Seyidov miRİŞ MÜASİr etiket ensiklopediyasi



Yüklə 8,07 Mb.
Pdf görüntüsü
səhifə14/21
tarix03.12.2019
ölçüsü8,07 Mb.
#29785
1   ...   10   11   12   13   14   15   16   17   ...   21
Muasir etiket ensiklopediyasi 100 meslehet


GEYİMLƏ
 QARŞILAYIRLAR
Geyim
İnsanın
 
mədəniyyətini həm də gözəl geyim nəzə­

 çarpdırır. Geyim nə qədər məqsədəuyğun və cəlb­
edici
 
olsa,
 bir 
o qədər etiket qaydalarına cavab verər. 
Zövqlə
 
seçilmiş geyim,
 xoşagələn xarici görünüş insa­
nı əzmli,
 inamlı və ciddi 
göstərir. 
Yaxşı geyinmək 
üçün heç də qarderobun paltarla dolu olması vacib 
deyil.
 
Burada 
əsasən zövqə 
və dəbə üstünlük verilmə­
lidir.
İctimai
 
şəraitdə, müəyyən vaxtda
 
geyimə, 
zinət 
əşyalarına və 
şairəyə 
münasibətdə bu və ya başqa zöv­
qün üstünlüyü 
dəb adlanır. Bunlar görünüşə təbiilik 
verir.
 Dəbdə hüdud,
 vaxt, zövq və yaş nəzərə
 alınır.
Geyimin
 
gözəlliyi
 
onun təyinatından
 asılıdır: iş 

 ev,
 bayram və şəhərkənarı gəzinti geyimləri.
Yalnız gözəgəlimli, boy-buxunlu, yaraşıqlı, incə 
hərəkətli
 
və mədəni danışıqlı insanlara zərif geyimlər 
çox
 yaraşır.
Müasir 
dəb yalnız hərtərəfli deyil, o həm 
də çox 
hərəkətli
 
və demokratikdir. Ümumiyyətlə, dəbə fərdi 
yanaşmaq
 
lazımdır. Dəbdə dəqiqlik və daimi gözəllik 
yoxdur.
 Dünən
 
münasib olan bu gün yaxşı ola bilər, sa­
bah isə onu çoxları qəbul edər. Bəziləri dəbi 
çox tez 
götürürlər. Bu əsasən gənclərə aiddir. 
Çünki gənclər 
sabitliyin
 və
 köhnəliyin tərəfdarı deyillər,
 dəbdə olan 
geyimlərin
 tələbinə çox 
tez uyğunlaşırlar.
Müasir,
 
universal 
geyimlər - jilet, sviter (toxun­
muş yun 
köynək), köynək, 
yubka, tuman, şalvar və on­
ların
 müxtəlif cür istifadəsi 
yeni gejim variantı 
yaratması
 
ilə
 fərqlənir. Bünunla bərabər, 
aksessuara 
(əlavə
 şeylərə) 
və rənglərə 
əhəmiyyət verilir. 
Gənclərin 
uydurmaları, 
xülyaları,
 hər şeyi istədikləri 
kimi istifa­

 etmələri, 
geyimi dəbə uyğunlaşdırıb, yaraşdırmaq 
istəyi yüksək qiymətləndirilir. İstəyimizdən
 asılı 
olma­
yaraq, dəb cəmiyyətin ümumi tələbidir, marağıdır və 
əksəriyyətin həvəsi, zövqü kimi meydana çıxmışdır. 
Dəb
 
yaşa,
 zövqə və
 imkana görə 
dəyişir.
Dəb
 xoşa
 gəlməyə bilərmi? Əlbəttə, bu mümkün­
dür.
 
Dəbə kor-koranə aludə olunmamalıdır. Həm 
də 
dəb
 çox dəyişkəndir,
 onun 
tələbləri ümumi göstərişdir. 
Dəblə geyinmək üçün nə lazımdır? Hər bir şəxs dəbin 
tələbini nəzərə alıb, onu özünə uyğunlaşdırmalıdır.
Küçədə, nəqliyyatda cavanların geyimindən və 
xarici görünüşündən 
qocaların tez-tez 
hiddətləndikləri­
nin
 
şahidi
 oluruq.
Yeniyetmə
 
gənclər saçlarının düzümünə, geyimlə­
rinə,
 bəzək əşyalarına
 
görə valideynləri və tərbiyəçilə­
ri tərəfindən tez-tez 
təmbeh 
olunurlar. Buradan belə 
bir sual meydana çıxır: Cavanları əhatə edənlərin onla­
rın
 geyiminə qarışmasına və 
müəyyən qərar qəbul et­
mələrinə səlahiyyətləri çatırmı? Məncə, yox. Hər bir 
adamın öz zövqünə u ğun 
və müasir dəb ilə geyinmək 
hüququ var.
Xarici
 görünüş və geyim 
şəxsi iş ola bilərmi?
İki
 cavanın teatra 
cins
 və 
sviterdə 
gəlməsindən 
hiddətlənmək lazımdırmı?
 Əlbəttə, yox. 
Nəhayət, əgər 
şəxs
 
özünü 
ədəbli 
aparırsa, xeyirxahdırsa, sadədirsə, 
onda
 nə
 saç
 düzümü,
 nə geyim,
 
nə də qrim heç bir əhə­
miyyət kəsb etmir. 
Bunun üçün heç bir təsdiq olunmuş 
qayda 
yoxdur, hər bir adamın özünəməxsus fərdi xüsu­
siyyəti, zövqü, hissi və üslübu var.
Yeri 
gəlmişkən
 demək lazımdır ki, 
bəziləri zövqü 
yalnız rəng seçmək bacarığında, paltarı özünə uyğun­
laşdırmaqda görürlər.
 Bunlar vacib şərtlər olsa da,
 əsil 
zövq yuxarıda göstərilənlərdən daha genişdir.
İlk 
növbədə inkişaf
 
etmiş zövq həddi-hüdudu (bir 
geyimdə
 neçə rəng, təfsilat, naxış olsa yaxşı
 görünər, 
onları 
necə 
uyğunlaşdırmaq lazımdır və s.) və şəraiti 
(bu
 
və digər şəraitə uyğun gələ bilər) müəyyən etmək 
bacarığıdır.
 Zövqün həddi-hüdudunun 
əsasını özünə 
və 
əhatədəkilərə
 hörmət 
təşkil 
edir. Məsələ ondadır ki, 
hədd-hüdud, 
hissetmə və zövq özbaşına yaranmır, o 
169
168

tərbiyələndirir.
 Bu təkcə 
insanın geyimində deyil, həm 
də digər 
xüsusiyyətlərdə nəzərə alınmalıdır.
İnkişaf etmiş zövq 
deyəndə biz geyinmək bacarı­
ğını,
 
özünü necə aparmaq qaydalarını, ünsiyyət mədə­
niyyətini
 başa
 düşürük.
 
Vaxt bunları dəyişdirmir. Dəb 
isə
 
çox
 tez-tez 
dəyişir və insanların xarici görünüşünə 
rəngarənglik
 
verir.
Dəb ilk dəfə etiket forması kimi Avropada zadə­
ganlar üçün yaranmışdır. O vaxt dəbə riayət 
etmək çox 
vacib 
idi. Geyimlərin hazırlanması üçün 
xeyli parçadan 
istifadə
 
edildiyindən, bu əsasən 
varlılar arasında yayıl­
mışdı.
 Dəb yalnız axırıncı 
yüzillikdə bəzi təbəqələr ara­
sında 
yayılaraq, kütləvi xarakter almışdır. 70-ci illərin 
başlancığında isə dəbdə kütləvi dəyişikliklər baş verdi. 
O vaxtdan başlayaraq, dəbdə
 stil 
anlayışı müəyyənləşdi, 
özünəməxsusluğu
 ilə 
seçilən cins 
və klassik formalı ge­
yimlər
 
dəbə 
düşdü. Bu isə stillərin uyğunlaşdırılmasına 

 
geyimlərin 
bir-birinə 
əlavələrinə 
gətirib çıxardı.
Mədəni 
geyimi müəyyən edən əsas tələblər bun­
lardır:
-  Səliqəli,
 təmiz və ütülü geyim, düymələrin bağ­

 
olması.
 Geyindiyimiz paltar olduqca səliqəli tikilmə­
lidir. Yadda saxlayın ki, əgər paltar yaxşı və səliqəli 
tikilməmişsə,
 
onun 
dəbindən çox nöqsanları 
gözə çar­
pacaq;

Çəkmə təmiz və səliqəli olmalıdır. Çəkmənin da­
banlarına 
diqqət vermək lazımdır. Yeyilmiş, əyilmiş, 
əzilmiş
 daban
 və ona yapışmış çirk dəbinizə 
və gözəl­
liyinizə
 xələl gətirər;
-  Xüsusi 
saç düzümü 
ilə məşqul
 olmasanız da, 
saçlarınız həmişə
 təmiz olmalıdır.
Bunlardan
 başqa, qəşəng yeriş, 
gülümsər 
sifət, 
zəriflik
 
müasir insan görünüşü 
yaradır.
Dəbə uyğun və ləyaqətlə geyinmək üçün qarderob 
təxminən necə olmalıdır? Əksər vaxtlarda qarderobda 
geyim çox olur, 
geyinməyə isə heç nə tapmırsan.
Qarderobu zəngin olmayan, 
lakin 
zövqlə geyin­
mək
 istəyənlərə 
bir neçə məsləhət. Təzə alınan paltar, 
üst
 
köynəyi, kostyum ilk növbədə Sizin həyat tərziniz­
dən, 
işinizdən, yaşınızdan asılıdır. Məsələn, boş vaxtı­
nızın
 
çox hissəsini idmanla məşqul olursunuzsa, onda 
təzə
 
idman kostyumu, pulover, şalvar
 geyinmək 
lazım­
dır,
 nəinki bəzəkli paltarlar. Əgər teatr həvəskarısınız- 
sa,
 
onda Sizə axşam paltarı və ya təmtəraqlı kostyum 
lazımdır. 
Ancaq bu o demək deyil ki, idman həvəskarı­
na
 
axşam paltarı və 
bəzəkli kostyum, teatr həvəskarı­
na isə idman şalvarı lazım deyil.
Qadın dəbi
 kişi dəbinə nisbətən
 çox tez-tez 
dəyi­
şir. Buna görə də qadın dəbi qayğı tələb edir. Ancaq ki­
şinin
 qayğısı başqa 
xarakter daşıyır. Son illər kişi qar­
derobuna
 standart kostyum, iki-üç köynək, 
jilet, gö­
dəkcə
 və 
idman kostyumu daxil
 
edilib.
Kişi 
qarderobu
Kişi geyimləri 
sadə, dəbə uyğun, məqsədyönlü, 
lakin
 
gözəçarpmayan rənglərdə olur. Müasir kostyum, 
təmiz
 köynək, zövqlə seçilmiş qalstuk kişi geyiminin 
ahəngini
 təşkil 
edir. Daha ciddi kostyumlar tünd göy, 
tünd boz və ya başqa rənglərdə olmalıdır. Belə kostyu­
mun şalvar 
və pencəyini başqa kostyumun pencək və 
şalvarı 
ilə də
 uyğunlaşdırmaq olar.
Əgər
 mülayim 
iqlimdə və ya cənubda
 yaşayırsı­
nızsa,
 mütləq
 
pambıq və ya süni parçalardan tikilmiş 
kostyuma
 
və ya rəngi gödəkçəniz ilə uyğunlaşan şalva­
ra
 üstünlük verməlisiniz.
Dəblə geyinən kişilər köynək, qalstuk və corabdan 
yaraşıqlı bir 
geyim ansamblı yaratmış olarlar. Bu 
olduqca
 
gözəl
 görünər.
Köynək
 qalstuka,
 
kostyuma və
 şalvara uyğun gəl­
məlidir.
 
Çox ciddi kostyumla idman köynəyi və ya svi- 
ter
 
geyinmək
 yaxşı deyil. Buna baxmayaraq, kişilər 
son
 
illər gəzintiyə çıxarkən, kostyumla nazik sviter 
geyinirlər. 
Kobud
 sviteri daha çox velvet və ya idman 
şalvarı
 
ilə geyinmək 
yaxşı olar. İdman kostyumuna bə­
zəkli
 
köynək və kəpənəkli qalstuk 
yaraşmır.
170
171

Boz,
 boz mavi, göy 
kostyuma ağ, açıq boz, mavi, 
bir rəngli xırda zolaqlı, incə dama-dama köynəklər ya­
raşır.
Qəhvəyi,
 
açıq qəhvəyi, bej, yaxud qırmızı rəngli 
kostyumlara 
ağ, açıq qəhvəyi, boza çalan 
çəhrayı, qara 
rənglərə 
isə
 ağ rəngli köynək yaraşır.
Zolaqlı kostyumla dama-dama köynək və ya 
əksi­
nə dama-dama kostyumla zolaqlı köynək geyinmək yax­
şı
 
deyil.
 Rəngbərəng 
və əlvan kostyuma bir rəngli köy­
nək 
yaraşır. Köynək 
və kostyum bir-biri ilə ziddiyyət 
təşkil 
edə bilər.
Köynəyinizin
 yaxalığı 
bir ölçü böyük və azacıq 
uzun 
olarsa,
 
yaxşı 
görünər və özünü sərbəst hiss edər­
siniz.
Kişi
 kostyumunda xüsusi ilə, qalstuk diqqəti cəlb 
edir. Bu 
kişinin vizit kartoçkasıdır. Bir çox qadınlar 
kişinin qalstukunda onun zövqünün 
incəliyini 
görürlər. 
Qalstukun rəngi, naxışı kostyumun parçasına 

 
köynəyə görə 
seçilir. Bir rəngli köynəyə 
naxışlı, zo­
laqlı və xanalı 
qalstuk yaraşır. Açıq rəngli kostyumla 
açıq
 
(parlaq),
 axşam
 kostyumu 
ilə təbii və 
süni ipək 
qalstuk yaxşı görünür.
Xırda
 
naxışlı parçadan tikilmiş kostyuma istəni­
lən
 qalstuk yaraşır. Alabəzək kostyumla isə rəngə 
uy­
ğun qalstuk taxılır. Qalstuk kostyumla bir rəngdə, ya­
xud 
açıq
 və ya tünd rəngdə olmalıdır.
 Kostyum və qal­
stuk
 
rəngli də ola bilər.
 Kəpənəkli qalstukla yalnız 
rəs­
mi
 görüşlərə gedirlər, tdman köynəyinə, eləcə də, yun 
köynəyə
 qalstuk
 lazım deyil. Qalstuk həm 
də papağın 
və corabın rənginə uyğunlaşdırılmalıdır. Hazırda sər­
bəst,
 köynəyə
 yatan, çox da 
bərk çəkilməyən, sancaq- 
sız, bəzəksiz qalstuk 
dəbdədir. Qalstuk səliqəli 
və 
düzgün
 
bağlamalıdır.
Kostyum
 
çəkmə ilə tamamlanır. Yaraşıqlı çəkmə 
geyinən
 şəxs zövqlə
 geyinmiş hesab 
olunur. Xarici 
görünüşdə bunun mühüm əhəmiyyəti var. Qara rəngdə 
olan bayram
 kostyumu ilə  
köynək və qara çəkmə 
geyinmək
 yaxşıdır. Qara kostyuma 
açıq qəhvəyi
 və 
qəhvəyi
 
rəngli
 
çəkmə yaraşmır. Tünd kostyumla tünd 
qəhvəyi
 
və ya qara, açıq rəngli kostyumla isə açıq qəh­
vəyi, boz,
 qırmızı, qəhvəyi rəngli ayaqqabı geyinmək 
olar.
 
Bej rəngli kostyuma qara idman çəkməsi yaraş­
mır. 
Eləcə də, dabanı açıq sandal gəzinti kostyumuna 
yaraşmır.
Kişilər
 yadda saxlamalıdırar ki, corab şalvarın 
rəngindən
 
açıq olmamalıdır.
Soyuqdan
 qorunmaq 
üçün 
kişilər çox vaxt plaş və 
palto
 ilə papaq, əlcək geyinirlər.
 Bunlar da xarici 
geyi­

 
uyğunlaşmalıdır. Məsələn, idman gödəkçəsinə kəna­

 
hündür və enli məxmər papaq yaraşmır. 
Belə papaq­
la qəşəng palto
 
və plaş geyinmək lazımdır. Gödəkçəyə 
isə
 beret, idman
 
papağı yaraşır. Kişi nə qədər ciddi, 
təmkinli
 olsa belə,
 
əldə toxunan kiçik idman papağı re- 
dinqotla çox 
mənasız
 və gülməli görünür.
Şərf
 
və çanta 
nəzərə alınmazsa, bu 
qədər.
Qadın
 qarderobu
Qadının bəzəyi onun gözəlliyi və tərbiyəsidir. Qa­
dının
 
qarderobu
 
onun həyat tərzinə, yaşına,
 
maraq da­
irəsinə
 
və həvəsinə uyğun olur. Qadın geyimi dəbinə və 
zərifliyinə görə seçilir. Müasir qadın dəbi keçmiş, 
uzun 
müddətli 
dəbin əksinədir. Qadın yaşlaşdıqca, tünd ge­
yinməlidir.
Həm
 də qadın gözəlliyinin yarısı dərzidən asılı­
dır.
 Özünü 
geyimə yox, geyimi özünə uyğunlaşdırmalı­
san.
Qadın 
qarderobu nisbətən 
mürəkkəbdir. Çünki 
nəyi
 
hara və
 necə geyinməyin dəqiq, 
düzgün
 
qaydası 
yoxdur. Bundan başqa
 qadınlar nisbətən ixtiraçılığa 
və 
zərifliyə
 
malikdirlər.
 
Qadınlar geyimlərinin əsas 
hissəsində
 
deyil, 
onun bəzəyində tez-tez dəyişiklik 
edirlər. 
Hətta
 dəbdən düşmüş sviteri^ yubkanı hər 
bir 
qadın
 bəzək əşyalarından - şərfdən, sancaqdan istifadə 
edərək, 
dəbə 
uyğunlaşdırar 
və yeni geyim ansamblı ya­
rada 
bilər.
172
173

Qadın
 geyimi
 kişi
 geyiminə nisbətən az formalı­
dır.
 Bundan əlavə, qadınlar üçün 
həm
 də gigiyena və 
kosmetikadan
 istifadənin xüsusi qaydaları var.
Qadınlar 
üçün aşağıdakı geyimlər məsləhət 
görülür: xəzli 
və demisezon palto (axır zamanlar demi- 
sezon 
palto gödəkcə ilə əvəz olunub), 
plaş, idman 
kostyumu,
 
gödəkcə,
 şalvar, 
yubka, köynək, cemper, 
sviter,
 iş paltarı, gəzinti 
kostyumu.
Qadının
 geyimini 
əsasən 
bəzək əşyaları - çəkmə, 
şərf,
 
şlyapa çox
 yaraşıqlı göstərir.
 Onlar nə qədər çox 
olarsa, o qədər
 müxtəlif ansambl 
və səliqəli geyim vari­
antları 
yaratmaq olar. Bu həm də yeni geyim variant­
larının yaradılmasını
 asanlaşdırar.
Baş geyimi qadın tualetinin 
aparıcı (əsas) hissə­
sini
 
təşkil 
edir. 
Qadının gözəlliyini həm də saçın 
düzümü
 
və ayaqqabı ilə qiymətləndirirlər. Dabanı ye­
yilmiş ayaqqabı zərifliyin, 
qəşəngliyin düşmənidir. 
Yaxşı ayaqqabı həm də onun rahat olmasındadır.
Bazara və mağazaya gedərkən,
 hündürdaban çək­

 geyinmək
 məsləhət deyil. Teatra isə corabsız san­
dalla
 getmək yaxşı deyil.
 Corabın da dəbi tez-tez dəyi­
şilir:
 
tünd və ağ, bəzəkli, bəzəksiz, torlu, tikişli, tikiş­
siz, 
tünddabanlı və
 s. Qızmar yay 
günündə çəkməni ya­
lın
 ayağa 
geyinmək lazımdır (ayaqlar 
mütləq təmiz ol­
malıdır). Bəzən barmağa və dabana çəkilmiş 
qısa corab 
səndəlin 
kənarından 
çıxır. Bu isə çox 
səliqəsiz 
görünür.
 Yadda
 saxlayın ki, yayda 
və qışda
 
mərasim­
lərə
 
zövqlə seçilmiş corab geyinmək lazımdır.
Əksər
 qadınlar 
geyimlərinin dəbə 
uyğun və gözəl 
olmasını
 istəyirlər. Bu nöqteyi-nəzərdən klassik 
stildə 
yaxşı
 parçadan
 
səliqəli tikilmiş kostyum gözəl geyim 
hesab
 edilir. 
Belə kostyum müxtəlif köynəklərlə, bə­
zəklərlə,
 
çəkmələrlə, eləcə də, digər əlavələrlə (corab, 
kəmər)
 bütövlükdə dəyişilir. Rəngi 
və parçası uyğun 
gələn
 
iki kostyumla bir neçə 
köynək və sviter müxtəlif 
geyim ansamblı yaradır.
Əvvəllər
 
və hətta indi də bəzi qadınlar belə fikir­
dədirlər
 ki, əlcəyin rəngi çantaya, çəkməyə, 
kostyuma 

 ya
 paltara uyğun
 gəlməlidir. 
Lakin onların 
heç də 
eyni
 rəngdə
 
olması vacib deyil. Burada çəkmənin çan­
taya,
 şərfin isə papağa uyğun gəlməsi 
kifayətdir. Bun­
lardan
 başqa 
bitərəf rənglər də var. Burada iki geyimin 
rənginin bir-birinə uyğun gəlməsi vacib 
deyil (qara, 
tünd
 boz, ağ, sarıya çalan açıq qəhvəyi).
Qadının
 xarici 
görünüşünü xoş
 ətir 
iyi tamam­
layır.
 Lakin 
ondan ehtiyatla istifadə edilməlidir. Yox­
sa elə fikirləşərlər ki, 
kəskin iyli ətirdən xoşagəlməz 
iyin qarşısını
 almaq üçün 
istifadə edilib.
Təbiət
 qadına harmoniya və gözəllik bəxş edib. 
Bu harmoniyanı isə
 
geyim tamamlayır.
Məqsədəuyğun geyim
Bahalı və
 təzə paltarlar geyinmək vacib deyil. 
Əsas
 məsələ paltarın 
təmiz və səliqəli olmasındadır. 
Sə­
liqəli, 
ütülənmiş köynək, şalvar, təmiz ayaqqabı hətta 
təzə və ütüsüz geyimdən daha yaxşı 
görünür, rəğbətlə 
qarşılanır.
Geyim
 
vəziyyətə
 və şəraitə uyğunlaşdırılmalıdır. 
İşə axşam
 paltarında, 
restorana, teatra isə 
iş paltarın­
da
 getmək düzgün deyil.
Yaxşı
 zövq
 bir
 anbar paltarın 
olmasını tələb et­
mir. Əsas məsələ
 paltarlardan düzgün 
istifadə etmək­
dən,
 onları yaxşı saxlamaqdan və müasir tələblərə uy­
ğunlaşdırmaqdan
 
ibarətdir.
Maliyyə 
imkanları, boy-buxun
 və
 yaş hansı stili qə­
bul etmənizi
 diktə edir. Geyim boy-buxununuzun 
üstün 
cəhətini göstərməli, 
eyibli 
tərəfini isə gizli saxlamalıdır.
İş paltarının 
modelinin, saç düzümünün, ayaqqa­
bının
 və
 
rəngin
 böyük əhəmiyyəti var.
Geyiminiz
 
elə olmalıdır ki,
 ətrafınızdakılar işləri­
ni
 atıb Sizinlə 
maraqlanmasınlar. Bununla yanaşı; 
ge­
yim 
həm də çox 
rahat olmalıdır. Ütüsüz paltar, qınlmış 
düymə
 və sallanmış ətək - bunlar kiçik məsələ 
deyil.
175
174

İş
 paltarının keyfiyyəti
 onun səliqəli olmasında, gö­
rünüşündə,
 zərifliyində 
və 
rahatlığmdadır. Geyindiyiniz 
paltar 
qolu 
yuxarı qaldırmağa, rəfdən kitab 
götürməyə, 
əyilməyə, rahat oturmağa və s. mane olmamalıdır.
Müəllimələr,
 həkimlər, kitabxana 
işçiləri günün 
çox hissəsini ayaqüstə 
olduqları üçün işə alçaqdabanlı 
ayaqqabı
 geyinməlidirlər.
 Kişilər isə krosovkada deyil, 
altı
 nazik qara ayaqqabı geyinməlidirlər.
Kök (dolu) adamlara eninə zolaqlı parçadan, iri 
şəkilli,
 çox 
açıq rəngli paltar geyinmək məsləhət 
görülmür. 
Belə geyimlər adamı başqalarının 
gözündə 
olduqca
 
kök (dolu) göstərir. İncə, 
zərif görünmək üçün 
tünd rəngli 
və uzununa zolaqlı parçalardan tikilmiş 
geyimlərdən istifadə edilməlidir.
Nəzərə
 almaq lazımdır ki, müşayiət etdiyiniz şəx­
sin
 geyimindən çox şey asılıdır. Əgər 
qadın 
məxmər 
parçadan
 tikilmiş axşam paltarındadırsa, 
Sizin idman 
kostyumunuz heç 
də yaxşı görünməyəcək, onda mütləq 
frak
 geyinməlisiniz.
Hazırda yaşdan
 asılı olmayaraq çox 
adam cins 
geyinir. Cinslə 
restorana, axşam görüşlərinə və s. get­
mək
 yaxşı hesab
 olunmur.
Ev
 geyimi 
hətta adi
 xalat belə, diqqət tələb edir. 
Geyim
 evdəkiləri əsəbləşdirməməli, təmiz 
və səliqəli ol­
malıdır.
Gözəl
 və 
yaraşıqlı
 xalatda çoxlu bəzəklərdən isti­
fadə etmək 
düzgün deyil.
Xeyli paltarı olanlar 
bir neçə 
məsləhəti yadda 
saxlamalıdırlar:
Köynəyiniz
 xanalı, kostyumunuz
 zolaqlıdırsa 
və 
ya
 
əksinə,
 belə paltarlarla adam arasına çıxmayın. Ge­
yimləri
 
bir-birinə 
yaraşdırmaq lazımdır.
Əgər kostyumunuz
 tünd rəngdədirsə, onda
 köy­
nək
 
açıq 
rəngdə olmalıdır.
Saya rəngli qalstuk bütün kostyumlara yaraşır. 
Rəngbərəng
 
qalstuk isə əsasən
 kostyumun 
modelindən, 
parçanın bəzəyindən 
və 
rəngindən asılıdır.
Kostyumunuzun
 naxışları
 xırdadırsa, onu istəni­
lən 
qalstukla 
geyinə bilərsiniz.
Bir-birinə əks rəngdə 
olan paltarlar geyinməyi se­
virsinizsə,
 qalstuk 
və kostyumdan başqa, digər tualeti­
nizdə
 

 uyğunsuzluq olmamalıdır.
Vaxt
 qazanmaq 
və əsəbiləşməmək üçün, bəzi ge­
yimlərinizi
 hazır saxlayın. Elə olmasın ki,
 
bir yerə ge­
dən
 məqamda kostyumunuzdakı ləkələri tələsik tə­
mizləyəsiniz, köynəyinizin qopmuş 
düyməsini tikəsi­
niz,
 
corablarınızı səliqəyə salasınız.
Ucaboylu
 və dolu qadınlar 
parlaq açıq rəngli pal­
tarlar geyinməməlidirlər. 
Eləcə də, naxışlı bəzək əşya­
larından 
çəkinmək 
gərəkdir. Arıq və incə qadınlar əsa­
sən
 
açıq 
rəngli və yüngül parçadan tikilmiş paltarlar 
geyinməlidirlər.
 Kostyum 
və paltara parça seçərkən, 
əsas
 rəngə 
fikir verilməlidir.
Parlaq
 
rəngdən çəkinmək lazımdır. Bu 
xüsusilə ca­
vanlara aiddir. Çünki belə 
rənglər diqqəti tez cəlb edir. 
Rəng
 seçəndə mütləq yaş nəzərə alınmalıdır, çünki ca­
vanlara
 yaraşan 
rənglər yaşlı adamlarda eybəcər görünür. 
40
 yaşdan yuxarı 
qadınlar zərif rənglərdən çəkinməlidir­
lər. Buraya göy və çəhrayı rənglər aiddir. Gənc qızlar 
yayda san, qışda isə çəhrayı rəngdə paltar geyinməməli­
dirlər.
 Ağ
 
rəngli 
paltarları həm gənclər, həm də yaşlılar 
geyinə
 
bilərlər. Yüngül kisey parçadan tikilmiş paltarlar 
gənclərin
 əynində gözəl
 görünür. 40 
yaşdan yuxarı xa­
nımlar yayda səhərlər evdə həmişə 
ağ batist parçadan 
tikilmiş 
(nazik pambıq parça) paltar geyinə bilərlər.
Ana
 
qızı ilə eyni 
geyinməməlidir.
 Bəzən 
ana gənc 
görünmək
 üçün 
cavanlara məxsus rəngdə paltarlar 
geyinir. Bu vaxt qız ananın yanında yaşından böyük 
görünür.
Hətta
 
iki bacı (iki bacıdan çox) 
heç vaxt eyni ge­
yinməməlidirlər. Geyim yaşa uyğun seçilməlidir.
Göy
 rəng
 bənövşəyi rənglə tutmadığı kimi, yaşıl 
göylə 

 qırmızı 
ilə uyğun gəlmir.
Qırmızını
 çəhrayı və 
yaşıl ilə, çəhrayını isə sarı 
176
177

ilə
 geyinmək 
düzgün deyil.
 Mütləq ahəngdarlığa riayət 
olunmalıdır.
Parçalara gəlincə isə, məxmər, 
atlas və ağır ipək 
parçalardan
 tikilmiş paltarları yalnız qadınlar
 və 
yaşı 
ötmüş
 
qızlar geyinirlər. Gənc qızlar isə ağır parçalar­
dan 
yalnız gəlin paltarı 
tikdirə bilərlər. Yüngül parça­
dan
 
tikilmiş geyimlər gənclərə rəqs gecəsində daha çox 
yaraşar. 40 
yaşına
 qədər qadınlar 
çarəsiz qaldıqda, 
bundan
 istifadə edə bilərlər. Paltarı fəsilə, günə və 
vaxta
 
uyğunlaşdırmaq lazımdır. Səhərlər qışda gəzin­
tiyə
 çıxanda çox açıq geyinmək yaxşı deyil.
Bədəninizdə çatışmazlıq varsa və onu geyimlə giz­
lətmək
 istəyirsinizsə,
 səhvə 
yol verirsiniz. Belə ki, kök 
(dolu) qadın arıq görünmək üçün dar paltar geyinir.
 La­
kin
 
belə paltarlarda 
köklük daha aydın hiss olunur. Arıq 
qadınlar
 isə kök görünmək 
üçün gen paltar geymirlər. 
Bunu
 başqa
 cür həll 
etmək mümkündür. Kök qadınlar 
uzun,
 gen, 
hərəkətə mane olmayan, arıq qadınlar isə 
azacıq
 qısa 
və bir az gen paltarlar geyinməlidirlər.
Boyu
 
gödək
 olanlar hündür şlyapa,
 
hündür 
boylular
 isə yastı şlyapa geyinməlidirlər.
Yüklə 8,07 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin