Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə10/44
tarix07.04.2017
ölçüsü3,44 Mb.
#13625
1   ...   6   7   8   9   10   11   12   13   ...   44

www.vivo-book.com 

 

132 



möhtərəm  qubernator  həzrətləri.  Qoy,  o  bizim  ona  edə 

bilmədiklərimizi özü-özünə eləsin”. 

Ġstəməzdim  ki,  siz  Con  Koffini  unudasınız,  ən  azından 

baĢladığım  bu  hekayəni  bitirənədək...  O  Con  Koffini  ki,  çarpayısına 

güclə  yerləĢirdi;  o  Con  Koffini  ki,  qaranlıqdan  qorxurdu,  bəlkə  də 

onun  qorxmaq  üçün  əsaslı  bir  səbəbi  vardı,  çünki  qaranlıqda  onu 

yalnız  iki  sarıĢın  saçlı  balaca  qızcığazın  kölgələri  gözləmirdi,  –  yox, 

artıq  balaca  qızcığazlar  deyil,  indi  onu  qisasçı  və  kinli  harpiyalar  – 

tufan  ilahələri  –  gözləyirdi;  o  Con  Koffini  ki,  gözlərindən,  heç  vaxt 

sağalmayacaq yaradan axan qan kimi, aramsız yaĢlar axırdı.  

 

 



 

7 

 

 



 

Beləliklə,  BaĢçı  yandı,  Prezident  isə  getdi,  amma  çox  uzağa 

deyil  –  sadəcə,  Kold  Mauntində  ömürlük  həbs  cəzasına  məhkum 

edilmiĢ təxminən yüz əlli sakinin əksəriyyətinin evi olan “C” blokuna. 

Bundan sonra Prezident hələ on iki il yaĢadı. 1944-cü ildə o, həbsxana 

camaĢırxanasında  suda  boğularaq  öldü.  Lakin  bu  Kold  Mauntin 

həbsxanasındakı camaĢırxana deyildi, çünki o camaĢırxana hələ 1933-


www.vivo-book.com 

 

133 



cü  ildə  bağlanmıĢdı.  Məncə,  bunun  məhbuslar  üçün  heç  bir  fərqi 

yoxdur – divarlar hər yerdə divardır və məhbusların dediyi kimi, Qoca 

Qığılcım  balaca  bir  daĢ  kamerada  da,  Kold  Mauntindəki  anbar 

otağında da eyni dərəcədə öldürücüdür.  

Prezidentə  gəlincə,  kimsə  onun  baĢını  kimyəvi  quru  təmizləmə 

məhlulunun  olduğu  bakın  içinə  salmıĢdı.  Mühafizəçilər  onun  baĢını 

bakın  içindən  çıxaranda,  üzü  tamam  əriyərək  yoxa  çıxmıĢdı.  Onun 

kimliyini  barmaq  izləri  ilə  müəyyənləĢdirməli  oldular.  Belə  baxanda, 

məncə,  o,  canını  Qoca  Qığılcımın  qucağında  tapĢırsaydı,  ölümü  daha 

əzabsız olardı... amma onda da indi yaĢadığı on iki ili yaĢaya bilməzdi, 

elə  deyilmi?  Onun  bütün  bunlar  haqqında  düĢündüyünə  inanmağım 

gəlmir;  bəlkə,  həyatının  son  anlarında,  ağ  ciyərlərinin  kimyəvi 

təmizləmə  üçün hazırlanmıĢ  torta suyunu içinə çəkməyə  cəhd edəndə 

düĢünüb?  

Onu öldürənin kim olduğunu tapa bilmədilər. Həmin vaxt islah-

əmək koloniyasında iĢləmirdim, lakin Harri Tervilliger bu haqda mənə 

öz  məktubunda  yazmıĢdı.  “Onun  cəzasını  böyük  ehtimalla  ağdərili 

olduğuna görə yüngülləĢdirmiĢdilər, – Harri yazırdı, – lakin sonunda o 

öz  cəzasına  çatdı.  Mən  bu  hadisəyə  uzun  müddət  təxirə  salınmıĢ, 

amma sonunda icra edilmiĢ edam kimi baxıram”.  

Prezident  gedəndən  sonra  “E”  blokunda  əməlli-baĢlı  sakitlik 

yaranmıĢdı. Din ilə Harrini müvəqqəti olaraq baĢqa yerə keçirmiĢdilər 

və qısa bir müddət YaĢıl Mildə yalnız mən, Persi və Brutus qalmıĢdıq. 


www.vivo-book.com 

 

134 



Əslində,  Brutusla  mən  qalmıĢdıq  desəm,  daha  doğru  olardı,  çünki 

Persi  çox  vaxt  bizə  qaynayıb-qarıĢmır,  ayrı  gəzir  və  ünsiyyətdən 

qaçırdı.  Sizə  deyim  ki,  bu  cavan  oğlan  iĢdən  yayınmaqda,  bir  iĢin 

qulpundan  tutmayıb  avara-avara  gəzməkdə  mahir  idi.  BaĢqa  uĢaqlar, 

Harrinin  dediyi  kimi,  çənə  vurmaq  üçün  kifayət  qədər  tez-tez  bizim 

yanımıza  (lakin  yalnız  Persinin  ortalıqda  görünmədiyi  vaxtlarda) 

gələrdilər.  Belə  günlərin  böyük  əksəriyyətində  siçan  da  birdən 

haradansa  peyda  olardı.  Biz  ona  yemək  verirdik,  o  da  yeməyini 

yeyərkən,  Hz.Süleyman  peyğəmbər  kimi  təntənəli  bir  görkəm  alaraq, 

parıldayan muncuq gözlərini bizdən çəkməzdi.  

Hətta  Persinin  bizimlə,  adətən,  olduğundan  daha  tez-tez 

öcəĢməsinə baxmayaraq, bir neçə sakit və rahat həftə keçirdik. Lakin 

hər  yaxĢı  Ģeyin  sonu  olduğu  kimi,  bunun  da  sonu  gəldi  və  iyulun 

axırlarında, yağıĢlı bazar ertəsi günündə – deyəsən, həmin yayın necə 

yağıĢlı  və  rütubətli  olduğunu  demiĢdim,  elə  deyilmi?  –  mən  açıq  bir 

kameranın içindəki çarpayıda oturub Eduard Delakruanı gözləyirdim.  

O, gözləmədiyimiz səs-küylə gəldi. Gəzinti həyətinə çıxan qapı 

günəĢ  iĢığını  içəri  buraxaraq  zərblə  açıldı  və  qarmaqarıĢıq  zəncir 

cingiltisi  ilə  birlikdə  yarı  ingilis-yarı  cənubi  amerkan  fransız 

ləhcəsində  (Kold  Mauntindəkı  yerli  ləhcədə  danıĢan  məhbuslar  bunu 



da  “bayu”  –  hürən  adlandırırdılar)  anlaĢılmaz  bir  donqultu  və 

Brutusun qıĢqırığı eĢidildi: 

– Ey! Daha bəsdir, dayan! Allah xatirinə, daha bəsdir, Persi! 


www.vivo-book.com 

 

135 



Mən, demək olar ki, Delakruanın çarpayısında mürgü vururdum, 

lakin  Brutusun  qıĢqırdığını  eĢidəndə  ayılaraq  cəld  sıçrayıb  yerimdən 

qalxdım,  ürəyim  sinəmdə  elə  döyündü  ki,  elə  bil,  bu  dəqiqə  ağzıma 

gələcəkdi.  Persi  “E”  blokuna  gələnədək  burada,  demək  olar  ki,  heç 

vaxt belə səs-küy olmurdu; o bu səs-küyü buraya, pis bir iy kimi, özü 

ilə birlikdə gətirmiĢdi. 

– Hə, tərpən görüm, səni lənətə gəlmiĢ fransız əxlaqsızı! – deyə 

Persi  Brutusa  heç  bir  məhəl  qoymadan  bağırırdı.  Budur  o,  qapıda 

göründü, bir əli ilə keqlya – keql oyunu üçün çəlik – boyda olan balaca 

bir  adamı  öz  arxasınca  dartırdı.  O  biri  əlində  isə  öz  dəyənəyini 

tutmuĢdu. Persinin  üzü gərginlikdən həm qızarmıĢ,  həm  də  əyilmiĢdi 

və  qəzəbindən  diĢlərini  qıcırdadırdı.  Bununla  belə,  üzündən  

bədbəxtlik  ifadəsi  yağmırdı.  Delakrua  onunla  ayaqlaĢmağa  çalıĢırdı, 

lakin ayağındakı dəmir buxovlar buna maneçilik törədirdi. O, nə qədər 

sürətlə  addımlamağa  çalıĢsa  da,  Persi  onu  daha  sürətlə  çəkirdi. 

Kameradan vaxtında çıxıb onu tutmasaydım, üzü üstə yerə yıxılacaqdı. 

Və məhz bu yolla Del və mən bir-birimizlə tanıĢ olduq.  

Persi  üstünə  hücum  çəkərək  dəyənəyi  ilə  Delakruanı  vurmaq 

istəyəndə  mən  onu  bir  əlimlə  tutdum.  Elə  bu  dəmdə  Brutus  qaçaraq 

tövĢüyə-tövĢüyə bizə yaxınlaĢdı, o da mənim kimi baĢ verənlərdən bir 

balaca özünü itirmiĢdi və pərt görünürdü.  

–  Ona  deyin  ki,  daha  məni  vurmasın,  müsyö,  –  deyə  Delakrua 

yalvardı. – Sil vu ple, sil vu ple! XahiĢ edirəm! 


www.vivo-book.com 

 

136 



– Məni buraxın, buraxın məni! – deyə Persi ona tərəfə dartınaraq 

bağırırdı.  O  öz  dəyənəyi  ilə  Delakruanın  çiyninə  vurmağa  baĢladı  və 

Delakrua fəryad çəkərək əlini havaya qaldırdı, dəyənək isə onun mavi 

rəngli həbsxana köynəyinin qolunu döyəcləməyə davam edirdi. Həmin 

axĢam  onu  köynəksiz  gördüm,  adamın  bütün  bədəni  gömgöy 

qançırlarla dolu idi. Bu qançırlara baxanda ürəyim ağrıdı. O, heç kimin 

sevimlisi deyildi, əlbəttə ki, qatil idi, lakin “E” blokunda məhbuslarla 

belə davranmırdıq – ən azından, Persi bura gəlincə.   

– Ey, heeyy! – deyə bağırdım. – Bir dur görüm! Sən nə elədiyini 

sanırsan? 

Mən  Delakrua  ilə  Persinin  arasına  girməyə  çalıĢdım.  Amma 

cəhdim bir iĢə yaramadı. Persinin dəyənəyi gah mənim bir tərəfimdən, 

gah da digər tərəfimdən zərbələri endirməyə davam edirdi. Gec-tez bu 

zərbələrdən  biri  öz  hədəfindən  yayınıb  mənə  tuĢ  gələcəkdi  və  onda, 

onun  qohumlarının  kimliyindən  asılı  olmayaraq,  elə  buradaca, 

dəhlizdə  mərəkə  baĢlayacaqdı.  Əgər  onun  öhdəsindən  tək  gələ 

bilməsəm,  yaxınlıqda  dayanmıĢ  Brutus  böyük  məmnuniyyətlə  mənə 

kömək  edəcəkdi.  Bir  tərəfdən  də  indi  təəssüf  edirəm  ki,  biz  bunu 

etmədik;  kaĢ  edəydik.  Əgər  biz  onu  o  vaxt  yaxĢıca  kötəkləsəydik, 

sonrakı bəzi Ģeylər, yəqin, baĢ verməzdi. 

–  Lənətə  gəlmiĢ  pozğun!  Sənə  əllərini  dinc  saxlamağı 

öyrədərəm, alçaq ibnə! 



www.vivo-book.com 

 

137 



Dup! Dup! Dup! Və birdən Delakruanın qulağından qan axdı və 

o,  qanı  görüb  qıĢqırmağa  baĢladı.  Öz  bədənimlə  Delakruanı  daha 

qoruya  bilməyəcəyimi  anlayıb,  cəld  onun  çiynindən  yapıĢaraq, 

kameranın  içinə  çəkdim.  Kameraya  girən  kimi  Delakrua  üzüqoylu 

çarpayıya  yıxıldı.  Persi  mənim  ətrafımdan  dolanıb  onun  arxasına 

sonuncu  zərbəni  endirdi,  –  yarımçıq  qalmasın  deyə.  Brutus  onun  – 

Persinin demək istəyirəm – çiynindən tutaraq dəhlizə çıxardı.  

Mən  kameranın  qapısını  relsləri  ilə  sürüĢdürərək  bağladım. 

Sonra Persiyə tərəf döndüm, qəribə bir hiss vardı, elə bil, çaĢqınlığımla 

pərtliyim  içimdə  baĢ  qaldırmıĢ  qəzəb  hissi  ilə  ölümünə  çarpıĢırdı. 

Həmin vaxt Persi artıq bir neçə ay idi ki, bizimlə iĢləyirdi, bu müddət 

hamımızın onu qətiyyən sevmədiyimizi anlaması üçün kifayət etmiĢdi, 

lakin mən onun nə dərəcədə azğın olduğunu ilk dəfə məhz həmin gün 

dərk etdim.  

O  dayanıb  mənə  baxırdı,  üz  ifadəsindən  qorxduğu  bəlli  idi  – 

onun  ağciyərliyinə  heç  vaxt  Ģübhəm  olmayıb,  –  amma  qorxu  ilə 

yanaĢı,  üz  ifadəsində  qohumluq  əlaqələrinin  onu  qoruyacağına  bir 

əminlik də vardı. Bunu düĢünməkdə haqlı idi. Güman edirəm ki, bütün 

bu  danıĢdıqlarımdan  sonra  da,  “bu,  necə  ola  bilər”  –  deyə  düĢünən 

insanlar olacaq, çünki insanlara “Böyük Depressiya” sözü yalnız tarix 

kitablarından  tanıĢdır.  Əgər  həmin  dövrdə  yaĢamıĢ  olsaydınız,  sizin 

üçün  bu  sözlər  kitabda  oxuduğunuzdan  daha  dərin  məna  kəsb  edərdi 



www.vivo-book.com 

 

138 



və əgər o dördə daimi iĢ  yeriniz olsayda, siz öz iĢinizi qorumaq üçün 

nələr etməzdiniz!  

Persinin  üzündəki  qızartı  yavaĢ-yavaĢ  keçib  gedirdi,  lakin 

yanaqları hələ də alıĢıb yanırdı, həmiĢə səliqə ilə arxaya daranmıĢ və 

brilyantinlə  –  saça  sürtülən  ətirli  maddə  ilə  –  parıldayan  saçları  isə 

səliqəsiz Ģəkildə alnına tökülmüĢdü.  

–  Allah  xatirinə,  de  görüm,  bu  nə  biabırçılıqdır?  –  deyə  səsimi 

ucaldaraq ondan soruĢdum.  – Mənim blokumda  heç vaxt  – heç vaxt, 

eĢidirsənmi? – məhbusun döyülməsinə yol verməmiĢəm!  

–  Bu  pozğun  əclafı  görürsənmi...  onu  furqondan  düĢürəndə 

mənim  həcəmətimi  əlləĢdirməyə  çalıĢdı,  –  Persi  cavab  verdi.  –  O, 

cəzasını alacaq, onun dərsini hələ verəcəm. 

Mən  ona  baxır,  təəccübdən  nə  deyəcəyimi  bilmirdim.  Yer 

üzündə  Persinin  indicə  mənə  dediyi  Ģeyi  edəcək  acgöz  bir 

homoseksualın  ola  biləcəyini  təsəvvür  edə  bilmirdim.  YaĢıl  Mildəki 

dəmir  barmaqlı  mənzilə  köçməyə  hazırlıq,  bir  qayda  olaraq,  hətta  ən 

pozğun məhbusların belə seksual həvəsini oyatmır.  

Geri  çevrilib  Delakruaya  baxdım.  O,  hələ  də  çarpayıda  uzanıb 

zərbələrdən  qorunmaq  üçün  üzünü  əlləri  ilə  örtmüĢdü.  Onun 

biləklərinə  qandal,  topuqlarına  isə  zəncirli  buxovlar  vurulmuĢdu. 

Dönüb yenə Persiyə baxdım. 

– Get buradan, – dedim. – Səninlə sonra danıĢacağam.  



www.vivo-book.com 

 

139 



–  Sən  bunu  öz  raportunda  yazacaqsan?  –  Persi  istehza  ilə 

soruĢdu.  –  Əgər  yazacaqsansa,  bil  ki,  mən  də  öz  raportumu  yaza 

bilərəm.  

Mən  heç  bir  raport  yazmaq  fikrində  deyildim,  sadəcə,  onun 

gözümün önündən itilməsini istəyirdim və ona elə bunu da dedim. 

–  Məsələ  qapandı,  –  deyərək  söhbəti  bitirdim.  Brutusun  mənə 

narazı baxıĢlarla baxdığını görsəm də, ona əhəmiyyət vermədim. – Hə, 

tərpən... sürüĢ buradan! Ġnzibati Ģöbəyə get və onlara de ki, məktubları 

oxumalısan və qablaĢdırma otağındakılara kömək etməlisən.  

–  YaxĢı,  –  deyə  cavab  verdi.  Deyəsən,  soyuqqanlılığını  bərpa 

etmiĢdi ya da  soyuqqanlılığını əvəz edən axmaq təkəbbürünü... Alnına 

tökülmüĢ saçlarını yeniyetmə qız əli kimi xırda, yumĢaq və ağ əli ilə 

geri  darayandan  sonra  kameraya  yaxınlaĢdı.  Onun  yaxınlaĢdığını 

görəndə  Delakrua  ingilis  və  fransız  dillərinin  qarıĢığında  nəsə 

donquldanaraq çarpayısında bir az da büzüĢdü.  

– Səninlə hələ iĢimiz bitməyib, Pyer, – deyə Persi onu hədələdi 

və birdən çiynində Brutusun nəfəsini hiss edib səksəndi.  

– Yox, sən hər Ģeyi bitirmisən, – Brutus dedi. – Ġndi isə yoluna 

davam elə. Havaya çıxıb sərinlə. 

–  Sən  məni  qorxuda  bilməzsən,  –  Persi  mırıldandı.  –  Əsla 

qorxuda bilməzsən! – Bu zaman onun nəzərləri mənə tərəf yönəldi. – 

Heç  biriniz  məni  qorxuda  bilməzsiniz.  –  Amma,  deyəsən,  biz  onun 

canına əməlli-baĢlı vəlvələ salmıĢdıq. Bu, onun gözlərindən oxunurdu 


www.vivo-book.com 

 

140 



və bu da onu daha təhlükəli edirdi. Persi kimi bir adam özü də bilmir 

ki, növbəti dəqiqə, hətta növbəti saniyə ondan nə gözləmək olar.  

Lakin o vaxt bir Ģeyi düzgün elədi – geri çevrilib dəhlizlə iri və 

təkəbbürlü  addımlarla  bizdən  uzaqlaĢdı.  Arıq  və  daz  bir  fransız  onun 

xayasını  əlləĢdirmək  fikrinə  düĢəndə  nə  baĢ  verə  biləcəyini  öz 

aləmində  bütün  dünyaya  göstərmiĢdi  və  indi  isə  o,  döyüĢ  meydanını 

qalib kimi tərk edirdi.  

Mən,  radiomuz  –  Uydurulmuş  Bal  Zalı    Bizim  Qızın  Bazar 



Günü  proqramları  –  olduğu  və  əgər  özünü  yaxĢı  apararsa,  bizim  də 

onunla  düzgün  rəftar  edəcəyimiz  haqqında  əvvəlcədən  hazırlanmıĢ 

nitqimi  söyləməyə  baĢladım.  Söylədiyim  qısa  moizə,  əlbəttə  ki,  ən 

böyük  müvəffəqiyyətim  deyildi.  Mən  danıĢarkən  o,  çarpayıda 

büzüĢmüĢ  vəziyyətdə  oturub  durmadan  ağlayır,  məndən,  mümkün 

olduqca,  uzaq  durmağa  və  eyni  zamanda,  çarpayının  ucundan  küncə 

yıxılmamağa  çalıĢırdı.  Mən  hər  dəfə  yerimdən  tərpənəndə  o, 

yaltaqcasına  büzüĢürdü  və  böyük  ehtimalla  heç  altı  sözümdən  birini, 

ya da daha azını düz-əməlli eĢitmirdi. Hər halda, söylədiyim moizənin 

onun üçün bir məna kəsb etdiyini düĢünmürəm.  

On beĢ dəqiqə sonra mən yenə növbətçi masasının yanında idim, 

Brutus  Hovell  sarsılmıĢ  görkəmlə  masanın  arxasında  oturub 

ziyarətçilərin  qeydiyyat  jurnalının  vərəqləri  arasında  saxladığımız 

karandaĢın ucunu yalayırdı.  



www.vivo-book.com 

 

141 



– Allah xatirinə, nə qədər ki, zəhərlənməmisən, bu vərdiĢi tərgit, 

– deyə onu məzəmmət etdim.  

– Ey Qadir Allahım, – o, nərildəyərək karandaĢı masanın üstünə 

qoydu. – Blokumuza məhbus gələndə bir də belə qalmaqal olmasın, ya 

Rəbb! 

– Atam həmiĢə deyərdi, bəla üç-üç gəlir, – deyə ona səsləndim. 



–  Ümid  edirəm  ki,  sənin  atan  bu  sözləri  deyəndə  çox  ciddi 

Ģəkildə  yanılıb,  –  Brutus  dilləndi.  Lakin  əfsuslar  olsun  ki,  atam 

yanılmamıĢdı. Con Koffi gələndə də səs-küy aləmi baĢına almıĢdı, elə 

Azğın  Billi  gələndə  də  güclü  qalmaqal  olmuĢdu.  Nə  qədər  qəribə  də 

olsa,  deyəsən,  bəla  elə  həqiqətən  mənim  atamın  dediyi  kimi  üç-üç 

gəlirdi.  Azğın  Billi  ilə  necə  tanıĢ  olmağımız  və  YaĢıl  Milə  daxil 

olarkən  onun  qətl  törətməyə  necə  cəhd  etdiyi  haqqında  hekayə  hələ 

qabaqdadı və mən bu hekayəmə qısa müddətdən sonra baĢlayacağam; 

sadəcə, sizi xəbərdar etmək istədim. 

–  Delakruanın  onun  həcəmətini  əlləmək  istəməsi  ilə  bağlı 

deyilənlər nə məsələdir? – deyə Brutusdan soruĢdum.  

Brutus hiddətlə fınxırdı:  

–  Onun  topuqlarına  buxov  vurulmuĢdu,  gözəlim  Persi  isə  onu 

həddən  artıq  bərk  çəkirdi,  vəssalam,  Ģüdtamam!  Buna  görə  də 

Delakrua furqondan çıxanda az qala ayağı iliĢib yıxılacaqdı. Yıxılmaq 

üzrə olan bütün insanlar kimi, o da özünü qorumaq üçün əllərini irəli 



www.vivo-book.com 

 

142 



uzatdı və bir əli Persinin Ģalvarının önünə sürtüldü. Bu, tam bir təsadüf 

idi.  


–  Persi  bunun  təsadüf  olduğunu  baĢa  düĢmüĢdümü,  necə 

düĢünürsən?  –  soruĢdum.  –  Səncə,  ola  bilərmi  ki,  bütün  bunları  o, 

sadəcə Delakruanın üstünə xoruzlanmaq, onu bir qədər əziĢdirmək və 

bir  də  ona  burada  kimin  ağa  olduğunu  göstərmək  istədiyindən, 

yalandan uydurmuĢ olsun?  

Brutus razılıq əlaməti olaraq yavaĢca baĢını yırğaladı. 

– Hə, düĢünürəm ki, elə belə də olub.  

– Əgər elədirsə, biz ona göz qoymalıyıq,  – deyə barmaqlarımla 

saçlarımı  daradım.  Elə  bil  baĢqa  dərd-sərimiz  az  idi.  –  Aman  Allah, 

hər Ģeydən necə də bezmiĢəm. Elə o da məni cana yığıb.  

–  Hə,  mən  də  bezmiĢəm.  Bir  də  bilirsənmi  nə  var,  Pol?  Onu 

qətiyyən  baĢa  düĢə  bilmirəm.  Gözəl  əlaqələri  var,  baĢa  düĢürəm, 

buracan problem yoxdur. BaĢa düĢmədiyim baĢqa Ģeydir – niyə bu cür 

əlaqələri Ģtatın baĢqa müəssisəsində deyil, məhz bu lənətə gəlmiĢ YaĢıl 

Mil  kimi  bir  yerdə  iĢə  düzəlmək  üçün  istifadə  etsin,  axı?  Niyə  Ģtatın 

senatında dövlət qulluqçusu kimi, ya da qubernatorun görüĢlərini təyin 

edən bir iĢçi kimi iĢə düzəlməsin? Əminəm ki, əgər o, qohumlarından 

bunu  xahiĢ  etsəydi,  ona  daha  yaxĢı  bir  iĢ  tapa  bilərdilər.  YaxĢı,  bəs 

onda nə üçün məhz buranı seçib? 


www.vivo-book.com 

 

143 



Mən yalnız baĢımı buladım, çünki bunun səbəbini bilmirdim. O 

vaxt  mənim  bilmədiyim  çox  Ģeylər  vardı.  Yəqin  o  vaxt  mən,  sadəcə, 

sadəlövh idim.  

 

 



 

 



Ondan  sonra  hər  Ģey  yenidən  qaydasına  düĢdü...  ən  azından  bir 

müddət.  Qraflığın  inzibati  mərkəzində  Con  Koffinin  məhkəməsinə 

hazırlıq  iĢləri  gedirdi  və  Trapinqus  qraflığının  Ģerifi  Homer  Kribus 

Linç  mühakiməsinin  ədliyyə  sistemini  sürətləndirə  biləcəyi  ideyası 

haqqında  boĢ  ĢiĢirtmə  sözlər  danıĢırdı.  Bütün  bunlar  bizim  vecimizə 

deyildi; “E” blokunda heç kim yeniliklərə elə bir əhəmiyyət vermirdi. 

YaĢıl Mildə həyat bir növ səs keçirməyən otaqdakı həyatı xatırladırdı. 

VaxtaĢırı bizim blokun xaricindəki dünyada bəlkə də partlayıĢlar olan 

boğuq səslər eĢitmək mümkün idi, vəssalam. Con Koffinin iĢi ilə bağlı 

onlar  yəqin  ki,  tələsməyəcəkdilər,  çünki  bu  cinayəti  məhz  onun 

törətdiyinə əmin olmaq istəyirdilər.  

Persi Delakruanı yenə də bir-iki dəfə incitdi. Bunu görəndə mən 

onu  bir  kənara  çəkdim  və  dedim  ki,  kabinetimə  gəlsin.  Bu,  Persi  ilə 

onun davranıĢı haqqında nə birinci, nə də sonuncu söhbət oldu. Lakin 

məni  bu  söhbətlərə  sövq  edən  Ģey  Persinin  necə  bir  hərif  olduğunu 


www.vivo-book.com 

 

144 



aydın  Ģəkildə  baĢa  düĢməm  idi.  Onun  köksündə  heyvanlara  baxmaq 

üçün deyil, onların qəfəslərinə daĢ atmaq üçün zooparka gedən qəddar 

bir oğlan uĢağının qəlbi döyünürdü.  

–  Ondan  uzaq  dur,  adamı  rahat  burax,  dərhal,  məni  baĢa 

düĢdünmü?  – dedim.  – Əgər sənə ora  yaxınlaĢmağın  üçün xüsusi bir 

tapĢırıq verməsəm, kameraya yaxınlaĢma! 

Persi  əvvəlcə  barmaqları  ilə  saçlarını  geri  daradı,  sonra  isə  öz 

yumĢaq  və  balaca  əlləri  ilə  onları  ehmallıca  oxĢadı.  Bu  adamın  öz 

saçlarına toxunmaqdan yaman xoĢu gəlirdi.  

–  Mən  onu  incidəcək  heç  nə  etmirdim,  –  Persi  cavab  verdi.  – 

Sadəcə,  soruĢdum  ki,  balaca  uĢaqları  yandıranda  hansı  hissləri 

keçirirdi,  vəssalam.  –  Persi  gözlərini  geniĢ  açaraq  məsum  baxıĢlarını 

mənə zillədi.  

–  Sənə  deyirəm,  əgər  buna  son  qoymasan,  raport  yazmalı 

olacağam, – deyə onu hədələdim.  

– Nə yazırsan, yaz! – deyə gülərək cavab verdi. – Sonra da mən 

öz raportumu yazaram, bura ilk gəldiyim gün sənə dediyim kimi. Onda 

baxarıq, kim qalib gələcək. 

Əllərimi masanın üstünə dayayaraq irəli əyildim və gizli bir sirri 

açan  dost  kimi  səslənəcəyinə  ümid  etdiyim  bir  tonla  danıĢmağa 

baĢladım. 

–  Brutus  Hovellin  səndən  heç  xoĢu  gəlmir,  –  deyə  astadan 

pıçıldadım. – Hamıya da bəllidir ki, onun kimdənsə xoĢu gəlməyəndə, 


www.vivo-book.com 

 

145 



öz raportunu  yazır. Onu da deyim ki,  onun qələmlə heç arası  yoxdur 

və  öz  karandaĢını  yalamaqdan  heç  cür  əl  çəkə  bilmir,  ona  görə  də 

Brutus öz raportlarını yumruqları ilə yazmağa üstünlük verir. Əminəm, 

mənim nə demək istədiyimi baĢa düĢürsən.  

Persinin  üzündəki  özündənrazı  və  təkəbbürlü  təbəssüm  anında 

yox olub getdi.  

– Sən bununla nə deməyə çalıĢırsan? 

–  Mən  heç  nə  deməyə  çalıĢmıram.  Demək  istədiyimi  artıq 

dedim.  Əgər  aramızda  olan  bu  söhbəti  öz  dostlarına  ümumiyyətlə, 

kiməsə  desən,  deyəcəyəm  ki,  sən  bunları  özündən  uydurmusan.  – 

Onunla  danıĢarkən  gözlərinin  düz  içinə  baxırdım.  –  Əlavə  edim  ki, 

səninlə dost olmağa çalıĢıram, Persi. Deyirlər, arifə bir iĢarə kifayətdir. 

Hər Ģey bir yana, de görüm, Delakruaya görə özünə problem yaratmaq 

sənin nəyinə lazımdır, axı? Məncə, o, buna dəymir.  

Persi ilə elədiyim bu söhbət bir müddət iĢə yaradı. Sülh bərqərar 

olmuĢdu.  Mən  hətta  Din  və  Harri  ilə  birlikdə  Delakruanı  hamama 

müĢayiət  etməsi  üçün  Persini  də  göndərə  bildim.  AxĢamlar  radio 

oxuyurdu, Delakrua da “E” blokunun gündəlik rejiminə uyğunlaĢaraq 

yavaĢ-yavaĢ özünə  gəlməyə baĢlamıĢdı; korpusumuzda  əmin-amanlıq 

hökm sürürdü.  

Lakin bir axĢam onun bərkdən güldüyünü eĢitdim.  

Elə  bu  dəmdə  növbətçi  masasının  arxasında  oturmuĢ  Harri 

Tervilliger  də  gülməyə  baĢladı.  Delakruanı  güldürən  Ģeyin  nə 


www.vivo-book.com 

 

146 



olduğunu  öyrənmək  üçün  yerimdən  qalxıb  onun  kamerasına  tərəf 

yollandım.  

– Bir buna bax, kapitan! – məni görən kimi o dedi. – Mən özüm 

üçün bir siçan əhliləĢdirmiĢəm! 

Bu,  Paroxod  Billi  idi,  Delakruanın  kamerasındaydı.  Üstəlik,  o, 

Delakruanın  çiynində  oturub,  öz  muncuq  gözləri  ilə  dəmir 

barmaqlıqların  arasından  sakitcə  bizə  baxırdı.  Onun  tüklü  quyruğu 

yenə  pəncələrinin  ətrafına  dolanmıĢdı  və  siçan  kənardan  tamamilə 

sakit  görünürdü.  Delakruanın  özünə  gəlincə,  dostum,  siz  onu  tanıya 

bilməzdiniz,  tamamilə  baĢqa  adam  idi,  elə  bil,  cəmi  bir  həftə  əvvəl 

çarpayının küncünə qısılaraq tir-tir əsən adam o deyildi. Ġndi o, səhər 

tezdən  aĢağı  enərək  oradakı  hədiyyələri  görüb  sevinən  qızımı 

xatırladırdı.  

–  Hələ  bir  bura  bax,  –  Delakrua  təkrar  etdi.  Siçan  onun  sağ 

çiynində oturmuĢdu. Delakrua sol əlini uzatdı. Siçan çevik hərəkətlərlə 

Delakruanın  saçlarından  (onun baĢının arxa hissəsində saçları  kifayət 

qədər sıx idi) tutaraq baĢına dırmaĢdı. Sonra o biri tərəfdən aĢağı endi. 

Siçanın  yumĢaq  tüklü  quyruğu  onun  boynunu  qıdıqladığından, 

Delakrua  astadan  gülərək  qaqqıldadı.  Siçan  Delakruanın  qolu  ilə  ta 

biləyinə  qədər  qaçdı,  sonra  dönərək  geri  qayıtdı.  Onun  sol  çiyninə 

çatanda yenə tüklü quyruğunu pəncələrinin ətrafına dolayaraq oturdu.  

– Allah məni öldürsün! – Harri heyrətlə qıĢqırdı. 



Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin