Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə4/44
tarix07.04.2017
ölçüsü3,44 Mb.
#13625
1   2   3   4   5   6   7   8   9   ...   44

www.vivo-book.com 

 

44 



–  Yox,  ser,  –  deyə  Koffi  öz  qalın  səsi  ilə  cavab  verdi.  Onun 

durmadan yaĢ axıdan qəribə gözləri üzdə əzabkeĢ görünsə də, haradasa 

dərinlikdə  etinasız və  laqeyd idi. Sanki  əsl  Con  Koffi haradasa baĢqa 

yerdə idi və baĢqa bir mənzərəyə tamaĢa edirdi. Elə bil, bu mənzərədə 

qətlə  yetirilmiĢ  qızlar  üçün  kədərlənməyinə  dəyməzdi;  bu  gözlər 

nəzərlərini  qaçırmadan  Makginin  gözlərinin  düz  içinə  baxırdı.  – 

Burada sadəcə mənim səhər yeməyim var.  

–  Səhər  yeməyi  deyirsən,  eləmi?  –  Makgi  soruĢdu  və  Koffi 

baĢını yırğalayaraq – “Bəli ser” – deyə təsdiq etdi. Onun gözlərindən 

axan yaĢlar aram vermir və damcılar burnunun ucunda iriləĢərək aĢağı 

diyirlənirdi.  

–  Bəs,  de  görüm,  sənin  kimiləri  öz  səhər  yeməklərini  haradan 

götürürlər? – Makgi soyuqqanlılığını qorumağa çalıĢırdı, baxmayaraq 

ki,  qızlardan  gələn  iyi  burnu  hiss  edə  və  onların  bədənlərinin  nəm 

yerlərinə qonan milçək buludunu görə bilirdi. “Ən pisi də onları saçları 

idi”  –  sonralar  o  demiĢdi...  Lakin  bu  deyilənlər  heç  bir  qəzetdə  öz 

əksini  tapmamıĢdı,  çünki  belə  təfərrüatları  ailəvi  qiraətlər  üçün  çox 

qorxunc  hesab  etmiĢdilər.  Mən  bu  hadisə  haqqında  onu  qələmə  alan 

jurnalistdən, cənab Hammersmitdən eĢitmiĢdim. Məqalənin müəllifini 

sonralar, Con Koffi mənim üçün bir növ mübtəlalığa çevriləndən sonra 

tapdım.  Makgi  Hammersmitə  deyibmiĢ  ki,  qızların  sarıĢın  saçları  o 

vaxt  daha  sarıĢın  deyilmiĢ,  tünd  qırmızı  rəngdə  imiĢ.  Onların 

saçlarından  süzülən  qan  yanaqlarından  axırmıĢ,  sanki  saçlar  pis  boya 


www.vivo-book.com 

 

45 



ilə rənglənmiĢdi. Onların kövrək qafa taslarının o qüdrətli əllərin gücü 

ilə  bir-birinə çırpılaraq parça-parça edildiyini dərk etmək üçün həkim 

olmağa gərək yoxdur. Ola bilsin ki, onlar ağlayırlarmıĢ; ola bilsin ki, o 

onları  susdurmaq  istəyibmiĢ.  Əgər  qızların  bəxti  gətiribsə,  bu  hadisə 

onların zorlanmasından öncə baĢ verib.  

Belə  bir  mənzərənin  Ģahidi  olarkən  soyuqqanlılıqla  düĢünmək 

çox  çətindir,  hətta  öz  iĢini  görməkdə  çox  qətiyyətli  olan  ġerif 

köməkçisi  Makgi  kimi  bir  adam  üçün  də.  Qeyri-sağlam  düĢüncə 

səhvlərə  yol  verilməsi  və  hətta  daha  çox  qan  tökülməsi  ilə  nəticələnə 

bilər.  Makgi  dərindən  nəfəs  alıb  özünü  toplamaq  istədi,  ən  azından, 

bunu etməyə çalıĢdı. 

– Ser, mən dəqiq xatırlamıram, əgər yalan deyirəmsə, əclafam, – 

Koffi göz yaĢları ilə boğula-boğula dedi. – Bu həqiqətən mənim səhər 

yeməyimdir,  orada  buterbrod  və  səhv  eləmirəmsə,  duzlu  xiyar 

olmalıdır.  

– Mən özüm baxaram, sənin üçün bir fərqi olmamalıdır, – Makgi 

dedi.  –  Ġndi,  Con  Koffi,  məbadə  tərpənəsən.  Bunu  etmə,  dostum,  heç 

ağlına belə  gətirmə. Əgər barmağını belə tərpətsən, bədəninin beldən 

yuxarısını yox etmək üçün sənə tuĢlanmıĢ kifayət qədər silahımız var.  

Koffi yenə çayın o biri sahilinə baxırdı və Makgi səliqə ilə onun 

köynəyinin  döĢ  cibinə  girib  qəzetə  bükülmüĢ  və  üstündən  də  iplə 

sarınmıĢ  bir  bağlamanı  çıxaranda  heç  qımıldanmadı.  Makgi  ipi  qırıb 

qəzet  bağlamasını  açdı,  baxmayaraq  ki,  orada,  Koffinin  dediyi  kimi, 


www.vivo-book.com 

 

46 



səhər  yeməyinin  olduğuna  tamamilə  əmin  idi.  Bağlamanın  içində 

donuz  əti  və  pomidorlardan  hazırlanmıĢ  buterbrod,  cemli  rulet  və  bir 

də, Con Koffinin heç vaxt açmayacağı, ayrıca kağıza bükülmüĢ duzlu 

xiyar  vardı.  Səhər  yeməyinin  içində  bircə  kolbasa  yox  idi.  Con 

Koffinin səhər yeməyindən kolbasanı yəqin Bauzer götürmüĢdü.  

Makgi  gözlərini  bir  an  belə  Con  Koffidən  çəkməyərək  səhər 

yeməyini  çiyninin  üstündən  arxasındakı  adamlardan  birinə  verdi. 

Sallağı oturduğundan, o, Con Koffiyə çox yaxın idi və ona görə də bir 

an  belə  diqqətinin  yayınmasına  yol  verə  bilməzdi.  Yenə  səliqə  ilə 

bükülən  və  üstündən  də  iplə  bağlanan  səhər  yeməyi,  nəhayət,  Bobo 

Marçanta  çatdı.  O  da  bu  yeməyi  özünün  bel  çantasına  qoydu.  Bu 

çantada  o  öz  itləri  üçün  yemək  saxlayırdı  (bu  çantada  bir  də  balıq 

tutmaq  üçün  yem  olsaydı,  mən  təəccüblənməzdim).  Həmin  yemək 

məhkəmədə əĢyayi-dəlil kimi təqdim edilməmiĢdi – ədalət məhkəməsi 

dünyanın bu hissəsində çox çevikdir, amma donuz əti və pomidordan 

hazırlanmıĢ  buterbrodun  salamat  qalacağı  qədər  çevik  deyil,  – 

baxmayaraq ki, yeməyin fotoĢəkilləri qalmıĢdı.  

–  Burada  nə  baĢ  verib,  Con  Koffi?  –  Makgi  özünün  alçaq  və 

ciddi  səsi  ilə  soruĢdu.  –  Sən  burada  nə  baĢ  verdiyini  danıĢmaq 

istəmirsənmi? 

Və  Koffi,  demək  olar  ki,  mənə  dediyi  sözləri  dəqiqliklə  Makgi 

və  orada  olanların  hamısına  dedi;  elə  bu  sözlər  həm  də  ittihamçının 

Koffinin məhkəməsində andlılara dediyi son sözlər oldu: 


www.vivo-book.com 

 

47 



–  Mən  heç  nə  eləyə  bilmədim,  –  zorlanmıĢ  və  öldürülmüĢ 

qızların çılpaq bədənlərini öz qollarının arasında tutan Con Koffi dedi. 

Yenə  onun  göz  yaĢları  yanaqları  ilə  axmağa  baĢladı.  –  Mən  hər  Ģeyi 

geri qaytarmağa çalıĢdım, lakin artıq çox gec idi. 

–  Oğlan,  sən  qətldə  Ģübhəli  bilinərək  həbs  edilirsən,  –  Makgi 

dedi və Con Koffinin üzünə tüpürdü...  

Andlılar  təxminən  qırx  beĢ  dəqiqə  zalı  tərk  etdilər.  Onların  öz 

yeməklərini  yemələri  üçün  məhz  bu  qədər  vaxt  lazım  idi.  Mənə 

maraqlı  gələn  isə  baĢqa  Ģeydir:  görəsən  onların  boğazından  tikələr 

keçdimi?  

 

 

 



 

Əlbəttə, siz yəqin baĢa düĢürsünüz ki, bütün bunları xarabazara 

çevrilmiĢ  həbsxana  kitabxanasında  keçirdiyim  bir  isti  oktyabr 

axĢamında,  Pomona  portağal  yeĢiklərinin  arasına  qoyulmuĢ  yeganə 

köhnə  qəzet  dəstindən  öyrənə  bilməzdim,  amma  həmin  axĢam 

öyrəndiklərim o gecə  yuxumun qaçması üçün tamamilə kifayət  elədi. 

Arvadım  təxminən  gecə  saat  ikidə  yerindən  qalxıb  mənim  mətbəxdə 

oturaraq  ayran  içə-içə  eĢmə  papiros  çəkdiyimi  görəndə:  “Nə  olub, 

əzizim,  niyə  yatmırsan?”  –  deyə  soruĢdu.  Mən  də  birgə  keçirdiyimiz 


www.vivo-book.com 

 

48 



uzun  illər  ərzində  ona  söylədiyim  nadir  yalanlardan  birini  dedim. 

Dedim  ki,  yenə  Persi  Uetmor  ilə  sözləĢmiĢəm.  Əlbəttə  ki,  bu  həqiqət 

idi,  amma  belə  gec  saatda  yuxumu  qaçıran  və  məni  mətbəxdə 

oturmağa  vadar  edən  səbəb  deyildi.  Mən,  adətən,  Persi  ilə  bağlı 

problemlərimi iĢdə qoya bilirdim. 

– O çürük alma cecəsini yaddan çıxar. Gəl  yatağına gir, – deyə 

arvadım məni  yatağa çağırdı. – Məndə elə bir Ģey var ki, sənin rahat 

yatmağına kömək edər, istədiyin hər Ģeyi eləyə bilərsən.  

–  Avazın  çox  xoĢ  gəlir,  amma  məncə,  bunu  eləməsək  yaxĢıdı. 

Mənim  sidik  sistemimdə  bir  balaca  problemim  var  və  istəməzdim  ki, 

onu sənə də bulaĢdırım.  

Arvadım təəccüblə qaĢlarını qaldırdı. 

–  Hə,  deməli,  sidik  sistemi,  –  acıqlı-acıqlı  dedi.  –  Məncə,  sən 

keçən dəfə Baton Rujda olanda, yəqin, səkidə duran qızlarla ehtiyatsız 

davranmısan.  

Mən heç vaxt Baton Rujda olmamıĢam, heç vaxt küçə qızları ilə 

iĢim olmayıb və biz ikimiz də bunu yaxĢı bilirdik.  

–  Bu,  sadəcə,  hamının  bildiyi  infeksiyadır;  sidik  yollarının 

infeksiyası,  –  mən  izah  etməyə  çalıĢdım.  –  Anam  deyərdi  ki,  oğlan 

uĢaqları bu infeksiyaya, iĢədikləri vaxt Ģimal küləyi əsəndə tutulurlar.  

– Hə, sənin anan duz dağıdanda da bütün günü evdən çıxmazdı, 

onu da bilirik, – arvadım zarafatından qalmadı. – Həkim Sedler... 



www.vivo-book.com 

 

49 



–  Yox,  ser,  –  mən  əlimi  qaldıraraq  etiraz  etdim.  –  Həkim 

Sedlerin  dediyinə  görə,  mən  kükürd  qəbul  eləməliyəm.  Ona  qulaq 

assam, həftənin axırına öz kabinetimin hər tərəfinə qusub batıracağam. 

Vaxtı  gələndə,  öz-özünə  keçib  gedəcək,  amma  hələlik,  məncə,  sənin 

dediyin “oyunlara” bir qədər ara verməli olacağıq.  

O  məni  alnımdan,  düz  sol  qaĢımın  üstündən  öpdü.  Ora 

toxunanda  həmiĢə  tüklərim  biz-biz  olur.  Cenis  də  bunu,  əlbəttə  ki, 

bilirdi.  

–  Zavallı  körpəm.  O.  əclaf  Persi  Uetmor  azmıĢ  kimi,  o  da 

buradan. Gəl, əzizim, gəl yerinə gir!  

Mən  onun  dediyinə  qulaq  asdım,  amma  əvvəlcə,  öz  təbii 

ehtiyacımı  qarĢılamaq  üçün  arxa  artırmaya  çıxdım  (bunu  etməzdən 

öncə  barmağımı  yaĢlayıb  küləyin  hara  əsdiyini  yoxladım  – 

valideynlərimizin  balaca  olduğumuz  vaxt  bizə  dedikləri,  nə  qədər 

səfeh olsa belə, nadir hallarda  yaddan çıxır). Bu  haqda Ģairlər bir söz 

deməsələr də, açıq havada iĢəmək kənd həyatının insana həzz verən ən 

gözəl  anlarından  biridir.  Lakin  o  gecə  heç  də  həzz  hiss  etmədim; 

məndən  çıxan  maye  od  kimi  yandırırdı.  Amma  mən  axĢam  bundan 

daha  pis  olduğunu  düĢünərək  özümə  ürək-dirək  verdim  və  dəqiq 

bilirdim ki, bir-iki gün öncə vəziyyət bundan qat-qat ağır idi. Get-gedə 

vəziyyətin  düzəlməyə  doğru  getdiyinə  içimdə  bir  ümid  yarandı. 

Mənim indiyədək belə əsassız ümid bəslədiyim yadıma gəlmir. Mənə 

heç kim deməmiĢdi ki, içimə görərək özü üçün isti və nəm yer tapmıĢ 


www.vivo-book.com 

 

50 



mikrob, daha çox qüvvə toplayıb  yenidən öz iĢinə giriĢmək üçün, bir 

neçə  gün  istirahət  edə  bilər.  Bunu  desəydilər,  çox  təəccüblənərdim. 

Əgər  mənə  desəydilər  ki,  on  beĢ-iyirmi  ildən  sonra  elə  həblər  kəĢf 

ediləcək  ki,  onları  qəbul  edən  insanın  daxilini  rekord  dərəcədə  qısa 

müddət  ərzində  belə  infeksiyalardan  təmizləyəcək...  üstəlik,  onları 

qəbul  edənin  mədəsini  bir  balaca  bulandırsa  da,  ya  da  xəstənin  qarnı 

getsə  də,  bu  həblər  həkim  Sedlerin  verdiyi  kükürd  həbləri  kimi  sizi 

qusmağa vadar etməyəcək, bax, ən çox onda təəccüblənərdim. Amma 

o vaxt, 1932-ci ildə xəstəliyin öz-özünə sağalacağını gözləməkdən və 

bir  də  sanki  kiminsə  içinizə  neft  töküb,  sonra  da  kibritlə  alıĢdırırmıĢ 

kimi dəhĢətli ağrı-acılara əhəmiyyət verməməyə cəhd etməkdən baĢqa 

əlac yox idi.  

Öz iĢimi bitirib yataq otağına qayıtdım və nəhayət, yuxuya gedə 

bildim.  Röyamda  saçları  qana  batmıĢ  və  utancaqlıqla  gülümsəyən 

balaca qızlar görürdüm...  

 

 

 

Səhərisi  gün  öz  masamın  üstündə  bir  order  sənədi  gördüm. 



Sənəddə  deyilirdi  ki,  mən  mümkün  olan  ən  qısa  müddətdə  həbsxana 

rəisinin  yanına  getməliyəm.  Bu  çağırıĢın  səbəbini  yaxĢı  bilirdim  – 

həbsxanada yazılmamıĢ, amma çox vacib qaydalar vardı və dünən qısa 


www.vivo-book.com 

 

51 



müddət  çərçivəsində  bu  qaydalara  əməl  etməmiĢdim.  Ona  görə  də 

həbsxana rəisinin yanına getməyi mümkün olduqca ləngitmək qərarına 

gəldim  –  lap  öz  sidik  yollarımdakı  problemə  görə  həkimin  yanına 

getməyimi  uzatdığım  kimi.  HəmiĢə  düĢünmüĢəm  ki,  “bununla 

birdəfəlik qurtarmaq” kimi iĢlərə həddən artıq əhəmiyyət verilir. 

Hər  halda,  həbsxana  rəisi  Mursun  kabinetinə  getməyə 

tələsmirdim.  Bunun  əvəzində,  öz  yun  kitelimi  soyundum,  onu 

stulumun söykənəcəyinə asdım və küncdəki ventilyatoru iĢə saldım – 

bu gün də hava həddən  artıq isti  idi. Sonra öz  yerimə əyləĢib  Brutus 

Hovellin  gecə  növbəsinə  dair  hesabatını  gözdən  keçirməyə  baĢladım. 

Hesabatda narahatlıq doğura biləcək heç nə yox idi. Geri qayıdandan 

bir  az  sonra  Delakrua  ağlamıĢdı  –  o,  demək  olar  ki,  hər  gecə  belə 

edirdi və mən tam əminəm ki, o, diri-diri yandırdığı adamlar üçün yox, 

əsasən,  özü  üçün  ağlayırdı,  –  sonra  öz  dostu  Mister  Cinqlzı  içində 

yatdığı  siqaret  qutusundan  götürmüĢdü.  Siçanı  görən  kimi  Del 

sakitləĢmiĢ  və  gecənin  qalan  hissəsini  körpə  uĢaq  kimi  yatmıĢdı. 

Mister  Cinqlz  öz  quyruğunu  arxa  ayaqlarının  ətrafına  dolayaraq  və 

girdə  gözlərini  qırpmadan  bütün  gecəni  yəqin  Delakruanın  qarnının 

üstündə  keçirmiĢdi.  Sanki  Allah  Delakruanın  qoruyucu  mələyə 

ehtiyacı  olduğuna  qərar  vermiĢdi  və  bizim  Luizianadan  olan 

cinayətkar dostumuz kimi, siçovulun qoruyucu mələyinin yalnız siçan 

ola  biləcəyini  müəyyənləĢdirmiĢdi.  Əlbəttə  ki,  Brutusun  hesabatında 

bütün  bunlar  yazılmamıĢdı,  amma  mən  yazılan  sətirlərin  arasındakı 


www.vivo-book.com 

 

52 



mənanı  oxumağı  öyrənmək  üçün  gecə  növbələrində  kifayət  qədər 

olmuĢdum.  Hesabatda  Koffi  haqqında  qısa  bir  qeyd  vardı:  “Yerində 

səssiz-səmirsiz  uzanıb,  bəzən  ağlayıb.  Mən  onunla  söhbətə  baĢlamaq 

üçün cəhd etdim, amma bir neçə deyingən cavabdan sonra bu fikridən 

vaz keçdim. Bəlkə də Pol ilə Harrinin bəxti daha çox gətirər”. 

“Söhbətə  baĢlamaq”  –  bu  bizim  iĢimizdə,  həqiqətən,  ən  əsas 

məsələlərdən biridir. O  vaxtlar hələ  bunu bilmirdim, amma bu qəribə 

ahıl  yaĢımın  zirvəsindən  geriyə  baxanda  (düĢünürəm  ki,  gələcəkdə 

yaĢamağa  məcbur  olanların  hamısı  üçün  ahıl  yaĢlar  qəribə  gəlir) 

həqiqətən  belə  olduğunu  və  bunu  o  zamanlar  nə  üçün  anlamadığımı 

baĢa düĢdüm: bu məsələ bizim iĢin aparıcı məqamı kimi çox vacib idi 

–  lap  elə  nəfəs  almağın  yaĢamamız  üçün  vacib  olduğu  kimi. 

Müvəqqəti  iĢçilər  üçün  “söhbətə  baĢlamaq”da  mahir  olmaq  elə  də 

vacib  deyildi,  amma  mən,  Harri,  Brutus  və  Din  üçün  bu,  həyati 

əhəmiyyət daĢıyırdı... Məhz bu, Persi Uetmorun bir fəlakət olmasının 

səbəblərindən  biri  idi.  Məhbuslar  ona  nifrət  edirdilər,  mühafizəçilərin 

ondan  zəhləsi  gedirdi...  –  hamı  ona  ikrahla  baxırdı.  Bəlkə  də  onun 

siyasi  əlaqələrinə  deyil,  yalnız  özünə  və  ola  bilsin  ki,  (sadəcə  bu  bir 

gümandır)  anasına  da  nifrət  edirdilər.  O,  düyün  tortuna  vurulmuĢ 

arseni xatırladırdı və mənsə qarĢıda bizi gözləyən fəlakəti lap əvvəldən 

duymuĢdum. Persi özü elə bil baĢ verəcəyi anı gözləyən bir fəlakət idi. 

Yerdə  qalanlara  gəlincə,  gözətçi  kimi  fəaliyyətimizdən  daha  çox, 

məhbusların  psixiatrları  kimi  faydalı  olduğumuzu  söyləyən  hər  kəsi 


www.vivo-book.com 

 

53 



lağa qoyub gülərdik – mənim içimdə bir hissəm hələ indi də bu fikri 

ciddi  qəbul  etməyərək,  buna  istehza  edir,  –  amma  biz  “söhbətə 

baĢlama”nın  əhəmiyyətini  dərk  edirdik...  Və  bu  söhbətləri  etmədikdə 

Qoca  Qığılcımla  görüĢü  gözlənilən  məhbusların  ağlını  itirmək  kimi 

sarsaq Ģakərləri vardı.  

Mən  Brutusun  hesabatının  sonunda  Con  Koffi  ilə  söhbət,  ən 

azından,  buna  cəhd  etmək  haqqında  bir  qeyd  yazdım  və  sonra 

həbsxana  rəisinin  baĢ  köməkçisi  Körtis  Andersonun  qeydinə  keçdim. 

Qeyddə  deyilirdi  ki,  Anderson  Edvard  Delakrus  (Anderson  səhv 

edirdi;  məhbusun  adı  əslində  Eduard  Delakrua  idi)  üçün  tezliklə  EG 

əmrini  gözləyir.  EG  abreviaturasının  mənası  “edam  günü”  deməkdir 

və  onun  etdiyi  qeydə  inansaq,  Körtisə  yuxarılardan  deyilmiĢdi  ki, 

balaca fransız öz edam yolunu Hellovindən bir neçə gün öncə keçəcək. 

Onun gümanına görə, edam oktyabrın 27-də olmalı idi və sizə deyim 

ki, Körtis Andersonun ehtimalları heç vaxt əsassız olmurdu. Lakin bu 

edamdan  öncə  Uilyan  Uortoin  adlı  bir  məhbusun  gəliĢi  gözlənilirdi. 

“O sizin  “çətin uĢaq” adlandıracağınız tiplərdəndir, – Kürtis öz zərif, 

bir az da sola meyillənən xətti ilə yazırdı. – Dəlisov və yelbeyindir və 

bununla  fəxr  edir.  Təxminən  bir  il  avara-sərgərdan  bütün  Ģtatı  gəzib-

dolaĢandan sonra, nəhayət, öz cəzasını tapıb. Soyğun zamanı üç nəfəri 

qətlə yetirib – onlardan biri hamilə qadın olub, qaçarkən də darvazanın 

ağzında  dördüncünü  öldürüb.  ġtatın  patrul  polisini.  Ona,  sadəcə, 

rahibə  və  kor  birisini  öldürmək  qalırdı.  –  Bu  son  cümləni  oxuyanda 


www.vivo-book.com 

 

54 



yüngülcə  gülümsədim.  –  Uortonun  on  doqquz  yaĢı  var.  Onun  sol 

qolunun  yuxarı  hissəsinə  “Körpə  Billi”  sözləri  döyülüb.  Siz  onun 

burnuna bir-iki çırtma vurmalı olacaqsınız, bunu edəcəyinizə zəmanət 

verirəm,  amma  çırtmaları  vuranda,  ehtiyatlı  olun.  Bu  adamın  itirəcək 

heç  nəyi  yoxdur.  –  Bu  son  cümlənin  altından  o,  iki  xətt  çəkmiĢ  və 

hesabatı belə bitirmiĢdi: – O, həm də böyük ehtimalla tənbəl avaradır. 

ġikayət məktubları yazır və hər Ģey bir qırağa, o həm də həddi-büluğa 

çatmayıb”. 

ġikayət məktubları yazan və avaralanmağa meyilli dəlisov uĢaq. 

Bu lap əla oldu ki! Bir anlıq mənə elə gəldi ki, hava bir az da istiləĢdi 

və həbsxana rəisi Mursun yanına gediĢimi daha ləngitmək istəmədim. 

Kold  Mauntində  gözətçi  iĢlədiyim  müddət  ərzində  üç  həbsxana  rəisi 

dəyiĢmiĢdi.  Hal  Murs  onların  sonuncusu  və  ən  yaxĢısı  idi.  Körtis 

Andersondan  fərqli  olaraq,  tamamilə  ağıldan  məhrum  bir  insan  olsa 

da, dürüst idi və çox qəribə siyasi  fərasəti vardı  ki,  bu da ona həmin 

çətin  və  amansız  illərdə  öz  vəzifəsini  qorumaqda  yardım  edirdi. 

Dürüstlüyü  həbsxana  oyunlarında  istifadə  edilən  rüĢvət  və  bir  çox 

baĢqa tamahlandırıcı Ģeylərdən onu qoruyurdu. Onun öz karyerasında 

bundan  daha  yüksək  vəzifələrə  keçməsi  gözlənilmirdi,  amma  belə 

görünürdü ki, bu onu heç də narahat etmir. Həmin vaxtlar onun ya əlli 

səkkiz,  ya  da  əlli  doqquz  yaĢı  olardı.  Üzündəki  dərin  qırıĢlar  onu 

izaxtaran  itə  oxĢadırdı,  yəqin  o,  Bobo  Marçantın  çox  xoĢuna  gələrdi. 

Saçlarının  ağarmasına  və  əllərinin  əsməsinə  baxmayaraq,  o,  hələ  öz 


www.vivo-book.com 

 

55 



gücünü itirməmiĢdi. Bir il bunda əvvəl, gəzinti həyətində bir məhbus 

əlində  qapı  çərçivəsinin  tirindən  yonulmuĢ  dəyənəklə  onun  üstünə 

atılmıĢdı. Murs özünü itirməyərək onun biləyindən tutub elə burmuĢdu 

ki,  sümükləri  ocaqda  yanan  quru  budaq  kimi  xırçıldamıĢdı.  Hücum 

edən  məhbus  bütün  incikliyini  unudub  diz  üstə  yerə  düĢərək,  anasını 

çağırmağa  baĢlamıĢdı.  “Mən  sənin  anan  deyiləm,  –  Murs  öz  mədəni 

cənublu  səsi  ilə  cavab  vermiĢdi.  –  Əgər  anan  olsaydım,  öz  tumanımı 

qaldırıb, səni dünyaya gətirmiĢ bətnimdən üstünə iĢəyərdim”...  

Mən  kabinetinə  girəndə,  o,  ayağa  qalxırdı.  Yerindən  qalxmasın 

deyə,  mən  ona  iĢarə  etdim.  Onunla  üzbəüz  oturandan  sonra  söhbətə 

arvadının  halını  soruĢmaqla  baĢladım...  amma  bunu  sizin  yerlərdə 

edilən kimi etmədim. “Sənin gözəlçən necədir?” – deyə elə soruĢdum 

ki, elə bil, Melindanın  yaĢı altmıĢ iki, ya da altmıĢ üç deyil, on yeddi 

idi.  Marağım  səmimi  idi  –  o,  elə  bir  qadın  idi  ki,  əgər  bizim  həyat 

yollarımız haradasa kəsiĢsəydi, onu sevə və onunla evlənə bilərdim, - 

lakin  mən  həm  də  rəisin  fikrini  əsas  məsələlərdən  bir  qədər 

yayındırmaq istəyirdim.  

O, dərindən nəfəs alıb dedi: 

– Elə də yaxĢı deyil, Pol. Hətta heç yaxĢı deyil. 

– Yenə baĢağrıları? 

–  Bu  həftə  yalnız  bir  dəfə  oldu,  amma  bu  baĢağrısı  indiyədək 

olanların ən pisi idi. Bu ağrıya görə o srağagün, demək olar ki, bütün 

günü üzüqoylu  yatıb.  Ġndi  də sol  qolunda süstləĢmə var. – O  özünün 


www.vivo-book.com 

 

56 



baĢdan-ayağa çillə örtülü sağ əlini qaldırdı. Biz ikimiz də onun əlinin 

masanın üstündəki qeyd kitabının üzərində necə əsdiyini gördük, sonra 

o, əlini aĢağı saldı. Əminəm ki, o mənə dediklərini deməmək üçün çox 

Ģeyini  qurban  verərdi  və  elə  mən  də  bunları  eĢitməmək  üçün  çox 

Ģeydən  keçərdim.  Melindanın  baĢ  ağrıları  keçən  yaz  baĢlamıĢdı  və 

bütün yayı ailə həkimləri onu əmin etməyə çalıĢırdı ki, bu baĢağrıları 

“əsəblə  bağlı  miqrendir”  və  bunun  da  səbəbi  Halın  bu  yaxınlarda 

təqaüdə  çıxacağını  gözləməyin  yaratdığı  stresslə  əlaqədar  ola  bilər. 

Əslində,  onlar  ikisi  də  onun  təqaüdə  çıxmasına  elə  bir  əhəmiyyət 

vermirdi,  hələ  mənim  arvadım  deyirdi  ki,  miqren  yaĢlıların  yox, 

cavanların  xəstəliyidir  və  miqrendən  əziyyət  çəkən  insanlar  Melinda 

Mursun  yaĢına  çatanda  onların  halı  pisləĢmir,  əksinə,  yaxĢılaĢır.  Bəs 

onun  qolundakı  halsızlıq?  Məncə,  o,  əsəb  gərginliyinə  heç  oxĢamır; 

bu, lənətə gəlmiĢ insulta daha çox oxĢayır.  

–  Həkim  Haverstrom  Melindanın  Ġndianoladakı  xəstəxanada 

yatmasını  istəyir,  –  Murs  dedi.  –  Onun  analizlərini  götürüb.  BaĢını 

rentgenə  salıb,  kim  bilir,  daha  nələr...  Melinda  qorxusundan  az  qalır 

ölsün,  –  o,  bir  qədər  sözünə  ara  verdi  və  sonra  əlavə  etdi:  –  Düzünü 

desəm, elə mən özüm də çox qorxuram. 

– Hə, amma görərsən, Melinda bunun öhdəsindən gələcək, – onu 

sakitləĢdirmək  üçün  dedim.  –  ÇalıĢın,  gecikdirməyin.  Əgər  onlar 

rentgenlə  bir  Ģey  görə  bilsələr,  bəlkə  də  onu  müalicə  etmək  mümkün 

oldu.  


www.vivo-book.com 

 

57 



– Ola bilər, – deyə o razılaĢdı və sonra bir anlıq  – xatırladığım 

qədərilə  söhbətimiz  əsnasında  yalnız  bir  dəfə  –  bizim  nəzərlərimiz 

qarĢılaĢdı.  Biz  bir-birimizi  sözsüz  də  baĢa  düĢürdük,  sözlərə  ehtiyac 

yox  idi.  Bəli,  böyük  ehtimalla,  bu  iflicdir.  Bu,  beyində  böyüməkdə 

olan  xərçəng  ĢiĢi  də  ola  bilərdi.  Əgər  beləydisə,  onda  Ġndianola 

xəstəxanasındakı  həkimlərin  nəsə  edə  biləcəkləri  ehtimalı  praktiki 

olaraq  sıfıra  enirdi.  Yadınızdadırsa,  o  vaxt  otuz  ikinci  il  idi.  Adi 

xəstəliklərdən  olan  sidik  kisəsinin  infeksiyasının  dərmanı  o  vaxt  ya 

kükürd və iylənmək, ya da əzab çəkərək gözləmək idi.  

–  Dərdimizə  Ģərik  olduğuna  görə  çox  sağ  ol,  Pol.  Gəl  indi  də 

Persi Uemor haqqında danıĢaq.  

Mən inildəyərək gözlərimi yumdum. 

–  Bu  gün  səhər  mənə  Ģtatın  paytaxtından  zəng  vurmuĢdular.  – 

Həbsxana  rəisi  sakit  səslə  dedi.  –  Zəng  edən  əməlli-baĢlı  acıqlı  idi. 

Əminəm  ki,  nə  demək  istədiyimi  baĢa  düĢürsən.  Pol,  qubernator  elə 

evlənib  ki,  elə  bil,  orda  heç  yoxdur  –  əgər  nə  demək  istədiyimi  baĢa 

düĢürsənsə. Onun arvadının bir qardaĢı, bu qardaĢın da bir uĢağı var. 

Bu uĢaq Persi Uetmordur. Persi dünən gecə öz atasına və atası da öz 

bacısına  zəng  edib.  Bu  zəncirin  hara  apardığını  baĢa  düĢməyin  üçün 

davam etməmə ehtiyac varmı?  

– Yoxdur, – deyə cavab verdim. – Persi xəbərçilik  edib,  eynilə 

Ceklə  Cillin  soyunma  otağında  öpüĢdüyünü  görən  ana  uĢağının  öz 

müəlliməsinə xəbərçilik etdiyi kimi.  


Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin