Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə22/44
tarix07.04.2017
ölçüsü3,44 Mb.
#13625
1   ...   18   19   20   21   22   23   24   25   ...   44

www.vivo-book.com 

 

306 



qaldırmıĢdım. Bu sidik yolunun adi infeksiyası deyildi. Lakin yenə də, 

kim bilir...  

– Sən nə eləyirsən? – Mister Cinqlzı Con Koffinin iri sağ ovcuna 

qoyanda Brutus soruĢdu. – Allah xatirinə, de görüm, sən nə eləyirsən? 

 

Koffi siçanı məndən alıb əlini barmaqlığın arasından içəri çəkdi. 



Siçan onun ovcunda hərəkətsiz uzanmıĢdı, nazik quyruğu Koffinin baĢ 

və  Ģəhadət  barmaqlarının  arasından  sallanırdı.  Siçanın  havada  asılmıĢ 

qalan  quyruğunun  ucu  çox  zəif  əsirdi.  Sonra  Koffi  siçanın  üstündə 

günbəz yaradaraq sağ əlinin ovcunu sol əli ilə örtdü. Biz artıq Mister 

Cinqlzın  özünü  görə  bilmirdik,  bircə  onun  aĢağı  sallanan  quyruğunu 

və  quyruğun  ucunun  hərəkəti  dayanmaqda  olan  rəqqas  kimi  necə 

əsdiyini  görürdük.  Koffi  əllərini  üzünə  yaxınlaĢdırdı  və  sağ  əlinin 

barmaqlarını kameranın dəmir barmaqlığı kimi bir az araladı. Siçanın 

quyruğu indi onun əlinin bizə tərəf olan hissəsindən sallanırdı.  

Makaranı  hələ  də  barmaqlarının  arasında  tutan  Brutus  mənə 

yaxınlaĢdı.  

– Səncə, o orada nə eləyir? 

– Ssss – deyə ona susmasını iĢarə etdim.  

Delakrua da ah-naləsini kəsmiĢdi.  

–  Lütfən,  Con,  –  deyə  pıçıldadı.  –  Conni,  ona  kömək  elə, 

yalvarıram, ona kömək elə. Ah, sil vu ple. XahiĢ edirəm. 



www.vivo-book.com 

 

307 



Din  ilə  Harri  də  yanımıza  gəldilər.  Harrinin  əlində  hələ  də  bir 

dəstə oyun kartı vardı.  

–  Burada  nə  baĢ  verir?  –  Din  soruĢdu,  lakin  ona  cavab 

vermədim,  sadəcə,  baĢımı  buladım.  Yenə  özümü  hipnoz  altındaymıĢ 

kimi  hiss  edirdim,  əgər  belə  deyildimsə,  qoy  Allah  bəlamı  versin. 

Koffi  dodaqlarını  barmaqlarının  arasına  yaxınlaĢdırıb  kəskin  Ģəkildə 

nəfəsini  içəri  aldı.  Bir  anlıq  elə  bil  hər  Ģey  birdən  durdu.  Sonra  o, 

baĢını əllərindən kənara çəkərək qaldırdı və mən onun üzündə çox ağır 

bir xəstəliyə tutulmuĢ, ya da dözülməz ağrılardan əziyyət çəkən adam 

ifadəsi  gördüm.  Onun  gözləri  parlaq,  baxıĢları  isə  kəskin  idi;  üst  diĢi 

alt dodağında dərin bir yara açmıĢdı, üzünün qara dərisi ağararaq çox 

xoĢagəlməz  rəng  almıĢdı  –  lap  palçığa  tökülmüĢ  kül  rəngi.  O, 

boğulurmuĢ  kimi  öyüdü  və  boğazından  gəyirtiyə  bənzər  xoĢagəlməz 

səs çıxardı.  

– Aman Allahım, sən özün kömək ol, – Brutus pıçıldadı. Onun 

gözləri heyrətdən az qala hədəqəsindən çıxacaqdı.  

– Nə? – Harri, demək olar ki, həyəcanından it kimi hürdü. – Nə? 

– Quyruğa bax! Görmürsənmi? Quyruğa bir bax!  

Mister  Cinqlzın  aĢağı  sallanan  quyruğu  artıq  hərəkəti 

dayanmaqda olan rəqqası xatırlatmırdı; quyruq Ģux çevikliklə gah bu, 

gah  da  o  biri  tərəfə  yellənirdi,  lap  quĢ  ovuna  çıxmıĢ  piĢiyin  quyruğu 

kimi. Və bir an sonra Koffinin qapalı ovcunun içindən bizə tanıĢ olan 

ciyilti eĢidildi.  


www.vivo-book.com 

 

308 



Koffi  yenə  boğazından  xoĢagəlməz  gəyirtiyə  bənzər  bir  səs 

çıxardı,  sonra  bərk  öskürəndən  sonra  boğazına  dolmuĢ  bəlğəmi 

tüpürməyə hazırlaĢırmıĢ kimi baĢını yana çevirərək aĢağı əyildi. Lakin 

bəlğəm tüpürmək əvəzinə o səsli bir Ģəkildə nəfəsini verdi və ağzından 

və  burnundan  xırda  qara  cücülər  buludu  çıxdı  –  mən  onun  ağzından 

çıxan  Ģeylərin  cücü  olduğunu  düĢünürəm,  baĢqaları  da  bunu  təsdiq 

edirdilər, lakin bu gün mən buna elə də əmin deyiləm. Onlar Koffinin 

ətrafında qara bulud kimi dövrə vurmağa baĢladılar və hətta bu bulud 

onun üz cizgilərini bir müddət  bizim  gözlərimiz üçün görünməz belə 

etdi.  


– Aman Allah, bunlar nədir belə? – Din həyəcanlı və titrək səslə 

soruĢdu.  

–  Hər  Ģey  qaydasındadır  ,–  dedim.  –  Narahat  olmayın,  hər  Ģey 

qaydasındadır, bir neçə saniyədən sonra onlar yox olub gedəcəklər.  

Elə  o  vaxt  mənim  sidik  yolları  infeksiyamı  sağaldanda  da  belə 

qara  “cücülər”  peyda  olmuĢdu.  Onlar  bir  müddət  ətrafımızda 

uçuĢandan sonra rəngləri ağarmıĢ və harasa yox olmuĢdular.  

– Aman Allah, – Harri pıçıldadı. 

– Pol? – Brutus tərəddüdlə soruĢdu. – Pol? 

Koffi  yenə  normal  görünürdü  –  boğazında  qalmıĢ  ət  qırığını 

öskürərək  çıxarmağa  müvəffəq  olmuĢ  adam  kimi.  O,  yerə  əyildi, 

qapanmıĢ ovuclarını döĢəməyə yaxınlaĢdırıb, barmaqlarının arasından 

ovcunun  içinə  baxdı,  sonra  ovuclarını  açdı.  Mister  Cinqlz  tamamilə 


www.vivo-book.com 

 

309 



salamat halda onun ovcundan döĢəməyə tullandı; deyəsən, heç bir yeri 

zədələnməmiĢdi, hərəkət edərkən də aldığı xəsarətlərdən axsamırdı. O, 

bir  anlıq  Koffinin  kamerasının  qapısının  önündə  ayaq  saxladı.  Lakin 

sonra  YaĢıl  Millə  hərəkətinə  davam  edərək  Delakruanın  kamerasına 

girdi. O qaçarkən bığlarında hələ də qan izlərinin olduğunu gördüm.  

Delakrua  eyni  vaxtda  həm  gülərək,  həm  də  ağlayaraq  siçanın 

bütün  bədənini  çəkinib-utanmadan  öpüĢlərə  qərq  etdi.  O,  sevimli 

siçanını elə öpürdü ki, öpüĢlərin səsini biz də eĢidirdik. Din, Harri və 

Brutus  heyrətdən  yerlərində  quruyub  bu  mənzərəyə  səssizcə  tamaĢa 

edirdilər.  Sonra  Brutus  kameraya  yaxınlaĢıb  barmaqlığın  arasından 

əlvan  rəngli  makaranı  içəriyə  uzatdı.  Delakrua  əvvəlcə  Brutusun  bu 

hərəkətini  görmədi,  onun  baĢı  tamamilə  Mister  Cinqlza  qarıĢmıĢdı. 

Ġndi o, suda boğulan oğlu xilas edilmiĢ atanı xatırladırdı. Brutus əlində 

tutduğu  makara  ilə  Delakruanın  çiynini  tıqqıldatdı.  Delakrua  geri 

çevrildi, makaranı gördü, onu götürdü və yenidən Mister Cinqlza tərəf 

döndü. O, siçanın tüklü dərisini sığallayır, gözləri ilə onu yeyir, dönə-

dönə  onun  heç  bir  yerinin  zədələnmədiyinə,  siçanın  həqiqətən  sağ-

salamat olduğuna bir daha əmin olmaq istəyirdi.   

–  Burax  onu,  –  Brutus  dilləndi.  –  Mən  onun  necə  qaçdığını 

görmək istəyirəm. 

–  O  qaydasındadır,  boss  Hovell,  Allah  Ģükürlər  olsun,  o  sağ-

salamatdır, hər Ģey qaydasındadır.  

– Burax onu, – Brutus təkrar etdi. – Mənim xətrimə, Del. 


www.vivo-book.com 

 

310 



Delakrua  könülsüz-könülsüz  aĢağı  əyildi,  Mister  Cinqlzı  bir  də 

heç vaxt əlindən buraxmaq istəmədiyi açıq-aĢkar hiss olunurdu. Sonra 

isə  çox  ehtiyatla  makaranı  atdı.  Makara  kameranın  içi  ilə  “Korona” 

siqar  qutusunun  yanından  keçərək  divara  tərəf  diyirləndi.  Mister 

Cinqlz dərhal onun arxasınca Ģütüdü, lakin bunu əvvəllər olduğu kimi 

çevik və sürətlə etmədi. Baxanda, adama elə gəlirdi ki, o qaçarkən bir 

qədər sola, arxa pəncəsinin üstünə çökür və bu məni hər Ģeydən daha 

çox  təəccübləndirdi.  Məncə,  ona  görə  ki,  bu  əlamət  hər  Ģeyin  real 

olduğunu göstərirdi – bu azacıq axsama.  

Bununla belə siçan makara yetiĢdi və onu burnu ilə itələyərək elə 

əvvəlki  əzmlə  geriyə,  Delakruanın  yanına  diyirlətdi.  Mən  öz 

kamerasının qapısının yanında dayanıb gülümsəyən Con Koffiyə tərəf 

döndüm.  Onun  təbəssümündə  güclə  sezilən  bir  yorğunluq  ifadəsi 

vardı.  Deməzdim  ki,  o  tamamilə  xoĢbəxt  görünürdü,  lakin  bayaq 

məndən  siçanı  ona  verməyimi  istəyərkən  üzündə  və  səsində  hiss 

etdiyim  israr  harasa  yox  olub  getmiĢdi,  elə  siçanı  sağaldandan  sonra 

boğulurmuĢ  kimi  öyüyəndə  hiss  elədiyi  qorxu  və  ağrı-acı  ifadəsi  də 

onun  üzündən  silinmiĢdi.  Bu  yenə  bizim  görməyə  vərdiĢ  elədiyimiz 

Con Koffimiz idi; üzündə hər Ģeyə laqeydlik ifadəsinin hökm sürdüyü 

və donuq baxıĢlarının haradasa uzaqdakı bir nöqtəyə zilləndiyi Koffi.  

– Sən ona kömək elədin, – dedim. – Elə deyilmi, nəhəng oğlan? 

–  Hə,  elədir,  –  Koffi  cavab  verdi,  üzündəki  təbəssüm  bir  az  da 

yayıldı  və  bir  neçə  anlıq  hətta,  mən  deyərdim  ki,  onun  xoĢbəxt 


www.vivo-book.com 

 

311 



olduğunu  hiss  etdim.  –  Mən  ona  kömək  etdim.  Mən  Delin  siçanına 

kömək  etdim.  Mən...  kömək...  –  deyərək  Koffi  adı  yadına  sala 

bilməyərək susdu.  

–  Mister  Cinqlza,  –  deyərək  Din  ona  yardım  etmək  istədi.  O, 

Con  Koffiyə  diqqətlə  və  maraqla  baxırdı,  elə  bil,  Koffinin  birdən 

alıĢaraq yanmasını, ya da kamerasında üzməyə baĢlamasını gözləyirdi.  

– Hə, düzdü, – Koffi onun sözünü təsdiqlədi. – Mister Cinqlza. 

O, sirk siçanıdır. Özü də jelatin ĢüĢəli evdə yaĢayacaq.  

– Hə, arxayın ola bilərsiniz, – Harri də söhbətə qoĢularaq bizimlə 

birlikdə dayanıb Con Koffiyə baxdı. Bizim arxamızda isə Delakrua öz 

çarpayısında  uzanıb  Mister  Cinqlzı  sinəsinin  üstünə  otuzdurmuĢdu. 

Del  onu  uĢaq  kimi  əzizləyərək  öz  anlaĢılmaz  fransız  dilində  ona 

pəsdən lay-laya bənzər nəsə bir mahnı oxuyurdu.  

Koffi  boynunu  uzadıb  YaĢıl  Mil  boyu  əvvəlcə  növbətçi 

masasına, sonra isə mənim kabinetimə, oradan da anbar otağına aparan 

qapıya baxdı.  

–  Boss  Persi  pis  adamdı,  –  birdən  dilləndi.  –  Boss  Persi  alçaq 

adamdı. O, qəsdən Delin siçanın üstünə basıb, onu əzdi.  

Sonra isə biz ona bir söz deməyə imkan tapmamıĢ – sanki bizim 

ona  deyə  biləcəyimiz  bir  sözümüz  varmıĢ  –  Con  Koffi  çarpayısına 

tərəf getdi və üzünü divara çevirib böyrü üstə uzandı. 

 

 



www.vivo-book.com 

 

312 



 

 

3 

 

 

 



 

Təxminən  iyirmi  dəqiqə  sonra  Brutusla  mən  anbar  otağına 

girəndə  Persi  arxasını  bizə  çevirib  dayanmıĢdı.  O,  çirkli 

uniformalarımızı (bəzən də mülki paltarlarımızı, çünki nə yuduqlarının 

həbsxana  camaĢırxanası  üçün  fərqi  yox  idi)  içinə  atdığımız  səbətin 

üstündəki  taxçadan  mebel  lakı  tapmıĢdı  və  onunla  elektrik  stulunun 

palıd qoltuqaltılarını və ayaqlarını sürtüb parıldadırdı. Bu iĢ sizə bir az 

qəribə  və  hətta  tükürpərdici  gələ  bilər,  amma  Persinin  bütün  gecəni 

gördüyü bu iĢ Brutusla mənim üçün tamamilə normal bir məĢğuliyyət 

idi.  Qoca  Qığılcım  sabah  tamaĢaçıların  qarĢısına  çıxacaqdı,  Persi  isə 

nəhayət ki, sərəncamçı rolunda çıxıĢ edəcəkdi.  

– Persi, – astadan onu səslədim.  

Səsimi  eĢidəndə  o,  geri  dönüb  bizə  baxdı  və  astadan  özü  üçün 

zümzümə  elədiyi  melodiya  boğazında  iliĢib  qaldı.  Mən  onun  üzündə 

gözlədiyim  qorxu  ifadəsini  görmədim,  ən  azından  əvvəlcə.  Lakin  bir 

qədər baxandan sonra onun bir qədər qocalmıĢ göründüyünün fərqinə 

vardım.  Və  düĢündüm  ki,  Con  Koffi  haqlıdır.  Onun  bütün 


www.vivo-book.com 

 

313 



görünüĢündən alçaqlıq  yağırdı. Alçaqlıq isə insanı özünə qurĢandıran 

narkotik kimidir – yer üzündə heç kim bunu məndən yaxĢı bilə bilməz 

– və sizə deyim ki, bir neçə eksperimentdən sonra Persi əməlli-baĢlı bu 

iĢə, insanların narkotik maddələrə qurĢandıqları kimi, qurĢanmıĢdı. O, 

Delakruanın  siçanının  baĢına  açdığı  oyundan  məmnun  qalmıĢdı.  Hər 

Ģeydən də çox, Delakruanın qorxunc bağırtıları onun xoĢuna gəlmiĢdi.  

–  Məni  danlamağınıza  ehtiyac  yoxdur,  –  deyə  o  sükutu  pozdu, 

səsində  qulağa  az  qala  xoĢ  gələcək  bir  ton  vardı.  –  Demək  istəyirəm, 

dünya  dağılmayıb  ki!  O,  sadəcə  bir  siçan  idi,  vəssalam.  O  heç  vaxt 

buraya aid olmayıb və siz özünüz bunu məndən yaxĢı bilirsiniz.  

–  Siçanın  heç  bir  problemi  yoxdur,  o  sağ-salamatdır,  –  ürəyim 

içimdə quĢ kimi çırpınaraq az qala ağzıma gəlsə də, özümü ələ alıb bu 

sözləri  çox  sakit  və  təmkinli  Ģəkildə  dedim.  –  O  sağ-salamatdır.  O, 

yenə  də  ciyildəyir  və  əlvan  makaranın  arxasınca  qaçaraq  onu  qovur. 

Belə məlum olur ki, burada gördüyün bütün baĢqa iĢlərdə olduğu kimi, 

siçan öldürməkdə də fərasətin yox imiĢ.  

O,  təəccüb  və  heyrətlə  mənə  baxdı,  deyəsən,  eĢitdiklərinə 

inanmaq istəmirdi. 

–  Güman  edirsən  ki,  sənin  dediklərinə  inanacağam?  O  lənətə 

gəlmiĢ  iyrənc  məxluqu  əzmiĢəm!  Onun  sümüklərinin  xırçıltı  ilə  necə 

sındığını öz qulaqlarımla eĢitdim! Sən yalnız... 

– Kəs səsini! 

O, gözlərini bərəldib mənə baxdı. 


www.vivo-book.com 

 

314 



– Nə? Sən indicə mənə nə dedin? 

Mən  ona  bir  addım  yaxınlaĢdım.  Alnımın  ortasındakı  damarın 

necə vurduğunu hiss edirdim.  Son dəfə  belə  hirsləndiyim heç  yadıma 

gəlmirdi.  

–  Mister  Cınqlzın  sağ-salamat  olduğuna  Ģad  deyilsənmi? 

Məhbusların,  xüsusilə  də  edam  ərəfəsində,  ruhi  sakitliyinin  bizim 

iĢimizdə  nə  qədər  vacib  bir  faktor  olduğuna  dair  səninlə  apardığımız 

bütün  bu  söhbətlərdən  sonra  düĢünmüĢdüm  ki,  siçanın  sağ  qaldığına 

sən  də  sevinəcəksən.  Bu  xəbəri  eĢidəndə  rahatlıqla  nəfəs  alıb 

sevinəcəyini  düĢünmüĢdüm.  Özün  də  yaxĢı  bilirsən  ki,  Del  sabah 

edama aparılmalıdır.  

Persi  nəzərlərini  məndən  çəkib  Brutusa  yönəltdi,  onun  saxta 

sakitliyi yavaĢ-yavaĢ əriyərək qeyri-əminliyə, qətiyyətsizliyə çevrildi.  

–  UĢaqlar,  siz  mənimlə  oyun  oynadığınızı  düĢünürsünüz?  –  o, 

səsində aydınca sezilən tərəddüdlə soruĢdu.  

– Biz səninlə heç bir oyun oynamırıq, dostum, – Brutus təmkinlə 

cavab  verdi.  –  Sən  bunun  oyun  olduğunu  fikirləĢirsənsə...  hə,  yaxĢı, 

boĢ  ver  getsin,  elə  bu  da  sənə  etibar  etməyin  mümkün  olmadığını 

göstərən  səbəblərdən  biridir.  Əsl  həqiqəti  bilmək  istəyirsənmi? 

Qozbeli qəbir düzəldər. Mənim fikrimcə, sən də belələrindənsən.  

– YaxĢı, mən sənə göstərərəm qozbel kimdir, – Persi acıqla dedi. 

Ġndi  onun  səsində  kobudluq  hiss  olunurdu,  içinə  yenə  yavaĢ-yavaĢ 

qorxu hissi dolurdu – onun haqda nə fikirdə olduğumuzla bağlı qorxu, 


www.vivo-book.com 

 

315 



ona  nə  etməyə  hazırlaĢmıĢ  ola  biləcəyimizlə  bağlı  qorxu...  Səsindəki 

qorxu tonunu eĢidəndə sevindim. Belə vəziyyətində onunla davranmaq 

daha  asan  olacaqdı.  –  Mən  bəzi  adamlar  tanıyıram.  Çox  böyük 

adamlar.  

–  Bunu  belə  deyirsən,  çox  xəyalpərəst  birisən,  –  Brutus  bu 

sözləri elə dedi ki, elə bil, bu dəqiqə qəhqəhə çəkib güləcəkdi.  

Persi əlindəki cilalayıcı əskini stulun üstünə atdı.  

–  Mən  o  siçanı  öldürmüĢəm,  –  Persi  israr  etdi,  amma  bu  dəfə 

səsi elə də inamlı təsir bağıĢlamırdı.  

– Get, özün bax! – mən təklif etdim. – Bura azad bir ölkədi.  

–  Gedərəm  də,  baxaram  da,  –  Persi  inad  etdi.  –  Ġndi  gedib 

baxaram.  

O,  dodaqlarını  sıxıb,  xırda  əllərində  (Uorton  haqlı  imiĢ,  onun 

əlləri  doğrudan  da  qəĢəng  idi)  darağını  oynada-oynada  bizim 

yanımızdan keçib  getdi.  Pilləkənlə qalxdı  və baĢını  aĢağı  əyib  balaca 

qapıdan  mənim  kabinetimə  keçdi.  Brutusla  dinib-daĢınmadan  Qoca 

Qığılcımın  yanında  dayanıb  onun  qayıtmasını  gözləyirdik.  Brutusu 

bilmirəm,  amma  mənim  daha  ona  deyəcək  sözüm  yox  idi.  Mən  hətta 

indicə gördüklərimiz haqqında nə düĢünəcəyimi bilmirdim.  

Təxminən üç dəqiqə keçdi. Brutus bayaq Persinin istifadə elədiyi 

əskini  götürüb  elektrik  stulunun  söykənəcəyinin  yoğun  taxtalarını 

sürtməyə  baĢladı.  O,  artıq  taxtalardan  birini  parıldadıb  qurtarandan 

sonra  ikinci  taxtanı  əski  ilə  sürtməyə  yenicə  baĢlamıĢdı  ki,  Persi  geri 


www.vivo-book.com 

 

316 



döndü. Mənim kabinetimdən çıxıb pilləkənlə aĢağı enəndə ayağı iliĢdi 

və  az  qala  üzü-aĢağı  yıxılaraq  anbar  otağının  döĢəməyə  çırpılacaqdı. 

Bizə  yaxınlaĢanda  isə  onun  addımları  qeyri-müntəzəm  idi,  üzündə 

təsvirəgəlməz heyrət və çaĢqınlıq ifadəsi vardı.  

– Siz onu baĢqa siçanla dəyiĢmisiniz, baĢqa siçan gətirmisiniz – 

titrək  və  ittihamedici  bir  səslə  bizə  dedi.  –  Siz  bir  yol  tapıb,  siçanı 

baĢqa  birisi  ilə  dəyiĢmisiniz,  ay  sizi  vələdüzzinalar!  Mənimlə  oyun 

oynayırsınız, əgər bu oyunlara son verməsəniz, buna görə çox peĢman 

olacaqsız! Əgər bu oyunlara son verməsəniz, elə edəcəm ki, küçələrə 

düĢüb  çörək  növbələrində  duracaqsınız!  Siz  kim  olduğunuzu 

düĢünürsünüz?  

O,  yumruqlarını  düyünlədi  və  səsini  kəsərək  nəfəsini  dərmək 

üçün susdu.  

– Ġndi sənə kim olduğumuzu deyərəm, – mən ona cavab verdim. 

–  Biz  sənin  burada  birlikdə  iĢlədiyin  adamlarıq,  Persi...  amma  bu 

vəziyyət uzun müddət belə davam eləməyəcək. – Əllərimi uzadıb onun 

çiyinlərini sıxdım. Çox bərk sıxmadım, amma yenə də sıxmıĢdım. Hə, 

sıxmıĢdım. 

Persi əllərini qaldırıb mənim əllərimi öz çiyinlərindən qoparmaq 

istədi.  

– Çək, sənə deyirəm öz... 


www.vivo-book.com 

 

317 



Brutus əlini uzadıb onun sağ biləyindən yapıĢdı, onun balaca, ağ, 

yumĢaq, toppuĢ  əli Brutusun günəĢdə  yanıb  qaralmıĢ  iri  əlinin  içində 

görünməz oldu:  

–  Çənəni  bağla,  övlad.  Əgər  nəyin  sənin  üçün  xeyirli,  nəyinsə 

zərərli  olduğunu  baĢa  düĢürsənsə,  qulaqlarını  təmizləyib  deyilənləri 

eĢitmək üçün bu son imkandan istifadə etməlisən.  

Mən  Persinin  çiyinlərindən  tutub  onu  çevirdim,  sonra  isə 

platformanın  üstünə  qaldırdım  və  onun  baldırlarının  arxası  elektrik 

stulunun  oturacağına  dirənincəyə  qədər  geri  itələdim  və  o,  oturmağa 

məcbur 


oldu. 

Onun 


saxta 

sakitliyindən, 

alçaqlığından  və 

təĢəxxüsündən  əsər-əlamət  qalmamıĢdı.  Otaqdakı  əĢyalar  və  burada 

baĢ verənlər kifayət qədər realdır. Bir də yaddan çıxarmayın ki, o vaxt 

Persi  hələ  çox  gənc  idi.  Bu  yaĢda  onlar  hələ  faner  kimi  çox  nazik 

olurlar, lap minalı boyanın üzərindəki çirkin kölgə kimi. Bu qatı hələ 

də  deĢmək  mümkündür.  Həmin  an  baĢa  düĢdüm  ki,  Persi  artıq 

deyilənlərə qulaq asmağa hazırdır.  

– Mən istəyirəm ki, sən bizə söz verəsən, – dedim. 

–  Nə  haqda  söz  verməliyəm?  –  o,  təĢəxxüslə  gülümsəməyə 

çalıĢdı,  lakin  gözlərindəki  qorxu  ifadəsi  onu  ələ  verirdi.  Aparat 

otağında elektrik cərəyanı qoĢulu deyildi, amma Qoca Qığılcımın taxta 

oturacağının öz zəhmi vardı və o an baĢa düĢdüm ki, Persi bu zəhmi 

bütün varlığı ilə hiss edir.  


www.vivo-book.com 

 

318 



–  Bizə  söz  ver  ki,  əgər  sabah  axĢam  səni  irəliyə  çıxarıb 

sərəncamçı  mövqeyinə  qoysaq,  sən  həqiqətən  iĢdən  çıxıb  Briar  Ricə 

keçəcəksən  və  bizi  rahat  buraxacaqsan,  –  Brutus  qəzəbli  səslə  dedi. 

Mən indiyədək onu heç vaxt belə vəziyyətdə görməmiĢdim. – Söz ver 

ki,  elə  edamın  sabahısı  iĢdən  çıxmaq  haqqında  ərizəni  yazıb 

müdiriyyətə təqdim edəcəksən. 

– Əgər belə eləməsən? Əgər mən lazım olan bəzi adamlara zəng 

edib  desəm  ki,  siz  burada  mənə  iĢgəncələr  vermisiniz,  məni 

qorxutmağa çalıĢmısınız və təhdid eləmisiniz, onda necə? 

–  Əgər  sənin  əlaqələrin  düĢündüyün  kimi  həqiqətən  belə 

güclüdürsə, onda bizi buradan bir anda bayıra atacaqlar. – mən cavab 

verdim.  –  Lakin  onu  da  bil  ki,  sənin  də  qan  payının  yerə  tökülməsi 

üçün mən də lazım olan hər Ģeyi edəcəyəm, Persi. 

– O siçana görə? Ha! Siz elə düĢünürsünüz ki, mənim hansısa bir 

qatilin  bəslədiyi  lənətə  gəlmiĢ  bir  siçanı  tapdamağım  kiminsə  vecinə 

olacaq? Özü də bu dəlixananın hüdudlarından kənarda, eləmi? 

–  Yox.  Lakin  Azğın  Billi  Uorton  qollarına  vurulmuĢ  zəncirlə 

Dini boğaraq öldürmək istəyəndə sənin baĢ barmağını öz arxana soxub 

tərpənmədən yerində dayanaraq, sadəcə, necə tamaĢa etdiyini görən üç 

nəfər  Ģahid  var.  Bu,  insanların  vecinə  olacaq,  Persi,  mən  sənə  söz 

verirəm. Bu, hətta sənin qubernator dayının da vecinə olacaq . 

Mənim  dediklərimi  eĢidəndə  Persinin  yanaqlarını  və  alnını 

qırmızı ləkələr örtdü. 


www.vivo-book.com 

 

319 



– Elə güman edirsiniz ki, onlar sizin dediklərinizə inanacaqlar? – 

o  soruĢdu,  lakin  indi  onun  səsindəki  qəzəb  tonu  artıq  eĢidilmirdi.  O, 

yaxĢı baĢa düĢürdü ki, bizə inananlar da tapıla bilərdi. Persi isə çətin 

vəziyyətlərə  düĢməyi  xoĢlamırdı.  Qaydaları  pozmaq  olar.  Lakin 

qaydaları  pozarkən  səni  kiminsə  görməsi...  –  yox,  buna  əsla  yol 

vermək olmazdı.  

–  Məndə  Dinin  boğazındakı  qançırlar  hələ  sağalmamıĢ  çəkilən 

Ģəkilləri  var,  –  Brutus  dedi.  Mən  onun  dediklərinin  həqiqət  olub-

olmadığını bilməsəm də, onun sözləri çox inandırıcı səslənirdi. – Sən o 

Ģəkillərin  bizə  nə  dediyini  bilirsənmi?  O  Ģəkillər  deyir  ki,  Uorton 

zərərsizləĢdirilənə  qədər  o,  ürəyi  istədiyi  kimi  hərəkət  edə  bilib, 

baxmayaraq ki, sən düz onun yaxınlığında, özü də Uortonun səni görə 

bilmədiyi  tərəfində  olmusan.  Sən  kifayət  qədər  çətin  suallara  cavab 

verməli  olacaqsan,  bunu  baĢa  düĢürsənmi?  Belə  hadisələr  isə,  hətta 

bitdikdən sonra da, adamı hələ uzun müddət təqib etməyə davam edir. 

Onlar hələ uzun müddət, sənin qohumların Ģtatın paytaxtındakı yüksək 

vəzifələrini  tərk  edərək  öz  evlərinin  artırmalarının  önündə  oturub 

nanəli  culep  içdikləri  vaxtda  da  səni  təqib  etməyə  davam  edəcək. 

Ġnsanın əmək kitabçasındakı qeydlər bəzən çox maraqlı ola bilir və o 

qeydlərə sənin həyatın boyu müxtəlif insanlar baxacaqlar.  

Persinin  gözləri  Ģübhəli-Ģübhəli  gah  mənə,  gah  da  Brutusa 

yönələrək bir an belə durmaq bilmirdi. Onun sol əli vərdiĢ etdiyi üçün 

qeyri-ixtiyari  saçlarına  uzandı  və  onları  sığalladı.  O  bizə  heç  nə 


www.vivo-book.com 

 

320 



demədi,  lakin  mən  baĢa  düĢmüĢdüm  ki,  onun  qırtlağı  artıq  bizim 

əlimizə keçib.  

– Hə, nə deyirsən, hər Ģeyi elə buradaca bitirəkmi? Sən özün də 

burada heç bizim istədiyimizdən daha çox qalmaq istəmirsən axı, düz 

demirəmmi? 

–  Mən  burada  olan  hər  Ģeyə  nifrət  edirəm!  –  deyə  o,  birdən 

qıĢqırdı.  –  Nifrət  eləyirəm,  sizin  mənimlə  etdiyiniz  davranıĢa  nifrət 

eləyirəm! 

Mənə 

özümü  göstərmək  üçün  bircə  Ģans  belə 



verməməyinizə nifrət eləyirəm! 

Onun sonuncu iddiası, əlbəttə ki, həqiqətdən çox uzaq idi, lakin 

bu  haqda  onunla  mübahisə  etmək  üçün  doğru  zaman  olmadığını 

düĢünərək, onun bu səhv fikrini düzəltməyə çalıĢmadım.  

–  Mənimlə  kobud  rəftar  ediləndə  də  xoĢuma  gəlmir.  Atam 

deyirdi  ki,  əgər  buna  bir  dəfə  imkan  versən,  sonra  görəcəksən  ki, 

insanlar  bütün  ömrün  boyu  səni  saymayıb,  kobud  rəftar  ediblər.  – 

Onun,  əlləri  qədər  gözəl  olmasa  da,  yenə  də  qəĢəng  olan  gözləri 

parıldadı. – Xüsusən də bunun kimi yekəpər meymunlar mənimlə qaba 

rəftar  edəndə  heç  xoĢum  gəlmir.  –  O  mənim  köhnə  dostuma  baxaraq 

qeyzlə fınxırdı. – Hə, Brutal – sənə yaraĢan bir ləqəb veriblər. 

–  Sən  bir  Ģey  baĢa  düĢməlisən,  Persi,  –  dedim.  –  DüĢüncəmizə 

görə,  bizimlə  qaba  rəftar  edən,  bizi  qorxutmağa  çalıĢan  məhz  elə 

sənsən.  Biz  burada  iĢlərin  necə  görüldüyü  haqqında  durmadan  sənə 

məsləhətlər  veririk,  sən  isə  bizim  dediklərimizi  qulaqardına  vuraraq 


Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin