F. H. Axundov amea-nın Mərkəzi Nəbatat bağı, "Ağac və kol bitkiləri" laboratoriyası



Yüklə 2,7 Mb.
Pdf görüntüsü
səhifə2/5
tarix01.01.2017
ölçüsü2,7 Mb.
#4320
1   2   3   4   5

Bitki  örtüyü.  Aran  Şirvanda  səhra,  yarmsəhra,  subasar  çə-

mənlik,  efemerli  subtropik  bitkilik,  Тuqay  meşələri,  bataqlaşmış 

çəmənlik və otlu bataqlıq, qarışıq kolluqlu cəngəllik əsas yer tutur. 

Aran Şirvandakı efemerli subtropik bitkilik  yarımsavanna tiplidir 

(13).  Bu  bitkiliyin  yaxınlığında  tərkibi  söyüd,  qovaq,  qarağac  və 

yulğundan ibarət olan tuqay meşələri yayılmışdır (3). 

Aran Şirvanda pambıqçılıq, üzümçülük, taxılçılıq, meyvəçilik, 

tərəvəzçilik inkişaf etdirilir. 

Son illərə qədər Aran Şirvanda yarımsəhra bitkiliyi hakim idi. 

Ekoloji mühitin korlanması və antropogen amillərin mənfi təsirləri 

nəticəsində  artıq  bütün  Şirvan  düzündə  səhra  bitkiliyi  hakimdir. 

Yarımsəhralar lokal olmaqla öz çoğrafi sərhədlərini şimala doqru 

dəyişmiş, öndağlığın ətəkləri yaxınlığında qərarlaşmış dır (13). 

Aran  Şirvanda  bitki  örtüyü  yerli  iqlim  və  relyef  şəraitindəki 

dəyişilmələr  hesabına  daxili  diferensiasiyaya  uğuramışdır.  Odur 

ki,  göllərdə,  gölməçələrdə,  çayların,  Yuxarı  Şirvan  kanalının  və 

Baş  Şirvan  kollektorunun  ətrafında  intrazonal  tipli  su-bataqlıq 

bitkisindən  qarğı,  qamış,  lıqvər,  bataqlıq  cili,  kalış,  su  fındığı  və 

su çiçəyi geniş yayılmışdır. Bitkilər şahzadəsi Xəzər şanagülləsinə 

də burada təsadüf edilir (94). 

Тuqay  meşələri  ilə  düzən  meşələrinin  botaniki  tərkibi  Aran 

Şirvanda bir-birinə çox yaxındır. Тüryançay yaxınlığında, Göyçay 

çayının aşağı axınında, Baş Şirvan kollektorunun ətrafında tərkibi 


 

13 


 

qovaq söyüd, iydə, tut, qarağac, yulğun, nar, yemişan, böyürtkən, 

itburnu, saqqızağaçı, qaratikan, yalanqoz və qızılağaç bitkisindən 

ibarət  düzən  meşələri  yayılmışdır.  Kürboyu  Tuqay  meşələri 

Kotavan  kəndi  yaxınlığında  sıxlığı  və  zənginliyi  ilə  diqqəti  daha 

çox cəlb edir. Son 30-35 ildə Aran Şirvandakı rütubətli düzən və 

Tuqay  meşələri  insanların  təsərrrüfat  fəaliyyətinə  məruz  qal-

mışdır.  Elə  bunun  nəticəsidir  ki,  artıq  Kür  çayının  sahilləri  bo-

yunca Zərdabdan Şərqə doğru təbii  Tuqay meşələri qalmamışdır. 

Yeni senozların formalaşması həm Kürün hidroloji rolunu, həm də 

Şirvan düzündə kənd təsərrüfatının inkişafını zəiflədir (94). 

Тüryançayda,  Yuxarı  Şirvan  kanalından  Şimalda,  Qaramər-

yəm tirəsində tikanlı gəvən, tıs-tıs, şiyav, kəklikotu, pişiknanəsi və 

bəzi  efemerlərdən  ibarət  dağ-  kserofit  bitkiliyinə  də  rast  gəlinir. 

Öndağlıqda  və  ətəklərdə,  xüsusən  Xocaşen-İnqar  və  Ləngəbiz 

silsilələrinin Mərkəzi Arana çevrilmiş  güney  yamacında Şirvanın 

aran və dağlıq sahələri arasında təbii keçid yaradan bozqır bitkiliyi 

inkişaf tapmışdır (62). 

Beləliklə, Aran Şirvanda qərbdən - şərqə və şimaldan-cənuba 

doğru  iqlimin  aridləşməsi  ərazi  daxilində  bitkinin  ekoloji  və 

həyati formalarının  yayılmasında qanunauyğunluqlar yaratmışdır. 

Belə  ki,  dayazda  yerləşən  yeraltı  sular  həmişə  torpaqda  nəmlik 

yaratdığından  belə  mikro  iqlimli  ərazilərdə  bitkilər  mezofit  və 

mezofit-kserofit  variantlı  olur,  cənub-şərq  və  Qərb  küləklərinin 

hakim  olduğu  lokal  tipli  qalxmaların  tirələr  və  kiçik  təpəciklərin 

Cənub  istiqamətlərində  isə  kserofit  və  kserofit-mezofit  bitkilər 

yayılır.  Odur  ki,  əraziyə  introduksiya  edilən  hər  hansı  bir  bitki 

üçün özünün biologiyasına və ekologiyasına uyğun sahələr seçil-

məlidir.  

Şirvan  bölgəsinə  introduksiya  olunmuş  basma  bitkisi  üçün 

sahələrin seçilməsində bölgənin təbii şəraiti və mikroiqlimli məh-

dud əraziləri nəzərə alınmışdır. 

 

 

 



 

14 


 

II FƏSİL. ТƏDQİQAТIN MATERİALI  VƏ  METODİKASI 

 

Тədqiqat  işləri  2001-2004-cü  illərdə  Azərbaycanın  Gəncə  - 



Qazax  (Gəncə  şəhəri)  və  Şirvan  (Kürdəmir  rayonu)  bölgələrində 

aparılmışdır. 

Paxlalılar (Fabaceae) fəsiləsinin İndiqofera (İndigofera) cinsi-

nə  daxil  olan  boyaq  indoqoferası  (İ.  tinctoria  L.)  növü  tədqiqat 

materialı seçilmişdir. 

Gəncə-Qazax və Şirvan bölgələrində basma bitkisinin becəril-

məsinin aqrotexniki xüsusiyyətlərinin  öyrənilməsi  tədqiqatın  əsas 

məqsədidir. Bu məqsədlə aşağıdakılar öyrənilmişdir: 

1.

 

Basma  bitkisinin  aqrobioloji  xüsusiyyətləri:  Müxtəlif  şər-



aitdə yetişdirilən basma toxumlarının laboratoriya cücərmə enerji-

si və cücərmə qabiliyyəti; saxlanma müddətindən asılı olaraq bas-

ma  toxumlarının  laboratoriya  cücərmə  enerjisi  və  cücərmə  qabi-

liyyəti;  müxtəlif  yaruslardan  toplanmış  basma  toxumlarının  labo-

ratoriya  cücərmə  enerjisi  və  cücərmə  qabiliyyəti;  çiçəkləmənin 

biologiyası; meyvəvermə xüsusiyyətləri. 

2.

 

Basma bitkisinin becərilmə üsulları: səpin müddətinin, sə-



pin  normasının  və  toxumların  basdırılma  dərinliyinin  basma  cü-

cərtilərinin  alınmasına  təsiri;  müxtəlif  torpaq  -  iqlim  şəraitinin 

basma  bitkisinin  böyümə  və  inkişafına  təsiri;  qida  sahəsi,  bitki 

sıxlığı  və  biçin  vaxtlarının  basma  bitkisinin  yarpaq  məhsuldarlı-

ğına təsiri; qida sahəsi və bitki sıxlığının basma bitkisinin toxum 

məhsuldarlığına  təsiri;  basma  bitkisinin    becərilməsinin  iqtisadi 

səmərəliliyi. 

Тədqiqata  başlamaq  üçün  2001-ci  ildə  səpin  materialı 

(toxumlar) Naxçıvan MP Elm Mərkəzindən gətirilmişdir. Sonrakı 

illərdə  (2002-2004-cü  illərdə)  yerli  şəraitdə  təcrübələrimizdən 

əldə  etdiyimiz  toxumlar  səpin  keyfiyyətinə  malik  olduqlarından 

onlardan istifadə edilmişdir. 

Тədqiqat zamanı hər iki bölgədə aşağıdakı variantlarda  təcrü-

bələr qoyulmuşdur.  



 

15 


 

Basma toxumlarının laboratoriyada cücərmə enerjisi və cücər-

mə  qabiliyyətini  təyin  etmək  üçün  optimal  temperaturda  (18-20 

0

C)  hər  dəfə  hər  birində  100  toxum  olmaqla  Petri  kasasında  4 



təkrar üzrə təcrübə aparılmışdır. 

Basma  toxumları  bir  başa  sahəyə  səpilmişdir.  Səpindən  qa-

baq toxumlar 12-18 saat isladılmışdır. 

Sahə  aqrotexniki  qaydada  hazırlanmış,  cücərtilər  alındıqdan 

sonra becərmə  işləri başlanmışdır. Basma    toxumları  MТZ  -  80 

traktoruna qoşulmuş SZS-2,1 toxumsəpəni ilə səpilmişdir. 

Səpin  müddətinin  normal  basma  cücərtilərinin  alınmasına 

təsirini öyrənmək üçün Şirvan bölgəsində üç müddətdə 10; 20 və 

30 apreldə, Gəncə - Qazax bölgəsində isə 10; 20 və 30 mayda 100 

kv. m-lik ləklərdə 4 təkrar üzrə səpin aparılmışdır. 

Səpin  normasının 1 p. m - dən  alınan normal basma cücərtiə-

rinin  miqdarına    təsirini    öyrənmək    üçün  Şirvan  bölgəsində  üç 

normada 1 p. m-ə 1,0; 1,6 və 2,2 q , Gəncə - Qazax bölgəsində isə 

0,8; 1,2 və 1,6 q. olmaqla 4 təkrarda səpin aparılmışdır. 

Toxumların basdırılma  dərinliyinin normal basma cücərtiləri-

nin  alınmasına təsirini  öyrənmək üçün  Şirvanda  açıq  sahəyə 1,5; 

2,0; 2,5 sm, Gəncə - Qazax bölgəsində isə 2,0; 2,5; 3,0 sm olmaq-

la  üç  dərinlikdə  səpilmişdir.  Təcrübə  100  kv.  m-  lik  ləklərdə  4 

təkrar üzrə qoyulmuşdur. 

Qida sahəsi və bitki sıxlığının basma bitkisinin böyümə və in-

kişafına  təsirini  öyrənmək  üçün  Gəncə  -  Qazax  və  Şirvan  şərai-

tində bitkilər 60 x 15 x 1 (nəzarət); 60 x 15 x 2; 60 x 15 x 3; 60 x 

10 x 1;  60 x 10 x 2 sxemi ilə hər ləkin sahəsi 100 m

2

 olmaqla 4 



təkrarda  becərilmiş  və  vegetasiya  müddətində  ayda  bir  dəfə 

olmaqla  hər  ləkdə  10  ədəd  bitkinin  hündürlüyü,  çətirin  diametri 

ölçülmüş və morfoloji göstəriciləri qeyd edilmişdir. 

 Qida  sahəsi,  bitki  sıxlığı  və  biçin  vaxtlarının  açıq  sahədə 

basma  bitkisinin  yarpaq  məhsuldarlığına  təsirini  öyrənmək  üçün 

Gəncə  -  Qazax  və  Şirvan  şəraitində  müxtəlif  qida  sahələrində 

becərilən bitkilər vegetasiya müddətində iki dəfə 2; 20 avqustda (I 

biçin),  15;  25  oktyabrda  (II  biçin)  və  vegetasiyanın  sonunda  bir 



 

16 


 

dəfə  (25.  X  ayda)  biçilib  yaş  kütlə  və  quru  yarpaq  məhsuldarlığı 

təyin  edilmişdir.  Biçin  100  m

2

-lik  ləklərdə  4  təkrar  üzrə  aparıl-



mışdır. 

Qida  sahəsi  və  bitki  sıxlığının  basma  bitkisinin  toxum  məh-

suldarlığına təsirini öyrənmək üçün hər iki bölgədə  60 x 15 x 1 

(nəzarət); 60 x 15 x 2; 60 x 15 x 3; 60 x 10 x 1;  60 x 10 x 2 sxemi 

ilə  becərilmiş  bitkilər  biçilməmiş,  vegetasiyanın  sonunda  toxum 

məhsuldarlığı  təyin  edilmişdir.  Təc-

rübə ləklərinin sahəsi 100 m

2

 olmaqla 



4 təkrar üzrə aparılmışdır. 

Hər  iki  bölgədə  basma  bitkisinin 

variantlar  üzrə  iqtisadi  səmərəliliyi 

öyrənilmişdir. 

Tədqiqatlar  laboratoriya  və  açıq 

tarla şəraitində aparılmışdır. Тədqiqat 

zamanı 

aşağıdakı 



metodlardan 

istifadə edilmişdir. 

Yerli  şəraitdə  becərilən  bitki-

lərdən  alınan  toxumların  bioloji  xü-

susiyyətləri  (toxumun  cücərmə  ener-

jisi  və  cücərmə  qabiliyyəti,  1000  to-

xumun  kütləsi,  toxumların  cücərmə 

qabiliyyətinin  saxlanma  müddətindən 

asılılığı və s.) M. K. Firsovanın (113; 114) metodikası üzrə öyrə-

nilmişdir. 

Basma cücərtilərinin morfoloji tədqiqi İ. Q. Serebryakov (103) 

və  İ. Т. Vasilçenkonun  (53)  metodikası  üzrə  aparılmışdır.  Basma 

bitkisinin  çiçəkləmə  və  meyvəvermə  xüsusiyyətləri  yerli  şərait 

nəzərə alınmaqla B. İ. İvanenko (72) metodu ilə öyrənilmişdir. 

Səpin  normasını  öyrənmək  məqsədi ilə  Lobanov  V.  İ.  Kozel-

kova İ. N. (80) metodikasından istifadə olunmuşdur.  

Toxumların  cücərmə  qabiliyyətinin  basdırılma  dərinliyindən 

asılılığını  öyrənmək  üçün  toxumlar  V.  D.  Oqievski  (89)  metodi-

kası üzrə müxtəlif dərinlikdə səpilmişdir. 

Şəkil 2.1. İndiqofera     

(basma) Çiçəki budağı, 

çiçək qrupu, çiçəyi, 

ləçəkləri, toxumu 


 

17 


 

Kök sisteminin öyrənilməsində V. A. Kolesnikovun (75) yuma 

və skelet metodundan istifadə edilmişdir.  

Basma bitkisinin açıq sahədə becərilməsi zamanı normal qida 

sahəsinin  tapılması  üçün  İ.  İ.  Sinyagin  (104)  metodikasından 

istifadə edilmişdir. 

Bitkilərə  “Həna  və  basma  bitkisinin  Azərbaycanda  becərilməsinə 

dair aqronomik göstərişlər” (44) əsasında ümumi aqrotexniki qul-

luq edilmişdir.  

Basma  bitkisinin  yaşıl  kütlə  məhsulunun  yığılması  və  quru-

dulması D. N. Qolovko və F. M. Rojko (60) metodikası üzrə apa-

rılmışdır. 

Tədqiqat zamanı riyazi hesablamalar B. A. Dospexov (69) me-

todikası üzrə aparılmışdır. 

Təsərrüfat sınaqları 2004-2005 - ci illərdə ADKTA-nın tədris-

təcrübə təsərrüfatında və Kürdəmir rayonundakı “Həna” istehsalat 

kooperativinin  torpaqlarında  hər  bitki  üçün  1,0  ha  sahədə  aparıl-

mışdır. 


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

18 


 

III FƏSİL. BASMA BİTKİSİNİN ÖYRƏNİLMƏSİ VƏ 

İNТRODUKSİYA ТARİXİ  (ƏDƏBİYYAТ İCMALI) 

 

Basma (İndiqofera) bitkisi paxlalılar (Fabaceae) fəsiləsinin İn-



diqofera  (İndigofera)  cinsinə  daxildir.  Bu  cinsin  tropik  ölkələrdə 

bitən 700 - yə qədər növü vardır (50) . 

Basma bitkisini ilk dəfə boyaq indiqoferası (İ. tinctoria L.) adı 

ilə 1753- cü ildə   K. Linney təsvir etmişdir (58). Sonradan bu bit-

ki  Burkil  (Burkill  I.  H.)  (122)  tərəfindən  1935-ci  ildə,  Dalziel 

(Dalziel I. M.) tərəfindən  1937 - ci ildə təsvir olunmuşdur. 

SSRİ  florasında  (115)  basma  bitkisinin  aşağıdakı  növlərinin 

olduğu göstərilir: İ. tinctoria L.; İ. anil L.; İ. argentea L.; S. arrecta 

Hochst.  Burada  həmçinin  qeyd  edilir  ki,  SSRİ-nin  subtropik 

bölgələrində  bəzən  basmanın  Jerard  İndiqoferası  (İ.  Cerardiana 

Wall.) növü də dekarativ bitki kimi becərilir (şək. 3.1). 

 Müasir  təsnifata  görə  üzərində 

tədqiqat  apardığımız  bitki,  bitkilər 

aləminin, örtülütoxumlular  şöbəsinin, 

ikiləpəlilər sinifinin, rozid yarımsinifi-

nin,  paxlaçiçəklilər  (Fabales)  sırası-

nın,  paxlakimilər  (Fabaceae)  fəsiləsi-

nin,  indiqofera  (indigofera)  cinsinin, 

boyaq  indiqoferası    (İ.  tinctoria)  nö-

vünə daxil edilir (134; 135 ). 

İndiqofera bitkisinin aşağıdakı nö-

vləri daha geniş yayılmışdır (58).  

1.  Afrika  indiqoferası  (  İ.  arrecta 

Hochst.)  -  kol  bitkisidir  (şək.  3.2).  2. 

Buğumlu  indiqofera  (  İ.  articulata 

Conon) - çoxillik bitkidir.3. Onbiryarpaqlı indiqofera (İ. Endecap-

hylla  İacg.)  –  birillik  və  ikiillik  bitkidir.  4.  Тüklü  indiqofera  (İ. 

hisuta L.) – birillik və çoxillik bitkidir. 5. Yarımkol indiqofera (İ. 

suffruticosa  Mill.)  -  çoxillik  kol  bitkisidir.  (  şək.  3.  3).  6.  Boyaq 

indiqoferası (İ. tinctoria L.) - kol bitkisidir. 7. Kütçiçəkli indiqofe-

Şəkil 3.1. Jerard indiqofe-

rası (İ. Cerardiana Wall.) 



 

19 


 

ra  -  Indigofera  amblyantha  Craib.  (şək.  3.  4)    8.  Gümüşü  indi-

qofera    -  İndigofera  argentea  Burm.  F.  9.  Cənub  indiqoferası    - 

İndigofera  australis  Willd.  10.Nəfəsotunabənzər  indiqofera-İndi-

gofera  cytisoides  Thunb.  11.  Sıxyarpaqlı  indiqofera  –  İndigofera 

densa  N.

 

E.

 



B

R

.  12.  Douz  indiqofe-



rası-İndigofera  dosua  Buch.  -  Ham. 

Ex D. Don 13. Fortuna indiqoferası - 

İndigofera 

fortunei 

Craib. 

14. 


Kolşəkilli  indiqofera  -    İndigofera 

frutescens  L.

 

F.  (şək.  3.5)  15.  Küt-



ləçəkli  indiqofera  –  İndigofera  heb-

epetala  Benth.  Ex  Baker.  16.  Kirilov 

indiqoferası  -  İndigofera  kirilowii 

Maxim  ex  Palib.  17.  Sallaq  indi-

qofera    -  İndigofera  pendula  Franch. 

18. Potanin indiqoferası -  İndigofera 

potaninii Craib. 19. Yalançı boyaq in-

diqoferası  -  İndigofera  pseudotinctoria  Matsum.  20.  Sulye  indi-

qoferası -  İndigofera souliei Craib. 21. Parlaq indiqofera – İndi-

gofera splendens    Ficalno  &

 

  Hiern. 22.  Poruqşəkilli indiqofera  - 



İndigofera stachyodes Lindl. 

E.  V.  Vulf  (58)  basma  növlərinin  hər  birinin  ayrılıqda  ilkin 

mənbələrini,  sinonim  adlarını,  müxtəlif  xalqların  dilində  adlarını, 

yayılmasını və təsərrüfat əhəmiyyətini göstərmişdir.  

İndiqofera  növlərindən bizim təcrübədə  ancaq boyaq indiqo-

ferasından   (İ. tinctoria L.) istifadə edilmişdir. Bu növ ancaq mə-

dəni  halda  Xorvatiya,  İtaliya,  Hindistan,  Seylon,  Çin,  Filippin, 

Yaponya,  Yava  adası,  Malakka,  tropik  Afrika,  Misir,  Amerika, 

Britaniya, Honduras, Kolumbiya və Gürcüstanın Batumi ətrafında 

becərilir (58; 136).  

Tədqiqatçılardan Т. S. Тeymurovanın  (43; 111), M. Ə. Qası-

movun   (24) və  F. M.  Məmmədov (30)  əsərlərində    basma bitki-

sinin botaniki təsviri verilmiş, Azərbaycan respublikası şəraitində 

becərilməsi ətraflı (43; 110) ətraflı qeyd olunmuşdur.  

Şəkil 3.2.  Afrika indiqo-

ferası ( İ. arrecta  Hochst.) 



 

20 


 

Azərbaycan  MEA-nın  Тorpaqşünaslıq  və  Aqrokimya  institu-

tunda  1976  -  1977  -  ci  illərdə  basma  (indoqofera)  bitkisinin  qida 

şəraitini  öyrənmək  məqsədilə  vegetasiya  və  çöl  tədqiqatları 

aparılmışdır.  Məlum  olmuşdur  ki, 

bu  bitkinin  azot,  fosfor  və  kalium 

elementləri  ilə  yanaşı,  selen,  mo-

libden  və  s.  mikroelementlərə  də 

tələbatı çoxdur (65; 108 - 111). 

XIX əsrin ortalarında Azərbay-

canın Lənkəran qəzasındakı Cığırlı 

kəndində  becərilən  indiqo  (basma) 

bitkisindən  alınan  boyaq  Paris 

sərgisində qızıl medala layiq görül-

müşdür  (27).  Bu  bir  daha  göstərir 

ki,  Azərbaycanda  basma  (indiqo-

fera)  bitkisinin  becərilməsinə  hələ 

qədimlərdən  maraq  göstərilmişdir. 

Lakin,  bu  maraq  elmi  əsaslardan 

uzaq  olmaqla  pərakəndə  şəkildə  olmuşdur.  XX  əsrin  60  -70  -  ci 

illərindən isə bu bitki planlı elmi əsaslarla öyrənilir (30). 

Basma  bitkisi  torpağa  tələbkar  olmaqla  qumsal  və  münbit 

torpaqlarda  yaxşı  inkişaf  edir.  Çiçəklənməsi  aşağıdan  yuxarıya 

doğru getməklə iyul ayından oktyabra qədər davam edir. Vegeta-

siya müddəti 150-180 gündür. Havaların +8 - 10 

0

C -ə qədər aşağı 



düşməsi  basma  yarpaqlarının  qaralmasına  və  tökülməsinə  səbəb 

olur. Həna bitkisinə

 

nisbətən suya  az tələbkardır. Vegetasiya döv-



ründə  3-4  dəfə,  nadir  hallarda  isə  5  dəfə  suvarılır.  Тoxumları 

oktyabr-noyabr aylarında yetişir (27; 63). 

Basma bitkisinin yarpağında fermentlərin və ya zəif turşuların 

təsiri  ilə  qlükozaya  və  aqlikon-indoksinə  parçalanan  rəngsiz  qlü-

kozid  vardır.  Aqlikon  -  indoksin  rəngsizdir,  lakin  əsasi  mühitdə 

havanın  oksigeni  ilə  oksidləşir  və  göy  rəngli  indiqoya  çevrilir 

(43). 

Şəkil 3. 3.Yarımkol indiqofera 



(İ. suffruticosa Mill.) 

 

21 


 

İndiqo  boyaq  maddəsi  yaxın  keçmişə  qədər  “boyaq  mad-

dələrinin şahı” (King of the ohystuff ) hesab edilirdi (111). Avropa 

xalqları uzun müddət  bu  boyağı  “Hindistan daşı” adlandırmışdır. 

İlk  dəfə  Mark  Pol  onun  bitki  mənşəli  olduğunu  göstərmişdir 

(115). 


Basma  (indigofera)  bitkisi-

nin  yarpaqlarından  alınan  “bas-

ma”  adlı  tozun  (şək.3.  6)  tərki-

bində biçin vaxtından asılı olaraq 

7,39-8,42  mq/kq  kalsium,  0,09-

0,29  mq/kq  fosfor,  9,6-  55,7 

mq/kq karotin, 2,40- 4,13 % yağ, 

7,40-9,60  %  sellüoza,  15,43-

17,73 % kül, 2,68 -  3,56 % azot 

və s. maddələr vardır (27). 

İndiqo maddəsi basma bitki-

sinin  yarpaqlarında  çəki  hesabı 

0,6 %, bütövlükdə isə 0,25 % təşkil edir (24). 

Dünya  bazarlarında  müxtəlif  çeşid,  növ  və  sortlara  ayrılmış 

çoxlu  sayda  indiqo  tozu  sa-

tılır. Тərkibində 50 % indiqo 

boyağı olan toz aşağı növ, 82 

% - dən çox olan isə əla növ 

hesab edilir (4). 

Тəbii  indiqo  boyağının 

quruluşu  alimlərə  məlum  ol-

duqdan  sonra  onu  süni  yolla 

sintez  etməyə  başladılar.  Bu 

haqda  Böyük  Sovet  Ensik-

lopediyasında  (50)  ətraflı 

bəhs edilmişdir.  

M.  Ə.  Qasımov  (24)  göstərir  ki,  Azərbaycan  xalqı  indiqo 

(basma) boyağı ilə XVIII əsrin sonu XIX əsrin əvvəllərində tanış 

olmuşlar.  Müəllif  həmçinin  basma  bitkisi  haqqında  ətraflı  məlu-

İndiqonun kimyəvi quruluşu 

Şəkil 3. 4.   Kütçiçəkli indigofera 

(Indigofera amblyantha Craib.) 



 

22 


 

mat  vermiş  indiqo  boyağı  ilə  boyama  qaydasını  ətraflı  göstə-

rmişdir ( 34). 

Basma  pambıq  liflərinin  bo-

yanmasında, xalçaçılıq sənayesin-

də  təsviri  incəsənət  üçün  ən 

davamlı  rəngdir.  Yarpaqlarının 

üyüdülməsindən  alınan  tozunun 

həna tozu ilə müxtəlif nisbətlərdə 

qarışığından  tünd  qaradan  açıq 

sarıya  qədər  müxtəlif  rəng  ça-

larlığı  yaratmaq  mümkündür. 

Yarpaqları həmçinin dərman əhə-

miyyətlidir.  Vyetnamda  çiban  və 

müxtəlif dəri-zöhrəvi xəstəlikləri, 

Hindistanda  isə  qara  çiyər  xəstə-

liyinin  müaliçəsində  istifadə  olu-

nur (43; 28). 

Basma bitkisi tropiklərdə pal-

ma (Cocos nucifera L.) plantasiyalarında zərərli alaqlara qarşı mü-

barizə  məqsədi  ilə  əkilir.  Onlar  həm  də  torpağı  azotla  zənginləş-

dirdikləri üçün böyük əhəmiyyət kəsb edirlər (115). 

Basma  (indigofera)  əsasən  toxum-

larla çoxalır. Тoxum birbaşa sahəyə səpi-

lir. Тoxumlarının cücərməsi üçün yüksək 

hərarət və rütubət tələb olunduğundan ən 

yaxşı  səpin  vaxtı  iyun  ayının  əvvəlləri 

hesab  edilir.  Əlverişli  şəraitdə  toxumlar 

3-5 günə çüçərərək torpağın üzünə çıxır. 

Səpindən  əvvəl  toxumların  isladılması 

toxumların  cücərmə  faizini  qat-qat  artı-

rır. Basma toxumlarının cücərməsi üçün 

torpağın  rütubətli  olması  vacib  şərtdir. 

Buna  görə  də  basma  toxumları  arata  sə-

Şəkil 3.5  Kolşəkilli indigofera 

(İndigofera  frutescens L.F.

Şəkil 3. 6.   Basma tozu 

 


 

23 


 

pilməlidir.  Yazda  torpağın  temperaturu  15-18 

0

C  olduqda  basma 



toxumları səpildikdə müntəzəm çıxışlar alınır. 

Тəbabətdə,  kosmetikada,  yüngül  sənayedə  və  xalçaçılıqda 

böyük  əhəmiyyət  kəsb  edən  basma  bitkisinin  hərtərəfli  öyrənil-

məsi  işinə  alimlərimiz  son  illərdə  də  maraq  göstərmişlər. 

T. S. Teymurova (111) Abşeron və Şirvanda basma bitkisinə mak-

ro və mikro elementlərin verilməsini öyrənmişdir. 

 Yuxarıda  deyilənlərdən  aydın  olur  ki,  basma  bitkisi  ilə  hələ 

qədim  zamanlardan  tanış  olan  insanlar  bu  bitkinin  əkilib  - 

becərilmə  üsulları  ilə  kifayət 

qədər  maraqlanmamış  və  on-

ları  hazır   şəkildə   əldə   et-

məklə  kifayətlənmişlər.  1935- 

ci  ildən  sonra  Azərbaycan 

alimləri  bu  bitkinin  toxumla-

rını əldə etmiş və onların mə-

dəni  şəraitdə  becərilməsinə 

cəhd etmişlər.  

1960  -1970-ci  illərdən  sonra 

basma  bitkisinin  becərilməsi 

ilə  məşğul  olmuş  Azərbaycan  alimlərinin  tədqiqatları  haqqında 

yuxarıda ətraflı məlumat verdik. Bu məlumatlardan da aydın olur 

ki,  basma  bitkisinin  toxumlarının  bioloji  xüsusiyyətləri,  səpin 

norması,  üsulu,  toxumaların  basdırılma  dərinliyi  və  s.  məsələlər 

yetərincə  öyrənilməmiş,  saxlanma  müddətindən,  toplandığı  ya-

rusdan  (mərtəbədən),  becərilmə  şəraitindən  və  s.  asılı  olaraq  bu 

toxumların  səpin  keyfiyyətinin  necə  dəyişilməsi  məsələləri  bu 

günə  qədər  diqqətdən  kənarda  qalmışdır.  Basma  cücərtilərinin 

morfoloji  xüsusiyyətləri,  çiçəkləmə  biologiyası  və  meyvəvermə 

xüsusiyyətləri barəsində tədqiqat işləri yox dərəcəsindədir.

 

Basma 



bitkisinin səpin  sxemləri, biçin üsulları və biçin vaxtlarından asılı 

olaraq  yarpaq məhsuldarlığı və bu məhsuldarlığı artırmaq  yolları, 

eləcə  də  toxum  məhsuldarlığı  məsələləri  və  s.  tədqiqatlardan 

kənarda qalmışdır. 

Şəkil 3.7    Ağac formalı boyaq  

 indiqoferası (İndigofera tinctoria) 



 

24 


 

Bunları  nəzərə  alaraq  ba-

sma  bitkisi  üzərində  tədqiqat 

işləri aparıb göstərilən məsələ-

ləri öyrənməyi  qarşımıza məq-

səd qoyduq. 

Onu da qeyd edim ki, ayrı-

ayrı  adamlar  və  çox  təssüf  ki, 

bəzi  hallarda  alimlər  belə  bu 

qiymətli  bitki  haqqında  səthi 

biliyə  malikdirlər.  Hətta  əsas 

saç rəngləyicilərindən biri olan 

basma  tozlunun  bitkidən  yox, 

torpaqdan  hazırlandığını  iddia 

edənlərə  də  rast  gəlinir.  Ona 

görə  də  bu  fəsildə  basma  bitkisinin  ümumi  görünüşünü  də 

verməyi məsləhət bildik (şək. 3.7-3.9). 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Şəkil 3. 9.  İndigofera pəncərə 

önündə otaq bitkisi kimi 

 

Şəkil 3. 8. Tarla şəraitində basma 



(İndigofera  tinctoria L.)  bitkisinin 

ümumi görünüşü 



 

25 


 

EKSPERMENТAL   HİSSƏ 

IV FƏSİL. BASMA BİTKİSİNİN AQROBİOLOJİ  

XÜSUSİYYƏТLƏRİ 



Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin