VitamiNLƏR, TƏSNİfati, FİZİKİ-KİMYƏVİ xassəLƏRİ. BİTKİ xammalindan alinmasi. EyniLİk və Mİqdari TƏYİNİ Üsullari. TƏKİBİNDƏ VİtamiNLƏr olan dərman biTKİ VƏ xammallari



Yüklə 252,36 Kb.
səhifə16/29
tarix14.12.2023
ölçüsü252,36 Kb.
#176769
1   ...   12   13   14   15   16   17   18   19   ...   29
Farmakoqnoziya 1 II kurs mühazirə 8 aze

Kimyəvi tərkibi. Bitkinin meyköklərinin tərkibində karotinoidlərdən α-, - və -karotin (9 mq/%), fitoen, fitofluen və likopin, pantoten və askorbin turşusu, flavonoidlər, antisianidinlər, piyli yağlar, efir yağları, aminturşulardan lizin, ornitin, histidin, sistein, asparagin, serin, treonin, prolin, metionin, tirozin, leysin və s., B1, B2, B6 vitaminləri, nikotin turşusu, D vitamini, pantoten turşusu, fol turşusu, eləcə də poliasetilen birləşmələri: falkarinon, falkarinol, falkarindol və onun asetatı, kumarinlər, mineral duzlar və s. vardır. Meyvəköklərin tərkibində çox miqdarda şəkər, xüsusən qlükoza vardır. Az miqdarda nişasta, pektin maddələri, sellüloza, lesitin, makro- və mikroelementlər və s. müəyyən edilmişdir.
Meyvələrinin tərkibində kumarinlər (umbelliferon, eskuletin, skopoletin, ostol), furanoxromonlar (ksantotoksin, peusedanin və s. (0,8 %)), furanoxromonlar, 1,4-2,9 % efir yağı vardır ki, onun da 60 %-ni geraniol, həmçinin sitral, α-pinen, limonen, azaron və s. təşkil edir. Flavonoidlərdən (diosmetin, lüteolin, kversetin, apigenuin və s. törəmələri), 11-50 % piyli yağ (palmitin, petrozelidin, olein və linol turşularının qliseridləri) vardır.
Dərman xammalı. Müalicəvi məqsədlə bitkinin meyvəkökləri və toxumları tədarük olunur.
Farmakoloji təsiri. Bitkinin meyəvləri spazmolitik, həmçinin diuretik, bakterisid və iltihab əleyhinə vasitədir.
Yerkökünün farmakoloji təsiri onun tərkibində böyük miqdarda olan vitaminlərlə və mineral duzlarla bağlıdır. -karotin qaraciyərdə fermentlərin təsirindən A vitamininə çevrilir və o da C vitamini ilə birlikdə maddələr mübadiləsinin normal gedişini, orqanizmin fiziki və zehni inkişafını, görmə orqanlarının normal funksiyalarını təmin edir, həmçinin orqanizmin soyuqdəymə xəstəliklərinə qarşı müqavimətini yüksəldir. Yerkökü şirəsinin işlədici, sidikqovucu və ödqovucu, həmçinin qurd əleyhinə təsiri müəyyən edilmişdir.
İstifadəsi. Yerkökünün preparatları iltihabəleyhinə, yarasağaldıcı, sakitləşdirici, damargenəldici, spazmolitik və xüsusən koronar damarlara miotrop təsir göstərir. Təzə halda görmə qabiliyyətinin zəifləməsi, epitelin distrofiyası və atrofiyalaşması ilə müşaiyət olunan A vitaminin hipo- və avitaminozunda tətbiq olunur. Tibbdə əsasən ürək nahiyəsində olan ağrılar zamanı, eləcə də xroniki koronar çatışmazlığında istifadə edilir. Yerkökü qəbizlikdə, öddaşı xəstəliyində, poliartritdə, sidikdaşı xəstəliyində və s. istifadə olunur. Yerkökü və onun təzə şirəsi mədə şirəsinin turşuluğunu azaltmaq üçün yeməkdən qabaq istifadə olunur. Qanazlığında təyin edilir. Gündəlik istifadə olunduqda xəstələrin çəkisi artır, üzünün rəngi yaxşılaşır, orqanizmin infeksion xəstəliklərə qarşı müqaviməti artır.
Meyvələrindən «Daukarin» preparatı alınır ki, bu da spazmolitik təsirə malik olduğundan koronar qan damarlarının və saya əzələlərin spazmında istifadə olunur.
Tibb praktikasında yabanı yerkökü – Daucus carota L. növündən də istifadə olunur. Bu bitkinin xammal kimi meyvələri istifadə edilir. Meyvələrin tərkibində 0,5-2,9 %-ə qədər efir yağı (60 %-i geranioldan ibarətdir), 11-50 % piyli yağlar, flavonoidlərdən lüteolin, kversetin, disometin, apigenin və s., 0,8 % kumarinlər, steroidlər və s. müəyyən edilmişdir.
Bitkinin toxumalarından duru ekstrakt alınır ki, bu da kompleks preparat olan «Urolesan»ın tərkibində daxildir. «Urolesan» spazmolitik, iltihabəleyhinə təsir göstərir və sidikçıxarıcı yollardan daşların xaric olmasını, həmçinin ödün əmələ gəlməsini və ifrazını gücləndirir. Sidikdaşı, öddaşı xəstəliklərində, kəskin və xroniki pielonefritdə, xolesistitdə və öd yollarının diskineziyasında təyin edilir.
Yerkökü həmçinin göz xəstəliklərində (konyunktivitdə və s.) istifadə edilir.



Yüklə 252,36 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin