F. H. Axundov amea-nın Mərkəzi Nəbatat bağı, "Ağac və kol bitkiləri" laboratoriyası



Yüklə 2,7 Mb.
Pdf görüntüsü
səhifə1/5
tarix01.01.2017
ölçüsü2,7 Mb.
#4320
  1   2   3   4   5

 

UOТ:  633. 862. 4 

 

 

 



 

 

H.  S. HÜMBƏТOV    



 

 

 



 

 

BASMA  (İNDİGOFERA



 

(monoqrafiya) 

 

 

Monoqrafiya Azərbaycan Dövlət Aqrar Universiteti Elmi 



Şurasının 14 Mart  2012-ci il tarixli, EŞ - 08/2.8 saylı qərarı 

 ilə nəşr edilmişdir. 

 

 

 



 

 

 



 

 

 



 

B  A  K  I  -  2  0  1  2 

 

 


 

 



 

Elmi redaktor:  kənd təsərrüfatı elmləri doktoru

professor  İ. H. Cəfərov 

 

 



Rəy verənlər: 

 

ADAU-nun Torpaqşünaslıq, aqrokimya və ekoloji kənd təsərrüfatı kafed-



rasının professoru, k/t elmləri doktoru  F. H. Axundov 

 AMEA-nın Mərkəzi Nəbatat bağı, “Ağac və kol bitkiləri” laboratoriyası-

nın  aparıcı  elmi  işçisi, b. e. n. C. D. Mirzəliyev  

AMEA - nın Torpaqşünaslıq və  aqrokimya  institutunun “ Mineral gübrə-

lər  və  mikroelementlər  ”    laboratoriyasının    böyük    elmi    işçisi,    k/t    e.  n.          

T. S.  Abbasova   

ADAU- nun  Biologiya kafedrasının  dosenti, b. e. n. M.  Y.  Qəbilov   

 

 

 



 

H. S. Hümbətov.  Basma (İndigofera)  (monoqrafiya)  

 

Bakı: “Elm və təhsil”  nəşriyyat-poliqrafiya müəssisəsi  2012, 82 s. şəkilli 



  

 

Monoqrafiya  Azərbaycan  respublikasının  Gəncə  -  Qazax  və  Şirvan  bölgə-



ləridə  basma  bitkisi  üzərində  2001-  2004  -  cü  illərdə  aparılmış  elmi-tədqiqat 

işləri əsasında tərtib edilmiş və bu bitkinin bioloji, ekoloji, morfoloji, fizioloji 

və s. xüsusiyyətlərinin öyrənilməsinin nəticələrini əks etdirir. 

 Monoqrafiyada  basma  bitkisinin  (İndigoferanın)  becərilmə  texnologiyası, 

torpağın  təbii  münbitliyinin  qorunmasının  əsasları,  seleksiya  və  toxumçuluq 

məsələləri,  biçilmə  və  qurudulma  texnologiyasının  təkmilləşdirilməsi  və  s. 

ətraflı  şərh  edilmişdir.  Tədqiqatdan  bu  nəticəyə  gəlinir  ki,  basma  bitkisi  yerli 

şəraitdə becərilib istehsal edilsə, xaricdən respublikaya  basma tozu gətirilməsi 

məhdudlaşar, bu bitkinin becərilməsi ilə məşğul olan fermer təsərrüfatlarının və 

iş adamlarının iqtisadi göstəriciləri yaxşılaşar.  

Monoqrafiyadan müəllimlər, tələbələr,  fermerlər və iş adamları istifadə edə 

bilərlər.  Monoqrafiya  barədə  irad  və  təkliflərinizi  ADAU  -  nun  Bitkiçilik  və 

bitki mühafizəsi  kafedrasına göndərməyinizi xahiş edirəm. 

 

 



      H 

 qrifli nəşr              © “Elm və təhsil”  2012 



 

 



GİRİŞ 

Mövzunun aktuallığı. Yer kürəsinin təbii florası 500 mindən 

artıq  bitki  növünü  özündə  birləşdirir.  Bitki  məhsullarına  artan 

tələbat  yeni  sənaye  əhəmiyyətli  bitkilərin  yayıldığı  bölgələri, 

onların  məhsuldarlığının  yüksəldilməsini  və  yeni  beçərmə  zona-

larının  öyrənilməsini tələb edir. Bu baxımdan basma kimi cənaye 

əhəmiyyətli  bitkinin  öyrənilməsi  də  vacib  məsələlərdən  biridir. 

Son  illərdə  basma  boyayıcı,  kosmetik  və  təbii  dərman    preparatı 

kimi dünyada geniş tətbiq olunur.       

Basma bitkisini respublikamızda, o çümlədən Gəncə - Qazax 

və  Şirvan  bölgələrində  geniş  plantasiyalar  şəklində  becərməklə 

nəinki  respublikamızın  xaricdən  asılılığına  son  qoymaq  olar,  ha-

belə  bu  məhsulun  dünya  bazarına  çıxarılmasına  da  nail  olmaq 

mümkündür. Onu da qeyd etmək lazımdır ki, yerli şəraitdə becə-

rilib  istehsal  olunan  basma  tozu  keyfiyyət  göstəricilərinə  görə 

xaricdən  alınan  basma  tozundan  üstündür.  Odur  ki,  bu  bitkinin 

tədqiqat  apardığımız  bölgələrin  təbii  şəraitinə  uyğunlaşmasının 

öyrənilməsi  aktuallığı  baxımından  diqqətəlayiqdir.  Monoqrafiya 

Azərbaycan  Respublikasının  Gəncə  -  Qazax  və  Şirvan  bölgələri-

nin dağətəyi hissələrində qoyulmuş təcrübələrin nəticələrinin mü-

qayisəlii təhlili əsasında tərtib olunmuşdur. Azərbaycanın Gəncə - 

Qazax və Şirvan bölgələrində basma bitkisinin öyrənilməsinə həsr 

edilmiş bu elmi - tədqiqat işi ilk elmi əhəmiyyətə malik olan təd-

qiqatdır. 

Tədqiqatın  məqsədi  və  vəzifələri.  Basma  yeni  texniki  bit-

kilərdən ən qiymətlisi sayılır. Basma tozu xüsusilə qiymətlidir. Bu 

toz  əsas  saç  rəngləyicilərinin  içərisində  ən  geniş  istifadə  olu-

nanıdır. 

Basma  tozu  parça  və  xalçaların  rənglənməsində,  həmçinin 

tibdə  müalicə  vasitəsi  kimi  istifadə  edilir. Tədqiqatlar  göstərir  ki, 

Azərbaycanın  quru  subtropik  zonalarında  basma  bitkisinin  mü-

vəffəqiyyətlə  becərilməsi  və  onlardan  yüksək  məhsul  alınması 

mümkündür.  Bu  bitkinin  göstərilən  qiymətli  cəhətlərini  nəzərə 

alaraq onların respublikamızın Gəncə-Qazax və Şirvan bölgələrin-



 

 



də aqrobioloji və aqrotexniki xüsusiyyətlərinin araşdırılması qarşı-

ya məqsəd qoyulmuşdur. 



Elmi yenilik və nəzəri məsələlər. Aparılan tədqiqat işində əl-

də olunan yenilik ondan ibarətdir ki, ilk dəfə basma kimi qiymətli 

texniki  bitkinin respublikamızın Gəncə - Qazax və Şirvan bölgə-

lərində  də  becərilərək  keyfiyyətli  quru  yarpaq  və  toxum  məhsulu 

əldə edilməsinin mümkünlüyü və yolları öyrənilmişdir. 

Gəncə - Qazax və Şirvan bölgələrində basma toxumlarının sə-

pilməsi üçün ilk dəfə olaraq ən əlverişli səpin müddəti, səpin nor-

ması  və  toxumların   basdırılma  dərinliyi müəyyən edilmişdir. 

Basma  bitkisindən  yüksək  keyfiyyətli  toxum  və  yarpaq  məhsulu 

əldə  etmək  üçün  əlverişli  bölgələr  elmi  cəhətdən  araşdırılıb 

dəqiqləşdirilmiş,  hər  iki  bölgədə  basma  bitkisinin  çiçəkləmə  bio-

logiyası  və  meyvəvermə  xüsusiyyətləri,  yaruslar  üzrə  toplanmış 

basma toxumlarının laboratoriyada cücərmə enerjisi və qabiliyyəti 

öyrənilmişdir. 



Praktiki  əhəmiyyəti.  Hər  iki  bölgədə  (Gəncə  -  Qazax  və 

Şirvan) yetişdirdiyimiz basma bitkisindən topladığımız məhsullar 

Zaqatala  Ətriyyat-Kosmetika  fabrikinin  laboratoriyasında  analiz 

edilmişdir. Onun yüksək keyfiyyətə malik olması və mövcud stan-

dartın  (OCT  18-  19  -79)  tələblərinə  cavab  verməsi  təsdiq  olun-

muşdur. 


Azərbaycanın  Gəncə  -  Qazax  və  Şirvan    bölgələrində    gələ-

cəkdə  sənaye  miqyaslı  basma  plantasiyalarının  salınmasında, 

əlaqədar toxumçuluq təsərrüfatlarında,  yarpaq və toxum məhsulu 

əldə etmək üçün əlverişli təbii şəraitin  seçilməsində  tədqiqat ma-

teriallarından istifadə olunacaqdır. 

Tətbiqi.  Əldə  etdiyimiz  nəticələr  ADKТA  -  nın  Qovlar-Sarı 

təcrübə təsərrüfatında və Kürdəmir rayonundakı ”Həna” istehsalat 

kooperativinin  sahəsində  tətbiq  edilmiş  və  yaxşı  nəticələr 

alınmışdır. Тoxum və yarpaq məhsulu üçün plantasiyalarının ayrı-

lıqda  bölgələr  üzrə  salınmasına  dair  təkliflərimiz  gələcəkdə 

yaranacaq təsərrüfatlarda öz əksini tapacaqdır. 



 

 



Aprobasiya.  Tədqiqatın  əsas  məğzi  ADAU-nun  Ekologiya 

mühəndisliyi və meşəçilik, Bitkiçilik və bitki mühafizəsi kafedrala-

rının  illik  hesabat  yığıncaqlarında  (2001-2004  -  cü  illər),  Aqro-

nomluq  fakültəsinin  metodik  komissiyasının  yekun  iclaslarında  

(2001-2004-cü  illər)  və  ADKTA-nın  2001-2004-cü  illər  üzrə  pro-

fessor  müəllim  heyyətinin  və  aspirantlarının  elmi-tədqiqat  işlərinin 

yekunlarına həsr edilmiş elmi konfranslarında (Gəncə 2001 - 2004 - 

cü illər) müzakirə edilmişdir. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



I FƏSİL. ТƏCRÜBƏ APARILAN BÖLGƏLƏRİN ТƏBİİ 

ŞƏRAİТİ 


 

GƏNCƏ - QAZAX BÖLGƏSİ 

 

Coğrafi mövqeyi. Gəncə - Qazax bölgəsi respublikanın qərb 

hissəsində  yerləşir,  cənubdan  Ermənistan  və  qərbdən  Gürcüstan 

dövlətləri  ilə  sərhəddir,  Ağstafa,  Daşkəsən,  Qazax,  Gədəbəy, 

Goranboy,  Samux,  Tovuz,  Göygöl,  Şəmkir  rayonlarının  eləcə  də 

Gəncə, Dəliməmmədli və Naftalan şəhərlərinin inzibati ərazilərini 

özündə birləşdirir. Ümumi sahəsi 1228731 ha olmaqla respublika 

ərazisinin  12,9  %-ni  əhatə  edir.  Ölkənin  inkişaf  etmiş  iqtisadi 

bölgələrindən biridir (31, s. 222).  



Relyefi  əsasən  düzənlik  və  qismən  dağlıqdır.  Şərti  olaraq 

rayonun  relyefi  düzənlik,  dağətəyi  düzənlik  qurşaqlarla  ayrılır. 

Şərq tərəfində Kür çayı boyu uzanan maili düzənlikdə Ceyrançöl 

massivi  yerləşir.  Bu  massivin  torpaq  ehtiyatlarından  əsasən  qış 

otlaqları kimi istifadə olunur (31, s. 236).  

Çoxillik  hidrometeoroloji    məlumatların  təhlili  göstərir  ki, 

tədqiq  olunan  ərazi  üçüncü  qrup  aqroiqlim  rayonuna  daxil  ol-

maqla  onun  iqlimi  quru,  subtropik  və  mülayim  isti  kimi  səciy-

yələnir. İl ərzində qızmar günlərin sayı orta hesabla 90-95 arasın-

da dəyişir. Havanın  orta  illik  temperaturu 14,0 

0

C-dir.  Atmosfer 



çöküntülərinin  orta  illik  miqdarı  267,1  mm  olmaqla,  əsasən  ilin 

yaz  və  payız  aylarında  daxil  olur.  Havanın  ən  aşağı  temperaturu 

yanvar  ayında  (3,0 

0

C),  ən  yüksək  temperatur  iyul  və  avqust 



aylarına  təsadüf  etməklə  orta  hesabla  26,35 

0

C  təşkil  edir.  Fəal 



temperaturun  orta  illik  cəmi  3500  -  4000 

0

C  arasında  tərəddüd 



edir. Havanın orta nisbi rütubəti ildən asılı olaraq əsasən 60-73% 

arasında  dəyişir.  Ərazinin  iqlim  xüsusiyyətlərinin  torpaqların 

xassələrinin  və  torpaq  örtüyünün  müəyyən  komponentlərinin 

formalaşmasında rolu böyükdür.  



Bitki örtüyü. Kiçik Qafqazın şimal-şərq dağətəyi düzənlik və 

Küryanı ovalıq hissəsində yerləşən Gəncə - Qazax bölgəsinin bitki 



 

 



örtüyü bir çox tədqiqatçılar tərəfindən  öyrənilmişdir. Bitki örtüyü 

əsasən  şaquli  zonallıq  qanunu  əsasında  yayılmaqla  bərabər,  in-

trazonal, ekstrazonal və azonal bitkilik tipləri də rast gəlinir. Ədə-

biyyat  məlumatları  əsasında  bu  ərazi  üçün    aşağıdakı  bitki  qrup-

laşmalarının yayıldığı müəyyən edilmişdir: 1.  Yovşanlı-taxıllı qu-

ru bozqırlar. 2.Yovşanlı-gəvənli quru bozqırlar. 3. Gəngizli yarım-

səhralar. 5. Yovşanlı şorangəli səhralar. 6. Şorangəli səhralar, ça-

la-çəmən bitkiliyi (1). 

Kolluq  və  seyrək  ağac  bitkiləri  ilə  təkrarlanan  meşə  altından 

çıxmış  sahələr  Gəncəçay,  Şəmkirçay,  Zəyəmçay  çaylarının  alçaq 

dağlıq  hövzələrində,  çayların  ətrafında  və  onların  subasarında 

yayılmışdır.  Vaxtı  ilə  meşə  və  kolluqlardan  ibarət  olan  bu  sahə-

lərdə hal-hazırda meşə altından çıxmış çəmənlər yayılmışdır (13).   

Gəncə  -  Qazax  bölgəsində  iqlimin  quruluğu,  yağıntının  az 

düşməsi bitki örtüyündə kserofitləşmə prosesini sürətləndirir. Ona 

görə  də  bəzi  yerlərdə  ot  durumu  seyrək  olur.  Burada  quraqlığa 

davamlı  çoxillik  ot  bitkiləri  üstünlük  təşkil  edir.  Onların  ərazidə 

paylanması  relyefin  quruluşu  ilə  sıx  əlaqədardır.  Ot  durumunun 

bolluğu torpaq-qrunt nəmlənmə şəraitindən daha çox asılıdır. Ona 

görə də burada relyefin şimal-qərb yamaclarında yovşanlı-topallı, 

cənub  yamaclarda  isə  gəvənli-tıs-tıslı-taxıllı,  gəvənli-topallı-

kəklikotulu,  gəvənli-topallı  bozqırlar  yayılır.  Bu  formasiyalarda 

müxtəlif  yövşan  növləri  (Artemisia  lerchiana,  A.  absinthium,  A. 

caucasica,  A. campestris,  A. Scoparia),  yapon tanqalotu (Bromus 

yaponicus),  nazikbaldır  (Koeleria  abbovii),  çobantoxmağı  (Da-

ctylis glomerata), səhra ayrığı (Agropuron desertorum) çəmən tül-

küquyruğu  (Alopecrus  pratensis),  daha  çox  yayılır.  Kür  çayı 

ətrafında  bozqır    fitosenozları  kənd  təsərrüfatı  bitkiləri  altında 

becərilmişdir. Onların izləri yalnız lokal sahələri əhatə edir.  

Gəncə - Qazax bölgəsində yarımsəhra və səhra bitkilik tiplə-

rində təbiilik xüsusiyyətləri demək olar ki, qalmamışdır. Yovşanlı-

efemerli  (Artemisetum  lerchianae),  gəngizli  (Salsoletum  nodu-

losae, Kalidietum  caspicae), şahsevdilik  (Halostachyietum belan-

gerianae), qarağanlıq (Salsoletum dendroides) formasiyaları əsrlər 



 

 



boyu  antropogen  təsirlər  altında  qaldığından  xüsusiyyətlərini 

itirərək,  yalnız  lokal  talalar  şəklində  qalmışdır.  Bitki  örtüyü  isə 

yarımsəhra  və  quru  çöl  tipinə  daxildir.  Burada  əsasən  kserofit 

yarımkol  bitkiləri  yayılmaqla  çöl  ot  bitkiləri  üstünlük  təşkil  edir 

ki,  onların  da  arasında  taxıl  edifikatorları,  paxlalılar,  müxtəlif 

çoxillik  otlar,  o  cümlədən  yovşan,  gəngiz,  şoranotu,  qarağan  və 

efemeroidlər çox rast gəlinir. Kolluqların orta boyu 50-130 sm, ot 

bitkilərinin boyu isə 15-45 sm arasında dəyişir (1, s. 24). Relyefin 

çökək yerlərində qrunt sularının səthə yaxın olduğu ərazilərdə və 

subasarlarda qamışa da rast gəlinir. Ərazinin bitki örtüyü çox  rən-

garəngdir.  Ərazinin  düzənlik  hissəsi  əsasən  taxıl  fəsiləsinə  mən-

sub bitkilərdən təşkil  olunmuşdur.  Bölgədə  geniş   ərazini  əhatə 

edən  Ceyrançöl  qış  otaqlarında  yarımsəhra  bitki  qrupundan, 

əsasən efemer və efemeroidlər üstünlük təşkil edir. Ümumiyyətlə, 

bitki  örtüyünün  flora  tərkibi  olduqca  kasıbdır.  Səhra  tipli  bitki 

örtüyü  yarımsəhra  bitki  örtüyünə  nisbətən  məhdud  şəkildə 

yayılmışdır.  Dağətəyi  düzənliyin  yuxarı  sərhəddində  və  orta 

dağlıq  qurşaqda  bozqır  bitki  örtüyü  əsasən  çoxillik  yabanı  taxıl 

bitkilərindən təşkil olunmuşdur (31, s. 224).  

 Bozqır  sahələrdə  ot  örtüyü  daha  sıx  və  yüksək  bioloji 

məhsuldarlığı  ilə  səciyyələnir.  Düzən  ərazilərin  bəzi  yerlərində 

ayrı-ayrı  talalar  şəklində  şoran  və  bataqlıq  bitkilərin  yayıldığı 

sahələrə də rast gəlinir. 

Ərazidə  əkinçilik  və  maldarlığın  inkişaf  etməsi  nəticəsində 

meşə  örtüyü  demək  olar  ki,  heç  bir  yerdə  öz  təbii  sərhədində 

qalmamış, bir çox  yerlərdə subalp meşə örtüyü tamamilə sıradan 

çıxmış, onu dağ çəmənləri, meşə - kolluqlar və ya şiddətli örtülü 

sahələrin  faizi  xüsusilə  son  10-15  ildə  əsaslı  şəkildə  aşağı 

düşmüşdür. Bundan başqa, Kür çayı vadisində meşə örtüyü məhv 

edilmiş  sahələr  isə  yulğun  kolları,  söyüdlük,  qamışlıq,  bataqlıq 

bitkiləri  ilə  əvəz  olunmuşdur.  Yenikənd  və  Şəmkir  su  elektrik 

stansiyalarının tikintisi ilə əlaqədar olaraq Tuqay meşələri  qırılıb 

məhv  edilmişdir.  Hal-hazırda  Tuqay  meşələrinə  rayon  ərazisində 

talalar şəklində rast gəlinir.  



 

 



Qısa icmaldan məlum olur ki, Gəncə - Qazax bölgəsinin özü-

nə məxsus təbii coğrafi şəraiti olmaqla fitosenoloji və floristik xü-

susiyyətlərə  malikdir.  Floristik  zənginliyi  ilə  səciyyələnən  səhra, 

yarımsəhra,  bozqır,  Tuqay  tipli  təbii  kompleksləri  əmələ  gətirən 

dominant  və  edifikatorlar,  o  cümlədən  nadir  relikt  və  endemlər 

insanların  təsərrüfat  fəaliyyəti  nəticəsində  demək  olar  ki,  məhv 

edilmişdir.  Bölgədə  baş  verən  təbii  neqativ  proseslər  –  su  ero-

ziyası,  defolyasiya,  təkrar  şorlaşma,  deqradasiyalarla  nəticələn-

mişdir. Bölgədə ekoloji tarazlığın tamamilə pozulma təhlükəsi ya-

ranmışdır (31, s. 226).  

ŞİRVAN   BÖLGƏSİ 

Coğrafi  mövqeyi.  Şirvan  mürəkkəb  təbii  şəraitə  və  əlverişli 

coğrafi mövqeyə malik olub, Mingəçevir su anbarından Hacıqabul 

gölünə,  Kür  çayından  Babadağ  (3632  m)  silsiləsinə  qədər  olan 

ərazini  əhatə  edir.  Тəsərrüfatçılıq  baxımından  aran  və  dağlıq 

yarımbölgələrə  ayrılır.  Basma  bitkisinin  dağlıq  Şirvanda  açıq 

sahədə becərilməsinin mümkün olmadığını, təcrübə sahələrimizin 

Kür  dağarası  çökəklik  vilayətinin  Küdrü-Şirvan  rayonun  (Kür-

dəmir  inzibati  rayonunun  Karrar  yaşayış  məntəqəsində)  ərazidə 

yerləşdiyini  nəzərə  alıb,  biz  dissertasiyanın  bu  fəslində  aran 

Şirvanın təbii şəraitinin qısa şərhini veririk. 

Şirvanın aran hissəsi Kür-Araz ovalığının şimalında yerləşib, 

onun  sol  sahil  hissəsini  əhatə  edir.  Aran  Şirvan  bütövlükdə  Şir-

vanın 52,13 %-ni əhatə edən ərazi olub, onun mütləq yüksəkliyi 0-

200  m  arasındadır.  Aran  Şirvan  2  fiziki-çoğrafi  rayonun  (Küdrü-

Şirvan,  Mərkəzi  Aran)  ərazisində  yerləşir  (6).  Şirvan  düzünün 

öndağlıqların  ətəkləri  ilə  sıfır  metr  mütləq  yüksəklik  arasında 

qalan  geniş  zolağı  Küdrü-Şirvan,  Mingəçevir  su  anbarından 

Hacıqabul  gölünə  qədər  Kür  çayının  sol  sahil  hissəsi  və  bütün 

çənub-şərqi  Şirvan  düzü  Mərkəzi  Aran  fiziki  -  coğrafi  rayonuna 

daxildir. 



Relyefi.  Aran  Şirvan  ərazisinin  relyefi  akkumulyativ  düzən-

liklərdən  ibarət  olub  allüvial-prolüvial  tiplidir  (7).  Relyefin  ideal 

düzənlik  şəraitini  Тüryançay,  Göyçay,  Girdmançay  və  Ağsu 


 

10 


 

çaylarının  kətirmə  konusları  yuxarı  Şirvan  kanalı  yaxınlığında 

pozur.  Çayların  aşağı  axınında  ara-sıra  çoxda  dərin  olmayan 

yarğanlara rast gəlinir. Baş Şirvan kollektoru ilə Kür çayı arasın-

dakı ərazidə relyef ideal düzənliyə malikdir. Burada səthi axımın 

zəifliyi,  yüksək  istilik  şəraiti  (xüsusilə  intensiv  buxarlanma) 

ərazinin torpaq və bitki örtüyünə səhra körkəmi verir (6). 

Geoloji  quruluşu.  Ərazinin  geoloji  əsası  Kaynozoyun  4-cü 

dövrünə məxsus ən cavan çay çöküntülərindən təşkil olunmuşdur. 

Ərazidə  hal-hazırda  da  qalxma  və  çökmələr  baş  verir.  Aran 

Şirvanın oroqrafik litoloji əsası dördünçü dövrün çaydaşı, qum, gil 

və  s.  çay  çöküntülərindən  yaranmışdır.  Dördünçü  dövrün  konti-

nental  çöküntüləri  alçaq  dağlıqda  (şimalda)  neogen  dövrü  suxur-

larına söykənmişdir. Bu ərazi gücü yeddi bala malik olan seysmik 

zonaya  daxildir.  İlk  baxışda  hərəkətsiz  görünən  bu  ərazidə 

intensiv müasir tektonik canlanma vardır (40). Belə ki, müasir Kür 

depresiyasının  mərkəzi  hissəsində  Kürdəmir  qalxması  yerləşir. 

Bizim  təcrübə  sahəmiz  bu  qalxmanın  çənub-şərq  hissəsində  yer-

ləşir.  Alp  qırşıqlığının  üst  hissəsinə  aid  olan  bu  ərazi  mərkəzi 

ovalığa  nisbətən  qədim  yaşa  malikdir.  Miosendə  Aran  Şirvan 

Sarmat suları altında olmuşdur. Geoloji laylarda Sarmat çöküntü-

ləri talalar şəklində qalmaqdadır ( 23). 

Тorpaq  və  iqlimi.  Aran  Şirvanda  6  torpaq  tipi  (Şərqi 

Zaqafqaziyanın  şabalıdı  və  açıq  şabalıdı,  boz-qonur,  şorakətvari 

boz-qonur, boz çəmən və çəmən boz, bataqlıq - çəmən və lilli-ba-

taqlıq, allüvüal-çəmən) əsas yer tutur (9). Aran Şirvan rayonunun 

torpaqları  öz  genetik  xüsusiyyətlərinə  görə  müxtəlifdir.  Mingə-

çevirlə Girdmançayın gətirmə konusunun qərb qurtaracağı arasın-

dakı ərazidə boz çəmən, Qarasu çayı ilə Ağsu şəhərindən cənubda 

qalan ərazi arasında boz və çəmən-boz, ondan cənub-şərqə doğru 

isə boz qonur torpaqlar inkişaf etmişdir. Şərqə, Hacıqabula doğru 

torpaqlar  boz-qonur  olmaqla  şorakətdir.  Axmazlar,  göllər  və 

Şirvan  kanalı  boyu  çəmən  bataqlıq  torpaqlarına,  Kür  çayının  sol 

sahili  boyu  boz-çəmən  torpaqlarının  yayıldığı  sahədə  şoran  və 

şorakətvari  torpaqlara  da  rast  gəlinir.  Buradan  şimal  və  qərbə 


 

11 


 

doğru boz-qonur  şorakətli və  şorlaşmış torpaqlar yayılmışdır (9; 

54; 93). 

Şirvan  bölgəsində  təcrübə  aparılmış  sahələrin  torpaqları  boz 

torpaqlar  tipinə  aiddir.  Apardığımız  analizlər  nəticəsində  aydın 

olmuşdur ki, əkin qatında humusun miqdarı 1,55 % - ə qədərdir. 

Aşağı  qatlara  getdikcə  humusun  miqdarı  azalır  və  1  metr 

dərinlikdə  0,70  %  -ə  düşür.  Ümumi  azotun  da  miqdarı  humusun 

miqdarına  uyğun  olaraq  əkin  qatında  0,12  %  təşkil  edir,  1  metr 

dərinlikdə  isə  0,02  %-ə  düşür.  Əkin  qatında  ümumi  fosforun 

miqdarı 0,14 %, ümumi kaliumun miqdarı isə 2,52 % təşkil edir. 

Əkin  qatında  pH  8,3-ə  bərabər  olduğu  halda  dərinlik  dəyişdikçə 

artır və 1 metr dərinlikdə 8,4-ə bərabər olur ki, bu da torpağın zəif 

qələvi  xassəli  olduğunu  ğöstərir.  Тorpağın  tərkibindəki  müba-

diləvi  kationlardan  Ca  dominantlıq  təşkil  edir.  Sonrakı  yeri  Na 

kationu tutur. Əkin qatında (0-20 sm) mübadiləvi kationların çəmi 

15,3  mq/ekv.-  dir.  Udulmuş  əsasların  miqdarının  dərinə  getdikcə 

azalmasının  səbəbi  torpağın  kolloid  hissəsinin  dağılması  ilə  izah 

olunur.  Əkin  qatında  udulmuş  natriumun  miqdarı  2,0  %-ə  çatır. 

Beləliklə,  məlum  olur  ki,  Şirvan  bölgəsinin  boz  torpaqları  fosfor 

və kaliumla zəif təmin olunmuş torpaqlardır. 

Aran Şirvanın Kür-Araz (Mərkəzi Aran) rayonunda il ərzində 

300  mm-ə  qədər,  Küdrü-Şirvan  rayonunda  isə  350-400  mm-ə 

qədər  yağıntı  düşür.  Havanın  orta  illik  temperaturu  14 

0

C-dir. 


Yanvarda  orta  aylıq  temperatur  0-3 

0

C,  iyulda  isə  26 



0

C  -  dir. 

Havanın il ərzində mütləq minimal temperaturu -22-24 

0

C, mütləq 



maksimal temperatur isə 40-43 

0

C-dir. Havanın 10 



0

C-dən  yuxarı 

orta kündəlik temperaturunun illik çəmi 4400 

0

C - dən artıqdır. İl 



ərzində  günəşli  saatların  cəmi  2500  -  ə  qədər  olmaqla  buxar-

lanmaya  sərf  olunan  istilik  15-20  kkal/sm

-  dir.  Ümumi  günəş 



radiasiyasının  illik  cəmi  isə  130-135  kkal/sm

-  dir.  İlin  soyuq 



yarısına nisbətən isti  yarsında yağıntı az olur. Qar örtüyü ildə 20 

gündən artıq qalmır. Havanın orta illik nisbi rütubəti 72 % olub, il 

ərzində  52-88  %  arasında  dəyişir.  İldə  70  günə  qədər  isti-quru 

küləklər  müşahidə  olunmaqla  qərb  və  cənub-şərq  küləkləri 



 

12 


 

hakimdir.  Ərazidəki  çaylarda  axım  çox  azdır  (1  l/san  km

2

).  Ən 


güclü  küləklərin  surəti  saniyədə  8-10  metrdən  (4-5  bal)  artıq 

olmur.  Çay  şəbəkəsinin  sıxlığı  0,05  km/km

2

-ə  qədər  uzanır  (7). 



Dolu ildə bir dəfə  yağır,  tufan isə ildə 5  gündən  də az  müşahidə 

edilir.  Ərazidəki  çaylar  (Тüryançay,  Ağsuçay)  qar,  yeraltı  və  az 

miqdarda  isə  yağış  sularından  qidalanır.  Aran  Şirvan  ərazisi  2 

hidroloji  rayonu  (Şirvan  və  Kür-Araz)  əhatə  edir  36;  6).  Əkin 

sahələrinin  suvarılmasında  çay  sularından,  Yuxarı  Şirvan  kana-

lından,  Baş  Şirvan  kollektorundan  və  həmçinin  artezian  quyu-

larından  istifadə  olunur.  Aran  Şirvanın  qışı  mülayim,  yayı  isə 

quraq və isti keçir (41).  



Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin