Yeni TƏLİm texnologiyalari. FƏal və İnteraktiv təLİM Əhatə olunan məsələlər


Qiymətləndirmə meyarlarının müəyyən olunması



Yüklə 1,42 Mb.
Pdf görüntüsü
səhifə9/11
tarix30.12.2019
ölçüsü1,42 Mb.
#30030
1   2   3   4   5   6   7   8   9   10   11
YENİ TƏLİM TEXNOLOGİYALARI.


 Qiymətləndirmə meyarlarının müəyyən olunması 

 

Qiymətləndirmə meyarları məzmun standartları əsasında müəyyən olunur. 



 

 

 

 

 



 

 

 

Müəllimin  fəaliyyətindəki  xüsusi  yerini  nəzərə  alaraq  kiçik  və  böyük 

summativ qiymətləndirmənin daha geniş şəkildə şərhinə, müyyən qədər təkrara yol 

vermiş olsaq da belə, bir daha diqqət yönəldək: 

-  Kiçik  summativ  qiymətləndirmə  fənn  kurikulumları  tətbiq  olunan  siniflərdə 

bəhs  və  ya  bölmələrin  sonunda  dörd  həftədən  tez  və  altı  həftədən  gec  olmayaraq 

müəllim tərəfindən keçirilir. Onun nəticələri yarımillik qiymətlərin hesablanmasında 

nəzərə alınır.  

-  Kiçik  summativ  qiymətləndirmənin  keçirilməsi  üçün  vaxt  fənni  tədris  edən 

müəllim tərəfindən müəyyənləşdirilərək qiymətləndirmə vasitələri hazırlanır. Böyük 

summativ qiymətləndirmə vasitələri isə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 

tövsiyələri  əsasında  yerli  təhsili  idarə  edən  orqanlar  və  ümumtəhsil  müəssisəsi 

rəhbərliyinin təşkil etdiyi komissiya tərəfindən hazırlanır.  

- Kiçik summativ qiymətləndirmə vasitələri (tapşırıqlar, yazı işləri və s.) fənni 

tədris edən müəllim tərəfindən hazırlanır. 

-  Kiçik  summativ  qiymətləndirmə  vasitələri  asan,  orta,  çətin  olmaqla 

hazırlanır. Asan tapşırıqlar idrakın bilmə mərhələsinə aid olub şagirdin hər hansı 

bir  məlumatı  bilməsini  və  yadda  saxlamasını  ölçür.  Orta  səviyyəli  tapşırıqlar 

idrakın anlama, tətbiq və təhlil mərhələsinə aid olub şagirdin səbəb-nəticə əlaqələrini 

anlamaq,  tətbiq  etmək,  müqayisə  etmək  və  fərqləndirmək  kimi  bacarıqlarını 


qiymətləndirir.  Çətin  səviyyəli  tapşırıqlar  idrakın  sintez  etmək,  qarşılaşdırmaq, 

dəyərləndirmək, qərar qəbul etmək bacarıqlarını ölçür.  

-Kiçik  summativ  qiymətləndirmə  bir  dərs  saatı  və  ya  dərs  saatının  bir 

hissəsində  aparıla  bilər.  Bu  müddət  fənni  tədris  edən  müəllim  tərəfindən 

müəyyənləşdirilir. 

-  Kiçik  summativ  qiymətləndirmənin  keçirdiyi  gün  dərsdə  iştirak  etməyən 

şagirdin  sinif  jurnalında  adının  qarşısında  xana  diaqonalla  2  yerə  ayrılır  və  onun 

surətində  “q”  (qaib)  yazılır,  məxrəci  isə  boş  saxlanılır.  Müəllim  həmin  şagirdlə 

növbəti 2 həftə ərzində summativ qiymətləndirmə aparır və onun nəticəsini məxrəcdə 

qeyd edir.  



- Böyük summativ qiymətləndirmə. 

-  Yarımillərin  sonunda  böyük  summativ  qiymətləndirmənin  bir  dərs  saatı 

ərzində keçirilməsi illik planlaşdırmada nəzərdə tutulur

-  Böyük  summativ  qiymətləndirmə  vasitələri  (test  tapşırıqları)  ümumi  təhsil 

müəssisəsi rəhbərliyinin təşkil etdiyi xüsusi komissiya tərəfindən hazırlanır; 

-  Böyük  summativ  qiymətləndirmə  vasitələri  fənnin  məzmunundakı  əsas 

zəruri bilikləri əhatə etməklə daha çox tətbiqi bacarıqları yoxlamağa xidmət 

edir.  Təhsil  Nazirliyinin  tövsiyələri  və  verdiyi  nümunələr  əsasında  hər  bir 

ümumi təhsil müəssisəsində qiymətləndirmə vasitələri bankı tərtib edilir. 

-  Böyük  summativ  qiymətləndirmə  vasitələri  asan,  orta,  çətin  olmaqla 

hazırlanır.  Asan  tapşırıqlar”  idrakın  bilmə  mərhələsinə”  aid  olub  şagirdin 

hər hansı bir məlumatı bilməsini və yadda saxlamasını ölçür. Orta səviyyəli 

tapşırıqlar” idrakın anlama, tətbiq və təhlil mərhələsinə” aid olub şagirdin 

səbəb-nəticə  əlaqələrini  anlamaq,  tətbiq  etmək,  müqayisə  etmək  və 

fərqləndirmək  kimi  bacarıqlarını  qiymətləndirir.  Çətin  səviyyəli  tapşırıqlar 

idrakın  sintez  və  dəyərləndirmə  mərhələsinə”  aid  olub  şagirdin  sintez 

etmək,  qarşılaşdırmaq,  dəyərləndirmək,  qərar  qəbul  etmək  bacarıqlarını 

ölçür.  


-  Şagird I yarımildə böyük summativ qiymətləndirmədə iştirak etmədikdə bir 

ay  müddətində  onun  böyük  summativ  qiymətləndirmədə  iştirakı  təmin 

edilir.  

-  Şagird  II  yarımildə  üzürlü  səbəbdən  böyük  summativ  qiymətləndirmədə 

iştirak  etmədikdə  II  yarımillik  qiyməti  çıxarılarkən,  I  böyük  summativ 

qiymətləndirmədə  aldığı  qiymət  ,həm  də  II  böyük  summativ  qiymət  hesab 

olunur.  Şagirdin  üzürsüz  səbəbdən  iştirak  etmədiyi  II  yarımildəki  böyük 

summativ  qiymətləndirmənin  nəticəsi  yarımillik  qiyməti  çıxarılarkən  “o” 

qəbul edilir. 

-  Əgər şagird I yarımildə böyük summativ qiymətləndirmədə üzürlü səbəbdən 

iştirak  etməmiş  və  bir  ay  müddətində  onun  böyük  summativ 

qiymətləndirmədə  iştirakını  təmin  etmək  mümkün  olmamışdırsa,  həmin 

şagirdin II yarımildə böyük summativ qiymətləndirmədə aldığı qiymət həm 

də  I  yarımilin  qiyməti  olaraq  hesablanır.  Hər  iki  böyük  summativ 

qiymətləndirmədə  üzürlü  və  ya  üzürsüz  səbəbdən  iştirak  etməyən  şagird 

haqqında məktəbin pedaqoji şurasında qərar çıxarılır.  

-  Summativ qiymətləndirmədə iştirak etməyən şagirdlər üçün yeni, lakin sinif 

üçün  istifadə  olunan  tapşırıqlarla  eyni  səviyyəli  qiymətləndirmə  vasitələri 

hazırlanır. 

-  Summativ  qiymətləndirmə  şagird  nailiyyətinin  rəsmi  qiymətləndirilməsidir 

və nəticələr 5 ballıq qiymət şkalası üzrə (1,2,3,4,5) rəqəmlə ifadə olunur və 

qiymətlər sinif jurnalına yazılır.   



Ümumiləşmə.  

Düzgün  həyata  keçirilmiş  qiymətləndirmənin  nəticələri  müəllimin  və  şagirdin 

fəaliyyəti,  müəllimin  fəaliyyətinin  şagirdlrin  tələbatına  nə  dərəcədə  cavab  verməsi, 

habelə  kurikulumda,  planlaşdırmada  və  dərsliklərdə  müvafiq  dəyişikliklərin 

aparılması zərurəti haqqında qərar qəbul etməyə imkan verir. Şagird nailiyyətlərinin 

qiymətləndirilməsi  (müvafiq  konsepsiya  barədə  əvvəlki  fəsillərdə  bəhs  etmişik) 

şagirdin  biliklərə  yiyələnmək,  onlardan  istifadə  etmək,  nəticə  çıxarmaq  bacarıqları 

haqqında məlumatların toplanması kimi qəbul edilir. Təlimin bu komponenti şagird 

irəliləyişinin  (geriləməsinin)  izlənilməsi  (monitorinqi),  təlim  prosesində  qərarların 

qəbulu  və  şagirdin  təlim  nəticələrini  və  kurukulumun  qiymətləndirilməsi 

məqsədlərinə xidmət edir . 


Söyləmək yerinə düşər ki, qiymətləndirmədən kənarda heç bir şüurlu fəaliyyət 

yoxdur.  Qiymətləndirmə  (istər  formativ,  istər  summativ,  istərsə  də  diaqnostik) 

üsullarının təlim sisteminin digər üsulları sırasında xüsusi yeri vardır. Doğurdan da, 

onun müəllim-şagird arasında əks-əlaqə vasitəsi kimi əvəzsiz rolu danılmazdır. 

Şagirdlərin  nailiyyətləri  və  təlimə  münasibətləri,  müəllmin  hazırlıq  səviyyəsi, 

fənn  kurikulumlarının  xarakterik  cəhətləri,  təlim  resurslarının  bölgüsünü  əks  etdirən 

məlumatlar  və  fəaliyyətlərin  icra  mexanizmləri  qiymətləndirmə  məlumatlarıdır. 

Məlumatların  toplanması,  testlərin  keçirilməsi,  şagird  tapşırıqlarının  toplanması, 

sinifdə  müşahidələrin  aparılması,  fənn  kurikulumlarının  icra  keyfiyyətinin,  şagird  və 

müəllimlərin  fəaliyyətlərinin  müşahidəsi,  qiymət  cədvəlləri  və  digər  məktəb 

sənədlərinin  təhlil  edilməsi  kimi  üsullarla  həyata  keçirilir.  Qiymətləndirmə 

nəticələrindən  tədris  prosesinin  planlaşdırılması  və  istiqamətləndirilməsi,  qiymət 

ballarının hesablanması, müqayisələrin aparılması, təhsil sənədlərinin və lisenziyaların 

verilməsi,  təhsilin  bir  pilləsindən  digərinə  keçilməsi,  pedoqoji  nəzəriyyənin 

formalaşdırılması,  təhsil  siyasətinin  qurulması  və  onun  təsirliliyinin  monitorinqinin 

aparılaması,  təlim  resurslarının  bölgüsü,  kurikulumun  və  tədrisin  keyfiyyətinin 

dəyərləndirilməsi  zamanı  istifadə  olunur,  eyni  zamanda  geniş  ictimaiyyəti 

məlumatlandırmaq məqsədi daşıyır. Qiymətləndirmə üçün əsas standartlardır və bunlar 

təhsilin  keyfiyyətini  qiymətləndirmək  üçün  əsas  meyarları  təyin  edir,  şagird 

nailiyyətlətlərinin  və  təhsil  imkanlarının  qarşılıqlı  dəyərləndirilməsi  üçün  istifadə 

olunan  qiymətləndirmə  üsullarının  və  vasitələrinin  keyfiyyətini  təsvir  edir, 

qiymətvermə prosesinin qanuniliyinə zəmanət verir. Mütəxəssislər belə hesab edir ki, 

qiymətləndirilmənin  aparılmasında  məqsədəuyğunluq,  nailiyyətlərin  və  təhsil  imkan-

larının qarşılıqlı dəyərləndirilməsi, toplanmış məlumatların keyfiyyətcə müvafiqliyinin 

və  etibarlılığının  təmin  olunması,  qiymətləndirmədə  şəffaflıq,  ədalətlilik,  qarşılıqlı 

razılaşma  və  əməkdaşlıq,  təlim  fəaliyyətində  qiymətləndirmə  nəticələrinin  inkişaf-

etdirici rolunun təmin olunması kimi prinsiplər diqqət mərkəzində saxlanılmalıdır. 

 Ümumtəhsil 

məktəblərində 

şagird  nailiyyətlərinin  qiymətləndirilməsi 

praktikasının  təhlili  göstərir  ki,  eyni  zamanda  bir  sinifdə  təhsil  alan  şagirdlərin 

fəaliyyətinin  müxtəlif  müəllimlər  tərəfindən  ölçülməsi  və  nailiyyətlərə  verilən 

qiymətlər bir-birindən xeyli fərqlənir, yəni subyektivlik qaçılmaz bir problem olaraq 

qalır. 


Qiymətləndirmə  müəllimlərin  və  şagirdlərin  əsas  diqqətini  öyrətmə  prosesinin 

müşahidə  olunmasına  və  yaxşılaşdırılmasına  yönəldir.  Öyrənməni  yaxşılaşdırmaq 

üçün əksər hallarda şagirdlərə öz öyrənmə adətlərini dəyişdirməkdə və ya özünüdərk 

vərdişlərini ( öz düşünmə və öyrənmələri haqda düşünmək vərdişlərini) inkişaf etdir-

məkdə kömək etmək müəllimin öyrətmə davranışını dəyişməkdən daha səmərəli ola 

bilər. Təbii ki, şagirdlər müstəqil sürətdə və ömrü boyu öyrənməlidirlərsə, onda onlar 

öz öyrənmələrinə görə tam məsuliyyət daşımağı öyrənməlidirlər. 

Əsas  diqqəti  öyrənməyə  yönəltdiklərindən  qiymətləndirmə  şagirdlərin  fəal 

iştirakını  tələb  edir. Şagirdlər  qiymətləndirmə  prosesinin  fəal tərkib hissəsi olmaqla 

özlərinin kursun (fənnin) məzmununu mənimsəmək bacarığını gücləndirir və özünü-

qiymətləndirmə  sahəsində  vərdişlərini  möhkəmləndirilər.  Müəllimlərin  şagirdlərin 

özləri  kimi  onların  müvəffəqiyyətində  maraqlı  olduqlarını  və  buna  əmək  sərf 

etdiklərini dərk edəndə, şagirdlərin həvəsi daha da artır. Şagirdlər öyrənmə prosesini 


daha çox diqqətli olduqda, daha fəal iştirak edəndə və uğur qazanacaqlarına daha çox 

inam  bəsləyəndə  kursu  daha  yaxşı  mənimsəyə  bilirlər.  Təcrübə  göstərir  ki,  müəl-

limlər  şagirdlərlə  təsvir  olunan  qaydalarla  işlədikdə,  öz  öyrətmə  vərdişlərini 

yaxşılaşdırır  və  yeni  bacarıqlar  əldə  edirlər.  Sinifin  qiymətləndirilməsi  qiymətlən-

dirməyə  münasibətdə  yekunlaşdırıcı  olmaqdan  daha  çox  formativ  bir  yanaşmadır. 

Onun  məqsədi  şagirdlərin  dəyərləndirilməsi  və  ya  onlara  qiymət  verilməsi  üçün 

faktları təmin etmək deyil, şagirdin öyrənmə keyfiyyətini yaxşılaşdrmaqdır. Nəticədə 

testi gərginləşdirən narahatlıqların bir çoxu burada olmur. 



     Qiymətləndirmədə  aşağıdakılar  praktik  dəyərə  malik  olduğundan  diqqət 

mərkəzində saxlanılmalıdır

- qiymətləndirmə təlim prosesində komponent funksiyası daşımalıdır; 

- qiymətin 

funskiyası  şagirdin  öyrənmə  səviyyəsini  üzə  çıxarmaqla 

məhdudlaşmamalı, o, həm də öyrənməni, müsbət motivasiyanı stimullaşdırmalıdır; 

- qiymətləndirmə  yalnız  tədrisetmənin  tərkib  elementi  yox,  həm  də  şagirdin 

fəaliyyətində özünə yer almalıdır, bu təcrübəyə şagird yiyələnməlidir; 

- şagirdlərin  öyrənmə  səviyyəsini  yoxlamaq  üçün  düzgün  tətbiq  olunan  testlər 

sistematik  tətbiq  olunmalıdır.  Bu  məqsədli  testlərin  tətbiqində  gözlənilməlidir:  1) 

onun  yerinə  yetirilməsinə  az  vaxt  sərf  olunmalıdır;  2)  verilməli  cavablar  birmənalı 

olmalıdır; 3) sual elə qoyulmalıdır ki, ona müxtəlif cavablar vermək imkanı olmasın; 

4)  nəticələri  riyazi  cəhətdən  tez  müəyyənləşdirmək  mümkün  olsun;  5)  biliyin 

yaradıcılıqla  tətbiqinə  yönəlməlidir;  6)  şəxsiyyətin  inkişafının  formalaşmasının 

müxtəlif tərəflərini diaqnostlaşdırmaq üçün yararlı olmalıdır. 

- ilkin,  cari,  təkrar,  dövrü,  yekun  (summativ)  və  kompleks  yoxlama 

formalarından məntiqi ardıcıllıqla istifadə olunmalıdır; 

- nəzarəti,  yoxlamanı,  qiymətləndirməni,  statistik  məlumat-ların  toplanmasını, 

onların  təhlilini,  hadisələrin  sonrakı  inkişafının  proqnozlaşdırılmasını  vahidin 

tərəfləri kimi qəbul etmək lazımdır; 

- müəllim,  idarə  etdiyi  prosesi  şagirdlərin  mövcud  olan  bilikləri  ilə  yeni 

təcrübələri arasındakı qarşılıqlı münasibətlərin gücləndirilməsinə yönəltməlidir; 

- təlim  prosesində  şagirdin  təhlil,  ümumiləşdirmə  və  qiymətləndirməyə 

əsaslanan öyrənmə formalarının subyektinə çevrilməsinə diqqət verilməlidir. 

Sadalananların gözlənilməsi müəllimin verdiyi qiymətin ədalətsizliyini və reallığını 

şərtləndirir. Təcrübəmiz bizi belə qənaətə gətirir. 

 

 



                    

8. Dərsdə şagirdlərin qiymətləndirilməsinin metodik              

aspektləri 

 

Yuxarıda  vurğuladığımız  kimi,  məktəblərimizdə  mövcud  olan  ənənəvi 



qiymətləndirmə üsulu ilə fəal təlim  metodlarının tətbiq edildiyi dərslərdə şagirdlərin 

bilik və bacarıqlarının qiymətləndirilməsi arasında ciddi fərq vardır. Bu cür dərslərdə 

yeni qiymətləndirmə sistemini(bundan öncə şərhi verilmiş)  nəzərə almaq lazımdır. 


 Qiymətləndirmə  tapşırıqların  yerinə  yetirilməsinə  əsaslanmalıdır.  Qiy-

mətləndirmənin  əsası  tapşırığın  yerinə  yetirilməsinin  keyfiyyəti  ilə  müəyyən  edilir. 

Qiymətləndirmənin  obyektləri  isə  şagirdlərin  yerinə  yetirdiyi  ev  tapşırığı,  qrupların 

işində və diskussiyalarda iştirak, suallar formalaşdırmaq və tədqiqat aparmaq bacarığı 

ola  bilər.  Ev  tapşırığı  müsahibə,  sosioloji  sorğu  aparılmasından,  esse  (kiçik  inşa) 

yazılmasından, anket hazırlanmasından və i.a. ibarət ola bilər. Şagirdlər öz biliklərini 

və əqli vərdişlərini şifahi, yazılı, vizual, rollu, ya da digər formada təqdimatlar yolu 

ilə nümayiş etdirə bilərlər. Yaxşı təşkil edilmiş təqdimetmə şagirdlərin biliklərinin və 

əqli vərdişlərinin yüksək səviyyədə olması deməkdir. 

Dərslərdə nə qiymətləndirilir? 

1. Məzmunun - əsas faktların və terminlərin, səbəb-nəticə əlaqələrinin, nəticə və 

ümumiləşdirmənin mənimsənilməsi. 

2. Təhliletmə  vərdişlərinin,  öyrənmə  bacarığının,  digər  qrupların  baxışlarının, 

yaxud nöqteyi-nəzərinin başa düşülməsi və i.a. 

3. Dəyərlərin formalaşdırılması. 

 

Qiymətləndirmə meyarlarını necə işləyib hazırlamalı? 

Şagirdlərin  qiymətləndirilməsi  üçün  dəqiq  meyarlar  işlənib  hazırlanmalıdır. 

Meyarlar bilik və bacarıq, o cümlədən, informasiyanı aydın təqdim etmək bacarığı və 

məntiqi  təfəkkür  qabiliyyəti  kimi  göstəricilərinin  inkişafını  əks  etdirməlidir. 

Qiymətləndirmə  meyarları  nə  qədər  aydın  olsa,  bir  neçə  müəllimin  bu  və  ya  digər 

şagirdin  işini  eyni  qaydada  qiymətləndirəcəyinə  bir  o  qədər  çox  yəqinlik  yaranar. 

Şagirdlərin  özləri  də  qiymətləndirmə  meyarlarını  bilməlidirlər  ki,  onlardan  nə 

gözlənildiyini  təsəvvür  etsinlər.  Yerinə  yetirilmiş  ev  tapşırığının  “əla”,  “yaxşı”, 

“kafi”  qiymətləndirilməsi  meyarlarını  şagirdlərin  özlərinin  müəyyənləşdirməsi 

prinsipial  məsələdir.  Qiymətləndirmə  “əks-əlaqə”nin  yaradılmasına  kömək  etməli, 

yəni  şagirdlərə  və  müəllimlərə  bir-birini  daha  yaxşı  başa  düşməkdə  yardım 

göstərməlidir. Şagirdlər qiymətləndirmə meyarlarını kiçik qruplarda işləyib hazırlaya, 

sonra  isə  bütün  siniflə  birlikdə  müzakirə  edə  bilərlər.  Yekun  qiymət  şagirdin 

özünüqiymətləndirməsindən,  onun  qruplardakı  işinin  qiymətindən  və  müəllimin 

verdiyi qiymətdən toplanaraq yarana bilər. 

 

Qiymətləndirmənin  müxtəlif  üsul  və  formaları.  Test  tapşırıqları.  Dərslərdə 

qiymətləndirmə üçün müəllim tərəfindən hazırlanmış işçi vərəqindən istifadə etmək 

olar. İşçi vərəqindəki tapşırıqlar iki növə ayrıla bilər: 

a) müəyyən konkret cavabı olanlar (testlər)Məsələn: (1və2 test) 

b) 


problemlərə 

münasibətlərin,  onların  məqbul,  ağlabatan  şəkildə 

qiymətləndirilməsini nəzərdə tutanlar (açıq suallı tapşırıqlar). Bu axırıncı tapşırıqlar 

müəyyən dərəcədə şagirdlərin bəzi şəxsi xüsusiyyətlərinin öyrənilməsi vasitəsi rolunu 

oynaya və onlar tərəfindən özünü dərk etmək üçün istifadə oluna bilər. 

İş vərəqi fəal(interaktiv) təlimin həyata keçirilməsi zamanı şagirdlərin tədqiqat 

işini  təşkil  edən,yönədən  vasitədir.  Kiçik qruplara verilən  problem  və  onun  həllinin 

nəticələri iş vərəqində əks olunur



 İş  vərəqinin  hazırlanması  üçün  aşağıdakı  məsləhət  və  tövsiyyələrə  əməl 

etmək faydalı olar: 

     

1. Dərsin məqsədini dəqiqləşdirmək: 

  Məqsəd dərsin mövzusuna, məzmununa aid olmalıdır; 

 

“Hansı  bilik,  bacarıq  və  vərdişlər  formalaşdırlmalıdır?”-sualının  cavabına 



adekvat olmalıdır. 

     

2.  Müxtəlif növlü tapşırıqlar seçmək: 

  Dərsin  məqsədinə  uyğun  seçilməli  və  qoyulan  tədqiqat  probleminin  həllinə 

yönəlmiş  olmalıdır  (təfəkkürün  növünə  görə,  məlumat  mənbələrinə  görə, 

nəticələri təqdimetmə formasına görə və s.). 

 

Şagirdlərin  yaşına,  bilik  və  intellektual  səviyyəsinə,  qabiliyyətlərinə  və 



maraqlarına uyğun gəlməli və diferensial xarakter daşımalıdır; 

 

Dövlət proqramına və milli dəyərlərə əsaslanmalıdır; 



 

Aktuallıq kəsb etməli, real həyatla və şagirdlərin təcrübələri ilə bağlı olmalıdır. 



     

3.   Müxtəlif məlumat mənbələrindən istifadə etmək. 

4.  N

əticələrin  təqdim  edilməsi  formaları  müxtəlif  olmalıdır  (sxemlər, 

şəkillər, tədqiqatlar, layihələr, referatlar, krassvordlar və s.). 



5.  Tapşırıqlar  dəqiq  ifadə  edilməlidir.  İş  vərəqinin  tərtibatı  səliqəli, 

yığcam, əyani olmalıdır. 

İş  vərəqlərinin  hazırlanması  zamanı  tapşırığın  həcmi,  sualların  miqdarı, 

sualların növləri, təqdimetmə qaydaları diqqət mərkəzində saxlanılmalıdır. 

İş vərəqinə aşağıdakı tələblər verilir: 

1.  Cəlbedici məzmunu və tərtibatı olmalıdır; 

2.  Qarşıya qoyulan tələb,verilən tapşırıq aydın və konkret olmalıdır; 

3.  Uşaqların səviyyəsinə uyğun olmalıdır; 

4.  Dərsin məqsədinə uyğun olmalıdır.  

 

Şagirdin özünüqiymətləndirməsi. 

Ola bilsin ki, bəzi dərslərdə müəllim tərəfindən biliyin yekun qiymətləndirilməsi 

nəzərdə  tutulmur  və  qiymət  qoymaq  tövsiyə  edilmir.  Lakin  onlar  məktəblilərin 

refleksiya,  yəni  suallara  cavablar,  müzakirələr  vasitəsilə  özünüqiymətləndirməsinə 


yol açır. Şagirdlərin öz fəaliyyətinin qiymətləndirilməsinə cəlb edilməsi çox vacibdir, 

çünki  bu  iş  məktəbliləri  öz  davranışına  daha  məsuliyyətlə  yanaşmağa  sövq  edir, 

onlarda obyektivliyin tərbiyə edilməsinə yardımçı olur, öz münasibətlərini düzlük və 

qarşılıqlı anlaşma prinsipləri əsasında qurmağı öyrədir. 

Lakin bu qiymətlər qeyri-səmimilik və ya özünüaldatma ucbatından təhrif edilə 

bilər. Ancaq insanın öz-özünü necə gördüyünü müəyyən etmək daha vacibdir, çünki 

özünüqiymətləndirmə ilə kənardan verilən qiymətlərdəki fərq öz-özlüyündə qrup və 

fərd  üçün  zəngin  informasiya  mənbəyi  ola  bilər.  Dərsə  aşağıdakı  suallar  yazılmış 

kiçik anketin köməyi ilə yekun vurmaq mümkündür: 

1. Dərsdə sizin ən çox xoşunuza gələn nə oldu? 

2. Daha çox xoşlamadığınız nə idi? 

3. Vəziyyətin yaxşılaşması üçün nə təklif edirsiniz? 



 

Şagirdin qrupdakı işini necə qiymətləndirməli

Şagirdin  qrupdakı  işinin  qiymətləndirməsini  hər  bir  şagirdin  qrupun  işinin 

ümumi  nəticəsinə  verdiyi  töhfənin  faizlə  nisbətinə  əsasən  müəyyənləşdirmək  olar. 

Müəllim  bütövlükdə  qrupun  aldığı  balların  miqdarını  müəyyən  edir.  Məsələn,  dörd 

nəfərdən  ibarət  qrupa  20,  üç  nəfərlik  qrupa  15  bal  verilir.  Şagirdlər  bu  balları  hər 

kəsin  ümumi  naliyyətdəki  roluna,  verdiyi  töhfəyə  əsasən  müstəqil  olaraq  bö-

lüşdürürlər.  Qrupdakı  işə  görə  alınmış  ballara  sinifdə  aparılmış  diskussiyada  iştirak 

üçün  müəllim  tərəfindən  verilmiş  mükafat  balını  da  əlavə  etmək  zəruridir.  Balların 

yekunu xüsusi jurnala yazılır. Orijinal cavablara görə daha üç bal vermək olar. Rübün 

və  ilin  sonunda  balların  yekunu  reytinq  qiymətini  təşkil  edir  ki,  bu  da  şagirdlərin 

düşünmək  və  öz  fikirlərini  şifahi  ifadə  etmək,  diskussiyada  təşəbbüsü  öz  üzərinə 

götürmək qabiliyyətini əks etdirir. Dərslərdə şagirdlər, onların fikrincə, qrupun işinə 

faiz  hesabı  ilə  nə  kimi  töhfə  verdiklərini  elan  edirlər;  onlar  təsadüfi  qaydada 

cütlüklərlə bir-birinin rolunu, töhfəsini izah edirlər, qrup ayrı-ayrı şagirdlərin öz töh-

fəsi ilə bağlı təəssüratını ümumilikdə ya təsdiq, ya da təkzib edir. Şagirdlər bir-birinin 

biliklərini qiymətləndirməklə sinif yoldaşına öz səhvlərini aradan qaldırmaqda kömək 

edə  bilərlər.  Qrupun  özünüqiymətləndirməsi  üçün  müəyyən  formalı  vərəqələrdən 

istifadə  etməklə  bütövlükdə  qrupun  necə  işlədiyinə,  öz  tapşırığını  necə  yerinə  ye-

tirdiyinə qiymət vermək olar. 

 

Dərslərin qiymətləndirilməsinin əsas prinsipləri

Dərslərin  qiymətləndirilməsi  zamanı  əsas  diqqət  təkcə  informasiyasının 

mənimsənilməsinə  deyil,  həm  də  cəmiyyətin  həyatında  bir  vətəndaş  kimi  iştirak 

etmək  üçün  zəruri  olan  bacarıqların  mənimsənilməsinə  yönəlir.  Müasir  vətəndaş 

cəmiyyətində  bu  bacarıqlar  fəaliyyətin  dörd  növündə  cəmlənir:  tədqiqat  (tənqidi 

təhlil);  kommunikasiya  (ünsiyyət,  informasiyanın  verilməsi  və  başa  düşülməsi, 

əqidə);  qərar  qəbulu;  fərdi  və  kollektiv  fəaliyyətin  təşkili.  “Yanlış  cavablar  ola 

bilməz,  onlar  müxtəlif  ola  bilər”  müddəası  əsas  prinsiplərdən  biri  olmalıdır.  Bu 

prinsiplərin  ardıcıl  həyata  keçirilməsi  bir-birilə  rəqabət  aparmamağa,  əksinə, 

əməkdaşlıq  etməyə,  ümumi  mövqe  işləyib  hazırlamağa  imkan  verir.  Ümumiyyətlə, 

fəal  təlim  metodlarının  tətbiq  edildiyi  dərslərdə  müəllim  etibara,  hörmətə  əsaslanan 

əməkdaşlığa hazır olmalıdır. 



Aşağıda  qruplarda  iş  və  təqdimatla  iştirakın  qiymətləndirilməsinin  bəzi 

meyarları  və  şagirdlərin  özünü  qiymətləndirməsi  üçün  vərəqlər  verilmişdir  ki, 

müəllimlər  bunlardan  fəal təlim  metodlarının  tətbiq olunduğu dərslərdə istifadə  edə 

bilərlər.  Göstərilən  meyarlara  müəllimin  lazım  bildiyi  başqa  qiymətləndirmə  para-

metrləri də əlavə edilə bilər. 


Yüklə 1,42 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin