VitamiNLƏR, TƏSNİfati, FİZİKİ-KİMYƏVİ xassəLƏRİ. BİTKİ xammalindan alinmasi. EyniLİk və Mİqdari TƏYİNİ Üsullari. TƏKİBİNDƏ VİtamiNLƏr olan dərman biTKİ VƏ xammallari



Yüklə 252,36 Kb.
səhifə2/29
tarix14.12.2023
ölçüsü252,36 Kb.
#176769
1   2   3   4   5   6   7   8   9   ...   29
Farmakoqnoziya 1 II kurs mühazirə 8 aze

Alifatik sıradan olan vitaminlər
Askorbin turşusu (C vitamini). Askorbin və dehidroaskorbin turşuları kimi 2 forması vardır ki, onlar da müvafiq şəraitdə bir-birinə çevrilir. Bitkilərdə yalnız askorbin turşusunun fizioloji fəal olan α-izomeri toplanır. Askorbin turşusu davamsız maddədir, sulu məhlullarda asanlıqla parçalanır.
Hidrogen daşıyıcısı olmaqla askorbin turşusu orqanizmdəki oksidləşmə-reduksiya proseslərində iştirak edir. Askorbin turşusu protrombini aktivləşdirir, piqment mübadiləsində iştirak edir, orqanizmin mühafizəedici qüvvələrini gücləndirir, lipoid mübadiləsinə müsbət təsir göstərir. Digər vitaminlərdən fərqli olaraq askorbin turşusu orqanizmdə toplanmır. Askorbin turşusunun hipovitaminozunun tez baş verməsi məhz bununla izah olunur. İnsanın askorbin turşusuna olan sutkalıq tələbatı 50-100 mq təşkil edir (bundan daha yüksək dozası da mümkündür). Təbii qida məhsullarında askorbin turşusunun saxlanmasını onlardakı flavonoid və polifenol quruluşlu antioksidantlar təmin edir.
Tibb təcrübəsində adətən sintetik askorbin turşusu istifadə olunur, eyni zamanda onun bitki mənşəli preparatları da tətbiq edilir.

L-askorbin turşusu Dehidroaskorbin turşusu
Panqam turşusu. O, tibbdə D-qlyükon turşusunun efirinin və dimetilqlisinin (dimetilamin-sirkə turşusu) kalsium duzu şəklində tətbiq olunur. Panqam turşusuna düyü yarmasında və bir çox bitkilərin toxumlarının tərkibində təsadüf edilir.

Panqam turşusu
Kalsium panqamat aterosklerozun müxtəlif formalarının, ağ ciyərin emfizemasının, xroniki hepatitlərin, alkoqolla əlaqədar çatışmazlığın və s. müalicəsində tətbiq edilir.
Pantoten turşusu. Dərman kimi kalsium duzu şəklində tətbiq edilir. İnsan orqanizmində pantoten turşusu bağırsaq çöpləri tərəfindən hasil edilir. Pantoten turşusu düyü, noxud, maya, qaraciyər, böyrək, balıq kürüsü və d. qidaların tərkibində olur. Kalsium-pantotenat maddələr mübadiləsinin pozğunluğunda, polinevritdə, nevralgiyada, ekzemada, allergiyada, toksikozda və s. tətbiq edilir.



Pantoten turşusu

U vitamini (xoralar əleyhinə vitamin). İlk dəfə kələm şirəsində aşkar edilmişdir və adı xora mənasını verən «ulsuz» latın sözündən götürülmüşdür. Bu vitaminə cəfəri yar-paqlarında, soğanda, kahıda, istiotda, yerköküdə, şalğamda, qulançarda, pomidorda və s. təsadüf edilir. U vitamininin ən zəngin mənbəyi qulançarın zoğları (100-160 mq/100 qr) və ağ kələmdir (80-85 mq/100 qr). U vitamini mədənin, onikibarmaq bağırsağın, qaraciyərin və öd kisəsinin fəaliyyətinə müsbət təsir göstərir.

Metilmetioninsulfonium-xlorid (U vitamini)



Yüklə 252,36 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin