Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə18/44
tarix07.04.2017
ölçüsü3,44 Mb.
#13625
1   ...   14   15   16   17   18   19   20   21   ...   44

www.vivo-book.com 

 

247 



tez-tez  müsafir  gəlmir.  Əgər  düĢünürsənsə  ki,  sənin  baĢına  burada 

nələr gəldiyi haqqında düĢünənlər var, səhv eləyirsən. Ġnan ki, bu heç 

kimin  vecinə deyil. Bütün dünya üçün sən artıq  ölmüĢ  canidən baĢqa 

bir Ģey deyilsən.  

Uorton  nəzərlərini  Brutusa  zilləyib  diqqətlə  qulaq  asırdı,  onun 

üzündəki qəzəb ifadəsi yavaĢ-yavaĢ silinib gedirdi.  

–  Məni  bu  köynəkdən  çıxarın,  –  Uorton  taleyi  ilə  barıĢmıĢ  bir 

səslə  –  ona  inanmaq  üçün  həddən  artıq  ağlı  baĢında  və  mülayim  bir 

səslə, – dedi. – Daha özümü yaxĢı aparacağam. Düz sözümdür.  

Kameraının qapısında Harri göründü. Dəhlizin baĢ tərəfi köhnə-

kürüĢ satılan bit bazarına dönmüĢdü. Lakin biz çevik Ģəkildə hər Ģeyi 

səliqə-sahmana salmağa vərdiĢ eləmiĢdik, bunun üçün bizə, sadəcə, iĢə 

baĢlamaq  lazım  idi.  Əvvəllər  də  bunu  etmiĢdik  və  bunu  necə  etmək 

lazım olduğunu yaxĢı bilirdik.  

–  Hər  Ģey  hazırdır,  –  Harri  dedi.  Brutus  brezent  köynəyin 

Uortonun  sağ  dirsəyinin  olduğu  hissəsindən  yapıĢıb  onu  ayağa 

qaldırdı.  

– Tərpən görüm, Azğın Billi. Hə, bir də hər Ģeyə yaxĢı tərəfdən 

baxmağa  çalıĢ.  Ġndi  sənin  düĢünüb-daĢınmağın  üçün,  ən  azından, 

iyirmi  dörd  saat  vaxtın  olacaq.  Bu  vaxt  ərzində  qapıya  arxanı 

çevirməməli  və  bir  də  heç  kimlə  belə  zarafatlar  etməməli  olduğunu 

yaxĢı-yaxĢı düĢün ki, yadından çıxmasın.  



www.vivo-book.com 

 

248 



–  Buraxın  məni,  –  Uorton  yalvarıĢ  dolu  səslə  dedi.  O,  imdad 

axtaran  nəzərlərini  gah  Brutusa,  gah  Harriyə,  gah  da  mənə  tərəf 

yönəldirdi.  Onun  yanaqlarında  yenə  yavaĢ-yavaĢ  qızartı  əlamətləri 

görünməyə  baĢlamıĢdı.  –  Mən  özümü  yaxĢı  aparacağam.  Sizə  söz 

verirəm, inanın, mən dərsimi aldım. Mən... mən... aaa-aaxxx-heeyyy... 

O  qəfildən  kəsilmiĢ  ağac  kimi  yerə  yıxıldı,  onun  yarısı 

kameranın  içində,  yarısı  isə  YaĢıl  Milin  köhnəlmiĢ  linoliumunun 

üstündə  idi.  Yerdə  tir-tap  uzanmıĢ  Uortonun  ayaqları  əsir,  bütün 

bədəni ilan kimi qıvrılırdı.  

– Aman Tanrım, o, deyəsən, qıc olub, – Persi pıçıldadı.  

–  Əlbəttə,  mənim  bacım  da  Babil  fahiĢəsidir,  –  Brutus  onun 

sözünü  kəsdi.  –  O,  əyninə  ağ  duvaq  geyinib  Ģənbə  axĢamları 

ombalarını  yırğalaya-yırğalaya Musa üçün Ģəhvət dolu rəqslər edir. – 

Brutus əyilərək bir əli ilə Uortonun qoltuğunun altından yapıĢdı, mən 

isə  onun  o  biri  qoltuğundan  tutdum.  Uorton  qarmağa  düĢmüĢ  balıq 

kimi  bizim  aramızda  durmadan  çırpınırdı.  Onun  tir-tir  əsən  bədənini 

daĢımaq, xorultusuna və qaz buraxaraq çıxardığı səslərə qulaq asmaq 

həyatımdakı ən xoĢagəlməz təcrübələrimdən biri idi.  

Mən  nəzərlərimi  qaldırdım  və  bir  anlıq  Con  Koffi  ilə 

baxıĢlarımız bir-birinə kilidləndi. Onun gözləri qırmızı, qara yanaqları 

isə  nəm  idi.  O,  yenə  də  ağlamıĢdı.  Mən  Hammersmitin  diĢləyən  əl 

iĢarəsini  xatırladım  və  içimdə  yüngül  əsməcə  hiss  etdim.  Sonra  yenə 

bütün diqqətim Uortona döndü.  


www.vivo-book.com 

 

249 



Onu  içi  dolu  çuval  kimi  karser  kamerasına  fırıldatdıq  və  onun 

“E” Blokuna “Billi Paroxod” adı ilə təĢrif gətirən siçanı bir zamanlar 

axtardığımız  novun  yaxınlığında  uzanaraq  qıvrılmasına  xeyli  tamaĢa 

etdik.  


– Əgər o, birdən dilini, ya da baĢqa bir  yerini udarsa,  ya da ki, 

ölərsə, mənim heç vecimə olmaz, – deyə Din xırıltılı və qulaq incidən 

cırıltılı səsi ilə dilləndi. – Amma bir düĢünün, uĢaqlar, belə olan halda 

nə qədər kağız, sənəd-sünəd iĢi yaranacaq! Heç vaxt o kağızları yazıb 

bitirə bilmərik.  

–  Sənəd-sünəd  iĢini  boĢ  ver,  sən  hələ  yayılacaq  dedi-qoduları 

düĢün! – Harri qaĢqabaqla dedi. – Biz bu lənətə gəlmiĢ iĢimizi itirəcək 

və  həyatımızın  sonu  Missisipidə  noxud  yığmaq  olacaq.  “Missisipi” 

sözünün mənasını bilən varmı, hə? Bu, hindu dilində “sağrı” mənasını 

verir.  


–  Budur  sizə  deyirəm:  o  nə  öləcək,  nə  də  dilini  udacaq, 

görərsiniz,  –  Brutus  dilləndi.  –  Sabah  səhər  biz  bu  qapını  açanda,  o, 

turp kimi olacaq. Sizə söz verirəm.  

Hər Ģey elə Brutusun dediyi kimi oldu. Növbəti gün, axĢam saat 

təxminən  doqquz  radələrində  karserdən  çıxarıb  öz  kamerasına 

gətirəndə  o,  çox  sakit,  rəngi  avazımıĢ  və  deyəsən,  taleyi  ilə  barıĢmıĢ 

kimi  görünürdü;  baĢını  aĢağı  dikib  gedirdi. Əynindəki  dəli köynəyini 

çıxaranda  da  heç  kimə  hücum  etməyə  səy  göstərmədi.  Növbəti  dəfə 

karser  kamerasında  günlərlə  qalaraq  Ģalvarına  batırmaq,  baĢqasının 


www.vivo-book.com 

 

250 



əlindən  qaĢıqla  uĢaq  qidası  qəbul  etmək  istəyib-istəmədiyi  haqda 

yaxĢı-yaxĢı  düĢünməli  olduğunu  ona  deyəndə,  Uorton,  sadəcə,  mənə 

laqeydcəsinə baxırdı.  

–  Mən  daha  Ģuluq  salmayacağam,  özümü  yaxĢı  aparacağam, 

boss.  Mən  dərsimi  aldım,  –  onu  kamerasına  salıb  bağlayanda,  o, 

itaətkar  bir  səslə  astadan  pıçıldadı.  Brutus  mənə  tərəf  baxaraq  göz 

vurdu.  

Növbəti  gün  axĢamtərəfi  özünü  Körpə  Billi  adlandıran  və  öz 

aləmində heç vaxt  Con Lo  Azğın  Billi Haykoka bənzəməyən  Uilyam 

Uorton  qoca  Tut-Tutdan  hilal  formalı  Ģokoladlı  piroq  aldı.  Belə 

sövdələĢmələrə  girmək  Uortona  qəti  Ģəkildə  qadağan  edilmiĢdi,  lakin 

nahardan  sonrakı  mühafizəçilər  dəstəsi  müvəqqəti  iĢçilərdən  təĢkil 

edildiyindən, – deyəsən, mən artıq bu haqda demiĢəm – bu sövdə baĢ 

tutmuĢdu.  Tut-Tut  özü  belə  qadağalar  haqqında,  heç  Ģübhəsiz, 

hamıdan  yaxĢı bilirdi, lakin içi  ərzaq malları ilə dolu əl arabası onun 

qazanc  mənbəyi  idi  və  o  tez-tez  beĢsentliklər,  onsentliklər  və  baĢqa 

buna  bənzər  Ģeylər  haqqında  mahnılar  oxumağı  sevirdi  –  indi  onları 

təfsilatı ilə sizə danıĢmağa vaxtım yoxdur.  

Həmin gecə Brutus kameraları yoxlamaq üçün patrul gəzintisinə 

çıxanda  Uorton  öz  kamerasının  qapısının  yanında  dayanmıĢdı.  O, 

Brutus baĢını qaldırıb ona baxana qədər gözlədi və istədiyi an yetiĢən 

kimi hər iki əlini ĢiĢkin yanaqlarına zərblə çırparaq ağzındakı qalın və 

heyrətamiz dərəcədə uzun Ģokolad sıyığı Ģırnağını düz Brutusun üzünə 


www.vivo-book.com 

 

251 



tüpürdü.  O,  bütöv  Ģokolad  piroqunu  bir  dəfəyə  ağzına  tıxıĢdırıb, 

ağzında  tam  əriməsinə  qədər  səbirlə  gözləyibmiĢ,  sonra  isə  ağzında 

ora-bura çevirərək piroqu çeynəyibmiĢ.  

Çənəsi  keçi  saqqalı  kimi  tamam  Ģokolada  batmıĢ  Uorton 

çarpayısına  yıxılaraq  barmağı  ilə  Brutusu  göstərib  Ģıllaq  ata-ata 

gülməyə baĢladı. Brutusun üzü, təbii ki, daha çox Ģokolada bulaĢmıĢdı.  

–  Ha-ha-ha,  Qara  Sambo,  ser,  boss,  oldu  ser,  hə,  necəsiniz?  – 

Uorton  qarnını  tutub,  gülməkdən  uğunurdu.  –  Aman  Allah,  əgər  bu 

nəcis olsaydı, nə aləm olardı! Çox heyf, heyf ki, nəcis deyil. KaĢ nəcis 

olaydı. Əgər məndə lap az da olsa, nəcis olsaydı, gör nə aləm olardı... 

– Sən özün elə nəcissən, – deyə Brutus nərildədi. – Ġndi isə ümid 

edirəm  ki,  çamadanlarını  qablaĢdırmısan,  çünki  yenə  öz  sevimli 

tualetinə gedəcəksən. 

Uortona  yenə  dəli  köynəyini  geyindirdik  və  onu  bir  daha 

divarları yumĢaq olan otağa salıb qapısını bağladıq. Bu dəfə onu orada 

iki  gün  saxladıq.  Bəzən  biz  onun  nəsə  anlaĢılmaz  Ģeylər 

mırıldandığını,  bəzən  bundan  sonra  özünü  yaxĢı  aparacağına,  ağlının 

baĢına gəldiyinə və daha Ģuluq salmayacağına dair vədlər verməsini və 

bəzən  də  həkimə  ehtiyacı  olduğunu,  ya  da  ölüm  ayağında  olduğunu 

qıĢqırmasını  eĢidirdik.  Amma  əksər  vaxtlarda  susur,  səs-səmiri 

eĢidilmirdi.  Onu  karser  kamerasından  çıxaranda  da  səsi  çıxmırdı, 

baĢını  aĢağı  dikib,  sakitcə,  önünə  baxaraq  addımlayırdı.  Harri  ona: 



www.vivo-book.com 

 

252 



“Yadından  çıxarma!  Hər  Ģey  sənin  özündən  asılıdır”,  –  deyəndə  də 

cavab vermədi.  

Bir  müddət  o,  doğrudan  da  özünü  normal  aparır,  amma  sonra 

yenə  bir  oyun  çıxarırdı.  Çıxardığı  oyunlar  əvvəllər  görmədiyimiz 

Ģeylər  deyildi  (bircə  Ģokolad  piroqu  ilə  bağlı  oyun  istisna  olmaqla. 

Brutus özü də bu fəndin orijinal olduğunu təsdiq etmiĢdi), lakin onun 

belə  israrlı  olması  bizi  narahat  edirdi.  Qorxurdum  ki,  gec,  ya  tez 

bizlərdən  birimiz  diqqətsizlik  edərək  baĢımıza  bəla  açar  və  bunun 

əvəzini  çox  baha  ödəməli  olarıq.  Belə  vəziyyət  uzun  müddət  davam 

edə  bilərdi,  çünki  Uortonun  haradasa  onu  xilas  etmək  üçün  bütün 

idarələrə  ayaq  döyən,  bığ  yeri  təzəcə  tərləmiĢ  bir  cavanın  edam 

edilməsinin nə qədər yanlıĢ bir Ģey olduğunu qabağına keçən hər kəsə 

isbat  etməyə  çalıĢan...  və  bu  oğlanın  dərisinin  lap  elə  qoca  Ceff 

Devisinki  kimi  ağappaq  olduğunu  söyləyən  bir  vəkili  olmalı  idi.  Bu 

vəziyyətlə  bağlı  Ģikayətlənməyin  heç  bir  mənası  yoxdur,  çünki 

Uortonu  elektrik  stulundan  qorumaq  onun  vəkilinin  birbaĢa  vəzifəsi 

idi.  Onu  təhlükəsiz  bir  yerdə  qoruyub  saxlamaq  isə  bizim  iĢimizdi. 

Vəkili  oldu-olmadı,  Uorton  Qoca  Qığılcımdan  canını  qurtara 

bilməyəcəkdi. 

 

 



 

 


www.vivo-book.com 

 

253 



6 

 

 



 

 

Məhz  həmin  həftə  həbsxana  rəisinin  arvadı  Melinda  Murs 



Ġndianoladakı  xəstəxanadan  evinə  dönmüĢdü.  Həkimlər  onun 

müalicəsini  bitirmiĢdilər;  qadının  baĢındakı  ĢiĢin  rentgen  Ģəkillərini 

çəkmiĢ, azarlının xəstəlik tarixçəsində xəstənin qolundakı süstlüyü və 

həmin  vaxt  ona,  demək  olar  ki,  fasiləsiz  olaraq  əzab  verən  dözülməz 

ağrıları qeyd  etmiĢ  və bununla da öz iĢlərini bitmiĢ hesab etmiĢdilər. 

Onlar  qadının  ərinə  bir  qalaq  tərkibində  morfi  olan  həblər  vermiĢ  və 

Melindanı  ölmək  üçün  evinə  yola  salmıĢdılar.  Hal  Murs  arvadının 

xəstəliyinə  görə  qısamüddətli  məzuniyyət  götürmüĢdü,  –  o  vaxtlar 

uzunmüddətli məzuniyyət verilmirdi. Lakin  arvadının acılarını azacıq 

da  olsa  yüngülləĢdirmək,  ona  əlindən  gələn  yardımı  göstərmək  üçün 

Murs bacardığı qədər məzuniyyət götürmüĢdü.  

Melinda  evinə  dönəndən  təxminən  üç  gün  sonra  arvadımla  onu 

yoluxmağa getdik. Getməzdən öncə Hal Mursa zəng etdim və o dedi 

ki, çox yaxĢı olar, gəlin, çünki bu günlər Melinda özünü o qədər də pis 

hiss eləmir və sizi görməyə Ģad olacaq.  


www.vivo-book.com 

 

254 



–  Mənim  belə  qonaq  getmələrdən  lap  zəhləm  gedir,  – 

maĢınımızla Mursların, demək olar ki, bütün həyatının keçdiyi balaca 

həyətə daxil olanda mən Cenisə dedim.  

– Belə görüĢlər heç kimin xoĢuna gəlmir, əzizim, – deyə arvadım 

cavab  verdi  və  əlimi  sığalladı.  –  Biz  ona  ürək-dirək  verərik,  o  da 

yüngülləĢər, özünü daha yaxĢı hiss edər. 

– Ümid edirəm ki, yanılmırsan. 

Biz  Melindanı  görəndə,  o,  qonaq  otağında,  oktyabr  günəĢinin 

mövsümə  görə  çox  isti  olan  Ģüalarının  altında  oturmuĢdu.  Diqqətimi 

ilk çəkən Ģey onun  görünüĢü oldu, mənə elə gəldi  ki,  qadın  haradasa 

qırx kilo arıqlayıb. Əlbəttə ki, bu belə deyildi – əgər qadın o qədər çəki 

atsaydı,  yəqin  ki,  indi  burada  olmazdı  –  lakin  bu  mənim  gözlərimin 

ötürdüyü görüntüyə beynimin verdiyi ilkin reaksiya idi. Onun üzü elə 

bil  qafa  tasını  göstərmək  üçün  harasa  yox  olmuĢdu,  dərisi  isə 

perqament  kağızı  kimi  ağappaqdı.  Gözlərinin  altında  qara  dairələr 

görünürdü. Həyatımda ilk dəfə idi ki, onu dizlərinin üstündə nəsə bir 

Ģey  toxumadan,  nəsə  tikmədən,  ya  da  balaca  xalı  parçasını 

yamamadan,  eləcə 

boĢ-boĢuna  yelləncək-kresloda  oturduğunu 

görürdüm.  O  sadəcə  oturmuĢdu.  Lap  qatarın  gəlməsini  gözləyən 

sərniĢin kimi.  

–  Melinda,  –  arvadım  ilıq  və  mehriban  səslə  onu  çağırdı. 

DüĢünürəm  ki,  xanımım  gördüklərindən  ən  azı  mənim  qədər  –  bəlkə 

də  daha  artıq  –  sarsılmıĢdı,  lakin  bəzi  qadınlar  kimi,  o  da  bunu 



www.vivo-book.com 

 

255 



məharətlə  gizlədə  bildi.  O,  Melindaya  yaxınlaĢdı,  qadının  yelləncək-

kreslosunun  yanında  bir  dizinin  üstünə  çökdü  və  onun  əlindən  tutdu. 

Bu  arada  mənim  gözüm  buxarının  önündə  yerə  salınmıĢ  mavi  xalıya 

sataĢdı.  O  an  mənə  elə  gəldi  ki,  bu  xalının  da  rəngi,  əslində,  yaĢıl 

olmalı idi, çünki indi bu otaq bir növ YaĢıl Milin baĢqa bir versiyasına 

çevrilmiĢdi.  

– Sənə bir az çay gətirmiĢəm, – Cenis mülayim bir səslə dedi. – 

Bu  çay  mənim  icadımdı.  Əla  yuxu  gətirən  çaydır.  Onu  sənin  üçün 

mətbəxdə qoydum.  

–  Çox  sağ  ol,  əzizim,  –  Melinda  dedi.  Onun  səsi  cəhrə  kimi 

cırıldayırdı.  

– Özünü necə hiss edirsən, əzizim? – arvadım ondan soruĢdu.  

–  Ġndi  bir  az  yaxĢıyam,  –  Melinda  laqeyd  cırıltılı  səslə  cavab 

verdi. – Düzdü, Ģotland rəqsi oynayacaq halda deyiləm, amma bu gün, 

heç  olmasa,  ağrılarım  yoxdur.  Həkimlər  mənə  ağrıkəsici  həblər 

veriblər. Bəzən onların da köməyi olur.  

– Deməli, vəziyyət o qədər də pis deyil, eləmi? 

– Hə, amma  əlimlə heç nəyi  tuta bilmirəm.  Əlimə nəsə olub.  – 

Melinda  əlini  qaldırdı,  ona  bir  müddət  baxdı,  elə  bil,  əlini  heç  vaxt 

görməmiĢdi,  sonra  isə  dizinin  üstünə  qoydu.  –  Nəsə  olub... 

ümumiyyətlə, mənim özümə nəsə olub, – deyə səs çıxarmadan, içində 

ağlamağa  baĢladı.  Qadının  belə  səssizcə  ağlaması  mənə  Con  Koffini 

xatırlatdı. Və onun dedikləri yenə baĢımda əks-səda verməyə baĢladı: 


www.vivo-book.com 

 

256 



“Mən  sizə  kömək  etdim,  elə  deyilmi?  Mən  sizə  kömək  etdim,  elə 

deyilmi?” – lap beynində iliĢib qalan hansısa bir qafiyə kimi.  

Elə  bu  arada  otağa  Hal  daxil  oldu.  O,  yaxamdan  tutaraq  məni 

özünə tərəf çəkib qucaqladı. Ġnanın ki, o, məni yaxamdan tutub özünə 

tərəf çəkəndə, sevindim. Hal ilə mətbəxə keçdik və o mənə yarım badə 

hansısa  kənddən  yenicə  gətirilmiĢ  çox  tünd  ağ  viski  süzdü.  Biz 

badələrimizi  bir-birinə  toqquĢdurandan  sonra  viskini  içdik.  Maye 

boğazımı  yandıra-yandıra  üzüaĢağı  axdı,  lakin  mədəmdəki  ləzzət 

hissini  sözlə  ifadə  etmək  üçün  cənnəti  görmək  lazım  idi.  Bu  ləzzətə 

baxmayaraq,  Murs  saxsı  ĢüĢəyə  iĢarə  edərək,  sanki  bir  qədəh  də 

istəyib-istəmədiyimi  soruĢdu,  üzündə  sual  dolu  bir  ifadə  ilə  mənə 

baxanda, baĢımı bulayaraq içkidən imtina etdim. Azğın Billi Uortonun 

əynindən dəli köynəyini çıxartmıĢdıq – ən azından hələlik, – ona görə 

də  baĢımızda  içki  dumanı  ilə  onun  yaxınlığında  hərlənmək  elə  də 

təhlükəsiz deyildi – aramızda bizi ayıran dəmir barmaqlıqlar olsa belə. 

–  Buna  hələ  nə  qədər  dözə  biləcəyimi  bilmirəm,  Pol,  –  rəis  az 

qala  pıçıltı  ilə  dedi.  –  Səhərlər  cavan  bir  qız  gəlib  mənə  ona  qulluq 

etməyə  kömək  edir,  lakin  həkimlər  deyirlər  ki,  onun  bağırsaqları 

pozula bilər, onda ... onda... – rəis sözünü bitirməyərək susdu. Mənim 

gözlərim  önündə  ağlamaq  istəmədiyindən,  boğazına  dirənmiĢ 

hönkürtüləri  boğmaq  üçün  var  gücü  ilə  çalıĢdığı  üzündəki  ifadədən 

bəlli olurdu.  



www.vivo-book.com 

 

257 



– Əlindən gələni etməyə çalıĢ, – əlimi masanın üzərindən uzadıb 

iflic  vurmuĢ,  çilli  əlini  sıxdım.  –  Gerisini  Allahın  öhdəsinə  burax. 

Bundan baĢqa əlindən nə gələr, elə deyilmi?  

–  Hə,  elədir.  Lakin  bu  dildə  deyildiyi  qədər  asan  olsaydı,  nə 

vardı  ki,  Pol.  Allaha  dua  edirəm  ki,  sən  heç  vaxt  bunun  necə  çətin 

olduğunu heç vaxt bilməyəsən.  

Bu  məqamda  özünü  ələ  almaq  üçün  var  qüvvəsini  səfərbər 

etməli oldu.  

–  Ġndi  isə  danıĢ  görüm,  nə  təzə  xəbərlər  var.  Uilyam  Uortonla 

vəziyyət nə yerdədir? Persi Uetmor ilə necə yola gedirsiniz?  

Biz  bir  qədər  iĢlərimiz  haqqında  söhbət  elədik  və  bununla  da 

xəstə  yoluxmağımız  baĢa  çatdı.  Sonra,  biz  evə  gedərkən  bütün  yolu 

gözləri  yaĢlı,  fikirli-fikirli  yanımda  oturmuĢ  arvadım  bir  söz  belə 

danıĢmadı,  mənim  isə  Con  Koffinin:  “Mən  sizə  kömək  etdim,  elə 

deyilmi?  Mən  sizə  kömək  etdim,  elə  deyilmi?”  –  sözləri  beynimdən 

çıxmır, baĢımın içində ora-bura Ģütüyürdü, lap elə Delakruanın balaca 

siçanı Mister Cinqlz kimi.  

– Bu dəhĢətdir, – birdən xanımım kədər dolu bir səslə dilləndi. – 

Heç kim heç nə ilə ona kömək edə bilməz. 

Dinməzcə  baĢımı  yırğaladım  və  düĢündüm:  “Mən  sizə  kömək 

etdim,  elə  deyilmi?”  Lakin  bu,  olduqca  dəlisov  bir  fikir  idi  və  onu 

baĢımdan çıxarmağa çalıĢdım.  



www.vivo-book.com 

 

258 



Biz  maĢınla  həyətimizə  daxil  olanda,  nəhayət,  arvadım  ikinci 

dəfə sükutu pozaraq dilləndi, amma öz köhnə dostu Melinda haqqında 

deyil, mənim sidik yollarımın infeksiyası haqqında soruĢdu. O, bilmək 

istəyirdi  ki,  bu  xəstəliyim  həqiqətən  tamam  sağalıb,  ya  yox.  Mən  də 

ona tamam sağaldığımı söylədim.  

–  Lap  yaxĢı,  –  arvadım  qaĢımın  üstündən,  ən  həssas  yerimdən 

öpdü.  –  Bəlkə,  biz  bəzi  Ģeylərlə  məĢğul  olmalıyıq  –  əlbəttə,  sənin 

vaxtın və həvəsin varsa. 

Sonuncudan  istənilən  qədər,  –  elə  birincidən  də  kifayət  qədər  – 

olduğundan, onun əlindən tutub yataq otağına apardım, soyundurdum, 

o  isə  mənim  daĢ  kimi  bərkimiĢ  və  ürək  kimi  döyünən,  amma  daha 

ağrımayan hissəmi sığallayırdı. Onun dərinliklərində yavaĢ-yavaĢ irəli-

geri,  onun  xoĢladığı  kimi  –  əslində  hər  ikimizin  xoĢladığı  kimi  – 

hərəkət  edərkən,  Con  Koffinin  “kömək”  haqqında  dediyi  sözləri 

xatırladım: O kömək etmiĢdi, elə deyilmi? Tam yadınıza düĢməyincə, 

beyninizdən çıxarıb ata bilmədiyiniz bir melodiyanın parçası kimi. 

Bir  qədər  sonra  isə  həbsxanaya  gedərkən  yolda  düĢünməyə 

baĢladım  ki,  biz  tezliklə  Delakruanın  edamı  üçün  məĢqlərə 

baĢlamalıyıq.  Bu  fikir  bu  dəfə  sərəncamçı  kimi  Persinin  öndə 

duracağını mənim yadıma saldı və içimdə soyuq bir vicvicə hiss etdim. 

Özünü  inandırmağa  çalıĢırdım  ki,  burada  qorxulu  heç  nə  yoxdur  – 

cəmi bircə edam və biz Persidən canımızı qurtaracağıq, lakin içimdəki 

soyuq  vicvicə  keçmək  bilmirdi,  sanki  uzun  müddətə  mənə  əziyyət 


www.vivo-book.com 

 

259 



verən  infeksiya  heç  sağalmamıĢdı,  sadəcə,  qasığımdan  boynumun 

arxasına keçərək yerini dəyiĢmiĢdi.  

 

 

 



 

7 

 

 



– Bayıra çıx, – ertəsi gün axĢam Brutus Delakruaya dedi. – Gəl 

bir az gəzintiyə çıxaq. Sən, mən və Mister Cinqlz.  

Delakrua  əvvəlcə  ona  tərəddüdlə  baxdı,  sonra  isə  siçanı 

götürmək üçün əyilib siqar qutusunun içində eĢələndi. Siçanı əlinə alıb 

gözlərini qıyaraq yenə Brutusa baxdı.  

– Sən nə deyirsən? – deyə Brutusdan soruĢdu. 

– Bu gün səni və Mister Cinqlzı böyük bir gecə gözləyir, – Harri 

ilə birlikdə onların yanına gələn Din dedi. Dinin boğazının ətrafındakı 

qançır izi xoĢagəlməz sarı rəng almıĢdı, lakin indi səsi, piĢiyə hürən it 

kimi  yox,  normal  çıxırdı.  –  Səncə  biz  onun  qoluna  qandal 

vurmalıyıqmı, Brutus? Necə düĢünürsəm?  

Brutus bir qədər fikrə getdi. 

– Yox, düĢünmürəm ki buna ehtiyac var, – nəhayət dilləndi. – O 

özünü yaxĢı aparacaq, düz demirəmmi, Del? Sən və sənin siçanın – hər 



www.vivo-book.com 

 

260 



ikiniz özünüzü yaxĢı aparacaqsınız. Hər Ģey bir  yana, axı sən bu gün 

kifayət qədər vacib adamlar üçün tamaĢa göstərəcəksən. 

Persi  ilə  mən  növbətçi  masasının  yanında  dayanıb  onları 

müĢahidə  edirdik;  Persi  üzündə  həqarət  dolu  təbəssümlə  əllərini 

sinəsinin  önündə  çarpazlamıĢdı.  Bir  an  sonra  o,  cibindən  buynuz 

maddədən  hazırlanmıĢ  darağını  çıxarıb  saçlarını  daramağa  baĢladı. 

Con Koffi də öz kamerasının dəmir barmaqlıqlarının önündə dinməzcə 

dayanıb baĢ verənlərə tamaĢa edirdi. Uorton isə ətrafında baĢ verənlərə 

tam laqeydliklə öz çarpayısında uzanıb, gözlərini tavana zilləmiĢdi. O 

özünü  hələlik  “yaxĢı”  aparırdı,  baxmayaraq  ki,  onun  “yaxĢı”  dediyi 

Ģeyi  Briar  Ricdəki  həkimlər  “katatonik”  adlandırırdılar.  Orada  baĢqa 

bir  adam  da  vardı.  Mənim  kabinetimin  qapısı  onu  bizim  üçün 

görünməz  etsə  də,  onun  kölgəsi  qapının  arxasından  YaĢıl  Milə 

düĢürdü.  

–  Nə  baĢ  verir,  siz  dəli  olmusunuz,  nədi?  –  Brutus  onun 

kamerasının hər iki kilidini açıb qapını yana itələyəndə, Del ayaqlarını 

çarpayısına tərəf uzadaraq narazı  səslə soruĢdu.  Onun  gözləri  gah bu 

nəzarətçiyə, gah da o biri nəzarətçiyə tərəf dönürdü.  

– YaxĢı, indi sənə izah edərəm, – Brutus dilləndi. – Mister Murs 

məzuniyyətə  çıxıb,  onun  arvadı  ölüm  ayağındadır,  bəlkə  sən  də 

eĢitmisən.  Ona  görə  də  Mister  Anderson  hələlik  onu  əvəz  edəcək. 

Mister Körtis Anderson. 

– Həəəə? Bunun mənə nə dəxli var ki?  


www.vivo-book.com 

 

261 



– Nə dəxli var? – deyə Harri söhbətə qarıĢdı. – Mister Anderson 

sənin siçanın haqqında eĢidib, Del və onun çıxardığı oyunları görmək 

istəyir.  O  və  daha  altı  nəfər  inzibati  korpusda  oturub  sənin 

göstərəcəyin tamaĢaya baxmaq üçün səbirsizliklə gözləyirlər. Onların 

hamısı  mavi  uniformalı  nəzarətçilər  deyil,  Brutusun  dediyi  kimi, 

aralarında  böyük  adamlar  da  var.  Məncə,  onlardan  biri  hətta 

siyasətçidir və o, Ģtatın paytaxtından buracan gəlib.  

TəĢəxxüsündən  Delakruanın  qoltuqları  əməlli-baĢlı  ĢiĢmiĢdi  və 

mən  onun  üzündə  bir  damcı  bel  tərəddüd  ifadəsi  görmədim.  Əlbəttə, 

onlar  Mister  Cinqlzın  çıxardığı  oyunlara  baxmaq  istəyirlər;  kim 

istəməzdi ki? 

O,  ətrafda  vurnuxmağa  baĢladı,  əvvəlcə  çarpayısının  altına, 

sonra  isə  balıĢın  altına  baxdı.  Nəhayət,  həmin  böyük  nanəli 

nabatlardan  birini  və  al-əlvan  rənglərə  boyanmıĢ  makaranı  tapdı.  O, 

sual  dolu  baxıĢlarla  Brutusa  baxdı  və  Brutus  razılıq  iĢarəsi  olaraq 

baĢını yırğaladı.   

– Hə, onlar məhz siçanın makara ilə çıxardığı hoqqaya baxmaq 

istəyirlər, amma onun nanəli nabatları yeməsi də çox maraqlıdır. Siqar 

qutusunu  da  yaddan  çıxarma.  Sən  siçanı  yəqin  o  qutunun  içində 

aparmaq istəyirsən, düzdür?  

Delakrua qutunu götürüb, Mister Cinqlzın  əĢyalarını onun içinə 

qoydu, siçanın özünü isə çiyninə otuzdurdu. Sonra sinəsini qabardaraq 

kameradan çıxanda, Din ilə Harriyə tərəf baxaraq soruĢdu: 


Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin