VitamiNLƏR, TƏSNİfati, FİZİKİ-KİMYƏVİ xassəLƏRİ. BİTKİ xammalindan alinmasi. EyniLİk və Mİqdari TƏYİNİ Üsullari. TƏKİBİNDƏ VİtamiNLƏr olan dərman biTKİ VƏ xammallari



Yüklə 252,36 Kb.
səhifə22/29
tarix14.12.2023
ölçüsü252,36 Kb.
#176769
1   ...   18   19   20   21   22   23   24   25   ...   29
Farmakoqnoziya 1 II kurs mühazirə 8 aze

Farmakoloji xassəsi. Ödqovucu vasitədir.
İstifadəsi. Qarğıdalı saçaqlarının 70 %-li spirtdəki duru ekstraktı (1:1) və dəmləməsi ödqovucu vasitə kimi xolesistitdə, xolangitdə, öd ifrazının ləngiməsi ilə müşayiət olunan hepatitlərdə, həmçinin qankəsici və sidikqovucu vasitə kimi böyrəkdaşı xəstəliyində və bədən boşluqlarına maye yığılmalarda tətbiq olunur.
Qarğıdalı yağı lipid mübadiləsini yaxşılaşdırır, qanda xolesterinin miqdarını azaldır, həmçinin ödqovucu təsir göstərir. Aterosklerozun profilaktikası və müalicə-sində tətbiq edilir.
Tərkibindəki E vitamininin sayəsində qarğıdalı yağı geniş spektr təsir göstərir: zülalların mübadiləsini ləngidir, kapilyar qan damarlarının keçiriciliyini yaxşılaşdırır, kövrəkliyini azaldır, sinir toxumalarının degenerativ dəyişikliyini nizamlayır.


Quşəppəyinin otu Herba Bursae pastoris
Bitkisi: adi quşəppəyi Capsella bursa pastoris (L.) Medic.
Fəsiləsi: xaççiçəkkimilər Brassicaceae
Botanik təsviri. 20-60 sm hündürlüyündə, kökyanı yarpaqları rozet əmələ gətirən birillik ot bitkisidir. Kökyanı yarpaqları saplaqlı, uzunsov-neştərşəkilli, lələkvarı-bölümlü olub, bölümləri üçbucaqşəkilli və uc tə-rəfə doğru istiqamətlənmiş dişciklərə malikdir. Gövdə yarpaqları uzunsov-lansetşəkilli, dairəsi oxşəkilli olub, xırda və oturaqdır. Uzunsaplaqlı, ağ rəngli xırda çiçəkləri salxıma toplanmışdır. Meyvəsi tərsinə üçbucaq formalı, uc tərəfi azacıq oyuqlu buynuzmeyvədən ibarətdir. Bütün yay ərzində çiçəkləyir. Tropiklər və Arktika istisna olmaqla, hər yerdə yayılmışdır (şəkil 30).
Kimyəvi tərkibi. Quşəppəyinin otunda böyük miqdarda filloxinon (K1 vitamini) və askorbin turşusu, aşı maddələri, həmçinin fumar, çaxır, alma və limon turşuları, karotinoidlər, flavonoidlər: diosmin, rutin, lüteolin, akasetin, genkvanin, xrizoeriol, diosmetin, kversetin, izoramnetin, aşı maddələri, fenolkarbon turşuları: qəhvə, xlorogen, izoxlorogen, oksikumarinlər: skopoletin, umbelliferon, acı qlikozidlər, saponinlər, xolin, asetilxolin, tiramin, histamin aminləri vardır. Külündə 40 %-ə qədər kalium aşkar edilmişdir. Toxumlarında 28 %-ə qədər piyli yağ toplanır.

Yüklə 252,36 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin