Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə20/44
tarix07.04.2017
ölçüsü3,44 Mb.
#13625
1   ...   16   17   18   19   20   21   22   23   ...   44

www.vivo-book.com 

 

277 



– Onlara tapĢır ki, – mənə dedi, – bu acı sousun içinə elə bir Ģey 

qoysunlar ki, boğzaımda atılıb düĢsün və bütün içimi yandırıb yaxsın – 

yəni yeməyə yaĢıl çili atsınlar, baĢqa zəif zir-zibil atmasınlar. Bu zibil 

istiot əl-ayağımı elə yığıĢdırır ki, sonrakı gün tualetdən çıxa bilmirəm, 

amma düĢünmürəm ki, bu dəfə belə bir problemim olacaq, n'est-ce pas 

(elə deyilmi – fr.)? 

Ölümə məhkum edilənlərin böyük əksəriyyəti gic bir çılğınlıqla 

öz  ölməz  ruhları  üçün  narahat  olurlar,  lakin  Delakrua  son  saatlarda 

mənəvi rahatlığı üçün nə istədiyi ilə bağlı ona verdiyim bütün sualların 

böyük hissəsini dərhal rədd elədi. Delakruanın fikrincə, əgər “o oğlan” 

Böyük BaĢçı Bitterbak üçün yarıyıbsa, deməli, ona da yarayar. Lakin 

hər  Ģeydən  çox  onu  narahat  edən  Ģey  –  yəqin  siz  də  artıq  baĢa 

düĢdünüz  –  o  biri  dünyaya  köçməsindən  sonra  Mister  Cinqlzın 

aqibətinin  necə  olacağı  idi.  Mən  edamdan  əvvəlki  axĢamı 

məhkumlarla  uzun  saatlar  keçirməyə  vərdiĢ  eləmiĢdim,  lakin  həmin 

gecə  bu  uzun  saatları  həyatımda  ilk  dəfə  siçanın  taleyi  haqqında 

düĢünməklə keçirdim.  

Delakrua  öz  dumanlanmıĢ  beynində  bir  ssenaridən  baĢqasına 

keçir, yorulmaq bilmədən bütün variantları saf-çürük etməyə çalıĢırdı. 

Sanki  kollecə  göndəriləcək  bir  uĢaqmıĢ  kimi,  öz  siçanının  gələcəyini 

təmin  etmək  düĢüncəsi  ilə  onun  haqqında  fikirləĢdiklərini  uca  səslə 

deyə-deyə  Delakrua  özü  də  bilmədən  əlvan  rəngli  makaranı  divara 

tərəf atırdı. Və hər dəfə o makaranı divara atanda Mister Cinqlz onun 


www.vivo-book.com 

 

278 



arxasınca  Ģığıyır,  tapır  və  geriyə,  Delakruanın  ayaqlarının  yanına 

diyirlədirdi.  Nəhayət,  bütün  bunlar  sinirlərimə  təsir  etməyə  baĢladı: 

əvvəlcə,  makaranın  divara  çırpılaraq  çıxardığı  səs,  sonra  da  Mister 

Cinqlzın pəncələrini döĢəməyə sürtərək çıxardığı cığıltı – baxmayaraq 

ki, bu, çox maraqlı oyun idi, amma saat  yarım davam edəndən sonra 

adamı bezdirirdi. Mister Cinqlz isə yorulmaq bilmirdi. O, Delakruanın 

bu məqsəd üçün döĢəməyə qoyduğu qəhvə nəlbəkisindən bir udum su 

içərək sərinləmək, ya da nanəli nabatdan iti diĢləri ilə balaca bir parça 

qoparıb  çeynəyərək  qarnını  doydurmaq  üçün  vaxtaĢırı  dayanır,  sonra 

isə  hər  Ģey  yenidən  baĢlayırdı.  Bir  neçə  dəfə  Delakruya  bu  axmaq 

oyuna  son  qoyması  və  siçana  bir  az  istirahət  imkanı  verməsini 

söyləmək  üçün  kəlmələr  dilimin  ucuna  gəlsə  də,  Mister  Cinqlz  ilə 

oynaması  üçün  onun  ixtiyarında  yalnız  bu  gecənin  və  sabahı  günün 

qaldığı  birdən  yadıma  düĢür  və  boğazıma  dirənmiĢ  kəlmələri  udmalı 

olurdum.  Lakin  bu  oyun  uzandıqca,  özümü  saxlamaq  da  getdikcə 

çətinləĢirdi:  daim  təkrarlana  səs-küyün  sinirlərə  necə  təsir  etdiyini 

yəqin  siz  də  bilirsiniz.  Nəhayət,  sözə  baĢlamaq  istəyirdim  ki,  hansısa 

bir qüvvə məni çiynimin üstündən geri baxmağa məcbur etdi. Dəhlizin 

əks  tərəfində  Con  Koffi  öz  kamerasının  qapısının  yanında  dayanıb, 

dinməzcə mənə baxaraq baĢını bulayırdı: sağa, sola, sağa, sola. Elə bil, 

fikrimi oxumuĢdu və mənə bir də düĢünməyi məsləhət görürdü.  

Mən  Mister  Cinqlzı  Delakruanın  qarımıĢ  xalasına  –  böyük  bir 

torba nanəli nabat  göndərmiĢ xalasını deyirəm –  verməyi  təklif etdim 


www.vivo-book.com 

 

279 



və  söz  verdim  ki,  bunun  yerinə  yetirilməsinə  nəzarət  də  edərəm. 

Üstəlik,  dedim  ki,  onun  əlvan  rəngli  makarasını  və  hətta  siqar 

qutusundan  olan  “evini”  də  göndərərik  –  pul  yığıb  Tut-Tutu  da  razı 

salarıq  ki,  “Korona”  siqar  qutusuna  olan  iddiasından  əl  çəksin.  Bir 

qədər  düĢünəndən  sonra  Delakrua  etiraz  etdi  (düĢünərkən  Delakrua 

makaranı  ən  azı  beĢ  dəfə  divara  tərəf  atmağa  macal  tapdı  və  hər 

dəfəsində Mister Cinqlz onu ya burnu ilə itələyərək, ya da pəncələri ilə 

diyirlədərək  geri  gətirdi)  və  bunun  yaxĢı  fikir  olmadığını  dedi: 

“Hermione  xala  çox  qocadır  və  Mister  Cinqlzın  nə  qədər  istedadlı 

olduğunu  dərk  eləyə  bilməz,  bir  də  ki,  iĢdir,  Mister  Cinqlzın  ömrü 

onunkundan uzun olsa, onda necə olsun? Onda Mister Cinqlz nə edər? 

Yox, yox, Hermione xala çox qocadır, o bizim iĢimizə yaramaz”.  

–  YaxĢı,  bizlərdən  biri  siçanı  götürər,  buna  nə  deyirsən?  Yəni 

həbsxana  nəzarətçilərindən  biri  siçanı  götürsə,  razısanmı?  Biz  siçanı 

elə buradaca, “E” blokunda bəsləyə bilərik.  

Delakrua  bu  fikrə  görə  mənə  sidq-ürəkdən  təĢəkkür  edərək  bu 

təkliflə  də  razılaĢmadı  və  dedi  ki,  Mister  Cinqlz  bir  siçandır  və  azad 

həyat  yaĢamaq  üçün  can  atır.  O  –  Eduard  Delakrua  bunu  dəqiq  bilir, 

çünki Mister Cinqlz özü – yəqin siz də anladınız – bunu onun qulağına 

pıçıldayıb.  

–  YaxĢı,  qoy  sən  deyən  olsun,  –  deyə  onu  sakitləĢdirməyə 

çalıĢdım. – Onda, Del, bizlərdən biri onu evinə aparar. Məsələn, Din. 



www.vivo-book.com 

 

280 



Onun  balaca  oğlu  var  və  yəqin  bu  siçandan  onun  çox  xoĢu  gələcək, 

inan mənə.  

Bu təklifimi eĢidəndə Delakruanın qorxudan rəngi ağardı. Mister 

Cinqlz  kimi  dahi  bir  gəmiricinin  taleyini  balaca  bir  uĢağa  tapĢırmaq? 

Allah  xatirinə,  deyin  görüm,  balaca  bir  uĢağın  onun  məĢqləri  ilə 

məĢğul  ola  biləcəyini  necə  güman  etmək  olar,  mən  hələ  siçana  yeni 

fəndlərin  öyrədilməsini  demirəm.  Bir  düĢünün,  birdən  uĢaq  ona  olan 

marağını  itirdi  və  bir  neçə  gün  dalbadal  onu  yemləməyi  yaddan 

çıxardı,  onda  necə  olacaq?  Özünün  birinci  cinayətini  ört-basdır  edə 

bilmək  üçün  altı  nəfəri  məhv  etmiĢ  Delakrua,  indi  elmi  məqsəd  üçün 

heyvanların  yarılmasının  qızğın  əleyhdarı  kimi  eĢitdiklərinə  qarĢı 

nifrətlə əsim-əsim əsirdi. 

Nəhayət, onu rahatlatmaq üçün siçanı öz evimə aparacağıma söz 

verdim  (onlara  istədikləri  hər  Ģeyi  söz  vermək,  yadınızdadırmı? 

Həyatlarının son qırx səkkiz saatında onlara hər Ģeyi vəd etmək). Bəs 

bu təklif necə, xoĢuna gəlirmi?  

– Yox, gəlmir, ser, boss Eckum, – Del səsində üzrxahlıq tonu ilə 

cavab  verərək  bu  təklifi  də  rədd  etdi.  Və  makaranı  yenidən  atdı. 

Makara  divara  dəyib  geri  sıçrayaraq  yerdə  fırlandı;  Mister  Cinqlz 

düyünün üstündəki  ağ kimi bir göz qırpımında onu haqladı və burnu 

ilə  itələyərək  makaranı  Delakruanın  ayaqlarının  yanına  diyirlətdi.  – 

Təklifinizə  görə  çox  sağ  olun,  mersi  boku  (minnətdaram  –  fr.)  lakin 

sizin  eviniz  düz  meĢənin  içindədir,  Mister  Cinqlz  orada,  dans  la 


www.vivo-book.com 

 

281 



foretdə  (meĢədə  –  fr.)  yaĢamağa  qorxar.  Mən  bunu  dəqiq  bilirəm, 

çünki...  

– DüĢünürəm ki, mən özüm də bunu təxmin edə bilərəm, Del. 

Delakrua baĢını yırğalayaraq gülümsədi.  

– Lakin biz istənilən halda düĢünüb bir yol tapa bilərik. Mütləq 

taparıq.  –  O,  yenə  makaranı  atdı.  Mister  Cinqlz  dərhal  makaranın 

arxasınca Ģütüdü. Mən üz-gözümü turĢutmamağa çalıĢdım.  

Nəhayət,  bizi  bu  çətin  vəziyyətdən  qurtaran  Brutus  oldu.  O, 

həmin vaxt  növbətçi masasının  yanında durub Harri  ilə  Dinin  kribbic 

(kart  oyunu)  oynamasına  tamaĢa  edirdi.  Persi  də  orda  idi  və  Brutus 

onu  söhbətə  qatmaq  üçün  etdiyi  cəhdlərinin  cavabında,  sadəcə, 

qaĢqabaqlı  donqultudan  baĢqa  bir  Ģey  olmayacağını  baĢa  düĢərək 

Delakruanın kamerasının önündə stul qoyub oturduğum  yerə gəldi və 

əllərini qoynunda çarpazlayıb söhbətimizə qulaq asmağa baĢladı.  

–  Bəs  Mausvill  necə,  ona  nə  deyirsən?  –  deyə  Brutus 

Delakruanın evimin meĢədə olması səbəbilə təklifimi rədd etməsindən 

sonra yaranmıĢ sükutu pozaraq söhbətimizə müdaxilə etdi. O, bu sualı 

sakit bir tərzədə, elə belə, baĢqa bir təklif ortaya atırmıĢ kimi verdi.  

–  Mausvill?  –  Delakrua  Brutusa  həm  maraq,  həm  də  heyrətlə 

baxaraq sualı təkrar etdi. – Hansı Mausvill? 

–  Bu,  turistlər  üçün  Floridadakı  bir  attraksiondur,  –  deyə  izah 

etdi. – Məncə, Tallahassidə. Düz demirəmmi, Pol? Tallahassidə? 



www.vivo-book.com 

 

282 



–  Hə,  –  deyə  bir  an  belə  tərəddüd  etmədən  cavab  verdim  və 

içimdə  Allahdan  Brutusu  hifz  eləməsini  dilədim.  –  Hə,  Tallahassidə, 

düz deyirsən. Ġtlər Universitetindən sonra düz yolun üstündə. – Mənim 

sözlərimi eĢidəndə, Brutusun dodaqları səyridi. Və mənə elə gəldi ki, 

elə indicə o, uğunaraq hər Ģeyi korlayacaq. Lakin tez özünü ələ aldı və 

baĢını  yırğalayaraq  mənimlə  razılaĢdı.  Təsəvvür  etdim  ki,  Ġtlər 

Universiteti dediyim üçün Brutus sonra mənim payımı necə verəcək.  

Bu dəfə Del makaranı atmadı, baxmayaraq ki, Mister Cinqlz ön 

pəncələrini  havaya  qaldırıb  Delakruanın  Ģap-Ģuplarının  üstündə 

dayanmıĢdı və növbəti dəfə makaranı qovmaq üçün fürsət gözləyirdi. 

Balaca  fransız  aramsız  olaraq  nəzərlərini  gah  mənə,  gah  da  Brutusa 

çevirirdi.  

– Bəs, Mausvilldə onlar nə ilə məĢğuldurlar?  – deyə həyəcanla 

soruĢdu. 

– Sən necə fikirləĢirsən, onlar Mister Cinqlzı qəbul edərlərmi? – 

Brutus  Delakruanın  sualını  qulaqardına  vuraraq  məndən  soruĢdu,  elə 

bil, Delin dediklərini heç eĢitməmiĢdi. – Səncə, Mister Cinqlzda onlara 

lazım olan keyfiyyətlər varmı, Pol? 

Mən özümü fikirli göstərməyə çalıĢdım. 

–  Bilirsənmi,  –  deyə  nəhayət,  sözə  baĢladım.  –  Bu  haqda 

düĢündükcə, bu fikir mənim daha çox xoĢuma gəlir. – Gözümün ucu 

ilə  gördüm  ki,  Persi  YaĢıl  Mil  ilə  (Uortonun  kamerasnıdan  gen 

keçərək) bizə tərəf yolun yarısını gəlib. O, bir çiyini ilə boĢ kameranın 


www.vivo-book.com 

 

283 



barmaqlığına  söykənərək  üzündə  həqarət  dolu  təbəssümlə  bizə  qulaq 

asırdı. 


– Bir mənə deyin görüm, “Mausvill” dediyiniz o Ģey nədir axı? – 

Del bu dəfə səbrini basa bilməyərək böyük maraqla soruĢdu.  

– Turistlər üçün bir növ attraksiondur, bunu sənə demiĢdim axı, 

– deyə Brutus cavab verdi. – Orada, nə bilim axı, yəqin ki, yüzə yaxın 

siçan olar. Sən necə düĢünürsən, Pol?  

– Ġndi bəlkə də yüz əlli olar, – deyə onun sözünü təsdiqlədim. – 

Son  dərəcə  populyardırlar.  EĢitdiyimə  görə,  onlar  birini  də 

Kaliforniyada  açmaq  və  adını  da  “Mausvill  Uest”  qoymaq  istəyirlər. 

Odur ki, bu biznesin çiçəkləndiyinə Ģübhəm yoxdur. EĢitdiyimə görə, 

təlim  keçmiĢ  siçanlara  indi  böyük  maraq  var,  amma  bunun  səbəbini 

baĢa düĢə bilmirəm.  

Del  əlində  əlvan  rəngli  makara  ilə  oturub  heyrətlə  bizə  baxırdı, 

deyəsən, indi o, müvəqqəti də olsa, öz taleyini belə yaddan çıxarmıĢdı.  

– Onlar yalnız ən ağıllı siçanları qəbul edirlər, – Brutus ciddi bir 

görkəmlə xəbərdarlıq etdi. – Yalnız müxtəlif oyunlardan çıxa bilənləri, 

fəndlər  göstərən  siçanları.  Hə,  onu  da  deyim  ki,  ağ  siçanları 

götürmürlər, çünki onlar mağazalarda satılır.  

–  Hə,  onlar  zoomağazada  satılan  siçanlardır,  –  deyə  Delakrua 

həyəcanla bağırdı. – Onları görən gözüm yoxdu.  

–  Hə,  bir  də  onların...  –  Brutus  sakitləĢmək  bilmirdi,  yəqin  ki, 

deyəcəklərini xəyalında canlandırdığından, onun gözləri yol çəkirdi, – 


www.vivo-book.com 

 

284 



onların,  necə  deyim,  bir  cür  çadırları  da  var,  adamlar  onun  içinə 

girirlər...  

– Hə, hə! Sirkdə olduğu kimi! Ġçəri girmək üçün pul ödəmək də 

lazımdımı? 

–  Sən  məni  ələ  salmısan,  nədir?  Əlbəttə,  içəri  girmək  üçün  pul 

ödəməlisən.  Böyüklər  üçün  adambaĢına  on  sent,  uĢaqlar  üçün  isə  iki 

sent.  Ġçəridə  bakelit  qutularından  və  tualet  kağızı  rulonlarında 

düzəldilmiĢ bütöv bir Ģəhər var və içəridə nə baĢ verdiyini insanların 

görə  bilməsi  üçün  binaların  pəncərələrinin  ĢüĢələri  də  jelatindən 

hazırlanıb.  

–  Hə!  Hə!  –  Delakrua  eĢitdiklərindən  vəcdə  gəlmiĢdi.  Sonra 

mənə tərəf dönüb dedi: – Jelatin nədir? 

– Sobanın qapısındakı ĢüĢə kimi, baxanda içərisi görünür, – deyə 

cavab verdim. 

–  Əlbəttə,  hə!  O  zibili  deyirsən!  BaĢa  düĢdüm.  –  Söhbətinə 

davam etməsi üçün o, Brutusa tərəf əlini yellədi. Delakrua əlini havada 

yellədərkən,  onun  əlindəki  makaranı  gözdən  itirməmək  üçün  Mister 

Cinqlzın düyməyə oxĢayan yumru, qara gözləri az qaldı hədəqəsindən 

çıxsın.  Kənardan  bu  mənzərə  çox  gülməli  görünürdü.  Persi  bir  qədər 

də  yaxına  gəldi,  sanki  nəyisə  daha  yaxĢı  görmək  istəyirdi.  Onun 

yaxınlaĢdığını  görəndə  Con  Koffinin  üz-gözünü  turĢutması 

nəzərimdən  qaçmasa  da,  Brutusun  təxəyyülündə  canlandırıb  bizə 

danıĢdığı  Ģeylər  məni  elə  özünə  çəkmiĢdi  ki,  Con  Koffinin  qaĢlarını 


www.vivo-book.com 

 

285 



çatmasına  heç  bir  əhəmiyyət  vermədim.  Ölümə  məhkum  edilmiĢ 

birisinin istədiyi Ģeylərin deyilməsi yeni zirvələrə yüksəlmiĢdi və mən 

Brutusun fantaziyasına heyran qalmıĢdım, inanın ki, səmimi sözümdü.  

–  Hə,  –  deyə  Brutus  sözünə  davam  etdi.  –  Həmin  yer  siçanlar 

Ģəhərciyidir,  lakin  uĢaqların  ən  çox  bəyəndiyi  yer  isə  “Mausvillin 

bütün ulduzları” adlı sirkdir. Burada siçanlar trapesiyalarda – iki ipdən 

asılmıĢ  ağacdan  ibarət  idman  alətlərində  –  yellənir,  kiçik  çəlləkləri 

diyirlədir və xırda pulları bir-birinin üstünə yığırlar... 

–  Hə,  bax  elə  bizə  lazım  olan  da  budur!  Mister  Cinqlza  lazım 

olan  yer  elə  budur!  –  Delakrua  həyəcanlı  Ģəkildə  dedi.  Onun  gözləri 

həyəcandan  parıldayırdı,  yanaqları  isə  azacıq  qızarmıĢdı.  Bir  anlıq 

mənə elə gəldi ki, Brutus Hovell, sadəcə, övliyadır. – Sən sirkdə çıxıĢ 

edəcəksən,  Mister  Cinqlz!  Floridada  siçan  Ģəhərində  yaĢayacaqsan! 

Jelatin pəncərəli evlərdə! Urra! 

O,  əlindəki  makaranı  bu  dəfə  daha  zərblə  atdı.  Makara  divarın 

aĢağı  hissəsinə  zərblə  çırpılandan  sonra  çox  uzağa  sıçrayaraq 

kameranın  qapısının  dəmir  barmaqlığının  arasından  YaĢıl  Milə 

diyirləndi.  Bunu  görən  Mister  Cinqlz  dərhal  onun  arxasınca  Ģığıdı. 

Persi də bunun əla bir fürsət olduğunu baĢa düĢmüĢdü.  

– Dur, eləmə, ay axmaq! – deyə Brutus bağırdı, lakin Persi ona 

əhəmiyyət vermədi. Mister Cinqlz elə yenicə makaranı haqlamıĢdı ki, 

– bütün fikri makara ilə məĢğul olduğundan, siçan köhnə düĢməninin 

yaxınlıqda olduğunu görə bilmədi – Persi özünün ağır, qara ayaqqabısı 


www.vivo-book.com 

 

286 



ilə  siçanın  üstünə  basdı.  Mister  Cinqlzın  onurğa  sümüyünün  Ģaqqıltı 

ilə  necə  sındığı  aydınca  eĢidildi,  onun  ağzından  qan  axmağa  baĢladı. 

Siçanın  balaca,  qara  gözləri  hədəqəsindən  çıxmıĢdı.  Mən  onun 

gözlərində  insanlara  xas  olan  təəccüb  və  iztirab  ifadəsini  gördüm. 

Delakrua  dəhĢət  və  kədərdən  dəli  kimi  bağırdı.  O  özünü  kameranın 

qapısına  atıb  əllərini  barmaqlığın  arasından  saldı,  mümkün  olduqca 

irəli uzadaraq siçanı təkrar-təkrar adı ilə çağırmağa baĢladı.  

Persi müzəffər bir görkəmlə əvvəlcə Delakruaya, sonra isə bizə 

tərəf dönərək gülümsədi. 

–  Bax  belə!  –  dedi.  –  Bilirdim  ki,  gec,  ya  tez  o  mənim  əlimə 

düĢəcək.  Bu,  sadəcə,  vaxt  məsələsi  idi.  –  O  bizə  arxasını  çevirdi  və 

qanına  qəltan  olmuĢ  Mister  Cinqlzı  linoliumun  üstündə  balaca  qan 

gölməçəsində tərk edərək tələsmədən YaĢıl Mil ilə uzaqlaĢdı.  

 

 



 

 

Dördüncü Hissə 



 

 

Eduard Delakruanın  

Dəhşətli Ölümü  

 


www.vivo-book.com 

 

287 



 

 

1 

 

 

 



Bütün  bu  yazdıqlarımdan  əlavə,  Corciya  Paynzda  yaĢamağa 

baĢladığım  gündən  etibarən  balaca  bir  gündəlik  də  tuturdum  –  vacib 

bir  Ģey  deyildi,  gündə  bir-iki  paraqraf  yazırdım,  özü  də  çox  vaxt 

havadan-sudan  –  və  dünən  axĢam  gündəlikdə  yazdıqlarımı  gözdən 

keçirdim. Bilmək istəyirdim ki, nəvələrim Kristofer ilə Daniella məni 

Corciya Paynza köçməyə, müəyyən mənada, məcbur edəndən sonra nə 

qədər  vaxt  keçib.  “Bu  sənin  öz  xeyrin  üçündür,  baba”,  –  deyə  onlar 

iddia edirdilər. Gəzən və danıĢan problemlərindən xilas olmaq imkanı 

yarandığını  anladıqları  an,  əslində,  hamı  belə  edir.  Onlar  da  belə 

etmiĢdilər.  

Bu,  təxminən  iki  ildən  bir  qədər  əvvəl  baĢ  vermiĢdi.  Qəribə 

burasıdır ki, bunun iki il, ya da bundan uzun və ya qısa müddət əvvəl 

olduğunu  dəqiq  bilmirəm.  Zaman  hissiyyatım  elə  bil  əriyir,  lap  elə 

uĢaqların qıĢda düzəltdikləri qar adamın yanvar istiləĢməsində əridiyi 

kimi.  Sanki  zaman  özünün  ilkin  mənasında  –  ġərq  Standart  Zaman 

QurĢağı, iĢıqlı vaxtdan səmərəli istifadə edilməsi üçün yazda saatların 

irəli  çəkilməsi,  insanın  iĢ  saatı  –  daha  mövcud  deyil.  Burada  yalnız 


www.vivo-book.com 

 

288 



Corciya  Paynz  zamanı  mövcuddur  –  Qoca  Adam  Zamanı,  Qoca 

Xanım  Zamanı  və  Yatağa  ĠĢəmə  Zamanı.  Qalan...  hər  Ģey  yox  olub 

gedib.  

Bura  lənətli  və  çox  təhlükəli  yerdir.  Əvvəlcə,  bunu  baĢa 

düĢmürsən;  əvvəlcə,  sənə  elə  gəlir  ki,  bura,  sadəcə,  darıxdırıcı  bir 

yerdir,  vəssalam.  Buradakı  təhlükə  isə  uĢaq  baxçasında  yuxu  saatı 

zamanı  olduğundan  daha  böyük  deyil.  Bununla  belə,  bura  təhlükəli 

yerdir, buna Ģübhəniz olmasın. Mən bura gələndən sonra bir çoxlarının 

qocalıq xəstəliyinə qapıldığının Ģahidi olmuĢam. Bu adamların bəziləri 

sadəcə  bu  xəstəliyə  qapılmırlar,  onlar  xəstəliyə  qəzaya  uğramıĢ  sualtı 

qayıq  kimi  sürətlə  batırdılar.  Onlar  buraya  gələndə  əksəriyyətinin 

vəziyyəti, demək olar ki, qaydasında olur – sönük gözlər, əllərində əsa, 

bəlkə bir az zəifləmiĢ sidik kisəsi... amma qalan bütün Ģeylər yerində. 

Sonra  onlarda  nəsə  baĢ  verir.  Bir  ay  sonra  onlar  sadəcə  televizor 

otağında  oturub  laqeyd  gözlərini  ekrana  zilləyərək  seriallara  baxırlar, 

bu zaman alt çənələrinin sallanmasından və əllərindəki portağal Ģirəsi 

olan  ĢüĢənin  əyilərək  axmasından  xəbərlər  tutmurlar.  Daha  bir  ay 

keçəndən sonra yoluxmağa gələn uĢaqlarının adlarını onların yadlarına 

salmaq  lazım  gəlir.  Bir  ay  da  keçir  və  onlara  artıq  öz  adlarını 

xatırlatmağa məcbur olursan. Onlara burada nəsə olur, buna əminəm: 

onlar Corciya Paynz zamanına uğrayırlar. Zaman burada zəif turĢuya 

bənzəyir.  O,  əvvəlcə,  sizin  yaddaĢınızı  silib  təmizləyir,  sonra  da 

yaĢamaq arzunuzu.  


www.vivo-book.com 

 

289 



Bununla  mübarizə  aparmağa  məcbursan.  Xüsusi  dostum  Eleyn 

Konnolliyə  də  elə  məhz  bunu  demiĢdim.  Mən  1932-ci  ildə,  yəni  Con 

Koffinin  YaĢıl  Milə  gəldiyi  ildə  baĢ  verənləri  yazmağa  baĢlayanda 

vəziyyətim  bir  qədər  yaxĢılaĢdı.  Bu  xatirələrin  bəziləri  acı  olsa  da, 

onların  yaddaĢımı  və  Ģüurumu,  bıçaq  karandaĢı  yonub  itilədiyi  kimi, 

necə  itiləĢdirildiyini  hiss  edirəm.  Bu  da  mənim  çəkdiyim  ağrı-acıya 

məna və dəyər verir. Lakin təkcə yaddaĢ və yazmaqla iĢ bitmir. Mənim 

yıpranmıĢ  və  qocalmıĢ  da  olsa,  bir  bədənim  var.  Nə  qədər  çətin  də 

olsa,  bacardığım  qədər  məĢq  edərək,  onu  formada  saxlamağa 

çalıĢıram.  Əvvəlcə  çox  çətinlik  çəkirdim  –  mənim  kimi  qəribə 

adamlar,  sadəcə,  məĢq  etmək  xatirinə  məĢq  etmək  lazım  gələndə,  o 

qədər  də  həvəsli  olmurlar,  –  amma  indi  hər  Ģey  daha  asandır,  çünki 

çıxdığım gəzintilərin məqsədi var.  

Gün  ərzindəki  ilk  gəzintimə  səhər  yeməyindən  bir  xeyli  əvvəl 

çıxıram  –  hələ  dan  yeri  ağarmamıĢ.  Həmin  səhər  yağıĢ  yağırdı  və 

nəmiĢliyi  hiss  edən  oynaqlarım  sızıldamağa  baĢlamıĢdı,  lakin  bu 

ağrılara  fikir  vermədən  mətbəx  qapısının  yanındakı  asılqandan 

ponçomu – çiyinə atılan yağmurluğumu – götürüb bayıra çıxdım. Əgər 

bir  adamın  gündəlik  edəcəyi  bir  iĢ  varsa,  o,  ağrı-acısına  məhəl 

qoymadan  onu  yerinə  yetirməlidir.  Bunun  müsbət  tərəfləri  də  var,  ən 

əsası da Corciya Paynz Zamanına qarĢı Real Zaman hissini qorumağa 

yardım  etməsidir.  Oynaqlarım  ağrıdı-ağrımadı,  mənim  yağıĢdan 



www.vivo-book.com 

 

290 



xoĢum gəlir. Xüsusilə də səhər vaxtı – hətta mənim kimi yıpranmıĢ bir 

qoca üçün də gözəl imkanlar vəd edən yeni bir gün baĢlayarkən.  

Gəzintiyə  çıxmazdan  əvvəl  mətbəxdən  keçib  gözləri  hələ  də 

yuxulu  olan  aĢpazların  birindən  iki  tikə  qızardılmıĢ  çörək  istədim  və 

sonra  bayıra  çıxdım.  Mən  kroket  meydançasından,  sonra  isə  ətrafını 

alaq otları basmıĢ balaca qolf oyuğunun yanından keçdim. Meydança 

bitəndən  sonra  balaca  meĢə  baĢlayırdı,  qarĢıda  tərk  edilmiĢ  və  yavaĢ-

yavaĢ  dağılmaqda  olan  iki  sarayın  arasından  burularaq  meĢənin  içinə 

dar bir cığır gedirdi. Mən yağıĢ damcılarının Ģam ağaclarına çırpılaraq 

çıxardığı  qulaq  oxĢayan  səsini  dinləyə-dinləyə  və  əlimdəki  qızarmıĢ 

çörəklərdən birini ağzımda qalmıĢ bir-iki diĢimlə çeynəyə-çeynəyə bu 

cığırla irəlilədim. Ayaqlarım sızıldayırdı, amma bu ağrı elə də Ģiddətli 

olmadığından,  dözmək  mümkün  idi.  Bu  ağrıları  nəzərə  almasaq, 

ümumiyyətlə, özünü  yaxĢı  hiss edirdim. Mən nəmli  havanı,  mümkün 

olduqca, ciyərlərimin dərinliyinə çəkir və onu qida kimi qəbul edirdim.  

Yolumun  üstündəki  köhnə  saraylardan  ikincisinə  çatanda  qısa 

müddətə  onun  iĢçinə  girdim  və  öz  balaca  ehtiyacımı  ödədim. 

Təxminən iyirmi dəqiqədən sonra cığırla geri qayıdanda qarnımda baĢ 

qaldırmıĢ  aclıq  qurdunun  tərpəniĢlərini  hiss  etməyə  baĢlamıĢdım. 

DüĢündüm  ki,  qızardılmıĢ  çörəkdən  daha  tutumlu  bir  Ģey  yemək  pis 

olmazdı.  Bəlkə,  bir  boĢqab  yulaf  sıyığı,  ya  da  yanında  sosiska  ilə 

qayğanaq.  Sosiskanı  xoĢlayıram,  həmiĢə  xoĢlamıĢam,  lakin  indi  bir 

dənədən  artıq  yesəm,  mədəm  pozulur.  Lakin  birini  yesəm,  heç  nə 


Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin