Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə37/44
tarix07.04.2017
ölçüsü3,44 Mb.
#13625
1   ...   33   34   35   36   37   38   39   40   ...   44

www.vivo-book.com 

 

527 



–    YaxĢı,  –  deyə  Persi  razılaĢdı.  –  Məsələni  bağlı  hesab  edə 

bilərik. Ġndi isə məni bu dəli köynəyindən çıxarın, çiyinlərimi, demək 

olar ki, artıq...  

Brutus məni kənara itələyərək irəli çıxdı və öz iri əli ilə Persinin 

üzündən  yapıĢdı:  onun  barmaqları  Persinin  sağ  yanağına  batırdı,  baĢ 

barmağı isə sol yanağında dərin çuxur əmələ gətirmiĢdi. 

–    Bir  neçə  saniyədən  sonra,  –  o  dedi.  –  Əvvəlcə,  mənim 

dediklərimə  diqqətlə  qulaq  as.  Pol  burada  rəisdir,  ona  görə  də,  bəzən 

mülayim kəlmələrlə danıĢmaq məcburiyyətində qalır.  

Mən  Persiyə  dediyim  sözlər  arasında  mülayim  sayıla  biləcək, 

heç olmasa, bir söz yadıma salmağa çalıĢdım, amma heç nə xatırlaya 

bilmədim.  Bununla  belə  qərara  gəldim  ki,  sussam  yaxĢıdır;  Persi  çox 

qorxmuĢ görünürdü və mən bu effekti korlamaq istəmirdim.  

–    Demək  istədiyim  odur  ki,  insanlar  bəzən  mülayim  olmaqla, 

zəif  olmaq  arasındakı  fərqi  həmiĢə  düzgün  ayırd  edə  bilmirlər. 

Mülayimlik mənim vecimə deyil. Mən düĢündüklərimi necə var, elə də 

deyirəm.  Budur  sənə  açıq-aĢkar  deyirəm:  əgər  sən  bizə  vəd  elədiyin 

təhdidlərini  yerinə  yetirsən,  onda,  yəqin  ki,  bizim  dalımızı 

dağıdacaqlar.  Belə  olarsa,  onda  biz  də  axtarıb  səni  tapacağıq  –  hətta 

səni tapmaq üçün Rusiyaya getməli olsaq belə, səni tapacağıq – onda 

biz  sənin  təkcə  dalını  yox,  bədənində  olan  bütün  deĢiklərini 

dağıdacağıq. Biz səni ölmədiyinə peĢman oluncaya qədər qayıracağıq. 

Sonra da qanamıĢ yerlərə sirkə sürtəcəyik. Sən məni baĢa düĢdünmü? 


www.vivo-book.com 

 

528 



Persi baĢını yırğaladı. Brutusun əli Persinin yumĢaq yanaqlarına 

elə batmıĢdı ki, o, Tut-Tut kimi qoca və müdhiĢ görünürdü.  

Brutus  onun  yanaqlarından  əlini  götürüb  geri  çəkildi.  Mən 

Harriyə iĢarə etdim və o, Persinin arxasına keçib köynəyin bağlarını və 

ilgəklərini açmağa baĢladı.  

–    Bunu  yaddan  çıxarma,  Persi,  –  Harri  dedi.  –  Bunu  yaddan 

çıxarma, unutma ki, olan olub, keçən keçib. 

Hər  Ģey  çox  qorxunc  görünürdü,  mavi  uniforma  geyinmiĢ  üç 

xəyalət...  bununla  belə,  mən  içimə  bir  ümidsizlik  dolduğunu  da  hiss 

edirdim. Tutalım ki, bir neçə gün ya da lap bir həftə o, bütün lehinə və 

əleyhinə  olan  amillərin  hesabını  apara-apara  ağzını  bağlı  saxladı, 

sonunda  iki  Ģey  –  onun  öz  qohumluq  əlaqələrinə  olan  inamı  və 

uduzduğu  vəziyyətlərlə  barıĢmaq  iqtidarında  olmaması  beynində 

birləĢəcəkdi. Bu baĢ verdiyi anda, o, içindəki bütün çirkabı  yenə  çölə 

tökəcəkdi.  Bəlkə  də  biz  Con  Koffini  ora  aparmaqla  Melli  Mursun 

həyatını xilas etmiĢdik və mən bunu heç nəyə dəyiĢməzdim (o vaxtlar 

dediyimiz  kimi,  Çinin  bütün  çay  plantasiyalarına  da),  amma  nəticə 

etibarı  ilə  biz  rinqə  çıxmamalı  olacaqdıq  və  referi  bizim  üçün 

“nokaut”a  düĢməyimizi  sayacaqdı.  Persini  ağzını  bağlı  saxlamağa, 

bağladığımız saziĢə sadiq qalmağa məcbur etmək üçün, xüsusilə də o, 

baĢqa iĢçə keçəndən və istədiklərini əldə edəndən sonra, əlimizdə onu 

öldürməkdən baĢqa, tam əmin olacağımız bir əlac yoxumuzdu.  



www.vivo-book.com 

 

529 



Mən  Brutusa  gözlərimin  yanı  ilə  baxdım  və  anladım  ki,  o  da 

bunu  bilir.  Mən  buna  da  təəccüblənmədim.  Missis  Hovelun  oğlu 

Brutusu aldatmaq elə də asan bir məsələ deyildi. O, həmiĢə belə ayıq-

sayıq  olub.  Mənim  ona  sualedici  nəzərlərlə  baxdığımı  görəndə, 

yüngülcə  çiynini  çəkdi,  yalnız  bir  çiynini  iki-üç  santimetr  qaldırıb 

saldı,  elə  bu  da  onu  anlamağım  üçün  bəs  idi.  “Bəs  indi  nə  edək?  – 

onun bu hərəkəti mənə dedi. – Bundan baĢqa əlimizdən nə gələr, Pol? 

Biz  bacardığımızın  hamısını  etdik,  özü  də  əlimizdən  gələnin  ən 

yaxĢısını”. 

Bəli. Əldə etdiyimiz nəticələrə də pis demək olmazdı. 

Harri  dəli  köynəyinin  üstündəki  sonuncu  toqqanı  da  açdı. 

Özündə nifrət və qəzəblə Persi köynəyi soyundu və köynək sürüĢərək 

onun  ayaqlarının  yanına  düĢdü.  O,  nəzərlərini  qaldırıb  heç  birimizin 

üzünə baxmadı. 

–  Tapançam ilə dəyənəyimi mənə qaytarın, – o dedi. Mən onları 

Persiyə uzatdım. O, tapançasını qoburasına, dəyənəyini isə qayıĢındakı 

ilgəyə taxdı.  

–  Persi, əgər sən bütün bunlar haqqında düĢünsən... 

–    Mən  elə  indicə  bunu  etmək  niyyətindəydim,  –  o  mənim 

yanımdan  keçərək  dedi.  –  Mən  bu  haqda  çox  dərindən  düĢünmək 

niyyətindəyəm.  Elə  indidən  düĢünməyə  baĢlayacağam.  Yolda  evə 

gedərkən. ĠĢ vaxtı bitəndə isə sizlərdən biri mənim yerimə bayıra çıxıĢ 

vaxtını qeyd edər. O, karser kamerasının qapısına çatıb ayaq saxladı və 


www.vivo-book.com 

 

530 



geri  çevrilərək  qəzəb  və  karıxmıĢ  nifrət  dolu  baxıĢlarla  bizi  süzdü: 

Persinin sirr saxlayacağına etdiyimiz axmaq ümidlərimiz üçün bu çox 

təhlükəli  bir  qarıĢıq  idi.  –  Əlbəttə,  əgər  mənim  nə  üçün  iĢdən  belə 

erkən getdiyimi izah etmək istəmirsinizsə.  

O,  kameradan  çıxaraq  YaĢıl  Mil  ilə  addımladı,  amma  o,  yaĢıl 

döĢəməli  mərkəzi  dəhlizin  nə  üçün  belə  geniĢ  olduğunu  yaddan 

çıxarmıĢdı.  Bu  səhvi  o,  əvvəllər  də  etmiĢ  olsa  da,  sağ-salamat  canını 

qurtara bilmiĢdi. Ġkinci dəfə onun bəxti gətirməyə də bilərdi.  

Mən  onu  sakitləĢdirmək  üçün  yollar  axtararaq  onun  arxasınca 

çıxdım.  Onun  “E”  blokundan  belə  əhval-ruhiyyə  ilə  çıxmasını 

istəmirdim: belə  tərli,  saçları  dağınıq və  yanağında hələ  də qızaran  əl 

izim ilə. UĢaqlar da mənim arxamca çıxdılar.  

Sonra baĢ verən Ģeylər çox sürətlə baĢ verdi: hər Ģey bir dəqiqə, 

bəlkə  bir  az  da  qısa  bir müddət  ərzində  baĢ  verib  bitdi.  Lakin  o  anda 

baĢ verənləri mən indiyədək çox yaxĢı xatılayıram, bəlkə də ona görə 

ki,  evə  çatandan  və  hər  Ģeyi  dərk  edəndən  sonra,  olanları  Cenisə 

danıĢmıĢdım.  Daha  sonra  baĢ  verənlər  isə  –  səhər  tezdən  Körtis 

Anderson  ilə  görüĢ,  təhqiqat,  Hal  Mursun  bizim  üçün  təĢkil  etdiyi 

mətbuat  konfransı  (o  vaxt  Murs  artıq  iĢə  geri  qayıtmıĢdı),  sonra  da 

Ģtatın  paytaxtında  təhqiqat  kollegiyası  –  keçən  bu  illər  ərzində 

yaddaĢımda  dumanlı  Ģəkildə  qalıb.  Lakin  YaĢıl  Mildə  baĢa  verənləri 

çox yaxĢı xatırlayıram. 



www.vivo-book.com 

 

531 



Persi  baĢını  aĢağı  dikib  YaĢıl  Milin  sağ  tərəfi  ilə  gedirdi,  mən 

baĢqa bir Ģeyi də deyərdim: adi məhbuslardan heç kimin  əli ona çata 

bilməzdi. Lakin Con Koffi adi məhbus deyildi. O, nəhəng bir adımdı, 

onun qolları da boy-buxununa uyğun idi.  

Onun  qəhvəyi  rəngli  qollarının  dəmir  barmaqlıqlardan  Persiyə 

tərəf uzandığını görəndə, mən qıĢqırdım: “Ehtiyatlı ol, Persi, ehtiyatlı 

ol!”. Persi çevrilərək əlini böyründən asılmıĢ dəyənəyinə uzatdı. Sonra 

o  qollar  onu  yaxaladı  və  kameraya  tərəf  çəkərək  elə  sıxdı  ki,  onun 

üzünün sağ tərəfi az qala dəmir barmaqlıqlardan içəri keçəcəkdi.  

Persi  inildədi  və  dəyənəyini  qaldıraraq  Koffiyə  tərəf  çevrildi. 

Conun  da  dəyənəyə  qarĢı  müdafiəsi  yoxdu,  çünki  onun  öz  üzü  də 

dəmir  barmaqlıqlara  elə  sıxılmıĢdı  ki,  elə  bil  o  öz  baĢını  dəmir 

barmaqlıların  arasından  bu  tərəf  çıxarmaq  istəyirdi.  Əlbəttə  ki,  bunu 

etməsi  mümkün  deyildi,  amma  kənardan  baxanda,  belə  görünürdü. 

Onun sağ əli Persinin boynunun arxasını tapdı, onun boynuna dolandı 

və  Persinin  baĢını  özünə  tərəf  çəkdi.  Persi  dəyənəyi  ilə  zərbə 

endirməyə  macal  tapdı  və  bu  zərbə  düz  Koffinin  gicgahına  dəydi. 

Həmin  yerdən  qan  axmağa  baĢladı,  amma  Con  buna  qətiyyən 

əhəmiyyət vermədi. O öz dodaqlarını Persinin dodaqlarına yapıĢdırdı. 

Mən pıçıltıya bənzər bir səs – verilən nəfəsin səsini eĢitdim, elə bil bu 

etməzdən  əvvəl  o  öz  nəfəsini  uzun  müddətə  tutub  saxlamıĢdı.  Persi 

onun  cəngindən  azad  olmaq  üçün  qarmağa  düĢmüĢ  balıq  kimi 

çırpınırdı,  lakin  onun  buna  bir  Ģansı  belə  yox  idi.  Con  Koffinin  əli 


www.vivo-book.com 

 

532 



onun  boyunun  ardından  çox  bərk  yapıĢmıdı.  Onların  üzləri  elə  bil 

əriyərək bir-birinə qarıĢmıĢdı, elə bil iki sevgili  dəmir barmaqlıqların 

arasından çox ehtirasla öpüĢürdülər.  

Persi macal tapıb qıĢqırdı, amma səsi boğuq çıxdı, elə bil ağzına 

yenə  lent  bağlanmıĢdı  və  Conun  əlindən  qurtarmaq  üçün  bir  də 

çırpındı.  Bir  anlıq  onların  dodaqları  bir-birindən  bir  azca  aralandı  və 

mən  Con  Koffinin  ağzında  çıxana  qara  mığmığaların  duman  kimi 

burularaq  Persinin  ağzına  keçdiyini  gördüm.  Persinin  əyilmiĢ  ağzına 

düĢməyən  cücülər  isə  onun  burun  pərələrindən  içəri  daxil  olurdu. 

Sonra  Persinin  boynuna  dolanmıĢ  əl  yenidən  gərginləĢdi  və  Persinin 

dodaqları  yenidən  Conun  dodaqlarına  qovuĢdu,  elə  bil  onu  Koffinin 

dodaqlarına yapıĢdırmıĢdılar.  

Persinin  sol  əli  boĢalaraq  açıldı.  Onun  qiymətli  ağac  dəyəməyi 

yaĢıl linoliumun üstünə düĢdü. O, bir daha onu qaldırmadı. 

Mən  irəli  atılmağa  cəhd  etdim,  məncə  atıldım  da,  amma 

hərəkətlərim  ləng  və  halsız  idi.  Mən  belimdəki  tapançaya  əl  atdım, 

amma  qobur  bərk  bağlanmıĢdı  deyə,  mən  onu  cəld  çıxara  bilmədim. 

Ayaqlarımın altında yerin ləngər vurduğunu hiss etdim, lap həbsxana 

rəisi Mursun Keyp Koddakı balaca və səliqəli evindəki yataq otağında 

olduğu kimi. Mən buna tam əmin olmasam da, tavandakı lampalardan 

birisinin  partladığı  yadıma  gəlir,  çünki  ĢüĢə  qırıntıları  yağıĢ  kimi 

baĢımıza yağmıĢdı. Hətta Harri də təəccübündən qıĢqırmıĢdı. 



www.vivo-book.com 

 

533 



 Nəhayət,  mən  öz  otuz  səkkiz  çaplı  tapançamın  qoruyucu 

qayıĢını aça bildim, amma mən onu qoburdan çıxarınca, Koffi Persini 

buraxaraq  geriyə,  kameranın  içinə  tərəf  çəkildi.  Con  üz-gözünü 

turĢudaraq  dodaqlarını  silirdi,  elə  bil  nəsə  acı  bir  Ģeyin  dadına 

baxmıĢdı. 

–  O nə etdi? – deyə Brutus qıĢqırdı. – O nə etdi, Pol? 

–  Melindanın içindən çıxardığı Ģey hər nə idisə, indi həmin Ģey 

Persinin içindədir, – deyə mən cavab verdim. 

Persi  kürəyi  ilə  Delakruanın  boĢ  kamerasına  söykənərək 

dayanmıĢdı.  Onun  bərəlmiĢ  gözləri  elə  bil  heç  nə  görmürdü  –  iki 

böyük sıfır. Onun da, Melinda ilə iĢini bitirəndən sonra Con Koffinin 

öskürdüyü kimi, boğula-boğula öskürməyə baĢlayacağını zənn edərək 

ehtiyatla  ona  yaxınlaĢdım,  amma  Persi  öskürmürdü.  Əvvəlcə,  o, 

tərpənmədən elə oradaca dayandı.  

Mən  onun  gözləri  önündə  barmaqlarımı  Ģaqqıldadaraq  çırtma 

çaldım.  

–  Persi! Hey, Persi! Oyan, Persi! 

Ondan heç bir reaksiya ala bilmədim. Brutus bizə yaxınlaĢdı və 

əllərini Persinin üzünə tərəf uzatdı. 

–  Bunun heç bir faydası olmayacaq, – mən dedim. 

Brutus  mənim  sözlərimə  məhəl  qoymayaraq  düz  Persinin 

burnunun  ucunda  əllərini  iki  dəfə  bərkdən  bir-birinə  vurdu.  Deyəsən, 

bunun  köməyi  oldu  ya  da  bizə  elə  gəldi,  çünki  onun  göz  qapaqları 


www.vivo-book.com 

 

534 



tərpəndi və keyləĢmiĢ baxıĢlarla ətrafa nəzər saldı: elə bil onun baĢına 

ağır bir zərbə  endirilmiĢdi  və indi huĢu  yavaĢ-yavaĢ özünə qayıdırdı. 

Persi  nəzərlərini  Brutusdan  ayırıb  mənə  tərəf  çevirdi.  Sonrakı  uzun 

illər  ərzində  həmiĢə  əmin  olmuĢam  ki,  o  zaman Persi  nə  məni,  nə  də 

Brutusu görürdü, amma həmin anda elə düĢünmüĢdüm ki, onun huĢu 

özünə qayıdır.  

O, ləngər vuraraq kameranın barmaqlıqlarından aralandı. Brutus 

onun qolundan tutmuĢdu.  

–  Özünə gəl, oğlan, sən yaxĢısanmı? 

Persi  ona  cavab  vermədi  və  onun  yanından  keçərək  növbətçi 

masasına  tərəf  addımladı.  Deməzdim  ki,  gəzərkən  o,  ləngər  vururdu, 

amma onun qaməti bir təhər, sola əyilmiĢ görünürdü.  

Brutus  onu  yıxılmaqdan  qorumaq  üçün  əlini  uzatdı.  Mən  onun 

uzanmıĢ əlini geri çəkdim.  

–    Dəymə  ona.  –  Sonra  nə  baĢ  verəcəyindən  xəbərim  olsaydı, 

mən heç belə deyərdimmi? 1932-ci ilin payızından sonra, mən bu sualı 

özümə  min  dəfələrlə  vermiĢəm.  Amma  hələ  də  bu  sualın  cavabını 

özümdən ala bilməmiĢəm. 

Persi təxminən on iki  ya da on dörd addım atdı  və sonra  baĢını 

aĢağı  dikərək  dayandı.  O,  Azğın  Billi  Uortonun  kamerasının  önündə 

dayanmıĢdı. Uorton isə hələ də suzafon səsləri çıxarırdı. O, bütün bu 

baĢ  verənlərdən  xəbərsiz  halda  yatmıĢdı.  Ġndi  fikirləĢirəm  ki,  o  öz 

ölümünü  də  yuxuya  qalaraq  ötürmüĢdü  və  məncə,  sağ  qalıb  ömrünü 


www.vivo-book.com 

 

535 



burada  bitirməyə  məcbur  olan  insanlardansa,  onun  bəxti  daha  çox 

gətirmiĢdi. Onun bəxti layiq olduğundan çox gətirmiĢdi. 

Biz  nə  baĢ  verdiyini  anlamağa  macal  tapmamıĢ,  Persi  belindən 

tapançasını çıxardı və Uortonun kamerasına tərəf gedərək yuxuda olan 

adama dalbadal altı dəfə atəĢ açdı. Sadəcə, bam-bam-bam, bam-bam-

bam,  tətiyə  basa  bildiyi  qədər  tez-tez  basdı.  Qapalı  məkanda  bu 

atəĢlərin  səsi  qulaqbatırıcı  idi;  səhərisi  mən  baĢ  verənləri  Cenisə 

danıĢanda,  qulaqlarımdakı  uğultudan,  demək  olar  ki,  öz  səsimi  belə 

eĢitmirdim.  

Biz dördümüz də onun yanına qaçdıq. Onun  yanına birinci Din 

çatdı,  amma  bilmədim  o  bunu  necə  elədi,  çünki  Con  Koffi  Persini 

yaxalayanda, Din mənim və  Brutusun arxasında dayanmıĢdı,  amma o 

bunu  edə  bilmiĢdi.  O,  tapançanı  Persinin  əlindən  almaq  üçün  cəld 

onun  biləyindən  yapıĢdı,  amma  bunu  etməyə  ehtiyac  yox  idi,  çünki 

Persi  özü  əlini  açdı  və  tapança  döĢəməyə  düĢdü.  Onun  gözləri  bizim 

üzərimizdə  ora-bura  süzürdü,  elə  bil  onun  gözləri  konki,  biz  isə  buz 

meydançası  idik.  Sonra  fıĢıltı  səsi  eĢidildi  və  kəskin  ammonyak 

qoxusu gəldi  – Persinin sidik kisəsi  boĢalmıĢdı. Sonra isə  partıltı  səsi 

və daha kəskin üfunət iyi ətrafa yayıldı – Persinin Ģalvarının arxa tərəfi 

də  dolmuĢdu.  Persinin  gözləri  dəhlizin  uzaq  küncünə  zillənmiĢdi. 

Məncə, bu  gözlər daha real  dünyada nəsə  görmək iqtidarında deyildi. 

Mən  bu  hekayənin  əvvəllərində  qeyd  etmiĢdim  ki,  bütün  bu 

hadisələrdən  təxminən  iki  ay  sonra  Brutus  Mister  Cinqlzın 


www.vivo-book.com 

 

536 



makarasından qopmuĢ əlvan rəngli tiliĢkələr tapanda, Persi artıq Briar 

Ricdə idi və bunu yazanda, mən yalan danıĢmırdım. O nə bir küncünə 

ventilyator  qoyulmuĢ  kabinetə  sahib  ola  bildi,  nə  də  incidə  biləcəyi 

ruhi  xəstələri  oldu.  Amma  düĢünürəm  ki,  yenə  də  onun  özünə  aid 

ayrıca bir otağı vardı. 

Ən  azından,  onun  yaxĢı  əlaqələri  vardı  axı.  Uorton  belini  öz 

kamerasının divarına çevirib çarpayısında böyrü üstə uzanmıĢdı. Mən 

çox Ģey görə bilmədim, çünki hər yan qana bulaĢmıĢdı: döĢəkağından 

süzülən qan beton döĢəməyə damcılayırdı. Amma iĢi aparan müstəntiq 

dedi  ki,  Persi  tapançadan  güllələri  lap  məĢhur  snayper  Anne  Oakley 

kimi sərrast atıb. Persinin o vaxt siçanın arxasınca öz dəyənəyini atdığı 

və az qala onu vurması haqqında Dinin mənə danıĢdıqlarını xatırladım 

və buna çox da təəccüblənmədim. Bu dəfə məsafə daha yaxın və hədəf 

hərəkətsiz  idi.  Bir  güllə  mərhumun  qasığına,  birisi  qarın  boĢluğuna, 

birisi sinəsinə və üç güllə isə baĢına dəymiĢdi.  

Tapançanın  tüstüsündən  Brutus  öskürür,  onu  özündən 

uzaqlaĢdırmaq  üçün  əllərini  yelləyirdi.  Mən  də  öskürürdüm,  amma 

Brutusu görənədək bunu hiss etməmiĢdim.  

–    Sətirin  sonu,  –  Brutus  dedi.  Onun  səsi  sakit  olsa  da, 

gözlərindəki  ifadədən  onun  da  karıxmıĢ  olduğunu  baĢa  düĢünmək 

çətin deyildi.  

Mən  dəhliz  boyu  baxdım  və  Con  Koffinin  öz  çarpayısının 

kənarında  oturduğunu  gördüm.  O,  yenə  barmaqlarını  bir-birinə 


www.vivo-book.com 

 

537 



keçirərək əllərini dizlərinin arasında saxlamıĢdı, amma bu dəfə baĢını 

dik tutmuĢdu və heç xəstə kimi görünmürdü. O, baĢını yüngülcə mənə 

tərəf  tərpətdi,  nə  qədər  buna  təəccüblənsəm  də,  birinci  gün  ona  əl 

verdiyim  kimi,  bu  dəfə  də  onun  baĢla  verdiyi  iĢarəyə  baĢımı 

yırğalıyaraq cavab verdim.  

–  Bəs indi nə edəcəyik?  – deyə Harri soruĢdu.  –  Aman Allah, 

axı indi biz nə edəcəyik?  

–  Biz nə edə bilərik ki? – Brutus yenə həmin sakit səslə dedi. – 

Bizi asacaqlar, elə deyilmi, Pol?  

Mənim  beynim  sürətlə  iĢləməyə  baĢladı.  QorxmuĢ  uĢaqlar  kimi 

gözlərini  mənə  zilləmiĢ  Harri  ilə  Dinə  baxdım.  Sonra  isə  əllərini 

yanına  salıb,  çənəsini  də  salladaraq  dayanmıĢ  Persiyə  baxdım. 

Nəhayət, öz köhnə dostum Brutus Hovellə baxdım. 

–  Bu iĢdən hamımız sağ-salamat qurtulacağıq. 

Axır ki, Persi də öskürməyə baĢladı. O, əllərini dizlərinə dayaq 

verərək  aĢağı  əyildi  və  öyüməyə  baĢladı.  Onun  üzü  qızarmağa 

baĢlamıĢdı.  Mən  ağzımı  açıb  hamıya  geri  çəkilməyi  əmr  etmək 

istədim,  amma  bunu  etməyə  macal  tapmadım.  O,  gəyirti  ilə  öküz 

qurbağasının çıxardığı səslərinin arasında qəribə bir səs çıxartdı, ağzını 

açdı  və  havaya  qara  dumana  bənzər  bir  Ģey  buraxdı.  Əvvəlcə  bu 

duman  elə  sıx  idi  ki,  bu  dumanda  Persinin  baĢını  görmək  mümkün 

deyildi. Harri zəif və xırıltılı bir səslə dedi: 

–  Aman Allah, sən özün bizi qoru. 


www.vivo-book.com 

 

538 



Sonra bu duman yavaĢ-yavaĢ ağardı, elə bil yenicə yağmıĢ qarın 

üstünə  yanvar  günəĢinin  Ģüaları  düĢmüĢdü.  Bir  neçə  saniyə  sonra  bu 

duman yox olub getdi. Persi yavaĢ-yavaĢ qəddini düzəltdi və yenə boĢ 

nəzərlərini YaĢıl Milin naməlum nöqtəsinə zillədi. 

–    Biz  heç  nə  görmədik,  –  deyə  Brutus  dilləndi,  –  elə  deyilmi, 

Pol? 


–  Hə, mən heç nə görmədim, elə sən də. Bəs sən Harri?  

–  Yox, mən də görmədim – deyə o, cavab verdi. 

–  Din? 

–  Nəyi gördüm? – Din eynəyini çıxarıb onun ĢüĢələrini silməyə 

baĢladı.  Mənə  elə  gəldi  ki,  eynək  onun  titrəyən  əllərindən  yerə 

düĢəcək, amma eynək düĢmədi. 

–    “Nəyi  gördüm”  –  yaxĢı  cavabdır.  Bizə  lazım  olan  cavab  elə 

budur. UĢaqlar, indi isə öz baĢçınıza qulaq asın  və dediklərimdən elə 

birinci  dəfədən  düzgün  nəticə  çıxarın,  çünki  vaxtımız  çox  azdır.  Bu 

çox sadə bir hadisədir və gəlin onu mürəkkəbləĢdirməyək. 

 

 

 



 

 



www.vivo-book.com 

 

539 



Səhər  saat  təxminən  on  bir  radələrində  mən  bütün  bunlar 

haqqında  Cenisə  danıĢdım  –  az  qala  “ertəsi  gün  səhər”  yazacaqdım, 

amma əlbəttə ki, gün elə həmin gün idi. ġübhəsiz, mənim həyatımın ən 

uzun  günü.  Uilyam  Uortonun  yuxuda  ikən  Persinin  güllələrinə  tuĢ 

gələrək  necə  həyatını  itirməsi  ilə  mən  burada  öz  hekayəmi 

yekunlaĢdırarkən, həmin gün haqqında ətraflı danıĢdım.  

Lakin  bu,  əslində,  tam  doğru  deyil.  Mən  öz  hekayəmi, 

yadınızdadırsa,  Persinin  ağzından  çıxan  qara  mığmığalar  –  ya  da,  nə 

bilim, bəlkə də heç mığmığa deyildi, baĢqa bir Ģey idi, bilmirəm – ilə 

bitirmiĢdim. Bu haqda kiĢi öz arvadına belə danıĢmaqda çətinlik çəkir, 

amma mən danıĢdım.  

Mən  söhbət  edərkən  arvadım  mənə  yarım  fincan  qara  qəhvə 

gətirdi,  çünki  həmin  anda  mənim  əllərim  elə  bərk  əsirdi  ki,  dolu 

fincanı,  yəqin,  dağıtmadan  götürə  bilməzdim.  Mən  söhbətimi 

bitirəndə,  əllərimin  əsməsi  bir  qədər  azalmıĢdı,  mən  hətta  yemək  də 

yeyə bilirdim – qayğanaq, ya da Ģorba. 

–    Bizi  xilas  edən  Ģey  heç  birimizin,  demək  olar  ki,  yalan 

danıĢmaq məcburiyyətində qalmamamız oldu.  

–    Bəzi  Ģeylər  haqqında  susdunuz,  vəssalam,  –  deyə  arvadım 

dilləndi  və  baĢını  yırğaladı.  –  Balaca  Ģeylər  haqqında  susdunuz,  yəni 

ölümə  məhkum  edilmiĢ  qatili  həbsxanadan  necə  çıxardığınızı,  ölüm 

ayağında  olan  qadını  onun  necə  sağaltdığını,  sonra  onun  Persi 



www.vivo-book.com 

 

540 



Uetmoru necə dəli etdiyini – nə ilə? – xalis beyin ĢiĢini onun boğazına 

tüpürməklə?  

– Mən də bilmirəm Cen, – mən dedim. Bircə onu bilirəm ki, əgər belə 

danıĢmağa  davam  eləsən,  ya  Ģorbanı  mənim  əvəzimə  özün  yeməli 

olacaqsan, ya da onu itin qabağına tökəcəksən.  

–  BağıĢla məni. Amma mən düz deyirəm, elə deyilmi? 

–    Hə,  –  deyə  mən  cavab  verdim.  –  Amma  bizim  bu...  Bu  nə? 

Bizim  bu  səfərimizi  nə  həbsxanadan  qaçıĢ,  nə  də  məzuniyyət 

adlandırmaq  olar...  Bu  sahəyə  ezamiyyət  səfəri  idi.  Nə  vaxtsa  geri 

dönsə, hətta Persi də bu haqda onlara danıĢa bilməz.  

–    Nə  vaxtsa  geri  dönsə...  –  arvadım  əks-səda  kimi  arxamca 

təkrarladı. – Onun geri qayıtma ehtimalı varmı? 

Mən  bir  fikrim  olmadığını  göstərmək  üçün  baĢımı  buladım. 

Amma əslində, mən bunu bilirdim: mən onun nə 1932-ci ildə, 1942-ci 

ildə, nə də 1952-ci ildə geri qayıdacağını düĢünmürdüm. Bu fikrimdə 

mən  yanılmamıĢdım.  Briar  Ric  1944-cü  ildə  yanıb  kül  olana  qədər 

Persi orada qaldı. Həmin yanğın zamanı on yeddi nəfər həlak olmuĢdu, 

amma ölənlərin arasında Persinin adı yox idi. Həminki kimi dinməz və 

hər Ģeyə laqeyd – bu vəziyyəti təsvir edən sözün “katatonik” olduğunu 

da öyrənmiĢəm – olan Persini  sanitarlardan biri,  yanğın onun olduğu 

cinaha  hələ  çatmamıĢ,  onu  baĢqa  bir  müəssisəyə  köçürmüĢdülər  – 

həmin  müəssisənin  adını  xatırlamıram  və  məncə,  bunun  elə  bir 

əhəmiyyəti  də  yoxdur  –  və  Persi  orada  1965-ci  ildə  vəfat  etdi.  Əgər 


Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin