Yeni TƏLİm texnologiyalari. FƏal və İnteraktiv təLİM Əhatə olunan məsələlər


 Ənənəvi təlimdən fəal və interaktiv təlimə



Yüklə 1,42 Mb.
Pdf görüntüsü
səhifə2/11
tarix30.12.2019
ölçüsü1,42 Mb.
#30030
1   2   3   4   5   6   7   8   9   10   11
YENİ TƏLİM TEXNOLOGİYALARI.


 

3. Ənənəvi təlimdən fəal və interaktiv təlimə 

 

Pedaqoji  tədqiqatlardan  məlum  olmuşdur  ki,  təlim  prosesinə  metodik 



yanaşmanın əsas üç növü vardır: 

1) Passiv ənənəvi təlim

2) Müasir fəal təlim

3) Yeni İnteraktiv təlim. 

Ənənəvi  təlim  metodunda  (buna  ənənəvi  təlim  də  deyilir)  müəllim  əsas  sima 

olub yalnız şagirdlərə diktə edir, öyrədir. Buna ənənəvi təlim prosesi deyilir ki, uzun 

illər belə təlim prosesi mövcud olmuş və bu gün də yeniliyə can ataraq yaşamaqdadır. 

Ənənəvi  təlim  prosesində  müəllim  fəaldır,  şagirdlər  isə  passiv  dinləyicidirlər. 

Müəllim  deyir,  şagirdlər  eşidir.  Belə  dərs  prosesində  qarşılıqlı  əlaqə,  əks  əlaqə 

yoxdur. Şagird bu prosesdə yalnız bir obyektdir. Müəllimin şagirdlərlə əlaqəsi yalnız 

suallara  verilən  cavablar,  yazı  işləri  vasitəsilə  həyata  keçirilir.  Şagirdlərə  çatdırılan 

biliyin  mənimsənilməsi  baxımından  belə  metod  səmərəsizdir.  Lakin,  belə  ənənəvi 

dərsin  də  müəyyən  müsbət  cəhətləri  vardır.  Belə  ki,  müəyyən  vaxt  çərçivəsində 

şagirdlərə  müəyyən  bilik  və  məlumatlar  verilır.  Şagirdlərin  bilik  dairəsi  genişlənir, 

məlumatları  artır.  Bu  prosesdə  təlim  şagirdləri  inkişaf  etdirir.  Amma  buna 

inkişafetdirici  təlim  deyə  bilmərik.  Bu  prosesdə  yalnız  biliklər,  məlumatlar 

genişlndirilir,  inkişaf  etdirilir.  Buna  inkişafetdirici  təlim  yox,  təlim  inkişaf  etdirir 

deyə bilərik. Şagirdin belə fəaliyyəti produktiv deyil, reproduktiv təlim adlanır. 

Reproduktiv  təlim  onunla  xaraktrerizə  edilir  ki,  şagird  yalnız  yazır, 

informasiyanı, bilikləri alır, onu qəbul edir, başa düşür, yadda saxlayır və təcrübədə 

tətbiq.  Belə  fəaliyyətin  əsas  məqsədi  məktəblidə  bilik,  bacarıq  və  vərdişlərin 

formalaşdırılması, diqqət və yaddaşın inkişaf etdiirlməsidir.

 

Bu metodun müsbət cəhətini görən bəzi müəllimlər bu metodun həmişə qalacağı 



iddiasındadırlar.  Bəzi  hallarda  da  təcrübəli  müəllimlər,  xüsusilə  də  şagirdlər  artıq 

materialın  mahiyyətini,  dərsin  məqsədini  biləndə  passiv  metodun  özündən  də  fənni 

əsaslı öyrənə bilirlər. 

Təlimdə ənənəvi metodların aşağıdakı səciyyəvi cəhətləri vardır: 

1.Bir  qayda  olaraq  ənənəvi  dərslərdə  əsas  diqqət  şagirdlərdə  bacarıqların 

formalaşmasına deyil, biliklərin mexaniki mənimsənilməsinə yönəldilir. 



2.  Ənənəvi  təlimdə  hazır informasiyanın  çatdırılması ilə onun mənimsənilməsi 

üçün şərait yaradılması müəllimin başlıca funksiyasını təşkil edir. 

3.  Müəllimin  şagirdlə  rəftarında  avtoritar,  avtokratik  iş  üsulu,  üslubu  qabarıq 

şəkildə  təzahür  edir.  Ənənəvi  təlimdə  hər  bir  dərs  hazırlığın  yoxlanması,  yeni 

materialın izahı və dərsin möhkəmləndirilməsi mərhələləri ilə səciyyələnir. 

Ənənəvi dərs tipində mövzuların tədrisi zamanı sinifdə ümumi gərginlik hökm 

sürür,  tədris  prosesi  şagirdlərin  deyil,  daha  çox  müəllimin  aktual  hesab  etdiyi 

məsələlərin həllinə yönəlir. Bu zaman şagirdlərin əksəriyyəti təlim prosesində passiv 

iştirak edir. Ona görə də dərslər eyni tipli olub, şagirdlər üçün darıxdırıcı keçir. Hər 

bir dərs öz predmeti səciyyəsində tədris olunur, bu zaman həm də fənlərarası əlaqəyə 

az diqqət yetirilir.Bu prosesə interaktiv deyil, interpassiv deyilir. 

Ənənəvi təlimin müəyyən imkanları da vardır. Belə ki, ənənəvi pedaqoji prosesi 

təsvir  edəndə  biz  ilk  növbədə  lövhənin  qarşısında  duran  müəllimi  və  onun  sakit 

dinləyiciləri olan şagirdləri görürük. Bu zaman müəllim çalışır ki, bilikləri çatdırsın, 

şərh etsin və misallar gətirsin. Sagirdlər isə bu məlumatları passiv şəkildə qavrayır, 

anlayırmənimsəyir, sonra bilikləri möhkəmləndirmək üçün bunları təkrarlayır və ya 

məsələlərin həlli prosesində tətbiq edirlər. Yəni, ənənəvi dərsdə şagirdlər məlumatları 

yadda saxlamağa çalışırlar, müəllim isə nəticələri özü çıxararaq bilikləri hazır şəkildə 

şagirdlərə çatdırır. Öyrədici fəaliyyət ilk növbədə müəllimin fəallığı əsasında həyata 

keçirilir.  Ənənəvi  təlimin  bu  xüsuiyyətinə  görə  onu  izahedici-illüstrativ  və  ya 

reproduktiv  (təkraredici)  təlim  adlandırırlar.  Bunu  aşağıdakı  sxem  əsasında  təsvir 

etmək olar. 

 

Ənənəvi təlim 

 

 



 

 

 



 

 

Hamıya  məlum  olduğu  kimi,  hər  hansı  bir  məlumat  real  həyatda  tətbiq  edilən 



zaman  əsaslı  biliyə  çevrilir.  Şagirdin  cavabına  qoyulan  tələblərin  əsasını  əslində 

biliklərin  mənimsənilməsinin  yoxlanılması  yox,  verilən  məlumatların  yadda 

saxlanılması  təşkil  edir.  Eyni  zamanda  ənənəvi  təlim  prosesində  biliklərin  praktiki 

tətbiqini təsəvvür etmək üçün şagirdə müvafiq imkanlar yaradılmır. 

Beləliklə,  dərsin  məzmunu  adətən  daha  çox  nəzəri  öyrənilir  və  həyatın 

tələbatlarına  uyğunlaşdırılmır.  Şagirdin  şəxsi  təcrübəsi,  onun  tələbatları,  maraqları, 

qabiliyyətləri və fərdi xüsusiyyətləri nəzərə alınmır. 

Belə dərs prosesinin nəticəsində heç kim əmin ola bilməz ki, bütün şagirdlər bu 

bilikləri  lazımi  səviyyədə  dərk  edəcək.  Şagirdin  hazır  bilikləri  mənimsəməsi  nəinki 

onun  təfəkkürünün  inkişafı  üçün  stimul  yaratmır,  eyni  zamanda  idrak  prosesini 

kütləşdirir,  uşağı  yaradıcılıqdan,  sərbəstlik,  müstəqillik,  təşəbbüskarlıq  kimi 

keyfiyyətlərdən  məhrum  edir.  Nəticədə  təlimin  səmərəliliyi  azalır,  çünki  onun 

MÜƏLLİM 

İnformasiyanı 

ötürən 

ŞAGİRD 

İnformasiyanı 

qəbul edən 

  

MÜƏLLİM 

İnformasiyanı 

ötürən 


keyfiyyəti  şagirdin  əqli  qabiliyyətlərinin  və  hafizəsinin  inkişaf  səviyyəsi,  idrak 

motivasiyasının olub-olmaması kimi psixoloji amillərdən birbaşa asılı olur. 

Deməli,  ənənəvi

 

təlim  zamanı  şagirdlərin  dərketmə  fəallığı  passiv,  reproduktiv 



xarakter daşıyır. Belə dərsdə yalnız informasiyaların toplanmasına və yaddaşın məşq 

etdirilməsinə  yönəlmiş,  həyatın  real  tələbatlarından  kənar  olan  təhsil  şəraitində 

müasir dövrün şəxsiyyətinin, hərtərəfli inkişaf etmiş insanın formalaşdırılması çətin-

dir. Belə dərslərdə şablonçuluq, formalizm, əzbərçilik geniş yayılmış olur. 

Ənənəvi  təlim  sisteminin  ən  mürəkkəb  problemlərindən  biri  istifadə  olunan 

pedaqoji  texnologiyaların  konservatizmi,  qeyri-çevik,  şablonçu  olmasıdır.  Müasir 

informasiya  –  kommunikasiya  dövründə  elmin  müxtəlif  sahələrində  toplanmış  bilik 

kütləsi  elə  sürətlə  artır  ki,  təlimin  ənənəvi  sxem  və  prinsiplərinə  əsaslanaraq  onları 

həm öyrənənə çatdırmaq, həm də mənimsətmək əslində çox çətin bir prosesə çevrilir. 

Fəal  təlim  metodu  elə  təlim  metodudur  ki,  dərs  prosesində  müəllimlə  şagird 

arasında  qarşılıqlı  əlaqə,  münasibət,  ünsiyyət,  müəllim-şagird  əməkdaşlığı  vardır. 

Şagirdlər  passiv  dinləyici  deyillər.  Onlar  dərsin  fəal  iştirakçılarıdır,  müəllimin  yaxın 

köməkçisidirlər. Əgər passiv təlim metodunda müəllim əsas fiqur, əsas sima idisə, indi 

müəllim və şagird birlikdə dərsin əsas qurucusu, təşkilatçılarıdır. 

Fəal təlimdə müəllim və şagird eyni səviyyədə, eyni dərəcədədirlər. Əgər passiv 

dərs  avtoritar,  avtokratik  üsulda  qurulursa,  fəal  dərs  tipində  əməkdaşlıq,  işgüzarlıq, 

demokratik prinsiplər öz əksini tapır. 

Fəal  təlimdə  müəllim  şagirdə  təsir  göstərdiyi  kimi,  şagird  də  müəllimə  təsir 

göstərir.  Fəal  təlimdə  müəllim  şagirdə  öyrətdiyi  kimi,  müəllim  özü  də  şagirddən 

öyrənir.  Fəal  təlimdə  qarşılıqlı  dialoq,  əməkdaşlıq  hökm  sürür.  Fəal  təlimi  sxem 

şəklində aşağıdakı kimi göstərə bilərik. 

 

Fəal təlim 

 

 



 

 

 



 

Fəal təlimin prinsiplrini aşağıdakı kimi qruplaşdırmaq olar: 

1.  Şəxsiyyətə yönəlmiş təlim prinsipi 

2.  Fəal idraki prinsip 

3.  İnkişafetdirici təlim prinsipi 

4.  “Qabaqlayıcı təlim” prinsipi 

5.  Təlim-tərbiyənin çevikliyi prinsipi 

6.  Əməkdaşlıq prinsipi 

7.  Dioloji təlim prinsipi 

Fəal  və  interaktiv  təlim  anlayişlarının  bir  çox  cəhətləri  bir-birilə  çox  yaxın  və 

ümumidir. Belə ki, hər iki metodla keçilən dərs şagirdləri fəallışdırmağa yönəldilmiş, 

hər  ikisində  şagirdlərə  hazır  biliklər  verilmir,  onlar  axtarıcılığa,  tədqiqatçılağa  sövq 

edilir, hər ikisində müəllim şagird münasibətləri, ünsiyyət və dialoqlar hökm sürür. 

Müəllim 

istiqamət verir 

və öyrədir 

 

Şagird öyrənir 

və ondan 

öyrənilir 


İnteraktiv  təlim  zamanı  isə  müəllimin  başlıca  vəzifəsi  şagirdlərə  yardımçı 

olmaqdan,  təlim  prosesində  şagirdlərin  fəaliyyətini  əlaqələndirib  onlara  yaradıcı 

axtarışa  həvəs  yaratmaqdan,  axtarıb  araşdırmağı,  nəyi  harada  öyrənməyi 

öyrətməkdən ibarətdir. 

İnteraktiv təlim metodları özü də fəal təlim prosesinə daxil olan metodlardandır. 

Burada  biliyin  əasas  qrup  və  cütlərlə  iş  formalarından  müntəzəm  şəkildə  istifadə 

etməklə  axtarılıb  tapılması  ön  plana  çəkilir.  Bu  cür  təlim  texnologiyası  ilə  təşkil 

olunan dərslərdə əvvəlcə problemə istiqamət verəcək motivasiya yaradılır. Motivasi-

ya  problemə  çıxaracaq  məsələnin  qoyulmasıdır.  Onun  nəticəsi  tədqiqat  sualı  olur. 

Həmin  tədqiqat  sualı  problemin  həlli  yollarına  dair  ilkin  fərziyyələrin  irəli 

sürülməsinə şərait yaradır. Sonra həmin problemin araşdırılması üçün qruplarda işlər 

təşkil  olunur.  Hər  qrup  irəli  sürülmüş  fərziyyələrin  doğruluğunu  isbat  etmək  üçün 

mətn  üzərində, 

bilik


  mənbələrinə  nəzər  salmaqla  tədqiqat  işlərinə  cəlb  olunurlar. 

Alınan  nəticələr  işçi  vərəqlərində  qeyd  olunur.  İşçi  vərəqlərində  işlər 

tamamlandıqdan  sonra  təqdimat  mərhələsi  gəlir.  Hər  qrup  öz  tədqiqatlarının 

yekunları  ilə  auditoriyanı  tanış  edirlər.  Sonra  təqdim  olunan  bütün  işlər  arasında 

rabitə,  əlaqələr  yaradılır.  Məlumatlar  sistemə  salınaraq  ümumiləşdirilir.  Həmin 

ümumiləşmələr  ilkin  fərziyyələrlə  müqayisə  olunur  və  nəticələr  çıxarılır.  Bundan 

sonra biliyn tətbiqi mərhələsi gəlir. İşin gedişindən aydın olduğu kimi, fəal-interaktiv 

təlimdə şagirdlərdə məntiqi, tənqidi və yaradıcı təfəkkürün inkişafı qayğısına qalınır, 

təlim  prosesinə  tədqiqat  xarakteri  verilir.  Təlim  prosesində  işgüzar  iş  mühiti, 

əməkdaşlıq şəraiti yaradıldığından iştirakçıların yüksək fəallığı təmin olunur. 



                                                                 Ənənəvi təlim 

 

 



 

 

 

                                                      

Fəal təlim 

 

 

 



 

                                                                         İnteraktiv təlim 

 

 

Müəl-



lim 

 

Şagird 



 

Müəl-


lim 

 

Şagird 



 

Müəllim 


 

Şagird 


 

Şagird 


Şagird 

 

Şagird 



4. Fəal  və interaktiv təlim metodlarının səciyyəsi 

Məlum  olduğu  kimi  interaktiv  təlim  metodları  ən  yeni  texnologiyalardan  biri 

sayılır. 

Təlim  texnologiyası  deyəndə  pedaqoji  prosesdə  təlimin  ən  yeni  və  ən  səmərəli 

metodlarından,  priyom,  tərz  və  vasitələrindən  istifadə  etməklə  yüksək  elmi  – 

intellektual səviyyəyə və nümunəvi mənəvi - əxlaqi normalara malik olan şəxsiyyətin 

yetişdirilməsi nəzərdə tutulur. 

“İnteraktiv” latın sözü olub, iki mənada təqdim olunur. Birincisi “intero” şəklində, 

yəni  “daxili”,  “içəri”  mənasında,  ikincisi  isə  “internaşin”  şəklində  yəni  “ara”, 

“qarşılıqlı əlaqə”, “dialoq” “beynəlxalq” mənasında işlədilir. “Aktiv” və ya “akt” sözü 

isə  beynəlxalq  status  almış  “aktivişhin”  sözündən  olub,  “fəaliyyət”,  ”fəal”,  “fəallıq”, 

“fəallaşmaq”  mənasında  işlədilir.  Demək,  “İnteraktiv”  “qarşılıqlı  əlaqə”,  “anlaşma”, 

“əməkdaşlıq”, “dialoq” deməkdir. Bu prosesdə hər iki tərəfin fəallığı mühüm yer tutur. 

Bu fəallaşma adi və normal fəallaşma kimi deyil, çevik və dinamik fəallaşma kimi başa 

düşülür.  Deməli,  “interaktiv”  sözü  pedaqoji  prosesin  son  dərəcə  dinamik  fəallaş-

dırılması  kimi  başa  düşülməlidir.  Bu  prosesdə  hər  bir  şagirdin  öz  müstəqil  fikri, 

düşüncəsi  və  ideyası  olur  və  hər  bir  zəif  şagird  də  fəallaşır.  Bütün  bunlar  da,  heç 

şübhəsiz,  təlim  keyfiyyətinin  yüksəlməsinə,  təkmilləşməsinə  bilavasitə  təsir  göstərir, 

şagirdlərin mənimsəmə keyfiyyətini artırır. 

İnteraktiv  təlimə  tədrisin  və  idrak  fəaliyyətinin  təşkili  və  idarə  olunması 

metodlarının  məcmusu  kimi  baxmaq  olar.  İnteraktiv  təlim  üçün  aşağıdakı  cəhətlər 

səciyyəvi ola bilər: 

- müəllim  tərəfindən  şüurlu  surətdə  (iradi  olaraq)  idraki  problem  situasiyasının 

yaradılması; 

-  problemin  həlli  prosesində  şagirdlərin  fəal  tədqiqatçı  mövqeyinin 

stimullaşdırılması; 

-  şagirdlər  üçün  yeni  və  zəruri  olan  biliklərin  müstəqil  kəşfi,  əldə  edilməsi  və 

mənimsənilməsi üçün şəraitin yaradılması. 

Yeni yanaşmanın mahiyyəti ondadır ki, təlim şagirdlərin yaddaşının təkcə yeni 

elmi  biliklərlə  (informasiya  ilə)  zənginləşdirilmə-sinə  deyil,  həm  də  təfəkkürün 

müntəzəm inkişaf etdirilməsi əsasında daha çox biliklərin müstəqil əldə edilməsi və 

mənimsənilməsi,  ən  mühüm  bacarıq  və  vərdişlərinin,  şəxsi  keyfiyyət  və  qabi-

liyyətlərin  qazanılmasına  yönəlib.  Bu  zaman  şagirdlər  müəllimin  rəhbərliyi  altında, 

xüsusi  seçilmiş,  asan  başa  düşülən  və  yadda  qalan,  ən  vacib  təlim  materialının 

öyrənilməsi 

prosesində 

fakt 

və 


hadisələrin 

səbəb-nəticə 

əlaqələrini, 

qanunauyğunluqlarını  aşkar  etməyi,  nəticə  çıxarmağı,  mühüm  və  dərin 

ümumiləşdirmələr aparmağı öyrənirlər. 

İnteraktiv  təlim  prosesində  şagirdin  mövqeyi  –  “kəşf  edən”,  “tədqiqatçı”, 

araşdırıcı” mövqeyidir; o, gücü çatdığı məsələlər və problemlərlə üzləşərkən, bunları 

müstəqil  tədqiqat  prosesində  həll  edir.  Şagirdlər  təlim  prosesində  passiv  dinləyici 

deyil,  fəal  düşünən,  danışan,  fikir  söyləyən,  münasibət  bildirən,  biz  subyekt,  təlim 

prosesinin tamhüquqlu iştirakçısı, tədqiqatçısı kimi çıxış edir və bilikləri fəal axtarış 

və kəşflər prosesində mənimsəyirlər. 


Müəllimin mövqeyi – fasilitator ("bələdçi", "aparıcı")  daha çox istiqamətverici 

mövqeyindədir.  O,  problemli  vəziyyətləri  planlı  və  istiqamətlənmiş  surətdə  təşkil 

edir, şagirdlər qarşısında tədqiqat məsələlərinin meydana çıxmasına şərait yaradır və 

onların həllinə metodiki kömək göstərir. 

İnteraktiv  metodlarla  qurulan  dərs  ənənəvi  dərsdən  onunla  fərqlənir  ki,  burada 

uşaqlar özləri biliyi əldə edir, müstəil çalışaraq, axtararaq bilik qazanır. Şagirdlər təlim 

prosesinə fəal cəlb olunurlar. Müəllim isə daha çox istiqamət, məsləhət verir, o bələdçi 

rolunu  oynayır.  Sinifdəki  iqlim  uşaqların  sərbəstləşməsinə,  müstəqilliyinə,  fəallığına 

səbəb  olur,  uşaqlar  öz  fikirlərini  sərbəst  söyləyə  bilirlər.  İnteraktiv  dərsin  dəqiq 

strukturu var və qarşıya qoyulan məsələləri həll etməyə imkan verir, uşaqlar biliklərə 

yiyələnir, tədris proqramı zərər çəkmir. 

İnteraktiv  təlimin  əsas  üstünlüyü  -  real  idrak  motivasiyasının  (biliklərə 

yiyələnmək  həvəsinin)  yaranmasıdır.  Bu  da  idrak  fəaliyyətinin  gedişində  şagirdlərin 

təfəkküründə  gerçək  ziddiyyətlərin  həlli  imkanlarına  əsaslanır.  Real  ziddiyyətlərdən 

yaranan  emosiyalar  əqli  ehtiyatların  səfərbərliyini  təmin  edir,  idrak  fəaliyyətini 

şövqləndirir, diqqəti uzun müddət cəmləməyə imkan yaradır. Bilgilər “hazır” şəkildə 

deyil,  onların  müstəqil  surətdə  kəşfi  prosesində  mənimsənilir,  yəni  mənimsəmə 

prosesi passiv deyil, fəal xarakter daşıyır. 

Əgər şagird öz istəyinə və öz fəaliyyətinə əsasən yeni bilikləri kəşf edirsə, onda 

o, dərsə  yaradıcı və maraqla  yanaşır, əldə  etdiyi  bilikləri uzun müddətə və  möhkəm 

mənimsəyir. 

İnteraktiv  təlim  metodunun  tədris  prosesinə  daxil  edilməsi  şagirdlərin 

passivliyinin  aradan  qaldırılmasına,  lazım  olan  təfəkkür  xüsusiyyətlərinin  və 

yaradıcılığın formalaşdırılması və təlim keyfiyyətinin yüksəldilməsinə şərait yaradır. 

Təlimin səmərəliliyi (daha qısa müddətdə daha çox informasiyanı mənimsəmək 

imkanı) xeyli artır. Bunun aşağıdakı səbəblərini göstərmək olar: 

-  şagirdlərin idrak fəaliyyəti və təlim motivasiyası hesabına; 

-  təfəkkürə əsaslanaraq biliklərin müstəqil, məhsuldar və yaradıcı şəkildə əldə 

edilməsi və mənimsənilməsi sayəsində. 

Dünya  təcrübəsi  göstərir  ki,  interaktiv  təlim  metodu  müəllim  üçün  dərsin 

keyfiyyətini  artırmaq  üçün  vacib  bir  vasitədir.  Bu  metod  şagirdlər  üçün  dərsi  çox 

maraqlı  və  cəlbedici  edir.  Fəal  interaktiv  təlim  həm  təlimin  məzmununun 

öyrənilməsini,  həm  də  bu  məzmunun  tətbiqini  daha  səmərəli  edir,  şagirdlərin 

dərketmə  fəaliyyətini  daha  da  fəallaşdırır.  Şagirdlərin  öyrənməyə  həvəsi  və  nailiy-

yətləri artdıqca, müəllimin də fəaliyyəti yüngülləşir. Lakin bu o demək deyil ki, mü-

əllimin zəhməti azalır. İnteraktiv təlim əslində dərsin hazırlanması və idarə edilməsi 

üçün müəllimdən böyük zəhmət, işgüzarlıq və yaradıcılıq tələb edir. 

Bunu  da  qeyd  edək  ki,  interaktiv  təlim  metodlarından  hər  bir  mövzunun 

tədrisində  istifadə  etmək  məsləhət  görülmür.  Dərsdə  qarşıya  qoyulmuş  məqsəd, 

şagirdlərə  veriləcək  bilik,  bacarıq  və  vərdişlərin  məzmunu,  xarakteri,  inteqrasiya 

imkanları,  şagirdlərin  hazırlığı,  yerli  şərait,  məktəbin  maddi  bazası  və  s.  nəzərə 

alınmaqla interaktiv priyomlara müraciət edilməlidir. 

Bəzən  müəllimlərdən  eşitmək  olur:  “Biz  yaxşı  dərs  deyirik,  amma  şagirdlərin 

marağı  yoxdur”.  Təcrübələr  göstərir  ki,  maraq  biliyin  necə  təqdim  olunmasından 

asılıdır. Uşaqların biliyi artdıqca, daha çox şey bilməyə can atır, öyrənməyə həvəsi və 


marağı  olur,  araşdırmalar  aparırlar.  Təcrübəli  müəllimlər,  pedaqoqlar  bildirirlər  ki, 

oxumaq  istəməyən,  maraqlanmayan  uşaq  yoxdur.  Uşaq  doğulandan  ətraf  aləmi 

öyrənməyə, dərk etməyə can atır və onlarda hər şeyə maraq olur. 

Deyilənlərdən  məlum  olur  ki,  interaktiv  metodlar  təlimin  keyfiyyətini  xeyli 

dərəcədə  yüksəldir,  şagirdlərdə  yeni  idraki  və  əxlaqi  keyfiyyətlər  formalaşdırır: 

müsahibini,  hər  hansı  danışanı  (danışığını),  maqnitafon,  radio,  televiziya  verilişlərini 

dinləməyi,  söylənilən  fikirlərə  hörmət  etməyi,  yeri  gəldikdə  münasibət  bildirməyi, 

müstəqil,  tənqidi  və  yaradıcı  düşünməyi,  sərbəst  fikir  söyləməyi,  irəli  sürdüyü  fikri 

müdafiə  etməyi,  sübuta  yetirməyi,  məntiqi  təfəkkürünü inkişaf etdirməyi,  təcrübəsini 

və  ümumi  hazırlığını  təhlil  etməyi,  özünü  obyektiv  qiymətləndirməyi,  kollektivdə  öz 

yerini  görməyi,  əqli  və  fiziki  əmək  prosesində  kollektivin  üzvləri  ilə  əməkdaşlıq 

etməyi, birgə işləməyi, ümumi əməyin payına düşən hissəni ləyaqətlə yerinə yetirməyi, 

kollektivin  fikrinin  formalaşmasında  fəallıq,  işgüzarlıq  göstərməyi,  qrupun  üzvləri, 

sinif  kollektivi  ilə  birgə  qərar  verməyi,  qarşıdurma  yarandıqda  müdafiə  olunmağı, 

münaqişəni səbrlə, sülh yolu ilə həll etməyi, tolerant olmağı, risqə getməyi, emosional 

situasiyada özünü ələ almağı, özünü idarə etməyi, şəxsi sağlamlığına görə məsuliyyət 

daşımağı, insana, onun hüquqlarına hörmətlə, ədalətlə yanaşmağı bacarmaq və s. 

İnteraktiv  metodlarla  keçilən  dərslərdə  şagirdlərdə  hər  şeyi  bilmək  həvəsi, 

təşəbbüskarlıq  yüksəlir,  onların  öyrənmə  fəallığı,  təlimin  keyfiyyəti  və  səmərəliliyi 

artır, nəticədə mexaniki yaddaş deyil, yaradıcı təfəkkür inkişaf edir. 



İnteraktiv  təlim  bilik,  bacarıq,  təcrübə  və  vərdişlərə  yiyələnməyə,  cəmiyyətin 

vətəndaşları üçün zəruri sosial və intellektual təfəkkürün, müstəqil çalışma, müstəqil 

düşünmə  bacarıqlarının  inkişafına  kömək  edən  demokratik  üsullarla  aparılan  təlim 

prosesidir. 

İnteraktiv  təlim  prosesində  dərsdə  yaranan,  meydana  çıxan  şagirdlərarası 

öyrənmə-öyrətmə  ünsiyyəti  və  əməkdaşlığı,  müəllim-şagird  birliyi  və  əməkdaşlığı 

nəzərdə  tutulursa,  interaktiv  metodlar  isə  təlim  prosesində  öyrənmə  və  anlaşmaya, 

bacarıq  və  keyfiyyətlərə  şagirdlərin  yiyələnməsini  həyata  keçirən  üsullar,  tərzlər, 

işlər, yanaşmalar, vasitələr nəzərdə tutulur. 

Ən  son  tədqiqatların  nəticəsi  göstərir  ki,  interaktiv  təlim  metodları  effektiv 

nəticəni  konstruktivizm  nəzəriyyəsinə  istinad  edərək  təlimə  İKT-nin  yaxından  tətbiqi 

ilə  verir  və  öz  işləkliliyini  daha  da  səmərəli  edir.  Psixoloqlar  qeyd  edirlər  ki, 

informasiya  insanın  eşitdiklərinin  10%-i,  gördüklərinin  50%-i,  özü  etdiklərinin  isə 

90%-i  həcmində  yaddaşında  qalır.  İKT-nin  bu  sahədə  böyük  dəstəyi  öyrənənin  şəxsi 

araşdırması  zamanı  güclü  informasiya  bankı  ilə  təmin  olunmasındadır  (internet, 

elektron kitablar, test və tapşırıqlar və s.). 

İnteraktiv təlim prosesində ilk baxışdan elə görünə bilər ki, müəllim sinifdə fəal 

rol  oynamır.  Əslində  isə  müəllim  şagirdi  ruhlandıran,  ona  özünü  tapmaqda  kömək 

edən “yaradıcıya” çevrilir. 

İnteraktiv metodlar müəllimin təkcə başqalarını öyrətməsinə deyil, onun özünün 

də öyrənməsinə, daha yaradıcı və enerjili pedaqoq olmasına imkan verir. 

İnteraktiv  təlim  metodları  həmçinin  sinif  otağının  həmişəki  tərtibatından, 

məşğələlərin  təşkilinin  adət  etdiyimiz  qaydasından  imtina  olunmasını  tələb  edir. 

Şagird masalarının sinif otağında yerləşdirilməsinin dörd əsas forması vardır: 

1. 

“Sinif” forması – ənənəvi qayda . 



2. 

“Kafe” forması (“diskussiya klubu”). 

3. 

“Ü” hərfi formasında sinif. 



4. 

“Dairə” formasında sinif. 

“Kafe” forması qruplarda iş üçün əlverişlidir. 

“U” hərfi forması rollu oyunlar zamanı, tanışlıq vaxtı, diskussiyaların gedişində 

daha səmərəlidir. 

“Dairə”  forması  müxtəlif  diskussiyaların,  dairəvi  masaların  keçirilməsi  üçün 

daha rahatdır. 

İstifadə olunan bütün üsullar aşağıda verilmiş komponentlərdən ibarət olan təlim 

prosesinin qanunauyğunluqlarından irəli gəlir: 

a) təlimin məqsədi, 

b) təlimin məzmunu, 

c) şagirdlərin dərketmə imkanları, 

ç)  müəllimin  öyrətmə  fəaliyyəti  və  şagirdlərin  öyrənmə  işi,  təlimin  təşkilati 

forması və s. 

d) təlimin nəticəsi. 

Bütün bu komponentlər qarşılıqlı surətdə əlaqəlidir və təlim prosesində vəhdətdə 

çıxış edirlər. Onlar sabit və təkrarlanandır. Buradan belə bir vacib tələb ortaya çıxır-hər 

hansı təlim üsulları, vasitələri və formalarının müəyyənləşdirilməsi və tətbiqi zamanı 

bu  komponentlərin  qarşılıqlı  əlaqəsini  nəzərə  almaq  zəruridir.  Müəllim  bu  əlaqələrin 

bütün  dərs  prosesi  boyu  mövcud  olduğunu  yaddan  çıxarmamalıdır.  Bunu  nəzərə 

almadan istənilən nəticəni əldə etmək qeyri-mümkündür. 

Kiçik qruplarda iş. 

Kiçik qruplarda iş təlim əməkdaşlığı kimi mühüm bir prinsipə əsaslanır. 

Kiçik qruplarda iş üsulu üzrə keçirilən dərs ənənəvi qaydada aparılan dərsdən nə 

ilə fərqlənir? 

Bu  cür  dərsdə  şagirdlər  fəal  iştirak  edir,  birlikdə  çalışırlar;  qrupun  üzvü  kimi 

onlarda bir-birinin müddəa və rəylərini müzakirə etməyə motiv yaranır. Qruplarda iş 

tolerantlığa (dözümlülüyə) və nəzakətliliyə alışdırır. 

Qruplarda işin şagirdlər üçün faydası aşağıdakılardır: 

istedadlı  şagirdlər  bütün  sinfin  diqqətini  cəlb  etmədən  öz  qabiliyyətlərini 



göstərə  bilərlər  (yeniyetmələr  çox  vaxt  öz  qabiliyyətlərini  nümayiş  etdirməyə 

çəkinirlər,  yaşıdlarının  onları  “müəllimin  gülməşəkəri”  adlandıracaqlarından 

ehtiyatlanırlar); 

passiv şagirdlər öz bacarıqlarını açıqlamağa məcbur olurlar (qrupda iş onlarda 



məsuliyyət hissi doğurur); 

şagirdlər  az  vaxt  ərzində  müəyyən  ideyalar  söyləməyi,  bu  və  ya  başqa 



mücərrəd ideyaya öz şəxsi təcrübəsi baxımından yanaşmağı öyrənirlər. 

Qruplara necə bölməli? 

- Hər  birində  4-6  nəfərdən  çox  olmamaqla  4-6  qrup  yaradıla  bilər.  Qrupların 

çoxluğu işin nəticələrinin təqdimatı üçün zəruri olan vaxtı uzadır, qrupda şagirdlərin 

sayının çoxluğu isə onlardan hər birinin qrupun işində fəal idrakını məhdudlaşdırır. 

- Qrupun  tərkibi  çox  vaxt  müəllim  tərəfindən  müəyyənləşdirilir.  Şagirdlərin 

bölgüsünü əvvəlcədən planlaşdırmaq lazımdır. 

- Qrupun  tərkibi  hər  cəhətdən  müxtəlif  ola  bilər.  Dostları  ayırmaq  yaxşı  olar. 



“Yaxşı” və “pis” qrupların yaranmasına yol vermək olmaz. 

- Qrupun  tərkibi  tez-tez  dəyişir.  Şagirdlərin  daim  eyni  tərkibdə  işləməsi 

arzuolunmazdır. 

Qruplara bölgü üsulları maraqlı və cəlbedici olmalıdır. 



Kiçik qruplarda iş üsulu üzrə dərsi necə planlaşdırmalı? 

Dərsə hazırlaşarkən aşağıdakı sual-məsələlər üzərində fikirləşmək lazımdır: 

- Məqsədlər  nədən  ibarətdir?  Şagirdlər  hansı  biliklərə,  bacarıq  və  dəyərlərə 

yiyələnməlidirlər? 

Uşaqların bunu öyrənməsi nə üçün vacibdir? 



Planlaşdırma: 

Paylama materialının hazırlanması. 



Sinif otağının əvvəlcədən lazımi vəziyyətə gətirilməsi. 

- Dəqiq tapşırığın (təlimatın) verilməsi. 

- Diqqətin, işləmək üçün ayrılmış vaxtın cəlb edilməsi. 

Qrupun gördüyü işə dair hasabat formasının (təqdimatın) şərtləşdirilməsi. 



Bir  qayda  olaraq,  görülmüş  iş  qrupun  iştirakçılarından  biri  tərəfindən  təqdim 

edilir (ya şagirdlərdən birinin istəyi, ya da qrupun seçimi üzrə). 

İşin davam etdiyi müddətdə müəllim hər bir qrupun necə çalışmasını müşahidə 

edir:  bütün  qruplara  bərabər  diqqət  yetirir;  əgər  qrup  özü  xahiş  edərsə,  müzakirə 

prosesinə  müdaxilə  edir.  İş  başa  çatdıqdan  sonra  müəllim  qrupların  hər  birinin  əldə 

olunmuş nəticələri təqdim etməsini xahiş edir. Təqdimetmələr bitdikdən sonra müəl-

lim görülmüş işlərə yekun vurur. 


Yüklə 1,42 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin