VitamiNLƏR, TƏSNİfati, FİZİKİ-KİMYƏVİ xassəLƏRİ. BİTKİ xammalindan alinmasi. EyniLİk və Mİqdari TƏYİNİ Üsullari. TƏKİBİNDƏ VİtamiNLƏr olan dərman biTKİ VƏ xammallari



Yüklə 252,36 Kb.
səhifə11/29
tarix14.12.2023
ölçüsü252,36 Kb.
#176769
1   ...   7   8   9   10   11   12   13   14   ...   29
Farmakoqnoziya 1 II kurs mühazirə 8 aze

Farmakoloji təsiri. Kələmin tərkibində olan U vitamini həzm traktının yara proseslərində yarasağaldıcı və müdafiə qabiliyyətinə malikdir. Həmçinin zəif və tez zədələnməyə meyilli olan dişlərin dibinin gücləndirilməsində effektlidir.
U vitamini metil qruplarının donatoru kimi histaminləri inaktivləşdirdiyindən, kələm şirəsinə antihistamin (allergiya əleyhinə) vasitə kimi baxmaq olar və uşaq praktikasında diatezlər zamanı təyin olunur.
Kələmin tərkibində olan tiobirləşmələr və sellüloza həzm vəzilərinin sekretor aktivliyini stimullaşdırır, həmçinin bağırsağın motorikasını yaxşılaşdırır, ona görə də qəbizliklə müşaiyət olunan mədə-bağırsaq xəstəliklərində məsləhət görülür.
Kələm şirəsinin tərkibində olan fermentlər, eləcə də bakterisid faktor rolu oynayan və çürümə bakteriyalarının inkişafının qarşısnı alan lizosom mədə-bağırsaq traktının funksiyalarını yaxşılaşdırır və mübadilə proseslərini normaya salır.
Bitkinin tərkibində olan kükürd tərkibli birləşmələr antitireoid və yara əleyhinə təsirə malikdir. Həmçinin bakterisid fəallığa malikdir.
Kələmin tərkibində olan vitamin kompleksi avitaminozlarda çox effektlidir. B qrupu vitaminləri xroniki hepatitdə, sirrozda müsbət təsir göstərir, tartron turşusu aclıq hissini zəiflədir və iştahanı azaldır.
Bitkinin tərkibində olan vinnokamennaya turşusu karbohidratların piylərə çevrilməsi prosesini zəiflədir, bu da öz növbəsində orqanizmdə piylənmənin qarşısını alır.
Kələmin təzə şirəsinin tərkibində olan kalium duzları diurezi sürətləndirir və orqanizmdən artıq natriumun xaric olmasını həyata keçirir.
İstifadəsi. Kələm yara əleyhinə, bakterisid və zəif ödqovucu vasitə kimi təsir göstərir. Bitkinin tərkibində olan fitonsidlər irin çöplərinə və digər xəstəlik törədən mikroblara öldürücü təsir göstərir. Bu xüsusiyyətinə görə kələmdən müxtəlif iltihabı proseslərin müalicəsində istifadə olunur. Bitkinin tərkibində olan sellüloza bağırsağın fəaliyyətini gücləndirir, qidanın yaxşı həzm olunması üçün vacib olan bağırsaq mikroflorasının inkişafına müsbət təsir göstərir. Sellüloza orqanizmdən şlakların və xolesterinin xaric olmasını sürətləndirir və nəticədə aterosklerozun yaranmasının qarşısını alır.
Kələmi ürək-damar sistemi xəstələrinin qidasına əlavə etmək məsləhətdir. Belə ki, onun tərkibində olan kalium ürəyin fəsliyyətini yaxşılaşdırır, tartron turşusu yağ mübadiləsini normaya salır, sellüloza isə xolesterinin artıq qalan hissəsini orqanzimdən xaric edir. Bu xüsusiyyətinə görə kələm həmçinin atrosklerozda, yağ mübadiləsinin pozğunluğunda və şəkərli diabetdə faydalıdır. Nəzərə almaq lazımdır ki, kələmin tərkibində olan tartron turşusu termiki işləmələrdə parçalanır, lakin kələmi qıcqırtdıqda dəyişməz qalır.
Gül kələm çeşidi C vitamini və kaliumla zəngin olması ilə seçilir, orqanizmdən artıq mayeni xaric etmək üçün istifadə olunur. Brokkoli kələmi portağala nisbətən tərkibində daha çox C vitamini saxlayır. Həmçinin B qrupu vitaminləri və kalsiumun ən zəngin mənbələrindən hesab olunur. Brüssel kələminin də tərkibində C vitamini, kalium, B qrupu vitaminləri vardır. Turşudulmuş kələm süd və sirkə turşusu ilə zəngin olur. Kələmin təzə şirəsi qastrit, kolit, xolesistit, bağırsaq atoniyası və s. xəstəliklərin müalicəsində istifadə olunur. Mədə və onikibarmaq bağırsaq yarasında təzə kələm şirəsi 0,5 stəkan olmaqla gündə 3 dəfə isti halda qəbul olunur. Mədə və onikibarmaq bağırsaq yarasında təzə kələm şirəsi 0,5 stəkan olmaqla gündə 3 dəfə isti halda qəbul olunur. Müalicə kursunun müddəti 3-4 həftədir.
Qıcqırdılmış kələmin şirəsi sidiyin reaksiyasını turş etdiyindən daha çox fosfat duzlarının yaranması ilə müşaiyət olunan sidikdaşı xəstəliyində məsləhət görülür.
Turşudulmuş kələm şirəsi mədənin aşağı turşuluqlu hallarında, meteorizmdə, mədə şirəsinin, ödün və pankreatik sekresiyasını artırmaq üçün, eləcə də xolangit və hepatitdə müalicəvi vasitə kimi qəbul edilir. Gündə 2-3 dəfə isti halda olmaqla yeməkdən əvvəl ½ stəkan qəbul edilir. Bu şirə həmçinin mədə və onikibarmaq bağırsağın yaralarının çapıqlaşma prosesini sürətləndirir.
U vitamini həzm traktının selikli qişalarının zədələnmiş səthinin sağalma prosesini stimullaşdırır. Gündə 3 dəfə yeməkdən sonra olmaqla 0,05 qr dozada 2 tablet qəbul edilir.



Yüklə 252,36 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin