VitamiNLƏR, TƏSNİfati, FİZİKİ-KİMYƏVİ xassəLƏRİ. BİTKİ xammalindan alinmasi. EyniLİk və Mİqdari TƏYİNİ Üsullari. TƏKİBİNDƏ VİtamiNLƏr olan dərman biTKİ VƏ xammallari



Yüklə 252,36 Kb.
səhifə6/29
tarix14.12.2023
ölçüsü252,36 Kb.
#176769
1   2   3   4   5   6   7   8   9   ...   29
Farmakoqnoziya 1 II kurs mühazirə 8 aze

KAROTİNOİDLƏR
Karotinoidlər tərkibində 8 izopren qalığı (tetraterpenlər) saxlayan və kimyəvi quruluş baxımından bir-birinə yaxın olan üzvi maddələrdir. Karotinoidlər simmetrik quruluşa malikdir, onların uzun izopren qalığının hər iki ucunda tam doymamış tsikloheksan halqası yerləşir. Təbiətdə daha çox karotin (a-, b-, g- və s. karotinlər) və onların tərkibində oksigen olan analoqları – ksantofillər yayılmışdır. Ümumilikdə, 70-ə qədər belə maddə müəyyən edilmişdir. Onlar xlorofillə birlikdə fotoreaksiyalarda istirak edir. Əksər karotinoidlərin bioloji fəallığı öyrənilməmişdir və onlar inert hesab edilirlər. Yalnız b-karotin istisnalıq təşkil edir. Onun A vitamininin provitamini kimi funksiya daşıdığı çoxdan məlumdur. Kimyəvi quruluşuna görə b-karotinə oxşar olan digər karotinlər də A vitamininə çevrilə bilir, lakin onlar 1 molekul, b-karotin isə 2 molekul A vitamini əmələ gətirir. Bitkilərin A vitamin fəallığı yalnız tərkibindəki b-karotinin miqdarı ilə qiymətləndirilir. Ümumiyyətlə, karotinoidlərin molekulundakı ikiqat rabitələr havanın oksigeni ilə asanlıqla oksidləşir və nəticədə onların provitamin fəallığı itir. Bitkilərin tərkibində olan və antioksidant xüsusiyyətə malik E, B vitaminləri və s. birləşmələr provitaminlərin oksidləşməsinin qarşısını ala bilir.
İnsan orqanizmində A vitamininə (retinola) çevrilən karotinoidlərin ümumi təsiri A vitamininin fizioloji rolu ilə bağlıdır. Bu rol ümumiyyətlə karotinoidlərin müalicəvi xüsusiyyətini böyük ölçüdə müəyyənləşdirir. Bu xüsusiyyətlər aşağıdakılardır:
1. Gözün işığı qəbul edən və qaranlığa adaptasiyasını həyata keçirən torvari çöpcüklərin spesifik funksiyalarını təmin etmək. Onlarda A vitamini retinal aldehidinə çevrilir və opsin zülalı ilə birləşir (sonradan ayrıla bilər). Bu formada yaranan kompleks cüzi miqdarda da olsa işıq seli enerjisini qəbul edir və nəticədə dalğavari fotoölçmə (sis- və transizomerlərə keçməklə) çöpcüklərin quruluşunda kalsium ionlarını azad edir, sonradan onlar görmə mərkəzinə daxil olan sinir impulslarına başlanğıc verir. A vitamini çatışmazlığında gözün qaranlığa adaptasiya olunması (“toyuq korluğu” inkişaf edir) pozulur, avitaminozunda isə (xüsusən uşaqlarda) sonu korluqla bitən göz epitelinin keratinli metaplaziyası (kseroftalmiya) inkişaf edir.
2. Sümüklərin üzvi matrisi, birləşdirici toxumalı quruluşların bazal hüceyrələrarası maddəsi (zülallarla kompleks şəkildə) olan qığırdaq toxumasının əsas polisaxaridi - xondroitinsulfatın sintezində iştirakı. Uşaqlarda kiçik və yeniyetmə yaşlarında A vitamininin avitaminozu nəticəsində onurğa beyninin inkişaf tempindən geri qalan skeletin böyüməsində pozulma müşahidə edilir.
3. Tənəffüs yollarının, müxtəlif vəzi axarlarının (toxumluqların, tər, piy və s.), sidikçıxarıcı yolların epitelinin trofikasında və hüceyrə membranının qurulmasında iştirakı. A vitamininin aydin müşahidə edilən avitaminozunda tənəffüs yollarının infeksiyalara qarşı müqavimətin azalması, böyrəklərin beyin təbəqəsinin hüceyrələrinin metaplaziyasının azalması və sidikdaşının əmələ gəlməsinə meyilliliyin artması, vəzi axarlarının tıxanması və yekunda atrofiyası, yenidoğulmuşların defekti ilə nəticələnən ciftin zədələnməsi baş verir. Məhz göstərilən bu xüsusiyyətlər (tənəffüs yollarının və dərinin A vitamini çatışmazlığında infeksiyaya meyilliliyi) nəzərə alınmaqla A vitamininə infeksiya əleyhinə vitamin də deyilir.

Yüklə 252,36 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin