Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə8/44
tarix07.04.2017
ölçüsü3,44 Mb.
#13625
1   ...   4   5   6   7   8   9   10   11   ...   44

www.vivo-book.com 

 

103 



asdım. Məsələ Persiyə aid olanda mən həmiĢə diqqətlə qulaq asırdım, 

çünki  Dinin  onun  haqqındakı  fikirləri  ilə  tam  razı  idim  –  Persi  həm 

özü, həm də ətrafındakılar üçün daim problemlər yaradan birisi idi.  

Din  öz  söhbətini  bitirəndə  qoca  Tut-Tut  üstündə  Bibliyadan 

sitatlar – “Tövbə edin, unutmayın ki, Rəbbiniz öz xalqı ilə haqq-hesab 

çəkəcək”, Deuteronomi – 32:36-cı ayə (Ġkinci Qanun, Musanın beĢinci 

kitabı), “Əlbəttə, Mən sizin həyat cövhəriniz olan qanınızı alacağam”, 

Genesis,  9:5-ci  ayə  (Kövn,  Musanın  birinci  kitabı)  və  buna  bənzər 

baĢqa  ayələr  –  yazılmıĢ  ərzaq  daĢıdığı  arabası  ilə  yanımıza  gəldi  və 

bizə  bir  neçə  sendviç  və  spirtsiz  qazlı  içki  satdı.  Din  cibində 

eĢələnərək  xırda  pul  axtara-axtara  deyinirdi  ki,  biz  bir  daha  Paroxod 

Billini  görməyəcəyik,  çünki  lənətə  gəlmiĢ  Persi  Uetmor  siçanı  bərk 

qorxudub. Elə bu dəmdə qoca Tut-Tutun səsi eĢidildi: “Oradakı nədir 

elə, ay uĢaqlar?” 

Qocanın  dediyi  səmtə  baxanda  nə  görsək  yaxĢıdır?  Bizim 

siçanımız YaĢıl Milin düz ortası ilə qaçırdı. O, bir qədər irəliləyəndən 

sonra  dayandı,  öz  yağ  damcısına  bənzər  muncuq  gözləri  ilə  ətrafa 

baxdı və yenə yoluna davam etdi.  

– Ey, siçan! – deyə BaĢçı qıĢqıranda siçan dayandı və bığlarını 

oynadaraq ona baxdı.  

Həqiqi  sözümdür,  bu  lənətə  gəlmiĢ  balaca  məxluq  çağırıldığını 

açıq-aĢkar baĢa düĢürdü.  



www.vivo-book.com 

 

104 



–  Sən  kiminsə  ruhani  rəhbərisən?  –  deyərək  Bitterbak  öz  Ģam 

yeməyindən qalmıĢ balaca pendir parçasını ona tərəf atdı. Pendir qırığı 

düz onun burnunun önünə düĢdü, amma siçan heç gözünün ucu ilə də 

baxmadı, boĢ kameraları yoxlaya-yoxlaya YaĢıl Mil ilə yoluna davam 

etdi.  

–  Rəis  Eckum!  –  deyə  Prezident  qıĢqırdı.  –  Sizcə,  bu  balaca 



vələdüzzina  Persi  Uetmorun  burada  olmadığını  bilirmi?  Məncə,  bilir; 

Allaha and olsun ki, bilir!  

Mən  də  elə  düĢünürdüm...  lakin  bu  düĢüncələrim  haqqında 

bərkdən danıĢmaq istəmirdim.  

Harri  bir  neçə  dəqiqə  ayaqyolunda  rahatlanandan  sonra  adəti 

üzrə  Ģalvarının  düymələrini  bağlaya-bağlaya  dəhlizə  çıxanda  yerində 

donub, ağzı açıla qaldı. Tut-Tut da nəzərlərini siçana zilləyib baxırdı, 

üzündəki təbəssüm qırıĢla dolu sifətini və diĢləri tökülmüĢ ağzını daha 

da eybəcər hala salırdı.  

Siçan  həmiĢəki  yerində  dayandı,  uzun  və  tüklü  quyruğunu 

pəncələrinə dolayıb bizə baxmağa baĢladı. Yenə də gözlərimin önündə 

hakimlərin  bədbəxt  müttəhimlərə  hökm  oxuduqları  səhnə  canlandı... 

lakin o müttəhimlər arasında bizim bu siçan kimi belə balaca və cəsur 

məhbus görən olubmu? Əlbəttə, o, bildiyimiz mənada məhbus deyildi, 

istədiyi  vaxt  gələ  və  çıxıb  gedə  bilərdi.  Amma  bu  fikir  heç  cür 

ağlımdan  çıxmırdı:  yenə  də  xəyalımda  canlandırdım  ki,  ömrümüzü 

baĢa  vurandan  sonra,  Ulu  Rəbbimizin  Hesab  Taxtının  önünə 


www.vivo-book.com 

 

105 



yaxınlaĢanda, bizim bir çoxumuz özünü bax beləcə, kiçik bir məxluq 

kimi  hiss  edəcək,  lakin  aramızdan  çox  az  insan  öz  Rəbbinə  belə 

cəsarətlə baxa biləcək.  

– And içirəm, – qoca Tut-Tut dilləndi, o lap “AldadılmıĢ Billi” 

kimi oturub.  

– Sən hələ, demək olar ki, heç nə görmüsən Tut, – Harri dedi. – 

Bir buna bax! – O, əlini döĢ cibinə saldı və oradan mumlanmıĢ kağız 

parçasına bükülmüĢ açıq-Ģabalıdı rəngli bir alma qaxı çıxardı. Qaxdan 

bir parça qoparıb döĢəməyə atdı. Alma qaxı quru və bərk olduğundan, 

düĢündüm ki, o yerə dəyəndən sonra uçub qırağa düĢəcək. Lakin siçan 

pəncəsini  irəli  uzadıb,  saymazyana  bir  hərəkətlə  almanı  havada 

vuraraq  öz  önünə  saldı  –  lap  insan  vaxt  keçirmək  üçün  milçək 

öldürəndə etdiyi kimi. Siçanın bu hərəkətini görəndə hamımız təəccüb 

və  heyranlıqla bərkdən gülüĢdük. Belə  gur səs  siçanı  qorxuda bilərdi, 

amma  o,  heç  yerindən  belə  qımıldanmadı.  Alma  qaxını  pəncələri  ilə 

götürüb,  bir  neçə  dəfə  yalayandan  sonra  onu  yerə  atdı  və  yenə  bizə 

baxdı, sanki demək istəyirdi ki, pis deyil, daha nəyiniz var? 

Tut-Tut  öz  arabasının  ağzını  açaraq  oradan  bir  buterbrod 

götürtdü və onun içindəki hisə verilmiĢ Bolonya kolbasasından bir tikə 

qopardı.  

– Narahat olma, – Din dedi.  

–  Nə  demək  istəyirsən?  –  deyə  qoca  Tut-Tut  ondan  soruĢdu.  – 

Canlı bir siçan heç hisə verilmiĢ Bolonya kolbasasından imtina edərmi 


www.vivo-book.com 

 

106 



–  əlbəttə,  əgər  onu  götürmək  imkanı  varsa?  Sən,  deyəsən,  ağlını 

tamam-kamal itirmisən! 

Lakin  mən  bilirdim  ki,  Din  haqlıdır.  Harrinin  üzünə  baxanda, 

gördüm ki, o da bunu bilir. Həbsxanada həm müvəqqəti, həm də daimi 

nəzarətçilər  xidmət  göstərirdilər.  Belə  çıxırdı  ki,  siçan  onların 

arasındakı bu fərqi necəsə baĢa düĢürdü. Bu, ağlasığmaz olsa da, fakt 

idi.  

Qoca  Tut-Tut  hisə  verilmiĢ  Bolonya  kolbasasından  qopardığı 



tikəni  yerə  atdı;  əlbəttə  ki,  siçan  o  tikəyə  heç  toxunmadı  da,  sadəcə 

tikəni iyləyəndən sonra bir addım geri çəkildi.  

– Allah məni öldürsün! – qoca Tut-Tut bir az incik səslə dedi.  

Mən əlimi bir az irəli uzadıb dedim: 

– Mənə ver. 

– Nəyi, həmin buterbrodu? 

– Hə, elə həmin buterbrodu ver. Pulunu ödəyərəm. 

Qoca  Tut-Tut  buterbrodu  mənə  uzatdı.  Mən  üstdəki  çörəyi 

qaldırıb,  onun  altındakı  kolbasadan  bir  tikə  qopardım  və  növbətçi 

masamızın  qarĢısına  atdım.  Siçan  həmin  an  irəli  gəldi  və  tikəni 

pəncələri  ilə  götürüb  yeməyə  baĢladı.  Bir  neçə  saniyədən  sonra 

Bolonya kolbasasının heç izi-tozu belə qalmamıĢdı.  

– Allah məni öldürsün! – qoca Tut-Tut qıĢqırdı. – Allah Ģeytana 

lənət etsin! Onu mənə ver görüm. 



www.vivo-book.com 

 

107 



O,  sərt  hərəkətlə  buterbrodu  məndən  aldı,  böyük  bir  ət  tikəsi  – 

bu  dəfə  balaca  tikə  yox,  iri  parça  –  qopardı  və  onu  siçana  atdı;  elə 

yaxına atdı ki,  az qala Ģlyapa kimi  Paroxod Billinin  baĢını örtəcəkdi. 

Siçan bir az geri çəkilərək ət parçasını iylədi (Əminəm ki, heç bir siçan 

Depressiya  zamanında  belə  bir  yağlı  tikə  almamıĢdı  –  ən  azından 

bizim Ģtatda) və sonra baĢını qaldırıb yenə bizə baxdı.  

–  Hə,  ye  görüm!  –  gördüyü  mənzərədən  bir  az  da  pərt  olmuĢ 

qoca Tut-Tut dedi. – Sənə nə olub? 

Din  də  buterbroddan  bir  tikə  ət  qoparıb  döĢəməyə  atdı  –  indi 

artıq  bu,  xüsusi  dini  mərasimə  bənzəməyə  baĢlamıĢdı.  Siçan  dərhal 

tikəni  götürüb  yedi  və  geri  çevrilərək,  dəhliz  boyu  karser  kamerasına 

tərəf  getdi.  Yolda  bir-iki  dəfə  dayanıb  boĢ  kameralara  baxdı  və  hətta 

qısa  müddətə  üçüncü  kameranın  içinə  də  girdi.  Bunu  görəndə  yenə 

ağlıma  gəldi ki,  bəlkə o, kimisə axtarır və bu dəfə bu fikri  baĢımdan 

elə də tez uzaqlaĢdıra bilmədim. 

–  Mən  bu  haqda  danıĢmayacağam,  –  Harri  dedi.  Onun  səsində 

yarızarafat-yarıciddi bir ton vardı. – Hər Ģeydən əvvəl ona görə ki, bu, 

heç  kimin  vecinə  deyil.  Ġkincisi,  əgər  danıĢsam,  onsuz  da  heç  kim 

inanmayacaq. 

–  O,  yalnız  sizin  verdiyiniz  yeməkləri  yeyir,  –  qoca  Tut-Tut 

dedi,  gördüklərinə  inanmaq  istəmirmiĢ  kimi  baĢını  yırğaladı,  sonra 

çətinliklə  döĢəməyə  əyilib  siçanın  yeməkdən  imtina  etdiyi  tikəni 



www.vivo-book.com 

 

108 



götürərək özünün diĢsiz ağzına atdı və onu birtəhər uda bilmək üçün 

uzun-uzadı çeynəməyə baĢladı. – Sizcə, siçan niyə belə edir? 

– Mənim daha yaxĢı sualım var, – Harri dedi. – Sizcə, o haradan 

bildi ki, Persi burada yoxdur?  

–  O,  heç  nəyi  bilmir,  –  cavab  verdim.  –  Siçanın  bu  gün 

görünməsi təsadüfdən baĢqa bir Ģey deyil. 

Lakin zaman keçdikcə bütün bunların təsadüf olduğuna inanmaq 

çətinləĢirdi. Ona görə ki, siçan ancaq Persi blokda olmayanda gəlirdi: 

yəni Persi baĢqa bir növbədə,  ya da həbsxananın baĢqa bir hissəsində 

olanda.  Biz  –  Harri,  Brutus,  Din  və  mən  –  belə  qərara  gəlmiĢdik  ki, 

siçan  Persinin  səsini  tanıyır,  ya  da  iyini  bilir.  Siçan  haqqında 

müzakirələr  etməkdən  yayınmağa  çalıĢırdıq.  Belə  çıxırdı  ki,  biz, 

aramızda xüsusi bir razılaĢma olmadan, bunu  edirdik, çünki  o balaca 

varlıq haqqında uzun-uzadı söhbətlər aparmaq bizim üçün xüsusi olan 

bir Ģeyi – öz qəribəliyi və zərifliyi ilə gözəl olan bir Ģeyi – məhv edə 

bilərdi. Hər halda, Billi bizi özü seçmiĢdi, hətta bütün bu hadisələrdən 

sonra  da  bunu  necə  etdiyini  bilmirəm.  Bəlkə  də  onun  haqqında  heç 

kimə  danıĢmağa  ehtiyac  olmadığını  deyəndə  Harri  həqiqətə  bizdən 

daha yaxın idi. Ona görə yox ki, sözlərimizə heç kim inanmayacaqdı, 

ona görə ki, bu heç kimin vecinə olmayacaqdı... 

 

 

 



www.vivo-book.com 

 

109 





 

 

 

Arlen Bitterbakın edam edilməsi zamanı gəlib çatmıĢdı. Əslində, 

o  özünün  UoĢita  rezervasiyasında  məskunlaĢmıĢ  qəbiləsinin  baĢçısı 

deyildi, qəbilənin birinci ağsaqqalı, həm də Ġrokezlər – dilcə bir-birinə 

yaxın  olan  hindu  qəbilələri  qrupu  –ġurasının  üzvü  idi.  O,  sərxoĢ 

vəziyyətdə  ikən  bir  nəfəri  öldürmüĢdü  –  əslində,  hadisə  baĢ  verəndə 

onların  ikisi  də  sərxoĢ  imiĢlər.  BaĢçı  mərhumun  baĢına  beton  blokla 

vurmuĢdu.  DalaĢmağa  səbəb  isə  bir  cüt  çəkmə  olmuĢdu.  Beləliklə, 

həmin  yağmurlu  yayın  iyul  ayının  on  yeddisində,  mənim  ağsaqqallar 

Ģuram onun həyatına son vermək qərarına gəldi.  

Kold Mauntindəkı məhbuslar üçün ziyarətçi saatları çox sərt idi 

–  lap  dəmir  barmaqlıqlar  kimi,  –  amma  “E”  blokundakı  məhbuslar 

üçün  müəyyən  istisnalara  yol  verilirdi.  BaĢçı  ayın  on  altısında 

“Arkada” adlı yeməkxananın yanındakı uzun otağa keçirildi. Otaq düz 

ortasından tikanlı məftillərdən hörülmüĢ setka ilə ikiyə bölünürdü. Bu 

otaqda BaĢçı özünün ikinci arvadı və hələ də onunla danıĢmaq istəyən 

övladları ilə görüĢəcəkdi. Daha sağollaĢmaq vaxtı idi.  

BaĢçını  həmin  otağa  Din  və  baĢqa  iki  müvəqqəti  nəzarətçi 

aparmıĢdı.  Bizim  isə  görməli  olduğumuz  bəzi  iĢlər  vardı:  bir  saat 

ərzində ən azı iki dəfə, ya da çatdıra bilsək, üç dəfə məĢq etməli idik.  



www.vivo-book.com 

 

110 



Bitterbakın  edamı  zamanı  Persini  Cak  Van  Hey  ilə  birlikdə 

aparat otağına təyin edəndə, o, elə də ciddi israrla etiraz etmədi; o vaxt 

yaxĢı, yoxsa pis yerə düĢdüyünü hələ bilmirdi. Bunu bilmək üçün hələ 

çox təzə idi. Lakin o bilirdi ki, edama tamaĢa etmək üçün onun balaca, 

dördkünc,  torlu  pəncərəsi  olacaqdı.  Düzdür,  onun  olduğu  yerdən 

elektrik  stulunun  yalnız  söykənəcəyi  görünürdü,  lakin  edam  zamanı 

uçan qığılcımları görmək üçün bu yer kifayət qədər yaxın idi.  

Bayır tərəfdən, düz pəncərənin yanındakı divardan üstündə – nə 

rıçağı,  nə  də  diski  olan  –  qara  telefon  asılmıĢdı.  O  telefon  yalnız 

zəngləri  qəbul  edə  bilirdi,  özü  də  yalnız  bir  yerdən:  qubernatorun 

kabinetindən.  Mən  həbsxana  həyatına  aid  o  qədər  filmlər  görmüĢəm 

ki...  Bu  filmlərdə  günahsız  birisini  edam  etmək  üçün  elektrik  açarını 

endirmək  istədikləri  anda  həmiĢə  qubernatorun  telefonu  zəng  çalırdı. 

Lakin  mənim  “E”  blokunda  iĢlədiyim  bütün  bu  illər  ərzində  bizim 

telefonumuz  bir  dəfə  də  olsun  zəng  çalmadı  –  bir  dəfə  də!  Günahsız 

birisini xilas etmək – elə günahsızlığın özünü də – yalnız kinoda ucuz 

baĢa gəlir. Ġyirmi beĢ sent ödəyirsən və elə onun dəyərində olanı əldə 

edirsən.  Real  həyatın  qiyməti  isə  ucuz  deyil  və  buradakı  sualların 

cavabları da baĢqadır.  

Polis  maĢınında  aparılması  üçün  tuneldə  bizim  dərzi 

manekenimiz  vardı,  qalan  Ģeylərin  qayğısına  isə  qoca  Tut-Tutumuz 

qalırdı. Ġllər keçdikcə Tut-Tut bir növ məhkumun ənənəvi dublyoruna 

çevrildi,  lap  elə  milad  masasına  qoyulan  qaz  kimi  və  sizin  qaz  ətini 


www.vivo-book.com 

 

111 



sevib-sevmədiyinizin  heç  bir  əhəmiyyəti  yoxdur.  Nəzarətçilərin 

çoxusunun ondan xoĢu gəlirdi. Gülməli ləhcəsi məhbusları əyləndirirdi 

–  onun  da  danıĢığında  fransız  ləhcəsi  vardı;  lakin  uzun  müddət 

cənubda  yaĢadığına  görə  bir  az  yumĢalsa  da,  Luiziana  deyil,  Kanada 

ləhcəsi  idi.  Hətta  Brutus  belə  qoca  Tutun  danıĢığından  və 

hərəkətlərindən həzz alırdı, mənsə yox. Mənə elə gəlirdi ki, o, bir növ 

Persi Uetmorun qoca və daha tünd versiyası, Ģikarını özü öldürüb, özü 

də  biĢirməsi  üçün  çox  vasvası  olsa  da,  qızardılan  ətin  ətrini 

iyləməkdən həzz alan adam idi.  

Edamda  olduğu  kimi,  məĢqdə  də  hamımız  orada  idik.  Brutus 

Hovel “tənzimləyici” olacaqdı, biz onu belə çağırırdıq. Bu o demək idi 

ki,  o,  edam  ediləcək  məhkumun  baĢına  dəbilqəni  taxacaq, 

qubernatorun telefon xəttinə nəzarət edəcək, həkimi divarın yanındakı 

yerindən  çağıracaq  –  əgər  ehtiyac  olarsa  –  və  vaxtı  gəlib  çatanda 

elektrik  açarının  ikinciyə  qoĢulmasını  əmr  edəcəkdi.  Əgər  hər  Ģey 

yolunda  gedərsə,  heç  kimə  təĢəkkür  elan  edilməyəcək.  Əgər  edam 

zamanı  yüngülcə  əyər-əskiklik  olsa,  Brutusu  Ģahidlər,  məni  isə 

həbsxana rəisi danlayacaq. Bizdən heç kim vəziyyətin belə olmasından 

Ģikayətlənmirdi, çünki bunun mənası yox idi. Dünya fırlanır, vəssalam, 

deyəcək  bir  Ģey  yoxdur  Sən  bir  Ģeydən  tutub,  onunla  birlikdə  fırlana, 

ya  da  ayağa  qalxıb  ona  etiraz  edə  və  dərhal  vurularaq  kənara  atıla 

bilərsən.  



www.vivo-book.com 

 

112 



Bill  və  onun  dəstəsi  Bitterbakı  blokdan  çıxarıb  Arkadaya 

müĢayiət  edəndən  üç  dəqiqə  sonra  Din,  Harri  Tervilleger  və  mən 

birinci məĢq üçün BaĢçının kamerasına gəldik. Kameranın qapısı açıq 

idi,  ağ  yumĢaq  saçları  pırtlaĢmıĢ  qoca  Tut-Tut  onun  çarpayısında 

oturmuĢdu.  

– DöĢəkağının üstü sperma izləri ilə doludur, – Tut-Tut dedi. – 

Siz  onun  spermasını  qaynatmamıĢ,  o,  deyəsən,  özünü  boĢaltmağa 

çalıĢıb, – deyə qaqqıldadı. 

–  Yum  ağzını,  Tut,  –  Din  acıqla  dilləndi.  –  Gəlin  iĢimizi 

lağlağıya çevirməyək.  

–  YaxĢı,  –  Tut  razılaĢdı  və  onun  üzünə  tufan  öncəsi  tutqunluq 

ifadəsi  çökdü.  Lakin  gözləri oynayırdı.  Qoca Tut heç vaxt  ölü  rolunu 

oynayandakı kimi canlı olmurdu.  

Ġrli çıxıb ucadan dedim:  

– Arlen Bitterbak, filan-filan Ģtatın məhkəməsinin nümayəndəsi 

kimi,  mən  filan-filan  əmri  almıĢam  ki,  edam  filan  Ģeyə  görə  saat 

12:01-də icra edilməlidir. Ġndi isə, lütfən, irəli çıxın!  

Tut çarpayıdan qalxdı.  

– Mən irəli çıxıram, mən irəli çıxıram, mən irəli çıxıram, – deyə 

o donquldandı.  

–  Çevril!  –  Din  dedi  və  Tut-Tut  çevriləndə,  Din  onun  kəpəkli 

baĢını  yoxladı. BaĢçının baĢının təpəsini sabah qırxacaqdılar və onda 

Din  hansısa  bir  düzəliĢə  ehtiyac  olub-olmadığını  yoxlayacaqdı.  Qısa 


www.vivo-book.com 

 

113 



tüklər keçiriciliyi pisləĢdirə bilər və onda vəziyyət çətinləĢər. Bu gün 

məĢqdə elədiklərimiz edam zamanı hər Ģeyi asanlaĢdırmaq üçündür.  

– Hə, Arlen,  gəl  gedək,  – deyə  mən Tut-Tuta səsləndim və biz 

kameradan çıxdıq. 

–  Mən  dəhlizlə  gedirəm,  mən  dəhlizlə  gedirəm,  mən  dəhlizlə 

gedirəm, – deyə Tut-Tut mırıldanırdı. Mən onun solunda, Din sağında 

gedirdik.  Harri  isə  düz  arxada  gəlirdi.  Dəhlizin  baĢına  çatanda  sağ 

tərəfə  –  gəziĢmə  həyətindəki  həyətə  yox,  ölümün  olduğu  anbara  – 

döndük. Biz mənim kabinetimə girdik, elə həmin an Tut-Tut, heç kim 

ondan bunu tələb etməsə də, diz çökdü. O, bu məĢqin ssenarisini yaxĢı 

bilirdi, bəlkə də hamımızdan daha yaxĢı. Allah bilir, o burada ömrünün 

neçə ilini keçirmiĢdi – bizim hamımızdan çox-çox əvvəl gəlmiĢdi. 

–  Mən  dua  edirəm,  mən  dua  edirəm,  mən  dua  edirəm,  –  deyə 

Tut-Tut  əyri  əllərini  yuxarı  qaldırdı.  Onlar  məĢhur  qravüranı 

xatırladırdı,  mənim  nə  haqda  danıĢdığımı  bəlkə  də  baĢa  düĢürsünüz. 

“Allah mənim çobanımdır və sair və ilaxır”. 

– Bitterbak ilə birlikdə duanı kim oxuyacaq? – Harri soruĢdu. – 

Məncə, bizdən heç kim hansısa irokez Ģamanının bura gəlib öz zebbini 

–  zınqırovlu  qavalını  qarĢımızda  ora-bura  yellətməsini  istəmir,  düz 

demirəmmi?  

– Hə, əslində, elədir... 


www.vivo-book.com 

 

114 



– Mən hələ də dua edirəm, mən hələ də dua edirəm, mən hələ də 

dua  edirəm,  mən  hələ  də  Ġsa  Məsihə  dua  edirəm,  –  dəyə  Tut-Tut 

mənim sözümü kəsdi.  

– Kəs səsini, qoca kaftar! – Din Tut-Tutun üstünə qıĢqırdı.  

– Mən dua edirəm! 

– Onda səsini kəs, içində dua elə! 

–  Sizi  ləngidən  nədir?  –  deyə  Brutus  anbardan  qıĢqırdı.  Həmin 

otağı  da  bizim  üçün  boĢaltmıĢdılar.  Biz  yenə  ölüm  zonasında  idik. 

Burada adama elə gəlirdi ki, hər yandan ölüm qoxusu gəlir.  

– Lənətə gəlmiĢ səbrini bas! – deyə Harri bağırdı. – Belə səbirsiz 

olma! 

– Dua eləyirəm, – deyə Tut iyrənc diĢsiz damaqlarını göstərərək 



gülümsədi. – Bir balaca səbirli olmaq üçün dua eləyirəm, lap az, lənətə 

gəlmiĢ səbir... 

– Əslində, Bitterbak deyir ki, o xaçpərəstdir, – mən adamlarıma 

dedim. – Bitterbak bir vaxt Tilman Klark üçün buraya gəlmiĢ Baptist 

keĢiĢin gəlməsinə razıdır. Onun soyadı ġusterdir. O, mənim də xoĢuma 

gəlir:  iĢi  çox  uzatmır  və  onların  sakitləĢmələrinə  yardım  edir.  Ayağa 

qalx, Tut. Bu gün üçün kifayət qədər dua etdin.  

–  Gedirəm,  –  Tut  yenə  donquldandı,  –  yenə  gedirəm,  yenə 

gedirəm, bəli ser, YaĢıl Mil ilə gedirəm. 

Tutun  boyu  balaca  olsa  da,  kabinetin  uzaq  divarındakı  qapıdan 

keçəndə yenə də əyilməyə məcbur oldu. Qalanlar isə qapıdan keçmək 


www.vivo-book.com 

 

115 



üçün daha çox əyildilər. Əsl məhbus üçün isə bu, çox ağır bir an idi. 

Qoca  Qığılcımın  platformasında  əlində  silahla  Brutusun  durduğunu 

görüb, razılıqla baĢımı yırğaladım. Hər Ģey öz qaydasında idi. 

Tut-Tut  pillələr  ilə  aĢağı  enib  dayandı.  Qırxa  yaxın  açılıb-

qatlanan  stul  artıq  öz  yerinə  düzülmüĢdü.  MüĢahidəçilərin 

təhlükəsizliyi üçün Bitterbak platformaya onlardan kifayət qədər aralı 

keçəcəkdi,  üstəlik,  altı  mühafizəçi  təhlükəsizliyi  təmin  edəcəkdi. 

Həmin  mühafizəçilərin  baĢında  Bill  Doc  duracaqdı.  Sistemimizin 

kifayət  qədər  bəsit  olmasına  baxmayaraq,  bizim  xidmətimiz  ərzində 

heç  vaxt  məhkumun  müĢahidəçilərə  hücum  etməsi  halı  baĢ 

verməmiĢdi... və mən bunu belə də davam etdirmək niyyətində idim.  

– Hazırsınızmı, uĢaqlar? – Biz yenidən əvvəlki tərkibdə mənim 

kabinetimə aparan pilləkənlərin yanına qayıdanda Tut bizdən soruĢdu. 

BaĢımı  yırğaladım  və  biz  platformaya  tərəf  addımladıq.  Tez-tez 

düĢünürdüm ki, belə anlarda biz ən çox öz bayrağını yaddan çıxarmıĢ 

bayraqdarlar dəstəsinə bənzəyirik.  

–  Bəs  mən  nə  etməliyəm?  –  deyə  Persi  anbar  və  aparat 

otaqlarının arasındakı torlu pəncərənin arxasından soruĢdu.  

– Bax və öyrən! – deyə ona qıĢqırdım.  

–  Və  əlini  öz  qasığından  uzaq  tut,  –  deyə  Harri  astadan 

donquldandı.  Lakin  Tut  onun  dediklərini  eĢidərək  istehza  ilə 

qaqqıldadı.  



www.vivo-book.com 

 

116 



Biz Tut-Tutu platformaya müĢayiət elədik. Tut öz-özünə arxaya 

döndü – qoca veteran iĢ baĢında idi.  

–  Mən  otururam,  –  deyə  dilləndi,  –  otururam,  otururam,  Qoca 

Qığılcımın qucağına otururam.  

Tut-Tutun sağ ayağının önündə sağ dizimin üstünə çökdüm, Din 

isə onun sol ayağının önündə sol dizinin üstünə çökdü. Əgər məhkum 

azğınlıq  etmək  fikrinə  düĢsəydi,  –  zatən  belə  Ģeylər  tez-tez  olurdu  – 

bu, bizim fiziki hücuma qarĢı ən zəif və açıq olduğumuz an idi. Qasıq 

nahiyəmizi  müdafiə  etmək  məqsədi  ilə  hər  ikimiz  digər  dizimizi  bir 

azca  içəri  doğru  meylləndirdik,  boğazımızı  qorumaq  üçünsə  baĢımızı 

aĢağı  əydik.  Məhkumun  topuqlarını  bağlamaq  və  mümkün  hücumu 

bacardıqca  tez  neytrallaĢdırmaq  üçün,  əlbəttə  ki,  biz  çevik  və  cəld 

davranmağa  çalıĢırdıq.  Sonuncu  gəzintisində  BaĢçının  ayaqlarında 

Ģap-Ģup  olacaqdı,  lakin  qırtlağı  cırılmıĢ  adam  üçün  bu,  elə  də  böyük 

rahatlıq  deyil,  “vəziyyət  daha  pis  ola  bilər”:  ya  da  aralarında  bir 

çoxlarının  jurnalist  olduğu  qırxdan  artıq  müĢahidəçinin  gözü  önündə 

xayaları  ĢüĢə  banka  boyda  ĢiĢmiĢ  məhkumun  yerdə  çabalayaraq 

ağrıdan qovrulması...  

Biz  Tut-Tutun  topuqlarını  buxovladıq.  Dinin  durduğu  tərəfdəki 

bənd  bir  qədər  böyük  idi,  çünki  onun  içində  məhlul  vardı.  Sabah 

axĢam  Bitterbak  stula  oturanda  onun  sol  baldırı  qırxılmıĢ  olacaqdı. 

Hinduların  bədənlərində,  adətən,  tük  örtüyü  az  olsa  da,  biz  iĢi  Ģansa 

buraxa bilməzdik. 


www.vivo-book.com 

 

117 



Tut-Tutun  topuqlarını  buxovlayarkən,  Brutus  onun  sağ  biləyini, 

Harri  isə  sol  biləyini  bağladı.  Bu  iĢləri  baĢa  çatdırandan  sonra  Harri 

Brutusa tərəf baxıb baĢını yırğaladı və Brutus da Van Heyə qıĢqırdı:  

– Birincini qoĢ! 

Mən  Persinin  Van  Heydən  bunun  nə  demək  olduğunu 

soruĢduğunu  (onun  belə  az  Ģey  bilməsinə  inanmaq  olmurdu.  “E” 

blokunda iĢlədiyi müddətdə, demək olar ki, heç nə öyrənməmiĢdi) və 

Van  Heyin  ona  alçaq  səslə  nəsə  dediyini  eĢitdim.  Bu  gün  “birincini 

qoĢ” əmrinin heç bir əhəmiyyəti yox idi, lakin sabah Van Hey bu əmri 

eĢidəndə,  o,  “E”  blokunun  arxasındakı  həbsxana  generatorunu  iĢə 

salan  dəstəyi  döndərəcək.  MüĢahidəçilər  generatorun  bəm,  rəvan 

uğultusunu  eĢidəcəklər  və  bütün  həbsxanadakı  lampaların  iĢığı 

gurlaĢacaq.  BaĢqa  həbsxana  korpuslarındakı  məhbuslar  iĢığın 

gurlaĢmasını görəndə elə düĢünəcəklər ki, edam artıq baĢa çatıb, lakin 

əslində hər Ģey hələ  yeni baĢlamıĢ olacaq. Brutus stulun ətrafında elə 

döndü ki, Tut onu görə bilsin.   

–  Arlen  Bitterbak,  sən  elektrik  stulunda  edam  edilməklə  ölümə 

məhkum  edilmisən,  hökmü  andlılar  məhkəməsi  çıxarıb  və  Ģtatın 

hakimi  təsdiq  edib.  Allah bu Ģtatın  əhalisini hifz eləsin.  Hökmün icra 

edilməsindən öncə demək istədiyiniz bir söz varmı?  

–  Hə,  var,  –  deyə  gözləri  parıldayan  və  üzünə  yayılmıĢ 

təbəssümü  ilə  diĢsiz  damaqlarını  göstərən  Tut  cavab  verdi.  –  Mən 

nahara  üstünə  sous  tökülmüĢ  qızardılmıĢ  kartof  və  toyuq  istəyirəm; 


Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin