VitamiNLƏR, TƏSNİfati, FİZİKİ-KİMYƏVİ xassəLƏRİ. BİTKİ xammalindan alinmasi. EyniLİk və Mİqdari TƏYİNİ Üsullari. TƏKİBİNDƏ VİtamiNLƏr olan dərman biTKİ VƏ xammallari



Yüklə 252,36 Kb.
səhifə14/29
tarix14.12.2023
ölçüsü252,36 Kb.
#176769
1   ...   10   11   12   13   14   15   16   17   ...   29
Farmakoqnoziya 1 II kurs mühazirə 8 aze

Quşarmudu meyvəsi Fructus Sorbi
Bitkisi: adi quşarmudu Sorbus aucuparia L.
Fəsiləsi: gülçiçəyikimilər Rosaceae
Botanik təsviri. Boz rəngli, hamar qabıqlı gövdəsi olan ağac bitkisidir. Cavan budaqlarının üzəri boz və ya qırmızı-qəhvəyidir, səthi yumşaq-qıvrım tükcüklüdür. Çiçəkləri ağ və ya çəhrayı rəngdə olub, qalxanvari çiçəkqrupu əmələ gətirir. Meyvələri almaşəkilli və kürəvidir, bəzən yastı və ya bir qədər uzunsovlaşmışdır, parlaq-narıncı rəngdədirlər, şirəli və ya bir qədər qurutəhər lətə malikdir, turş, acımtıl dadlı və azacıq büzücüdürlər. Qırmızı, açıq-qəhvəyi rəngli, azacıq oraqşəkilli əyilmiş, göbəkcik tərəfi basıq, bel tərəfi isə qabarıq olan toxumları vardır. Meyvələri avqust-sentyabr aylarında yetişir və uzun müddət ağacların üzərində qalır.
Demək olar ki, bütün Şərqi Avropada, Rusiyanın Ural, Sibir bölgələrində, Qafqazda və Balkanlarda yayılmışdır. Bəzək bitkisi kimi əkirlər. Azərbaycanda az miqdarda Quba, Qusar, Zaqatala, Şəki, Gədəbəy və Daşkəsən rayonlarında təsadüf edilir.
Kimyəvi tərkibi. Bitkinin meyvələri karotinoidlərlə zəngindir ki, hər 100 qr karotin məcmuyunda 18-20 mq β-karotin vardır. Meyvələrdə həmçinin polikopin, kriptoksantin, zeaksantin, lütein, auroxrom və s. karotinlər də vardır. Meyvələrin lətində C (40-200 mq%), P, B2, E vitaminləri, mono- və disaxaridlər (8%-ə qədər), ketoşəkərlərdən α-sorboza, L-sorboza, sorbit (25%-ə qədər), sorbin turşusu və mannit vardır. Meyvələrin tərkibində 4 %-ə qədər üzvi turşular (alma, limon, çaxır), pektin maddələri (2 %-ə qədər), qlükoza (3,82 %), fruktoza (4,3 %), parasorbin turşusu, aşı maddələri, fenolkarbon turşuları (qəhvə, xlorogen və d.), katexinlər və piyli yağlar toplanır. Həmçinin flavonoidlər: kversetin, rutin, hiperozid, izoramnetin, antosianlar və s., amiqdalin sianogen qlikozidi, 1,9 %-ə qədər triterpen birləşmələr: ursol və oleanol turşuları, eləcə də az miqdarda efir yağı aşkar edilmişdir.
Bitkinin toxumlarında isə sianogen maddə - amiqdalin qlikozidi və 20%-ə qədər piyli yağ, fosfolipidlər, yarpaqlarında isə askorbin turşusu (25-200 mq%) müəyyən edilmişdir.



Sorbit L-sorboza
Dərman xammalı. Yetişmiş meyvələri ilk şaxtalara qədər və ya ilk şaxtalardan sonra toplayır və quruducularda qurudurlar. Qurudulmuş meyvələr parlaq qırmızı-narıncı rəngli və büzüşmüş olur, uc hissəsində kasacığın qalığı, daxilində isə 2-7 ədəd toxum yerləşir. Xammalın acımtıl-turş dadı vardır.

Yüklə 252,36 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin