VitamiNLƏR, TƏSNİfati, FİZİKİ-KİMYƏVİ xassəLƏRİ. BİTKİ xammalindan alinmasi. EyniLİk və Mİqdari TƏYİNİ Üsullari. TƏKİBİNDƏ VİtamiNLƏr olan dərman biTKİ VƏ xammallari



Yüklə 252,36 Kb.
səhifə28/29
tarix14.12.2023
ölçüsü252,36 Kb.
#176769
1   ...   21   22   23   24   25   26   27   28   29
Farmakoqnoziya 1 II kurs mühazirə 8 aze

Farmakoloji təsiri. Bitkinin meyvələri polivitaminli, kapilyar möhkəmləndirici vasitə kimi, eləcə də hipotenziv, ümumi gücləndirici, qankəsici vasitə kimi istifadə edilir. Həmçinin babasil əleyhinə, antitireoid, iştahartırıcı, hemostatik, heroprotektor, immunostimulyator, dacili və xarici qanaxmalrda qankəsici, ümumi gücləndirici, qanın qatılığını artırıcı, damargenəldici, orqanizmi tonizəedici və mədə şirəsinin sekresiyasını gücləndirən vasitə kimi təyin olunur. Qarameyvəli quşarmudunun təzə meyvələri və onların şirəsi iştahanı artırır, mədə şirəsinin turşuluğunu və həzm etmə qabiliyyətini gücləndirir, həmçinin hipertonik xəstələrdə qan təzyiqini aşağı salır, lakin sağlam adamlara qan təzyiqinə heç bir təsir göstərmir. Bitkinin meyvələri aşağı turşuluqlu qastriti olan, eləcə də hipertoniya xəstələrinə məsləhət görülür. Onlar həmçinin kapilyarların keçiriciliyi və kövrəkliyi artan xəstəliklərdə: kapillyarotoksikozda, şüa xəstəliklərində, hemorragik diatezdə, böyrək xəstəliklərində (xüsusən, qlomerulonefritdə), şəkərli diabetdə, aterosklerozda və s. təyin edilir.
Bitkinin meyvələri və preparatları köməkçi vasitə kimi septik endokarditdə, revmatizmdə, araxnoiditdə, qızılcada, səpkili yatalaq, skarlatində, allergiyalarda və s. isitfadə edilir. Sulu ekzemada, antikoaqulyantların, arsen birləşmələrinin və salisilatların istifadəsi nəticəsində kapilyarların zədələnmələrində bu bitki ilə yaxşı effekt alınır.
Bitkinin meyvələrinin tərkibində olan rutin damarların endotelini stabilləşdirir, ekstravazasiyaya maneçilik törədir, iltihab əleyhinə təsirə malikdir, sərbəs radikalları neytrallaşdırır, ona görə də radioprotektor vasitə kimi isitifadə olunur.
Beləliklə, bitkinin meyvələrinə polivitaminli vasitə kimi, ilk növbədə, P vitamininin (bioflavonoidlərin), və PP vitamininin (nikotin turşusunun) mənbəyi kimi baxılmalıdır. Hansı ki, bu daimkan verir ki, ona kapilyargücləndirici vasitə kimi baxılsın.
Meyvələrin tərkibində olan vitaminlər kompleksi orqanizmə lazım olan optimal miqdara yaxındır və bu da digər bioloji fəal maddələrlə (flavonoidlər, aşı maddələri, mikroelemetlər, vitaminlər və s.) birlikdə infeksiyalar, toksinlər, iltihabi proseslərlə, mübarizə aparmağa imkanlar açır.
Qarameyvəli quşarmudu meyvələrinin arterial təzyiqi aşağı salmaq qabiliyyəti, həmçinin onun damarları gücləndirmək xassəsi imkan verir ki, yaşla bağlı tipik dəyişikliklərə meyilliolan orta və ahıl yaşda olan şəxslər üçün universal sağlamlıq vasitəsi rolu oynasın. Bitkinin xammalı həmçinin etibarlı radioprotektor və detoksikasion vasitə hesab edilir.

Yüklə 252,36 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin