Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə6/44
tarix07.04.2017
ölçüsü3,44 Mb.
#13625
1   2   3   4   5   6   7   8   9   ...   44

www.vivo-book.com 

 

73 



arasındakı  uzun  sətirin  baĢlığında  “Ziyarətçinin  adı”  yazılmıĢdı.  Bir 

neçə an gərgin düĢündükdən sonra – ola bilsin ki, sözləri düz yazmaq 

üçün, çünki bu fikrin lap əvvəldən onun ağlında olduğuna adım kimi 

əminəm,  – Brutus Hovell  səliqə ilə  yazdı: “Paroxod Billi”. O vaxtlar 

əksər  adamlar  onu  Mikki  Maus  kimi  tayırdı.  Ona  görə  ki,  ilk  səsli 

multfilm  göstəriləndə,  o  öz  gözlərini  fırladır,  ayaqlarını  yırğalayır  və 

kapitan körpüsündəki fitin ipini dartırdı.   

– Bax belə, – Brutus dedi və kitabı bağlayıb siyirməyə qoydu. – 

Ġndi hər Ģey qaydasındadır. 

Mən  güldüm,  amma  zarafat  edildiyini  bildiyi  halda  belə  öz 

ciddiyyətindən  əl  çəkə  bilməyən  Din  qaĢlarını  çatıb  qeyzlə  eynəyinin 

ĢüĢələrini silməyə baĢladı.  

– Kimsə bunu görsə, sənin ciddi problemlərin olacaq. – Bir anlıq 

tərəddüddən  sonra  əlavə  etdi:  –  Kimsə  baĢqası!  –  O  yenə  sözünə  ara 

verib  susdu,  uzağı  görməyənlər  kimi  gözlərini  qıyaraq  ətrafa  baxdı, 

sanki  divarların  qulaqları  çıxıb-çıxmadığını  görmək  istəyirdi.  Sonra 

yenə dilləndi: – Kimsə, məsələn, Persi kimi bir əclaf.  

– Daha nələr, – Brutus dedi. – Persi Uetmor öz arıq dalı ilə bu 

masanın arxasına oturan gün mənim təqaüdə çıxacağım gün olacaq. 

– Sən onda burada olmayacaqsan, – Din dedi. – Səni ziyarətçilər 

kitabında yazdıqlarına görə çoxdan qovmuĢ olacaqlar, əgər Persi lazım 

olan sözü lazım olan adamın qulağına desə. Ġnan, o bunu eləyə bilər. 

Sən də bunu yaxĢı bilirsən. 


www.vivo-book.com 

 

74 



Brutus  ona  acıqla  baxdı,  amma  bir  söz  demədi.  FikirləĢdim  ki, 

sonra  bu  yazdıqlarını  kitabdan  silər.  Əgər  silməzsə,  onda  mən  özüm 

silərəm. 

Növbəti  axĢam,  əvvəlcə,  Bitterbakı,  sonra  isə  Prezidenti  “D” 

blokuna  aparandan  sonra  –  oranın  məhbusları  yatandan  sonra  biz  öz 

qrupumuzu  oradakı  hamama  aparırdıq  –  Brutus  məndən  soruĢdu  ki, 

bəlkə karserdə Paroxod Billini axtaraq.  

– Hə, məncə, bunu etməliyik, – dedim. Keçən gecə bu siçan bizi 

əməlli-baĢlı  güldürmüĢdü,  amma  onu  da  bilirdim  ki,  əgər  biz  siçanı 

karserdə  tapsaq,  xüsusilə  də  görsək  ki,  o,  karserin  yumĢaq  üzlü 

divarlarının birini gəmirərək özünə yuva düzəltməyə baĢlayıb, biz onu, 

Ģübhəsiz, öldürəcəyik. Kolonistlər ilə birlikdə yaĢamaqdansa, nə qədər 

əyləncəli biri olur olsun, kəĢfiyyatçını öldürmək daha yaxĢıdır. Bir də 

açıq-açığına  söyləməliyəm  ki,  aramızda  heç  kim  bir  siçanı 

öldürməkdən  xəcalət  çəkməzdi.  Əslində,  məhz  siçovulları 

öldürdüyümüzə görə dövlət bizə maaĢ verirdi.  

Lakin həmin axĢam biz, sonralar Mister Cingls kimi tanıdığımız 

Paroxod  Billini  nə  divarların  yumĢaq  üzlüklərinin  arxasında,  nə  də 

oradan  dəhlizə  çıxardığımız  zir-zibilin  arasında  tapa  bildik.  Orada 

həddən  çox  zir-zibil  vardı,  mənim  düĢündüyümdən  də  çox,  çünki  biz 

çoxdan  idi  ki,  karser  kamerasından  istifadə  eləmirdik.  Uilyam 

Uertonun gəliĢi ilə vəziyyət dəyiĢəcəkdi, amma biz, əlbəttə, bunu hələ 

bilmirdik. XoĢbəxtlikdən. 


www.vivo-book.com 

 

75 



– O hara itib? – nəhayət, Brutus iri göy rəngli yaylıqla boynunun 

arxasından tərini silə-silə soruĢdu. – Nə bir deĢik var, nə də yarıq... heç 

nə,  amma  ...  –  O,  döĢəmədəki  kanalizasiya  dəliyini  göstərdi. 

Barmaqlığın altında nazik polad məftilli tor vardı, amma buradan heç 

milçək də keçə bilməzdi. – O bura necə girir, buradan necə çıxır? 

– Mən də bilmirəm, – dedim.  

– Amma o necəsə bura gəlib, elə deyilmi? Demək istəyirəm ki, 

biz üçümüz də onun bura girdiyini görmüĢük. 

– Hə, düz qapının altından. Bir az sürtünsə də, keçə bildi.  

–  Aman  Allah,  –  Brutus  dedi.  Bu  sözlər  belə  yekəpər  adamın 

dodaqlarında  qəribə  səslənirdi.  –  Nə  yaxĢı  ki,  məhbuslar  belə 

balacalaĢa bilmirlər, elə deyilmi?  

–  Hə,  əlbəttə,  –  deyərək  mən  orada  bir  dəlik  və  ya  çat  olub-

olmadığına  əmin  olmaq  üçün  nəzərlərimi  bir  daha  divarlara  çəkilmiĢ 

kətan  parçanın  üzərində  gəzdirdim.  Heç  nə  görə  bilmədim.  –  YaxĢı, 

gəl gedək. 

Paroxod  Billi  bir  də  üç  gün  sonra,  Harri  Tervilliger  növbədə 

olanda  göründü.  Persi  də  növbədə  idi  və  Dinin  istifadə  etməyi 

düĢündüyü  polağacı  ilə  siçanı  YaĢıl  Milin  döĢəməsi  boyu  bir  xeyli 

qovdu. Gəmirici  asanlıqla Persinin  əlindən qaça  bildi  və  müzəffər bir 

görkəmlə  karser  otağının  qapısının  altında  gözdən  itdi.  Var  gücü  ilə 

bağıra-bağıra Persi qapını açdı və içəridəki zir-zibili yerindən dəhlizə 

çıxartdı. Harrinin dediyinə görə, bu mənzərəyə baxmaq həm gülməli, 


www.vivo-book.com 

 

76 



həm  də  vahiməli  idi.  Persi  bu  siçanı  tutub  onun  baĢını  üzəcəyini 

bağırırdı,  amma  təbii  ki,  onu  tuta  bilmədi.  Yarım  saatdan  sonra 

tərləmiĢ,  saçları  qarıĢmıĢ  və  köynəyi  arxadan  çıxmıĢ  bir  vəziyyətdə 

Persi  növbətçi  masasına  yaxınlaĢaraq  Harriyə  (Harri  həmin  vaxt  bu 

səs-küyün  içində  oturub,  sakitcə  kitab  oxuyurmuĢ)  deyibmiĢ  ki, 

qapının altına səs izolyasiya edən zolaq yapıĢdıracaq və bu da gəmirici 

problemini birdəfəlik çözəcək.  

–  Bunu  çox  gözəl  düĢünmüsən,  Persi,  –  deyə  Harri  əlindəki 

vesternin  vərəqini çevirərək cavab verib. O düĢündü ki, Persi qapının 

altındakı yarığı bağlamağı unudacaq və o haqlı idi. 

 

 



 

 

Bu  hadisələr  baĢ  verəndən  xeyli  sonra,  həmin  il  qıĢın  sonunda 

bir axĢam Brutus yanıma gəldi. Həmin axĢam “E” blokunda ikimizdən 

baĢqa  heç  kim  yox  idi  –  kameralar  müvəqqəti  olaraq  boĢdur, 

nəzarətçilər  isə  baĢqa  iĢ  yerlərinə  təyin  edilmiĢdilər.  Persi  Briar 

Ricdəki yeni iĢinə keçmiĢdi.  

– Bura gəl, – Brutus bir az gülməli və boğuq səslə dedi və mən 

diqqətlə  ona  baxdım.  Bayırda  yağan  sulu  qardan  canımı  qurtarıb 



www.vivo-book.com 

 

77 



yenicə içəri girmiĢdim və kitelimi asmazdan öncə, çiyinlərimdəki qarı 

silkələyirdim.  

– Nəsə bir problem var? – deyə soruĢdum. 

–  Yox,  –  dedi.  –  Amma  mən  Mister  Cinqlzın  gizləndiyi  yeri 

tapdım.  Demək  istəyirəm  ki,  o  ilk  dəfə  gələndə,  yəni  Delakrua  onu 

özünə götürməzdən öncə. Baxmaq istəyirsənmi? 

Əlbəttə  ki,  görmək  istəyirdim.  Onun  arxasınca,  YaĢıl  Mil  ilə 

karser  kamerasına  getdim.  Bizim  orada  saxladığımız  bütün  əĢyalar 

dəhlizə  çıxarılmıĢdı;  deyəsən,  Brutus  təmizlik  iĢləri  görmək  üçün  bu 

müvəqqəti  sakitlikdən  istifadə  etmiĢdi.  Qapı  açıq  olduğundan, 

kameranın içində polağacı ilə vedrəni gördüm. Rəngi YaĢıl Milin rəngi 

ilə  eyni  çalarda  olan  döĢəmənin  üstündəki  nəmli  zolaqlar  qurumaqda 

idi.  Kameranın  düz  ortasında  nərdivan  vardı.  Adətən,  bu  nərdivan 

edama  aparılarkən  məhbusların  son  dəfə  dayandıqları  yer  kimi  də 

istifadə  edilən  anbar  otağında  saxlanırdı.  Nərdivanın  lap  yuxarı 

tərəfində bir çıxıntı vardı – fəhlə bu çıxıntıya öz alətlərini, rəngsaz isə 

boya vedrəsini qoya bilərdi. Bu çıxıntının  üstündə  balaca fənər vardı. 

Brutus onu mənə uzatdı. 

–  Buraya  dırmaĢırmıĢ.  Sənin  boyun  mənimkindən  alçaq 

olduğuna  görə  lap  baĢa  qədər  dırmaĢmalı  olacaqsan,  qorxma,  sənin 

ayaqlarından tutacam. 

– Ayağıma toxunanda qıdığım gəlir, – yuxarı qalxa-qalxa dedim. 

– Xüsusilə də dizlərimə toxunanda. Mən bunu nəzərə alaram. 


www.vivo-book.com 

 

78 



– YaxĢı, – dedim, – amma bir siçanın yerini tapmaq üçün qıçını 

sındırmaq, məncə, ağılsızlıqdır.  

– Nə dedin? 

– BoĢ ver  getsin.  – Həmin  vaxt  baĢım  artıq tavanın  ortasındakı 

setkalı  lampanın  səviyyəsinə  çatmıĢdı  və  dırmaĢdığım  nərdivanın 

mənim  ağırlığımın  altında  necə  əsdiyini  hiss  edirdim.  Bayırdan  qıĢ 

küləyinin vıyıltısı gəlirdi. – Bircə məni bərk tut.  

–  TutmuĢam,  narahat  olma,  –  deyərək  o,  baldırlarımdan  bərk-

bərk  tutdu  və  mən  bir  pillə  də  yuxarı  qalxdım.  Ġndi  baĢım  tavandan 

təxminən  iyirmi  beĢ-otuz  santimetr  aĢağı  idi  və  bir  neçə  zəhmətkeĢ 

hörümçəyin  tavan  tirlərinin  qovuĢduğu  yerdə  toxuduğu  toru  görə 

bilirdim.  Əlimdəki  fənərin  iĢığı  ilə  ətrafa  baxdım,  amma  bu  qədər 

yüksəyə qalxaraq özünü riskə atmağa dəyəcək bir Ģey görə bilmədim.  

– Yox, – Brutus dedi, – sən lazım olan yerə baxmırsan, Pol. Ġki 

tirin  birləĢdiyi  yerə,  sol  tərəfə  bax.  Görürsənmi?  Onlardan  birisinin 

rəngi solub.  

– Görürəm.  

– ĠĢığı həmin yerə sal. 

Mən  fənərin  iĢığını  həmin  səmtə  yönəldəndə,  onun  mənə 

göstərmək  istədiyi  Ģeyi,  demək  olar  ki,  dərhal  gördüm.  Bu  tirlər  bir-

birinə  altı  zivana  ilə  bərkidilmiĢdi.  Zivanalardan  biri  çıxdığına  görə 

onun  yerində  iyirmi  beĢ  sentlik  boyda  qara,  dəyirmi  boĢluq  qalmıĢdı. 



www.vivo-book.com 

 

79 



Mən,  əvvəlcə,  o  qara  boĢluğa,  sonra  da  çevrilərək  çiynimin  üstündən 

Ģübhə ilə Brutusa baxdım.  

– Siçan balaca idi, – dedim, – amma bu dəlikdən keçəcək qədər 

yox. Yox, dostum, buna inanmadım. 

–  Ġstəyirsən  inan,  istəyirsən  inanma,  siçan  məhz  o  dəlikdən 

keçib, – Brutus dedi. – Mən buna adım kimi əminəm.  

– Sənin necə belə əmin olduğunu anlaya bilmirəm. 

– Onda bir az ora yaxınlaĢ və iylə, qorxma, səni tutmuĢam. 

Mən sol əlimlə tirlərin birindən tutaraq – belə özümü daha rahat 

hiss  edirdim  –  onun  dediyi  kimi  etdim.  Bayırda  külək  yenə 

güclənmiĢdi  və  həmin  dəlikdən  gələn  hava  vıyıltı  ilə  üzümə  vurdu. 

Cənub  sərhədindəki  qıĢın  donduran  nəfəsini...  bir  də  anlaya 

bilmədiyim baĢqa bir Ģey hiss edirdim.  

Nanəli kökə ətri. 

Mən Delakruanın kövrək bir səslə – “Mister Cinqlzı qoruyun” – 

dediyini  eĢitdim.  Bu  sözləri  eĢitdim  və  fransız  onu  mənə  verəndə, 

Mister Cinqlzın tüklü bədəninin hərarətini hiss etdim; adi bir siçan idi 

–  Ģübhəsiz,  öz  həmcinslərindən  qat-qat  ağıllı  olsa  da.  Delakrua:  “O 

əclafın  mənim  siçanıma  xətər  yetirməsinə  imkan  verməyin”,  – 

deyəndə, ona söz verdim. YaĢıl Mil ilə keçməli olduqları yol mif və ya 

fərziyyəyə əsaslanan bir anlam olmaqdan çıxaraq qarĢılarında reallığa 

çevriləndə,  mən  həmiĢə  onların  xahiĢlərini  yerinə  yetirəcəyimə  söz 



www.vivo-book.com 

 

80 



verirdim.  “Ġyirmi  il  görmədiyim  qardaĢıma  bu  məktubu 

çatdırarsınızmı?”  

Söz verirdim ki, çatdıraram.  

“Ruhumun  rahatlığı  üçün  on  beĢ  dəfə  “Ave  Mariya” 

oxuyarsınızmı?”  

Söz verirdim ki, oxuyaram.  

“Dini  adımla  ölməyimə  və  bu  adın  qəbrimin  baĢdaĢına 

yazılmasına nəzarət edərsinizmi?” 

Söz verirdim ki, edərəm...  

Məhz  istəklərinin  yerinə  yetiriləcəyinə  söz  verəndə,  onlar  YaĢıl 

Milin  sonunadək  öz  ruhi  müvazinətlərini  qorumaq  və  stula  sakitcə 

oturmaq  iqtidarında  olurdular.  Əlbəttə,  mən  verdiyim  bütün  vədləri 

yerinə  yetirə  bilməzdim,  amma  Delakruaya  verdiyim  sözü  tutdum. 

Fransızın  özünə  gəlincə,  onun  ödəyəcəyi  hesab  çox  ağır  oldu.  O 

“heyvan” Delakruaya çox əzab-əziyyət verdi, özü də lap çox. Hə, mən, 

əlbəttə  ki,  onun  nə  etdiyini  bilirəm,  lakin  Qoca  Qığılcımın  rəhimsiz 

ağuĢuna düĢən zaman Delakruanın baĢına gələnləri yaĢamağa heç kim 

layiq ola bilməz.  

...Nanəli kökə ətri. 

Bir də baĢqa nəsə. Həmin dəliyin dərinliyində nəsə.  

Sol  əlimi  hələ  də  tirdən  çəkmədən  və  Brutusun  artıq  özü  də 

bilmədən,  mənim  həssas  dizlərimi  qıdıqlamasına  fikir  vermədən  sağ 

əlimlə  döĢ  cibimdən  qələmi  çıxardım.  Bir  əlimlə  qələmin  qapağını 


www.vivo-book.com 

 

81 



açdım və sonra dəliyin içindəkini çölə çıxarmaq üçün qələmin ucunu 

ora salıb qurdaladım. Dəliyin içindəki parlaq sarı rəngə boyanmıĢ ağac 

tiliĢkə  idi.  O  an  mən  yenə  Delakruanın  səsini  eĢitdim,  bu  dəfə  elə 

aydın eĢitdim ki,  elə bil  onun ruhu bizimlə bu kamerada idi. Onu da 

qeyd  edim  ki,  Uilyam  Uorton  vaxtının  çox  hissəsini  məhz  bu 

kamerada keçirirdi. 

–  Ey,  uĢaqlar!  –  bu  dəfə  bizi  səsləyən  adam  hər  kim  idisə, 

gülürdü.  Deyəsən,  harada  olduğunu  və  onu  nə  gözlədiyini  bir  anlıq 

olsun unutmuĢdu. – Gəlin, görün Mistr Cinqlz nə edə bilir! 

–  Ġlahi,  –  astadan  pıçıldadım.  Elə  bildim,  bu  dəqiqə  nəfəsim 

kəsiləcək.  

– Nə oldu, birini də tapdın? – Brutus məndən soruĢdu. – Mən üç, 

ya da dördünü tapmıĢam.  

Nərdivanla aĢağı enib, onun mənə tərəf uzanan iri ovcuna fənərlə 

iĢıq saldım. Orada bir neçə ağac tiliĢkəsi vardı, elflər – pərilər – üçün 

biryulkalara  –  çöp  oyununa  –    bənzəyirdi.  Ġkisi  mənim  tapdığım  çöp 

kimi  sarı,  biri  yaĢıl,  biri  isə  qırmızı  rəngdə  idi.  Onlar  boya  ilə  deyil, 

plastik karandaĢla rənglənmiĢdi.  

– Ġlahi, – asta və titrək səslə dedim. – Bunlar ki həmin makaranın  

qırıqlarıdır, elə deyilmi? Bəs niyə? Bəs niyə onlar buradadır? 

– UĢaq vaxtı mən indiki kimi belə iri deyildim, – Brutus dedi. – 

On  beĢ-on  yeddi  yaĢlar  arasında  birdən-birə  sürətlə  boy  atmağa 

baĢladım. O vaxtadək isə çox xırda sümüklü idim və ilk dəfə məktəbə 


www.vivo-book.com 

 

82 



gedəndə, mənə  elə  gəlirdi  ki,  çox balacayam,  elə balacayam... demək 

olar  ki,  lap  siçan  kimi.  Balaca  qalacağımdan  elə  qorxurdum  ki,  az 

qalırdı, ürəyim partlasın. Bilirsənmi onda nə etdim? 

Dinməzcə  baĢımı  buladım.  Bayırda  yenə  küləyin  vıyıltısı 

eĢidildi.  Tirlərin  arasındakı  hörümçək  toru  cırılmıĢ  krujeva  kimi 

yellənirdi.  Həyatım  boyu  heç  vaxt  bu  qədər  çox  kabus  və  xəyalların 

olduğu bir yerdə olmamıĢdım və məhz burada, dayanıb bizə bu qədər 

əzab-əziyyət  vermiĢ  makaranın  qırıqlarına  baxanda,  birdən  Con 

Koffinin YaĢıl Mil ilə gedərkən ürəyimdən keçən hislərin nə olduğunu 

baĢa  düĢdüm:  mən  daha  burada  iĢləyə  bilməyəcəkdim.  Artıq  mənim 

vecimə  deyildi  –  Depressiya  var,  ya  yoxdur:  daha  insanların  mənim 

kabinetimdən  keçərək  necə  ölümə  getdiklərinə  baxa  bilmirdim.  Hətta 

bir nəfər belə baĢqa məhbus gəlsəydi, bu da məndən ötrü həddən artıq 

çox olacaqdı.  

– Mən öz anamdan onun burun dəsmallarından birini istədim, – 

Brutus  dedi.  –  Özümü  balaca  hiss  edib  ağlamaq  istəyəndə,  anamın 

dəsmalını  çıxarır,  ondan  gələn  ətri  iyləyir  və  özümü  daha  yaxĢı  hiss 

edirdim.  

–  Sən  demək  istəyirsən  ki...  Necə?  Yəni  bizim  bu  siçan 

Delakruanı  xatırlamaq  üçün  o  makaranın  qırıqlarınımı  çeynəyirdi? 

Yəni biz siçandan danıĢırıq, elə deyilmi? 

O nəzərlərini qaldırdı. Bir anlıq mənə elə  gəldi ki, onun gözləri 

yaĢarıb, amma zənnimcə, yanılırdım.  


www.vivo-book.com 

 

83 



– Mən heç nə  demək istəmirəm,  Pol.  Lakin  o çubuqları  burada 

tapdım  və  onlardan  gələn  nanəli  kökənin  ətrini  hiss  etdim,  lap  elə 

sənin  kimi  –  axı  sən  də  bu  ətri  hiss  etdin!  Mən  daha  belə  iĢləyə 

bilmirəm.  Daha  burada  iĢləmək  istəmirəm.  Mənə  elə  gəlir  ki,  bircə 

nəfəri  də  o  lənətə  gəlmiĢ  stulda  görsəm,  dərddən  öləcəyəm.  Bazar 

ertəsi  rəhbərlikdən  xahiĢ  edəcəyəm  ki,  məni  azyaĢlılar  üçün  olan 

koloniyalardan  birinə  keçirsinlər.  Bura  baĢqa  bir  məhbus  gələnədək 

yerimi dəyiĢə bilsəm, nə əla olar, yox, əgər bu mümkün olmasa, onda 

iĢdən çıxacağam və yenə öz fermamıza qayıdacağam.  

– Öz həyatın boyu daĢlardan baĢqa nə becərmisən?  

– Bunun heç bir əhəmiyyəti yoxdur. 

–  Mən  nə  demək  istədiyini  baĢa  düĢürəm,  –  dedim.  – 

FikirləĢirəm  ki,  səninlə  birlikdə  mən  də  bu  zəhrimara  qalmıĢ  iĢdən 

çıxım.  


O, bir müddət diqqətlə mənim üzümə baxdı, sanki  yenə zarafat 

edib-etmədiyimi  müəyyənləĢdirmək  istəyirdi,  sonra  dinməzcə  baĢını 

yırğaladı, guya hər Ģey artıq razılaĢdırılmıĢdı. Yenidən küləyin vıyıltısı 

eĢidildi,  amma  bu  dəfə  elə  güclü  əsirdi  ki,  onun  təzyiqinə  davam 

gətirməkdə  zorlanan  tavan  tirləri  cırıldadı.  Biz  təlaĢla  ətrafa,  üzünə 

parça  çəkilmiĢ  divarlara  baxdıq.  Bir  anlıq  mənə  elə  gəldi  ki,  biz 

Uilyam Uortonun səsini eĢitdik – Körpə Billinin yox, onun yox. Bizim 

üçün  hələ  Bloka  gəldiyi  ilk  gündən  o,  “Azğın  Billi”  idi.  O,  tez-tez 

qıĢqırır və gülərək bizə deyirdi ki, ondan canımızı qurtaranda, həddən 


www.vivo-book.com 

 

84 



artıq  sevinəcəyik.  Bir  də  deyirdi  ki,  biz  onu  heç  zaman  yaddan 

çıxarmayacağıq. Ġndi boynuma alıram ki, onun dedikləri həqiqət oldu. 

O, haqlı çıxdı. 

Brutusla  həmin  axĢam  karser  kamerasında  razılaĢdığımız 

məsələyə  gəlincə,  hər  Ģey  elə  qərar  verdiyimiz  kimi  də  oldu.  Elə  bil, 

həmin axĢam biz rənglənmiĢ taxtanın xırda qırıqları üzərində təntənəli 

and içmiĢdik. Heç birimiz həmin gündən sonra edam prosesində iĢtirak 

etmirdik. Con Koffi sonuncu oldu.  

 

 

 



İkinci Hissə 

 

Siçan Yaşıl Mildə 

 



 

Həyatımdakı  bütün  qeyri-müəyyənliklərə  aydınlıq  gətirdiyim, 

dolaĢıq fikirlərimi sahmana saldığım qocalar evinin adı Corciya Paynz 

idi. Bu yer Atlantanın təxminən 100 kilometrliyində, əksər insanların 

həyatından  –  səksən  yaĢına  çatmamıĢ  və  belə  deyək  ki,  sadəcə  öz 

həyatlarını yaĢayan insanlardan – iki yüz iĢıq ili məsafədə yerləĢir. Bu 

sətirləri  oxuyan  sizlər  çox  diqqətli  olmalısınız  ki,  gələcəyinizdə  belə 


www.vivo-book.com 

 

85 



məkanlara  yer  olmasın.  Əslində,  bu  məkan  əksər  cəhətlərinə  görə  elə 

də  qorxulu  yer  deyil:  burada  kabel  televiziyası  var,  dadlı  yeməklər 

verilir  (baxmayaraq  ki,  insanın  çeynəyə  biləcəyi  çox  az  Ģey  var), 

amma müəyyən mənada, bu məkan da bir növ Kold Mauntindəkı “E” 

bloku kimi ölüm kamerasıdır.  

Burada  hətta  bir  oğlan  var  ki,  mənə  bir  qədər,  yalnız  Ģtatın 

qubernatorunun qohumu olduğuna görə YaĢıl Mildə iĢə qəbul edilmiĢ, 

Persi  Uotmoru  xatırladır.  DüĢünmürəm  ki,  buradakı  oğlanın  nüfuzlu 

qohumları  var  –  baxmayaraq  ki,  o  özünü  lap  elə  Persi  Uotmor  kimi 

aparır.  Onun  adı  Bred  Dolandır.  O,  lap  Persi  kimi,  durmadan  öz 

saçlarını  darayır  və  onun  arxa  cibində  oxumaq  üçün  hər  zaman  nəsə 

bir  Ģey  olur.  Persi  yanında  hər  zaman  “Argosi”  və  “KiĢilərin 

macəraları”  kimi  jurnallar  gəzdirərdi,  Bredin  yanında  isə  “Ədəbsiz 

lətifələr”  və  “Pozğun  lətifələr”  adlı  nazik  qabıqlı  kitablar  olur.  O, 

həmiĢə insanlara belə suallar verir: “Nə üçün fransız küçəni keçdi?” və 

ya,  “Bir  lampanı  yerinə  bağlamaq  üçün  neçə  polyak  lazımdır?”  və 

yaxud, “Harlemdəki dəfn mərasimində tabutu neçə nəfər daĢıyırdı?..” 

Persi kimi,  Bred də  baĢdan xarabdır və  onun anlayıĢına  görə, içindən 

bədxahlıq yağmayan heç nə gülüĢ doğura bilməz.  

Bu  günlərdə  Bredin  dediyi  bir  söz  mənə  çox  ağıllı  və  incə 

yumorlu  gəldi.  Lakin  onun  ağlına  o  qədər  də  inanmıram,  çünki  zərb-

məsəldə deyildiyi kimi, hətta durmuĢ saat da gündə iki dəfə vaxtı düz 

göstərir.  “Poli,  sənin  bəxtin  yaman  gətirib,  səndə  qocalarda  olan 


www.vivo-book.com 

 

86 



Alzheyner  xəstəliyi  yoxdur”,  –  həmin  gün  o  mənə  dedi.  Bredin  məni 

“Poli” çağırmasından acığım gəlirdi, lakin xoĢum gəlsə də, gəlməsə də 

o,  məni  həmiĢə  belə  çağırırdı;  ondan  məni  belə  çağırmamasını  xahiĢ 

etməkdən artıq təngə gəlmiĢdim. Bred Dolana çox uyğun gələn baĢqa 

iki məsəl – atalar sözü olmasa da – var: “Atı çaya sala bilərsən, amma 

onu su içməyə məcbur edə bilməzsən” – bu məsəllərin birincisi; “Onu 

geyindirib-keçindirə  bilərsən,  amma  onunla  bayıra  çıxa  bilməzsən”  – 

bu da ikincisi. Öz kütbeyinliyi ilə də o, Persiyə çox oxĢayır.   

 Alzheyner  xəstəliyi  haqqında  danıĢarkən,  o,  polağacı  ilə 

solariumun    döĢəməsini  silirdi,  mən  də  orada  oturub  yazdığım 

səhifələri  gözdən  keçirirdim.  Bu  səhifələr  bir  xeyli  yığılıb  və 

düĢünürəm ki, hekayəmin sonuna çatanadək, onlar bir az da artacaq.  

– Sən Alzheyner xəstəliyinin əslində nə olduğu haqqında bir Ģey 

bilirsənmi? 

–  Yox,  –  deyə  cavab  verdim.  –  Yəqin  ki,  sən  məni 

məlumatlandırarsan, Bred.  

–  Qocalar  üçün  bu  QĠÇS  xəstəliyidir,  –  deyə  cavab  verəndən 

sonra  qəhqəhə  çəkərək  güldü  –  ha-ha-ha-ha-ha,  –  lap  öz  axmaq 

lətifələrini danıĢandan sonra güldüyü kimi. 

Mən gülmədim, lakin onun dedikləri mənə toxunmuĢdu. Əlbəttə 

ki,  mən  Alzheyner  xəstəliyindən  əziyyət  çəkmirdim,  baxmayaraq  ki, 

Corciya  Paynz  adlı  gözəl  məkanda  bu  xəstəlikdən  əziyyət  çəkənlərin 

sayı çox idi. Mən özüm isə adi qocalıq sklerozundan əziyyət çəkirdim. 


www.vivo-book.com 

 

87 



Mənim  problemim  ən  çox  “nəyi”  deyil,  “nə  vaxt”  sualının  cavabını 

xatırlamaqla  bağlı  idi.  Ġndiyədək  artıq  yazdığım  mətnlərə  baxanda, 

həmin  32-ci  ildə  baĢ  verənlərin  hamısını  hələ  də  xatırladığımı 

düĢündüm; baĢımda qarıĢan, xatırlaya bilmədiklərim isə bu hadisələrin 

xronologiyasıdır.  Bununla  belə,  ümid  edirəm  ki,  bir  qədər  diqqətli 

olsam, müəyyən dərəcədə, onu da xatirimdə bərpa edə bilərəm.  

Detteriklərin əkiz qızlarını öldürdüyü üçün məhkum edilmiĢ Con 

Koffi “E” blokuna və YaĢıl Milə həmin ilin oktyabr ayında gəldi. Bu, 

mənə  lazım  olan  xronologiyanın  dönüĢ  nöqtəsidir  və  əgər  bu  tarixə 

isnad  etsəm,  hər  Ģey  qaydasında  olacaq.  Uilyam  Uorton  –  “Azğın 

Billi” – Con Koffidən sonra, Delakrua isə əvvəl gəlmiĢdi. Dostlarının 

“Brutal”  (Qaba)  dediyi  Brutus  Hovellin  “Billi  Paroxod”  adlandırdığı, 

Delakruanın  isə  “Mister  Cinqlz”  çağırdığı  siçan  onlardan  da  əvvəl 

gəlmiĢdi.  

Onu  hansı  adla  çağırırsan  çağır,  siçan  hətta  Delakruadan  da 

əvvəl  gəlmiĢdi  –  o,  ortaya  çıxanda  hələ  yay  mövsümü  idi  və  YaĢıl 

Mildə  bizim  iki  məhbusumuz  vardı:  BaĢçı  –  Arlen  Bitterbak  və 

Prezident – Artur Flanders. 

O  siçan.  O  çər  dəymiĢ  siçan.  Delakrua  onu  çox  sevirdi,  Persi 

haqqında isə bunları söyləmək olmaz.  

Persi elə ilk gördüyü andan ona nifrət edirdi.  

 

 



Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin