Yeni TƏLİm texnologiyalari. FƏal və İnteraktiv təLİM Əhatə olunan məsələlər



Yüklə 1,42 Mb.
Pdf görüntüsü
səhifə7/11
tarix30.12.2019
ölçüsü1,42 Mb.
#30030
1   2   3   4   5   6   7   8   9   10   11
YENİ TƏLİM TEXNOLOGİYALARI.


 

Venn diaqramı 

 

Venn  diaqramı  kəsişən  iki  və  ya  daha  artıq  çevrə  üzərində  qurulur.  Çevrələrin 



üst-üstə  düşdüyü  hissədə  yazmaq  üçün  kifayət  qədər  yer  olmalıdır.  Həmin  hissədə 

sözü gedən məsələnin oxşar yaxud ümumi cəhətləri qeyd olunur. Tutaq ki, şagirdlər 

coğrafiyadan və ya tarixdən iki ölkəni müqayisə edirlər. (Hər bir fənnə aid müqayisə 

olunan  məsələ,  obyekt  ola  bilər).  Venn  diaqramı  vasitəsi  ilə  oxşar  və  ya  fərqli 

cəhətləri vermək olar. Sinif qruplara bölünür, mövzuya aid mətn paylanılır. Müəllim 

qruplara  tapşırır  ki,  mətnlə  tanış  olsunlar  və  onlara  təqdim  olunan  ağ  kağızlar 

üzərində  Venn  diaqramı  qursunlar.  Bu  zaman  müəllim  diaqramı  yazı  lövhəsində 

qurur.  Diaqramın  kənar  hissələrində  (çevrələrin)  fərqli  cəhətlər,  üst-üstə  düşən 

hissədə  isə  oxşar  cəhətlər  yazılır.  Qruplarda  iş  bitdikdən  sonra  hər  qrup  öz  işini 

təqdim  edir.  Dərsin  sonunda  müəllim  fikirləri  ümumiləşdirərək  lövhədə  qurulmuş 

Venn  diaqramında  qeydlər  edir  və  son  nəticəni  söyləyir.  Bu  diaqramdan  bütün 

fənlərin tədrisi zamanı istifadə etmək əlverişlidir. 

 

 

 



 

 

 



Venn diaqramından həm öyrədici, inkişafetdirici, həm də ümumiləşdirici dərsdə 

istifadə etmək olar. 

Müqayisə  olunacaq  obyektin,  məsələnin  sayından  asılı  olaraq  çevrələrin  kəsiyini 

artırmaq olar. Məsələn aşağıdakı kimi . 

 

 

 



Oxşar 

               Fərqli 



 

 

 

Məqsəd: 

1. Cisim  və  ya  hadisələri  müqayisə  etmək  və  onların oxşar və fərqli  cəhətlərini 

müəyyənləşdirmək; 

2. Biliklərin aktuallaşması; 

3. Təhlil proseslərinin inkişafı; 

4. Qiymətləndirmə prosesinin inkişafı; 



 

Alqoritm: 

1.  Müqayisə olunacaq cismin və hadisələrin müəyyənləşdirilməsi; 

2.  Kəsişən dairələrin çəkilməsi (ortada yazmaq üçün yer saxlamaq); 

3.  I və II dairədə müqayisə olunacaq obyektləri qeyd etmək; 

4.  Şagirdlərə təlimat vermək (təlimatda nəyin müqayisə olunacağı və dairələrdə 

oxşar və fərqli cəhətlərin necə qeyd olunacağı barədə deyilir); 

5.  Müqayisə  olunan  obyektlər  təsvir  olunur:  fərqli  cəhətlər  sol  və  sağ  tərəfə, 

oxşar cəhətlər kəsişmə dairəsində qeyd olunur; 

6.  Müqayisə nəticəsində şagirdlər ümumiləşdirmə aparırlar; 

Şərtlər: (hər cür ola bilər) 

A) İş forması- böyük və kiçik qruplarda və cütlərdə; 

B) Auditoriyanın  bilik  səviyyəsi  –  müqayisə  olunacaq  cisim  və  ya  hadisələrin 

xüsusiyyətləri haqqında biliklər olmalıdır; 

C) Vaxt – maksimum 15 dəqiqə (materiallardan asılı olaraq); 

D) Dərs tipi – ümumiləşdirici dərs, bilik və bacarıqların formalaşdırılması; 

E) Dərs  mərhələsi  –  yeni  materialın  təqdimatı  -  motivasiya, tədqiqat  mərhələsi, 

nəticələrin çıxarılması, tətbiq etmə; 



Vəsaitlər: Lövhə, flomaster, kağız, əlavə ədəbiyyat və material; 

Yarana biləcək problemlər: 

1. Ümumi cəhəti müəyyənləşdirməkdə çətinlik; 

2. Vaxtın uzanması; 

3. Nəticənin çıxarılmasında çətinlik. 



 

İki hissəli gündəlik strategiyası 

 

Sinifdəki  şagirdləri  cütlərə  ayırırıq.  Hər  birisinə  tapşırırıq  ki,  “Vətən  həsrəti 

nədir?”  mövzusuna  aid  fikirlərini  qısa  şəkildə  qeyd  etsinlər.  Hər  iki  yoldaş  (cütlər) 

yazıb  qurtardıqdan  sonra  fikirlərini  bir-birilə  bölüşürlər.  Bütün  siniflə  müzakirə 

aparmaq üçün bir şagirdi qaldırır, öz fikirlərini soruşuruq və digər şagirdlər də deyi-

lənlərə əlavələr edə bilərlər. Sonra şagirdlərə Almas İldırımın “Əziz Azərbaycanım” 

şeirini  oxumağı  tapşırırıq,  şeiri  oxuduqca  onlar  iki  hissəli  gündəliyə  uyğun  qeydlər 

etməlidirlər. 

İki  hissəli  gündəlik  tərtib  etmək  üçün  şagirdlər  ağ  vərəqi  şaquli  xətlə  iki  yerə 

ayırırlar.  Vərəqin  sol  tərəfində  onlar  mətndən  yadda  qalan,  onlara  çox  təsir  etmiş, 

nəyi isə xatırladan sitatları qeyd edirlər. Vərəqin sağ tərəfində isə onlar fikirlərini şərh 


edirlər:  Niyə  bu  sitatı  yazıblar?,  Sitat  onlarda  hansı  fikirləri  oyadıb?,  Bununla  bağlı 

hansı suallar meydana çıxmışdır?  



 

Şeirdən götürülən sitat 

Verilən şərhlər. Nəyə görə bu sitat 

yazılıb? 

1. 


2. 

3. 


4. 

1. 


2. 

3. 


4. 

 

     Şagirdlər  şeri  oxuyub  iki  hissəli  gündəlikdə  qeydlər  edirlər.  Sonra  müzakirəni 



bütün  siniflə  aparmaq  lazımdır.  Cütlərdən  biri  qaldırılır,  yazdıqlarını  söyləyirlər, 

digərləri  isə  öz  fikirlərini  əlavə  edirlər.  Müzakirə  qurtardıqdan  sonra  müəllim 

şagirdlərdən  xahiş  edir  ki,  10  dəqiqə  ərzində  “Vətən”  mövzusuna  aid  düşüncələrini 

yazsınlar. (Bu metod 10 dəqiqəlik ESSE adlanır.) 

Bu dərs zamanı müəllim proqramda verilmiş şeri sadəcə olaraq əzbər söyləmir, 

şagirdlərdən  də  həmin  anda  şeri  evdə  əzbərləməyi  tələb  etmir.  Şagirdlərdə  əsər 

üzərində apardıqları iş vasitəsi ilə maraq yaradır və sonra əzbərləməyi tapşırır. 

 

Karusel strategiyası 

 

Qruplara ayrılandan sonra müəllim hər qrupa sual yazılmış bir kağız və vatman 



verir. Qrupların sayı 4-sə 4 müxtəlif sual qoyulur. Hər qrupun üzvləri sualı oxuyur və 

ona cavab yazırlar. Sonra müəllimin köməkliyi ilə kağızları saat əqrəbi istiqamətində 

bir-birinə  ötürürlər.  İkinci  dairə  ilə  gələn  suala  da  cavab  yazılır,  yenə  də  qruplar 

kağızı  dəyişdirirlər  və  beləliklə  “karusel”  kimi  1-ci  qrupdakı  kağız  bütün  digər 

qruplardan keçərək, axırda özünə qayıdır (eləcə də digər qrupların kağızları da digər 

qruplardan keçərək, axırda özünə qayıdır). Deməli hər qrup hər bir suala öz cavabını 

verir. Müəllim bu kağızları yazı lövhəsinə yapışdırır və sualların cavabları üzərində 

işləyirlər. 

 

 

 



                            

7. Qiymətləndirmənin nəzəri məsələləri 

 

 



Yuxarıda vurğulandığı kimi,  yeni qiymətləndirmə sisteminin yaradılmasını 

zəruri edən amillər bunlardır

1.  Təhsil fəaliyyətinin səmərəlilik səviyyəsinin müəyyən edilməsi. 

2.  Təhsil  standartlarının  tələbata  uyğunluğunun  monitorinqinin  həyata 

keçirilməsi. 

3.  Ölkə üzrə şagirdlərin nailiyyətləri barədə obyektiv məlumatların əldə edilməsi. 

4.  Təlim prosesinin təkmilləşdirilməsi və keyfiyyətinin yüksəldilməsi

         Burada  xüsusi  olaraq  vurğulamaq  yerinə  düşər  ki,  qiymətləndirmə  və 

təlim  proseslərinə  təhsilin  qaşılıqlı  əlaqədə  olan  iki  tərəfi  kimi  baxmaq 

məntiqidir.Sistemli  proses  olan  qiymətləndirmə-təlim  nəticələri  ilə  maraqlı 

tərəflər  arasında  səmərəli  əks-  əlaqə  vasitəsi  kimi  aşağıdakı  komponentləri 

əhatə etməklə qurulur: 



  

-Qiymətləndirmə məlumatları;  

          -Məlumatların toplanması; 

   

-Qiymətləndirmə nəticələri;  

   

-Qiymətləndirmə standartları. 

Müasir qiymətləndirmə siyasəti.  

  Qiymətləndirmə  təhsilin  keyfiyyətinin  yüksəldilməsinə  yönəldilir  və  onu  idarə 



edən vacib amil kimi meydana çıxır.  

  Cari  qiymətləndirmənin  aradan  qaldırılması  məzmun  standartlarının 



bütövlükdə mənimsənilməsini və qiymətləndirmənin obyektivliyini təmin edir.  

  Tədris prosesinin bütün mərhələlərində tətbiq edilir. 

 

Şagirdin  nailiyyəti  (qazanılan  dəyərlər)  qiymətləndirilir,  inkişafı  sistemli 

şəkildə izlənilir. 

  Məzmun 



standartlarının 

mənimsənilməsi 

səviyyəsini 

ölçmək 

üçün 

qiymətləndirmə standartları müəyyənləşdirilmişdir.  

          Dünya  təcrübəsində  qiymətləndirmənin  aşağıdakı  ümumi  prinsipləri 

özünə yer almışdır: 

▪  qiymətləndirmə  təlim  prosesinin  mühüm  tərkib  hissəsidir  və  bütün  təlim 

prosesi ərzində aparılmalıdır; 

▪ qiymətləndirmə prosesində şəraitdən və şagirdlərin inkişaf səviyyəsindən asılı 

olaraq müxtəlif metodlardan istifadə edilməlidir; 

▪ qiymətləndirmə təlimin keyfiyyətini korrektə edən proses olmalı, şagidlərdə öz 

bacarıqlarını  qiymətləndirmək  qabiliyyəti  formalaşdırmalı  və  öz  təlim  nəticələrini 

daim yaxşılaşdırmaq istəyi, arzusu yaratmalıdır; 

▪  qiymətləndirmə  təlimin  son  nəticələrinə  və  ictimai  həyata  girişə  yönələn 

qabaqlayıcı (önləyici) standarta əsaslanmalıdır; 

▪ qiymətləndirmədə ədalətlilik, şəffaflıq və obyektivlik təmin olunmalıdır; 

▪ qiymətləndirmə kriteriyaları ölçülə bilən və etibarlı olmalıdır.  



Qiymətləndirmənin aparılmasında riayət edilməli prisiplərə bunları aid etmək olar:  

  –məqsədəuyğunluq;   

  -nailiyyətlərin və təhsil imkanlarının qarşılıqlı dəyərləndirilməsi;  

 -toplanmış  məlumatların  keyfiyyətcə  müvafiqliyinin  və  etibarlılığının  təmin 

olunması; 

-qiymətləndirmədə şəffaflıq,ədalətlilik,qarşılıqlı razılaşma və əməkdaşlıq;  

 -təlim  fəaliyyətində  qiymətləndirmə  nəticələrinin  inkişafetdirici  rolunun  təmin 

olunması. 

Qiymətləndirmənin istiqamətləri, növləri və formaları

 

Qiymətləndirmənin istiqamətləri dedikdə, ayrı-ayrı forma, məzmun və məqsədə 

malik olan qiymətləndirmələr nəzərdə tutulur.  

Ölkəmizdə qiymətləndirmə aşağıdakı istiqamətlərdə aparılır: 

  Beynəlxalq qiymətləndirmə; 

  Milli qiymətləndirmə; 

  Məktəbdaxili qiymətləndirmə. 

-  Milli  və  beynəlxalq  qiymətləndirmə  təhsildə  perspektivləri  müəyyənləşdirmək 

üçün  aparılan  qiymətləndirmə  tədqiqatlarıdır  və  xüsusi  qurumlar  tərəfindən 

həyata keçirilir.  

-  Məktəbdaxili qiymətləndirmə rəsmi qiymətləndirmədir və şagirdlərin sinifdən-



sinfə,  bir  təhsil  səviyyəsindən  digər  təhsil  səviyyəsinə  keçirilməsinə  xidmət 

edir.  

Beynəlxalq qiymətləndirmə

  Beynəlxalq standartlara əsaslanır. 

  Cəmiyyətdə inteqrasiya proseslərinin nəticəsidir.  

  Hər bir ölkənin vətəndaşına digər ölkələrdə təhsil almaq imkanı yaradır. 

  Beynəlxalq və milli ekspertlər tərəfindən keçirilir. 

Milli qiymətləndirmə

  Milli qurumlar tərəfindən keçirilir. 

 

Bütün pillələr və səviyyələr üzrə təlim nəticələrinin səviyyəsini müəyyən etmək 

məqsədilə aparılır. 

Məktəbdaxili qiymətləndirmənin növləri


  Diaqnostik qiymətləndirmə (ilkin səviyyənin qiymətləndirilməsi); 

  Formativ qiymətləndirmə (inkişafın izlənməsi); 

  Summativ (yekun) qiymətləndirmə. 

Dərsliyin  XXII  fəslində  qeyd  olunduğu  kimi,ümumtəhsil  məktəblərinin  təlim 

təcrübəsində  müasir  qiymətləndirmənin  növlərindən,  əsasən,    aşağıdakı  suallara 

cavab tapmaq məqsədilə istifadə olunur: 

1) İlkin  səviyyənin  qiymətləndirilməsi  (diaqnostik  qiymətləndirmə)  –  şagirdər 

əsas  bilik  və  bacarıqlara  hansı  dərəcədə  malikdirlər?  Şagirdlər  tədris  olunan 

materialın hansı hissəsini bilirlər? 

2) İrəliləyişlərin 

monitorinqi 

(formativ 

qiymətləndirmə) 

–standartların 

mənimsənilməsinə doğru şagirdlər kifayət qədər irəliləyə bilirlərmi? 

3) Yekun  (summativ)  qiymətləndirmə-şagirdlər  verilmiş  standart  və  ya 

standartlar qrupunda müəyyən edilmiş məqsədlərə çatmışlarmı? 

Qiymətləndirmə  formaları-qiymətləndirmənin  keçirilmə  mexanizmini  nəzərdə 

tutur.  Məsələn,  yekun  qiymətləndirmənin  mərhələsi  olan  buraxılış  imtahanları 

mərkəzləşdirilmiş,  kiçik  summativ  qiymətləndirmə  sinifdaxili,  böyük  summativ 

qiymətləndirmə məktəbdaxili, milli və beynəlxalq qiymətləndirmə tədqiqatları seçim 

yolu ilə məktəbdaxili formada aparılır.  

Təbii  ki,  ilkin  səviyyənin  qiymətləndirilməsi  (diaqnostik  qiymətləndirmə) 

şagirdin artıq nələri bildiyini müəyyən edir və təlimin düzgün qurulmasında müəllimə 

yol  göstərir.  Təlim  prosesində  düzgün  istiqamətləşdirilmiş  şagird  öyrənilmiş 

materialın  təkrarına  vaxt  itirmir,  həmçinin  onun  üçün  başa  düşülməyən  və  ya  tanış 

olmayan material qalmır. 

İlkin  səviyyənin  qiymətləndirilməsində  suallar  bir-biri  ilə  elə  əlaqələndirib 

tənzimlənməlidir ki, onların bəziləri şagirdin hansı biliklərə malik olduğunu, digərləri 

isə yeni materialı mənimsəmədiyi güman olunan şagirdləri müəyyən etsin. Əgər ilkin 

səviyyənin qiymətləndirilməsi şagirdlərin sinifdəki fəaliyyətini müqayisə etmək və ya 

sonrakı inkişafını qiymətləndirmək üçün ilkin məlumat bazasını yaratmaq məqsədilə 

istifadə olunursa, onda bu suallar əsas psixometrik tələblərə cavab verməlidir. 

Şagirdlərin  irəliləyişinin  monitorinqi  (formativ  qiymətləndirmə)  vasitəsi  ilə 

tədrisin düzgün istiqamətləndirilməsi həyata keçirilir, alternativ üsul və mənbələrdən 

istifadə və ya şagirdin daha da irəliləməsi üçün ona əlavə impulsun verilməsi barədə 

ehtiyaclar müəyyənləşdirilir. Qəbul edilmiş standartların reallaşmasına istiqamətlənən 

irəliləyişlərin  monitorinqi  (formativ  qiymətləndirmə)  sinifdə  hər  bir  şagirdin 

inkişafının  hərəkətverici  amilinə,  təlimin  həlledici  komponentinə  çevrilir.  Müəllim 

yalnız  belə  monitorinq  vasitəsilə  tədris  prosesini  tənzimləyir,  bütün  şagirdlərin 

irəliləyişlərini  təmin  edir,  eyni  zamanda  uğur  qazana  bilməyən  şagirdlərin 

ehtiyaclarını  öyrənərək  onlara  əlavə  kömək  göstərir.  Bu  mənada  şagirdlərin  faktiki 

fəaliyyətinin nəticələri müəllim üçün real indikatora çevrilir . Monitorinqlər müəyyən 

anlayışların  mənimsənildiyini  müşahidə  etmək  və  ev  tapşırıqlarını  nəzərdən 

keçirməklə,  yaxud  başqa  formal  qiymətləndirmə  tipindən  istifadə  etməklə  aparıla 


bilər. Monitorinqlərin hansı formada aparılmasından asılı olmayaraq, onlar müntəzəm 

xarakter daşımalıdır. 

Yekun (summativ) qiymətləndirmə standart və ya standartlar qrupunda müəyyən 

olunmuş məqsədlərə şagirdlərin hansı səviyyədə nail olduqlarını müəyyən edir. Yekun 

(summativ)  qiymətləndirmə  standartların  mənimsənilməsi  istiqamətində  şagirdlərin 

əldə  etdiyi  irəliləyişləri  dəyərləndirir.  Bu  qiymətləndirmə  növü  mövzunun,  bəhs  və 

bölmənin,  yaxud  da  tədris  ilinin  sonunda  eyni  qaydada  keçirilir.  Yekin  (summativ) 

qiymətləndirmənin 

mühüm  cəhəti  şagirdlərin  mənimsədiklərini  tətbiqetmə 

qabiliyyətinə nə dərəcədə malik olduqlarını aşkara çıxarmaqdır. 



 

 

  Yeni 



məktəbdaxili 

qiymətləndirmənin 

əsas 

mahiyyətini 

formativ 

qiymətləndirmə  təşkil  edir.  Formativ  qiymətləndirmə  şagirdin  təlim  fəaliyyətinin 

daim  izlənməsi  və  prosesin  hər  hansı  bir  mərhələsi  üçün  müəyyən  olunmuş 

məzmun  standartlarından  irəli  gələn  bilik  və  bacarıqlara  yönəlməsi  səviyyəsinin 

qiymətləndirilməsidir. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Qiymətləndirmə sisteminin “sistem-struktur” interpretasiyası. 

 

Kəmiy



yət 

Beynəlxalq 



                                            

 

                                                                                              

 

 

 



 

 

Müasir qiymətləndirmənin ənənəvi qiymətləndirmə ilə müqayisəsi 

        

Ənənəvi qiymətləndirmə 

Müasir qiymətləndirmə 

-Qiymətləndirmə zamanı şagirdə qiymət 

yazmaq  kimi  qəbul  olunurdu;  şagird 

yalnız qiymət almaq xatirinə oxuyurdu. 

-  Cari  qiymətləndirmə  formalizmə 

gətirib  çıxarırdı;  müəllimin  subyektiv 

rəyinə əsaslanırdı. 

-  Tədris  prosesinin  yalnız  müəyyən  bir 

hissəsində tətbiq edilirdi. 

Əsasən, 



bilik 

səviyyəsi 

qiymətləndirilirdi. 

-  Qiymətləndirmə  təhsilin  keyfiyyətinin 

yüksəldilməsinə  yönəldilir  və  onu 

idarəedən  vacib  amil  kimi  meydana 

çıxır. 



Cari 



qiymətləndirmənin 

aradan 


qaldırılması  məzmun  standartlarının 

bütövlükdə 

mənimsənilməsini 

və 


qiymətləndirmənin  obyektivliyini  təmin 

edir. 


-Tədris  prosesinin  bütün  mərhələlərində 

tətbiq edilir.  

- Şagirdin naliyyəti (qazanılan dəyərlər) 

qiymətləndirilir, inkişafı sistemli şəkildə 



Qiymətlən

dirmə 

Növləri 


Xüsusiy

yətləri 


Məqsədi 

Formaları 

Meyar  

və 


normativlər 

Rolu və 


vəzifələri 

Milli 


Məktəb 

daxili 


Diaq-

nostik 


Formativ 

Summati


Metod 


və 

vasitəri 

Keyfiyyət 


izlənilir.  

Məzmun 



standartlarının 

mənimsənilməsi 

səviyyəsini 

ölçmək 


üçün 

qiymətləndirmə 

standartları 

müəyyənləşdirilmişdir.  

 

 

 

Məktəbdaxili qiymətləndirmə növləri üzrə interpretasiya 

Diaqnostik qiymətləndirmə 

 

Diaqnostik  qiymətləndirmə  şagirdin  bilik  və  bacarıqlarının  ilkin  səviyyəsini 



müəyyənləşdirmək, birbaşa müəllimin təlim strategiyalarının seçilməsinə xidmət edir.  

 

Şəraitə  görə  təlim  məqsədləri  və  strategiyalarında  çevik  dəyişikliklər 



aparılmasına imkan yaradır.  

 

Şagirdlərin  maraq  dairəsi,  dünyagörüşü,  yaşadığı  mühit  haqqında  məlumat 



almağa imkan verir. 

  Fərdi yanaşmaya və diferensial təlimə şərait yaradır.  



Məqsədlər: 

-  Hər bir şagirdin bilik və bacarıqlarının ilkin səviyyəsi haqqında məlumat əldə 



etmək; 

-  Təlim prosesinin  planlaşdırılmasında  şagirdlərin fərdi  inkişaf xüsusiyyətlərini 



nəzərə almaq və fərdi yanaşmanı təmin etmək; 

-  Təlim strategiyasını müəyyənləşdirmək. 



 

Diaqnostik qiymətləndirmənin keçirilmə vaxtı: 

        -  Dərs ilinin, tədris vahidlərinin əvvəlində; 

        -  Yeri gəldikcə- bəhs və bölmələrin əvvəlində; 

        -  Zəruri vəziyyət yarandıqda (şagird başqa məktəbdən gələndə, sinfi dəyişəndə 



və s.) 

Diaqnostik qiymətləndirmənin qeydiyyatı: 

  Diaqnostik qiymətləndirmənin nəticələri rəsmi sənədlərdə qeyd olunmur, yazılı 

qeydlər  müəllimin  qeyd  dəftərində  öz  əksini  tapır,  sinif  və  şagird 

portfoliosunda saxlanılır.  

Davamlı və qısamüddətli diaqnostik qiymətləndirmə

  Diaqnostik  qiymətləndirmə  məqsədinə  uyğun  olaraq  iki  formada  keçirilir: 

davamlı və qısamüddətli; 

 

Davamlı diaqnostik qiymətləndirmə, adətən, təhsil səviyyəsinin və dərs ilinin 



əvvəlində, bir neçə dərsin müəyyən hissəsində aparılır; 

 

Davamlı  diaqnostik  qiymətləndirmənin  məqsədi  sinifdəki  şagirdlərin  bilik  və 



bacarıqlarının mövcud vəziyyətini öyrənməkdir. 

 

Davamlı diaqnostik qiymətləndirmədə müəllim şagirdin bilik və bacarıqlarının 



daxil  olduğu,  inkişaf  sahələrini  (idraki,  sosial-emosional,  fiziki-  hərəki

öyrəndiyinə  görə,  daha  çox  müşahidə  üsulundan  və  bu  üsulu  reallaşdıran 

vasitədən-müşahidə  cədvəlindən  istifadə  edir.  Şagird  haqqında  daha  ətraflı 

məlumat toplamaq üçün valideynlərlə və digər fənn müəllimləri ilə əməkdaşlıq 

üsulundan və sorğu vasitələrindən istifadə edilir.  

 

Qısamüddətli diaqnostik qiymətləndirmə, adətən, tədris vahidlərinin əvvəlində, 



bir dərsin müəyyən hissəsində aparılır; 

 

Qısamüddətli diaqnostik qiymətləndirmənin məqsədi şagirdin fənn üzrə zəruri 



bilik və bacarıqları haqqında məlumat toplamaqdır; 

 

Qısamüddətli diaqnostik qiymətləndirmədə müəllim şagirdin hər hansı bir bəhs 



və bölmə üzrə bilik və bacarıqlarını yoxladığına görə tapşırıqvermə, müsahibə, 

layihə  kimi  qiymətləndirmə  üsullarından  və  müvafiq  olaraq  çalışma,  şifahi 

sual-cavab, təqdimat vasitələrindən istifadə edir.  

  

 Formativ qiymətləndirmə 



 

Yeni 


məktəbdaxili 

qiymətləndirmənin 

əsas 

mahiyyətini 



formativ 

qiymətləndirmə təşkil edir.  

 

Formativ  qiymətləndirmə  şagirdin  təlim  fəaliyyətinin  daim  izlənilməsi  və 

təlim  prosesinin  hər  hansı  bir  mərhələsi  üçün  müəyyən  olunmuş  məzmun 


standartlarından  irəli  gələn  bilik  və  bacarıqlara  yiyələnməsi  səviyyəsinin 

qiymətləndirilməsidir.  

 

Formativ qiymətləndirmə şagirdin qəbul edilmiş standartların reallaşmasına 



yönəlmiş  irəliləmələrini  və  geriləmələrini  izləmək,  bu  zaman  qarşıya  çıxan 

problemləri aradan qaldırmaq və təhsilalanı istiqamətləndirmək məqsədilə aparılır. 

 

Yeni  və  ənənəvi  qiymətləndirmə  arasında  əsas  fərq  gündəlik  rəqəmli 



qiymətlərin  yazılmaması  və  şagirdin  təlim  fəaliyyətinin  daim  izlənməsidir.  Şagird 

gündəlik  təlim  fəaliyyəti  ərzində  rəqəmli  qiymət  almaq  üçün  deyil,  yaxşı  nəticə 

göstərmək  üçün  çalışır.  Bu  prosesdə  şagirdlər  qiymətləndirmə  meyarları  ilə 

əvvəlcədən tanış olurlar. 

  

Formativ qiymətləndirmə dərsi müşayiət edən prosesdir

     


 Formativ  qiymətləndirmə  sinifdə  hər  bir  şagirdin  inkişafının  sistemli  şəkildə 

izlənilməsini  təmin  edir.  Müəllim  bu  qiymətləndirmə  vaitəsilə  tədris  prosesini 

tənzimləyir,  uğur  qazana  bilməyən  şagirdlərin  ehtiyaclarını  öyrənərək  onlara  əlavə 

kömək göstərir. Formativ qiymətləndirmə şagirdlərin təlim nəticələrinə nail olması və 

nəticədə  summativ  qiymətləndirmədə  müvəffəqiyyət  qazanmasına  kömək  məqsədilə 

aparılır.  



Məqsədlər: 

 

Şagirdin  bilik  və  bacarığını  formalaşdırmaqla  onun  təlim  nəticələrinə  nail 



olmaq; 

 

Şagirdlərin təlim ehtiyaclarını öyrənmək; 

 

Şagirdlərin təlim sahəsində irəliləyişlərinin izlənilməsini təmin etmək; 

 

Şagirdin uğur qazana bilməməsinin səbəblərini araşdırmaq və onun inkişafını 



təmin etmək; 

 

Şagirdlərin hər bir fənn üzrə məzmun standartlarında gözlənilən əsas bilik və 



bacarıqlar əldə etməsini izləmək; 

 

Şagirdlərin özünüqiymətləndirmə bacarığını inkişaf etdirmək; 

  Tədris prosesinin düzgün istiqamətləndirilməsini və səmərəliliyini təmin etmək. 

Formativ qiymətləndirmənin keçirilmə vaxtı: 

  Dərs ilinin əvvəlindən başlayaraq təlim prosesində müntəzəm şəkildə aparılır. 



Qeydiyyatın aparıldığı yer

Yüklə 1,42 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin