VitamiNLƏR, TƏSNİfati, FİZİKİ-KİMYƏVİ xassəLƏRİ. BİTKİ xammalindan alinmasi. EyniLİk və Mİqdari TƏYİNİ Üsullari. TƏKİBİNDƏ VİtamiNLƏr olan dərman biTKİ VƏ xammallari



Yüklə 252,36 Kb.
səhifə24/29
tarix14.12.2023
ölçüsü252,36 Kb.
#176769
1   ...   21   22   23   24   25   26   27   28   29
Farmakoqnoziya 1 II kurs mühazirə 8 aze

Kimyəvi tərkibi. Bitkinin gövdəsinin qabığında qlikoiridoidlər (5,7 %-ə qədər) (opulusiridoid I, opulusiridoid II və asetilopulusiridoid), filloxinonlar (28-31 mkq/qr), xolinəbənzər maddə, karotinoidlər (21 mq%), triterpen qrupu saponinləri (7 %-ə qədər), flobafenlər, fenolkarbon turşuları: xlorogen, neoxlorogen, qəhvə, O-dihidrooksiqəhvə turşusunun törəmələri, triterpenoidlər, - və -amirinlər (ursol və oleanol turşuları da daxil olmaqla), alkaloidlər, C vitamini, katexinlər, kumarinlər: skopoletin, eskulin, skopolin, flavonoidlər, 4 %-dən çox aşı maddələri, antraxinon – viburnin, eləcə də tərkibində sirkə, valerian, kapril, kapton və linolen turşusu saxlayan efir yağı müəyyən edilmişdir.
Meyvələrinin tərkibində şəkərlər (32 %-ə qədər), üzvi turşular, vitaminlər (askorbin turşusu, P vitamini), flavonoidlər: astraqalin, kversetin, kempferol və s., xlorogen, neoxlorogen, qəhvə, sirkə, izovalerian və ursol turşuları, antosianlar, karotinoidlər, pektin və aşı maddələri, aminturşular, -sitosterin, toxumlarında isə 20 %-ə qədər piyli yağ aşkar edilmişdir. Müəyyən edilmişdir ki, başınağacı meyvələrinin tərkibində C vitamini limon və narıngi meyvələrinə nisbətən 2 dəfə çoxdur. Bitkinin meyvələri həmçinin dəmir və kalium duzları ilə çox zəngindir. Başınağacı meyvə və toxumlarının acı dadı onların tərkbində olan iridoidlərlə bağlıdır.
Dərman xammalı. Bitkinin gövdəsinin qabığını aprel-may aylarında, şirə cərəyanı güclənən dövrdə tədarük edirlər. Hazır xammal xarici səthi qırışlı, yaşılımtıl-boz rəngli, qəhvəyi mərciləri olan və boru şəklinə düşmüş quru qabıqlardan ibarətdir.
Qabıqların daxili səthi hamar olub, qəhvəyi-sarı rəngdədir, səthində qırmızı rəngdə xallar və zolaqlar vardır. Xammalın xoşa gəlməyən zəif qoxusu və yandırıcı-acı dadı vardır.



I – R1 = R2 = H; R3 = Ac (asetat turşusunun qalığı (asetil)) – opulusiridoid I
II – R1 = R2 = R3 = H – opulusiridoid II
I – R1 = R2 = R3 = Ac – asetilopulusiridoid



Opulusiridoid 1: R = H
Opulusiroid 2. R = Ac (asetil)

Yüklə 252,36 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin