Seyidov miRİŞ MÜASİr etiket ensiklopediyasi


BU “AĞILSIZ ” DÜNYADA NECƏ



Yüklə 8,07 Mb.
Pdf görüntüsü
səhifə17/21
tarix03.12.2019
ölçüsü8,07 Mb.
#29785
1   ...   13   14   15   16   17   18   19   20   21
Muasir etiket ensiklopediyasi 100 meslehet


BU “AĞILSIZ
” DÜNYADA NECƏ 
SAĞ 
QALMAQ OLAR?
Radio və 
televizordan və mətbuatdan hər gün 
müxtəlif
 faciəli hadisələr
 haqqında məlumatlar alırıq. 
İstər-istəməz 
düşünmək məcburiyyətində qalır və bu 
hadisələrdən
 özümüzü necə qorumaq 
barədə fikirləşi­
rik. Bundan qaçmaq
 çətindir. Bu xüsusilə zərif cinsə 
məxsus 
qadınlara 
aiddir.
Qadın
 
şəhərdə
Böyük 
şəhərlərdə yaşayan qadınlar 
xüsusilə eh­
tiyatlı
 olmalıdırlar. Çünki
 belə qadınlar
 kriminal ele­
mentlər 
üçün
 
cəlbedici 
hücum obyekti ola bilərlər. 
Hücum edənlər çox vaxt kişilər olur. Nə üçün məhz qa­
dınlara 
qarşı cinayətlər daha çox 
olur? Bunun müxtə­
lif səbəbləri var:
1.  Kişilərə nisbətən qadınların fiziki cəhətdən 
zəif
 
olması.
2.  Cəmiyyətə 
zidd ünsürlərin qadınlara qarşı qey­
ri-insani cinsi 
hərəkətləri.
3.
 
Qadınların bahalı
 zinət əşyalarına aludəçiliyi.
4.
 
Qadınların 
çantalarındakı pulun asanlıqla 
götürülməsinin
 mümkünlüyü.
Müdafiə 
olunmaq üçün əvvəldən təhlükəni hiss 
etmək 
bacarığına malik olmalısınız. Küçədə həmişə 
ayıq
 olmaq lazımdır. Küçədə Özünüzü düzgün aparar­
sınızsa,
 bu təhlükəsizliyiniz üçün qarant ola bilər. Əl­
bəttə,
 yanınızdan ötən hər 
bir şəxsdən şübhələnmək 
və 
tez-tez 
o yan-bu 
yana baxmaq lazım deyil.
Evə tək gedirsinizsə
Yadda
 
saxlayın ki, soyğunçular 
çox vaxt öz qur­
banlarını 
qaranlıqda əldə 
etməyə çalışırlar. Odur ki, 
gecə
 daha ehtiyatlı olmaq lazımdır. 
Metrodan, trolley­
busdan,
 avtobusdan 
düşəndə 
tələsməyin, işıqlı yerlər­
dən uzaqlaşmayın, dayanacaqdan 
tez aralanmayın, ət­
rafınıza nəzər yetirin. 
Əgər yaxınlıqda yeniyetmələr, 
gənclər 
və sərxoşlar yığışıbsa, 
ehtiyatlı olun. Sizinlə 
eyni
 istiqamətə 
gedənlərə qoşulun. Yadda saxlayın ki, 
metro
 stansiyalarında polis şöbələri var.
 
Əgər qorxur­
sunuzsa, kömək üçün onlara 
müraciət edə bilərsiniz. 
Yeraltı keçid qaranlıqdırsa, yolu qadağan olunmuş yer­
dən keçmək olar. Belədə yol qaydalarını pozmaq 
qul­
durla
 rastlaşmaqdan
 yaxşıdır.
Cinayətkarlıqla 
məşğul 
olanlar bəzən izə 
düşür­
lər. Bunu hiss etsəniz, onlardan uzaqlaşmağa çalışın və 
geriyə
 -
 metro stansiyasına qayıdın.
 Evə 
zəng edib, Si­
zi
 qarşılamalarını xahiş 
edin. Tanımadığınız küçə qapı­
larında
 
daldalanmayın. Bu çox təhlükəlidir.
İşıqlı
 küçələrdən
 keçməyə 
çalışın. 
Yolunuzu 
qı­
saltmaq
 
məqsədilə
 
adam olmayan məhəllələrdən, dalan­
lardan,
 bağlardan keçməyin. 
Əgər 
adam olmayan küçə­
dən keçməyə
 
məcbursunuzsa, onda səkinin yola 
yaxın 
tərəfindən
 gedin. 
Hasar dibindən, küçə qapılarından 
uzaq
 
olun.
Zəif
 işıqlanmış küçə qapısından daxil olub, tələ­
sik liftə girməyin. Diqqətlə o yan-bu yana 
baxın.
 
Əgər 
təhlükə hiss
 etsəniz, dərhal 
qarşınıza çıxan birinci evin 
zəngini
 
basın. Liftə tanımadığınız adamla daxil olma­
yın.
 Nəhayət, Sizə
 hücum ola biləcəyini hiss edirsiniz­
sə,
 müdafiə məqsədilə qaz balonundan
 
istifadə edin.
Qonaq getməmişdən əvvəl oradan saat neçədə qa­
yıdacağınız haqqında düşünməlisiniz. Gec olarsa, müt­
ləq Sizi 
ötürməlidirlər 
və ya getdiyiniz yerdə 
gecələmə­
lisiniz.
 Bu barədə də qohumlarla məsləhətləşməlisiniz.
Evə qayıdarkən,
 
zinət əşyalarınızı, dikdaban çək­
mələrinizi
 çıxarın və
 üzünüzdəki ənlik-kirşanı təmizlə­
yin.
 
Qonaqlıqdan sonra geyinəcəyiniz 
paltarı evdən çı­
xanda özünüzlə
 götürün və 
gedəcəyiniz marşrutu 
müəyyənləşdirin.
Kimdən
 qorxmaq lazımdır?
İnsan əvvəldən
 ona təhlükənin harada və kim tə­
rəfindən ola
 
biləcəyini müəyyən 
etməlidir.
207
206

1.
  Qadınlar 
üçün ən təhlükəli cinayətkarlar - 
manyaklardır. Onları
 
qəribə hərəkətlərindən müəyyən­
ləşdirmək 
olar. 
Odur 
ki, belə adamların təkliflərilə ha­
rasa
 getmək
 və onlara cavab
 
vermək lazım deyil. An­
caq hər kişiyə də manyak kimi baxmaq düzgün deyil. 
Əgər
 kişi Sizin xoşunuza 
gəlibsə, zəng etmək 
üçün 
onun 
telefonunun
 nömrəsini alın. Kişi “fırıldaqdırsa”, 
ona ağlınıza 
gələn
 telefon nömrəsini verin.
2. 
Daha ciddi təhlükəli cinayətkarlar - residivist- 
lərdir. 
Onları danışıqlardan, jarqonlu ifadələrdən, qol 
larındakı 
və çiyinlərindəki döymələrdən müəyyən et­
mək
 
olar.
3.
 
Ən real və yayılmış 
təhlükəlilər xuliqan gənc­
lər
 
hesab olunurlar. 
Onların qəfil hərəkətləri anlaşıl­
mazlıq
 
yarada bilər. Odur ki, qadının belə gənclərin ya­
nından keçməsi qorxuludur.
4.
 
Yaşlı xuliqanlar. 
Bunlar əsasən 20 yaşdan 45 
yaşadək
 
olan narazı şəxslərdir ki, çox vaxt sərxoş 
vəziyyətdə olurlar.
 Belə adamlar adətən, sağlam kişilə­
rə nisbətən gücsüz 
olurlar.
 Güclərini qadınlara göstərə 
bilirlər. Belələri qadınları söyüb, təhqir edə bilərlər. 
Onlara cavab 
qaytarmaq və qıcıqlandırmaq lazım deyil.
5.  Müxtəlif yaşda və müxtəlif sosial qrupa daxil 
olan aqressiv qadınlar.
 Onların əksəriyyəti 
ruhi xəstə 
olurlar. Normal ailə münasibətləri alınmadığından ki­
şilərdən
 
çox, 
xoşbəxt qadınlara nifrət edirlər. Belə qa­
dınlardan uzaq olmaq lazımdır.
6.
  Pozğun
 
keflilər. 
Onlar sərxoş olanda daha 
təhlükəlidirlər. Belə
 şəxslər öz hərəkətlərinə qiymət 
verə 
bilmirlər.
Yeniyetmə
 qızlar və 
gənc qadınlar
Bir
 çox faciələr qızların 
ağılsız hərəkətlərindən 

 fitnəkarlıqlarından
 yaranır. Əgər
 
13-15 yaşında 
olan
 qızlar 
qaşlarını, kipriklərini, 
dodaqlarını necə gəl­
di boyayırlarsa, qısa paltarda gecələr hara gəldi genir­
lərsə,
 bununla oğlanlara və kişilərə siqnal verirlər ki, 
onlarla kampaniya
 təşkil edə bilərlər.
 Belə qızlarla is­
tənilən
 hərəkətləri 
etmək olar. Bu o qədər də çətin 
deyil.
Kişinin
 
gözünün içinə uzun müddət baxmaq 
onu 
görüşə dəvət
 etmək
 deməkdir. Belə 
baxışlar kişi ilə 
tanış
 
olmaq istəyindən irəli gəlir. Bu 
vaxt kişinin söz 
atmasına
 qızın kəskin cavab verməsi 
o qədər də ağıllı 
alınmaz.
 Yaxud 
kişi 
qızla yaxından tanış olmaq istəyir. 
Əvvəl qızın dirsəyinə əli ilə toxunur. Qız geri çəkilmə­
sə,
 
onda 
onun qolundan və ya belindən tutur və sığal­
layır.
 Qız heç 
bir reaksiya verməsə, kişi 
daha cəsarətli 
hərəkət
 edir.
 Bu halda qızın cavabı yersiz görünür. Və­
ziyyəti 
başa düşən qız kişidən uzaqlaşmalıdır. Buna isə 
ustalıq 
lazımdır.
Bəzən 
qızlar kişilərin fiziologiyasına yaxşı 
bələd 
olmadıqlarından,
 
ağılsız hərəkətlərə 
yol verirlər. Məsə­
lən,
 
gənc qadın tanımadığı 
kişinin maşınına əyləşir, 
onunla 
restorana gedir,
 
evə dəvət alır və s.
Qızlar bilməlidirlər
 ki, əgər kişidə yüksək 
hiss 
oyadıblarsa,
 bunun qarşısında 
nəinki
 temperamentli 
oğlan, hətta
 
yaxşı tərbiyə görmüş 
gənc də davam gətir­
məyəcək. Hətta 
tanıdığınız 
oğlanlara da
 
icazə vermə­
məlisiniz ki, Sizinlə 
münasibətlərdə açıq-saçıq olsunlar 

 güc
 yolunu seçsinlər.
Avtomobil
 qala deyil
Avtomobilin 
sükanı 
arxasında əyləşən hər bir qa­
dın
 adi təhlükəsizlik qaydalarını gözləsə, 
pis olmaz. 
Maşının
 
qapıları elə bağlanmalıdır ki, bayırdan 
açmaq 
mümkün
 olmasın.
 Təsadüfi 
sərnişinlərdən uzaq 
olmaq 
lazımdır.
 
Tanış 
olmadığınız şəxslə danışırsınızsa, yan 
şüşəni
 
həmişə azacıq açıq
 saxlayın. Səs
 eşitmək üçün 
şüşəni
 
bir 
neçə mm. aşağı salsanız kifayətdir. Sizə söz 
demək
 
üçün sol tərəfdən yaxmlaşıblarsa, sağ tərəfə 
keçmələrini
 təklif
 edin. Əlbəttə, 
onları aparıb-apar­
mamaq Sizin öz işinizdir. Yadda saxlayın ki, sürü­
cüdən 
sərnişinə də çevrilə bilərsiniz. Sizi yolun kənarı­
na tullaya da bilərlər. Elə hesab etməyin ki, qadın ol­
duğunuza 
görə 
onların Sizə rəhmi gələcək.
209
208

Dövlət
 
Avtomobil
 Müfəttişliyinin əməkdaşları ilə 
danışanda
 diqqətli
 olun. Əgər onlar 
Sizi yolda saxlayıb- 
larsa,
 özlərini təqdim
 
etməli, rütbə 
və soyadlarını de­
məlidirlər. 
Əgər 
polisin 
hərəkətləri Sizi şübhələndirər­
sə,
 
şəxsiyyəti təsdiqləyən vəsiqəni tələb edə bilərsiniz. 
Sizin 
Ibu tələbiniz onların narazılığına səbəb ola bilər. 
Lakin
 bundan
 narahat olmağa dəyməz. Çünki cərimə 
vermək
 maşmsız qalmaqdan qat-qat yaxşıdır.
Sizi
 təqib
 edərlərsə,
 
işıqla gözünüzü qamaşdırar­
larsa,
 
maşınınızı
 yolun 
kənarına sıxışdırmağa cəhd 
edərlərsə,
 onda gediş-gəliş 
çox olan yola çıxın, maşını­
nızı
 avtobusun
 və ya 
iri maşının yaxınlığına sürün. 
Lazım gəlsə, yaxınlıqdakı DYP postuna yaxınlaşıb, kö­
mək 
üçün 
müraciət 
edin.
Evdə
 
təhlükəsizlik
Tək
 yaşayırsınızsa,
 evdə nə işlə məşğul 
olduğu­
nuz pəncərədən
 
görünməməlidir.
Subaysınızsa 
və ciddi qayda-qanunlarla yaşayırsı­
nızsa, evə müxtəlif vaxtlarda gəlib-getməyə çalışın. 
Bəzən
 
qadın qapını açan vaxt ona 
hücüm edirlər və evə 
daxil
 
olurlar.
Qapının zəngi
 
çalınarsa, açmağa tələsməyin. Qa- 
pının:
 gözlüyündən baxıb,
 gələnin
 kimliyini öyrənin. 
Əgər
 
qapının arxasından səs gəlsə ki, telefonu və ya 
qazı 
yoxlayırıq, qapını açmağa tələsməyin. 
Mənzil-is­
tismar
 idarəsinə
 zəng çalıb öyrənin ki, doğrudan da, 
gəlib 
yoxlamalıdırlar,
 ya 
yox. Hətta qapınızı polis for­
masında 
döyən
 olsa 
belə, açmayın. Polis şöbəsinə zəng 
çalıb, hər şeyi dəqiqləşdirin. Tanış olmadığınız kişilərə 
qapı
 açmayın.
Bəzən
 cinayətkarlar alçaq 
yollara əl atırlar. Ya 
işığı
 rubilnikdən açırlar, ya da tıxacağı çıxarırlar. Bu 
vaxt nə 
etməməli? Qapını açıb pilləkənə çıxmamalı. 
Qapı
 
arxasından kömək istəyənlərə qapı açmamalı. Nə 
etməli?
 
Tanış olmayan səs eşidən kimi kömək üçün 
əlaqədar orqanlara 
məlumat verməli. 
Qonşu ilə 
əvvəlcədən razılaşdırıldığı 
kimi divarı döyməli.
 Qonşu­
lara 
zəng çalıb,
 onların 
da evdən çıxmasını xahiş etmə­
li.
 
Sonra qapını
 açıb kömək istəyənə yardım etməli.
Yadda saxlayın ki, təhlükəsizliyinizi qorumaq 
üçün
 
qonşularla 
yaxşı 
münasibətdə olmalısınız.
Siz 
biznesmen arvadısınız
Həyat
 yoldaşınız iş adamıdırsa,
 Siz 
tamamilə 
başqa
 
yaşayış
 şəraitinə düşürsünüz. Biznesmenlər tez- 
tez 
cinayətkar dəstələrlə qarşılaşırlar. 
Hüquq-mühafi­
zə orqanları çox 
vaxt kommersantları təhlükəli ele­
mentlərdən 
qoruya
 bilmirlər. Həkimlər təsdiq ediblər 
ki, 
bir 
çox sahibkarlar gündəlik gərginlikdən əsəb və 
digər
 
xəstəliklər tapırlar.
 Odur ki, qadının əsas vəzifə­
si
 evdə rahatlıq
 yaradıb, gərginliyi 
aradan qaldırmaq­
dır.
Vicdansız
 rəqiblər 
və banditlər məqsədlərinə nail 
olmaq
 
üçün daha çox şantajdan 
və terrordan istifadə 
edirlər.
 Çox
 vaxt 
onlar niyətlərinə çatmaq üçün ailədən 
istifadə
 
edirlər.
 Onlar yalnız terrorla məşğul olmurlar. 
Oğurluq edir,
 
adam öldürür, bir ailəni girov 
götü­
rürlər. 
Başqa 
bir üsul 
da var. Belə ki, kimsə lazım olan 
şəxsin
 
həyat yoldaşının etibarını qazanaraq, qadını 
özündən asılı
 vəziyyətə 
salır və ondan öz 
xeyri 
üçün is­
tifadə
 edir. Belə 
bir hadisəyə diqqət yetirin. Ər 
gecə- 
gündüz
 firmanın işi 
ilə 
məşğul olur. Hər gün evə əsə­
bi vəziyyətdə gəlir. Hətta həyat yoldaşını 
yaddan çıxa­
rır.
 Beləliklə,
 qadının həyat yoldaşından narazılığı, gi­
ley-güzarı başlayır.
 Qadın əri ilə bağlı heç 
nəyi nəzərə 
almır, 
onun gərginlik içərisində yaşadığını 
düşünmür. 
Ər 
də öz növbəsində nəzərə almır ki, evin bütün ağır­
lığı xanımının - 
uşaqlarının anasının üzərinə düşüb. 
Qadın 
artıq hiss etməyə başlayır ki, xoşbəxt olmaq 
üçün
 
heç də 
var-dövlət əsas deyilmiş. Təsadüfən onu 
başa 
düşən,
 arzularını 
yerinə yetirməyə hazır olan biri 
ilə rastlaşır. Gərgin həyatdan sonra qadın 
yalan, alda­
dıcı nəvazişlə qarşılaşır. Qadın 
ona hədə-qorxu gələnlə­
rin
 və 
həriflərin əlinə düşdüyünü anlayanda artıq gec 
olur.
 
Əldə etdiyi şəkillər, 
gizli görüşlər kişiyə 
210
211

məqsədlərini həyata keçirməkdə lazım olur. Beləliklə, 
firma
 barədə, firma
 başçısının işə gəlib-getdiyi saat, 
ezamiyyət
 vaxtları, xarici 
qonaqların qəbul vaxtı 
və s. 
haqda məlumat almaq
 asanlaşır.
 Əgər qadın geri çəkil­
sə, 
məsələnin üstü
 açıla bilər. 
Çox
 vaxt bu səbəbdən ai­
lələr dağılır. Bu
 isə 
sahibkara zərbə 
vurur, firmanın 
işi 
getdikcə
 zəifləyir. Düşünülməmiş hərəkətləri ilə
 bütün 
həyatını
 məhv 
edən
 qadının sonrakı peşimançılığının 
isə
 heç 
bir faydası olmur. Belə hadisələr indi çox aktu- 
allaşıb.
Ailəyə quldurcasına basqın
Çox vaxt sahibkarın ailəsinə soyğunçuluq və gi­
rov götürmək məqsədi ilə hücum edilir. 
Belə hesab 
edək ki, orta 
sahibkar 
olan həyat yoldaşınızın mühafi­
zəçi saxlamağa o qədər də imkanı yoxdur. Bu vaxt sa­
də mühafizə üsullarından istifadə etmək
 olar. Yəni evə 
mühafizə
 siqnalı birləşdirilməlidir. Mühafizə siqnalı 
gündüzlər
 evdə heç kim 
olmayanda qoşulmalıdır. Bunu 
axşamlar
 hamı 
evdə olanda da etmək
 olar.
Sahibkarların 
özləri 
tez-tez hücuma məruz qal­
salar da, hüquq-mühafizə orqanlarına müraciət edə bil­
mirlər.
 
Çünki onların 
özləri
 qanunu pozurlar. Həyat 
yoldaşınızın işləri 
ilə
 müəyyən qədər
 tanışsınızsa, 
onda 
ailənin
 
təhlükəsizliyi naminə onu cinayətkar ünsürlər­
dən 
qorumağa çalışın.
Əgər Siz banditlərin 
əlindəsinizsə
Belə 
zənn edin
 ki, Sizi oğurlayıblar. Sizi tutanla­
ra müqavimət göstərmək
 
lazımdır. Ancaq bunu sakit 

 təmkinli qadın edə 
bilər. Əvvəldən özünüzü qorxaq 
kimi
 
göstərməyin. Özünüzü inandırın ki, Sizi heç kim 
öldürmək
 istəmir. Banditlər həyatınıza təhlükə törət­
məyə 
cəhd
 etmirlərsə, 
müqavimət göstərməkdən çəki­
nin.
 
Hər
 dəqiqə onlara xatırladın ki, Sizi azad etmək 
üçün həyat yoldaşınız bütün imkanlardan istifadə 
edəcək.
Heç
 
bir vaxt Sizi tutanları təhqir etməyin. N
əzə

rə alın
 ki,
 bu 
adamlar cinayətkar-residivistlərdir. Elə 
etməyin ki, Sizə güc tətbiq etsinlər. Sizi əhatə edən hər 
kiçik
 məqama
 fikir verin. Cinayətkarları yaxşı yadda 
saxlayın. Əgər bağlı 
yerdəsinizsə və harada olduğunu­
zu 
bilmirsinizsə, kənar danışıqlara diqqətlə 
qulaq 
asın 
ki, söhbətlərdən 
haraya gətirildiyinizi müəyyən 
edə bi­
ləsiniz. Banditlərin Sizi 
nə üçün 
buraya gətirdiklərini 
öyrənməyə
 
çalışın.
Təhlükəsizliyinizə təminat 
verəcəkləri məqamda 
bütün 
tələblərin yerinə yetiriləcəyinə söz verin. Yolda­
şınızla
 telefon danışığı təşkil etmək 
üçün xahiş edin və 
onları
 
inandırmağa çalışın ki, o səsinizi eşidəndən 
sonra
 sakit olacaq və heç 
nəyə əl atmayacaq, istənilən 
qədər
 pul verəcək. Telefon
 danışığına 
icazə verilməsə, 
məktub
 
yazmağı xahiş edin. Telefon danışığında 
və 
məktubda 
əvvəldən razılaşdırılmış siqnalları 
verin. Əv­
vəldən
 razılaşdırılmış sözlər
 şəhərin müəyyən 
rayonu­
na aid
 
olmalıdır.
Sizi
 azad
 etmək üçün 
mənzilə 
hücum edərlərsə, 
qapıya və pəncərəyə yaxın dayanmayın. Banditlərin 
əlindən çıxıb, Sizi xilas edənlərə tərəf qaçmayın. Çünki 
qaranlıq mənzildə Sizi terrorçu ilə səhv salıb atəş aça 
bilərlər.
Qadınlar, yaraqlanın
Özünümüdafiə üçün karate 
növlərini, 
atəşaçma 
üsullarını
 
öyrənmək və ya mühafizəçi tutmaq gərəkdir. 
İt mühafizəsi 
də pis 
olmaz. 
Əgər bunların heç biri əl 
verməzsə, onda təhlükəsizliyinizi qorumaq 
üçün 
özünümüdafiə 
vasitələrindən
 istifadə etməlisiniz.
İki
 
il bundan əvvəl Rusiyada silah haqqında qəbul 
edilmiş qanuna 
əsasən on səkkiz yaşdan yuxarı olanlar 
özünümüdafiə
 
məqsədi 
ilə qaz silahından - 
tapançadan 
istifadə edə bilərlər. Təcrübə sübut edib ki, qadınlar 
sadə qaz balonlarına daha çox üstünlük verirlər. Qaz 
balonunu istənilən xüsusi mağazalardan heç bir sənəd 
təqdim etmədən də almaq
 mümkündür. İki növ qaz ba­
lonunu
 Səhiyyə Nazirliyi tərəfindən icazə verilmiş qaz­
la
 
doldurmaq olar.
 Bu qazlar yalnız gözyaşardıcı təsirə 
213
212

malikdir 
və insanın səhhətinə mənfi təsir etmir. Onla­
rın
 standart göstəricisi
 CN 
və CS-dir. Mağazadan Sizə 
Rusiyada 
istehsal olunmuş “
ÇEREMUXA” (CN) təklif 
edə 
bilərlər. Belə qaz balonlarını qadınlar çantalarında 
və ya ciblərində gəzdirə bilərlər. Avtoqələmə oxşayan 
DEFIANCE
 
tipli (ABŞ) “QARANT” (SS və ya CN) və ya 
CONTRADOG vardır. Bunların qiyməti 3 ABŞ 
dolla­
rından 
10 ABŞ dollarına
 qədər ola bilər. Balondan 
düzgün istifadə etmək
 lazımdır.
-  Balonu
 alanda 
onun üstündəki yazılarla tanış 
olun və
 
istehsal vaxtına 
diqqət yetirin. Əgər üzərində 
heç
 
nə yazılmayıbsa, yaxud oxunmursa, almayın. 
Püsküriicü 
qapaq lehimlənmiş 
olmalıdır.
-
  Balonun
 qapağını
 qayçı ilə ehtiyatla kəsin. 
Püskürməsini
 
adam olmayan yerdə yoxlayın. Yaxşı 
olar
 ki, 
bu
 əməliyyatı gün 
olan 
yerdə edəsiniz. Çünki 
gündə
 püskürmə yaxşı
 görünür.
-
 
Balondan istifadə
 olduqca
 sadədir.
 
Onun üçün 
baş 
barmaqla
 
düyməni basmaq, püskürücünü düşmənə 
tərəf
 yönəltmək 
lazımdır. 
Düşmənlə aranızdakı məsafə 
üç
 metrdən çox olmamalıdır.
-
  Qaz
 
buraxılandan sonra 
dərhal 
müsbət təsir 
göstərir (0,5
 
san.). Düyməni 
basili saxlamayın. Çünki 
balonda olan 
qaz 10-15
 püskürmə üçün çatır.
-  Balonu
 
şaquli vəziyyətdə tutun. Başqa vəziy­
yətdə
 saxlanılarsa, püskürmə 
alınmaz.
-  Balon hücum
 
edənin üzərinə tuşlanmalıdır. 
Püskürmədən
 beş
 saniyə müddətində xəstəlik 
yaranır.
-
 
Qaz
 balonunu liftdə, avtomobilin salonunda, 
kupedə tətbiq 
etmək təhlükəlidir.
 Təhlükəli vəziyyət 
yaranarsa,
 ağzınızı 
və burnunuzu dəsmalla, şərflə bağ­
layın, yaxın
 mərtəbənin
 düyməsini basın və təcili 
dis­
petçerə
 xəbər verin.
-  Aerozol 
gözünüzə və ya 
əlinizə düşübsə, dərhal 
axar
 suyun 
altına tutun və həmin yerləri 
açıq vəziyyət­
də saxlayın.
 Kremdən istifadə etməyin, 

pis təsir 
gös­
tərə bilər.
Atəş 
aç!
Qaz
 tapançası
 almamışdan 
əvvəl 
lisenziya alın. 
Bunun
 
üçün polis şöbəsinə 
ərizə ilə müraciət edin. 
Şəxsiyyət vərəqəsi 
və iki ədəd şəkil təqdim edin. Ta­
pançadan
 istifadə 
etmək qaydalarından imtahan ver­
dikdən
 sonra arayış 
alınır. Lisenziya beş il müddətinə 
verilir. Sənədlər
 
mağazada satıcıya təqdim edildikdən 
sonra
 tapançanın rekvizitləri
 yazılır. Tapança 
alınma­
mışdan
 əvvəl onun bütün incəliklərindən başı 
çıxan 
şəxslə
 məsləhətləşmək lazımdır. Tapançalar qazla yox, 
maye (CN, 
CS) ilə işləyir. Elə 
tapançalar var ki, döyüş 
tapançası kimi səs 
çıxarır.
Aşağıdakıları yadda 
saxlamaq 
məsləhətdir:
-
 
Tapançadan
 istifadəni tirdə öyrənin.
-
  Çox 
təhlükəli
 şəraitdə tapançanı 
əvvəlcədən ha­
zırlayın.
-
  Sizə
 hücum 
olunacağını hiss
 edən kimi 
yaxşı 
mövqe 
tutmağa, kölgə
 yerə çəkilməyə çalışın. Çalışın 
ki, düşmən
 
işıqda 
qalsın, arxadan Sizə hücum olmasın. 
Arxanız
 divara tərəf olsa, daha yaxşıdır.
-
  Bandit əlinizdəki
 tapançanı döyüş 
tapançasına 
oxşadıb,
 atəş aça bilər.
-
  Düşmənin
 
çənəsini nişan
 alın ki, qaz 
şığnağı 
yaxşı yayılıb hədəfi tutsun. 
Düşməni məhv edərkən, 
özünüzü
 itirməyin və təcili polis şöbəsinə xəbər verin.
-
 
Bandit tapançanı Sizə tuşlayarsa,
 atəş açmayın, 
qaz
 balonundan 
istifadə 
etməyin. Çünki güllə qaz şığ- 
nağından
 
tez təsir göstərir. Yadda saxlayın ki, Siz 
özünüzü müdafiə üçün qanunla alınmış tapançadan is­
tifadə edirsiniz.
214
215

Yüklə 8,07 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin