Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə44/44
tarix07.04.2017
ölçüsü3,44 Mb.
#13625
1   ...   36   37   38   39   40   41   42   43   44

www.vivo-book.com 

 

630 



–  Mən  gedirəm,  –  o  dedi,  –  amma  sabah  sən  buraya  gələndə... 

Polli... qapının üstündə yeni və iri bir qıfıl görəcəksən. Qocalar evinin 

sakinlərinə  buraya  gəlmək  olmaz,  missis  “Mənim  Üfunətli  Qoca 

Kaftarım”,  mənim  haqqımda  hansı  Ģər  sözləri  deməsindən  asılı 

olmayaraq.  Hələ  bir  döĢəməyə  baxın!  Bütüm  taxtalar  əyilib  və 

çürüyüb!  Əgər  onların  üstü  ilə  gəzsəniz,  sizin  sümüklü  və  qoca 

ayaqlarınız onların arasına düĢüb quru budaq kimi sına bilər. Ona görə 

də, əgər istəyirsinizsə, öz ölü siçanınızı da götürüb buradan çıxın. Hə 

bitti, sizin bu eĢq yuvanız artıq bağlandı.  

O, sözünü bitirib geri çevrildi və rəqibi ilə, ən azından, heç-heçə 

oynamıĢ  bir  adam  görkəmi  ilə  çıxıb  getdi.  O,  gözdən  itincəyə  qədər 

mən  gözlədim,  sonra  Mister  Cinqlzı  ehtiyatla  Eleynin  ovcundan 

götürdüm.  Birdən  gözüm  masanın  üstündəki  nanəli  konfetlər  olan 

torbaya  sataĢdı  və  həmin  anda  daha  özümü  saxlaya  bilmədim: 

gözlərimdən  qeyri-ixtiyari  olaraq  yaĢlar  axmağa  baĢladı.  Bilmirəm 

niyə, amma son vaxtlar ağlamaq üçün elə bircə himə bənd idim.  

– Köhnə dostumu dəfn etməkdə mənə yardım edərsənmi? – Bred 

Dolanın ağır addım səsləri kəsiləndən sonra Eleyndən soruĢdum.  

– Hə, Pol,  edərəm,  – deyərək o, qollarını mənim belimə doladı 

və baĢını mənim çiynimə qoydu. Sonra isə bir qoca və əyri barmağı ilə 

Mister  Cinqlzın  hərəkətsiz  böyrünü  sığalladı.  –  Bu  iĢdə  sənə  kömək 

etməkdən məmnun olaram.  



www.vivo-book.com 

 

631 



Beləliklə,  biz  bağbanın  sarayından  balaca  bir  kürək  götürdük, 

axĢam kölgələri ağacların arası ilə uzandığı vaxt Delin sevimli siçanını 

dəfn elədik və sonra Ģam yeməyi yemək və həyatımızın qalıqlarını bir 

yerə  toplamaq  üçün  geri  qayıtdıq.  Həmin  axĢam  mən  uzun-uzadı 

Delakruanın  haqqında  düĢündüm,  onun  mənim  kabinetimdəki  yaĢıl 

xalının  üstündə  diz  çökərək  dua  oxuyarkən  onun  qırxılmıĢ  baĢının 

lampanın iĢığında necə parıldaması, məndən Mister Cinqlzın qayğısına 

qalmağı və o əclafı siçana yaxın buraxmamağı xahiĢ etməsi haqqında 

düĢündüm.  Amma  yenə  də,  sonunda  o  əclafın  əli  bizə  çatmıĢ, 

hamımıza zərər yetirə bilmiĢdi, elə deyilmi?  

– Pol? – deyə Eleyn sual dolu baxıĢlarını mənə zilləmiĢdi. Onun 

səsi  nəvaziĢli  və  yorğun  idi. Hətta balaca bir qəbir qazıb  orada siçanı 

basdırmaq da bizim kimi qoca sevgililər üçün həyəcanverici ola bilər. 

– Sən yaxĢısanmı?  

Mənim  əlim  onun  belindən  tutmuĢdu.  Mən  əlimi  yüngülcə 

sıxdım. 


– Mən yaxĢıyam, – deyə cavab verdim. 

–  Bir  ora  bax,  –  deyərək  o  mənə  üfüqü  göstərdi.  –  GünəĢin 

batmasına bax, gör nə gözəl mənzərədir. Bəlkə dayanıb bir az qüruba 

tamaĢa edək? 

–  YaxĢı,  –  deyə  mən  cavab  verdim  və  biz  bir-birimizin  belini 

qucaqlamıĢ  vəziyyətdə  çəmənlikdə  dayanaraq  bir  müddət  qüruba 



www.vivo-book.com 

 

632 



tamaĢa  etdik;  əvvəlcə  səmada  al-əlvan  rənglər  göründü,  amma  sonra 

bu rənglər solaraq kül rəngini aldı.  

“Sainte Marie, Mere de Dieu, priez pour nous, pauvres pecheurs, 

maintenant  et  a  l'heure  de  notre  mort”  (Müqəddəs  Məryəm,  Tanrı 

Anası, həm indi, həm də ölüm saatımızda bizim üçün, zavallı günahkar 

bəndələr üçün dua elə!) 

Amin.” 

 

 



 

13 

 

 



 

1956-cı il. 

Alabamada yağıĢ yağır. 

Bizim  üçüncü  nəvəmiz,  Tessa  adında  bu  gözəl  qız  Florida 

Universitetinin məzunu olmağa hazırlaĢırdı. Biz Qreyhounda getdik. O 

zaman  mənim  altmıĢ  dörd  –  demək  olar  ki,  hələ  lap  uçaq  idim  – 

Cenisin  isə  əlli  doqquz  yaĢı  vardı.  O,  həmiĢə  olduğu  kimi  cazibədar 

idi. Ən azından mənim üçün. Biz salonun arxa hissəsində oturmuĢduq 

və  bu  xoĢbəxt  hadisəni  qeydə  ala  bilməsi  üçün  ona  yeni  kamera 

almadığına  görə  durmadan,  elə  hey  mənə  deyinirdi.  Bir  də  ki,  onun 



www.vivo-book.com 

 

633 



deyinməyinin  əsas  səbəbi,  məncə,  bu  uzaq  yol  onu  yormuĢ,  özü  ilə 

götürdüyü  kitab  –  Perri  Meyson  haqqında  –  isə  onun  xoĢuna  gəlirdi. 

Ora  çatandan  sonra  dükanları  gəzmək  üçün  bizim  hələ  bir  gün 

vaxtımızın olacağını və əgər o istəsə, yeni kamera ala biləcəyimizi və 

bunun  bizim  büdcəmizə  heç  bir  mənfi  təsirin  olmayacağını  demək 

üçün  elə  ağzımı  açmıĢdım  ki,  mənim  yaddaĢımda  böyük  bir  ağ  ləkə 

əmələ  gəldi,  elə  bil  kameranın  lentini  kimsə  günəĢ  Ģüalarının  altına 

qoymuĢdu.  

O  qəzanı  xatırlayırsınızmı?  DüĢünürəm  ki,  bəziləriniz  həmin 

qəza  haqqında  oxumuĢ  ola  bilərsiniz,  lakin  böyük  əksəriyyətinizin 

yəqin  bundan  xəbəri  yoxdur.  Bununla  belə,  bu  qəza  baĢ  verəndə, 

sahildən  sahilədək  bütün  qəzetlərin  birinci  səhifələrində  bu  haqda 

məqalələr  yazılmıĢdı.  ġıdırğı  yağan  yağıĢda  biz  artıq  Birminqemdən 

çıxmıĢdıq,  Cenis  öz  köhnə  kamerası  və  partlayan  təkər  haqqında 

durmadan  gileylənirdi.  Avtobus    buzlu  yolda  kənara  sürüĢmüĢ  və 

qarĢıdan  gələn  içi  gübrə  ilə  dolu  yük  maĢını  onun  yan  hissəsinə 

girmiĢdi.  Yük  maĢını  ən  azı  saatda  yüz  kilometr  sürətlə  gələrək 

avtobusu  körpünün  dayağına  çırpmıĢ  və  betona  çırpılan  avtobus  iki 

hissəyə  bölünmüĢdü.  Ġki  parıldayan  və  yağıĢ  suyunda  islanmıĢ  hissə 

bir-birinə əks istiqamətdə uçdu, içində yanacaq çəni olan hissə partladı 

və ondan çıxan qırmızımtıl-qara rəngli Ģarabənzər od-alov  yağıĢlı boz 

səmaya  ucaldı.  Bax,  elə  indicə  Cenis  öz  köhnə  “Kodak”ı  haqqında 

gileylənirdi,  amma  bir  an  sonra  mən  artıq  yağıĢın  altında,  yeraltı 


www.vivo-book.com 

 

634 



keçidin  uzaq  tərəfində,  yerdə  uzanmıĢdım  və  kiminsə  çamadanından 

havaya fırlamıĢ bir cüt  mavi rəngli neylon tumana baxırdım. Onların 

üstündə  qara  sapla  “ÇərĢənbə”  sözü  tikilmiĢdi.  Hər  tərəf  ağzı  açıq 

çamadanlar  və  cəsədlər  ilə  dolu  idi.  Bir  də  insan  bədənlərinin  parça-

parça  olmuĢ  müxtəlif  fraqmentləriylə.  Avtobusda  yetmiĢ  üç  sərniĢin 

vardı və onlardan cəmisi dördü xilas ola bilmiĢdi. Xilas olanlardan biri 

və heç bir ciddi xəsarət almayan yeganə adam da mən idim.  

Mən  ayağa  qalxdım  və  ətrafa  səpələnmiĢ  çamadanların,  insan 

cəsədlərinin  və  insan  bədənlərinin  parça-parça  olmuĢ  müxtəlif 

fraqmentlərinin  arasında  ləngər  vura-vura  dolaĢaraq  arvadımı 

çağırmağa  baĢladım.  Yadımdadır  ki,  hələ  ayağımla  bir  zəngli  saatı 

vurub  kənara  atdım,  bir  də  yadımdadır  ki,  üzünün  yarısı  olmayan 

təxminən  on  üç  yaĢlı  və  ayağında  “P.F.  flayerz”  idman  ayaqqabıları 

olan  bir  oğlan  uĢağının  cəsədini  gördüm.  YağıĢ  dənələrinin  üzümə 

zərblə  çırpıldığını  hiss  edirdim,  sonra  mən  yeraltı  keçidə  girdim  və 

yağıĢ  damcıları  bir  müddət  üzümü  döyəcləməyə  ara  verdi.  Yeraltı 

keçidin  o  biri  baĢından  çıxanda  isə,  hər  Ģey  yenidən  baĢladı.  YağıĢ 

damcıları yenidən alnımı və üzümü qamçılayırdı. Cenisin yerdə, gübrə 

daĢıyan  yük maĢının parçalanmıĢ kabinəsinin yaxınlığında uzandığını 

gördüm.  Mən  onu  əynindəki  qırmızı  donundan  tanımıĢdım  –  bu  don 

onun  ən  sevdiyi  paltarlarından  ikincisi  idi.  Ən  yaxĢı  paltarını  isə, 

əlbəttə ki, o, məzun olma mərasimi üçün saxlayırdı. 



www.vivo-book.com 

 

635 



O,  hələ  ölməmiĢdi.  Mən  sonralar  çox  düĢünmüĢdüm  ki,  əgər  o, 

dərhal  ölsəydi,  daha  yaxĢı  olardı,  ən  azından  mənim  üçün.  Əgər  elə 

olsaydı,  onunla  ayrılmaq  mənim  üçün  daha  asan,  daha  təbii  olardı. 

Bəlkə  də  mən  özümü  bu  fikirlərlə,  sadəcə,  aldadıram.  Bir  Ģeyi  dəqiq 

bilirəm  ki,  mən  ondan  heç  vaxt  əlimi  üzməzdim,  yox,  heç  vaxt 

üzməzdim.  

Onun bütün bədəni əsirdi. Onun bir ayağından tuflisi çıxmıĢdı və 

yalın ayağının necə titrədiyini görə bilirdim. Onun gözləri açıq olsa da, 

heç  nə  görmürdü,  sol  gözünə  qan  dolmuĢdu  və  tüstü  qoxusu  verən 

yağıĢın  altında  mən  onun  yanında  yerə  çökəndə,  yalnız  bir  Ģey 

haqqında  düĢünə  bilirdim:  onu  elektrik  stulunda  edam  edirlər;  onu 

elektrik stulunda edam edirlər və nə qədər ki gec deyildi, mən cərəyanı 

kəsməli idim.  

–  Mənə  kömək  edin!  –  deyə  qıĢqırdım.  –  Mənə  kömək  edin! 

Məni eĢidən varmı? Kömək edin!  

Heç kim  yardıma gəlmədi, hətta səsimə hay verən belə olmadı. 

YağıĢ  isə  ara  vermədən  yağırdı  –  iri  və  ağır  damcılar  mənim  qara 

saçlarımı  isladaraq baĢıma  yapıĢdırmıĢdı  – mən isə Cenisi qollarımın 

arasında  tutaraq  yardım  gözləyirdim,  amma  heç  kim  gəlmədi.  Onun 

donuq gözləri qəribə bir heyrət ifadəsi ilə mənə baxırdı, BaĢının arxa 

hissəsindən  –  ağır  zədə  nəticəsində  yarılmıĢ  baĢından  –  qan  sel  kimi 

axırdı. Onun titrəyən və ara-sıra qıc olurmuĢ kimi sıxılıb-açılan əlinin 

yanında  üstündə  “GREY”  yazısı  olan  xromlanmıĢ  polad  bir  parça 


www.vivo-book.com 

 

636 



vardı.  Onun  yanında  isə  bir  zamanlar  biznesmen  olmuĢ  qəhvəyi 

kostyumlu bir adamın bədəninin dörddə bir hissəsi yerə sərilmiĢdi. 

–  Mənə  kömək  edin!  –  deyə  yenə  qıĢqırdım  və  dönüb  yeraltı 

keçidə  tərəf  baxdım  və  Con  Koffinin  kölgəlikdə,  sanki  özü  də  bir 

kölgə imiĢ kimi dayandığını gördüm – uzun qolları aĢağı sallanan, daz 

baĢlı,  nəhəng  bir  adam.  –  Con!  –  deyə  bağırdım.  –  Hey  Con,  mənə 

yardım elə, lütfən! Yalvarıram, Cenisə kömək elə! 

YağıĢ  damcıları  mənim  gözümə  dolurdu.  Suyu  gözümdən 

çıxarmaq  üçün  gözlərimi  bir  neçə  dəfə  yumub  açdım  və  Con  Koffi 

artıq orada  yox idi. Mən Con Koffiyə bənzətdiyim kölgələri gördüm, 

amma sizi inandırıram ki, mənim orada gördüklərim, sadəcə, kölgələr 

deyildi. Mən buna tamamilə əminəm. Con orada idi. Bəlkə də mənim 

gördüyüm  onun  xəyalı  idi,  amma  Con  orada  idi  və  onun  üzündəki 

yağıĢ suyu ilə aramsız axan göz yaĢları bir-birinə qarıĢmıĢdı.  

Ceni qollarımın üstündə can verdi. Elə oradaca, yağıĢın altında, 

gübrə  daĢıyan  yük  maĢınının  yanmıĢ  dizel  yanacağının  qoxusu  gələn 

kabinənin yanındaca öldü. Onun huĢu bir dəfə də olsun geri qayıtmadı: 

gözləri aydınlaĢmadı, dodaqları son sevgi sözlərini pıçıldamadı. Onun 

bədəni, sadəcə, qollarımın arasında titrəyərək dartındı və hər Ģey bitdi. 

Keçən  uzun  illər  ərzində,  mən  ilk  dəfə  Ġndianola  Mərkəzi 

Xəstəxanasının  həkimlərinin  qısa  müddətdən  sonra  öləcəyini 

söylədikləri  xəstə,  Melinda  Murs  haqqında  düĢündüm.  Yatağında 

balıĢlara  söykənərək  oturmuĢ  canlı  və  aydın  gözləri  ilə  Con  Koffiyə 


www.vivo-book.com 

 

637 



baxan  sağlam  və  gümrah  Melinda  Murs  haqqında  düĢündüm.  “Mən 

yuxularımda  görürdüm  ki,  sən  qaranlıqda  sərgərdan  dolaĢırdın,  elə 

mən də. Və nəhayət, biz bir-birimizi tapdıq. ” 

Mən  zavallı  arvadımın  yarılmıĢ  baĢını  Ģtatlararası  Ģosenin  islaq 

yoluna  qoydum,  ayağa  qalxdım  (bunu  asanlıqla  etdim,  çünki  sol 

əlimdəki  yaradan  baĢqa,  hər  yerim  salamat  idi)  və  yeraltı  keçidin 

önündəki kölgələrə onun adını qıĢqırdım.  

– Con! Con Koffi! Haradasan, dostum? 

Mən xəzi qana bulaĢmıĢ oyuncaq ayı balasını, metal sağanaqlı və 

ĢüĢələrindən  biri  sınmıĢ  eynəyi  və  çeçələ  barmağında  üzük  olan 

biləyindən üzülmüĢ bir əli ayağım ilə yolumdan kənara vuraraq həmin 

kölgələrə tərəf addımladım.  

– Sən Halın arvadını xilas etdin, bəs mənim arvadımı niyə xilas 

etmədin?  Niyə  Cenisi  xilas  etmədin?  Axı  mənim  Cenisim    niyə  xilas 

edilməsin? 

Heç  bir  cavab  gəlmədi;  sadəcə  yanan  cəsədlərin  və  dizel 

yanacağının  qoxusu,  yalnız  aramsız  olaraq  boz  səmadan  tökülən  və 

beton  döĢəməni  döyəcləyən  yağıĢ  damcıları.  Arvadımın  ölü  cəsədi 

mənim  arxamda,  yolun  üstündə  uzanmıĢdı.  Nə  onda  bir  cavab 

gəlmiĢdi,  nə  də  indi.  Əlbəttə  ki,  1932-ci  ildə  Con  Koffi  təkcə  Melli 

Mursun  ya  da  Delin  makara  ilə  min  oyundan  çıxan  və  Delakruanın 

bizim  blokumuza  düĢməsindən  uzun  müddət  əvvəl…  Con  Koffinin 



www.vivo-book.com 

 

638 



həbsxanamıza  gəliĢindən  hələ  çox-çox  əvvəl  Delakruanı  axtaran 

siçanın həyatını xilas etməmiĢdi.  

Con məni də çəkdiyim ağrı-acılardan xilas etmiĢdi və uzun illər 

sonra,  aramsız  tökən  Alabama  yağıĢının  altında  dayanıb,  yeraltı 

keçidin önündəki kölgələrin arasında olmayan bir adamı axtararkən və 

ətrafa  səpələnmiĢ  baĢqa  əĢyaların  və  ölmüĢ  insanların  cəsədlərinin 

arasında  dolaĢarkən  mən  çox  dəhĢətli  bir  həqiqəti  dərk  etdim:  bəzən 

qurtulmaq  və  lənətlənmək  arasında  heç  bir  fərq  olmadığını  baĢa 

düĢdüm.  

Biz  ikimiz  də  onun  çarpayısının  kənarında  oturanda  –  1932-ci 

ilin  noyabr  ayının  on  səkkizində  –  içindən  nəyinsə  keçdiyini  hiss 

etmiĢdim.  Onun  içindən  çıxan  hər  nə  idisə  mənim  içimə  dolurdu. 

Onun içində olan bu qəribə güc bizim bir-birinə birləĢmiĢ əllərimizdən 

keçərək, bizim sevgimizin, ümidlərimizin və xeyirxah niyyətlərimizin 

heç  vaxt  edə  bilməyəcəyi  bir  tərzdə,  mənim  içimə  daxil  olurdu. 

Əvvəlcə,  mən  bədənimdə  yüngül  sancılar  hiss  etmiĢdim,  sonra  bu 

sancılar  nəyəsə  böyük  və  aĢıb-daĢan  dalğayabənzər  bir  Ģeyə  çevrildi. 

Bu elə bir güc idi ki, nə ona qədər, nə də ondan sonra buna bənzər bir 

Ģey  hiss  etmiĢdim.  O  gündən  bəri  mən  bir  dəfə  də  olsun  belə  nə 

sətəlcəm, nə qrip olmuĢ, nə də boğazımı soyuğa vermiĢdim. Mən daha 

heç  vaxt  sidik  yollarının  infeksiyasına  da  tutulmadım  və  hətta  kəsik 

yaralarıma da heç bir infeksiya düĢmədi. Bəzən soyuqladığım vaxtlar 

olurdu, amma çox nadir hallarda: altı yeddi ildə bir dəfə. Baxmayaraq 


www.vivo-book.com 

 

639 



ki, gec-gec xəstələnən insanlar xəstələndikdə onu daha ağır keçirirlər, 

amma  məndə  hər  Ģey  tamamilə  əksinə  idi.  Günlərin  birində,  həmin 

dəhĢətli 1956-cı ildə mənim böyrəyimdən sidik kanalı ilə daĢ çıxmıĢdı. 

Ġndi  deyəcəklərim  sizə  nə  qədər  qəribə  görünsə  də,  bu  daĢ  çıxarkən 

hiss etdiyim ağrıya içimdə hansısa bir hissəm hətta sevinirdi də. Sidik 

yollarımın  infeksiyasından  sonra  keçən  iyirmi  dörd  il  ərzində  bu 

mənim  hiss  etdiyim  yeganə  ciddi  ağrı  olmuĢdu.  Mənim  dostlarımı, 

sevdiyim  insanları  bir-birinin  arxasınca  son  nəfərinədək  aparan 

xəstəliklər  də  –  iflic,  xərçəng,  infarkt,  qaraciyər  xəstəlikləri,  qan 

xəstəlikləri  –  yolda  maral  və  ya  yenotun  yanından  keçmək  üçün 

istiqamətini  dəyiĢən  maĢınlar  kimi  məndən  yan  keçirdi.  Həyatımda 

düĢdüyüm  ən  ciddi  qəzada  isə,  sadəcə  əlim  cızılmıĢdı.  1932-ci  ildə 

Con Koffi mənə həyatın özünü peyvənd etmiĢdi. Demək olar ki, məni 

həyat  enerjisi  ilə  “elektrikləĢdirmiĢdi”.  Sonunda,  mən  də  öləcəyəm, 

əlbəttə  ki,  öləcəyəm.  Hətta  ölümsüzlük  haqqında  xülyalarım  vardısa 

da,  Mister  Cinqlzın  ölümü  ilə  onlar  da  öldü.  Lakin  ölüm  məni 

tapandan  bir  xeyli  əvvəl,  ölümü  arzulamağa  baĢlamıĢdım.  Düzünü 

desəm,  mən  ölümümü  çox  arzulayıram,  xüsusilə  də  Eleyn  Konnelli 

vəfat edəndən sonra. Bu haqda danıĢmağına dəyərmi? 

Ġndi  bu  səhifələri  öz  titrəyən  və  xallı  əllərim  ilə  vərəqləyərkən, 

düĢünürəm  ki,  görəsən,  insanın  mənəviyyatını  zənginləĢdirən  və 

nəcibləĢdirən  o  kitablarda  olduğu  kimi,  mənim  yazdıqlarımda  da  bir 

məna varmı? Və yenə də, xəyalən öz uĢaqlıq çağlarımdakı moizələrə, 


www.vivo-book.com 

 

640 



Ġlk  Ġsaya  AlqıĢ,  Allah  Hər  ġeyə  Qadirdir  Kilsəsindəki  səsli-küylü  və 

təntənəli yığıncaqlara qayıdıram və yadımdadır, keĢiĢlər deyərdilər ki, 

Allahın gözü hər Ģeyi görür, hətta öz məxluqlarının ən xırdalarını belə. 

Mən  Mister  Cinqlz  və  tirin  dəliyində  tapdığımız  talaĢalar  haqqında 

düĢünəndə,  baĢa  düĢürəm  ki,  bu  həqiqətən  belədir.  Amma  Allah 

hamıya  öz  imkanları  daxilində  yaxĢılıq  etməyə  çalıĢan  Con  Koffini 

qurban vermiĢdi, lap Əhdi-Ətiq peyğəmbərinin aciz bir quzunu qurban 

etdiyi  kimi…  Ġbrahim  peyğəmbərin  öz  oğlunu  qurban  kəsməyə,  əgər 

ona bunu etmək əmr edilərdisə, hazır olduğu kimi. Mən Con Koffinin 

dediyi sözlər haqqında düĢünürəm – Uorton Detteriklərin əkiz qızlarını 

onların bir-birinə olan sevgisindən istifadə edərək öldürmüĢdü və belə 

Ģeylər  hər  gün,  hər  yerdə  baĢ  verir.  Əgər  belə  Ģeylər  baĢ  verirsə, 

deməli,  Allah  özü  buna  imkan  verir.  Və  biz  deyəndə:  “BaĢa 

düĢmürük”, Allah cavab verir: “Mənim üçün bunun fərqi yoxdur”. 

Mən  arxamı  ona  tərəf  çevirib  dayanarkən  və  bütün  diqqətimin 

hisləri ən  yaxĢı  halda kinli maraqdan baĢqa bir Ģey  olmayan  yaramaz 

bir  adamla  məĢğul  ikən,  ölmüĢ  Mister  Cinqlz  haqqında  düĢünürəm. 

YağıĢın  altında,  onun  yanında  diz  çökdüyüm  zaman  bütün  bədəni 

titrəyən Cenisin ölümü və onun son anları haqqında düĢünürəm. Onun 

kamerasında oturduğum gün mən ona: – “Daha bəsdir, dayan” demək 

istəmiĢdim.  “Əllərimi  burax.  Əgər  buraxmasan,  boğulacağam,  ya  da 

partlayacağam. Boğulacağam ya da partlayacağam.”  



www.vivo-book.com 

 

641 



–  Sən partlamayacaqsan, – deyərək o mənim düĢüncəmi eĢitmiĢ 

və  bu  fikrə  gülümsəmiĢdi.  Ən  dəhĢətlisi  də  o  idi  ki,  mən  həqiqətən 

partlamamıĢdım. Mənə heç nə olmamıĢdı.  

Ən  azından  mənim  də  qocalara  xas  bir  xəstəliyim  var:  mən 

yuxusuzluqdan əziyyət çəkirəm. Gecə yarısından bir xeyli keçmiĢ mən 

yatağımda uzanıb öskürərək daha dərin qocalıq yaĢlarında özləri üçün 

yol  açan  qoca  və  əldən  düĢmüĢ  kiĢilərin  və  qadınların  ümidsiz 

səslərinə  qulaq  asıram.  Bəzən  də,  çağırıĢ  zənginin  səsini,  dəhlizdə 

gəzən  insanların  ayaqqabılarının  cırıltısını  ya  da  missis  Cavitsin  gecə 

xəbərlərinə  köklənmiĢ  balaca  televizorunun  səsini  eĢidirəm.  Mən 

beləcə  yatağımda  uzanıram  və  əgər  pəncərəmdə  Ay  görünürsə,  ona 

tamaĢa  edirəm.  Yerimdə  uzanıb  Brutus,  Din  və  bəzən  də  Uortonun: 

“Düz  deyirsən,  zənci,  məndən  pisini  tapa  bilməzsən”  –  kimi  dediyi 

sözlər  haqqında  düĢünürəm.  Delakruanın:  “Bir  buna  tamaĢa  edin, 

mister  Eckum,  görün  mən  Mister  Cinqlza  hansı  yeni  fəndi 

öyrətmiĢəm”  –  deməsini  xatırlayıram.  Solarium  otağının  qapısında 

dayanmıĢ Eleynin  Bred Dolana məni  rahat buraxmasının söyləməsini 

yadıma  salıram.  Bəzən  mürgülədiyim  vaxtlar  da  olur,  onda  mən 

yuxumda  leysan  kimi  tökən  yağıĢda  yeraltı  keçidi  və  onun  önündəki 

kölgəlikdə  dayanmıĢ  Con  Koffini  görürəm.  Mənim  yuxularımda 

gördüklərim  göz  aldatmacası  deyil,  lap  həqiqidir,  mənim  gördüyüm 

adam  Con  Koffinin  özüdür,  mənim  nəhəng  dostum,  o,  həmiĢə  orada 

dayanır  və  baxır.  Mən  isə  öz  yatağımda  uzanıb  gözləyirəm.  Cenis 


www.vivo-book.com 

 

642 



haqqında  düĢünürəm,  onu  necə  itirdiyim  haqqında  düĢünürəm.  Onu 

qırmızı  qan  kimi  yağıĢın  altında  barmaqlarımın  arasından  süzülərək 

məni  necə  tərk  etdiyi  haqqında  düĢünürəm  və  gözləyirəm.  Biz 

hamımız  ölməliyik,  heç  bir  istisna  olmamalıdır.  Mən  bunu  baĢa 

düĢürəm, amma, Aman Allah, bəzən YaĢıl Mil necə də uzun olur. 

 

  Son 



 

 

Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin