Fakultə: Energetika və avtomatika Kafedra: Elektrotexnika Fənn



Yüklə 19,38 Kb.
tarix27.12.2023
ölçüsü19,38 Kb.
#198956
B EAD 5


AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ


Fakultə: Energetika və avtomatika
Kafedra: Elektrotexnika
Fənn: Elektrik avadanlıqlarının diaqnostikası

Laboratoriya işi №5


İxtisas: Elektrik və elektronika mühəndisliyi
Kurs: 4
Qrup: 220a1
Mövzu: İZOLYASİYANININ İSTİLİKDƏN DAĞILMASININ TƏYİNİ
Tələbə: Axundov Babacan
Müəllim: Məmmədov Əyyar

Bakı – 2023


Laboratoriya 5.
İzolyasiyanının istilikdən dağılmasının təyini


Işin məqsədi:
Müxtəlif tipli elektrik avadanlıqlarının istilikdən dağılmasının təyin edilməsi metodunu öyrənmək.
Tapşırıq:
1. onun sızmasına təsir edən istilikdən dağılma prosesi və faktorları ilə tanış olmaq.
2. elektrik avadanlıqlarının istilikdən dağılma pillərinin təyin edilməsini aparmaq və hesablama metodu ilə tanış olmaq.


Işin yerinə yetirilməsi metodu.
1. Elektrik avadanlığının istismarı zamanı onun izolyasiyası işçi gərginliyin, qısamüddətli artıq gərginliyin, mexaniki və istilik yüklərinin, çirkin, rütubətin və başqa xoşagəlməz təsirlərə məruz qalır. Bu təsirlərin nəticəsində izolyasiya fasiləsiz olaraq zəifləyir. Istismar rejiminin analizi göstərir ki, elektrik izolyasiyasının istilikdən köhnəlməsi sürətini hesablamaq və onun xidmət müddətini təyin etmək vacibdir. Izolyasiyanın istilikdən dağılmasını xarakterizə edən əsas kəmiyyət müqavimətdir. Izolyasiyanın müqaviməti istismar zamanı azalır.
Elektrik avadanlığının izolyasiyasının istilikdən dağılması prosesi istismarın müxtəlif faktorlarından asılıdır. Hesablamalardan təyin edilmiş ətraf mühitin şəraitindən asılı olan əsas faktorlar, temperatur və havanın rütübətliliyidir. Göstərilmiş faktorların hamısı praktiki olaraq bütün tip elektrik avadanlıqlarda nəzərə alınmaldır. Bundan başqa izolyasiyaya təsir edən digər faktorlarıda nəzərə almaq lazımdır: artıq yüklənmənin uzun müddətliliyi və elektrodinamik güc.
Istismar prosesində elektrik maşınlarının dolaqlarının izolyasiyasını elektrodinamik gücün təsiri ilə sınaqdan keçirmək olar. Bir çox hallarda göstərilmiş güc tsiklik, dəyişən xarakterə malik olur. Yüksək cərəyanın periodik təsiri halında elektrodinamiki güc artır. Dolaqlarda cərəyanın artması elektrodinamik gücdən kvadratik asılıdır.
Statik yüklərin izolyasiyasının strukturunun dəyişməsinə səbəb olmadığı qəbul edilməsinə baxmayaraq, onun köhnəlməsinə təsir edir. Tsiklik, dəyişən elektrodinamiki güc dolaqların vibrasyasına səbəb olur, bu da izolyasiyanın mexaniki dağılmasına gətirib çıxarır.
Bundan başqa, istilikdən dağılma prosesi qidalanma gərginliyinin nominal qiymətindən (yüklənmiş elektrik mühərriklərində gərginliyin azalması ilə izolyasiyasının istilkdən dağılma sürəti birdən birə artır) kənara çıxması, fazalara görə asimmetriklik, həmçinin istilikvermənin azalması təsirini göstərir.
Izolyasiyanın istilikdən dağılma prosesi aşağıdakı bərabərliklə yazılır:
(5.1)
Burada Rи-t müddətində izolyasiyanın müqaviməti, MOm;
R0-izolyasiyanın ilkin mqaviməti, MOm;
ΘH-izolyasiyanın nominal temperaturu, K;
Θ-izolyasiyanın cari temperaturu, K;
x-elektrodinamik gücün təsirini nəzərə alan əmsal;
k-yülənmə müddətini nəzərə alan əmsal;
B-izolyasiyanın istiliyə davamlılığından asılı olan əmsal;
m, n-ətraf mühit şəraitindən asılı olan əmsal;
c-havada sərt cisimlərin nisbi konsentrasiyası;
η-havanın nisbi rütubəti;
2. İzolyasiyanın istilikdən dağılmasını 5.1 formulasından istifadə etməklə təyin etmək olar. Verilənlərin qəbul edilməsi üçün izolyasiya müqavimətini və onun azalma faizini təyin etmək vacibdir:
(5.2)
Hesablamanın nəticəsini cavaba yazmalı. Müxtəlif faktorların müqavimətə təsir pillələrini qiymətləndirmək üçün (dağılma pillələri) aşağıdakılar vacibdir:
-işləmə müddətinə bir neçə qiymət verilir t1, t2, ....;
-R1, R2... və ΔR1, ΔR2, ... qiymətlərini hesablamaq;
-nəticələri 5.1 cədvəlinə qeyd etməli;
Cədvəl 5.1

Işləmə müddəti t, saat

0





Izolaysiyanın müqaviməti Rи, MOm

...





-R=f(t) aslılığını qurmalı;


-Θ temperaturun dəyişməsi ilə 5.2 cədvəlini doldurmalı və R=f(Θ) aslılığını qurmalı;
Cədvəl 5.2

Işləmə müddəti t,saat

0





Temperatur Θ, K

...

...



İzolaysiyanın müqaviməti Rи, MOm

...

...

...

-η nisbi rütübətin dəyişməsi ilə hesablama aparmalı, cədvəl 5.3 qurmalı və R=f(η) aslılığını qurmalı;



Işləmə müddəti t,saat

0

...

...

nisbi rütübəti η



...

...

İzolaysiyanın müqaviməti Rи, MOm

...

...

...

-izolyasiyanın müqavimətinə müxtəlif faktorların təsirini nəzərə almaq.
Yoxlama sualları
1. Elektrik avadanlığının izolyasiyanın dağılmasına dağılmasına səbəb nədir?
2. İzolyasiyanın dağılmasına təsir edən faktorları sadalayın.
3. Elektrik avadanlığının istilkidən dağılması pillələrini necə təyin edirlər?
Yüklə 19,38 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin