Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə14/44
tarix07.04.2017
ölçüsü3,44 Mb.
#13625
1   ...   10   11   12   13   14   15   16   17   ...   44

www.vivo-book.com 

 

189 



Din  “E”  blokunun  qapısının  kilidini  açanda  Uorton  onun  arxasında 

dayanmıĢdı. Onun hər iki yanında isə gözətçilər vardı, lakin Anderson 

haqlı  idi  –  Belə  Ģeylər  Azğın  Billinin  heç  vecinə  də  deyildi.  O, 

biləklərinə  vurulmuĢ  zənciri  Dinin  boynuna  keçirib,  onu  boğmağa 

baĢladı.  

Eleyn birdən titrədi. 

–  Bütün  gecəni  bunlar  haqqında  düĢündüyümdən  yuxuya  gedə 

bilmədim  və  ona  görə  də  buraya  gəldim.  Fikrimdə  sənin  bura  gələ 

biləcəyini  və  bizim  burada  balaca  bir  görüĢümüzün  olacağını 

düĢünərək AFK kanalını açdım.  

Dediklərimi  eĢidəndə,  o,  gülərək  alnımdan,  düz  qaĢımın 

üstündən  öpdü.  Ceniz  məni  qaĢımın  üstündən  öpəndə  bütün 

bədənimdən üĢütmə keçər, tüklərim biz-biz olardı. Həmin səhər Eleyn 

də  məni  oradan  öpəndə,  yenə  tüklərim  biz-biz  oldu.  Yəqin  həyatda 

dəyiĢməz qalan Ģeylər də var.  

Ekranda  isə  qanqsterlərə  aid  qırxıncı  illərin  ağ-qara  bir  filmi 

gedirdi. Filmin adı “Ölüm ÖpüĢü” idi.  

Bədənimin  yenə  əsməyə  baĢlayacağını  hiss  edib,  o  hissi 

boğmağa çalıĢdım.  

–  Bu  filmdə  Riçard  Uidmark  da  oynayır,  –  deyərək  söhbəti 

dəyiĢdim. – Məncə, bu onun kinoda ilk böyük roludur. Mən bu filmə 

heç  vaxt  Cenislə  birlikdə  baxmamıĢdım  –  biz  adətən  polislər  və 

oğrular  haqqında  olan  filmlərə  getmirdik,  –  lakin  yadımdadır  ki, 


www.vivo-book.com 

 

190 



hansısa  qəzetdə  Uidmarkın  bu  filmdə  yaramaz  adam  rolunu  əla 

oynadığı  haqqında  yazı  oxumuĢdum.  Əlbəttə,  bu  filmdə  o  yaxĢı 

oynamıĢdı.  Onun  bənizi  solğundur...  hərəkət  edərkən  elə  bil  gəzmir, 

sanki  süzür...  ətrafındakılar  həmiĢə  “sidik  Ģırnağı”  deyə  çağırır... 

xəbərçilər haqqında... onlara necə nifrət etdiyi haqqında danıĢır...  

Bütün  səylərimə  baxmayaraq,  yenə  əsməyə  baĢlamıĢdım  və 

bununla bacara bilmirdim. 

–  SarıĢın  saçlar,  –  deyə  pıçıldadım.  –  Uzun  və  yumĢaq  sarıĢın 

saçlar.  –  Uidmark  qoca  qarını  təkərli  əlil  arabasına  otuzdurub 

pilləkənlərdən aĢağı itələdiyi hissəyə qədər baxandan sonra televizoru 

söndürdüm.  

– O, sənə Uortonu xatırladır? 

– O elə Uortondur ki var! – cavab verdim. – Bütün həyatı ilə... 

–  Pol,  –  Eleyn  sözə  baĢlamaq  istədi,  amma  birdən  susdu.  O, 

televizorun  sönmüĢ,  boĢ  ekranına  baxırdı  (onun  üstündəki  kabel 

qutusu hələ də qoĢulu idi, qırmızı rəqəmlər 10-u göstərirdi – amerikan 

film kanalının nömrəsini), sonra dönüb mənə baxdı.  

–  Hə,  nə  deyirsən?  –  soruĢdum.  –  Hə,  Eleyn,  nə  deyirsən?  – 

dedim  və  düĢündüm:  “Ġndi  məndən  bu  haqda  yazmağa  son  verməyi, 

indiyə qədər yazdıqlarımın hamısını cırıb bir tərəfə atmağı və bütün bu 

ağrı-acılara son verməyimi xahiĢ edəcək”.  

Lakin onun dedikləri düĢündüyüm Ģeylər olmadı:  

– Bütün bunların yazını yazmağına mane olmasına imkan vermə. 


www.vivo-book.com 

 

191 



Mən ağzım açıq halda təəccüblə ona baxdım.  

– Ağzını bağla, Pol, ağzına milçək düĢəcək. 

– BağıĢla. Bu sadəcə... sadəcə... 

– Sən elə düĢündün ki, mən sənə bunun tam əksini deyəcəyəm, 

elə deyilmi? 

– Hə, düz deyirsən. 

O,  əllərimi  öz  əlinə  aldı  (bu  toxunuĢ  elə  zərif  idi  ki...  –  onun 

düyünlənmiĢ  eybəcər  barmaq  oynaqları  ilə  uzun  və  gözəl  barmaqları 

vardı)  və  qonur  gözləri  ilə  düz  mənim  mavi  gözlərimin  içinə 

qırpınmadan baxaraq irəli əyildi; onun bir gözünün rəngi kataraktadan 

azacıq solğunlaĢmıĢdı.  

–  Həyata  davam  etmək  üçün  mən  bəlkə  də  çox  qoca  və 

kövrəyəm, – dedi. – Lakin düĢünmək qabiliyyətimi itirmək üçün elə də 

qoca deyiləm. Bizim yaĢımızda bir neçə gecəni yuxusuz qalmaq nədir 

ki? Ya da televizorda kiminsə  xəyallarını  görmək... nə olsun ki? Sən, 

bəlkə,  mənə  demək  istəyirsən  ki,  indiyə  qədər  həyatında  heç  vaxt 

xəyallar görməmiĢdin?  

Mən  rəis  Mursu,  Harri  Tervilligeri,  Brutus  Hovelli  xatırladım, 

anam,  Alabamada  vəfat  etmiĢ  arvadım  Cenis  haqqında  düĢündüm. 

Mən xəyalların nə olduğunu bilirdim, özü də yaxĢı bilirdim. 

– Yox, – deyə cavab verdim. – Əlbəttə, bu, həyatımda gördüyüm 

ilk xəyallar deyildi. Amma, Eleyn, bu məni həqiqətən Ģoka saldı, məni 

sarsıtdı. Ona görə ki, bu, o idi.  


www.vivo-book.com 

 

192 



O məni yenə öpdü və sonra əllərini ombasına qoyaraq, – elə bil, 

ehtiyatsız  hərəkət  edəcəyi  təqdirdə  sümükləri  dərisini  cırıb  bayıra 

çıxacaqdı – ləngər vuraraq ayağa qalxdı.  

– Deyəsən, televizora baxmaq fikrindən vaz keçməli olacağam, – 

o  dedi.  –  Qara  gün...  ya  da  qara  gecə  üçün  qoruyub  saxladığım  bir 

həbim var. Məncə, indi ən yaxĢısı onu içib yenidən yatağa girməkdir. 

Əslində, elə sən də gedib yatsan, yaxĢı olar. 

–  Hə,  yəqin,  mən  də  gedib  yatmalıyam,  –  deyə  onunla 

razılaĢdım.  Bir  anlıq  fikrimdən  ona  yatağa  birlikdə  getməyi  təklif 

etmək  keçdi.  Lakin  onun  gözlərinin  arxasında  gizlənmiĢ  ağrı-acını 

görəndə, bu fikrimdən vaz keçməli oldum. Çünki o mənim təklifimlə 

razılaĢa bilərdi, özü də yalnız məni qırmamaq üçün. Bu isə heç yaxĢı 

olmazdı. 

Biz  televizor  otağından  (bu  otağı  belə  adlandırmaqla  nə  onu 

göylərə  qaldırıram,  nə  riĢxənd  edirəm)  birlikdə  çıxdıq.  Mən  öz 

addımlarımı  onun  addımlarına  uyğunlaĢdırmağa  çalıĢırdım,  onun 

addımları  isə  asta  və  ehtiyatlı  idi.  Hansısa  bağlı  qapının  arxasında 

yuxusunda  kabus  görərək  astadan  kiminsə  inildəməsini  saymasaq, 

binada sükut hökm sürürdü. 

–  Necə  fikirləĢirsən,  sən  yuxuya  gedə  biləcəksənmi?  –  məndən 

soruĢdu. 

– Hə, düĢünürəm  ki,  bu, problem olmaz,  – deyə  cavab verdim. 

Amma,  əslində,  səhərə  qədər  gözümə  yuxu  getmədi  və  çarpayımda 


www.vivo-book.com 

 

193 



uzanıb  “Ölüm  ÖpüĢü”  haqqında  uzun-uzadı  düĢüncələrə  daldım. 

Gözlərimin  önündə  Riçard  Uidmarkın  dəli  kimi  qəhqəhələr  çəkərək 

qoca  qarını  təkərli  əlil  arabasına  bağladığı,  sonra  isə  onu 

pilləkənlərdən  aĢağı  itələdiyi  səhnələr  canlanırdı.  “Xəbərçilərə  bax 

belə cəza veririk”, – deyə o qarının üstünə bağırdı və birdən onun üzü 

Uortonun  üzünə  çevrildi,  bizim  “E”  blokuna,  YaĢıl  Milə  gəldiyi  gün 

Uorton  necə  görünübdüsə,  lap  elə.  Uorton  da  Uidmark  kimi  dəli 

qəhqəhələr  çəkərək  qıĢqırırdı:  “ġənliyimiz  necədi,  xoĢunuza  gəlir? 

YaxĢı  Ģənlənirik,  ya  yox?”  Mən  bundan  sonra  heç  qəlyanaltı  da 

eləmədim,  sadəcə  solariuma  gəlib  yazının  davamını  yazmağa 

baĢladım. 

Xəyallar? Əlbəttə. 

Mən xəyallar haqqında hər Ģeyi bilirəm. 

 

 



 

2 

 

–  Həəəə,  uĢaqlar!  –  Uorton  ucadan  gülərək  dedi.  –  ġənliyimiz 



necədi, xoĢunuza gəlir? YaxĢı Ģənlənirik, ya yox? 

Hələ  də  qıĢqırmağa  və  qəhqəhə  çəkməyə  davam  edərək,  o  öz 

zənciri ilə yenə Dini boğmağa baĢladı. Niyə də yox? Bizim hamımızın 

bildiyi Ģeyi Uorton da bilirdi: onu odda yalnız bir dəfə qızartmaq olar.  



www.vivo-book.com 

 

194 



–  Vur  onu,  Persi,  vur  onu!  –  Harri  Tervilliger  qıĢqırdı.  O, 

Uortonu lap baĢlanğıcda durdurmaq üçün onun üstünə atılmıĢdı, lakin 

Uorton onu öz üstündən kənara ata bilmiĢdi. Ġndi isə ayağa qalxmağa 

çalıĢan Harri, – Persi, vur onu! – deyə qıĢqırırdı.  

 Lakin  ağac  dəyənəyini  əlində  tutmuĢ  Persi  farağat  durub 

baxırdı,  onun  gözləri  qorxusundan  Ģorba  boĢqabı  boyda  geniĢ 

açılmıĢdı.  Deyə  bilərsiniz  ki,  budur,  sevimli  dəyənəyini  iĢə  salmaq, 

təyinatı  üzrə  sınaqdan  çıxarmaq  üçün  onun  Kold  Mauntindəki  Ġslah 

Müəssisəsinə gəldiyi gündən axtardığı fürsət əlinə düĢüb. Lakin o elə 

qorxmuĢdu,  özünü  elə  itirimiĢdi  ki,  heç  yerindən  tərpənməyə  cürəti 

çatmadı. Onun qarĢısındakı nə qorxusundan tir-tir əsən balaca fransız, 

nə  də  öz  ruhunun  bədənində  olmasından  belə  xəbəri  olmayan 

qaradərili  nəhəng Con Koffi idi. Onun qarĢısındakı  qasırğa kimi  əsən 

əsl bir iblis idi.  

Mən  əlimdəki  kağızları  yerə  atıb  38  kalibrli  tapançamı  çəkərək 

cəld  Uortonun  kamerasından  bayıra  atıldım.  Qarnımın  alt  hissəsinin 

yandırıb-yaxan  infeksiyanı  bu  gün  ikinci  dəfə  idi  ki,  unutmuĢdum. 

Uortonun  laqeyd  üzü  və  boĢ  gözləri  haqqında  baĢqalarının  dediyi 

sözlərə  Ģübhə  ilə  yanaĢmırdım,  lakin  həmin  gün  qarĢıma  çıxan  adam 

onların  təsvir  etdikləri  Uorton  deyildi.  Mənim  gördüyüm  üz  heyvan 

üzü  idi  –  özü  də  ağıllı  heyvanın  yox,  içi  hiylə...  qəzəb...  və  dəli  bir 

sevinclə dolub daĢan bir heyvanın. Bəli, o nə üçün yaradılmıĢdısa, onu 

da edirdi. Onun üçün yer və ya Ģəraitin heç bir əhəmiyyəti yox idi.  


www.vivo-book.com 

 

195 



Mən  bir  də  Din  Stantonun  qızarmıĢ  ĢiĢkin  üzünü  gördüm.  O, 

gözlərimin önündə can verirdi. Uorton əlimdəki tapançanı görən anda 

Dini mənə tərəf çevirdi. Ġndi onu vurmaq istəsəydim, gülləm Dinə tuĢ 

gələ  bilərdi.  Dinin  çiyninin  arxasında  parıldayan  mavi  bir  göz  məni 

atəĢ  açmağa  çağırdı.  Uortonun  o  biri  gözü  Dinin  saçlarının  arxasında 

gizlənmiĢdi.  Onların  arxasında  isə  dəyənəyini  havaya  qaldırmıĢ 

vəziyyətdə  donub  qalmıĢ  Persini  gördüm.  Elə  həmin  an  həbsxana 

həyətinə açılan qapının ağzında maddiləĢmiĢ möcüzə göründü: Brutus 

Hovell. Onlar həbsxana xəstəxanasının son  avadanlıqlarını da daĢıyıb 

qurtarmıĢdılar  və  o,  qəhvə  istəyən  olub-olmadığını  öyrənməyə 

gəlmiĢdi.  

Brutus  bir  an  belə  tərəddüd  etmədən  hərəkətə  keçdi:  əvvəlcə, 

Persini  bir  kənara  çəkib  onu  qüvvətli  qolları  ilə  divara  sıxdı,  sonra 

dəyənəyini ilgəyindən çıxardı və sağ əlinin bütün qüvvəsi ilə Uortonun 

peysərinə  zərbələri  dolu  kimi  yağdırmağa  baĢladı.  Küt  tappıltı  səsləri 

eĢidildi, elə bil, Uortonun kəlləsinin içində beyin deyilən Ģey  yox idi 

və  nəhayət,  Dinin  boğazına  sarılmıĢ  zəncir  yavaĢ-yavaĢ  boĢaldı. 

Uorton  un  kisəsi  kimi  yerə  yıxıldı,  gözləri  bərələrək  hədəqəsindən 

çıxmıĢ Din isə xırıltılı səslə öskürə-öskürə bir əli ilə boğazını tutaraq 

kənara süründü.  

Mən  onun  yanında  yerə  çökdüm,  lakin  o,  sərt  Ģəkildə  baĢını 

buladı.  



www.vivo-book.com 

 

196 



–  Hər  Ģey  qaydasındadır,  –  cırıltılı  səslə  dedi.  –  Onu  göz... 

qoymayın! – deyə baĢı ilə Uortonu göstərdi. – Bağlayın! Kamera!.. 

Mənə  elə  gəldi  ki,  Brutusun  o  cür  ağır  zərbələrindən  sonra 

Uortona  kamera  yox,  tabut  lazım  olacaq.  Lakin  əfsuslar  olsun  ki, 

bəxtimiz gətirməmiĢdi. Uorton, sadəcə, huĢunu itirmiĢdi, heç də ölüyə 

bənzəmirdi.  O,  gözləri  yumulu  halda  yerdə  sərilərək  böyrü  üstə 

uzanmıĢdı,  onun  bir  qolu  kənara  elə  açılmıĢdı  ki,  barmaqları  YaĢıl 

Milin  linoliumuna  toxunurdu.  O,  aramla,  amma  rəvan  nəfəs  alırdı, 

üzündə hətta təbəssümə bənzər bir ifadə də vardı, sanki ən çox sevdiyi 

beĢik  nəğməsinə  qulaq  asaraq  yuxuya  getmiĢdi;  saçlarının  arası  ilə 

axan  nazik  qan Ģırnağı  həbsxana köynəyinin  yaxalığını qırmızı  rəngə 

boyamıĢdı. Hər Ģey bitmiĢdi.  

– Persi, – deyə səsləndim. – gəl, mənə kömək elə!  

Divara  söykənmiĢ  Persi  qorxusundan  bərəlmiĢ  gözlərini 

naməlum boĢluğa zilləyərək yerindən tərpənmədi. Məncə, həmin anda 

o, harada olduğunu belə dərk etmirdi.  

– Persi, səni görüm lənətə gələsən, cəld yapıĢ görüm! 

Nəhayət,  Persi  yerindən  tərpəndi,  Harri  isə  ona  kömək  etdi. 

Üçümüz  birlikdə  Uortonun  huĢsuz  bədənini  kameraya  apardıq.  O 

dəmdə  Brutus  Dinə  ayağa  qalxmağa  yardım  etdi  və  Din  aĢağı  əyilib 

ciyərlərinə hava alanda, Brutus onu ana qayğısı ilə tutub saxladı.  

Yeni  “çətin  uĢağımız”  təxminən  üç  saat  ayılmadı.  Lakin 

ayılandan sonra məlum oldu ki, Brutusun endirdiyi ağır zərbələrin ona 


www.vivo-book.com 

 

197 



heç  bir  pis  təsiri  olmayıb.  O,  elə  əvvəlki  kimi,  sürətlə  hərəkət  edə 

bilirdi.  Bir  an  bundan  əvvəl  o,  çarpayısında  ölü  kimi  uzanmıĢdı, 

sonrakı  anda  isə  dəmir  barmaqlıqların  yanında  dayanmıĢdı;  Ģikarını 

izləyən  piĢik  kimi  səssiz  idi  və  mən  növbətçi  masasının  arxasında 

oturub baĢ vermiĢ insident haqqında raport yazarkən, gözlərini zilləyib 

mənə  baxırdı.  Nəhayət,  kiminsə  mənə  baxdığını  hiss  edərək  baĢımı 

qaldıranda,  indidən  artıq  aralarında  boĢluqlar  olan  qaralmıĢ  çürük 

diĢlərini  ağardaraq,  heç  nə  olmayıbmıĢ  kimi  gülümsəyən  Uortonun 

baxıĢları  ilə  rastlaĢdım.  Onu  qəfildən  o  vəziyyətdə  görəndə, 

səksəndim.  Səksəndiyimi  ondan  gizlətməyə  çalıĢsam  da,  məncə,  o, 

bunu baĢa düĢmüĢdü.  

– Hey, alçaq nökər, – deyə mənə səsləndi.  – Gələn dəfə növbə 

sənindir və onda səni mənim əlimdən heç kim qurtara bilməyəcək. 

– Salam, Uorton, – mümkün olduqca tərzimi pozmadan dedim. – 

Belə bir Ģəraitdə, məncə, qarĢılama nitqini ötürmək olar, elə deyilmi? 

Onun üzündəki təbəssüm bir az da barizləĢdi. Çox güman ki, bu, 

gözlədiyi cavab deyildi, baĢqa Ģəraitdə elə mən də, yəqin, belə cavab 

verməzdim.  Lakin  Uortonun  huĢu  baĢında  olmayan  vaxt  ərzində  bəzi 

Ģeylər baĢ vermiĢdi. Məncə, o baĢ verən hadisə bu qədər səhifəni yazıb 

dolduraraq sizə danıĢmaq istədiyim əsas Ģeylərdən biridir. Ġndi görərik 

ki, siz mənim dediklərimə inanacaqsınız, ya yox. . 

 

 



www.vivo-book.com 

 

198 



 

3 

 

 



Bir  dəfə  Delakruanın  üstünə  qıĢqırmasını  saymasaq,  bu 

hadisədən  sonra  Persi  dinib-danıĢmır,  özünü  çox  sakit  aparırdı.  Ona 

görə  yox  ki,  o,  nəzakət  nə  olduğunu  baĢa  düĢürdü;  ona  görə  ki, 

deyəsən,  gördükləri  onu  Ģoka  salmıĢdı  –  Persi  Uetmor  nəzakət 

qaydaları 

haqqında 

mənim 

Afrikanın 



qəbilələri 

haqqında 

bildiklərimdən çox bilmir. Amma  fərqi  yoxdur, onu belə  görmək çox 

xoĢ  idi.  Əgər  Brutusun  onu  divara  bərk  sıxması,  ya  da  “E”  blokuna 

gətirilən  məhbusların  arasında  Billi  Uorton  kimi  xəbis  insanların 

olduğu  haqqında  ona  heç  kimin  bir  söz  deməməsi  ilə  bağlı 

Ģikayətlənməyə baĢlasaydı, heç Ģübhəsiz, onu Ģil-küt edərdik. Onda biz 

YaĢıl Mil ilə tamam baĢqa üsulla keçməli olardıq. Bu haqda düĢünmək 

də  adama  gülməli  gəlir.  Mən  zamanında  özümü  Ceyms  Keqninin 

yerinə qoymaq imkanımı əldən vermiĢdim. 

Dinin  daha  nəfəs  ala  biləcəyinə  və  yerindəcə  huĢunu 

itirməyəcəyinə  əmin olsaq da, Harri  ilə  Brutus onu  yenə  də həbsxana 

xəstəxanasına  apardı.  DalaĢma  zamanı  baĢ  verənləri  tam  sükut  içində 

müĢahidə edən Delakrua (o, həbsxanada uzun illərini keçirmiĢdi və nə 

zaman susmaq lazım olduğunu, nə zaman isə ağzını açmağın nisbətən 

təhlükəsiz  olduğunu  çox  gözəl  bilirdi),  Harri  ilə  Brutus  qoluna  girib 



www.vivo-book.com 

 

199 



Dini çölə çıxaranda, var gücü ilə dəhlizə bağırmağa baĢladı. Delakrua 

nə  baĢ  verdiyini  öyrənmək  istəyirdi.  Kimsə  düĢünə  bilərdi  ki,  onun 

Konstitusiya hüquqları pozulmuĢdu.  

–  Kəs  səsini,  kiçik  əbləh!  –  Persi  elə  qəzəblə  çımxırdı  ki, 

boynundakı damarlar ĢiĢdi. Mən onun qoluna toxundum və köynəyinin 

altından bütün  bədəninin tir-tir əsdiyini hiss etdim.  Bunun səbəbinin, 

əlbəttə, qismən qorxu olduğu mənə gün kimi aydın idi (tez-tez özümə 

xatırlatmalı oluram ki, Persinin problemlərindən biri onun cəmi iyirmi 

bir  yaĢında  gənc olmasıdır; o,  yaĢca Uotmordon elə də  böyük deyil), 

lakin düĢünürəm ki, o, əsasən, qəzəbindən əsirdi. O, Delakruaya nifrət 

edirdi. Ona nə üçün nifrət etdiyini bilmirəm, amma bu həqiqətən belə 

idi. 


–  Get,  bax  gör  rəis  Murs  hələ  də  yerindədirmi,  –  mən  Persiyə 

əmr  etdim.  –  Əgər  yerindədirsə,  burada  baĢ  verənlər  haqqında  ona 

Ģifahi  Ģəkildə  müfəssəl  məlumat  ver.  Bir  də,  ona  de  ki,  insident 

haqqında  yazılı  raportum  sabah  onun  masasının  üstündə  olacaq, 

əlbəttə, əgər çatdıra bilsəm.  

Bu  vacib  tapĢırıqdan  onun  necə  qürrələndiyi,  sinəsinin  necə 

qabardığı  aĢkar  sezilirdi.  Bir  anlıq  mənə  elə  gəldi  ki,  o,  indicə  hərbi 

salam verərək deyəcək: “Oldu, ser! Ġcazə verin, yerinə yetirim! 

–  Məruzə  edərkən,  “E”  blokunda  vəziyyətin  normal  olduğunu 

məlumat  verməklə  baĢla.  Sənin  deyəcəklərin  bədii  hekayə  deyil  və 



www.vivo-book.com 

 

200 



əgər  təfsilatlara  girib  məsələni  uzadaraq  onun  sinirlərini  gərsən,  bu, 

rəisin xoĢuna gəlməyəcək. 

– Mən uzatmaram. 

– YaxĢı. Onda haydı, tərpən! 

O, qapıya tərəf bir neçə addım atandan sonra geri çevrildi. Onun 

daxilindəki tərsliyi həmiĢə nəzərə almaq lazım gəlirdi. Mən dözülməz 

dərəcədə  onun  buradan  rədd  olub  getməsini  istəyirdim,  qasığım  od 

tutub yanırdı, lakin o, deyəsən, heç getmək istəmirdi.  

– Hər Ģey qaydasındadır, Pol? – deyə soruĢdu. – Bəlkə, titrətmən 

var? Bəlkə, qripə yoluxmusan? Çünki bütün üzünü tər basıb.  

–  Bəlkə  də  yüngülcə  nəyəsə  yoluxmuĢam,  amma  özümü, 

ümumiyyətlə, pis hiss eləmirəm. Get, Persi, rəisə məruzə elə. 

O,  baĢını  yırğalayıb  getdi  –  bizə  göstərdiyi  balaca  lütflərə  görə 

Tanrıya  Ģükür.  Persi  qapını  arxasınca  örtər-örtməz,  öz  kabinetimə 

qaçdım. Növbətçi masasını boĢ buraxmaq qaydalara zidd idi, amma o 

an  bu  haqda  düĢünmək  iqtidarında  deyildim.  Səhər  tezdən  olduğu 

kimi, yenə özümü çox pis hiss edirdim.  

Sidik  Ģırnağı  axmağa  baĢlayınca,  mən  masamın  arxasındakı 

balaca  tualetə  çatmağa  və  Ģalvarımı  aĢağı  çəkməyə  macal  tapdım, 

amma  az  qala  Ģalvarımı  batıracaqdım.  ĠĢəməyə  baĢlayanda  boğazıma 

dirənmiĢ fəryadı boğmaq üçün bir əlimlə ağzımı qapadım, o biri əlimlə 

isə,  avtomatik  olaraq,  əlüzyuyanın  kənarından  yapıĢdım.  Burada  dizi 

üstə  çökərək,  odun  qalağının  yanında  gölməçə  yarada  biləcəyim  ev 


www.vivo-book.com 

 

201 



Ģəraiti  yox  idi  və  əgər  burada  yıxılsaydım,  sidik  yayılaraq  bütün 

döĢəməni batıracaqdı.  

Mən yerə yıxılmamağa və qıĢqırmamağa müvəffəq oldum, lakin 

söylədiklərimin ikisini də etməyə çox yaxın idim. Ġçimdə elə bir hiss 

vardı  ki,  elə  bil,  sidiyim  sınmıĢ  xırda  ĢüĢə  qırıntıları  ilə  doludur. 

Unitazdan gələn iy üfunətli və çox xoĢagəlməz idi və mən suyun səthi 

ilə ağ bir Ģeyin – məncə bu, irin idi – üzdüyünü görə bilirdim.  

Asılqandan  dəsmalı  götürüb  üzümün  tərini  sildim.  Bərk 

tərləmiĢdim, tər bədənimdən sel kimi axırdı. Güzgüyə baxdım, oradan 

mənə  üzü  qızdırmadan  alıĢıb  yanan  bir  adam  baxırdı.  Maraqlıdır, 

görəsən  indi  temperaturum  neçədir  –  otuz  səkkiz,  ya  otuz  doqquz? 

Bəlkə  də  bunu  bilməmək  daha  yaxĢıdır.  Dəsmalı  yerinə  asdım,  suyu 

buraxdım  və  ağır  addımlarla  kabinetimin  həbsxana  blokuna  açılan 

qapısına tərəf yönəldim. Narahat idim ki, birdən Bill Doc, ya da baĢqa 

birisi  ora  gələr  və  üç  məhbusun  olduğu  korpusda  bir  nəfər  belə 

nəzarətçinin  olmadığını  görər.  Lakin  blokda  heç  kim  yox  idi.  Uorton 

hələ  də  huĢsuz  halda  çarpayısında  uzanmıĢdı,  Delakruanın  səsi 

çıxmırdı,  Con  Koffinin  isə  –  bu  mənim  qəfil  ağlıma  gəldi  –  səsi, 

ümumiyyətlə, heç vaxt çıxmırdı; heç cınqırını çıxarmırdı. Bu da məni 

narahat edirdi.  

Dəhlizlə  irəlilədim və  Con Koffinin  kamerasına  baxdım;  birdən 

mənə elə gəldi ki, özünü ölümə məhkumların blokunda qəbul edilmiĢ 

iki  üsulun  birindən  –  ya  Ģalvarı  ilə  özünü  asmaq,  ya  da  venalarını 


www.vivo-book.com 

 

202 



diĢləri ilə gəmirmək – istifadə etməklə, Con Koffinin intihar etdiyinin 

Ģahidi  olacağam.  Məlum  oldu  ki,  yanılmıĢam.  Koffi  –  həyatımda 

gördüyüm  ən  nəhəng  insan  –  əllərini  dizlərinin  üstünə  qoyaraq 

çarpayısında  sakitcə  oturmuĢdu  və  qəribə,  nəmli  gözləri  ilə  mənə 

baxırdı.  

– Kapitan, – deyə məni səslədi.  

– Nə olub, qoçaq? 

– Mən sizi görməliyəm. 

– Bəs, indi məni görmürsənmi, Con Koffi? 

 O, sualıma cavab vermədi, amma qəribə və nəm gözləri ilə məni 

süzməyə davam etdi. Mən ah çəkdim.  

– Bir saniyə gözlə, qoçaq, indi gəlirəm. 

Ġrəli keçib öz kamerasının barmaqlıqlarına söykənərək dayanmıĢ 

Delakruaya  baxdım.  Onun  sevimli  siçanı  Mister  Cinqlz  (Delakrua 

hamıya deyirdi ki, bu fəndləri etməyi Mister Cinqlza o öyrədib, lakin 

biz,  YaĢıl  Mildə  xidmət  göstərənlər  yekdil  fikirdəydik  ki,  bütün  bu 

fəndləri  Mister  Cinqlz  özü  öyrənib)  sirk  günbəzinin  altında 

quraĢdırılmıĢ hündür platformaların birindən o birisinə sıçrayıĢlar edən 

akrobat  kimi  durmadan  ora-bura  –  Delakruanın  irəli  uzanmıĢ  bir 

əlindən  digərinə  –  hoppanırdı.  Onun  gözləri  iriləĢmiĢdi,  qulaqları 

qəhvəyi  tüklü  baĢına  tərəf  geri  əyilmiĢdi.  ġübhə  etmirdim  ki,  siçan 

Delakruanın sinirlərinə reaksiya verirdi. Ona tamaĢa edən arada siçan 

Delakruanın  Ģalvarının  balağı  ilə  aĢağı  endi  və  kameranın  içi  ilə  al-


www.vivo-book.com 

 

203 



əlvan  rənglərə  boyanmıĢ  makaranın  olduğu  divara  tərəf  qaçdı. 

Makaranı  düz  Delakruanın  ayaqlarının  yanınadək  geri  diyirlədəndən 

sonra ağıllı gözlərini qaldırıb intizarla ona baxdı, lakin balaca fransız 

öz  dostuna  heç  bir  əhəmiyyət  vermədi,  elə  bil,  heç  onu  görmürdü; 

bəlkə də hələlik görmürdü.  

–  Orda  nə  baĢ  verib,  boss?  –  deyə  Delakrua  soruĢdu.  –  Zərər 

çəkən kimdir? 

–  Hər  Ģey  qaydasındadır,  –  cavab  verdim.  –  Bizim  yeni 

oğlanımız  bura  gələrkən  Ģir  olduğunu  göstərmək  üçün  diĢlərini 

qıcartdı,  lakin  indi  o  xeyli  sakitləĢib,  quzuya  dönüb.  YaxĢılıqla  bitən 

hər Ģey yaxĢıdır.  

–  Hələ  hər  Ģey  bitməyib,  –  Delakrua  YaĢıl  Mil  boyu  Uortonun 

huĢsuz  vəziyyətdə  uzandığı  kameraya  tərəf  boylanaraq  dedi.  – 

L'homme mauvais, c'est vrai! (Pis adam olduğu bəlli olur – fr.) 

–  Özünü  belə  üzmə,  Del,  –  dedim.  –  Heç  kim  səni  onunla 

həyətdə ipdən atlamaq oyununu oynamağa məcbur etməyəcək.  

Arxamda cırıltı eĢitdim, deyəsən, Koffi çarpayıdan qalxmıĢdı.  

–  Boss  Ekcum!  –  deyə  o,  yenə  məni  səslədi.  Bu  dəfə  onun 

səsində israr notları duyulurdu. – Mən sizinlə danıĢmalıyam. 

“Hər  Ģey  qaydasındadır,  danıĢmaq  mənim  sənətimdir”,–

düĢünərək,  ona  tərəf  döndüm.  Mən  titrəməmək  üçün  daim  səy 

göstərməli olurdum, çünki titrətməm artıq soyuq tərə keçmiĢdi. Bircə 



Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin