VitamiNLƏR, TƏSNİfati, FİZİKİ-KİMYƏVİ xassəLƏRİ. BİTKİ xammalindan alinmasi. EyniLİk və Mİqdari TƏYİNİ Üsullari. TƏKİBİNDƏ VİtamiNLƏr olan dərman biTKİ VƏ xammallari



Yüklə 252,36 Kb.
səhifə15/29
tarix14.12.2023
ölçüsü252,36 Kb.
#176769
1   ...   11   12   13   14   15   16   17   18   ...   29
Farmakoqnoziya 1 II kurs mühazirə 8 aze

Farmakoloji təsiri. Quşarmudu meyvələri polivitaminli vasitə olub, diuretik, ödqovucu və qankəsici xassəyə malikdir. Bitki vitaminli vasitə kimi çox qiymətlidir. Həmçinin hemostatik və zəif işlədici və tonizəedici təsir göstərir, maddələr mübadiləsini normaya salır. Parasorbin turşusu bakterisid təsirə malikdir və konservant hesab edilir. Hipo- və avitaminozlarda, eləcə də aterosklerozda, podaqrada, revmatizmdə, babasildə, böyrək və sidik kisəsi xəstəliklərində, hipasid qastritdə profilkatik və müalicəvi məqsədlə isitifadə olunur.
İstifadəsi. Quşarmudu meyvələrinin dəmləməsi tərkibində əhəmiyyətli miqdarda karotin olan polivitaminli vasitə kimi hipo- və avitaminozlarda təyin edilir.
Bitkinin təzə meyvələrindən vitaminli şərbət hazırlanır. Quşarmudu ödqovucu vasitə kimi də işlədilir.
Quşarmudu meyvələri müxtəlif vitminli yığıntıların tərkibinə daxildir.


Yerkökü meyvəkökləri Radix Dauci
Yerkökü meyvələri – Fructtus Dauci
Bitkisi: əkilən yerkökü Daucus sativus (Hoffm.) Roehl.
Fəsiləsi: kərəvüzkimilər (çətirçiçəkkimilər) Apiaceae (Umbelliferae)
Botanik təsviri. İkiillik tərəvəz bitkisidir. Birinci il rozet şəklində kökyanı yarpaqlar və çeşidindən asılı olaraq qırmızı-narıncı, az-az hallarda sarı və ya ağ rəngli (yem kimi istifadə edilən çeşidlərdə) meyvəkökü əmələ gəlir. Meyvəköklər silindrik, konusvari və ya yastılaşmış-kürəşəkilli formalı olur. Bitkinin gövdəsi 30-100 sm hündürlüyündə olub, səthi şırımlı və qaba tükcüklərlə örtülüdür. Yarpaqları 20 sm-ə qədər uzunluqda, dəfələrlə lələkvari-yarılmış üçbucaq, yumurtavari və uzunsov formadadır. Gövdənin aşağı hissəsindəki yarpaqları uzun saplaqlı, yuxarı hissədəki yarpaqlar isə oturaqdır. Çiçəyi 1-15 şüadan ibarət olan mürəkkəb çətirdir. Çiçək çətirinin şüalarının səthi kələ-kötürdür, çiçək açıldıqda yayılmış, meyvə əmələgətirmə zamanı isə bir-birinə sıxılmış vəziyyətdə olur. Qının yarpaqcıqları üçbölümlü və ya lələkvaridir, çoxsaylıdır, xətkeşşəkilli-bizvari və ya ensiz-yumurtavari formadadır. Çiçəklər xırda dişcikli kasacıqdan, ağ, qırmızı və ya sarımtıl ləçəklərdən ibarətdir. Səbətin ortasında tünd-qırmızı rəngli çiçək yerləşir. Meyvəsi 3-4 mm uzunluğunda, ellipsşəkilli, ikibölümlü qoşadənmeyvədən ibarətdir. Yarımmeyvənin (merikarpiya) üzərində 2 cərgədə yerləşmiş cod tükcüklərlə örtülü 5 əsas sapşəkilli və üzərində bizvari tikanlar yerləşən 4 ikincili qabırğa (til) yerləşir. Sekretor kanallar ikincili qabırğaların altında tək-tək yerləşir. 2 kanal isə yarımmeyvələrin sərhəddində müşahidə olunur.
Bitki həyatının birinci ilində, iyun-iyul aylarında çiçək açır.
Vətəni Aralıq dənizi ətrafı ölkələrdir. Əksər ölkələrdə, o cümlədən Azərbaycanda da geniş becərilir.

Yüklə 252,36 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin