Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə15/44
tarix07.04.2017
ölçüsü3,44 Mb.
#13625
1   ...   11   12   13   14   15   16   17   18   ...   44

www.vivo-book.com 

 

204 



qasığımdan baĢqa: o hissəm hələ də od tutub yanırdı, sanki onu yarıb 

içinə yanan közlər doldurandan sonra yenidən tikmiĢdilər.  

– Hə, danıĢ  görüm,  Con Koffi,  – mən öz səsimi  sakit və  rəvan 

saxlamağa çalıĢaraq dedim. Bizim “E” blokumuza gəliĢindən bəri ilk 

dəfə Con Koffi görünüĢündən harada olduğunu dərk etməyə baĢlayana 

oxĢayırdı;  deyəsən,  bizim  aramızda  olduğunu  baĢa  düĢürdü.  Onun 

gözünün  kənarlarından,  demək  olar  ki,  fasiləsiz  axan  yaĢlar 

qurumuĢdu,  ən  azından  indilik.  Ġndi  mənə  tamamilə  aydın  idi  ki,  o, 

iĢlədiyi  dəhĢətli  cinayət  əməlini  düzəltmək  üçün  geri  qayıtmağı 

arzuladığı məkanı deyil, baxdığı adamı görə bilir – “E” blokunun baĢ 

nəzarətçisini, cənab Pol Eckumu.  

–  Yox,  –  deyə  israr  etdi.  –  Siz  buraya,  mənim  yanıma 

girməlisiniz. 

–  Sən  baĢa  düĢməlisən  ki,  mən  indi  ora  daxil  ola  bilmərəm,  – 

hələ də səsimi sakit saxlamağa çalıĢaraq cavab verdim. – Ən azından, 

indiki  anda  bunu  edə  bilmərəm.  Burada  indi  təkəm,  sən  isə  çəkidə 

məndən  ən  azı  ton  yarım  ağırsan.  Bu  günlük  mənim  üçün  bir  dava-

dalaĢ  artıqlaması  ilə  kifayətdir.  Ona  görə  də  əgər  sənin  üçün  fərqi 

yoxdursa, gəl elə barmaqlıqların arasından danıĢaq və... 

– Çox xahiĢ edirəm! – Dəmir barmaqlıqları elə bərk sıxmıĢdı ki, 

barmaq  buğumları  və  dırnaqları  ağarmıĢdı.  Keçirdiyi  əzabdan  üzü 

uzanaraq kədərli ifadə almıĢdı, qəribə gözlərindəki donmuĢ narahatlığı 

isə heç nə ilə izah edə bilmirdim. “Bəlkə də bu lənətə gəlmiĢ infeksiya 


www.vivo-book.com 

 

205 



və  onun  verdiyi  acı  olmasaydı,  mən  bütün  bunları  baĢa  düĢərdim”  – 

deyə  o  vaxt  fikrimdən  keçirdiyim  indiki  kimi  yadımdadır.  Bu  fikir 

hətta  məni  bir  qədər  rahatlaĢdırmıĢdı  və  onunla  söhbət  etməyə 

baĢlamıĢdım.  Əgər  bir  insana  nə  lazım  olduğunu  bilirsənsə,  çox  vaxt 

bu sənə həmin insanı düzgün tanımağa yardım edir.  

– Lütfən, Boss Ekcum! Siz mənim kamerama daxil olmalısınız! 

“Ġndiyədək belə axmaq söz eĢitməmiĢəm” – deyə düĢündüm və 

bir an sonra, bundan da axmağının mənim ağlıma gəldiyini dərk etdim: 

kameraya  girmək  niyyətində  idim.  Kəmərimdən  asılmıĢ  açar 

bağlamasını  çıxarıb  Con  Koffinin  kamerasının  açarını  axtarmağa 

baĢladım.  O  məni,  hətta  sağlam  olduğum  və  özümü  əla  hiss  etdiyim 

vaxtımda belə, əlləri ilə havaya qaldıra, sonra isə dizinə çırparaq ikiyə 

bölə bilərdi, amma bu gün mən nə sağlam idim, nə də özünü yaxĢı hiss 

edirdim.  Bununla  belə,  onun  kamerasına  girmək  fikrində  idim;  

məhkum 

edilmiĢ  qatillərlə  iĢləyən  zaman  axmaqlığın  və 



ehtiyatsızlığın,  cəmi  yarım  saat  əvvəl,  nələrə  gətirib  çıxaracağının 

Ģahidi  olduğum  halda,  bu  qaradərili  nəhəngin  kamerasının  qapısını 

açmaq,  ora  daxil  olmaq  və  onunla  yanaĢı  oturaraq  söhbət  etmək 

niyyətində  idim.  Əgər  kimsə  belə  etdiyimi  görsəydi  –  hətta  o  özünü 

yaxĢı  aparsa  və    heç  bir  insident  baĢ  verməsəydi  də  –  iĢimi  dərhal 

itirərdim.  Bütün  buları  dərk  etdiyimə  baxmayaraq,  yenə  də  onun 

kamerasına girmək fikrində idim.  


www.vivo-book.com 

 

206 



“Dur,  –  öz-özümə  deyirdim,  –  nə  qədər  ki,  gec  deyil, 

dayanmalısan,  Pol”.  Lakin  öz  məsləhətimə  qulaq  asmadım.  Əvvəlcə 

açarla  üstdəki  kilidi,  sonra  isə  aĢağıdakını  açdım,  ondan  sonra  isə 

qapını öz novu ilə yana sürüĢdürdüm.  

–  Ey,  rəis,  məncə,  bu  yaxĢı  fikir  olmaya  bilər,  –  Delakrua  səsi 

gərginlikdən  əsə-əsə  öz  kamerasından  mənə  səsləndi.  Bəlkə  də  baĢqa 

bir Ģəraitdə bu səs məni gülməyə vadar edərdi.  

–  Sən  öz  iĢinlə  məĢğul  ol,  mən  də  öz  iĢimlə!  –  geri  dönmədən 

dedim.  Gözlərim  Con  Koffinin  gözlərinə  kilidlənmiĢdi,  özü  də  elə 

möhkəm  kilidlənmiĢdi  ki,  elə  bil,  mıxlanmıĢdılar.  Bu  hipnoz  altında 

olan  adamın  halına  bənzəyirdi.  Öz  səsim  öz  qulağıma  əks-səda 

verərək, elə bil çox uzaq bir vadidən gəlirdi.  

“Lənət olsun, deyəsən, mən hipnoz edilmiĢəm”. 

– Sən beləcə uzan və istirahət elə. 

–  Aman  Tanrım,  bura  lap  əsl  dəlixana  imiĢ  ki!  –  Delakruanın 

titrək səsi eĢidildi. – Mister Cinqlz, az qalıram arzulayım ki, kaĢ məni 

qızardaydılar və bütün bunları görməyəydim! 

Mən  Koffinin  kamerasına  daxil  oldum.  Ġçəri  girəndə,  o,  kənara 

çəkilərək mənə yol verdi. Çarpayısının yanında durdu – çarpayı onun 

baldırlarına  ancaq  çatırdı,  yəni,  görün  o  necə  ucaboy  idi  –  sonra 

çarpayıya  oturdu.  Bayaqdan  gözlərini  gözlərimdən  bir  an  olsun  belə 

ayırmayan  Koffi  əlini  döĢəyin  üstünə  vuraraq  yanında  mənə  yer 

göstərdi.  Onun  yanında  oturdum  və  o,  qolunu  çiynimə  qoyaraq  məni 


www.vivo-book.com 

 

207 



qucaqladı:  sanki  kinoteatrda  oturmuĢduq  və  mən  də  onun  sevgilisi 

idim. 


–  Sən  nə  istəyirsən,  Con  Koffi?  –  hələ  də  onun  kədərli  və 

təmkinli gözlərinin içinə baxa-baxa soruĢdum. 

– Sadəcə, kömək eləmək, – deyə  cavab verdi. Sonra qarĢısında 

duran  iĢi  yerinə  yetirməyə  o  qədər  də  həvəsli  olmayan  adam  kimi 

dərindən  bir  ah  çəkdi  və  ovcunu  göbəyimdən  təxminən  bir  qarıĢ 

aĢağıya, qasıq nahiyəmin üstünə qoydu. 

– Ey! – deyə bağırdım. – Lənətə gəlmiĢ əllərini çək... 

Birdən  içimdən  elektrik  cərəyanına  bənzər  bir  Ģey  keçdi,  onun 

zərbəsi  çox  güclü,  amma  ağrısız  oldu.  Bu  zərbə  məni  çarpayının 

üstündə ora-bura dartınmağa və irəli əyilməyə, bir də qoca Tut-Tutun, 

“yanıram,  yanıram,  mən  qızardılmıĢ  hind  xoruzuyam”  –  deyə 

qıĢqırmasını  xatırlamağa  məcbur  etdi.  Nə  istilik,  nə  də  elektrik 

cərəyanı  hiss  etdim,  lakin  bir  anlıq  hər  Ģey  öz  rəngini  itirdi,  sanki 

dünyanı  necəsə  sıxıb  suyunu  çıxarmıĢdılar.  Mən  Con  Koffinin 

üzündəki  bütün  məsamələri  görə  bilirdim;  mən  onun  qızarmıĢ 

gözlərindəki hər bir qançırlı damarı görə bilirdim; mən onun çənəsində 

artıq  sağalmaq  üzrə  olan  balaca  cızığı  belə  görə  bilirdim;  mən 

barmaqlarımın  necə  əyildiyini  və  caynaqlara  çevrilərək  havanı 

cırmaqladığını, ayaqlarımın isə Con Koffinin kamerasının döĢəməsini 

necə döyəclədiyini hiss edə bilirdim. 



www.vivo-book.com 

 

208 



Sonra  qəfildən  hər  Ģey  keçdi.  Mənə  əzab-əziyyət  verən  sidik 

yollarının infeksiyası da keçmiĢdi. Qasığımdakı od-alov və ürək kimi 

döyünən  mənfur  ağrı  da  bütün  bədənimi  lərzəyə  salan  titrətmə  ilə 

bilikdə harasa  yox olmuĢdu.  Mən hələ  də  onun  bədənimdən çıxardığı 

tərin buxarlanmasını hiss edirdim, onun iyini hiss edirdim, lakin bir an 

sonra onlar da harasa yox oldular.  

–  Orda  nə  olub?  –  Delakrua  var-gücü  ilə  bağırdı.  Onun  səsi 

qulağıma  hələ  də  haradansa  çox  uzaqdan  gəlirdi,  lakin  Con  Koffi, 

nəhayət,  gözlərini  məndən  çəkib  irəli  əyiləndə,  balaca  fransızın  səsi 

aydınlaĢdı.  Elə  bil,  kimsə  mənim  qulaqlarıma  tıxanmıĢ  pambıq 

parçalarını və ya niĢançıların qulaq tıxaclarını çıxarmıĢdı. – O sənə nə 

edir? 


Mən Delakruaya cavab vermədim. Koffi dizlərinin üstündə irəli 

əyilmiĢdi;  gərginlikdən  üzü  əyilmiĢ,  boğazındakı  damarlar  isə 

ĢiĢmiĢdi,  gözləri  az  qalırdı  hədəqəsindən  çıxsın.  O,  boğazında  toyuq 

sümüyü qalmıĢ adamı xatırladırdı.  

– Con, – deyə əlimlə onun belinə vurdum; ağlıma baĢqa heç nə 

gəlmədi. – Con, sənə nə oldu?  

Onun  bədəni  əlimin  altında  titrədi  və  birdən  o,  dərin  və 

xoĢagəlməz bir səs çıxararaq gəyirdi, elə bil, qusmağa hazırlaĢırdı. O, 

bəzən atların  etdiyi  kimi  – əlacsız  təbəssümlə dodaqlar  geri çəkilərək 

diĢlər  ağarır  –  ağzını  açdı.  Sonra  diĢlərini  aralayıb  nəfəsini  verəndə 

havaya  xırda  qara  mığmığa  və  ya  ağcaqanada  bənzər  həĢəratlar 


www.vivo-book.com 

 

209 



dumanı buraxdı. Onlar, əvvəlcə, Ģiddətlə onun dizlərinin arasında ora-

bura uçuĢdular, sonra rəngləri ağardı və yox oldular.  

Birdən  qarnımın  alt  hissəsində  bütün  gücümün  qeyb  olduğunu 

hiss  etdim,  elə  bil,  oradakı  əzələlərim  suya  çevrilmiĢdi.  Mən 

müvazinətimi itirdim və kürəyimlə Koffinin kamerasının daĢ divarına 

çırpıldım.  Bircə  o  yadımdadır  ki,  durmadan  içimdə  Xilaskarın  adını 

zikr  edirdim  –  təkrar-təkrar,  bax  beləcə:  Ġsa  Məsih,  Ġsa  Məsih,  Ġsa 

Məsih...  Bir  də,  yəqin  qızdırmadan  sayıqlamağa  baĢlamıĢam  deyə 

düĢündüyümü xatırlayıram. Vəssalam. 

Sonra eĢitdim ki, Delakrua var gücü ilə bağıraraq köməyə adam 

çağırır; o, bütün dünyaya hayqırırdı ki, Con Koffi məni öldürür və bu 

zaman  ağ  ciyərlərinin  bütün  gücündən  istifadə  edərək  çığırırdı.  Con 

Koffi həqiqətən də mənim üzərimə əyilmiĢdi, lakin onun yeganə qəsdi 

mənim özümü yaxĢı hiss etdiyimə əmin olmaq idi.  

–  Səsini  kəs,  Del,  –  deyə  qıĢqırdım  və  ayağa  qalxdım.  Elə 

düĢünürdüm  ki,  indi  bütün  içalatımı  kəsib-doğrayan  bir  ağrı  hiss 

edəcəyəm, lakin heç bir ağrı hiss etmədim. Mən daha özümü yaxĢı hiss 

edirəm. Həqiqətən, hər Ģey əla idi. Bir anlıq baĢım gicəlləndi, lakin öz 

müvazinətimi  qorumaq  üçün  Koffinin  kamerasının  qapısına  əlimi 

uzadıb  ondan  yapıĢmağa  macal  tapmamıĢ  baĢgicəllənməsi  də  keçib 

getdi. – Mən, həqiqətən, özümü yaxĢı hiss edirəm. 

– Tez oradan çıxın, – Delakrua elə sinirli bir tərzdə dedi ki, sanki 

yaĢlı qadın  balaca uĢağa “O alma ağacından tez  aĢağı  en!” deyə əmr 


www.vivo-book.com 

 

210 



edirdi.  –  Blokda  heç  kim  olmayanda,  sizə  kameralara  girmək 

qadağandır. 

BaĢımı  qaldırıb  Con  Koffiyə  baxdım.  O,  iri  əllərini  ağac 

kötüklərinə bənzər dizlərinin üstünə qoyub çarpayıda oturmuĢdu. Con 

Koffi  də  mənə  baxdı.  Bunu  etmək  üçün  ona  baĢını  bir  azca  yuxarı 

qaldırmaq kifayət idi. 

– Sən nə elədin, dostum? – az qala pıçıltı ilə ondan soruĢdum. – 

Sən mənə nə elədin? 

– Kömək etdim. Sizə, sadəcə, kömək etdim, elə deyilmi?  

– Hə, yəqin ki, elədin. Amma necə? Sən bunu necə elədin, axı? 

O, bir söz demədən baĢını buladı – sağa, sola, sonra isə mərkəzə, 

öz yerinə. Məni necə sağaltdığını heç Koffi özü də bilmirdi; onun sakit 

və  qayğısız üz ifadəsindən belə anladım  ki,  bunu necə etdiyini bilmir 

və  bu  onun  heç  vecinə  də  deyil  –  lap  elə  Müstəqillik  Günü  Ģərəfinə 

təĢkil  edilmiĢ  qaçıĢ  yarıĢının  son  əlli  metrində  irəlidə  olarkən,  qaçıĢ 

mexanikasının  necə  olmasının  mənim  vecimə  olmadığı  kimi.  Hər 

Ģeydən  öncə,  ondan  xəstə  olduğumu  necə  öyrəndiyini  soruĢmaq 

haqqında  düĢündüm,  lakin  soruĢmadım,  çünki  bu  sualın  da  cavabı, 

yəqin  ki,  lal-dinməz  baĢ  bulamasından  baĢqa  bir  Ģey  olmayacaqdı. 

Haradasa  bir  ifadə  oxumuĢdum  və  bu  heç  zaman  yadımdan  çıxmır: 

“müəmmaya bələnmiĢ tapmaca” haqqında nəsə. Con Koffi məhz belə 

bir  insan  idi  və  gecələr  onun  rahat  yata  bilməsinin  yeganə  səbəbi  də, 

yəqin ki, heç nəyi vecinə almamasına görədir. Persi onu “əbləh” deyə 


www.vivo-book.com 

 

211 



çağırırdı;  bu  ad  bir  az  kobuddur,  amma  həqiqətdən  o  qədər  də  uzaq 

deyil. Bizim nəhəng öz adını da, adının içki adı kimi yazılmadığını da 

bilirdi və bu, bilmək istədiyi yeganə Ģey idi.  

Sanki  bunu  bir  daha  diqqətimə  çatdırmaq  üçün  o,  baĢını  yenə 

buladı  və  əllərini  sol  yanağının  altına  balıĢ  kimi  qoyaraq  çarpayısına 

uzandı  və  üzünü  divara  çevirdi.  Ayaqları  çarpayıdan  çölə  çıxaraq 

döĢəməyə  sallanırdı,  amma  deyəsən  bu  vəziyyət  onu  heç  narahat 

etmirdi.  Köynəyinin  arxa  hissəsi  bir  balaca  yuxarı  qalxdığından, 

belindəki çalın-çarpaz çapıqları görə bilirdim. 

Kameradan  çıxdım,  kilidləri  yenidən  bağlayandan  sonra  dəmir 

barmaqlıqdan  bərk-bərk  yapıĢaraq  dəhlizə  tərəf  boylanan  Delakruaya 

baxdım,  onun  gözlərində  narahatlıq,  bəlkə  də  qorxu  ifadəsini  açıq-

aĢkar görmək olurdu. Mister Cinqlz onun çiynində oturub, telə bənzər 

incə bığlarını əsdirirdi.  

– O qaradərili adam sənə nə elədi? – Delakrua astadan soruĢdu. – 

Onda nə var elə, tilsim? O, sənə tilsim elədi? – Qəribə fransız Ģivəsi ilə 

dediyi “tilsim” sözü “siydim” sözü ilə həm qafiyə idi.  

– Nə haqda danıĢdığını baĢa düĢə bilmirən, Del.  

–  Sən  dedin,  mən  də  inandım!  Bir  özünə  bax!  Tamam 

dəyiĢmisən! Hətta yeriĢin də dəyiĢib, boss! 

Bəlkə  də  yeriĢim  doğrudan  da  dəyiĢmiĢdi.  Qasığımda  çox  xoĢ 

bir rahatlıq hissi vardı. Bu rahatlıq hissi vəcdə gəlmək kimi idi – çox 



www.vivo-book.com 

 

212 



güclü ağrı-acı çəkmiĢ və sonra bu ağrılardan canını qurtarmıĢ hər kəs 

nə demək istədiyimi çox gözəl baĢa düĢəcəklər.  

–  Hər  Ģey  qaydasındadır,  Del  –  israr  etdim.  –  Gecə  Con  Koffi 

yuxusunda kabus görüb, vəssalam.  

– O, tilsimi olan cadugərdir, – Delakrua coĢqunluqla dedi. Onun 

üst dodağında tər damcıları parıldayırdı. Del, demək olar ki, elə də çox 

Ģey  görməmiĢdi,  amma  gördükləri  onun  qorxudan  yarımcan  hala 

düĢməsinə bəs eləmiĢdi. – O bədbəxtlik gətirən cadugərdir. 

– Nə üçün belə düĢünürsən?  

Delakrua  əlini  uzadıb  siçanı  ovcuna  aldı.  Siçanın  baĢını  o  biri 

ovucu ilə örtüb öz üzünə yaxınlaĢdırdı. Sonra əlini cibinə salıb, oradan 

çəhrayı rəngli balaca bir Ģey çıxardı – həmin o nanəli nabatlardan – və 

onu siçana tərəf uzatdı, lakin siçan əvvəlcə ona əhəmiyyət verməyərək 

boynunu  adama  tərəf  uzatdı  və  insanın  bir  dəstə  gülün  rayihəsini 

ciyərlərinə  çəkərkən  etdiyi  kimi,  onun  nəfəsini  iylədi.  Onun  balaca 

muncuğa  bənzər  yumru  gözləri  yarımqapalı  idi,  üzündə  isə  valeh 

olduğunu göstərən qəribə ifadə vardı. Delakrua onun burnundan öpdü 

və siçan da burnunun öpülməsinə izn verdi. Sonra o, təklif edilən nabat 

qırığını  aldı  və  gəmirməyə  baĢladı.  Bir  neçə  saniyə  siçana  tamaĢa 

edəndən  sonra  Delakrua  nəzərlərini  mənə  çevirdi.  Elə  həmin  an  mən 

hər Ģeyi anladım. 

– Sənə bunu siçan dedi, – astadan soruĢdum. – Elə deyilmi? 

– Oui. (Bəli – fr.) 


www.vivo-book.com 

 

213 



– Sənin qulağına lap elə öz adını pıçıldadığı kimi. 

– Oui, elədir, mənim qulağıma pıçıldadı.  

– Çarpayına uzan, Del, – ona təklif etdim. – Bir balaca istirahət 

elə. Bütün bu pıçıltılar yəqin səni əldən salıb.  

O,  yenə  nəsə  dedi  –  yəqin  məni  inanmamaqda  ittiham  elədi. 

Onun səsi yenə çox uzaqlardan gəlirdi. Növbətçi masasına qayıdanda, 

mənə elə gəlirdi ki, gəzmirəm, sadəcə, süzürəm, ya da ki, tərpənmədən 

yerimdə durmuĢam və kinolarda olduğu kimi, kameralar gizli təkələrin 

üstü ilə hərəkət edərək hər iki tərəfimdən süzərək keçirlər.  

Masanın arxasındakı stula oturmaq istəyərkən qəfildən dizlərim 

büküldü  və  bütün  ağırlığımla  Harrinin  evdən  gətirdiyi  mavi 

döĢəkcənin  üstünə çökdüm.  Əgər stul öz  yerində  yox, bir qədər  aralı 

olsaydı, yəqin ki, göz qırpmağa macal tapmamıĢ Ģappıltı ilə döĢəməyə 

çırpılacaqdım.  

On  dəqiqə  bundan  əvvəl  alov  düĢmüĢ  meĢə  kimi  yanıb-

qovurulan  qasığımda  heç  bir  ağrı  hiss  etmədən  masanın  arxasında 

rahatca  oturmuĢdum.  “Mən  sizə  kömək  etdim,  elə  deyilmi?”  –  deyə 

Con Koffi soruĢmuĢdu.  Bədənimin mənə söylədiklərinə qulaq assam, 

Koffinin  dedikləri  həqiqət  idi.  Amma  mənəvi  rahatlığıma  gəlincə, 

məsələ  baĢqa  cür  idi.  Bunun  üçün  Con  Koffi  heç  bir  yardım  edə 

bilməmiĢdi.  

Nəzərlərim masanın küncündə saxladığımız külqabının altındakı 

blanklar  topasına  sataĢdı.  Vərəqin  ən  üst  hissəsində  “Blok  üzrə 


www.vivo-book.com 

 

214 



raportlar” baĢlığı çap edilmiĢdi və haradasa orta hissədə isə “Qeyri-adi 

hadisələr  haqqında  hesabat”  baĢlığı  altında  boĢ  yer  vardı.  Bu  gün 

axĢam  Uilyam  Uortonun  səs-küylü  gəliĢi  haqında  yazacağım 

hesabatda  bu  hissəni  də  dolduracaqdım.  Lakin  Con  Koffinin 

kamerasında baĢıma gələnləri raportda yazmağa ehtiyac vardımı? Mən 

karandaĢı  –  Brutusun  daim  ucunu  yaladığı  karandaĢı  deyirəm  –  necə 

götürdüyümü  və iri hərflərlə bircə MÖCÜZƏ sözünü necə  yazdığımı 

təsəvvür etdim.  

Bu  hamı  üçün  yəqin  ki,  gülməli  olardı,  amma  gülümsəmək 

yerinə  birdən  hiss  etdim  ki,  bu  dəqiqə  hönkür-hönkür  ağlamağa 

hazıram.  Əllərimlə  üzümü  tutdum  və  hıçqırtılarımı  gizlətmək  üçün 

ovuclarımla ağzımı sıxdım – Deli yenə qorxutmaq istəmirdim, çünki o, 

yenicə  sakitləĢərək  özünə  gəlmiĢdi.  Nə  hönkürtü  eĢidildi,  nə  də  göz 

yaĢları  axdı.  Bir  neçə  saniyə  sonra  artıq  əllərimi  üzümdən  çəkib 

masanın  üstünə  qoymuĢdum.  Ġçimdə  nələr  hiss  etdiyimi  dərk  edə 

bilmirdim, yalnız onu bilirdim ki, özümü ələ alıncaya qədər bloka heç 

kim gəlməyib. Kiminsə üzümdə görə biləcəyi Ģey məni qorxudurdu.  

 “Bloka  dair  Raport”  blankını  özümə  tərəf  çəkdim.  Ən  yeni 

“çətin uĢağımın” az qala Din Stantonu necə boğduğunu yazmaq üçün 

bir  qədər  gözləmək  və  sakitləĢmək  lazım  idi,  amma  blankın  Ģablon 

hissəsini  elə  indi  də  yazıb  doldura  bilərdim.  Elə  düĢünürdüm  ki,  əl 

yazım  da  qəribə,  gülməli  –  titrək  –  alına  bilər,  amma  yazdıqca 

görürdüm ki, normal, həmiĢə olduğu kimi alınır.  


www.vivo-book.com 

 

215 



Raportu yazmağa baĢlayandan cəmi beĢ dəqiqə sonra karandaĢı 

masanın  üstünə  qoyub  yerimdən  qalxdım  və  fizioloji  ehtiyacımı 

ödəmək  üçün  kabinetimin  qonĢuluğundakı  tualetə  getdim.  Əslində,  o 

qədər  də  güclü  ehtiyacım  yox  idi,  amma  düĢünürəm  ki,  mənə  nə 

olduğunu  bir  an  öncə  yoxlamaq  üçün  səbirsizlənirdim.  Sidiyin 

axmasını  gözləyərkən  mənə  elə  gəlirdi  ki,  səhər  tualetə  gedəndə 

olduğu kimi, yenə içimdən sınıq ĢüĢələr “çıxacaq”, dözülməz ağrı hiss 

edəcəyəm.  Çünki  o,  yalnız məni  hipnozla müvəqqəti olaraq rahatlada 

bilərdi. 

Amma heç bir ağrı hiss etmədim, unitaza tökülən mayedə irinə 

bənzər  heç  nə  görünmürdü,  tamamilə  tərtəmiz  idi.  Mən  Ģalvarımın 

qabağını  düymələdim,  unitazın  zəncirini  dartıb  suyu  boĢaltdım  və 

növbətçi masasına geri dönüb yerimə oturdum.  

Nə  baĢ  verdiyini  bilirdim;  məncə,  hipnoz  altında  olduğuma 

özümü  inandırmaq  istəyəndə  də  bunu  bilirdim.  Mən  həqiqətən 

sağalmıĢdım.  Qadir  Allahıma  Ģükürlər  olsun!  Hələ  kiçik  yaĢlarından 

anam  və  xalalarımın  xüsusi  rəğbət  bəslədiyi  baptist  və  ya  əllibaĢılar 

kilsələrinə  müəyyən  aylarda  gedə-gedə  böyümüĢdüm  və  “Qadir 

Allahıma  Ģükürlər  olsun”  kimi  möcüzəvi  sağalmalar  haqqında  çox 

hekayələr  eĢitmiĢdim.  Bu  hekayələrin  hamısına  inanmasam  da,  belə 

rəvayətləri  danıĢan  bir  çox  insana  inanırdım.  Söhbətlərinə  inandığım 

adamlardan  biri  də  Roy  Delfins  idi.  Mənim  altı  yaĢım  olanda  o  öz 

ailəsi ilə bizdən təxminən iki mil uzaqlıqda olan bir evdə yaĢayırdı. O, 


www.vivo-book.com 

 

216 



təsadüfən  öz  oğlunun  balaca  barmağını  balta  ilə  kəsmiĢdi.  Evin 

arxasında  odun  yararkən  ona  kömək  eləyən  oğlu  ehtiyatsızlıq  edərək 

barmağını  tutduğu  tirin  üstünə  qoymuĢ  və  o  da  baltanı  uĢağın 

barmağına vurmuĢdu. Roy Delfins deyirdi ki, o, həmin il bütün payız 

və  qıĢı  ibadət  etməklə  keçirərək  dizləri  ilə  xalını  sürtüb  dəlibmiĢ, 

yazda  isə  onun  oğlunun  balaca  barmağı,  hətta  dırnağı  da  yenidən 

əmələ  gəlibmiĢ.  Cümə  axĢamı  keçirilən  Ģənlikdə  Roy  Delfins  bu 

hadisəni  danıĢanda  mən  ona  inandım.  O,  əllərini  kombinezonun 

ciblərinə  salıb  bizə  bu  hekayəni  danıĢanda  sözlərində  həqiqi  bir 

səmimiyyət  hiss  olunurdu.  Ona  görə  də  ona  inanmamaq  mümkün 

deyildi.  “Barmaq  böyüməyə  baĢlayanda  yaman  qaĢınırdı  və  oğlum 

gecələri  yata  bilmirdi,  –  Roy  Delfins  deyirdi,  –  amma  oğlum  bunun 

ilahi  bir  qaĢınma  olduğunu  baĢa  düĢürdü  və  ona  görə  də  Ģikayət 

etmədən dözürdü. Hər Ģeyə qadir olan Tanrıma Ģükürlər olsun!”  

Roy  Delfinsin  danıĢdığı  bu  tipli  saysız-hesabsız  hekayələrdən 

yalnız biri idi. Mən beləcə möcüzələr və Ģəfa tapmalara inam ənənələri 

ilə tərbiyə edilərək böyümüĢəm, – əlbəttə ki, həm də tilsimlərə (amma 

orada,  dağlarda  biz  onu  “mövsüm”  sözü  ilə  qafiyələndirirdik):  ziyilə 

qarĢı  bataqlıq  suyu,  itirilmiĢ  məhəbbətdən  ağrıyan  ürəyin  acılarını 

yüngülləĢdirmək  üçün  balıĢın  altında  mamır  saxlamaq  və  s.  “tilsim” 

adlandırdığımız  bir  çox  baĢqa  Ģeylər...  Lakin  mən  Con  Koffinin 

cadugər  olduğuna  inanmırdım.  Onun  gözlərinin  içinə  baxmıĢdım. 



www.vivo-book.com 

 

217 



Daha  vacibi  isə  mən  onun  toxunuĢunu  hiss  etmiĢdim;  bu,  bir  nov 

əsrarəngiz və əcaib bir həkimin toxunuĢuna bənzəyirdi.  

“Mən sizə kömək etdim, elə deyilmi?” 

Bu sözlər beynimdə elə hey durmadan səslənir, səslənirdi, sanki 

beynindən  silib  ata  bilmədiyin  bir  mahnının  nəqarəti,  ya  da  ovsun 

sözləri idi.  

“Mən sizə kömək etdim, elə deyilmi?” 

Hə, elədi, amma mənə kömək eləyən o yox, Tanrı idi. Con Koffi 

hər  dəfə  “mən”  sözünü  təkəbbürdən  yox,  bilməməzlikdən  deyirdi; 

lakin  iyirmi  iki  yaĢlı  anamın  və  xalalarımın  sidq-ürəkdən  bağlı 

olduqları kilsələrdə – onların böyük əksəriyyəti Ģam ağacından balaca 

daxmalar  idi  –  eĢitdiklərimdən  bilirdim  (ən  azından  inanırdım)  ki, 

sağalma nə Ģəfa tapandan, nə də xəstəni  sağaldandan asılıdır. Burada 

əsas Ģey, sadəcə, Qadir Tanrının iradəsidir. Xəstə adamın sağaldıqdan 

sonra  sevinməsi  normaldır,  lakin  xəstəlikdən  sağalmıĢ  Ģəxs  sonra  – 

Allahın  iradəsi  və  bu  iradənin  hansı  fövqəltəbii  yollardan  keçərək 

yerinə yetirildiyini düĢünmək üçün – özünə “nə üçün” sualını verməyə 

borcludur.  

Bəs  belə  olan  halda  Allah  məndən  nə  istəyirdi?  UĢaq  qatilinin 

əllərinə  Ģəfa  gücünü  tapĢıranda  Allahın  belə  Ģiddətlə  istədiyi  Ģey  nə 

idi? Səbəb nə idi ki, Allah mənim evdə it kimi, xəstə halda, dərimdən 

axan  tərin  kükürd  iyi  verdiyi  yatağımda  qalmaq  əvəzinə,  iĢdə 

olmağımı istədi?  


Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin