VitamiNLƏR, TƏSNİfati, FİZİKİ-KİMYƏVİ xassəLƏRİ. BİTKİ xammalindan alinmasi. EyniLİk və Mİqdari TƏYİNİ Üsullari. TƏKİBİNDƏ VİtamiNLƏr olan dərman biTKİ VƏ xammallari



Yüklə 252,36 Kb.
səhifə12/29
tarix14.12.2023
ölçüsü252,36 Kb.
#176769
1   ...   8   9   10   11   12   13   14   15   ...   29
Farmakoqnoziya 1 II kurs mühazirə 8 aze

Gülümbahar çiçəkləri Flores Calendulae
Bitkisi: dərman (aptek) gülümbaharı Calendula officinalis L.
Fəsiləsi: mürəkkəbçiçəklilər Asteraceae
Botanik təsviri. Üzərində vəzicikli tükcüklər olan birillik, nadir hallarda ikiillik ot bitkisidir. Dikdayanan, yaşıl rəngli, qabırğalı, sıxyarpaqlı, budaqlı gövdələri vardır. Gövdə yarpaqları uzunsov-lansetvarı və ya uzunsov tərs yumurtaşəkilli olub, gövdəni bürüyən və oturaqdır. Kökyanı yarpaqları saplaqlıdır, uzunsov tərs yumurtaşəkilli, tamkənarlı və ya kənarları azacıq dişlidir. Çiçəkləri qızılı-sarı və ya narıncı rəngdə olub, tək-tək yerləşən səbətlərə toplanmışdır. Müxtəlif formalı toxumcadan ibarət uçağansız meyvələri vardır. Yazın əvvəlindən payızın sonuna qədər, Azərbaycanın bəzi rayonlarında isə bütün il boyu çiçəkləyir.Vətəni Aralıq dənizi sahili ölkələridir. Demək olar ki, hər yerdə bəzək və dərman bitkisi kimi becərilir.
Kimyəvi tərkibi. Çiçəklərində karotinoidlər: likopin, α-karotin, β-karotin (30 mq/100 qr), γ-karotin və onların oksigenli törəmələri – violoksantin, sitroksatin, likopin, rubiksantin, flavoksantin, flavoxrom, və s. vardır. Gülümbaharın, xüsusən çiçəkləri daha tünd və parlaq rəngli sortları karotinoidlərlə zəngindir. Bitkinin çiçəklərində həmçinin flavonoidlər (0,1 %-ə qədər) (kempferol, kversetin və izoramnetin (narsissin), askorbin turşusu, selik maddələri, alkaloidlər, triterpen qlikozidlər, qətranlar, üzvi turşular: salisil, alma, acı seskviterpen laktonu olan kalendin və tsikloheksanon loliolid, sitosterinlər: stiqmasterol və β-sitosterin aşkar edilmişdir. Otunda kalendin, alkaloidlər, flavonoidlər (4 %-ə qədər), aşı maddələri (6%), hidroliz olunduqda oleanol turşusu əmələ gətirən 8 triterpen saponinlər: kalendulozid A, B, C, D və s., həmçinin lupeolun törəmələri olan arnidiol və faradiol triterpen diolları aşkar edilmişdir. Toxumlarında piyli yağlar toplanır.
Gülümbahar çiçəklərinin xarakterik iyi onların tərkibində olan efir yağı (0,12%-ə qədər) ilə bağlıdır.

Faradiol Arnidiol



Kalendulozid B


Dərman xammalı. Çiçək səbətlərini, onlardakı dilcikvarı çiçəklər üfüqi vəziyyətdə dayanan dövrdə, saplaqsız toplayırlar. Toplanmış xammalı günün altında nazik təbəqə ilə
sərib, 2 saat müddətində soluxdurur, sonra isə açıq havada, kölgəli yerdə və ya quruducu-larda qurudurlar.
Qurudulmuş bütöv çiçək səbətlərinin diametri 0,5-dən 4 sm-ə qədər olub, çiçək-yatağı yastı və çılpaqdır, örtüyü isə bir cərgə ensiz lansetşəkilli, itiuclu yarpaqcıqlardan təşkil olunmuşdur. Xammalda 10 %-ə qədər saplaqlı çiçək səbətlərinə yer verilir, dilcikvarı çiçəkləri tam tökülən səbətlərin miqdarı isə 20 %-dən çox olmamalıdır.

Yüklə 252,36 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin