VitamiNLƏR, TƏSNİfati, FİZİKİ-KİMYƏVİ xassəLƏRİ. BİTKİ xammalindan alinmasi. EyniLİk və Mİqdari TƏYİNİ Üsullari. TƏKİBİNDƏ VİtamiNLƏr olan dərman biTKİ VƏ xammallari


TƏRKİBİNDƏ VİTAMİNLƏR OLAN DƏRMAN BİTKİ VƏ XAMMALLARI



Yüklə 252,36 Kb.
səhifə7/29
tarix14.12.2023
ölçüsü252,36 Kb.
#176769
1   2   3   4   5   6   7   8   9   10   ...   29
Farmakoqnoziya 1 II kurs mühazirə 8 aze

TƏRKİBİNDƏ VİTAMİNLƏR OLAN DƏRMAN BİTKİ VƏ XAMMALLARI


İtburnu (dərgil) meyvəsi Fructus Rosae (Fructus Cynosbati)
Bitkisi. Cinnamomea seksiyasının növləri: darçın itburnusu Rosa cinnamomea L.
Daur itburnusu Rosa davurica Pall. və digərləri;
Canina seksiyasının növləri: it itburnusu Rosa canina L.
Tüklü itburnu Rosa tomentosa Smith.
Zəngəzur itburnusu Rosa zangezura P. Jarosc. və digərləri
Fəsiləsi: gülçiçəyikimilər Rosaceae
Botanik təsviri. İtburnunun bütün növləri müxtəlif hündürlükdə (0,7-2,5 m-ə qədər) kol bitkiləri olub, gövdə və budaqlarının üzəri tikanlıdır.Yarpaqaltlıqları olan təklələkvari (5-7 ədəd cüt yarpaqcıqlardan təşkil olunmuş) mürəkkəb və növbəli düzülmüş yarpaqları vardır. Ellips və ya yumurtaşəkilli, kənarları iti mişardişli yarpaqcıqlara malikdir. Çiçəkləri iridir, ikicinslidir, budaqların ucunda tək-tək, 2-3 ədəd və daha çox sayda birlikdə yerləşmişdir. Çiçək tacından uzun olan 5 ədəd kasayarpaqcıqları vardır ki, onlar da uc tərəfində dartılaraq çıxıntı əmələ gətirmişdir. Ləçəklər 5 ədəddir, çəhrayı rənglidir. Erkəkciklər və dişiciklər çox saydadır, yumurtalıq tükcüklüdür. Hipantidən əmələ gələn şirəli, giləmeyvəyəbənzər meyvəsi vardır. Hipantinin daxili səthi cod tüklərlə sıx örtülmüşdür. Meyvənin daxilində səthi tilli, qızılı-qəhvəyi rəngli, çox sayda fındıqcıqşəkilli meyvəciklər yerləşmişdir. Yetişmiş meyvələr (hipantilər) parlaq-qırmızı və ya narıncı rəngdədir. Meyvələr şar, ellips və ya yumurtaşəkilli formada olub, hamar səthi vardır. Bitki may-iyun aylarında çiçək açır. Meyvələri avqust-sentyabr aylarında yetişir.
Şimalın və mülayim iqlimli zonaların meşələrində, kolluqlarda və çayların kənarında bitir. Şərqi və Qərbi Avropada, Rusiyanın Sibir bölgəsində, Azərbaycanın Böyük və Kiçik Qafqaz bölgələrinin, eləcə də Talışın dağlıq ərazilərində yayılmışdır.
Canina seksiyasına daxil olan növlərin də meyvələri tibbdə tətbiq olunurlar ki, bu növlər də Cinnamomea seksiyasının növlərindən fərqlənir. Canina seksiyasının əsas nümayəndəsi it itburnusu və ya həmərsindər (Rosa canina L.). Bu, üzəri yaşıl və qırmızı-qəhvəyi qabıqlı, seyrək tikanlı, qövsvari budaqlı kol bitkisidir. Kasacıq yarpaqcıqları lələkvari yarılmış formada olub, çiçək açdıqdan sonra aşağıya doğru əyilir, meyvələr yetişənə hələ çox qalmış tökülür və meyvənin ucunda beşbucaqlı formasında iz qoyur.
Cinnamomea seksiyasının növlərində isə yuxarıya doğru istiqamətlənmiş kasa yarpaqları meyvənin üzərində meyvələr yetişdikdən sonra də qalırlar. Əsas nümayəndəsi darçın itburnusudur.
Şərqi Avropanın orta və cənub rayonlarında, Krımda, Qafqazda, Orta Asiyada, Balkan ölkələrində və digər yerlərdə yayılmışdır. Azərbaycanın bir çox dağlıq və dağətəyi rayonlarında təsadüf edilir.

Yüklə 252,36 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin