F. H. Axundov amea-nın Mərkəzi Nəbatat bağı, "Ağac və kol bitkiləri" laboratoriyası


Müxtəlif şəraitdə yetişdirilən basma toxumlarının



Yüklə 2,7 Mb.
Pdf görüntüsü
səhifə3/5
tarix01.01.2017
ölçüsü2,7 Mb.
#4320
1   2   3   4   5

4. 1. Müxtəlif şəraitdə yetişdirilən basma toxumlarının 

laboratoriya cücərmə enerjisi və cücərmə qabiliyyəti 

Cücərmə  enerjisi  və  cücərmə  qabiliyyəti  toxumların  bioloji 

xüsusiyyətlərini  və  təsərrüfat  yararlılığını  göstərən  ən  mühüm 

amillərdən biridir (80). 

Basma  toxumlarının  laboratoriya  şəraitində  cücərmə 

enerjisini  və  cücərmə  qabiliyyətini  yoxlamaq  məqsədi  ilə  geniş 

temperatur  diapazonunda  təcrübə  aparılmışdır.  Тoxumların 

cücərmə  enerjisi  normal  toxumların  çüçərməsini  təmin  edən 

minimal vaxt (3 gün) ərzində cücərən toxumların miqdarı ilə he-

sablanmışdır.  Toxumların  cücərmə  qabiliyyəti  isə  bütün  normal 

toxumların cücərməsi üçün kifayət edən vaxt (7 gün) ərzində təyin 

edilmişdir. Təcrübələr göstərdi ki, 10 

0

C (havada) temperatur bas-



ma  toxumlarının  cücərməsi  üçün  ən  aşağı  həddir.  Optimal  tem-

peraturda  (18 

0

C)      basma  toxumlarında  üçüncü  gün  cücərmə 



müşahidə edilir. Cücərmənin üçüncü günündə toxumlar ən yüksək 

cücərmə enerjisinə malik olur. 40-45 

0

C temperaturda cücərmə qa-



biliyyəti  azalır.  50 

0

C  temperatur  isə  basma  toxumlarının  cücər-



məsi üçün ən kəskin həddir. 

Bu  məsələni  öyrənmək  üçün  ayrı-ayrı  şəraitlərdən  toplanmış 

basma toxumlarının cücərmə enerjisi və cücərmə qabiliyyətlərinin 

optimal temperaturda necə dəyişilməsinə diqqət yönəltməyi lazım 

bildik. 

2002-2004 - cü illərdə  müxtəlif torpaq-iqlim şəraitində becə-

rilən  basma  bitkisindən    yığılan  toxumların  laboratoriya  cücərmə 

enerjisi  və  cücərmə qabiliyyətlərinə  dair tədqiqatlarımızın  nəticə-

ləri cədvəl 4.1- də verilmişdir. 

Cədvəldən  göründüyü  kimi  optimal  temperaturda  müxtəlif 

şəraitdə  becərilən  bitkilərdən  alınan  toxumların  laboratoriya 

cücərmə enerjisi və cücərmə qabiliyyəti fərqlənir. 



 

26 


 

2002-2004  -  cü  illərdə  müxtəlif  bölgələrdə  becərilmiş  basma 

bitkisindən  yığılmış  toxumların  laboratoriyada  cücərmə  enerjisi 

cücərmə  qabiliyyətinə  dair  tədqiqatlarımızın  nəticələrindən 

görünür  ki,  Şirvan  bölgəsində  becərilmiş  basma  bitkisindən 

yığılmış  toxumların  laboratoriyada  cücərmə  enerjisi  orta  hesabla 

96,7 %, cücərmə qabiliyyəti isə 97,7 % olmuşdur. 

 Gəncə-Qazax bölgəsində becərilmiş basma bitkisindən yığıl-

mış toxumların 1aboratoriyada cücərmə enerjisi 97,4 %, cücərmə 

qabiliyyəti isə 99,1 % təşkil etmişdir (cədvəl 4.1). 

Cədvəl 4. 1 

Müxtəlif  şəraitdə  yetişdirilən  basma  toxumlarının  labora-

toriyada cücərmə enerjisi və cücərmə qabiliyyəti, faizlə 

 

Göründüyü  kimi,  müxtəlif  şəraitlərdə  becərilən  basma  bit-



kisindən  alınan  toxumların  cücərmə  enerjisi  və  cücərmə  qabi-

liyyəti  fərqlidir.  Gəncə-Qazax  bölgəsində  becərilən  basma  bit-

kisindən yığılan toxumların laboratoriya cücərmə enerjisi cücərmə 

qabiliyyəti  Şirvandan  yığılan  toxumlara  nisbətən  0,7-1,4%  artıq 

olmuşdur. 

Тədqiqatlarımız  həm  də  onu  bir  daha  təsdiqlədi  ki, 

Azərbaycanın  Gəncə  -Qazax  və  Şirvan  bölgələrinə  introduksiya 

edilmiş  basma  bitkiləri  yerli  şəraitə  uyğunlaşdıqca  bu  bitkilərdən 

Тoxumun 

yığıldığı yer 

Cücərmə  enerjisi 

Cücərmə   qabiliyyəti 

2002  2003  2004  Orta  2002  2003  2004 

Orta 


Şirvan 

94,7  96,6  98,8  96,7 

96,5 

97,7 


98,9 

97,7 


Gəncə - 

Qazax 


95,9  97,8  98,6  97,4 

97,9 


99,8 

99,7 


99,1 

 

27 


 

toplanmış təzə toxumların cücərmə enerjisi və cücərmə qabiliyyəti 

hər il 2,5-3,0 % artır.  

Müxtəlif şəraitlərdə yetişdirilən basma toxumlarının cücərmə 

enerjisi  və  cücərmə  qabiliyyətinin  öyrənilməsindən  belə  nəticəyə 

gəlmək olar ki, basma toxumlarının laboratoriyada cücərmə ener-

jisi və cücərmə qabiliyyəti Gəncə - Qazax bölgəsində Şirvan böl-

gəsinə  nisbətən  yüksək  olmuşdur.  Bunu  Şirvan  bölgəsinin  torpaq 

şəraitinin  basma  bitkisi  üçün  nisbətən  əlverişsiz  olması  ilə  izah 

etmək olar. 



4. 2. Saxlanma müddətindən asılı olaraq basma 

toxumlarının laboratoriya cücərmə enerjisi və cücərmə 

qabiliyyəti 

Тoxumların  cücərmə  enerjisi  və  cücərmə  qabiliyyətinin 

saxlama  müddətindən  asılı  olaraq  dəyişilməsinin  öyrənilməsi 

mühüm əhəmiyyət kəsb edir. Çünki, istər basma, istərsə də başqa 

k/t  bitkisinin  toxumları  ilə  səpin  apararkən  yüksək  cücərmə 

enerjisi və cücərmə qabiliyyətinə malik toxumların səpilməsi nor-

mal cücərtilərin alınmasına səbəb olur ki, bu da həmin cücərtilərin 

yaxşı  inkişaf  etməsinə  və  gələcəkdə  daha  yüksək  məhsul  vermə-

sinə zəmin yaradır. 

 

Saxlanma  müddətinin  basma  toxumlarının  laboratoriya 



cücərmə  enerjisi  və  cücərmə  qabiliyyətinə  necə  təsir  etdiyini  

tədqiqatlarımızla yoxlamaq  məqsədilə 2000 - ci ilin yanvar ayın-

da) Kürdəmir rayonundakı  “Həna” istehsal kooperativindən 2000 

-  ci  ildə  toplanmış  basma  toxumları  gətirilmişdir.  Kürdəmir 

rayonunun  torpaq-iqlim  şəraitində  becərilmiş  basma  bitkisindən 

toplanmış  həmin  toxumların  laboratoriyada  cücərmə  enerjisi  və 

cücərmə  qabiliyyəti  təyin  edilərkən  məlum  olmuşdur  ki,  labora-

toriyada cücərmə enerjisi 95,2 %, cücərmə qabiliyyəti isə 96,7 %-

ə bərabər olmuşdur.  Bu toxumlar Şirvan və Gəncə - Qazax bölgə-

lərində açıq sahədə səpilmişdir. 

2001 - ci ildə vegetasiyanın sonunda (okyabr-noyabr ayların-

da) saxlanma  müddətinin  basma toxumlarının  laboratoriya  cücər-



 

28 


 

mə enerjisinə və cücərmə qabiliyyətinə necə təsir göstərdiyini öy-

rənmək  üçün  hər  iki  bölgədə  açıq  sahədən  basma  toxumları 

yığılaraq  cücərmə  enerjisi  və  cücərmə  qabiliyyəti  təyin  edilmiş 

(dekabr  ayında)  və  həmin  toxumlar  səpilməyib  saxlanılmışdır. 

Sonrakı  illərdə  (2002  -2004-  cü  illər)  bu  toxumların  cücərmə 

enerjisi  və  cücərmə  qabiliyyətlərinin  necə  dəyişildiyi

 

öyrənilmiş-



dir. Bu sahədəki təcrübələrimizin nəticələri cədvəl 4. 2 - də veril-

mişdir. 


Cədvəl 4. 2 

Saxlanma müddətindən asılı olaraq basma toxumlarının 

laboratoriyada cücərmə enerjisi və cücərmə qabiliyyəti, faizlə 

 

Т



ox

um

un



 

yığ


ıld

ığ

ı  



yer

 

Yığıldığı ildə 



1 il saxlandıqda 

2 il saxlandıqda 

C

üc

ərm



ə 

en

er



jis

C



üc

ərm


ə 

q

ab



iliy

y

əti



 

C

üc



ərm

ə 

en



er

jis


C

üc



ərm

ə 

q



ab

iliy


y

əti


 

C

üc



ərm

ə 

en



er

jis


C

üc



ərm

ə 

q



ab

iliy


y

əti


 

Şirvan 


95,1 

97,6 


94,5 

96,3 


90,3 

91,5 


Gəncə - 

Qazax 


96,4 

98,2 


95,7 

97,8 


91,4 

92,7 


 

Şirvan  bölgəsindən  toplanmış  basma  toxumları  2002-ci  ildə 

95,1%  laboratoriya  cücərmə  enerjisinə,  97,6  %  cücərmə 

qabiliyyətinə  olduqları  halda,  bir  il  saxlandıqdan  sonra  cücərmə 

enerjisi 94,5 %-ə , cücərmə qabiliyyəti isə 96,3 % -ə enmişdir. İki 

il  saxlandıqdan  sonra  bu  göstəricilər  müvafiq  olaraq  90,3  %  və 

91,5 % təşkil etmişdir. 

Gəncə  -  Qazax  bölgəsindən  toplanmış  basma  toxumlarının 

2002-  ci  ildə  laboratoriya  cücərmə  enerjisi  96,4  %,  cücərmə 

qabiliyyəti isə 98,2 % olmuşdur. Bir il saxlandıqdan sonra basma 



 

29 


 

toxumlarının  cücərmə  enerjisi  95,7  %-ə,  cücərmə  qabiliyyəti  isə 

97,8  %-ə  düşmüşdür.  İki  il  saxlandıqdan  sonra  bu  toxumların 

laboratoriya  cücərmə  enerjisi  və  cücərmə  qabiliyyəti  müvafiq 

olaraq 91,4% və 92,7 % təşkil etmişdir. 

Saxlandıqca  basma  toxumlarında  laboratoriya  cücərmə  ener-

jisi  və  qabiliyyətinin  azalması  özünü  göstərir.  Belə  ki,  Şirvan 

bölgəsindən  toplanmış  basma  toxumları  iki  il saxlandıqda  cücər-

mə  enerjisi  və  cücərmə  qabiliyyəti  4,8  -  6,1  %,  Gəncə  -  Qazax 

bölgəsindən toplanmış basma toxumlarınınkı isə 5,0 - 5,5 % azal-

mışdır. 

Yuxarıda  deyilənlərdən  aydın  olur  ki,  basma  toxumları 

saxlandıqca  cücərmə  enerjisi  və  cücərmə  qabiliyyəti  azalır.  Ona 

görə də bu bitkinin toxumları ilə səpin apararkən təzə toxumlardan 

istifadə etmək məqsədəuyğundur.  

 

4. 3. Müxtəlif yaruslardan toplanmış basma toxumlarının 



laboratoriya cücərmə enerjisi və cücərmə qabiliyyəti 

 

Basma bitkisindən keyfiyyətli yarpaq və toxum məhsulu əldə 



etmək  üçün  yüksək  səpin  keyfiyyətinə  malik  olan  toxumların 

seçilməsi böyük əhəmiyyətə malikdir (79). 

Bu  bitkidə  çiçəkləmə  və  toxumların  yetişməsi  vegetasiya 

müddətində  aşağıdan  yuxarıya  doğru  getdiyindən,  vegetasiyanın 

sonunda  bitkinin  müxtəlif  yaruslarındakı  toxumlar  eyni  dərəcədə 

yetişmiş olmur. Ona görə də açıq sahədə becərilmiş basma bitkisi-

nin  müxtəlif  yaruslarından  toplanmış  toxumların  laboratoriyada 

cücərmə  enerjisini  və  cücərmə  qabiliyyətini  öyrənməyi  lazım 

bildik. 

Yarus  (mərtəbə)  basma  bitkisində  şərti  olaraq  qəbul  edilmiş-

dir. Əsas gövdə üzərində aşağıdan yuxarıya doğru olmaqla 3 ədəd 

budağı  əhatə  edir.  Yəni  hər  3  budaq  bir  mərtəbə  (yarus)  hesab 

edilir. 


 

30 


 

Müxtəlif  bölgələrdə  yaruslar  üzrə  toplanmış  basma  toxum-

larının laboratoriyada cücərmə enerjisi  və  cücərmə qabiliyyətlə-

rinin öyrənilməsi onu göstərir ki, basma bitkisindən yaruslar üzrə 

yığılmış toxumların cücərmə enerjisi və cücərmə qabiliyyətləri bir 

- birindən fərqlənir. Alınmış nəticələr cədvəl 4. 3 - də verilir.   

 

Cədvəl 4. 3 



Müxtəlif yaruslardan toplanmış basma toxumlarının laboratoriyada 

cücərmə enerjisi və cücərmə qabiliyyəti, faizlə 

 

Basma  bitkisinin  I  yarusundan  yığılmış  toxumlar  yuxarı 



yaruslara  nisbətən  daha  yüksək  cücərmə  qabiliyyətinə  malik 

olurlar  (24-26 

0

C  -  də  formalaşdıqlarına  görə).  Bu  qanunauy-



ğunluq  hər  iki  bölgədə  aydın  hiss  olunur.  Belə  ki,  Şirvan  böl-

gəsində  becərilmiş  basma  bitkisinin  I  yarusundan  yığılmış  to-

xumların  laboratoriyada  cücərmə  enerjisi  orta  hesabla  96,6  %, 

cücərmə liyyəti isə 97,4 %  olduğu halda,  IV  yarusdan  toplanmış 

toxumların  müvafiq  göstəriciləri  12,0  və  15,0  %  (14-17 

0

C  -  də 



formalaşmışlar) olmuşdur (cədvəl 4. 3). 

Gəncə  -  Qazax  bölgəsində  isə  basma  bitkisinin  I  yarusundan 

yığılmış  toxumların  laboratoriya  cücərmə  enerjisi  orta  hesabla 

Т

ox



um

un

  



  

 

yığ



ıld

ığ

ı 



b

öl

g



əl

ər

 



Yar

u

slar



 

Cücərmə   enerjisi 

Cücərmə qabiliyyəti 

2002 


2003  2004  Orta  2002  2003  2004  Orta 

Şirvan 


II 


III 

IV 


95,2 

96,8  97,9  96,6  96,7  97,3  98,2  97,4 

68,2 

70,1  72,4  70,2  72,5  73,8  74,5  73,6 



50,4 

52,8  54,6  52,6  53,4  54,9  56,8  55,0 

10,2 

12,5  13,4  12,0  13,2  14,7  17,3  15,0 



Gəncə - 

Qazax 


II 


III 

IV 


96,5 

97,2  98,1  97,2  98,5  99,2  99,8  99,1 

55,4 

57,2  64,5  59,0  62,7  63,8  65,2  63,9 



37,5 

38,2  40,3  38,6  41,3  42,5  43,2  42,3 

7,8 

8,5  10,5 



8,9 

8,5 


10,3  12,4  10,4 

 

31 


 

97,2%,  cücərmə  qabiliyyəti  isə  99,1  %  təşkil  etmişdir.  IV 

yarusdan yığılmış toxumlar isə 8,9 % cücərmə enerjisinə, 10,4 % 

isə  cücərmə  qabiliyyətinə  malik  olmuşlar  (nisbətən  aşağı 

temperaturda formalaşdıqlarına görə).     

Cədvəldən  aydın  olur  ki,  Gəncə  -  Qazax  bölgəsində  becəril-

miş  basma  bitkisinin  I  yarusundan  toplanmış  toxumların  labo-

ratoriyada  cücərmə  enerjisi  və  cücərmə  qabiliyyəti  Şirvan  böl-

gəsində  becərilən  basma  bitkisinin  I  yarusundan  toplanmış 

toxumların müvafiq göstəricilərinə nisbətən üstünlük təşkil edir.  

Şirvan bölgəsində havaların nisbətən isti keçməsi ilə əlaqədar 

olaraq  yuxarı  yarusların  toxumları  Gəncə  -  Qazax  bölgəsinə 

nisbətən  yaxşı  yetişir,  yüksək  cücərmə  enerjisi  və  cücərmə 

qabiliyyətinə malik olur.  

Yaruslar  üzrə  toplanmış  basma  toxumlarının  laboratoriya 

cücərmə  enerjisi  və  cücərmə  qabiliyyətinin  öyrənilməsinə  dair 

apardığımız  tədqiqatdan  belə  məlum  olur  ki,  basma  bitkisinin  I 

yarusundan  toplanmış  toxumların  cücərmə  enerjisi  və  cücərmə 

qabiliyyəti  yuxarı  yaruslardan  toplanmış  toxumların  müvafiq 

göstəricilərinə nisbətən yüksək olur. 

 Bunun  əsas  səbəblərindən  biri  odur  ki,  basma  bitkisinin 

çiçəkləməsi  aşağıdan  yuxarıya  doğru  gedir.  Bu  da  I  yaruslardakı 

toxumların  nisbətən  isti  ayda  (avqust  24-26 

0

C)  formalaşdığına 



görə  yuxarı  yarusdakılara  nisbətən  daha  yaxşı  yetişməsinə  səbəb 

olur. 


Tədqiqatlarımızdan  belə  nəticəyə  gəldik  ki,  basma  bitkisini 

generativ üsulla çoxaldarkən I yarusdan yığılmış toxumlardan isti-

fadə etməklə daha yüksək çıxım faizinə nail olmaq mümkündür. 

4. 4. Cücərtilərin morfologiyası 

Bitkinin  yaşlı  formalarının  əlamət  və  xüsusiyyətlərini  qabaq-

cadan  xəbər  vermək  məqsədilə  bəzi  yuvenil  (cavan)  bitkinin 

formaəmələgətirmə  xüsusiyyətlərinin  və  biologiyasının  öyrə-

nilməsi,  yaşdəyişmənin  və  formaəmələgətirmənin  ümumi  qanun-


 

32 


 

larını  aşkara  çıxarmağa,  bitkinin  uzunömürlülüyü  sualına  cavab 

tapmağa kömək edir (103). 

Cücərtilərin  morfologiyasının  öyrənilməsi,  ayrı-ayrı  növ  və 

cinslərin  cücərmə  xüsusiyyətlərinin  analizi,  onların  əmələgəlmə 

tarixini  aydınlaşdırmaqda  və  filogenetik  sistematikanın  tərtibində 

az əhəmiyyət kəsb etmir (53) . 

Ona  görə  də  basma  bitkisinin  açıq  şəraitdə  cücərmə  xüsu-

siyyətlərini öyrənməyi qarşıya məqsəd qoyduq. 

Basma  bitkisinin  kökü  mil  kök  sisteminə  malik  olub  cü-

cərtiləri  15-20  günlükdə  bir  və  yaxud  da  ki,  fiziki  zədələnmə  ol-

arsa  bir  neçə    yan  köklər  əmələ  gətirir.  Köklərin    nisbətən    yer 

səthinə ən yaxın olan  əmici telləri üzərində azot toplayan qovuq-

cuqlar müşahidə olunur. 

Əlverişli şərait olduqda səpilmiş basma toxumlarından səpinin 

5-7-ci günü kütləvi cücərtilər alınır. Alınmış basma cücərtiləri ilk 

əvvəl çox kövrək olmaqla zəif böyüyürlər. Cücərtilərin əsas kökü 

torpağın  daha  dərin  qatlarına  getdikcə  və  əlavə  köklər  əmələ 

gəldikdən  sonra  basma  cücərtiləri  güclü  inkişaf  edirlər.  Basma 

cücərtilərində  2  ədəd    ləpə  yarpağı  müşahidə  edilir.  Onların  

uzunluğu  4-6,  eni  isə  3-4  mm-ə  çatır.  Ləpə  yarpaqları  bozumtul 

yaşıl rəngdə, qısa saplaqlı, tam kənarlı, uc hissəsindən basıq forma 

da  olurlar.  Əsas  gövdə  intensiv  inkişafa  başlayan  zaman  ləpə 

yarpaqları saralıb tökülürlər. 



4. 5. Çiçəkləmənin biologiyası 

Apardığımız tədqiqatların nəticələrindən məlum olmuşdur ki, 

becərildiyi  torpaq-iqlim  şəraitindən  asılı  olaraq  basma  bitkisinin 

toxumlarının  kəmiyyəti  və keyfiyyəti müxtəlif olur.  İstər  yarpaq, 

istərsə də toxum məhsulu əldə etmək məqsədi ilə basma bitkisini 

plantasiyalar halında becərmək üçün onların çiçəkləmə biologiya-

sının öyrənilməsi böyük əhəmiyyətə malikdir. Məhz bu baxımdan 

müxtəlif torpaq-iqlim şəraitində becərilən basma bitkisindən yük-

sək  keyfiyyətli  toxum  məhsulu  almaq  üçün  bitkinin  çiçəkləmə 


 

33 


 

biologiyasına  aid  bəzi  məsələlərin  öyrənilməsini  qarşımıza  məq-

səd qoyduq. 

 Тədqiqat  zamanı  ilk  çiçəyin  əmələ  gəlmə  vaxtı,  bir  çiçəyin 

ömrü,  çiçəkyanlığının  və  çiçəyin  quruluşu,  tozlanma  və  s.  hərtə-

rəfli öyrənilmişdir. 

Apardığımız  tədqiqatlar  göstərir  ki,  basma  bitkisinin  çiçək-

ləməsi  iqlim  şəraiti  ilə  sıx  əlaqədardır.  İsti  və  quru  iqlim  şəraiti 

bitkinin tez çiçəkləməsinə səbəb olur. Basma bitkisində çiçəkləmə 

çıxışlar alındıqdan 50-60 gün sonra başlanır. 

Basma  bitkisinin  çiçəkləri  süpürgə  çiçək  qrupunda  toplanır. 

Belə  çiçək qrupları yarpaq qoltuğunda əmələ gəlir (şək.4.1- 4.2). 

Çiçək qrupunun uzunluğu 15-18 sm-ə çatır. Həmin çiçək qrupun-

dan toplanan çiçəklər isə kiçik - 7 mm olurlar. Çiçək kasacığı ol-

duqca gödək və gümüşü rəngli tükcüklərlə örtülü olur. Çiçək tacı 

qırmızımtıl-sarı rəngdədir. 

Basma  bitkisinin  çiçəklə-

məsi  vegetasiyanın  sonuna  qə-

dər davam edir. Belə ki, çiçək-

lərin  hamısı  eyni  vaxtda  açıl-

mır. Çiçəkləmə əsas və yan bu-

daqlar  boyunça  aşağıdan    yu-

xarıya    doğru  gedir.  Vegeta-

siyanın  sonlarına  yaxın  basma 

bitkisinin  aşağı  yarusunda  ye-

tişmiş paxlalar, orta yaruslarda 

hələ  yetişməmiş  paxlalar,  uc 

hissəsində  isə  çiçəklər  müşa-

hidə  edilir.  Basma  bitkisində 

hər iki bölgədə birinci biçini apardıqdan sonra  əmələ gəlmiş əsas 

və  yan  budaqların  üzərində  də  çiçəklər  açılır  və  aşağı  yarusda 

toxumlar tamamilə yetişir. 

 Basma  bitkisinin  çiçək  salxımında  çiçəklərin  açılması  da 

salxım boyunça aşağıdan yuxarıya doğuru gedir (şək. 4.3). Çiçək 

salxımında  bir  çiçəyin  ömrü  Şirvan  bölgəsində  10-15  gün, 

Şəkil 4.1.   Boyaq  indiqoferasının 



(İndigofera tinctoria) çiçəkli budağı 

 


 

34 


 

Gəncədə isə 13-18 gün davam edir. Həmin müddətdən sonra çiçək 

tacı  formalaşmış  paxlaların  uc  hissəsində  yapışmış  halda  qalır. 

Paxlalar tam formalaşdıqdan sonra qurumuş ləçəklər tökülür.  

Basma bitkisi çiçəklərinin Şirvanda 85-90 %  -i,  Gəncədə isə 

75- 80%-i normal  tozlanaraq vegetasiyanın sonunda yüksək key-

fiyyətli toxum məhsulu verir.  

 

4. 6.  Meyvəvermə xüsusiyyətləri 

 

Basma  bitkisi  Azərbaycanda    becərilən  yeni  texniki  bitki-



lərdəndir.  Hər  il    respublika-

mızda bu  bitkinin plantasiyaları 

genişlənməkdədir.  Səpin  mate-

rialı  ilə  plantasiyaları  təmin  et-

mək  üçün  yüksək  keyfiyyətli 

toxum məhsulu hazırlanmalıdır. 

Buna  görə  də  müxtəlif  torpaq-

iqlim  şəraitində  becərilən  bas-

ma  bitkisində  meyvələrin  yetiş-

mə vaxtını,   yığım   vaxtını  və 

toxumluq      sahələrin    yaradıl-

ması  məsələlərini  öyrənməyi 

qarşımıza  məqsəd  qoymuşuq. 

Apardığımız tədqiqat işləri gös-

tərdi ki,  Şirvan və Gəncə - Qazax bölgələrində   becərilən basma 

bitkisi  normal  inkişaf  edərək  yüksək  keyfiyyətli  yarpaq  və    

toxum  məhsulu  əmələ  gətirir.  Bitkilərdə  meyvələrin  yetişməsi 

vegetasiysının  sonuna  qədər  davam  edir.  Çiçəklərdə  mayalanma  

getdikdən  sonra,  ilk  paxlalar  görünməyə  başlayır.  Bu    vaxt  onlar 

parlaq yaşıl rəngli olur. Vegetasiyanın davam etməsi ilə əlaqədar 

olaraq  paxlalar  böyüyürlər.  Qeyd    etmək  lazımdır  ki,  Şirvanda  

yüksək  temperatur  və  quru   iqlim    şəraiti    paxlaların Gəncəyə 

nisbətən tez yetişməsinə səbəb. Basma bitkisinin meyvələrinin ye-

tişməsi vaxtı paxlalar tünd - qəhvəyi rəng alırlar. Lakin, bu zaman 

Şəkil 4. 2.  Basma (İndigofera 

 tinctoria) bitkisinin çiçək salxımı 


 

35 


 

ayrı - ayrı zoğlarda yaşıl meyvələrə və hətta çiçəklərə də rast gəl-

mək  olur.  Ancaq  bu  meyvələr 

yetişməyə  imkan  tapmadıqla-

rına  görə  yığım  müddəti  yetkin 

paxlaların  meydana  gəlməsi  ilə 

müəyyənləşdirilir.  Bu  zaman 

paxlalar  içərisindəki  toxumlar 

formalaşmış olur. 

Basma  bitkisinin  toxumları 

meyvə  adlanan  paxlanın  içə-

risində  yerləşir.  Paxlası  cizgili, 

silindir formasında, üstü ağımtıl 

tükcüklərlə  örtülü  olub,  uzun-

luğu 3-5 sm,  eni  isə 0,3 sm-dir. Paxlası  açılmayandır,  yetişdikdə 

rəngi bozarır. Тoxumları paxlada sıra ilə düzülərək arakəsmələrlə 

əhatə  olunmuşdur  (şək.  4.  4).  Bu  arakəsmələr  paxlalara  üstdən 

baxdıqda da aydın görünür. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Şəkil 4. 4. Boyaq indigoferasının (İndigofera 



tinctoria) yetişməmiş paxlaları 

Şəkil 4. 3. Basma bitkisinin çiçək 

qrupu 

 


 

36 


 

V  FƏSİL.  BASMA BİТKİSİNİN BECƏRİLMƏ 

ÜSULLARI 

5. 1. Səpin müddətinin basma cücərtilərinin alınmasına 

təsiri 

Basma  bitkisindən  yüksək  keyfiyyətli  yarpaq  və  toxum  mə-

hsulu  əldə  etmək  üçün  optimal  səpin  müddətinin  təyin  edilməsi 

vacib məsələlərdən biridir. Bu məsələni həll etmək üçün müxtəlif 

bölgələrdə və şəraitdə müxtəlif vaxtlarda   basma toxumları səpib 

onlardan normal cücərtilərin alınması üsullarını araşdırmışıq.  

Müxtəlif  bölgələrdə  tarla  şəraitində  basma  cücərtilərinin 

alınmasına  səpin  vaxtının  təsirini  öyrənərkən  məlum  oldu  ki, 

Şirvan bölgəsində 10. IV ayda səpin aparmaqla bir paqon metrdən 

(uzununa  ölçülən  metr)  19  ədəd  normal  bitki,  20.  IV  ayda  səpin 

apardıqda 31  ədəd normal  bitki,  30.  IV  ayda  səpin  apardıqda isə 

28 ədəd normal bitki alınmışdır (cədvəl 5. 1). 

Gəncə - Qazax bölgəsində isə 10. V ayda səpin apardıqda bir 

paqon metrdən orta hesabla 33 ədəd, 20. V ayda səpin apardıqda 

43  ədəd,  30.  V  ayda  səpin  apardıqda  isə  38  ədəd  normal  basma 

bitkisi alınmışdır. 

Şirvan  bölgəsində  torpaqlarının  şoran,  ağır  qranulometrik 

tərkibli  olması  və  qrunt  sularının  səthə  yaxın  yerləşməsi  səbə-

bindən  alınmış  basma  cücərtilərinin  44-60  %-i  məhv  olur.  Məhz 

buna  görə  də  münasib  vaxtlarda  tarla  şəraitində  basma 

toxumlarının  səpilməsinə  baxmayaraq  bir  paqon  metrdən  alınan 

normal  basma  bitkisinin  sayı  Gəncə  -  Qazax  bölgəsində  Şirvan 

bölgəsinə nisbətən 9-14 ədəd artıq olmuşdur.   

Apardığımız  tədqiqatlarla  müəyyən  etdik  ki,  açıq  sahədə 

basma toxumlarının ən əlverişli səpin vaxtı Şirvan bölgəsində 20. 

IV ay, Gəncə - Qazax bölgəsində isə 20. V ay hesab edilməlidir. 



Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin