Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə5/44
tarix07.04.2017
ölçüsü3,44 Mb.
#13625
1   2   3   4   5   6   7   8   9   ...   44

www.vivo-book.com 

 

58 



– Düzdür, – Murs razılaĢdı, – təxminən dediyin kimi.  

– Delakrua həbsxanamıza gələndə, onunla Persi arasında nə baĢ 

verdiyindən xəbərin varmı? – soruĢdum. – Persi və onun lənətə gəlmiĢ 

ağac dəyənəyi... 

– Hə, amma... 

–  Yəqin  onu  da  bilirsən  ki,  bəzən  o  öz  dəyənəyini,  sadəcə, 

məzələnmək  üçün  dəmir  barmaqlıqlara  necə  sürtür.  O  əclafdır, 

əbləhdir  və  ona  dözməyə  bundan  sonra  nə  qədər  səbrim  çatacaq, 

bilmirəm. Həqiqi sözümdür. 

Biz bir-birimizi təxminən beĢ il idi ki, tanıyırdıq. Bu, bir-biri ilə 

yaxĢı yola gedən insanlar üçün kifayət qədər uzun müddət idi, xüsusilə 

də  əgər  sizin  iĢinizin  bir  hissəsi  həyat  və  ölüm  arasında  ticarətdirsə. 

Demək  istəyirəm  ki,  o,  mənim  nə  demək  istədiyimi  o  dəqiqə  baĢa 

düĢdü. Yox, mən iĢdən getməyəcəyəm, xüsusilə də belə – həbsxananın 

divarlarının bayırında həbs edib kameraya salınması mümkün olmayan 

təhlükəli cani kimi Depressiyanın at oynatdığı bir vaxtda. Bilirdim ki, 

daha  bacarıqlı  insanlar  küçələrdə  iĢsiz  gəzir  və  pulsuz  getmək  üçün 

nəqliyyatın ayaqyerində gedirlər. Mənimsə bəxtim gətirmiĢdi və bunu 

yaxĢı  baĢa  düĢürdüm:  uĢaqlar  böyümüĢdü  və  son  iki  ildə  çiyinlərimə 

“iki  yüz  funtluq  girov”  düĢmüĢdü.  Ġnsan  qidalanmalıdır,  onun  arvadı 

da yemək yeməlidir. Bundan əlavə, imkanımız olanda biz öz qızımıza 

və  kürəkənimizə  ayda iyirmi dollar göndərərdik (bəzən də  imkanımız 

olmayanda  belə,  Ceynin  məktublarında  yazdığı  sözlərdən  ümidsizlik 


www.vivo-book.com 

 

59 



duyulanda).  Kürəkənimiz  iĢsiz  müəllim  idi  və  əgər  “iĢsizlik”  sözü  o 

günlərdəki  ümidsizliyi  ifadə  etmirsə,  onda  bu  sözün  heç  bir  mənası 

yoxdur. Deməyim odur ki, mənim iĢim kimi, müntəzəm maaĢ verilən 

bir  iĢi  heç  cür  atmaq  olmazdı,  bunu  elə  belə,  soyuqqanlılıqla  etmək 

mümkün deyildi. Lakin həmin payızda mən öz soyuqqanlılığımı elə də 

qoruya  bilmirdim.  Bayırda  havanın  temperaturu  mövsümə  görə  çox 

isti  idi,  mənim  içimdə  gizlənmiĢ  infeksiya  bu  istiliyi  bir  az  da 

yüksəldirdi.  Ġnsan  belə  ovqatda  olanda  onun  yumruğu  qeyri-ixtiyari 

havada  uça  bilər.  Əgər  Persi  kimi  güclü  əlaqələri  olan  birisini  heç 

olmasa,  bir  dəfə  vursan,  daha  dayana  bilməzsən,  çünki  bu  yolun 

dönüĢü yoxdur.  

– Səbirli ol, – Murs astadan dedi. – Mən bunu demək üçün səni 

çağırmıĢam.  Çox  etibarlı  mənbədən  eĢitmiĢəm  –  əslində,  bu  səhər 

mənə  zəng  edən  adamdan.  Persi  Briara  iĢə  düzəlmək  üçün  ərizə 

göndərib və onun ərizəsi qəbul ediləcək. 

– Briar, – təkrar etdim. Briar Ric Ģtatın iki xəstəxanasından biri 

idi.  – Bu uĢaq nə  eləmək istəyir? Dövlət  müəssisələrində  gəzintiyəmi 

çıxıb? 


–  Onun  ərizə  verdiyi  yer  inzibati  iĢdir.  Daha  yüksək  maaĢ 

verirlər  və  sadəcə,  kağızlarla  iĢləmək,  isti  günlərdə  xəstələrin 

çarpayılarını ora-bura itələmək lazım deyil. – O qıyqacı gülümsədi.  


www.vivo-book.com 

 

60 



– Bilirsənmi, Pol, sən çoxdan canını ondan qurtara bilərdin, əgər 

Ģef  gedəndə,  onu  Van  Heylə  birlikdə  kommutator  otağına 

buraxmasaydın.  

Əvvəlcə  onun  dedikləri  mənə  çox  qeyri-adi  gəldi,  nə  demək 

istədiyini anlaya bilmədim. Bəlkə də heç anlamaq istəmirdim.  

–  Onu  baĢqa  hara  qoya  bilərdim?  –  deyə  soruĢdum.  –  Aman 

Allah,  blokda  nə  etdiyi  haqqında  onun  heç  bir  anlayıĢı  yoxdur!  Onu 

edamı icra edən qrupun tərkibinə salmaq... – mən cümləmi bitirmədim. 

Sadəcə  bitirə  bilmədim.  BaĢ  verə  biləcək  mümkün  fəlakətlər  zənciri 

mənə sonsuz görünürdü.  

–  Bununla  belə,  Delakruanın  edamı  zamanı  onu  edam  qrupuna 

daxil etsən, yaxĢı olar. Əlbəttə, əgər canını ondan birdəfəlik qurtarmaq 

istəyirsənsə.  

Mən  ağzımı  açıb  heyrətlə  ona  baxırdım.  Nəhayət,  ağzımı 

bağlamağa müvəffəq oldum və nitq qabiliyyətim geri döndü. 

– Deyirsən, o, qızaran beynin necə iy verdiyini hiss etmək üçün 

yaxınlıqdamı olmaq istəyir? 

Murs bir söz demədən çiyinlərini çəkdi. Arvadından danıĢarkən 

onun  baxıĢları  necə  də  mülayim  idi,  amma  indi  bu  baxıĢlar  çox 

ciddiləĢmiĢdi.  

–  Delakruanın  beyni  onsuz  da  biĢəcək,  Uetmor  qrupun 

tərkibində olsa da, olmasa da, – o dedi. – Elə deyilmi? 



www.vivo-book.com 

 

61 



– Hə, elədir, amma o, hər Ģeyi korlaya bilər axı! Həqiqətən, Hal, 

o,  praktiki  olaraq,  bütün  iĢi  korlamağa  məhkumdur.  Otuzdan  artıq 

Ģahidin  gözlərinin  önündə...  Luiziananın  hər  tərəfindən  gəlmiĢ  Ģahid-

jurnalistləri hələ demirəm.  

– Sən və Brutus Hovell elə eləyin ki, o, heç nəyi korlamasın, – 

Murs  dedi.  –  Əgər  hər  Ģeyə  rəğmən  yenə  də  iĢləri  korlasa,  bu  onun 

Ģəxsi  iĢinə  yazılacaq  və  uzun  müddət  orada  qalacaq,  hətta  onun 

bugünkü əlaqələri yox olub gedəndən sonra da. BaĢa düĢürsənmi? 

Mən onun nə demək istədiyini baĢa düĢürdüm. Bundan iyrəndim 

və qorxdum, amma baĢa düĢdüm.  

–  Ola  bilsin  ki,  o,  Con  Koffinin  də  edamında  iĢtirak  etmək 

istəsin,  amma  bəxtimiz  gətirsə,  Delakruanın  edamında  iĢtirakla 

kifayətlənəcək. Elə et ki, onu edam qrupunun tərkibinə salsınlar.  

Mən yenə də onu aparat otağında, sonra Delakruanı həbsxananın 

önündəki  yolun  qarĢı  tərəfində  dayanmıĢ  polis  maĢınına  aparanda 

tuneldə  silahlı  mühafizəçi  kimi  saxlamaq  niyyətində  idim,  amma  çox 

düĢünmədən  bütün  bu  planları  bir  kənara  atdım  və  razılaĢdığımı 

bildirmək  üçün  baĢımı  yırğaladım.  Fırıldaq  bir  oyuna  alət  olduğumu 

hiss  edirdim,  amma  indi  mənim  üçün  bunun  heç  bir  fərqi  yox  idi. 

Persidən canımı qurtarmaq üçün mən Ģeytanın burnunu çimdikləməyə 

belə  hazır  idim.  Persi  edamda  iĢtirak  edəcək,  dəbilqəni  məhbusun 

baĢına taxacaq və barmaqlığın arxasından baxaraq, Van Heyə ikincini 

qoĢmaq  əmrini  verəcəkdi.  Balaca  fransız  onun,  Persi  Uetmorun 


www.vivo-book.com 

 

62 



butulkadan buraxdığı ildırımın üstündə necə bərk çapdığını görəcəkdi. 

Əgər  dövlətin  icazə  verdiyi  qətl  onun  üçün  zövq  vericidirsə,  qoy 

istədiyi  qədər  öz  iyrənc  zövqünü  təmin  eləsin.  Qoy,  sonra  da  öz 

kabineti  və  sərinləmək  üçün  ventilyatoru  olacaq  Briar  Ricə  getsin. 

Əgər gələn seçkilərdə onun bibisinin ərini seçməsələr, onda o, günəĢin 

yandırdığı  dünyada  iĢləməyin  nə  olduğunu  və  həbsxana 

barmaqlıqlarının  arxasına  heç  də  həmiĢə  pis  oğlanların  düĢmədiyini 

dərk etməli olacaq. Qoy olsun, daha da yaxĢı.   

–  YaxĢı,  –  yerimdən  qalxaraq  dedim.  –  Delakruanın  edamında 

onu önə qoyaram. Hələlik, onunla vuruĢmaram da.  

–  DanıĢdıq,  –  deyə  o  da  ayağa  qalxdı.  –  Hə,  yeri  gəlmiĢkən, 

səndə vəziyyət necədir? – Murs ədəblə mənim qasığıma iĢarə etdi.  

– Deyəsən, indi daha yaxĢıyam.  

– Bu əla xəbərdir, – deyə məni qapıya qədər ötürdü. – Hə, Koffi 

ilə necə dolanırsınız? Sizə problem yaratmır ki?  

– DüĢünmürəm problem yaratsın, – dedim. – Hələlik özünü quzu 

kimi sakit aparır. Qəribə adamdır, qəribə, amma sakit gözləri var. Biz 

ona göz qoyuruq. Ona görə narahat olmağa dəyməz. 

– Sən, əlbəttə, onun nə törətdiyindən xəbərdarsan.  

– Əlbəttə. 

O,  məni  yaĢlı  miss  Hannanın,  həmiĢə  olduğu  kimi,  səs-küy 

saldığı qəbul otağından keçirərək yola saldı. Mən buranı tərk etdiyimə 

görə məmnun idim, çünki hiss edirdim ki, canımı yaxĢı qurtarmıĢdım. 


www.vivo-book.com 

 

63 



Persini, nəhayət, buradan rədd edə biləcəyimə inanmaq da ovqatımı bir 

xeyli yüksəltmiĢdi. 

–  Melindaya  qucaq  dolusu  sevgilərimi  çatdır,  –  ayrılarkən 

dedim.  –  Özün  üçün  əlavə  problemlər  də  yaratma.  Ola  bilsin  ki,  bu, 

miqrendən – baĢın bir yarısında əmələ gələn əsəbi ağrıdan – baĢqa bir 

Ģey deyil.  

–  Allah  ağzından  eĢitsin,  –  onun  dodaqları  xəstə  gözlərinin 

altında gülümsəyərək cavab verdi. Çox qorxunc bir kombinasiya idi.  

Yeni  bir  günə  baĢlamaq  üçün  yenə  “E”  blokuna  qayıtdım. 

Oxunacaq  və  yazılacaq  kağızlar  vardı,  döĢəmə  yuyulmalı,  yemək 

paylanmalı,  gələn  həftənin  növbətçi  cədvəli  tutulmalı  idi.  Bundan 

baĢqa,  icrasını  gözləyən  yüzlərlə  təfərrüatlar  vardı.  Ən  əsası  isə 

gözləmək:  həbsxanada  bundan  o  qədərdir  ki,  onu  bitirmək  qeyri-

mümkündür;  Delakruanın  YaĢıl  Mil  ilə  getməsini  gözləmək,  “Körpə 

Billi”  döyməsi  ilə  Uilyam  Uortun  gəliĢini  gözləmək  və  bunlardan  ən 

əsası  isə  Persi  Uetmorun  həyatımdan  nə  vaxtsa  rədd  olub  gedəcəyini 

gözləmək...  

 

 



 

 



www.vivo-book.com 

 

64 



Delakruanın siçanı Allahın sirlərindən biri idi. Həmin yaya qədər 

mən  “E”  blokunda  heç  vaxt  siçan  görməmiĢdim  və  isti,  zülmət 

qaranlıq  oktyabr  axĢamında  Delakruanın  bizi  tərk  etdiyi  –  o  bizi  elə 

tükürpərdici  formada  tərk  etdi  ki,  həmin  gecəni  heç  xatırlamaq  belə 

istəmirəm  –  payızdan  sonra  da  görmədim.  Delakrua  iddia  edirdi  ki, 

bizim  həyatımıza  –  Paroxod  Billi  kimi  daxil  olan  bu  siçanı  o  özü 

əhliləĢdirib, amma düĢünürəm ki, əslində, hər Ģey onun dediyinin tam 

tərsi idi. Din Stanton və Brutus da mənim kimi düĢünürdülər. Siçan ilk 

dəfə  ortaya  çıxdığı  gecə  onlar  ikisi  də  növbədə  idilər  və  Brutusun 

dediyinə görə, siçan artıq demək olar ki, əhliləĢmiĢ idi və siçanın ona 

məxsus olduğunu düĢünən o fransızdan iki dəfə ağıllı idi.  

Dinlə  mənim  klabinetimdə  keçən  ilin  sənədləri  ilə  iĢləyirdik; 

əvvəlcə  beĢ  edamın  Ģahidlərinə  cavab  məktubları  yazmağı 

planlaĢdırırdıq,  sonra  da  daha  altısının  cavab  məktublarına  cavab 

məktubları – ta ki 1929-cu ilədək. Əslində, biz sadəcə bir Ģeyi bilmək 

istəyirdik:  göstərdiyimiz  xidmətdən  məmnun  qalıblarmı?  Bunun 

mənasız fikir kimi səsləndiyini baĢa düĢürəm, lakin onların rəyi bizim 

üçün  çox  vacib  idi.  Hərçənd  çox  pis  fikir  olsa  da,  vergi  ödəyiciləri 

kimi onlar bizim müĢtərilərimizdirlər. Qadın və ya kiĢi, əgər gecəyarısı 

bir  insanın  ölümünə  Ģahidlik  edirlərsə,  deməli,  onların  orada  olmaq 

üçün ciddi və vacib səbəbləri, xüsusi bir ehtiyacları olmalıdır və əgər 

edam  ədalətli  bir  cəzadırsa,  onda  həmin  ehtiyac  təmin  edilməlidir. 



www.vivo-book.com 

 

65 



Onlar kabus yaĢayıblar. Edamın da məqsədi bu kabusun artıq bitdiyini 

onlara göstərməkdir. Bəzən...  

–  Ey!  –  dəhlizin  baĢındakı  masanın  arxasında  oturmuĢ  Brutus 

qapının arxasında qıĢqırdı. – Ey siz ikiniz, cəld bura gəlin! 

Din və mən eyni təlaĢla bir-birimizə baxdıq. Ġkimizə də elə gəldi 

ki,  ya  Oklahomadan  olan  hindunun  (onun  adı  Arlen  Bitterbak  idi, 

amma biz onu “BaĢçı” deyə çağırırdıq, Harri Tervilliger isə ona “Keçi 

Pendirli BaĢçı” deyirdi, çünki ona elə gəlirdi ki, BaĢçıdan məhz belə iy 

gəlir),  ya  da  “Prezident”  ləqəbi  verdiyimiz  oğlanın  baĢına  nəsə  bir  iĢ 

gəlib. Lakin Brutus gülməyə baĢlayanda, biz nə baĢ verdiyini görmək 

üçün  yerimizdən  götürüldük.  “E”  blokunda  gülmək  kilsədə  gülmək 

kimi  yersiz  səslənirdi.  Etibarlı  məhbuslardan  olan  qoca  Tut  –  həmin 

günlərdə  o,  ərzaq  arabası  sürürdü  –  özünün  ərzaqla  dolu  arabası  ilə 

yaxınlıqda  idi,  Brutus  isə  bütün  gecə  üçün  əməlli-baĢlı  tədarük 

görmüĢdü  –  üç  sendviç,  iki  ĢüĢə  qazlı  içki,  iki  tikə  piroq  və  yarım 

boĢqab  kartof  salatı  –  bu  salatı  Tut,  heç  Ģübhəsiz,  həbsxana 

mətbəxindən oğurlamıĢdı. Görünür, ora istədiyi vaxt girib-çıxa bilirdi. 

Brutusun qarĢısındakı  növbətçi jurnalı açıq  olsa da, hələlik o, jurnala 

ləkə salmamıĢdı – bizi təəccübləndirən də bu idi. Düzdü, o, hələ  yeni 

baĢlamıĢdı... 

– Nə olub? – Din soruĢdu. – O nədi elə? 


www.vivo-book.com 

 

66 



– ġtatın qanunverici məclisi, deyəsən, bu il əlavə mühafizəçilər 

götürmək  üçün  pul  kisəsinin  ağzını  açıb,  –  Brutus  hələ  də  gülə-gülə 

dedi. – Ora baxın! 

Onun iĢarə etdiyi tərəfə baxanda biz balaca bir siçan gördük və 

biz  də  güldük.  Buna  gülməmək  mümkün  deyildi,  çünki  siçan  özünü 

kameraları hər on beĢ dəqiqədən bir yoxlayan nəzarətçi kimi aparırdı: 

məhbuslardan  kiminsə  qaçmağa,  ya  da  intihar  etməyə  cəhd  edib-

etmədiyini yoxlayan balaca, tüklü nəzarətçi. Əvvəlcə, o, YaĢıl Mil ilə 

cəld addımlarla bir qədər bizə tərəf gəlir, sonra kameraları yoxlayırmıĢ 

kimi baĢını ora-bura çevirirdi. Ondan sonra yenə sürətlə irəli Ģığıyırdı. 

Bizim  qıĢqır-bağrımızın  və  gülüĢ  səslərimizin  arasından  kameralarda 

yatan məhbusların xorultusunun eĢidilməsi vəziyyəti bir az da gülməli 

edirdi.  

Bu, özünəməxsus Ģəkildə kameraları yoxlayırmıĢ kimi hərəkətlər 

etməsi istisna olmaqla, bozumtul rəngliadi bir siçan idi. O, hətta dəmir 

barmaqlıqların  altından rahatlıqla keçərək kameralardan bir neçəsinin 

içinə  də  girdi.  Əminəm  ki,  siçanın  belə  asanlıqla  bağlı  kameralara 

girib-çıxmasına bizim keçmiĢ və indiki məhbuslarımız həsəd edərdilər. 

Düzdür,  məhbusları,  əlbəttə  ki,  bu  kameralardan  çıxmaq 

maraqlandırırdı.  

Siçan  dolu  kameraların  heç  birinə  girmədi,  yalnız  boĢ 

kameralara baĢ vurdu. Nəhayət o, demək olar ki, düz bizim yanımıza 



www.vivo-book.com 

 

67 



gəldi.  Mən  yolun  yarısından  geri  dönəcəyini  gözləsəm  də,  o, 

qayıtmadı. Deyəsən, bizdən heç qorxmurdu.  

–  Bu  normal  deyil,  siçanlar  adətən  insana  bu  qədər 

yaxınlaĢmırlar,  –  Din  bir  balaca  əsəbiliklə  dedi.  –  Bəlkə  onda 

quduzluq var? 

–  Aman  Allah,  –  ağız  dolusu  diĢlədiyi  duzlu  mal  ətindən 

hazırlanmıĢ sendviç tikəsini çeynəyə-çeynəyə dedi. – Bu da mənimçün 

siçan  eksperti  olub.  Siçan  bəsləyən  adam.  Onun  ağzındakı  köpüyü 

görürsənmi, siçan bəsləyən adam?  

– Heç onun ağzını görə bilirəm ki! – deyə Din cavab verdi və biz 

yenə  hamımız  birlikdə  gülüĢdük.  Mən  də  siçanın  ağzını  görə 

bilmirdim,  amma  onun  muncuq  kimi  xırda  gözlərini  yaxĢı  görürdüm 

və  bu  gözlər  mənə  heç  də  ağlını  itirmiĢ,  ya  da  quduzlaĢmıĢ  kimi 

gəlmədi.  O  gözlərdə,  sadəcə,  ağıl  və  hər  Ģeyə  maraq  görmək  olardı. 

Mən məhbusları ölümə göndərəndə – deyilənə görə, ölməz ruha sahib 

olan insanları – onlar bu siçandan daha axmaq görünürdülər.  

O, YaĢıl Mil ilə bizim masamızdan təxminən üç metr məsafədə 

olan  nöqtəyə  qədər  çevik  addımlarla  irəlilədi...  bizim  masamızda 

xüsusi diqqət çəkəcək heç nə yox idi və vilayət məktəb müəllimlərinin 

arxasında  oturduğu  masalardan  heç  nə  ilə  fərqlənmirdi.  Birdən  o 

dayandı və zabitəli qoca qadın öz tumanını düzəldən kimi, quyruğunu 

ayaqlarının ətrafına doladı.  



www.vivo-book.com 

 

68 



Mən sümüyümə iĢləyən soyuqluq hiss edərək, gülməyimi dərhal 

kəsdim.  Niyə  birdən-birə  belə  qəribə  hisslər  keçirdiyimin  səbəbini 

bilmirəm  –  heç  kim,  əlbəttə  ki,  gülünc  görsənmək  istəməz  –  amma, 

düzünü desəm, belə Ģeylər heç vecimə də deyil, ona görə sizə bunu da 

danıĢacağam.  

Bir  anlıq  özümün  nəzarətçi  yox,  bu  siçan  olduğumu  təsəvvür 

etdim:  YaĢıl  Milə  məhkum  edilmiĢ  cinayətkarlardan  biri.  Məhkum 

edilsə də, baĢı üzərində kilometrlərlə yüksəyə ucalan bu masaya (sanki 

Allahın  məhĢər  günündə  qurulacaq  taxtı;  əlbəttə  ki,  bir  vaxt  onu 

hamımız  görəcəyik)  və  onun  arxasında  oturmuĢ  mavi  geyimli,  qalın 

səsli bu nəhənglərə baxmağa hələ də cəsarəti çatır. Bu nəhənglər onun 

kimilərinə  BB  tapançalarından  atəĢ  açır,  süpürgə  ilə  qovur,  ya  da 

balaca  mis  lövhəciyin  üstündəki  pendir  qırığına  yaxınlaĢarkən  bel 

sümüklərini qıran tələlər qurur.  

Növbətçi  masasının  yaxınlığında  süpürgə  yox  idi,  amma 

yaxınlıqdakı  vedrənin  içində  bir  ucu  hələ  də  sıxıcı  qurğuda  olan 

polağacı vardı. Din ilə birlikdə sənədlərlə iĢləməyə oturmazdan öncə, 

yaĢıl  linoliumu  və  altı  kameranın  hamısını  yumaq  növbəsi  mənim 

olduğundan,  bu  iĢi  yerinə  yetirmiĢdim.  Dinin  polağacını  götürüb, 

siçanı vurmaq istədiyini hiss edən kimi onun biləyinə toxundum:  

– Dəymə, qoy yaĢasın, – dedim.  


www.vivo-book.com 

 

69 



O, çiyinlərini çəkərək əlini artıq ağacın sığallı dəstəyindən tutan 

əlini geri çəkdi. Mən elə baĢa düĢdüm ki, heç o da siçanı vurmamağı 

məndən az istəmir.  

Brutus mal ətindən olan buterbroddan bir tikə qoparıb ehtiyatla, 

iki  barmağının  arasında  tutaraq  masanın  üstündən  irəli  uzatdı.  Siçan 

maraqla  onun  əlinə  baxdı,  elə  bil,  onun  nə  olduğunu  bilirdi.  Bəlkə 

doğrudan  da  bilirdi,  çünki  onun  bığlarının  necə  tərpəndiyini  və 

burnunun necə dartıldığını özüm gördüm.  

– Brutus, lazım deyil! – Din qıĢqırdı, sonra da mənə tərəf baxdı. 

–  Ona  siçanı  yemləməyə  icazə  vermə,  Pol!  Əgər  o,  bu  lənətə  gəlmiĢ 

heyvanı yemləməyə baĢlasa, onda biz bütün dördayaqlı məxluqat üçün 

“xoĢ gəldin” süfrəsi açmalı olacağıq.  

–  Mən,  sadəcə,  onun  nə  edəcəyini  görmək  istəyirəm,  –  Brutus 

dedi.  –  Elmi  maraqlar  üçün.  –  O  mənə  baxdı:  rəis  mən  idim  –  hətta 

qaydalardan  belə  kənara  çıxanda  da.  Bir  qədər  fikirləĢəndən  sonra 

çiyinlərimi çəkdim, çünki mənim üçün heç bir fərqi yox idi. Elə mən 

də siçanın nə edəcəyini görmək istəyirdim. 

Əlbəttə, siçan tikənin hamısını yedi – bayırda Depressiya davam 

eləyirdi axı – və siçanın tikəni necə yeməsi bizi valeh etdi. O, sendviç 

tikəsinə yaxınlaĢdı, onu hər tərəfdən iylədi, sonra it kimi onun önündə 

oturdu  və  əti  götürmək  üçün  çörəyi  əlləri  ilə  tutub  iki  yerə  böldü.  O, 

bunu  elə  dəqiq  və  düĢüncə  ilə  elədi  ki,  sanki  öz  sevimli  restoranında 

rostbif  –  mal  əti  qızartması  –  yeməyə  hazırlaĢan  adam  idi.  Mən  heç 


www.vivo-book.com 

 

70 



vaxt bir heyvanın belə yemək yediyini görməmiĢdim, hətta gözəl təlim 

keçmiĢ it də belə yemirdi. Siçan tikəni yediyi müddət ərzində gözlərini 

bir an belə bizdən çəkmədi. 

– Ya bu ağıllı siçandır, ya da acından ölürmüĢ, – deyən yeni bir 

səs  eĢidildi.  Bu,  Bitterbak  idi.  O  ayılmıĢdı  və  indi  əynində  yalnız 

tumanla kameranın barmaqlıqlarının yanında dayanmıĢdı. O, sağ əlinin 

Ģəhadət  və  orta  barmaqları  arasında  eĢmə  papiros  tutmuĢdu,  onun 

polad  kimi  boz,  dən  düĢmüĢ  saçlarından  hörülmüĢ  iki  hörüyü  bir 

zamanlar  əzələli,  indi  isə  boĢalmağa  baĢlayan  çiyinlərinin  üstünə 

düĢürdü.  

– Sən siçanlar haqqında hinduların dediyi nəsə hikmətli bir söz 

bilirsənmi, BaĢçı? – siçanın yeməsinə tamaĢa edən Brutus soruĢdu. Biz 

hamımız,  siçanın  duzlu  mal  əti  tikəsini  pəncələri  ilə  necə  səliqəli 

tutmasına  və  hərdən  o  üz-bu  üzə  çevirərək  ətə  heyranlıq  və 

minnətdarlıqla baxmasına, sadəcə, heyran olmuĢduq. 

–  Yox,  –  Bitterbak  cavab  verdi.  –  Bir  cəsur  adam  tanıyırdım, 

onun  bir  cüt  əlcəyi  vardı.  O  deyirdi  ki,  əlcəklər  siçan  dərisindən 

hazırlanıb,  amma  mən  ona  inanmadım.  –  Sonra  o,  ucadan  gülərək 

barmaqlıqlardan  aralandı,  sanki  onun  bütün  dedikləri,  sadəcə,  bir 

zarafat  idi.  O,  yenidən  yatağına  uzananda,  biz  çarpayının  cırıltısını 

eĢitdik.   

Bu  səs  siçan  üçün  getmək  vaxtının  gəlib  çatdığını  bildirən  bir 

siqnal  oldu.  O,  əlindəkini  yeyib  bitirdi,  yeməyin  qalıqların  iylədi 


www.vivo-book.com 

 

71 



(əsasən,  içinə  sarı  xardal  çəkilmiĢ  çörək  idi),  sonra  bizə  tərəf  baxdı, 

sanki  bir  də  görüĢəcəyimiz  halda  bizi  tanımaq  üçün  üzlərimizi  yadda 

saxlamaq  istəyirdi.  Sonra  geri  çevrilib  gəldiyi  yolla  qaçaraq  getdi, 

amma  bu  dəfə  heç  bir  kameraya  tərəf  baxmadı.  Onun  bu  tələskənliyi 

mənə “Alisa möcüzələr diyarında” nağılındakı ağ dovĢanı xatırlatdı və 

gülümsədim.  O,  karserin  qarĢısında  ləngiməyərək  qapının  ağzında 

gözdən  itdi.  Beyinləri  yüngülcə  yumĢalmıĢ  insanlar  üçün  bu  otağın 

divarları  yumĢaq  idi.  Biz  otaqdan  təyinatı  üzrə  istifadə  etmədiyimiz 

vaxtlarda  orada  təmizləyici  avadanlıq  və  bir  neçə  kitab  saxlayırdıq 

(əsasən Klarens Milfordun vestern – qərb kitablarını və bir də, xüsusi 

hallarda  ələ  verilən  kitab  –  Popey,  Bluto  və  hətta  Uimpinin  – 

Hamburger  udanın  –  növbə  ilə  Oliv  Oylun  qəlbini  qazanan 

qəhrəmanlarından  danıĢan  çoxlu  illüstrasiyalar  ilə  bəzədilmiĢ  bir 

kitab). Orada, Delakruanın sonralar yaxĢı istifadə üsulu tapdığı rəngli 

karandaĢlar kimi, bir çox baĢqa əĢyalar da vardı. Karserdə heç kimin 

geyinmək  istəmədiyi  bir  gödəkcə  də  vardı:  ağ,  ikiqat  kətandan, 

arxasında  düymələr,  qarmaqlar  və  toqqalı.  Biz  “problem  yaradan 

uĢağı”  bu  gödəkcənin  içinə  bir  anda  necə  qablaĢdırmalı  olduğumuzu 

yaxĢı bilirdik. Bizim itirilmiĢ oğlanlar elə də tez-tez dəlilik etmirdilər, 

amma  onlar  coĢub  özlərindən  çıxanda,  inan  mənə,  qardaĢım,  onların 

öz-özünə sakitləĢməsini heç kim gözləmirdi.   

Brutus  masanın  siyirməsindən  dəri  cildinin  üstündə  qızılı 

hərflərlə  “ZĠYARƏTÇĠ”  sözü  həkk  edilmiĢ  böyük  bir  kitab  çıxardı. 


www.vivo-book.com 

 

72 



Adətən, bu kitab siyirmədə aylarla qalardı. Məhbusun yanına ziyarətçi 

gələndə  –  vəkil  və  keĢiĢdən  baĢqa  –  onu  yeməkxananın  arxasındakı 

belə görüĢlər üçün ayrılmıĢ xüsusi otağa aparırdılar. Biz oranı “pasaj” 

adlandırırdıq, amma bilmirəm niyə. 

– Allah xatirinə, de görüm, neyləmək istəyirsən? – Brutus kitabı 

açıb  artıq  həyatda  olmayan  insanların  yanına  gələn  ziyarətçilərin 

adlarının  qeyd  edildiyi  vərəqləri  çevirməyə  baĢlayanda,  Din  Stanton 

eynəyinin üstündən baxaraq soruĢdu.  

–  19-cu  qaydaya  görə,  –  həmin  səhifəni  tapan  Brutus  sözə 

baĢladı. O karandaĢı götürüb ucunu yaladı – bu pis vərdiĢdən o heç cür 

əl çəkə bilmirdi – və yazmağa hazırlaĢdı. – 19-cu qaydada deyilir: “E 

blokuna  gələn  hər  bir  ziyarətçi  müdiriyyətin  verdiyi  sarı  buraxılıĢ 

vərəqəsini  göstərməli  və  hökmən  müvafiq  jurnalda  qeydiyyata 

alınmalıdır”.  

– O, deyəsən, ağlını itirib, – Din mənə dedi.  

– O, bizə öz buraxılıĢ vərəqəsini göstərmədi, amma bu dəfə onu 

buraxacağam, – Brutus dedi. KarandaĢın ucunu bir də yaladı və “gəliĢ 

vaxtı” sütununda 9:49 yazdı. 

–  Əlbəttə,  niyə  də  yox?  Böyük  rəislər  siçanlar  üçün  istisnalar 

edirlər, – dedim. 

– Doğrudur, – Brutus mənimlə razılaĢdı. – Onun cibləri yox idi, 

– masanın arxasında divardan asılmıĢ saata baxmaq üçün geri çevrildi 

və  sonra  “Getmə  vaxtı”  sütununa  10:01  yazdı.  Bu  iki  rəqəmin 


Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin