VitamiNLƏR, TƏSNİfati, FİZİKİ-KİMYƏVİ xassəLƏRİ. BİTKİ xammalindan alinmasi. EyniLİk və Mİqdari TƏYİNİ Üsullari. TƏKİBİNDƏ VİtamiNLƏr olan dərman biTKİ VƏ xammallari



Yüklə 252,36 Kb.
səhifə13/29
tarix14.12.2023
ölçüsü252,36 Kb.
#176769
1   ...   9   10   11   12   13   14   15   16   ...   29
Farmakoqnoziya 1 II kurs mühazirə 8 aze

Farmakoloji təsiri. Gülümbaharın preparatları iltihab əleyhinə, antiseptik, allergiya əleyhinə, yarasağaldıcı, regenerasiyaedici, bakterisid, ödqovucu, bəlğəmgətirici, immunmodulaedici, sidikqovucu və spazmolitik xassələrə malikdir. Tərkibində olan karotinoidlərin, flavonoidlərin, askorbin turşusunun və digər turşuların hesabına bitkinin preparatlarını istifadə etdikdə qaraciyərin sekretor və ifrazat funksiyası yüksəlir, ödün tərkibi yaxşılaşır, onun tərkibində bilirubinin və xolesterinin miqdarı azalır. Gülümbahar preparatlarını çobanyastığı preparatları ilə birlikdə istifadə etdikdə terapevtik effekt güclənir. Gülümbahar bitkisi sinir sistemini sakitləşdirir, arterial təzyiqi aşağı salır, ürək fəaliyyətini gücləndirir və ürək ritmini isə zəiflədir.
İstifadəsi. Gülümbaharın preparatları xaricə yaraların, yanıqların, donvurmanın, uzun müddət sağalmayan yaraların, furunkulların və zədələrin, döyənək və ziyillərin, angina, stomatit və alveolyar pioreya zamanı ağız və boğazı qarqara etmək üçün istifadə edilir. Ginekoloji praktikada uşaqlığın eroziyasında və s. trixomonad kolpitdə təyin olunur. Onlardan həmçinin nevrozlarda, hipertoniya xəstəliklərində, aterosklerozda, stenokardiyada, mədə və onikibarmaq bağırsağın yara xəstəliklərində, qastritdə, qaraciyər və öd yollarının xəstrəliklərində, dalağın xəstəliklərində, böyrək və sidik kisəsinin daş xəstəliklərində, klimakterik dövrdə olan hipertoniyada istifadə edilir.
Bitkinin çiçəklərinin dəmləməsi iltihab əleyhinə, spazmolitik, ödqovucu və yarasağaldıcı vasitə kimi mədə-bağırsaq və qaraciyər xəstəliklərində və angina zamanı daxilə qəbuledilir.
Gülümbahar çiçəklərinin tinkturası 70 %-li etil spirti ilə 1:10 nisbətində hazırlanır, irinli yarlarda, yanıqlarda, anginada, porez zamanı, eləcə də yuxarı tənəffüs yollarının iltihabi xəstəliklərində boğazı qarqra etmək üçün məsləhət görülür. 1 çay qaşığı miqdarında tinktura 1 stəkan suda dururldulur. Daxilə ödqovucu vasitə kimi qəbuledilir.
Bitkinin məlhəmi kəsilmiş yaralarda, irinli zədələrdə, porez, digər yara və yanıqlarda məsləhət görülür.
Bitkinin çiçəkləri müxtəlif bitki yığıntılarının: “Elekasol”, sinə yığıntısı, ödqovucu yığıntı və s. tərkbinə daxildir.
Bitkinin çıxarışı “Rotokan”, “Vitaon”, “Somaton”, “Kaleflon” və s. preparatların tərkibinə daxildir.
“Kaleflon” gülümbaharın təmizlənmiş ekstraktı olub, iltihab əleyhinə və reparativ prosesləri stimullaşdırmaq xüsusiyyətinə malikdir. Preparat mədə və onikibarmaq bağırsağın yara xəstəliklərində, kəskin və xroniki qastritin kəskinləşmə dövründə, həmçinin öd kisəsinin və ödçıxarıcı yolların xəstəliklərində istifadə edilir.
Gülümbaharın çiçəklərinin poroşokunun nikotin turşusu ilə birlikdə preparatı (“KN” preparatı) mədənin bədxassəli şiş xəstəliyində simptomatik vasitə kimi təklif olunur.



Yüklə 252,36 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin