Yeni TƏLİm texnologiyalari. FƏal və İnteraktiv təLİM Əhatə olunan məsələlər



Yüklə 1,42 Mb.
Pdf görüntüsü
səhifə8/11
tarix30.12.2019
ölçüsü1,42 Mb.
#30030
1   2   3   4   5   6   7   8   9   10   11
YENİ TƏLİM TEXNOLOGİYALARI.


 

Formativ  qiymətləndirmənin  nəticələri  şagirdin  portfoliosunda,  müəllimin 

formativ qiymətləndirmə dəftərlərində və şagirdin məktəbli kitabçasında sözlə və ya 

rəqəmlə qeyd olunur. 



Summativ qiymətləndirmə 

 

Summativ  qiymətləndirmə  kiçik, böyük  və  yekun  summativ  qiymətləndirmədən 



ibarətdir.  Kiçik  və  böyük  summativ  qiymətləndirmə  təlim  prosesində  müəyyən 

mərhəlyrə  yekun  vurmaqla  müvafiq  məzmun  standartlarına  uyğun  qiymətləndirmə 

standartları  əsasında  hazırlanmış  vasitələrlə  şagirdin  nailiyyət  səviyyəsini  ölçmək 

məqsədilə aparılır. 

 

Summativ qiymətləndirmə təhsilin hər hansı mərhələsində (bəhs və ya 

bölmənin, yarımilin və ilin sonunda) şagirdlərin standartlar üzrə əldə etdikləri 

nailiyyətlərin qiymətləndirilməsidir. Summativ qiymətləndirmənin ən mühüm cəhəti 

şagirdlərin əldə etdiyi biliklərin tətbiqinə hansı səviyyədə nail olduğunu aşkar 

etməkdən ibarətdir. Summativ qiymətləndirmə məzmun standartlarının 

mənimsənilmə səviyyəsinin etibarlı göstəricisidir.  



 

Məqsədlər:  

  Hər hansı mərhələ üzrə şagirdin nailiyyətinin səviyyəsini müəyyən edib qiymət 



yazmaq; 

  Təlim  və  tədris  prosesinin  monitorinqini  həyata  keçirmək  (irəliləmə  və 



geriləməni müəyyənləşdirmək); 

 

Müəllimin tədris fəaliyyətini izləmək; 

  Məktəbdə təlimin təşkili işinin səviyyəsini müəyyənləşdirmək. 

Summativ qiymətləndirmənin keçirilmə vaxtı

 

Kiçik  summativ  qiymətləndirmə  fənn  kurikulumları  tətbiq  olunan  siniflərdə 

bəhs  və  ya  bölmələrin  sonunda,  altı  həftədən  gec  olmayaraq,  müəllim 

tərəfindən  keçirilir.  Onun  nəticələri  yarımillik  qiymətlərin  hesablanmasında 

nəzərə alınır.  


 

Böyük  summativ  qiymətləndirmə  yarımillərin  sonunda  ümumi  təhsil 

müəssisəsinin  rəhbərliyinin  və  ya  orada  yaradılan  müvafiq  komissiyanın 

nəzarəti ilə fənni tədris edən müəllim tərəfindən aparılır. 

  Yekun  summativ  qiymətləndirmə  buraxılış  siniflərində  təhsil  səviyyələrinin 

sonunda yekun attestasiya (buraxılış imtahanları) şəklində aparılır. 

Summativ qiymətləndirmənin nəticələrinin qeyd olunduğu yer:  

 

Summativ qiymətləndirmənin nəticələri keçirildiyi tarixdə sinif jurnalında qeyd 

olunur.  

 

 Qiymətləndirmənin komponentlər üzrə şərhi 



Komponentlər 

Ənənəvi qiymətləndirmə 

Müasir qiymətləndirmə 

Məqsədlər 

Bilik, 

bacarıq, 



vərdişlərin 

inkişafına yönəlmiş sayılırdı : 

Reallıqda, 

əsasən, 


bilik 

səviyyəsi qiymətləndirilirdi. 

Bilik,  bacarıq,  vərdiş, 

dəyər-lərin, 

şəxsiyyətin 

inkişafına 

yönəlmişdir: 

şagirdin 

nailiyyəti 

(qazanılan 

dəyərlər) 

qiymətləndirilir,  inkişafı 

sistemli şəkildə izlənilir.  

Rol və vəzifələr 

Qiymətləndirmə 

şagirdə 


qiymət  yazmaq  kimi  qəbul 

olunurdu; şagird yalnız qiymət 

almaq naminə oxuyurdu; tədris 

prosesinin  yalnız  müəyyən  bir 

hissəsində tətbiq edilirdi. 

Qiymətləndirmə  təhsilin 

keyfiyyətinin 

yüksəldilməsinə 

yönəldilir 

və 


onu 

idarəedən vacib amil kimi 

meydana  çıxır,  tədris 

prosesinin 

bütün 

mərhələlərində 



tətbiq 

edilir.  

Növlər və 

istiqamətlər 

Məktəbdaxili  cari  və  yekun 

qiymətləndirmə 

Beynəlxalq, 

milli, 


məktəbdaxili 

qiymətləndirmə. 

Diaqnostik, 

formativ, 

summativ qiymətləndirmə 

Xüsusiyyətlər 

Daha 

formal, 


qeyri-dəqiq, 

müəllimin  subyektiv  rəyinə 

əsaslanırdı, sistemsiz idi.  

Standart  əsasında  qurulur. 

Daha  obyektiv,  dəqiq, 

adekvat, sistemlidir/. 



Meyarlar, 

göstəricilər 

Mövzulara 

əsaslanan 

nailiyyətlərin 

qiymətləndirilməsidir.Dahaçox 

kəmiyyət  göstəriciləri  nəzərə 

alınır.  

Qiymətləndirmə 

standartlarına 

əsaslanır.Keyfiyyət 

göstəriciləri nəzərə alınır.  

Üsul və vasitələr 

Məhdud  və  qeyri-çevik  (şifahi 

cavab, yoxlama işləri, testlər) 

Daha  müxtəlif  və  çevik 

(müsahibə, 

söhbət, 


müşahidə, 

rubriklər, 

tapşırıqlar,  valideyn-lərlə 

və  digər  fənn  müəllimləri 

ilə əməkdaşlıq, şagirdlərin 

şifahi 


cavabları, 

şagirdlərin  yazı  işlərinin 

təhlili,  test  tapşırıqlarının 

nəticələri). 

Formalar 

Sinifdaxili, məktəbdaxili 

Sinifdaxili,  məktəbdaxili, 

mərkəzləşdirilmiş. 



 

 

 

  Məktəbdaxili qiymətləndirmənin üsul və vasitələri 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Məlumatların  toplanması  üçün  qiymətləndirmə  üsulları  və  vasitələrindən  istifadə 

olunur.  

Məlumatların 

toplanması 

Nə üçün 


Məqsəd 

Necə 


Qiymətləndir-

mə vasitələri 



1. 

Qiymətləndirmə 

üsulları  şagirdlərin  təlim  fəaliyyəti  haqqında 

məlumatları toplamaq üçün istifadə olunan prosedurlardır. 

2.  Qiymətləndirmə  vasitələri  həmin  üsulu  həyata  keçirmək  üçün  istifadə 

olunan alətlərdir.  

3.  Qiymətləndirmənin  növündən  asılı  olaraq  üsul  və  vasitələr  fərqli  olur.  

Məsələn, formativ qiymətləndirmə zamanı müəllimin məqsədi şagirdin riyazi məsələ 

həll  etmək  bacarığının  yoxlanılmasıdırsa,  onun  istifadə  edəcəyi  üsul  tapşırıqvermə, 

qiymətləndirmə  vasitəsi  isə  riyazi  çalışmalardır.  Qiymətləndirmənin  məqsədindən 

asılı olaraq üsul və vasitələr fərqli olur.  



 

 

 

 

 

 

 

 

Diaqnostik qiymətləndirmədə istifadə olunan üsul və vasitələr 

                                                                                               

     

Üsullar 

Vasitələr 

Tapşırıqvermə 

Çalışmalar 

Müsahibə  

Müəllimin qeydiyyat vərəqi 

Valideynlərlə və digər fənn müəllimləri 

ilə əməkdaşlıq 

Söhbət və müəllimin sorğu vərəqi 



Formativ qiymətləndirmədə istifadə olunan üsul və vasitələr 

    


 

Üsullar 

Vasitələr 

Şifahi və yazılı tədqimat 

Müşahidə vərəqləri, 

özünüqiymətləndirmə vərəqi 

Tədqiqat layihəsi 

Meyar cədvəli 

Rubrik (sxem) 

Meyarlar üzrə qiymətləndirmə şkalası 

Test 

Test tapşırıqları 



Özünüqiymətləndirmə  

Özünüqiymətləndirmə vərəqləri 

Oyunlar 

Müşahidə vərəqləri 

 

Summativ qiymətləndirmədə istifadə olunan üsullar və vasitələr 


 

                                                                                    

Üsullar 

Vasitələr 

Layihə 


Təqdimat 

Şifahi sorğu 

Sual-cavab 

Test 


Test tapşırıqları 

Tapşırıqvermə 

Tapşırıq, çalışma, laboratoriya işləri 

 

 



Test tapşırıqları qiymətləndirmə vasitəsi kimi hal-hazırda papulyarlıq qazansa 

da,  fənni  tədris  edən  müəllim  diaqnostik,  formativ  və  hətta  summativ 

qiymətləndirmədə test tapşırıqlarına aludəçilik göstərməməlidir.  

 

Şagirdlərin şifahi və yazılı nitq bacarıqlarını, məntiqi və təfəkkürünü, müstəqil 



düşünmə  qabiliyyətini  inkişaf  etdirən  üsullardan-layihə  (qiymətləndirmə 

vasitəsi-şagirdlərin  təqdimatı  və  müəllimin  tərtib  etdiyi  meyar  cədvəli),  şifahi 

sorğu (qiymətləndirmə vasitəsi- şifahi nitq bacarıqları üzrə qeydiyyat vərəqi)

yoxlama yazı işlərindən (məsələ və misal həlli) geniş istifadə etməlidir.  

 

Test  tapşırıqlarından  davamlı  olmamaqla,  yeri  gəldikcə  ,  summativ 



qiymətləndirmədə isə tərəddüdsüz istifadə etmək tövsiyə  olunur.  

 

Qiymətləndirmə standartları.  

  

  Qiymətləndirmə standartları qiymətləndirmə sxemləri (QS) şəklində hazırlanır. 



QS  xüsusi  növ  qiymətləndirmə  şkalasıdır.  QS  qiymətləndirmənin  daha  ədalətli, 

obyektiv,  etibarlı  və  ardıcıl  həyata  keçirilməsinə  imkan  verir,  müəllimləri  tədrisin 

səmərəliliyi ilə, faydalı məlumatlarla təmin edir və tələb edir ki, hər bir müəllim mü-

vafiq  şərtlər  üzrə  öz  meyarlarını  müəyyənləşdirsin.  QS  şagirdin  işini  qiy-

mətləndirmək  üçün  müəllimin  sərf  etdiyi  vaxtı  azaldır.  Keyfiyyət  səviyyələri 

vasitəsilə  müxtəlif  qabiliyyətə  malik  şagirdlərin  təhsil  aldığı  sinifləri  nəzərə  almağa 

şərait  yaradır.  QS  fəaliyyətin  qiymətləndirilməsi  zamanı  istifadə  olunan  meyarlarla 

bağlı şagirdlərin məlumatlandırılmasını, onların işinin necə qiymətləndiriləcəyini və 

onlardan  nələrin  tələb  olunacağını  aydın  şəkildə  göstərməklə  konkret  məqsəd  və 

tələbləri  (meyarları)  müəyyən  edir.  QS  şagird  işlərinin  keyfiyyətini  daha  yaxşı 

qiymətləndirməklə  təlim  prosesində  irəliləyişlərin  qiymətləndirilməsi  üçün  çərçivə 

təyin edir, işlərin keyfiyyəti ilə bağlı əks tərəfə məlumat verilməsini təmin edir. 

QS-in elementləri bunlardır: 

- qiymətləndiriləcək əsas sahələr; 

- nailiyyətin  müxtəlif  səviyyələrini  dəyərləndirmək  üçün  qiymətləndirmə 

şkalası; 



- səviyyə üzrə etiket: nailiyyət səviyyəsini təsvir edən söz və ya rəqəm; 

- səviyyə  deskriptoru:  nailiyyət  səviyyəsini  daha  müfəssəl  təsvir  edən  söz 

(ifadə); 

- səviyyə  indikatorları:  hər  bir  nailiyyət  səviyyəsi  üzrə  diqqət  yetiriləcək 

məsələyə aid konkret nümunələr; 

- standart: nail olunması nəzərdə tutulan nəticə. 

QS vasitəsilə qiymətləndirmə  standartlarının hazırlanması  aşağıdakı  ardıcıllıqla 

aparılır: 

- təlim  məqsədi  təyin  edilir  (bilik,  bacarıq,  münasibət,  nəticə),  şagirdlərin  nəyi 

bilməsi və bacarması barədə mülahizələr dəqiqləşdirilir; 

- qiymətləndirmə məqsədi seçilir (diaqnostik, formativ, summativ); 

- hansı  növ  qiymətləndirmə  sxemlərindən  istifadə  edilməsi  barədə  qərar  verilir 

(holistik, analitik); 

- qiymətləndirmənin  aspektləri  (bilik,  bacarıqlar,  onların  əldə  olunması  yolları, 

tətbiqi və s.), yaxud əsas sahələri müəyyənləş-dirilir və təsvir edilir

- müxtəlif nailiyyət səviyyələri keyfiyyət baxımından müəyyənləşdirilir və təsvir 

edilir; 

- nailiyyət səviyyələrinin qiymətləndirmə ballarına görə sayı dəqiqləşdirilir; 

- səviyyə  deskriptorlarının  (təsviri  indikatorlar)  növləri  (kəmiyyət,  normativ, 

deskriptiv) seçilir. 

Deskriptiv növ seçilərsə, bütün nailiyyət səviyyələrinin sözlə təsviri verilir; 

- hər bir səviyyə üzrə müxtəlif nümunəvi şagird tapşırıqları hazırlanır; 

- zərurət  yaranarsa,  qiymətləndirmə  sxemi  nəzərdən  keçirilir  və  lazımi 

dəyişikliklər edilir. 

Qiymətləndirmə  standartlarının  hazırlanmasında  baza  rolu  oynayan  və  təlim 

standartlarını, göstərilən təlim nəticələrini təyin edən hər bir fənn kurikulumu, adətən, 

qiymətləndirmə standartları toplusundan daha əhatəli və geniş hazırlanır. 

Bəzən  də  bir  sıra  qiymətləndirmə  standartları  kurikulumda  aşkar  əks  olunmasa 

da, müxtəlif qiymətləndirmə tədbirlərində onlardan istifadə edilir. Qiymətləndiriləcək 

bacarıqların  təyin  olunması  prosesində  onların  idraki  xarakterdə  olması  xüsusilə 

nəzərə  alınır  ki, bu  da  qiymətləndirmə  tapşırıqlarının  mürəkkəblik  səviyyəsinin  mü-

əyyən  olunmasında  vacib  şərt  hesab  olunur,  mənimsəmənin  əsas  xüsusiyyətlərini 

(məntiqi  düşünmə,  prosedurların  yerinə  yetirilməsi,  anlayışların  dərk  edilməsi, 

problemlərin həlli) əhatə edir. 

Nəzərə  alınmalıdır  ki,  aşağı  səviyyəli  suallar  yalnız  sadə  prosedurların  yerinə 

yetirilməsinə,  elementar  konsepsiyaların  dərk  edilməsinə,  sadə  problemlərin  həllinə 

yönəldilir.  Yüksək  səviyyəli  suallardan isə  şagirdlərdə  məntiqi düşünmək,  anlayışları 

hərtərəfli  dərk  etmək,  mürəkkəb  prosedurları  yerinə  yetirmək  və  qeyri-standart  prob-

lemləri həll etmək bacarıqlarının formalaşmasında istifadə olunur. 

Şagirdlərin  məzmun  standartlarına  nə  dərəcədə  nail  olduğunu  ölçmək  və 

qazanılmış  bacarıqlar  üzrə  yekun  (summativ)  qiymətləndirmələr  aparmaq  üçün 

qiymətləndirmə vasitələri (testləri) hazırlanır. 



Rubriklər qiymətləndirmə (formativ) üsulu və vasitəsi kimi 

 

Rubrik-meyar  əsasında  şagirdin  nailiyyəti  səviyyəsinin  qiymətləndirmə 

şkalasıdır. O, iki əsas suala cavab verir: 

1.  Mən nəyi qiymətləndirməliyəm (bacarıq meyarları)? 

2.  Bu meyar üzrə hansı nailiyyət səviyyələri ola bilər? 

 

Rubrik  bacarıq  və  ya  nəticəni  artan  keyfiyyət  kontinuumunda  (aşağı 



səviyyədən yuxarı səviyyəyə qədər) təsvir edir. 

  Rubrik qiymətləndirmənin həm üsulu, həm də vasitəsi kimi çıxış edə bilər.  

  Qiymətləndirmə  şkalası  nailiyyət  səviyyəsinə  qiymət  (balla  və  ya  sözlə) 

verilməsi üçün mexanizmdir. 

  Rubrik-formativ qiymətləndirmənin ən faydalı üsullarından biridir.Ondan həm 

də diaqnostik və summativ qiymətləndirmədə istifadə oluna bilər.  



Rubriklərin əsas elementləri

1.  Rubrikin adı( hansı bacarıq və ya kompetensiya qiymətləndirilir). 

2.  Qiymətləndiriləcək  bacarığın  və  ya  kompetensiyanın  hansı  bacarıqlardan 

ibarət olmasının təsviri (aspektlər, meyarlar). 

3.  Nailiyyətin  müxtəlif  səviyyələrini  qiymətləndirmək  üçün  qiymətləndirmə 

şkalası-keyfiyyət  səviyyələri  intervalı.Müəllimin  istəyindən  asılı  olaraq  -

səviyyələr üzrə qiymətləndirmə balları və ya qiymətin sözlə ifadələri. 

4.  Səviyyə üzrə göstəricilər- nailiyyət səviyyəsini təsvir edən söz və ya rəqəm. 

5.  Səviyyə deskriptor- nailiyyət səviyyəsini daha müfəssəl təsvir edən sözlü ifadə. 

Rubrikdən istifadə zərurəti

  Rubriklər  qiymətləndirmə  zamanı  şagirdlərdə  hansı  bacarıqların  inkişaf 

etdirilməsinin tələb edildiyini göstərir. 

  Rubriklərdən,  əsasən,  formativ  qiymətləndirmə  zamanı,  həmçinin  diaqnostik 

və summativ qiymətləndirmədə də istifadə olunur.  

  Rubriklər nailiyyət səviyyələrini sözlə təsvir edir və iki əsas suala cavab verir: 



Nə qiymətləndirilir? Nailiyyət səviyyələri necə ifadə olunur? 

Rubriklərin üstün cəhətləri vardır

 Bunlar aşağıdakılardır

1.  Rubriklər  qiymətləndirmənin  daha  ədalətli,  obyektiv,  etibarlı  və  ardıcıl 

olmasına imkan verir. 

2.  Rubrikləri  hazırlamaq  üçün  müəllimlər  müvafiq  şərtlər  üzrə  öz  meyarlarını 

müəyyənləşdirir və bununla təlim məqsədlərini daha yaxşı təsvir edir. 

3.  Rubriklər  müəllimlərin  şagirdin  işini  qiymətləndirməyə  sərf  etdiyi  vaxtı 

azaldır. 

4.  Rubriklər tədrisin səmərəliliyi ilə bağlı müəllimləri faydalı məlumatlarla təmin 

edir.  


5.  Rubriklər  keyfiyyət  səviyyələri  intervalı  vasitəsilə  telerogen  (müxtəlif 

qabiliyyətə  malik  şagirdlərin  olduğu)  siniflərində  qiymətləndirmə  aparmağa 

kömək edir. 

 

Rubriklərin hazırlanması üçün addımlar: 

Addım 1Mən hansı bacarığı qiymətləndirməliyəm? 

-  təlim məqsədini təyin etməklə rubrikin adını müəyyənləşdirmək. 



Addım 2.  Bacarığın hansı  əsas tərkib  hissələri  (aspektləri,  meyarları) ola bilər?-

aspektləri (meyarları) təsvir etmək (Təsviri sxem formasında ifadə etmək). 

Addım  3.  Nailiyyətin  müxtəlif  səviyyələrini  qiymətləndirmək  üçün  hansı 

qiymətləndirmə  şkalasından  istifadə  ediləcəkdir?-nailiyyət  səviyyələrinin  sayını 



(4-6 səviyyə) və ifadəsini (göstəriciləri) dəqiqləşdirmək. 

Addım 4. Bu aspektlər üzrə hansı nailiyyət səviyyələri ola bilər?-bütün nailiyyət 

səviyyələrinin  deskriptorlarının  sözlü  təsvirini  yazmaq,  bunun  üçün  əvvəl 

şkalanın  ən  yüksək  və  ən  aşağı  səviyyəsini,  sonra  isə  onların  arasında  olan 

şkalaları müəyyənləşdirmək. 

Rubriklər iki növə ayrılır: 

-  Holistik rubrik-şagirdin fəaliyyətinə verilən tələbləri meyar şəklində təsvir edir 

və onların nailiyyət səviyyələrini göstərir. 

-  Analitik  rubrik-şagirdin  fəaliyyətinə  verilən  tələblərdən  irəli  gələn  meyarları 

bir neçə aspektə ayıraraq nailiyyət səviyyələrini müəyyən edir. 

 


 

 

 

 

 

 

Şagirdlərin bacarıqlarının qiymətləndirilməsi üzrə holistik rubrik 

                                                                        

 

  



Göstəricilər 

(səviyyə) 

Meyarlar 

Qeyd 

4. 


 

 

3. 



 

 

2. 



 

          1. 

Təqdimat 

yaxşı 


təşkil  olunub.  Məzmun 

bütünlüklə  əhatə  olunub  və  həqiqətən  şagirdlərin 

birgə əməyinin məhsuludur. 

 Təqdimatın 

təşkili  qənaətbəxşdir.  Məzmun 

müəyyən qədər əhatə olunub və şagirdlərin onun 

üzərində birgə çalışdığı məlum olur.  

Təqdimatın  təşkilatçılığı  zəifdir.  Məzmun  bir 

qədər əhatə olunub və qrupun kollektiv işlədiyi az 

hiss olunur.  

Təqdimat  qoyulmuş  məzmunu  əhatə  etmir. 

Təqdimatın  kollektiv  işin  nəticəsi  olduğu  hiss 

olunmur.  

 

 

 

Holistik və analitik rubriklərin müqayisəsi 

1.  Holistik qiymətləndirmə şagird nailiyyətləri üzrə ümumi mənzərəni təsvir edir. 

Analitik  qiymətləndirmə  isə  şagirdin  ayrı-ayrı  fəaliyyət  sahələri  üzrə 

qiymətlərini  təyin  edir,  şagirdlərin  fəaliyyəti  ardıcıl  qiymətləndirilməklə, 

onların nailiyyətləri haqqında daha ətraflı informasiya verir. 

2.  Holistik  qiymətləndirmə  sürətli,  analitik  qiymətləndirmə  üçün  daha  çox  vaxt 

tələb olunur. 


Holistik  rubrik.  Holistik  rubrik  qeyd  olunduğu  kimi,  şagirdin  işi  ilə  bağlı 

ümumi təəsürat yaradır və əksər hallarda fəaliyyət səviyyələrini əks etdirən 4-6 ballıq 

şkalaya əsaslanır.  

Üstün  cəhətləri:  sürətli  qiymətləndirmədir,  şagird  nailiyyəti  haqda  ümumi 

mənzərəni təsvir edir. 



Zəif  cəhətləri:  təfərrüatlı  informasiya  vermir,  bir  ümumi  qiymətin  verilməsi 

çətin ola bilər. 

Aşağıdakı hallarda holistik rubriklərdən istifadə etmək məsləhətdir: 

1.  Nailiyyətin ani mənzərəsini əldə etmək istəyəndə; 

 

2.  Keyfiyyətin müəyyən olunması üçün tək bir aspekt adekvatlıq təşkil edərsə. 



Analitik rubrik

Analitik  rubrik  qeyd  olunduğu  kimi,  şagirdin  işinin  (fəaliyyətinin)  çoxşaxəli 

aspektləri  üzrə  ayrı-ayrı  qiymətlər  təyin  edir.  Hər  bir  aspektin  qiymətləndirilməsi 

üçün, əsasən, 4-6 ballıq şkaladan istifadə olunur. 



Üstün cəhətləridaha təfərrüatlı informasiya verir, hər bir şagird, sinif  və illər 

üzrə daha ardıcıl qiymətləndirmə aparılır. 



Zəif cəhətləri: qiymətləndirmə üçün çox vaxt tələb olunur (vaxt aparır). 

Aşağıdakı hallarda analitik rubrikdən istifadə olunması məsləhətdir

a)  Nisbi üstünlüyü və zəifliyi görmək istədikdə; 

b) Təfərrüatlı məlumat (əks-əlaqə) əldə etmək istədikdə; 

c) Mürəkkəb fəaliyyəti və ya nəticəni qiymətləndirmək istədikdə; 

ç) Şagirdlərin öz qavramanlarını və ya fəaliyyətlərini qiymətləndirmələrini istədikdə. 

Rubriklər əsasında qiymətləndirmə üçün tövsiyyələr

1.  Təlim  məqsədini  təyin  edin  (bilik,  bacarıq,  münasibət  və  s.).  Şagirdlərin  nəyi 

bilməsini və bacarmasını müəyyənləşdirmək istədiyiniz  barədə fikirləşin; 

2.  Qiymətləndirmə məqsədini seçin (diaqnostik, formativ, summativ); 

3.  Hansı növ rubrikdən istifadə edəcəyinizə qərar verin (holistik, analitik); 

4.  Sizin  üçün  maraqlı  olan  aspektləri  (meyarları)  müəyyənləşdirin  və  bu 

aspektləri təsvir edin; 


5.  Müxtəlif nailiyyət səviyyələrinin necə ifadə olunmasını müəyyənləşdirin; 

6.  Nailiyyət səviyyələrinin sayını dəqiqləşdirin ( və ya qiymətləndirmə ballarıni); 

7.  Səviyyə deskriptorlarını ifadə edin; 

8.  Bütün nailiyyət səviyyələrinin deskriptorlarının sözlü təsvirini yazın. 

   Qeyd:  Dərslik  komplektinə  daxil  olan”Müəllim  üçün  metodik  vəsait”lərdə 

rubrik  nümunələri  verilmiş  və  onların  tətbiqi  məqamları  göstəril  mişdir.Həmin 

rubriklərə  aid  nümunələri  və  onların  real  pedaqoji  prosesə  daxil  edilməsi 

texnologiyalarını nəzər-nöqtəsi seçməklə brada təqdim etdiyimiz nəzəri materialları 

daha  aydın  şəkildə  anlamaq  mümkündür.Odur  ki,rurik  nümunələrinin  təqdimatına  

xüsusi yer ayırmağa lüzum görmürük.   İnanırıq ki,bu dərs vəsaitindən faydalananlar 

bizim mövqeyimizlə ortaq olacaq və sözügedən istiqamətdə  “Müəllim üçün metodik 

vəsait”ləri    diqqətlə  nəzədən  kçirəcək  və  qiymətləndirmənin  həm  nəzəri,həm  də 

praktiki məsələlərini daha da dərindən öyrənə biləcəklər. 

 

 



Qiymətləndirmənin “keyfiyyət” üsulları 

Yalnız  “kəmiyyətcə  qiymətləndirmə”  üsullarından  istifadə  etmək  kifayət  deyil. 



Onunla  yanaşı aşağıdakı  “keyfiyyətcə  qiymətləndirmə” üsullarından  da istifadə 

etmək məqsədəuyğundur: 

 

Yazı və yoxlama işlərində konstruktiv qeydlər



 

“Portfolio” sistemi; 

 

Verbal (sözlə); 



 

Qarşılıqlı qiymətləndirmə; 

 

Özünüqiymətləndirmə; 



 

Reytinqin çıxarılması; 

 

Emosional münasibət yolu ilə qiymətləndirmə; 



  Meyar cədvəli. 

Formativ qiymətləndirmə həm şagirdə, həm də valideynə yönəlmiş ola bilər. Bundan 

asılı olaraq formativ qiymətləndirmənin nəticələri müxtəlif formada çatdırılır: 

 

Şagird üçün dəftərində və ya digər iş vərəqlərində konstruktiv şərhlər (qeydlər) 

yazılır  və  nəticələri  təkmilləşdirmək  üçün  konkret  göstərişlər  və  tapşırıqlar 

verilir; 

 

Şagirdlə əks-əlaqə formativ qiymətləndirmənin müxtəlif keyfiyyət üsullarından 



istifadə edərək yaradıla bilər; 

 

             Qiymətləndirmənin portfolio vasitəsi 

 

Qiymətləndirmənin  portfolio  adlı  vasitəsi  və  onun  xarici  ölkələrdə  tətbiqi, 



istifadə  dairəsi  olduqca  fərqli  və  əlverişlidir.  ABŞ-ın  əksər  ştatlarında  geniş  tətbiq 

dairəsinə  malik  bu  vasitə  şagirdlrədə  öz  təhsillərinə  qarşı  məsuliyyət  hissi  aşılayır. 

Rusiya  Federasiyasında  portfolio  şagirdlərin  müəyyən  mövzu  və  fənn  üzrə 

bilmədikləri  və  bacarmadıqlarından  bilik  və  bacarıqlarına,  pedaqoji  vurğunun  qiy-

mətdən  özünü  qiymətləndirməyə  keçidindən,  kəmiyyət  və  keyfiyyət  qiymətlərinin 

inteqrasiyasından  ibarətdir.  Portfolio  şagirdlərin  fərdi  təlim  nailiyyətlərinin 

sənədləşdirilmiş (sertifikatlaşdırılmış) məcmusudur. 

Portfolionun funksiyaları aşağıdakılardır: 

▪ diaqnostik – müəyyən edilmiş müddət ərzində dəyişiklikləri və inkişaf həddini 

yoxlayır; 

▪ məqsədəmüvafiq – təlim məqsədlərini təmin edir; 

▪ təqdimat – görülən işlərin məzmununu açıqlayır; 

▪ inkişafetdirici – ildən-ilə təlimin davamlılığını təmin edir; 

▪ reytinqli – bilik və bacarıqların əhatə dairəsini göstərir. 

 

 

Diaqnostik qiymətləndirmənin müşahidə sxemi 



Əsas inkişaf sahələri

1.  İdraki (koqnitiv) inkişaf (bilmə, anlama, tətbiq, təhlil, dəyərləndirmə və sintez 

bacarıqları); 

2.  Şəxsi  inkişaf  (özü  və  bacarıqları  barədə  danışmaq,  özünə  inamı  nümayiş 



etdirmək, müxtəlif situasiyalarda öz davranışını idarə etmək bacarıqları); 

3.  Sosial-emosional inkişaf (qrupda pozitiv münasibət qurmaq, ünsiyyətə girmək, 

yaxşı-pis  hərəkətləri  seçmək,  davranışının  səbəblərini  izah  etmək  və 

məsuliyyətini anlamaq); 

4.  Hərəki  (psixomotor)  inkişaf  (təqlid  etmək,  tapşırıqları  başa  düşmək,  yerinə 

yetirmək, tətbiq etmək və uyğunlaşmaq). 

 

Yüklə 1,42 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin