mərasimindəki  vəzifə 

bölgüsü barədə təlimat verilməlidir. 

Daha çox şagirdin sözügedən prosesdə fəal iştirakını təmin etmək üçün onlara 

(şagirdlərə) təqdimatı keçirən öyrəcilərə sual vermələrini təklif etmək olar. Ən yaxşı 

sualı verən şagirdi hansısa şəkildə mükafatlandırmaq da olar.  

Təqdimatın 

nəticələrinin  qeydedilmə  formalarını  müəllim  öncədən 

planlaşdırmalıdır.  Əgər  təqdimat  zamanı  iş  vərəqlərindən  istifadə  edilirsə,  bunlar 

lövhədən asılmalıdır. Mövcud mərhələnin sonunda təqdimatların əks olunduğu bütün 

iş  vərəqləri  lövhədən  asılmalı  və  tapılmış  əsas  faktlar  lövhədə(və  ya  digər  yerdə 

məqsədəuyğun  şəkildə)  qeyd  edilməlidir.  Bu  sonrakı  mərhələnin  –  informasiyanın 

müzakirə və təşkilinin ilkin məcburi şərtidir. Təqdimatın keçirilməsi zamanı müəllim 

tərəfindən bir sıra səhvlərə yol verilə bilər, belə səhvlər işin səmərəliliyinə mənfi təsir 

göstərir. 

 Sözügedən səhvlər bunlardır

Səhv 1. Təqdimat zamanı müəllim diqqəti yalnız çıxış edənlərə yönəltmiş olur. 

Halbuki  müəllim  bütün  sinfi  diqqət  mərkəzində  saxlamalı,  çıxış  edənlərin 

fikirlərini,  eləcə  də  digər  şagirdlərin  dinləmə  prosesini  izləməyə  çalışmalıdır.  Bu 

müəllimə  işini  səmərəli  qurmağa,ən  azı  sinifdə  nizam-intizamı  qorumağa  kömək 

edər.  


Səhv  2.  Müəllim  vaxta  qənaət  etmək  məqsədilə  bütün  təqdimatlara  ardıcıl 

qulaq asır, fikir mübadiləsi üçün vaxt və imkan vermir.  

Yadda  saxlamaq  lazımdır  ki,  hər  bir  təqdimat  şagirdlərin  şüurunda  iz 

buraxmalı və sonrakı təhlil üçün material olmalıdır. Bütün şagirdləri fəal dinləməyə 

sövq  etmək,  onlara  öz  fikirlərini  sözlə  deyil,  jestlərin  köməyilə  ifadə  etməyi  təklif 

etmək,  bir-iki  nəfərə  isə  təqdim  edilmiş  informasiyaya  əlavələr  və  düzəlişlər  etmək 

imkanı vermək gərəkdir. 



Səhv 3. Təqdimat zamanı qrup üzvləri iş vərəqlərini lövhədən asır və lövhənin 

önündə  toplaşaraq  arxaları  sinfə  tərəf  öz  qeydlərini  ucadan  oxuyurlar.  Bu  halda 

müəllim də arxasını sinfə(şagirdlər çoxluğuna) çevirməyə məcburdur ki, iş vərəqi ilə 

tanış  olsun.  Bunun  nəticəsində  təqdimatı  izləməli  olan  şagirdlərin(əslində  prosesin 

həmin  məqamı  üçün  daha  maraqlı  tərəfin)    diqqəti  və  informasiyanı  qavraması 

pozulur.  

Təqdimat  zamanı  iş  vərəqlərini  şagird  və  müəllim,  eləcə  də  bütün  sinif  aydın 

görə  bilməlidir.  Buna  görə  də  vərəqləri  əldə  tutmaq  (iri  plakat  vərəqləri  istisna 

edilməklə) və təqdimat başa çatdıqdan sonra lövhədən asmaq lazımdır. 

Səhv  4.  Müəllim  təqdimata  bir  növ  rəsmiyyət  xatirinə  qulaq  asır,  ifadələrin 

yığcamlığı və aydınlığı üçün düzəlişlər etməyə çalışmır, yəni təqdimat mədəniyyətini 

formalaşdırmağa səy göstərmir.  

Yadda saxlamaq lazımdır ki, həm şagirdin təfəkkür və nitqinin fərdi inkişafı, 

həm  də  informasiyanın  daha  yaxşı  qavranılması,  mənimsənilməsi  və  tərtibi  üçün 

təqdimat mədəniyyəti ən vacib şərtlərdən biridir.  



Səhv 5. Hər bir təqdimatdan sonra müəllimin özü onu şərh edir, qiymətləndirir 

və ya tapılmış cavablara öz münasibətini bildirir. 

Öyrəncilərə  digər  şagirdlərin  (təqdimat  edənlərin)  işləri  barədə  öz  fikir  və 

münasibətlərini bildirmək imkanı verilməlidir. Fikir mübadiləsi prosesində müəllimin 

rolu aparılmış tədqiqat haqqında öünəməxsus fikrini söyləmək deyil, informasiyanın 

şagirdlər tərəfindən daha yaxşı qavranılması və başa düşülməsi üçün optimal şəraiti 

təmin etməkdən ibarətdir. Bu zaman  müəllim keçirilən təqdimatın keyfiyyəti barədə 

öz qiymətverici rəyini söyləyə bilər (əks-əlaqə yaradar).  



Dərsin IV mərhələsi –“ İnformasiyanın müzakirəsi və təşkili” adlanır. 

Bu,  ən  mürəkkəb  mərhələdir  və  bütün  bilik,  bacarıq  və  vərdişlərin,  təfəkkürün 

müxtəlif növlərinin (məntiqi, tənqidi, yaradıcı) səfərbərliyini tələb edir.  

Mövcud mərhələnin məqsədi yeni faktlar əsasında bilikləri sistemləşdirmək və 

tədqiqat  sualına  cavab  tapmaq  üçün  başlıca  əlaqəni  üzə  çıxarmaqdır.  Müəllimin 

işləməli  olduğu  material  pərakəndədir.  O,  əsas  birləşdirici  ideyanı  və 

qanunauyğunluğu  aşkar  etmək  üçün  bu  dağınıq  faktlar  arasında  əlaqə  yaratmağa 

çalışmalıdır. Həmin zaman kəsiyində  müqayisə, təhlil və sintezdən istifadə olunur. 

Bütün  bu  faktları  necə  qruplaşdırmaq  olar?”  –  sualına  şagirdlərin  cavab  verə 

bilməsi üçün müəllim öncədən təsəvvür edə bilməlidir ki, informasiyanın müqayisəsi, 

təşkili  və  yenidən  qurulmasını  hansı  üsulla,  hansı  meyarın  köməyi  ilə  həyata 

keçirmək  olar.  Xüsusi  olaraq  vurğulayaq  ki,burada  seçim  materialın  məzmunundan 

və tədqiqatın məqsədindən asılıdır. 

Təsnifatın aparılması zamanı şagirdlərə təklif edilir ki, bütün fkatları müqayisə 

etsinlər,  oxşarlıqları  və  fərqləri  tapsınlar,  oxşar  məlumatları    müəyyən(adekvat) 

əlamətlər üzrə qruplar şəklində birləşdirsinlər və bu qruplara müvafiq adlar versinlər. 

Müzakirənin  gedişi  və  nəticələri  müəllimin  fasilitasiyanı  həyata  keçirmək  və 

şagirdlərin  düşüncəsini  lazımi  məcraya  yönəltmək  bacarığından  birbaşa  asılıdır. 

Müzakirə prosesində müəllim şagirdləri diskussiyaya təhrik edir, onların ideyalarını 

dinləyir  və  şagirdlərin  köməyilə  əsas  tezisləri  qısa  və  dürüst  ifadə  edir.  Sözügedən 

prosesdə  müəllim  öz  nöqteyi-nəzərini  şagirdlərə  zorla  qəbul  etdirməməlidir. 

Müzakirənin  sonunda  müəyyən  olunmuş  əsas  üzrə  qruplaşdırılmış  informasiya 

lövhədə  qeyd  edilir.  Müəllim  informasiyanın  təşkili  üsulundan  asılı  olaraq  vcib 

sayılan  söz  və  məqamları  xüsusi  nəzərə  çapdırmaqla,  strukturlaşdırılmış  tezisləri 

ucadan oxuya bilər. Bu sonradan məlumatları əlaqələndirməkdə və ümumiləşdirməni 

yığcam ifadə etməkdə şagirdlərə kömək edə bilər.  

İnformasiyanın  müzakirəsi  və  təşkili  zamanı  müəllim  tərəfindən  bir  sıra 

səhvlərə  yol  verilə  bilər,  belə  səhvlər  işin  səmərəliliyinə  öz  mənfi  təsirini 

göstərir.Odur  ki,həmin  səhvlərdən  sığortalanmaq  lazımdır.  Sözügedən  səhvlərə 

aşağıdakıları aid etmək olar


Səhv  1.  Müəllim  informasiyanın  təşkili  üçün  öz  şəxsi  mülahizəsini  zorla 

şagirdlərə qəbul etdirir, onlarin təklif və ideyalarını isə diqqətdən kənarda qoyur.   

Səhv 2. Müəllim yönəldici suallardan ifrata varmaqla istifadə edir və bununla 

da  şagirdlərin  müstəqilliyini  məhdudlaşdırır,problemin  həlli  yolunu  tapmalarına 

imkan vermir.  

Mövcud  mərhələnin  uğuru  bilavasitə  müəllimin  düzgün  fasilitasiyasından  və 

xüsusilə onun  pedaqoji təsiri ilə əhatə olnan şagirdlərin təfəkkürünü  şövqləndirmə 

qaydalarına riayət etməsindən asılıdır.  



Səhv  3.  Müəllim  diskussiyanın  axarını  başlı-başına  buraxır,  onu  lazımi 

məcraya yönəltməyə çalışmır.  

Nəticədə  vaxt  itkisinə  yol  verilir,  müzakirə  ahəngini  itirilir  və  bu  prosesdə 

maraqlı tərəflər öz başlıca məqsədlərindən yayınır. 

Fasilitasiyanın  mənası  yalnız  təfəkkürü  şövqləndirmək  deyil,  həm  də  onu 

ümumiləşdirməyə  yönəltməkdir.  Buna  görə  də  müəllim  müzakirənin  gedişini  daim 

nəzarətdə 

saxlamalı 

və 


çalışmalıdır 

ki, 


diskussiya 

verilmiş 

sual 

məcrasında(çərçivəsində) aparılsın.  



Səhv  4.  Uşaqların  irəli  sürdükləri  ideyalar  müzakirə  zamanı  müəllim 

tərəfindən fərqləndirilmir və heç bir şəkildə qeyd edilmir. 

 Halbuki  şagirdlərin  əsas  fikirlərini  xülasə  etmək  yolu  ilə  sonrakı 

ümumiləşdirmə  üçün  vacib  olan  əsas  ideyaların  tam  mənzərəsini  yaratmaq 

mümkündür.  

 

Dərsin V mərhələsi –“ Nəticə, ümumiləşdirmə” adlnır. 

Beləliklə,  şagirdlərə  yeni  bilginin  kəşfi  yolunda  son  addımı  atmaq:  konkret 

nəticəyə  gəlmək  və  ümumiləşdirməni  aparmaq  işi  qalır.  Bunun  üçün  şagird  nəinki 

əldə olunan bilgiləri ümumiləşdirməli, həm də gəldiyi nəticəni tədqiqat sualı ilə (bu 

nəticə  həmin  suala  cavab  verirmi?)  və  irəli  sürülmüş  fərziyyələrlə  (onların  arasında 

düzgün  olanı  varmı?)  müstəqil  olaraq  tutuşdurmalıdır.  Bu  çox  mühüm  məqamdır. 

Dərsin  kuliminasiyasını  bilikləri  məhz  uşaqların  özləri  axtarıb  tapdıqları,  kəşf 

etdikləri üçün onların duyduqları bənzərsiz sevinc və məmnuniyyət hissi təşkil edir. 



Bu  mərhələdə  müəllimin  buraxa  biləcəyi  səhvlər  aşağıdakılardır,  bunlardan 

yan keçməyi bacarmaq lazımdır,əks halda ümumi işə ziyan gətirilmiş olar: 

Səhv  1.  Müəllim  problem  qoyur  və  özü  də  onu  həll  edir  və  ya  şagirdlərin 

əvəzinə özü nəticə çıxarır. 

 Belə  olan  halda  fəal  təlimin  başlıca  mexanizmlərindən  biri  pozulur:  müəllim 

şagirdi  müstəqil  şəkildə  həqiqəti  kəşf  etmək  –  tədqiqatçı  olmaq  imkanı  və 

sevincindən məhrum etmiş olur.  



Səhv  2.  Müəllim  şagirdlərin  dərsin  axırında  çıxardıqları  nəticələrlə  və 

apardıqları  ümumiləşdirmələrlə  ilkin  fərziyyələr  və  tədqiqat  sualı  arasında  əlaqə 

yaratmağa çalışmır. 

Xüsusi  olaraq  vurğulayaq  ki,dərsin  məntiqi  strukturunu  qoruyub  saxlamaq 

şagirdlərə  kəşf  sevincini  duymağa  imkan  vermək,  habelə  axıra  qədər  tədqiq 

edilməmiş  və  ya  bundan  sonra  baxılması  zəruri    olan  məsələləri  aşkara  çıxarmaq 

baxımdan  arzuolunan dərəcədə faydalıdır.  

Dərsin VI mərhələsi – “Yaradıcı tətbiqetmə” adlanır. 

Biliklərin  mənimsənilməsinin  başlıca  meyarı  onun  yaradıcı  surətdə  tətbiqidir. 

Yaradıcı  tətbiqetmə  biliyi  möhkəmləndirir,  onun  praktiki  əhəmiyyətini  uşağa  açıb 

göstərir.  Buna  görə  müəllim  imkan  daxilində  şagirdlərə  təklif  edə  bilər  ki,  onlar 

müəyyən  məsələlərin  həlli  üçün,  yaxud  hansısa  yeni  suallara  cavab  tapmaq  üçün, 

qazanılmış  bilikləri  tətbiq  etməyə  çalışsınlar.  Əgər  yaradıcı  tətbiqetmə  dərhal 

mümkün  deyilsə  və  əvvəlcə  biliklərin  mənimsənilməsi  yolunu  sona  qədər  (model 

üzrə tətbiqdən başlamış yeni şəraitdə tətbiqə qədər), keçmək tələb olunursa, deməli, 

bu  yolu  keçmək  lazımdır.  Lakin  son  nəticədə  yaxşı  olar  ki,  şagirdlərə,  onların  kəşf 

etdikləri  bilgilərin  yaradıcı  surətdə  tətbiqinə  dair  çalışma  verilsin,  bu  halda  həmin 

bilgi  həmişəlik  onların  şüurunda  həkk  olunar.  Bu  mərhələ  vaxt  etibarilə  yalnız  bir 

akademik  dərslə  məhdudlaşdırılmaya  da  bilər,  yəni  onun  həyata  keçirilməsi  sonrakı 

dərslərdə də mümkündür. 

Dərsin VII mərhələsi- “Qiymətləndirmə” və ya “Refleksiya” adlanır. 

Qiymətləndirmə  istənilən  prosesin  təkmilləşdirilməsini  təmin  edən  bir 

mexanizmdir. Təkmilləşmək üçün vaxtında öz qüsurlarını və öz nailiyyətlərini aşkar 

etmək,  uğur  qazanılmasına  nələrin  mane  olduğunu  və  nələrin  kömək  etdiyini 

müəyyənləşdirmək  vacibdir.  Şagirdlərin  təlim  fəaliyyətini  qiymətləndirmə  və 

refleksiya prosesləri məhz bu məqsədə xidmət etməlidir. 



Refleksiya  –  artıq  başa  çatmış  prosesin  şüurda  inikasıdır.  Təlim  prosesinin 

refleksiyası  biliklərin  mənimsənilməsinin  bütün  mərhələlərini  təhlil  etməyə  və 

dərindən  başa  düşməyə  imkan  verən  başlıca  mexanizmlərdən  biridir.  Refleksiyanı 

həyata  keçirmək  üçün  şagirdlərə  onları  yeni  bilginin  kəşfinə  gətirib  çıxarmış  təlim 

hərəkətlərinin  alqoritmini  (addımları)  izləməyə  kömək  edə  biləcək  bir  neçə  sual 

vermək  kifayətdir  (məsələn:  Biz  kəşfə  necə  gəlib  çıxdıq?  Biz  nə  edirdik?  Qarşıya 

qoyulmuş problemin həllində Sizə nə kömək etdi? və s). Nəticədə şagird öz tədqiqat 


fəaliyyətinin  əsas  mərhələlərini  və  komponentlərini,  nailiyyət  qazanmaq  üçün 

amilləri dərk etmiş olur. 

Yuxarıda  göstərildiyi  kimi,  interaktiv  təlimin  mühüm  xüsusiyyətlərindən  biri 

şagirdlərin  müstəqil  təlim  (öyrənməyi  öyrənmək),  müstəqil  özünüinkişaf,  müstəqil 

düşünmə  bacarıq  və  vərdişlərinə  yiyələnməsinə  imkan  yaratmaqdır.  Dərs  başa 

çatdıqdan sonra göstərilmiş fəaliyyətlərdən birini - qiymətləndirmə və ya refleksiyanı 

həyata  keçirərkən  müstəqil  öyrənmə  proseslərinin  nəzərdən  keçirilməsi  və  bunun 

nəticəsində öz öyrənmə fəaliyyətinin təkmilləşdirilməsi məqsədəuyğun olardı. Bəzən 

qiymətləndirmə və refleksiyanı dərsin müxtəlif mərhələlərinə daxil etmək olar, bunun 

özü də təlim prosesinin daha uğurla keçməsinə kömək edər. 

Şagirdlərin  işi  effektivlik  dərəcəsinə  görə  həm  kəmiyyət,  həm  də  keyfiyyətcə 

qiymətləndirilə bilər və bu müxtəlif metodlarla və müxtəlif formalarla həyata keçirilə 

bilər. Lakin müəllim yadda saxlamalıdır ki, qiymətləndirmə ilk növbədə şagird üçün 

özünüqiymətləndirmə və özünənəzarət vasitəsi rolunu oynamalıdır. 

Özünüqiymətləndirmə  vərdişlərini  formalaşdırmaq  məqsədilə  bütün  sinfin  və 

müəllimin  qarşısında  şagirdlərin  özlərinə  qiymət  verməsi  təcrübəsindən,  habelə 

qarşılıqlı  qiymətləndirmədən  istifadə  etmək  olar.  Bundan  əlavə,  qiymətləndirmə 

meyarlar  üzrə  aparılmalıdır,  yəni  konkret  meyarlara  əsaslanmalıdır.  Müəllim 

şagirdləri  öncədən  bu  meyarlarla  tanış  edə  və  ya  qiymət  verməklə  onu  əsaslandıra 

bilər. 


İnteraktiv dərsin mərhələlərinə müvafiq nəticələrin dəyərləndirilməsi

İnteraktiv metodla aparılan dərsin quruluşunu ümumi, sistemli şəkildə qavramaq 

üçün və dərsi apararkən onun məqsədə uyğun olub-olmadığını müəyyən etmək üçün 

müəyyən pedaqoji meyarlar da lazımdır. «Hər mərhələdə əsas hadisələr hansılardır?» 

və «Hər mərhələnin nəticəsində nə alınmalıdır?» sualları məhz bu meyarlar kimi çıxış 

edə bilər. 

Təlim  prosesində  fasilitasiya  qaydalarına  əməl  olunmalıdır  ki,  o  qaydaları 

ümumi şəkildə aşağıdakı kimi ümumiləşdirmək olar: 



Fikri təhriketmə qaydaları

 Motivasiya mərhələsində şagirdləri dərsin mövzusunun müəyyənləşdirilməsinə 

cəlb etməli. 

 Dərsə  məntiqi,  tənqidi  və  yaradıcı  təfəkkürü  və  elmi-tədqiqat  vərdişlərini 

inkişaf etdirən tapşırıqları daxil etməli. 

 

Qapalı suallardansa, açıq suallardan daha çox istifadə edilməlidir. 



 

İştirakçılar tərəfindən ifadə olunan fikirləri anlamağa çalışmaq və öyrəndiyiniz, 

oxuduğunuz, yaratdığınız fikirləri zorla qəbul etdirmək olmaz. 

 

Fasilitasiya zamanı konkret misallardan, müqayisə və qarşılaşdırma, analogiya 



üsullarından  istifadə  etmək,  istiqamət  verməyən  “kar”  sualları  az  sayda  verməyə 

çalışmaq lazımdır. 

 Mənaca  yaxın  olan  yönəldici  suallardan  istifadə  etməli,  lakin  bilavasitə 

yönəldici suallardan istifadə edilməməlidir. 

 

İştirakçının deyə biləcəyi sözü və ya fikri onun əvəzinə ifadə etməməli, mətndə 



əsas  fikri  müəyyən  etmək  və  onu  öz  sözləri  ilə  ifadəsi,  ümumiləşdirmə,  öz  fikrini 

ifadə  və  yenidənifadəetmə  bacarığı  üzərində  işlənməlidir.  Öz  fikirlərini  daha  dəqiq 



ifadə etməyə iştirakçıları təhrik etmək və onlara köməklik göstərmək lazımdır. Bunun 

üçün  sərf  edilən  vaxta  təəssüflənmək  lazım  deyil!  Bu  prosesi  nümayiş  etdirmək  və 

iştirakçıların diqqətini buna cəlb etmək lazımdır. 

 

İştirakçıların  əvəzinə  onların  məhsulunu  izah  etməməli,  digər  iştirakçıların 



işinə öz fikir və münasibətlərini ifadə etməyə hər bir iştirakçıya imkan yaradılmalıdır. 

 

İştirakçıların cavablarının formal dinlənilməsinə yol verilməməli, iştirakçıların 



əsas fikirlərini ümumiləşdirib, digərlərini onların şüuruna çatdırmaq lazımdır. 

 

Fasilitasiya  zamanı  iştirakçıların  cavablarını  dəqiqləşdirib  şərh  etməli 



(qiymətsiz,  məzmununa  görə),  problemli  hallarda  onların  həllinə  iştirakçılar  cəlb 

edilməlidir.   



Fasilitasiya zamanı psixoloji dəstəkləmənin qaydaları: 

 

Müsbət  dil  ifadələrindən  istifadə  etmək,  müzakirədə  və  qrup  işində  iştirak 



etmələrinə  görə  iştirakçılara  minnətdarlıq  bildirmək  lazımdır  (pozitiv  münasibət  və 

hörmət). 

 

Danışanları diqqətlə dinləmək, hər bir iştirakçıya öz fikrini söyləməyə imkan 



yaratmaq  lazımdır.  Qrupun  yalnız  yüksəkdən  danışan  iştirakçılarını  deyil,  bütün 

qrupun  iştirakçılarını  diqqətlə  dinləməyə  hazır  olmağı  nümayiş  etdirmək  lazımdır 

(fəal dinləmə vərdişi). 

 

İştirakçılarla  birlikdə  işləyib  hazırlanan  qaydalara  riayət  etmək  lazımdır. 



Unutmaq olmaz ki, treninq zamanı məşqçi davranış nümunəsi kimi çıxış edir. 

 

İştirakçılara adları kimi müraciət etmək və onların gözlərinə baxmaq lazımdır 



(fərdi yönəlmə). 

  Konstruktivliyi dəstəkləyib qarşıdurmaya şərait yaradılmalıdır. 

 

İştirakçıların fikirləri ilə səmimi maraqlanmaq lazımdır. 



 

Yalnız  liderlərin  və  ən  fəalların  yox,  bütün  iştirakçıların  nöqteyi-nəzərinə 

eyni dərəcədə diqqətlə yanaşılmalıdır. 

  Hər hansı bir fikirlərin qiymətləndirilməsinə, məzəmmət və lovğalığa imkan 

verilməməlidir. 

 

Lazımsız  olaraq  qrupun  işi  qiymətləndirilməməlidir.  Fasililatorun  qiyməti 



onun  şəxsi  fikrini  əks  etdirməli  və  qiymətləndirmə  üçün  yox,  fasilitasiya  üçün  bir 

vasitə  olmalıdır!  O,  iştirakçıların  fikirləri  ilə  razı  olmadıqda  bunu  onlarla  müzakirə 

etməyi təklif etməlidir. Lakin fasililator işi mütləq qiymətləndirməli olduqda, o bunu 

meyarlar əsasında etməlidir. 



Təşkilati dəstəkləmənin qaydaları

1. Müzakirəni təşkil etdikdə yeni biliyi əldə etmək üçün hər kəsin fikrinin vacib 

ola  bilməsini  bütün  şagirdlərə  çatdırmaq  lazımdır.  Bunu  həyata  keçirmək  üçün 

iştirakçıları  aşağıdakı  suallar  vasitəsilə  müzakirəyə  cəlb  etmək  olar:  “”Bu  haqda  siz 

nə  fikirləşirsiniz?”,  “Kim  razıdır,  kim  razı  deyil?,  “Başqa  cür  bunu  demək  (və  ya 

etmək) olardımı?” və s. 

2.  Dərsdə  öz  fəaliyyətlərini  planlaşdırmağı  və  təşkil  etmək  bacarığını 

formalaşdırmaq lazımdır. 

3.  Lövhədə  və  ya  kağız  üzərində  qrup  işi  zamanı  müəyyən  edilən  əsas  halları 

qeyd  etmək  məqsədəuyğundur.  Unutmaq  olmaz  ki,  qrup  işinin  nəticələri  sonrakı 

mərhələdə məlumatın müzakirəsi üçün lazımdır (“körpülərin”quraşdırılması). 


4.  Öz  razılığını  və  ya  narazılığını  ifadə  etmək  üçün  şagirdlərə  xüsusi  işarələr 

təklif  edilməli  (məsələn,  baş  barmağın  yuxarı  və  ya  aşağı  vəziyyəti)  və  onlarla 

müzakirə zamanı əks əlaqəni verməyə təhrik etmək lazımdır. 

5. Disskusiya cəhdlərinin, artıq danışmağın, qeyri-adekvat və ya məqsədəuyğun 

olmayan  söhbətlərin  qarşısı  alınmalıdır.  Bunun  üçün  iştirakçını  mədəni  surətdə 

dayandırıb  ona  öz  fikirlərini  qısa  və  məzmuna  uyğun  çatdırmaq  qaydası 

xatırlanmalıdır. Diskussiyanın lideri olmaq lazımdır. 


Yüklə 1,42 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin