VitamiNLƏR, TƏSNİfati, FİZİKİ-KİMYƏVİ xassəLƏRİ. BİTKİ xammalindan alinmasi. EyniLİk və Mİqdari TƏYİNİ Üsullari. TƏKİBİNDƏ VİtamiNLƏr olan dərman biTKİ VƏ xammallari



Yüklə 252,36 Kb.
səhifə8/29
tarix14.12.2023
ölçüsü252,36 Kb.
#176769
1   ...   4   5   6   7   8   9   10   11   ...   29
Farmakoqnoziya 1 II kurs mühazirə 8 aze

Kimyəvi tərkibi. Bitkinin qurudulmuş meyvələrində askorbin turşusunun miqdarı 2,46-5,20%, quru lətli hissəsində isə 3,22-10-84% təşkil edir. Orta hesabla itburnu meyvələrinin lətli hissəsində 9,75 mq% karotinoidlər (violaksantin, anterksantin, zeaksantin, sis-rubiksantin, rubiksantin, likopin, sis-likopin, -karotin, -karotin), 14,1%-ə qədər pektin maddələri, 1,55% limon turşusu, alma turşusu, 23,93 %-ə qədər ümumi şəkərlər (qlükoza, fruktoza və ksiloza) və 0,9%-ə qədər aminturşular (əsasən asparagin turşusu) toplanır. Meyvələrin lətli hissəsində həmçinin riboflavin və fillixinon da vardır. Flavonollardan kempferol, kversetin, izokversitrin, tilirozid, astraqalin, kempferolun kumaroil qlikozidi, antosianlar, leykoantosianidinlər, katexinlər, E və P vitaminləri, aşı maddələri, steroidlər, triterpen spirtlər, piyli yağlar və s. aşkar edilmişdir.
İtburnu meyvəciklərində (fındıqcıqlarında) piyli yağ (linol, linolen, olein və d. turşuların əmələ gətirdiyi), tokoferol (170-200 mq/100 qr) və karotin vardır.
Dərman xammalı. Tədarük məntəqələrində itburnu meyvələrini tədarükçülərdən təzə şəkildə qəbul etmək və təcili surətdə ilk emalı həyata keçirən məntəqələrə çatdırıb qurutmanı aparmaq lazımdır. Təcrübələr göstərmişdir ki, sənaye miqyasında qurudulan xammalın tərkibində kustar yolla qurudulan xammala nisbətən 3 dəfə artıq miqdarda as-korbin turşusu olur. Meyvələrin rəngi narıncı-qırmızı və ya tünd-qırmızıdır. Onların xarici səthi parlaq və qırışlı, daxili səihi isə tutqun nöqtəvi quruluşludur. Fındıqcıqlar bərkdir, sarı rəngli və bucaqlıdır (tillidir), tükcüklər isə ağdır. Meyvələrin ətli hissəsi turşməzə-şirin və azacıq büzücü dadlıdır, iyi yoxdur. Bütöv meyvələrdə askorbin turşusunun miqdarı 1 %-dən, xırdalanmış meyvələrdə (toxumsuz) isə 2 %-dən az olmamalıdır. Xammalın normal saxlanılması üçün meyvələrdə nəmliyin miqdarı 8 %-dən çox olmamalıdır.
“İtburnu şərbəti”, “Xolosas” və “Karotolin” preparatlarının hazırlanmasında istifadə edilən itburnu meyvələrinin keyfiyyəti onların tərkibində olan üzvi turşularla qiymətləndirilir.
Hipantiyanın anatomik quruluşunun səciyyəvi xüsusiyyəti ondan ibarətdir ki, epidermisdən daxildə bir və ya bir neçə cərgəli kollenxim, ondan daxildə isə içərisində kalsium-oksalatın druzları olan parenxim yerləşmişdir.

Yüklə 252,36 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin