VitamiNLƏR, TƏSNİfati, FİZİKİ-KİMYƏVİ xassəLƏRİ. BİTKİ xammalindan alinmasi. EyniLİk və Mİqdari TƏYİNİ Üsullari. TƏKİBİNDƏ VİtamiNLƏr olan dərman biTKİ VƏ xammallari


Qarameyvəli quşarmudunun meyvəsi –



Yüklə 252,36 Kb.
səhifə27/29
tarix14.12.2023
ölçüsü252,36 Kb.
#176769
1   ...   21   22   23   24   25   26   27   28   29
Farmakoqnoziya 1 II kurs mühazirə 8 aze

Qarameyvəli quşarmudunun meyvəsi – Fructus Aroniae
Bitkisi: Qarameyvəli quşarmudu – Aronia melanocarpa (Michx.) Elliot.
Fəsiləsi: gülçiçəyikimilər – Rosaceae
Botanik təsviri. 2,5 m-ə qədər hündürlüyündə kol bitkisi olub, çoxsaylı budaqlara malikdir. Yarpaqları əks yumurtaşəkilli olub, 6-8 sm uzunluğundadır, kənarları mişardişlidir, yaşıl rəngdədir və payızda qırmızımtıl rəngə boyanır. Ağ və ya çəhrayı rəngli çiçəkləri qalxanşəkilli çiçək qrupuna 10-35 ədəd olmaqla toplanmışdır. Meyvəsi iri, almayabənzər qara rənglidir, 1-1,5 sm enindədir, üzərində göyümtül ləkələr müşahidə edilir.
Kimyəvi tərkibi. Təzə meyvələrin tərkibində sianidin qlikozidi, flavonon qlikozidi olan hesperidin, flavonol olan rutin, sərbəst kversetin və s. flavonoidlər aşkar edilmişdir. Həmçinin aşı maddələri, katexinlər, 0,8 %-ə qədər üzvi turşular, 10 %-ə qədər şəkərlər (qlükoza, fruktoza, saxaroza və s.), 3,5 %-ə qədər sorbit, 2,5 %-ə qədər pektin maddələri, 3,5 %-ə qədər antosianlar, 0,6-0,8 % epikatexin, 0.35 %-ə qədər oksidarçın turşuları, 60 mq% C vitamini, 2,4 mq% karotin, B1, B2 və E vitaminləri, nikotin turşusu, fol turşusu, mikroelementlər: molibden, manqan, mis, bor, kobalt, yod və s. duzları var. Vitaminlər, əsasən meyvələrin qabığında toplanmışdır. Müəyyən edilmişdir ki, bitkinin meyvələrinin tərkibində P-vitamini fəallığına malik olan kompleks var və onun tərkibinə antosianlar (sianidin qlikozidləri), katexinlər, flavononlar (hesperidin-7-0-rutinozid hesperitin) və flavonollar (kversetin, rutin, kversitrin) daxildir.
Dərman xammalı. Xammal payızda, tam yetişən zaman toplanan meyvələri hesab edilir. Meyvələrin qabığı bərkdir, üzəri qirişlı olmaqla, ətli hissəsi qırmızı-bənövşəyi rəngdədir. 4-8 sayda olan toxumları uzun oval formalı, bozumtul və ya qırmızı-boz rəngdədir. Xammalın şirintəhə-turş və yüngül büzücü dadı var. Adətən, meyvələr təzə halda isitifadə edilir və ya 0 dərəcə temperaturda saxlanılır. Belə şəraitdə onların bütün ilboyu dadı dəyişilmir və müalicəvi keyfiyyətlərini saxlayır. Meyvələri düzgün şəraitdə saxlamadıqda onlar qıcqırır.

Yüklə 252,36 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin