VitamiNLƏR, TƏSNİfati, FİZİKİ-KİMYƏVİ xassəLƏRİ. BİTKİ xammalindan alinmasi. EyniLİk və Mİqdari TƏYİNİ Üsullari. TƏKİBİNDƏ VİtamiNLƏr olan dərman biTKİ VƏ xammallari



Yüklə 252,36 Kb.
səhifə17/29
tarix14.12.2023
ölçüsü252,36 Kb.
#176769
1   ...   13   14   15   16   17   18   19   20   ...   29
Farmakoqnoziya 1 II kurs mühazirə 8 aze

Çaytikanı meyvəsi Fructus Hippophaёs
Bitkisi: murdarçayabənzər çaytikanı Hippophaё rhamnoides L.
Fəsiləsi: iydəkimilər Elaeagnaceae
Botanik təsviri. Budaqlı, ikievli kol və ya ağac bitkisidir. Budaqları tikanlıdır. Gövdə və budaqları-nın qabığı qəhvəyi-yaşıldan qara rəngə qədər dəyişir. Demək olar ki, oturaq vəziyyətdə yerləşən üst səthi bozumtul-yaşıl, alt səthi isə üzərini örtən gümüşü pulcuqlarla əlaqədar, gümüşü-boz rəngdə olan xətvari və ya xətvari-lansetşəkilli yarpaqları vardır.
Çiçəkləri xırda və görkəmsizdir; erkək çiçəkləri ikibölümlü, yaşılımtıl-qəhvəyi rəng-li paylı çiçəkyanlığına malik olub, xırda, qısa sünbüllərə toplanmışdır; dişi çiçəkləri boru-şəkilli çiçəkyanlıqlı olub, 2-5 ədəd olmaqla yarpaqların və ya tikanların qoltuğunda qısa saplaqları ilə yerləşmişdir. Hər 2 qrup çiçəklər pulcuqlarla örtülmüş, dişi çiçəklərin dilimlərinin daxili səthinin yuxarı hissəsi isə həmçinin ağ tükcüklərlə də sıx örtülmüşdür. Ətli, şirəli, uzunsov-dəyirmi formalı və ya kürəşəkilli, sarı və ya narıncı-sarı rəngli meyvəsi var-dır; çəyirdəyi yumurtavari formalıdır, tünd-qəhvəyi rənglidir, hamardır, uzununa şırıma malikdir.
Çaylaqlarda yayılmış və kütləvi yayılma sahələri əmələ gətirmişdir. Rusiyanın Zabaykalye vilayətində, Sibirin cənubunda, Altayda, Qazaxıstanda, Qırğızıstanda, Tacikistanda, Qafqazda yayılmışdır. Azərbaycanda təbii şəraitdə Böyük Qafqazın cənub ətəklərində yerləşən rayonlarda (Şəki, Qəbələ, Quba, Qusar və d.) bitir, həmçinin Şəki və Qax rayonlarında becərilir.
Kimyəvi tərkibi. Meyvənin əsas hissəsini şirəli meyvəyanlığı təşkil edir. Yalnız ümumi çəkinin 10 %-i toxumlardan ibarətdir. Yabanı bitən çaytikanının yetişmiş təzə meyvələrinin tərkibində 3-12 % piyli yağ (orta hesabla 8 %), karotinlər (6-20 mq/100 qr), likopin, zeaksantin, tokoferollar (8-18 mq/100 qr), K, B1, B2, B6, C vitaminləri, üzvi turşular (alma, çaxır və s.), mono- və disaxaridlər, pektin maddələri (60 %-ə yaxın), katexinlər (epiqallokatexin və qallokatexin), leykosianidinlər, flavonoidlər: rutin, kversetin və d.), fenol turşuları (qəhvə, xlorogen), triterpen birləşmələri (ursol turşusu və s.), fosfolipidlərdən – fosfatidilxolin və fosfatidiletanolamin, xolin, betain, aşı maddələri, β-sitosterin, aminturşular, triterpenlər (ursol turşusu və s.) və s. vardır.
Çaytikanı meyvələrinin tərkibində bitdiyi şəraitdən və formasından asılı olaraq 3 %-dən 14 %-ə qədər piyli yağ aşkar edilmişdir. Onun tərkibində 85-90 % olein, palmitin və palmitolein turşularının triqliseridlərindən ibarətdir. Bitkinin yağı üçün palmitolein turşusunun triqliseridi xarakterikdir və xammalın tədarük olunduğu ərazidən asılı olaraq 20-45 % arasında dəyişir.
Çaytikanı toxumlarının tərkibində 10 %-ə qədər piyli yağ var və tərkibinə görə meyvələrin lətli hissəsinin yağından fərqlənir. Bu quruyan yağ olub, əsasən, linol (45 %-ə qədər) və linolen (28 %-ə qədər) turşularının qliseridlərindən ibarətdir.



Yüklə 252,36 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin