Allahyar xocali



Yüklə 1.26 Mb.
Pdf просмотр
səhifə1/7
tarix23.12.2016
ölçüsü1.26 Mb.
  1   2   3   4   5   6   7

 

 

 

 

 

 

Allahyar XOCALI 

 

 

 

 

 

 

VƏTƏN AĞRISI,  

TORPAQ YANĞISI 

 

 

 



 

 

 



 

 

 



 

BAKI - 1993 

 

 



 

 



X 34(93). 

 

 



Redaktoru Vasif Quliyev 

 

 

 

 

 

 

 

Kitabın işıq üzü görməsində maddi köməklik göstərdiyinə görə  İmişli pambıqtəmizləmə 

zavodunun direktoru Məmi Atakişiyevə öz minnətdarlığımızı bildiririk. 

 

 



           Allahyar  Xocalı.  Vətən ağrısı, torpaq yanğısı. Bakı, «Azərbaycan» 

nəşriyyatı, 1993.—72 s. 



 

 

 

 

4804000000—034(93) M 670(07)—93 

X 34(93) Azərb. 

 

 

 

 

 

 

 

© «Azərbaycan» nəşriyyatı,  

«Şuşa» şirkəti, 1993. 

 

KİTABIN İÇİNDƏKİLƏR 

 

Vətən ağrısı, torpaq yanğısı  



 

Vidadini  kəsməyə apardılar  

Bakılı 21 nəfər  

Talehin tale yazısı  

Ölümün astanasında  

Məzarsız şəhidlərin atası  

Beş ay əsirlikdə  

Ölüm əl çəkmirdi  

Ölmək istəsək də  

Xocalının son döyüşü  

Nəzir pulu  

Mənim xilaskarım  

Onlar ayrı düşüblər  

Qırğından keçən uşaq  

Gülablı dağlarında  

Qarşımızı meyidlər kəsmişdi  

Əlağalıya yolsuz yollarla  

Qanlı yamac, qanlı yol  

Ovçu Mürşüd  

Yönü qibləyə bir nurani  

Bələdçim bir quş idi  

Oğlumun meyidini gətirdim  

Araz Səlimov kimdir?  

Xocalının son günü  

Allaha inandım  

On iki gün çovğunda  

«Bizi öldür» dedim  

Bizə özümüzünkülər də atırdı  

Bədbəxt türklər  

Şelli uşaqları  

Mahir snayper  

Xocalı prokuroru  

Xocalılar  

Xocalı faciəsi ilə əlaqədar həlak olmuş şəxslərin siyahısı 

 

Faciədən  əvvəl Xocalı  şəhərinin ermənilər tərəfindən atəşə tutulması 



nəticəsində həlak olmuş şəxslərin siyahısı 

 

Xocalı hadisəsi ilə  əlaqədar itkin düşmüş  və indiyə  qədər taleyi 



haqqında məlumatlar olmayan şəxslərin siyahısı 

 

Hadisə ilə  əlaqədar ermənilər tərəfindən girov götürülmüş  və sonrakı 



taleyi məlum olmayan xocalıların siyahısı

 

Xocalı faciəsi ilə  əlaqədar üzvləri həlak olan və itkin düşən ailələrin 



siyahısı  

 


 

VƏTƏN AĞRISI,  



TORPAQ YANĞISI 

 

Belə nəql edirlər ki, keçmiş zamanlarda varlı, mülklü bir kəndə bir nəfər gəlib deyir ki, sizin bu yerlər 



mənim çox xoşuma gəlir. Mənə buralarda bircə mıxça yeri verin, ora bir dənə mıxça sancım. hər dəfə buralara 

gələndə o mıxçaya baxıb fəxr edim ki, heç olmasa, bu gözəl yerlərdə mənim də bir mıxça yeri   qədər yerim var. 

Camaat deyir ki, a kişi, bir mıxça yeri nədir ki?! Gəl, sənə geniş sahə yeri ayıraq, özünə kefin istədiyi 

kimi ev-eşik düzəlt. 

Qərib adam bu təklifdən imtina edir və bir mıxça yeri bəsimdir—deyir. Kənd  əhli razılığa qəlib, bir 

ağızdan «mıxçanı hara istəyirsən sanc» deyir. Qərib adam kəndin ortasına bir mıxça çalıb deyir: — Deməli, bu 

mıxça mənimdir, burdan nə istəsəm, asa bilərəm. And için ki, mıxçaya toxunmayacaqsınız və ordan hər nə 

assam, nə ona, nə də mənə dəyməyəcəksiniz. 

Camaat and-aman edir ki, heç kəs sənə gözün üstə qaşın var da deməyəcək. Qərib adam gətirib, 

mıxçadan bir cəmdək asır. Yayın isti günündə cəmdək qaldıqca iylənib bütün kəndi bürüyür. Kənd əhli yığışıb 

qərib adama deyir ki, axı, cəmdəyin iyi bizi öldürdü. Onu aparıb bir yerdə torpağa basdır. Qərib «şərtimiz 

şərtdir» — deyir. — Axı, and içmisiniz. — Camaat bu kələkbaza aldandıqlarını bilib, ordakı ev-eşiklərini tərk 

edərək başqa yerə köçür. Bir mıxça yeri alan qərib böyük bir əraziyə sahib olur. 

Rusiya həmin mıxçanı Türkiyə ilə Azərbaycan arasında sancıb, erməni adlı bir iyli cəmdəyi də onun 

başına keçirib. İllər keçdikcə bu iyli cəmdək ətrafındakıları itələyərək Türkiyə və Azərbaycan arasına paz  şəkli 

formasında daxil olmuşdur. 

Əslində, «Böyük Ermənistan» adlı bir dövlət olmamış  və heç bir zaman da olmayacaq. «Böyük 

Ermənistan» məfhumunu ermənilər yox, ruslar qondarmışlar. Və o qondarma ad ilə də yüz illər boyu erməni və 

türk xalqlarını bir-birinə qırdırmışlar. 

Tatarlarda belə bir məsəl var: Rus tatara deyir ki, ey tatar, ayaqların niyə əyridir? Tatar cavab verir 

[3-4] 

ki, niyə də əyri olmasın, axı, üç yüz il bir qıçımın üstündə rusun boynundan basmışam. 



Ruslar uzun illər Çingiz xanın, Batı xanın, Teymurləngin, Osmanlı imperiyasının əsarətində olmuşlar. 

Çar I Nikolay deyib ki, çalışın bir daha türgün əsarətinə düşməyin, ikinci dəfə düşsəniz, Ömrü boyu bu 

əsarətdən qurtula bilməyəcəksiniz. Deyir ilan vuran ala çatıdan qorxar. Rusları qorxudan türk xofudur. 

Məhəmməd peyğəmbər demişdir ki, Allah türkləri zalımlara zülm edib, dünyada əmin-amanlıq yaratmaq üçün 

yaradıb. Xaçpərəstlik din yox, dinsizlikdir. Çünki xaçpərəstlərə heç nə haram buyurulmur. Onlarda namus

əxlaq sərbəstdir, olsa da olar, olmasa da. Dünyada din deyilən bir din varsa, o da İslam dinidir. Ruslar bu dinin 

qüvvəsindən də hədsiz dərəcədə qorxur. Çünki İslamda tərkidünyalıq yoxdur. Dünyada əbədiliyini hiss edən bir 

millət ölümdən qorxmur, qarşısındakı düşmənin üstünə  çəkinmədən gedir. Quranın tərcüməsinə illərlə imkan 

verməmək də bu səbəbdən doğur.  Əgər rusların ermənilərə canı yansaydı, onları bomboş rus çöllərində 

yerləşdirər, bu işlək millətdən özləri də faydalanardılar. Yersizləri türklərin içində yerləşdirməklə məqsəd ondan 

ibarət olub ki, onları daim qızışdırıb qısqırtsın və türklər imkan tapıb, göz açıb, bu sarı iblislərə toxuna 

bilməsinlər. 

Ruslar erməniləri nə «Böyük Ermənistan» yaratmış bir xalq kimi, nə də torpaqsız, vətənsiz işlək erməni 

kimi görmək istəmir. Elə-belə, «ni rıba, ni myaso». Ruslar dərk edir ki, ermənilər qüvvətli bir dövlət olsalar, 

sabah Rusiyaya da meydan oxuyacaqlar. Onu da dərk edirlər ki, əgər dövlət olmasalar, dünyanın hər tərəfinə 

pərən-pərən səpələnəcəklər. Onda Rusiya üçün böyük türk qorxusu yaranar. Bütün türk-erməni qırğınlarının 

baisi ermənilər olsa da, səbəbkarı ruslar və türklərdən qorxan xaçpərəstlər olmuşlar. Bu avam, küyə gedən 

erməni adlı  məxluq XX əsrin sonunda da millət yox, bir millətin  əlində alət olduqlarını  hələ  də  dərk edə 

bilməyiblər. Sovet dövründə  də ermənilərin bir millət kimi yox ola bilməsindən qorxan ruslar onların 

əlifbasının, saxta mədəniyyətinin inkişafına  şərait yaratmaqla bərabər, Azərbaycan-türk mədəniyyətini 

pərdələmiş, ali məclislərdə danışmağa onun dilini yasaq etmişdir. 

 [4-5]


 

Müsəlmançılığın ilkin şərtlərindən biri olan sünnət mərasimi çox vaxt çox yerlərdə, əsasən də, ali vəzifə 

sahiblərinin ailələrində  məxfi keçirilirdi. İrana tərəf baxanda «panislamist», Türkiyəyə  tərəf baxanda 

«pantürkist» markası yapışdırıb, gedər-gəlməzə yola salırdılar. heç təsadüfi deyil ki, 1828-ci il Türkmənçay 

müqaviləsindən sonra ermənilərin millət kimi formalaşması üçün ruslar Azərbaycan torpaqlarını müxtəlif 

vaxtlarda qoparıb, ermənilərə vermiş  və «Ermənistan» yaratmışlar.  İndiki Ermənistan  ərazisinin 82 faizi 

Azərbaycan torpaqlarıdır. 114 min kv. km ərazi ilə rus əsarətinə düşən Azərbaycanın torpaqları qayçılanaraq 

86,6 min kv. km-ə enmişdir. hələ bu bəs deyilmiş kimi ruslar ermənilərdə Naxçıvanı, Qarabağın dağlıq hissəsini 

və başqa əraziləri mənimsəmək üçün iştah dişi bitirmişlər. 


 

Əsrin əvvəllərinə qədər ruslar, ingilislər və başqa Qərb dövlətləri məhsuldar torpaqlarda yaşayan türk və 



müsəlman xalqlarını daim əsarət altında saxlamağa çalışmışlar. Vaxtı ilə türk ordusunda xidmət etmiş Andronik 

Uzunyan türk ordusunun sirlərini ingilis kəşfiyyatına satmışdı. Bu satqınlığın üstündə qulağı  kəsilib qovulan 

Andronik sonradan da rus siyasətinə xidmət etmiş, 1918-ci ildə Azərbaycandakı türk qırğınlarına başçılıq 

etmişdi. 

Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra «beynəlmiləlçilik» pərdəsi altında sapı özümüzdən 

olan satqınları Moskva vəzifəyə qoymaqla millətimizi maddi, mənəvi və fiziki cəhətdən istismar etmişdir. 

Özünü «beynəlmiləlçi» kimi qələmə verməyə çalışan rəhbərlər erməniləri yüksək vəzifələrə  təyin edirdilər. 

Onlar bu beynəlmiləlçilik çamuruna elə batmışdılar ki, nəinki ictimai yerlərdə, hətta evlərində  də rus dilində 

danışırdılar. Onlar rus şair və yazıçılarının  əsərlərini  əzbərləmiş, bayağı rus musiqisinə qulaq asmaqla 

manqurtlaşmışlar, vəzifəyə ermənini, rusu gətirmişlər. Onlar Azərbaycan adət-ənənələrini, mədəniyyətini dərk 

etməməkdə  nəinki xəcalət çəkmiş, hətta öz ana dillərində danışa bilməmələri üçün fəxr etmişlər. Özlərinə 

müavin etdikləri ermənilər zaman-zaman Azərbaycanın qaymağı olan imkanlı adamlarımızı, ziyalılarımızı məhv 

etmiş, millətimizin düşünən başlarını  kəsib atmışlar. 

[5-6]


Yaxşı yadımdadır, Heydər  Əliyev MK-nın katibi 

olarkən ana dilimizdə danışanda hamı heyrət edirdi. Deyirdilər ki, ayə bir rəhbər qoyublar, bizim dildə sərbəst 

danışır. 

Qarabağın dağlıq hissəsində azəri türklərinin çoxalmasında da H.Əliyevin xidmətləri olmuşdur. 1964-cü 

ilə kimi Stepanakert rayonunda yeganə orta məktəb 4 №-li Nizami adına orta məktəb idi. Bura Xocalıdan, 

Malıbəylidən, Kərkicahandan, Kosalardan kələn və Stepanakertdən olan uşaqların sayı hər sinifdə cəmi 10-12 

nəfər olardı.  Əliyevin hakimiyyətdə olduğu dövrdə Stepanakertin azərbaycanlı  əhalisi 15 minə çatmış, 

Malıbəylidə, Kosalarda, Kərkicahanda, Xocalıda orta məktəblər açılmışdı. Stepanakert Pedaqoji İnstitutunda 

fakültələrin çoxu, tibb texnikumunda bir neçə fakültə Azərbaycan dilində olmuşdu. Bu dövrdə ermənilər 

yaşayan Cəmilli kəndinin əhalisi evlərini satmış, 120-dən çox evi azərbaycanlılar almışdı. Daşbulaq kəndində 

ermənilərdən çox azərbaycanlılar məskunlaşmış, Meşəli kəndi salınmışdı. 

1933-cü ildə Stepanakertdə  Məleykə Alış  qızı  İmanovaya və  Səfər Binnət oğlu  İmanova verilmiş 

pasportlara vurulmuş möhür rus və erməni dillərində yazılmışdı. Azərbaycan torpağında fəaliyyətdə olan 

möhürdə bir kəlmə  də olsun türk dilində heç nə yazılmamışdı. Bircə  fərəhləndirici hal odur ki, həmin 

pasportlarda milləti «türk» yazılmışdı. Moskvanın sədaqətli qulları dinimizi, dilimizi, adət-ənənələrimizi yasaq 

etməklə milləti kütləyə çevirib, hara istəyiblərsə sürükləyiblər. 

Azərbaycanın pambıq becərilən aran rayonlarında dərmanın içində, qızmar günəş altında işləyən 

qadınlarımıza bir kölgəlik düzəltmək qeydinə qalmayanlar ruslar üçün Kəlbəcərdə, Şuşada, Naftalanda və başqa 

yerlərdə sanatoriyalar tikmişdilər. Uzun illər subtropik zona olan Lənkəran Moskvaya xidmət etmiş, nəinki 

Kremli, hətta bütün Moskva əhalisini ucuz xiyar, pomidor və başqa tərəvəz məhsulları ilə təmin edirdi. Oğuz 

şəhərində Kreml üçün farel balığı yetişdirilirdi. 

Manqurtlar rus əxlaqsızlığını yerlərdə yaymaqdan başqa heç nəyə xidmət etmirdilər. Yerlərdə partiya 

sıralarına,  əsasən, mütilər, yaltaqlar qəbul olunur,

 [6-7]


  əxlaqsızlığı bacaranlar, arvadını, qızını, namusunu 

çöllərə tullayanlar isə yuxarı  vəzifələrə  çəkilirdi. Belələrinə  iş bacaran yox, sözə baxan deyirdilər. Beləliklə, 

yerlərdən sözə baxanlar zəncirvarı  şəkildə Azərbaycan KP MK-ya kimi uzanırdı.  Əxlaqsızlığın  ən hündür 

zirvəsi də elə burda — MK-da yerləşirdi. Vətən, dil, torpaq, adət-ənənə, din təəssübü də onlara yad idi. Elə 

Moskvaya da bu, sərf edirdi. Paytaxt bu zəncirvarı qeyrətsizlikdən istifadə edib, respublikanı  əsarətdə 

saxlayırdı. Bunlardan ustalıqla istifadə etməyi bacaran ermənilər Moskva qarşısında dəfələrlə «Dağlıq 

Qarabağın Ermənistana birləşdirilməsi» məsələsini qoymuşdular. Qazdan ayıq olan Moskva bu işin sonra pis 

nəticələr verə biləcəyindən ehtiyat edib, ermənilərin arzularını gözlərində qoymuşdu  Əvvəllər Rusiya 

Moskvaətrafı torpaqlardan başqa, heç bir torpağın sahibi deyildi. Və qopardığı torpaqların sahibləri ərazilərini 

geri qaytarmaq iddiası etsəydilər, o, çıxılmaz vəziyyətdə qalardı. Ermənilərin uzun illər münasib məqam 

gözləməkdən gözlərinin kökü saralmışdı. Nəhayət, Amerika Kəşfiyyat  İdarəsinin SSRİ-dəki agenti Mixail 

Qorbaçov hakimiyyətə  gəldi. Amerikanın qorxduğu yeganə dövlət güclü hərbi potensiala malik SSRİ idi. 

Onunla müharibə etmək uduzmaq demək idi. Ona görə də onu yalnız içindən parçalamaq gərəkdi. Düşünülüb-

işlənilmiş bir metod tapıldı: yenidənqurma, aşkarlıq. Küyə getməklə, xəyanətdə əsrlər boyu imtahandan çıxmış 

ermənilərə «Böyük Ermənistan» yaratmalarına imkan verildiyini xatırlatmaqla bu işə başladılar.  Əslində, 

Amerikanı «Böyük Ermənistan» yaratmaq maraqlandırmırdı. Onun marağı yalnız rus imperiyasını dağıtmaq idi. 

Çünki Rusiya imperiya ölkələrinin sərvətləri hesabına daha iri addımlarla irəliləyirdi. 

Məxfi iclaslardan sonra 1987-ci ildə ermənilər gizli vərəqələr yaymağa başladılar. Sonra bu vərəqələr 

açıq-aşkar erməni yaşayış məntəqələrinin, yollarının kənarlarına yapışdırıldı. Vərəqin birində yazılmışdı ki, «biz 

məqsədimizə çatana kimi azərbaycanlılarla sülh şəraitində davranmaq lazımdır.» Biz bu cür vərəqələri əldə edib 

Ağdam DTK-na vermişdik. Moskvaya, Bakıya yaxınlaşan təhlükə barədə yüzlərlə teleqram göndərmişdik. 


 

Ancaq heç bir faydası olmurdu.



 [7-8]

 hətta Moskvaya rusca yaxşı bilən Cavanşir Əliyevi və Xocalı hadisəsində 

taleyi məlum olmayan Xocalının qeyrətli oğlu Elxan Şəfiyevi də göndərdik. Moskvanın ssenarisi ilə hazırlanmış 

oyunlara Azərbaycan hökumətinin susmasını görən ermənilər daha da fəallaşdılar. 1988-ci il fevral ayının 12-də 

Əsgəran qəsəbəsində «Qarabağın Ermənistana birləşdirilməsi» tələbi ilə mitinq keçirdilər. Mitinqdə  Əsgəran 

rayon Partiya Komitəsinin birinci katibi Vaçaqan Qriqoryan dedi

:

 —Bəsdir bu günə qədər gizli təbliğatımız, indi 



imkan yaranıb ki, açıq-aşkar Ermənistana birləşməyimizi tələb edək!—Mitinq sonralar Stepanakertə keçdi. 

Dalbadal teleqramlardan sonra Azərbaycan hökuməti, deyəsən, reaksiya vermək istədi. Ancaq küt və lal-dinməz 

Kamran Bağırov heç bir iş görə bilmədi. Yalnız Moskvadan Dağlıq Qarabağın Ermənistana verilməsini bəyan 

etmək üçün gələn adamlara xalqın etirazını çatdıra bildi. Bu Aran Qarabağ əhalisinin, guya, Əsgərana hücumu 

idi. Bu oyunda Qarabağın ilk şəhidləri — Bəxtiyar  və Əli doğuldu. 

Azərbaycan hökumətinin öz torpaqlarını qoruya bilmək iqtidarında olmadığını görən Ermənistan Ali 

Soveti iclas çağırdı  və  qərar çıxardı ki, Dağlıq Qarabağ bu gündən Ermənistanın  ərazisinə qatılır. hələ  də bu 

günə kimi «Ermənistanın Azərbaycana qarşı elan olunmamış müharibəsi» kəlməsini işlədirlər. Daha dərk edən 

yoxdur ki, Ermənistan Ali Sovetdə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi qərarını  çıxarandan 

Azərbaycana qarşı müharibə elan etmişdir. Moskvanın uzaqgörən siyasəti ilə, guya, Dağlıq Qarabağda vəziyyəti 

sabitləşdirmək məqsədi ilə vilayətdə xüsusi idarəetmə komitəsi yaradıldı. Ona rəhbərlik edən Arkadi Volski 

SSRİ Ali Sovetinə deputat seçiləcəyi  ərəfədə azərbaycanlılarla görüşlər keçirir, şirin vədlər verirdi. Xocalı 

mədəniyyət evində onu pionerlər duz-çörəklə qarşıladı, gül-çiçək dəstələri verdi. hər görüşdə  də özünü xəstə 

kimi göstərib, dərman içir, yazıq görkəm  alırdı. 

Sonralar Volskinin duz-çörəyə naxələf çıxdığını görən azərbaycanlılar bir nəfər kimi ona səs 

verməyəcəklərinə söz verdilər. O zaman bütün nazirliklərin işçiləri qapı-qapı düşdülər ki, bəs Volskiyə  səs 

verin. Uzun yalvar-yaxardan sonra Volskiyə səs toplatdıra 

[8-9]


 bildilər. O zaman mən Volskinin erməniləri və 

özümüzün başıboşlarımızı tənqid edən «Bir başa üç yumruq» adlı bir məqalə yazıb «Bakinski raboçi» qəzetinin 

müxbiri Vahid Səfixanova verdim. həmin məqaləni heç kəs dərc etmədi. Sonralar bu yazını «Kənd həyatı» 

jurnalının redaktoru alıb dərc etdi. Məqalə jurnalın 1990-cı il 6-cı nömrəsində  işıq üzü gördü. Elə  həmin 

vaxtlardan da Volski vilayət idarələrini Ermənistan tabeliyinə keçirməyə başladı. Xocalının 180 hektar torpaq 

sahəsini—Həsənabad sahəsini kəsib, vilayət istilik idarəsinə verdi. Burda, əsasən, azərbaycanlılar yaşayırdı. 

Ermənistandan qovulmuş azərbaycanlıların hesabına bu kənd xeyli böyümüşdü. Burda 35 azərbaycanlı, 4 

erməni ailəsi yaşayırdı. Mən o zaman orda ibtidai məktəbin direktoru idim. Moskvaya, Azərbaycan MK-ya və 

vilayət prokurorluğuna camaatın imzası ilə göndərdiyim şikayət ərizəsinə yalnız DQMV prokurorunun müavini 

Mübariz Bayramovun imzası ilə cavab aldım. Moskva və Bakı  hələ  də susurdu. Bayramov məktubunda 

bildirirdi ki, xocalıların razılığı olmadan torpağı başqasına vermək olmaz. Arkadi Volskinin hərəkəti səhvdir. 

Ancaq səhvlər meydan sulayırdı. Bir tərəfdən də Xocalının  Əsgərana yaxın hissəsi ermənilər tərəfindən zəbt 

edilirdi. 

 

...Çox çəkmədən Həsənabadlıların çoxu, əsasən də, Ermənistandan gələnlər köçüb İsmayıllı rayonuna 



getdilər. Sonradan o biri azərbaycanlılar Xocalıya gəldi. Həsənabad ermənilərə peşkəş verildi. 

 

Xocalıya Ermənistandan pənah gətirmiş 130 ailə Xocalıdan çıxarıldı. Eləcə  də DQMV-nin 



azərbaycanlılar yaşayan məntəqələrinə  pənah gətirmiş ermənistanlı qaçqınları zorla vilayətin  ərazisindən 

çıxartdılar. Bir dəfə  Əbülfəz Əliyev Xocalıya gəlmişdi və burda AXC-nin dayaq nöqtəsinin yaradılması üçün 

yığıncaq keçirilmişdi. Mən o zaman gərək ki, Bakıda idim. Gələndə idarə heyətinin sədri məni seçdiklərini 

bildirdilər.  İdarə heyəti üzvlərinin kimlər olduğunu biləndə  mən razı olmadım. Bildirdim ki, yenidən seçki 

aparılmalıdır. Nə isə... Xocalıların əksəriyyətini mədəniyyət evinə yığa bildik. Yığıncağı Əlif Hacıyev aparırdı. 

AXC-nin Xocalı dayaq dəstəsinin idarə heyətinin sədri vəzifəsinə yenə də məni namizəd 

[9-10]

  verdilər və səs 



çoxluğu ilə yenidən mən seçildim. İdarə heyətinə başqa adamlar da seçildi. Sonradan bu idarə heyətinin AXC-

nin Nizamnaməsinə uyğun iş aparmamasını, hara güclüdürsə o səmtə  yıxılmasını görüb, özüm üzvlükdən 

çıxmaqla bərabər, Xocalı dayaq dəstəsinin yoxluğunu bildirdim. Beləcə də duyaq dəstəsi dağıldı. 

Xocalıları 1989-cu ildə  qırdırmaq istəyən qüvvələr var idi. Bir dəfə Tovuzdan Əli (Alyoşa) adlı 

qorxmaz, cəsur bir oğlan gəlib Xocalıya çıxdı. O özünü AXC-nin fəal üzvü kimi qələmə verirdi. Xocalı uşaqları 

ilə gecələr əməliyyatlara gedirdi. Avtobusla Ağdamdan gələndə o da avtobusda idi. Dedi ki, vacib məsələ var, 

gedək kənd Sovetinə. Alyoşa Elman müəllimə dedi ki, məktəbliləri, camaatı aeroporta yığıb tökmək lazımdır ki, 

İrəvandan gələn təyyarələr aeroporta enməsin. Bildirdim ki, əvvəla, təyyarə bizi Zvartnosdakı kimi qırar. İkinci 

bir tərəfdən, rusların ermənilərə  işləməsi hamımıza məlumdur. Dörd bir tərəfimiz ermənilərdir.  Əgər biz 

aeroporta yığılsaq, kəndi və bizi kim müdafiə edəcək? Ermənilər hər tərəfdən hücuma keçib, həm boş  kəndi 

odlaya bilər, həm də aeroportda bizi mühasirəyə alıb qırarlar. Aeroporta təyyarənin düşməsi üçün ya bir traktor 


 

sürüb orda saxlamaq, ya da asfaltı partlatmaq lazımdır. Biz kütləvi  şəkildə  təyyarənin enməsinə maneçilik 



törətməməliyik. Bu məsələ; ilə əlaqədar kəndin fəallarını Elman müəllim axşam idarəyə yığdı. Mən yenə də öz 

etirazımı bildirdim. Qalanları isə dedilər ki, Elman müəllim necə deyirsə, elə  də edək. Çıxmaq lazımdır. 

Sabahdan arvad-uşaqları tökək aeroporta. Mən hirsimdən bayıra çıxıb siqaret yandırdım. Elman Məmmədovun 

içəridən səsi gəlirdi. O deyirdi: — Camaat, mən də Allahyarın fikri ilə razıyam. Camaatı aeroporta yığmaq 

olmaz. Qırılarıq. Özüm sizi sınayırdım ki, görüm siz nə deyirsiniz?—Beləliklə, aeroporta kütləvi  şəkildə 

yığılmağımız baş tutmadı. Səhəri gün aeroporta yığılmağa razı olanlar məni görəndə «Müəllim, bağışla, axşam 

biz səhv eləmişik» deyirdilər. 

Bəli, Xocalı üçün bu qırğın hardansa hazırlanmışdı. Mənim inadkarlığım, Elman müəllimin mənimlə 

[10-11]

 razılaşması o zaman törədilə biləcək Xocalı qırğınının qarşısını aldı. 



Xocalıya şəhər statusu vermək ermənilərə psixi təsir göstərməkdən başqa, bir şey deyildi. Bir də ki, bu 

şəhərə yığışan camaat Ermənistandan gələnlər yox, Stepanakert qaçqınları idi. Ermənilər Şahbulaqdan Xocalıya, 

Malıbəyliyə, Kərkicahana kubik daşı aparan vertolyotları görəndə, həqiqətən də, bu torpaqların sahibi 

olmadıqlarını  yəqin etdilər. Bu zaman hakimiyyətdə olan Polyaniçko münaqişəni sakitləşdirici yolla yox, 

uzatma metodu ilə aparırdı. Elə olmasaydı, rus hərbçiləri deməzdi ki, bizi bura erməniləri qorumaq üçün 

göndəriblər. 1988-ci ilin sentyabr ayının 18-də on min erməninin Xocalıya hücumu zamanı səkkiz nəfər Xocalı 

sakininə iki il həbs cəzası verilməsi rusların erməniləri qorumağa gəlməsinə  əyani sübutdur. Bir də o 

yadımdadır ki, Xocalıda yaradılan milis dəstəsi işçiləri öz səlahiyyətli nümayəndələrindən silah istəyəndə o, 

cavab verdi ki, sizə silah versəm, gərək erməni milislərinə  də verəm. Amma erməni milisləri avtomatla 

hərlənirdilər. Onları silahla Ermənistan təmin edirdi. 

Onu da qeyd etməyi özümə borc bilirəm ki, sentyabrın 18-də 80-ə yaxın erməni öldürən xocalıların heç 

birinə Xocalı özünü müdafiə batalyonu yarananda silah vermədilər. Dedilər ki, sizin yaşınız keçib. Silahlar 

yalnız bəzi sözəbaxan uşaqlara, bir də idarə müdirlərinə verilmişdi. Məndən bəzən bunun nə üçün belə olduğunu 

soruşanda deyirdim:— Bədbəxt oğlu, niyə bilmirsən? Sənin, mənim yalnız canımız var. İdarə müdirlərinin həm 

canı, həm də pulu var. O, iki şeyin keşiyini çəkir, sən bir şeyin. Xocalıda sözəbaxan uşaqlara vəzifə  də 

təhsilindən asılı olmayaraq çox asanlıqla verilirdi. 

1992-ci il 26 fevral qırğını düşünülərək törədilmişdi. 

Xocalı  qırğını erməniləri dünyaya qaniçən millət kimi qələmə vermək üçün yaradılmışdı. Çünki 

ermənilər Sumqayıt hadisəsini  əllərində bayraq edib, Azərbaycan xalqını  vəhşi bir xalq kimi tanıtmışdı. 

Bunların əvəzində Sumqayıt hadisəsini kölgədə qoya biləcək bir azərbaycanlı qırğını törətmək lazım idi. 

Dəfələrlə  Ağdamda Musa Məmmədovun yanında 

[11-12]


 olmağımıza baxmayaraq, Xocalıya heç bir 

kömək edə bilmədik. Musa Məmmədova bildirdim ki, sən gələn yardımları «necə bölüşdürməkdən» savayı, heç 

bir iş görmürsən. Xocalılar acından öldüyü bir vaxtda Musa Məmmədov mətbuata «Qarabağa gələn yardımlar 

ünvanına çatdırılır»—deyə informasiyalar verirdi. 

Xocalı avtobuslarının biri ilə on yeddi nəfərlə Bakıya yola düşdük. Orda «Səhər» qəzetinin müxbiri 

Şamil Sabiroğlu ilə görüşdük.  Əbülfəz Elçibəyin qəbuluna getdik. Xocalının vəziyyətini ona danışdım. Bu, 

1992-ci il fevralın 11-də olmuşdu. Elçibəy bizə bir nəfər qoşub, Ali Sovetə göndərdi. Adı yadımda deyil, bir 

nəfərə bizimlə görüşməsini xahiş etdi. Mən və Şamil o adamla görüşdük. Nəhayət, bildirildi ki, bu gün Xocalı 

məsələsinə aid Milli Şura çağırılacaq.  İsmayıl  Şıxlı, Tofiq Qasımov və Etibar Məmmədov mənim xahişimi 

nəzərə alıb bildirdilər ki, şərait yaradacağıq, şurada sən də iştirak edəcəksən. 

Mütəllibov Şuraya axşam saat onda gəldi. Bildirdi ki, Milli Şuranın üzvlərindən başqa, heç kəs iştirak 

etməyəcək. Dedi ki, burda çıxardığımız qərarları bizdən əvvəl ermənilər bilir. Beləliklə, nə mən, nə Şamil, nə də 

jurnalistlər  Şurada iştirak edə bilmədik.  İclas gecə saat 3-də qurtardı. E. Məmmədova yanaşıb, həyəcanla 

soruşdum:—Nə oldu?—O, A.Mütəllibov çıxan qapını göstərib dedi:—Get prezidentdən soruş. Deyir ki, 

Yeltsinlə danışmışam, yaxşı olacaq... 

 

Şamil Sabiroğlu bizi saat 4-ə  işləmiş «Ovçular» mehmanxanasına apardı, orda rahatlandıq. 



Ümumiyyətlə, Ş. Sabiroğlu biz 17 nəfəri 3 gün öz cibinin pulu ilə yedirtdi. Onu mən Xocalıdan tanıyırdım. 

 

Səhər Ali Sovetin qabağına nə qərar çıxardığını öyrənmək üçün gələndə bizi iki milis qarşıladı. Onlar 



bizə bildirdilər ki, çıxıb getsəniz, yaxşı olar. Sizə iki vertolyot ayırıblar. Ordakı arvad-uşaqları daşıyır. Burda 

«İstiqlal» qəzetinin bir müxbiri ilə görüşdüm. Məndən məqalə istədi. Elə pəncərənin qarşısında «Əsəblər tarıma 

çəkilib daha...» sərlövhəli bir məqalə yazdım. heç kəs inanmadı ki, məqaləni dərc edərlər. Dedilər ki, bu, 

Zərdüştün 

[12-13]

  qəzetidir. Mütəllibovun əleyhinə yazılan yazıları verməyəcək. 



 

Ancaq məqalə nöqtəsinə, vergülünə toxunulmadan 18 fevral 1992-ci il tarixli «İstiqlal» qəzetində dərc 



olundu. Sonra Türkiyə səfiri ilə görüşdüm. Bildirdi ki, Azərbaycandan ilk adamı qəbul edir. Hələ iş yerləri hazır 

deyil. Qarabağdan gəldiyim üçün mənə hörmət edir. 

Yarım saatlıq söhbətimizdə xocalılara sığınacaq istəməklə yanaşı, Azərbaycan hökumətinin iç üzünü 

açıb tökdüm. Türkiyə  səfiri bildirdi ki, danışıqlarımı  həm Türkiyə, həm də Azərbaycan hökumətlərinə 

bildirəcək. 

Ş. Sabiroğlu Türkiyə  səfirliyinin qarşısındakı pillələri enərkən  şəklimizi də  çəkdi. «İki sahil»-dəmi, 

yoxsa, «Səhər» qəzetindəmi çıxmışdı. 

Ayın 13-də  Ağdama qayıtdıq. Demə, bizi aldadıblar. heç bir vertolyot göndərməyiblər. Yalnız çörək 

aparan bir vertolyota camaat doluşub, heç çörəyi düşürməyə  də macal verməyiblər. Vertolyot da açıqca 

minənləri aparıb Gəncəyə töküb. Bu qədər xəbərdarlıqdan sonra xocalıları xilas etməmək, bizi aldadıb Yola 

salmaq nə deməkdir?... Bəli, Xocalı  qırğını Sumqayıt hadisəsini kölgədə qoymaq üçün, Laçının,  Şuşanın 

verilməsi, Ermənistanın Azərbaycana təcavüzünü dünyaya əyani şəkildə göstərmək üçün törədilmişdi. 

Milli Məclisdə ya Əsgəranın aradan götürülməsi, ya da Xocalı sakinlərinin çıxarılması müzakirə 

olunmuşdu. Xocalıların çıxarılmasına demokratik blok razı olmamış, Əsgəranın götürülməsini bildirmişdi. Elə 

ona görə də iclas bir məsələyə görə 5 saat uzanmışdı. Mütəllibov Əsgəranın götürülməsindən ona görə qorxurdu 

ki, Sumqayıt hadisəsini kölgədə qoymaq əvəzinə, Sumqayıt hadisəsindən betər bir hadisə törənə bilərdi. 

Demokratik blok isə elə-belə Xocalını qurban vermək istəmirdi. Məhz, bu çəkişməyə görə Xocalıya vertolyot 

gəlməsi baş tutmamışdı. Ona görə  də Mütəllibov  Əsgəranın götürülməsinə razı olmuşdu. Fəhmin Hacıyev, 

Tamerlan Qarayev, Tahir Əliyev Ağdama gəlmişdi. Tamerlan Qarayevin Xocalı İcra hakimiyyəti başçısı Elman 

Məmmədova «Sabah səhər çayımızı Xocalıda içəcəyik» deməsi təsadüfi deyildi. Elə bu cür də olmalı idi. 

Əməliyyat hazırlanmışdı Ona görə  də ermənilər tezliklə  tədbir 

[13-14]


  görməli, Xocalını aradan götürüb 

Əsgəranı müdafiə etməli idilər. Ancaq bu əməliyyata ermənilər iki gün gecikməsinə baxmayaraq, müvəffəqiyyət 

qazandılar. Çünki Moskva ilə danışıqlar aparmış, pul təklif edib, 366-cı polku ancaq fevralın 25 - nə kimi ala 

bilmişdilər. 366-cı polkun rəhbərliyi veriləcək milyonların məbləğini Moskvaya bildirəndə cavab verilmişdi ki, 

onun yarısı qədər də versələr razı olun... 

1992-ci il yanvarın 31-də Əsgəran, Naxçıvanik və Xanabad demək olar ki, alınmışdı. Mən Xocalı milis 

şöbəsinin rəisi, milis mayoru Sabir Məmmədovla birlikdə döyüşü müşayiət edirdim. Birdən Dadaş Rzayev 

«UAZ» markalı maşında gəlib, yanımızda dayandı. 

Dadaş Rzayev döyüş bölgəsinə  gələndən sonra bizim texnikalar geri çəkilməyə başladı. O zaman 

Naxçıvanikdə ermənilər bizim piyadaları mühasirəyə alıb qırdılar. Xəlil Rza Ulutürgün oğlu Təbriz də o oyunun 

qurbanı oldu. Naxçıvanikdə öldürüldü. Demə, Dadaş Rzayev Bakı ilə danışıb, «Əsgəranı almaq» şad xəbərini 

çatdıranda Bakıdan—«Əsgəranı almaq nədir, geri qayıdın» əmri verilmişdi. Bəli, döyüşən texnika Bakıdan idarə 

olunurdu. 

Əgər Mütəllibovun Xocalının verilməsindən xəbəri yox idisə, haradan bilirdi ki, ermənilər xocalıların 

çıxması üçün 300 metr enində Ağdama tərəf koridor qoyublar. Heç demə, ermənilər Mütəllibovu aldadıbmış. 

Dünyada siyasət çox, Azərbaycanda da siyasətbazlar dəstə-dəstə. Elə bu dəstələrin fikir birliyi olmamasının 

qurbanı olmadımı xocalılar? 

İndi də ona görə Xocalı  qırğınının səbəbkarı üzə  çıxarılmır ki, burda hər iki tərəfin, həm demokratik 

blokun, həm də o zamankı prezident aparatının günahı var. 

... Budur, açın varaqlayın, oxuyun, yadda saxlayın  əsrin faciəsini. Siyasət qurbanı xocalıların başına 

açılan müsibətləri. 

 

 





Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə