Seyidov miRİŞ MÜASİr etiket ensiklopediyasi



Yüklə 8,07 Mb.
Pdf görüntüsü
səhifə20/21
tarix03.12.2019
ölçüsü8,07 Mb.
#29785
1   ...   13   14   15   16   17   18   19   20   21
Muasir etiket ensiklopediyasi 100 meslehet


YEMƏK
 
YEMƏYİN
 
ƏDƏBLƏRİ
Yemək yeyərkən bir neçə
 şey müstəhəbdir:
1.  Yeməkdən qabaq hər 
iki əli yumaq.
2.  Yeməkdən sonra əlini 
yuyub dəsmal ilə 
qurulamaq.
-
 
3. Süfrə sahibi yeməyə hamıdan əvvəl başlasın və 
hamıdan
 
sonra 
qurtarsın.
 Yeməkdən 
əvvəl süfrə sahibi 
öz əlini
 yusun, sonra 
onun sağ tərəfində 
oturan 
adamdan başlayıb, onun sol tərəfində oturan adama 
qədər 
tərtib ilə əllərini yusunlar.
4.
 
Yeməyə başlayanda “Bismillah” desin. Amma 
əgər
 
süfrədə bir neçə cür yemək olsa, onların hər birini 
yeməyə
 
başlayanda “Bismillah
” deməyi müstəhəbdir
*.
5.  Yeməyi sağ əli ilə yemək.
6.  Üç barmaq, ya çox barmaqla yemək yesin, 
iki 
barmaqla
 
yemək yeməsin.
7.
  Əgər
 
neçə nəfər süfrə 
başında otursalar, hər 
kəs öz qabağındakı
 yeməkdən yesin.
8. 
Tikəni kiçik
 götürsün.
9.  Süfrə başında çox otursun və yeməyi uzatsın.
10.
  Yeməyi 
yaxşı 
çeynəsin.
11.
 
Yeməkdən sonra Allaha həmd etsin.
12.
  Barmaqlarını
 yalasın.
13.
 
Yeməkdən
 sonra dişlərini təmizləsin, 
amma 
reyhan çubuğu, qamış və xurma
 ağacının yarpağı ilə 
təmizləməsin.
14.
  Süfrənin
 kənarına 
tökülən şeyi yığıb yesin. 
Amma əgər biyabanda yemək yeyirsə,
 müstəhəbdir ki, 
yerə
 
tökülənləri
 quşlar və 
heyvanlar üçün saxlasın.
15.
  Günün
 əvvəlində və gecənin 
əvvəlində yemək 
yesin,
 
gecənin ortasında və günün ortasında yemək 
yeməsin.
16.
  Yeməkdən
 sonra arxası üstə uzansın və sağ 
ayağını
 
sol ayağının üstünə qoysun.
*
 məkruh - edilməsi
 haram olmayan, lakin şəri qaydada 
edilməməsi
 daha
 yaxşı olan iş.
*
 müstəhəbdir - yerinə yetirilsə savab, yetirilməsə əzabı 
olmayan 
şəri 
hökm.
17. 
Yeməyin 
əvvəlində 

 axırında duz yesin.
18.
  Meyvəni 
yeməmişdən 
qabaq 
su ilə yusun.
Yemək
 
yeyərkən məkruh
 
olan şeylər
Yemək 
yeyərkən bir neçə
 
şey məkruhdur
*
:
1. 
Tox olduğu halda yemək yemək.
2.
 
Çox yemək 
və xəbərdə
 
vardır ki, Allahın hər 
şeydən 
çox, dolu qarından acığı gəlir.
3. 
Yemək
 yeyərkən başqalarının üzünə 
baxmaq.
4.
  İsti xörək 
yemək.
5.
 
İçdiyi, ya yediyi bir şeyi 
üfürmək.
6.
  Süfrəyə
 çörək
 qoyduqdan sonra başqa 
bir şeyi 
gözləmək.
7.
 
Çörəyi bıçaqla kəsmək.
8. 
Çörəyi qabın altına qoymaq.
9.
  Sümüyə yapışmış
 
əti təmizləmək, bir cürə ki, 
onda heç nə qalmasın.
10.
 
Qabıqlı
 yeyilən meyvənin qabığını soymaq.
11.
 
Meyvəni
 yarımçıq 
yeyib tullamaq.
Su içməyin qaydaları
Su içmƏyin bir neçə qaydası vardır:
1. 
Suyu sovurub içmək.
2.
 
Gündüz
 ayaqüstü su içmək.
3.
  Suyu içməmişdən
 
qabaq “Bismillah”
, sonra isə 
“Əlhəmdulillah
” demək.
4.
 
Üç
 nəfəsə su içmək.
5.
  Suya 
meyli olanda su içmək.
6.
 
Su içəndən sonra İmam Hüseyn (ə.s.) və onun 
əhli-beytini yad etmək və onun qatillərinə lənət 
etmək.
Su içərkən məkruh olan şeylər
Suyu çox 
içmək, yağlı xörəkdən sonra su içmək, 
gecə
 
ayaq üstə su 
içmək məkruhdur. 
Suyu sol əli ilə 
içmək,
 həmçinin
 qabın sınıq yerindən və onun dəstəsi 
olan
 yerindən su 
içmək məkruhdur.
(Ayətullahul-uzma Seyid Əli
 Hüseyni
 Sistaninin 
“İzahlı
 şəriət məsələləri” kitabından)
245
244

AİLƏ HƏYATININ ƏN VACİB 
HADİSƏLƏRİN­
DƏN 
(MƏHƏBBƏT, NİŞAN, TOY)
Həqiqi,
 əsl məhəbbət ən müqəddəs və ali 
hisslər 
oyadır, insan taleyinə
 
müsbət təsir 
göstərir. Məlumdur 
ki,
 
nigah (evlənmə) iki cür ola bilər. Məqsədli və mə­
həbbət
 
əsasında qurulan nigah. 
Çox vaxt həyatda hesab 
ilə
 nigaha girən oğlanlara və 
qızlara rast gəlmək olur. 
Bir-birinə
 öyrənmə, hörmət etmə, nigahla birlikdə 
so­
nradan ülvi
 hisslərə çevrilir 

 ailəyə gələcəkdə xoş­
bəxtlik
 gətirir. Ancaq baş tutmayan, insanı bədbəxt 
edən
 nigahlara
 da rast gəlmək olur. Bəzi 
nigahlardan 
yaranan 
ailələrdə ər
 
və arvad bir-birlərini başa düşmür 

 
qarşılıqlı 
münasibət yaratmaqda çətinlik çəkir və 
ayrılmaq
 
qərarına 
gəlirlər. Belə 
ailələrin sonu rəsmi və 
qeyri-rəsmi
 boşanma ilə nəticələnir.
Təəssüf ki, çox vaxt qız və oğlan valideynlərin, 
qohumların vasitəsi ilə nigaha girirlər. Bununla da, 
həyatlarının
 
ən yaxşı 
illərini mənasız keçirir, özlərini 
saf
 və ülvi sevgidən
 
məhrum edirlər.
Ata və ananın təkidi ilə sevmədiyi
 oğlanla ailə 
həyatı 
quran qızın sonrakı taleyi uğursuz olur.
Hər
 
bir insanın xoşbəxt olmaq hüququ vardır. 
Həm
 də xoşbəxtlik
 insanın özündən 
də asılıdır.
Qızlarını məcburən ərə verən bəzi valideynlər 
yadda
 
saxlamalıdırlar ki,
 
onlar 
istər-istəməz övladları­
nın xoşbəxtliyinə mane
 olurlar. Belə 
nigahlara adətən, 
pulun
 
böyük 
rol oynadığı cəmiyyətdə rast gəlmək olur.
Buna
 baxmayaraq, 
nigahlarm
 əksəriyyəti gənclə­
rin
 bir-birinə saf 
münasibətindən 
yaranır və bu təbii 
ki,
 məqsədəuyğun, arzu olunan 
nigah hesab edilir. Be­
lə nigahların əksəriyyəti 
xoşbəxt 
sonluqla bitir.
Gənc
 oğlan 
qıza xoş 
gəlmək üçün özünü nəzakət­
li,
 ədəbli
 aparmalıdır. Ciddi fikirdə olan oğlan öz fik­
rini və
 hissini qıza açıb demək üçün 
əlverişli vaxt 
müəyyənləşdirməlidir. Ümumiyyətlə, hər 
bir şey nəzə­
rə alınıb, hesabla hərəkət edilməlidir. Oğlan yavaş-ya­
vaş 
öz hisslərini qıza bildirməlidir. Oğlanın utancaqlığı 
yaxşı 
əlamət deyil və ona yaraşmayan hərəkətdir.
Qız
 göstərilən qayğını dərhal başa düşməli və oğ­
lana
 gələcəkdə ona yaxınlaşmağın mümkün olub-olma 
masını
 
çox incəliklə anlatmalıdır.
Qızlar
 ürək sirlərini analarından gizlətmirlər. 
Gənc
 
oğlan qızın ona meylli olduğunu hiss edərsə, 
adət-ənənəyə uyğun
 olaraq, qızın valideynlərini duyuq 
salmalıdır ki, sonradan
 onlarla 
görüşəndə bu gözlənil­
məz
 
alınmasın.
Əgər valideynlər
 sevgi əsasında qurulan nigahın 
əleyhinə çıxsalar,
 sözsüz
 ki, bunun acı nəticəsi 
olar.
Nigah 
gənclərin 
istəyi ilə baş tutubsa, 
onların ay­
rılması 
təsadüfi hallarda baş verir. Odur ki, belə ciddi 
məsələlərdə valideynlər 
öz fikirlərindən daşınmalı və 
övladlarının xoşbəxtliyinə mane olmamalıdırlar.
Qız
 
sevən oğlan 
gələcək taleyinin həll edilməsi 
vaxtının artıq gəlib çatdığını bilməlidir. Sevgini ürəyi­

 salan qız 
hisslərini gizlətməyi 
bacarır. Bəzən isə bu 
hisslərin
 quluna çevrilir.
Oğlan qıza yaxınlaşarkən, 
çox ehtiyatlı olmalıdır. 
Çünki
 oğlan
 qızda
 sevgi 
hissi oyada bilər. Əgər oğlanın 
ciddi
 fikri yoxdursa,
 bunun üçün mənəvi
 məsuliyyət 
da­
şıyır. Odur 
ki, oğlan
 qızın hissləri ilə oynamağın, 
onu 
özünə
 
cəlb etməyin
 
hansı sonluqla bitəcəyi haqqında fikir­
ləşməlidir.
 
Əmin
 olsa ki, bu əsl məhəbbətdir, onda əvvəl 
qızın valideynləri ilə, 
ilk növbədə anası ilə razılaşmalıdır.
Yadda 
saxlamaq lazımdır ki, qızın ürəyinə 
yol 
ananın
 
ürəyindən
 
keçir. Bu mərhələni mütləq keçmək 
lazımdır.
 Əgər
 gənc oğlan qızın
 anasının 
ürəyincədir- 
sə,
 onda
 
qızın ürəyini daha 
tez ələ alar və məqsədinə 
çox 
asanlıqla nail olar.
Analar qızlarına daha diqqətli olur 
və onları hər 
bəd 
nəzərdən qoruyurlar. Əgər ana 
hiss etsə ki, qızı ilə 
kimsə
 
maraqlanır,
 bu vaxt daha diqqətli
 olmağa 
və qı­

 
ilə maraqlanan oğlan haqqında
 
daha ətraflı məlumat 
toplamağa 
çalışır.
246
247

Əgər 
oğlan özündən 
razıdırsa və ananın qızına 
təsirinə
 qiymət vermirsə,
 
gələcək qarşılıqlı münasibət­

 qızın anası ilə gənc arasında anlaşılmazlıq
 
yarana­
caq.
Sevdiyi qızın 
valideynləri ilə münasibətdə oğlan 
özünü təvazökar, əzmli 
və sadə aparmalı, qızın valideyn­
lərinə 
hörmət etməli, ədəbli olmalı, özünü tərifləməmə­
li
 və 
yalan danışmamalıdır. Oğlan qızın ailəsinə nə qə­
dər
 
tez üzv olmaq istəsə də, qızın valideynləri onun haq­
qında
 
ətraflı 
məlumat almağa çalışacaqlar. Əgər deyilən­
lər
 
üst-üstə düşməsə, oğlanın boşboğaz olması ortaya 
çıxsa,
 
o, özünü 
pis vəziyyətə salmış olacaq.
Oğlan özü haqda 
qızın 
valideynlərinə ətraflı 
məlumat verməli 
və heç nəyi onlardan gizlətməməlidir. 
Çünki
 pis
 keyfiyyətlər sonradan 
mütləq üzə çıxacaq. 
Oğlan əvvəldən hər şeyi açıq danışarsa, valideynlərin 
xoşuna
 gələr və onlar kiçik 
nöqsanları bağışlayarlar.
Əgər
 
bunlar
 vaxtında deyilməzsə, hətta toydan 
sonra
 
kiçik 
görünən nöqsanlar bağışlanılmaz.
Toy haqqında qərar qəbul etməmişdən əvvəl oğlan 
öz
 imkanlarını nəzərə almalı, gələcəkdə ailəsinin mad­
di
 
ehtiyaclarını 
necə
 təmin edəcəyini düşünməli və 
sonra
 
ailə qurmalıdır.
 Çünki 
ehtiyac evdə söz-söhbətin 
yaranmasına səbəb olar 
və ailədəki xoşbəxtliyə maneçi­
lik törədər.
Hər
 
şeylə
 təmin 
olunmuş ailələr xoşbəxt ailələr 
hesab
 olunur 
və bu zaman kişi maddi vəziyyətinə görə 
həyat yoldaşından utanmır. Belə ailələrdə kişi heç vaxt 
həyat
 yoldaşının qarşısında xəcalət çəkmir. Beləliklə, 
kişi 
ailədə 
firavanlıq 
yaradır və həyat 
onlar üçün 
mənalı görünür.
özünə həyat yoldaşı 
seçən gənc gəlinin qənaətcil 
olmasını qiymətləndirməlidir. Belə nigahdan yaranan 
ailələrin 
xoşbəxtliyinə söz ola bilməz. Qadın əgər qə­
naətcil
 deyilsə, bütün 
hallarda çatışmazlıqlara cavab­
deh
 kişidir.
 Görünür
 özünə həyat yoldaşı seçərkən, 
səhvə
 
yol verib.
Bəzən
 ikrah
 doğuran məsələlər ortaya çıxır.
 
Belə 
ki, 
oğlan qızın
 ailəsində maddi
 
vəziyyətin yaxşı olma­
dığını
 
bilən 
kimi 
onunla bütün əlaqələri kəsir. Bundan 
belə
 
nəticəyə gəlmək olar ki, 
oğlan 
həyat 
yoldaşı seçər­
kən, yalnız öz 
şəxsi mənfəətini düşünürmüş.
Qızın atasına
 yazılı 
surətdə müraciət etmək qəbul 
olunmuşdur.
 Yazılı surətdə müraciət
 qəbul edildikdən 
sonra oğlan
 valideynlər qarşısına səliqəli 
geyimdə çıx­
malı 
və 
təklifini
 
irəli 
sürməlidir. Qəfil gələn oğlan (bu 
nadir hallarda 
olur) çətinliyə
 rast gələ bilər 
və bu da 
rəsmi cavabın verilməsini 
ləngidər (qızın valideynləri 
tərəfindən).
Çox 
vaxt
 oğlanın 
gəlişinə 
bütün 
ailə hazırlaşır və 
nişan
 ilə 
təklif elə 
bir günə düşür.
Nişanlı
 oğlan
 
və qız bir-birinə nəzakətlə yanaş­
malıdırlar.
 Çünki bu gənclərin həyatlarında ən xoşbəxt 
anlardır. Bu anlarda 
onlar özlərini daha xoşbəxt, qəm­
dən-qüssədən uzaq bir dünyada hiss edirlər.
Nişanlı oğlan qıza həmişə diqqətli olmalı və onu 
görmək üçün tələsməlidir. Oğlan kənar şəxslərin ya­
nında hisslərini cilovlamağı bacarmalıdır. Oğlanın hər 
hansı
 ədəbsiz hərəkəti əsəbilik yarada bilər.
 Gənc 
qızı 
görmək
 
üçün oğlan onların evinə gələndə, ananın qızı­
nın yanında iştirakı vacibdir.
Oğlanın
 və qızın bir-birinə hədiyyə 
verməsi 
sözsüz ki, vacibdir. Lakin 
bu hədiyyələr qarderoba aid 
olmalıdır.
Nişandan sonra toyun vaxtı 
vəziyyətdən 
və şəra­
itdən 
asılı olaraq seçilir. Ancaq toyun vaxtını tələsdir­
mək
 və
 uzatmaq da yaxşı deyil.
Ailədə
 xəstə
 varsa, toyun vaxtını onun sağalma­
sına və ya özünü yaxşı hiss etməsinə qədər uzatmaq 
mümkündür.
248
249

Cehiz
 barəsində
Adət-ənənəyə 
görə 
valideynlər 
evin və təsərrüfatın 
qurulmasında övladlarına kömək 
etməyə borcludurlar. 
Onlar yeni 
qurulmuş ailəni yataq dəsti, müxtəlif məişət 
əşyaları
 
və digər 
lazımi avadanlıqlarla təmin etməlidirlər.
Bəy
 tərəfindən verilən toy hədiyyəsi 
çox qəşəng 
olmalıdır.
Qohumlar 
və yaxın dostlar da hədiyyə verə bilər­
lər.
 Bu hədiyyələr 
əsasən 
ev əşyalarından ibarət
 olur.
Toyun 
ilk
 
günü gəlin üçün çox həyəcanlı 
gündür. 
Çünki
 
məhz bu gün 
o valideynlərini tərk edir, yeni 
ailəyə
 düşür və 
özünə
 ev qurur. Odur ki, belə gündə 
gə­
linin
 sevinc 
yaşları axıtması təsadüfi deyil. Təzə bəy 
gəlinin 
hisslərinə
 hörmətlə yanaşmalı, ürəyini boşalt­
masına
 mane
 olmamalıdır. Gəlin bir daha xoşbəxt və 
bəxtəvər
 günlərə
 
qovuşduğuna
 
əmin olmalıdır.
Nişan paltarı barədə
Gəlin
 ağ 
paltarda, uzun və ya gödək fatada olma­
lıdır. Bəy
 kostyum geyinməlidir. 
Qonaqlar da öz növ­
bəsində
 ziyafət
 
geyimində olmalıdırlar.
Ərə
 gedən
 dul qadın başına qızılgül 
və ya digər 
güllərdən 
hörülmüş tac qoymalıdır. O, gümüşü və ya 
başqa açıq rəngli paltar geyinməlidir.
Qızların 
ən ülvi arzularından biri nişan mərasi­
midir.
 
Qızlar nişan
 
mərasimini və onun sevincini həmi­
şə
 xoş hisslərlə xatırlayırlar.
Hər 
bir mədəni cəmiyyətdə nigah qadınla kişini 
birləşdirir.
 Nigah bir-birini 
sevən, bir-birinə məhəbbət 
bəsləyən, ürəyi
 
sonsuz arzu
 
dolu gəncləri yaxınlaşdırır. 
İki
 gənc arasındakı qarşılıqlı 
hörməti, qayğını möh­
kəmləndirir 
və bu nigahdan övladlar dünyaya gəlir. 
Belə
 nigahdan doğulan
 uşaqlara valideyn sevgisi 
son­
suz olur
 və ailə bu sevgi üzərində möhkəmlənir, ata- 
ana 
bütün güclərini birləşdirir, ailənin 
tələbatını ödə­
mək
 
üçün
 zəhmətə qatlaşırlar. Qadın həyat yoldaşını 
sevir
 

 
onun 
qayğısını çəkir. Ər də qadınma hörmətlə 
yanaşır,
 
onu sevir və müdafiə 
edir.
Nəhayət, 
nigah qız və 
oğlanı birləşdirir, bəzi pis 
hərəkətlərin 
qarşısını alır,
 böyük hissləri yatırdır və 
xoşbəxtliyi
 qoruyur.
Nigaha
 girənlərin yaşı yetkinlik yaşına çatmalı 

 
orqanizm
 möhkəm
 olmalıdır. 
Qarşılıqlı 
məhəbbətdən 
başqa, sevənlər
 arasında dostluq, bir-birinə hörmət 
də 
olmalıdır. 
Yalnız belə nigahdan yaranan ailələr xoş­
bəxtliyə qovuşur 
və 
bu səadətin ömrü uzun olur. Kişi­
lər üçün
 nigah yaşı 
iyirmi beş 
yaşdan otuz beş 
yaşa, 
qadınlar
 
üçün isə 18-dən 25-ə qədərdir. Bu yaşdan əv­
vəl
 qurulan nigahlar vaxtsız,
 sonrakı nigahlar isə gec 
nigahlar 
hesab 
edilir.
Nigaha 
girən 
qadın ilə kişi arasında kəskin
 yaş 
fərqi varsa, bu nigahın həqiqi olmasına şübhə oyanır. 
Məlumdur
 ki, qoca kişi 
gənc qızla şəhvəd hissini 
söndürmək
 
üçün, gənc oğlan isə 
yaşlı
 qadınla onun 
var-dövlətinə
 görə 
evlənib. Belə nigahda həyat yoldaşı 
üzərinə
 düşən vəzifələri yerinə 
yetirə bilərmi? Belə 
məqsədlə
 evlənənlərin
 həqiqi məhəbbətindən
 danışmaq 
mümkündürmü? Belə
 ailələr hər şeyə dözüb, 
birgə ya­
şamaq 
məcburiyyətində qalırlar.
Nigahda sevgi 
və məhəbbət əsas götürülməlidir. 
Daha
 
sonra isə maddi durum və digər 
məsələlər 
nəzərə 
alınmalıdır.
Əlbəttə,
 bir-birini sevənlərə ehtiyac mane ola bil­
məz. 
Ancaq
 təcrübə göstərir ki, 
ailə 
xoşbəxtliyində 
təkcə sevgi
 və 
məhəbbət rol oynamır.
Bir-birini
 
sevənlər özlərinin 
və ailəsinin ehtiyacı­
nı 
ödəyə 
biləndən sonra nigaha girməlidirlər. “Ayağını 
yorğanına 
görə uzatmalı” prinsipinə əməl edərək, hərə­
kət 
etmək lazımdır.
Fiziki
 kamilliyə
 çatmayan qızları 
valideynlərin 
təkidi
 ilə 
ərə vermək günahdır. Məcburən ərə verilən 
gənc qızı 
qızğın məhəbbət çox 
tez yorur, zəiflədir və əl­
dən
 
salır.
 İkinci bir tərəfdən, 
belə 
ailədə doğulan uşaq­
lar zəif olur 
və inkişafdan geri qalırlar. Həm də cavan 
ər-arvad tez həvəsdən düşür, 
maraq azalır, hətta bir- 
250
25/

birindən 
bezirlər 
də. Valideynlər fərqinə varmadan qız­
larını 
necə olursa-olsun 
tez ərə verməyə, özləri isə asu­
də 
yaşamağa
 çalışırlar. Valideynlər fikirləşməlidirlər 
ki,
 
tez qurulan ailələrdə qızlar fiziki 
inkişafdan da 
ge­
ri
 
qalırlar. 
Nəzərə almaq lazımdır ki, orqanizmi tam 
inkişaf etməyən 
gənc ana isə gələcək övladı üçün heç 

 
verə bilməz.
Həddi-buluğa
 çatan
 gənclər 
mütləq ailə qurmalı­
dırlar. 
Bu 
təbiətin qanunudur. Bu təkcə 
insanlara aid 
deyil. Bütün 
canlılar cinsləri birləşdirmək qabiliyyətin- 
dədirlər.
 Nigaha girməklə 
bir çox xəstəliklərin qarşısı­

 almaq
 mümkündür.
 Sübut olunub ki, ailəsi olanlar 
nisbətən
 az
 
xəstəlik keçirirlər. Subaylar arasında ölüm 
hallarına daha çox təsadüf edilir.
Xoşbəxtlik 
həm qadından, həm də kişidən asılı­
dır.
 Əgər hər 
kəs öz vəzifəsini namusla yerinə 
yetirsə, 
ailə qarşısında cavabdehliyini dərk etsə, əlbəttə, xoş­
bəxtlik tapacaq.
Ər-arvad bir-birinə etibar etməlidirlər. 
Bir-birinə 
inanmayan ailələrdə xoşbəxtlikdən, əmin-amanlıqdan 
danışmaq
 əbəsdir.
 Ailədə
 
hamı müəyyən bir işlə məşğul 
olsa, onda bir-birinə inam 
və etibar da olar.
Sevgi ilə 
gözü pərdələyib, çatışmazlığı görməmək 
mümkün
 deyil. Tənbəl, mənəviyyatsız, avara,
 əhlikef, 
məsuliyyətsiz, içkiyə meylli şəxslə yaşamaq ömrü 
məhv 
etmək
 deməkdir.
UŞAQ NECƏ 
TƏRBİYƏ OLUNURSA, 
ELƏ
 DƏ BÖYÜYÜR. TƏRBİYƏNİN 
ƏSAS
 MƏSƏLƏLƏRİNDƏN
Uşağın həyata gəlişi, onun tərbiyəsi, inkişafı, 
təhsili,
 əsl
 insan 
kimi böyüməsi ata-ana qarşısında da­
ha
 məsuliyyətli və vacib 
məsələlər qoyur. Bu vəzifələ­
rin
 
yerinə yetirilməsində valideynlər nəinki Öz vicdan­
ları,
 həmçinin övladları
 və 
ictimaiyyət qarşısında 
məsuliyyət 
daşıyırlar.
Uşağın normal 
tərbiyələndirilməsində maddi 
durumun,
 məişət
 şəraitinin, ailə üzvlərinin 
sayının, 
onların
 bir-birinə münasibətlərin, xarakterlərin, ailə­
dəki
 mənəvi-siyasi
 
və 
işgüzar mühitin böyük təsiri var­
dır.
 Ailədə böyüklərin təhsilindən və həyat təcrübəsin­
dən,
 xüsusilə
 valideynlərin
 ümumi və pedaqoji mədə­
niyyətindən
 çox 
şey asılıdır. Ailə, dövlətin təhsil müəs­
sisələri,
 körpələr
 evi
 və
 uşaq bağçaları, internat mək­
təbləri, uşaq və gənclər
 təşkilatları, 
ictimaiyyət və 
əmək kollektivləri 
uşaqların tərbiyəsində 
bir-biri ilə 
sıx bağlıdırlar.
Kişi 
ilə
 qadının nigahından doğulan körpə ailəni 
daha 
da möhkəmləndirir, valideynləri yeni vətəndaşın 
tərbiyələndirilməsi kimi
 
məsuliyyətli 
bir işdə birləşdi­
rir.
Uşağın
 tərbiyəsində
 vacib
 
və məsuliyyətli iş əsa­
sən
 
valideynlərin üzərinə düşür. Çünki 
övladın 
bir şəx­
siyyət
 
kimi
 
formalaşması ailədən, evdən başlayır. Ailə 
tərbiyəsinin
 özünəməxsus xüsusiyyətləri
 var.
 Bu xüsu­
siyyətlər 
kiçiklərin və böyüklərin birlikdə
 yaşamasının 
gündəlik nəticəsindən yaranır. 
Ailə tərbiyəsi emosiya­
lar əsasında qurulur. Uşağın tərbiyəsində valideynlər­

 bərabər,
 onlarla 
bir ailədə 
yaşayan yaxın adamlar da 
iştirak edirlər 
və onların tərbiyələndirmə 
prosesi uşaq­
ların böyüməsinə qədər
 
davam edir. Yeniyetmələrin ai­
lədəki
 tərbiyəsində işgüzarlıq əsas 
rol oynayır.
Uşaqların
 yaxşı tərbiyə
 
olunmasında ailənin tam­
lığının, 
yəni ata və ananın olmasının böyük əhəmiyyə­
ti
 var.
 Ailə
 
münasibətlərinin
 təmin edilməsində, tər­
biyənin gücləndirilməsində
 
ata və ana uşaqlar üçün 
normal şərait
 yaradırlar.
 Bu xüsusilə cinslər arasında 
münasibətdə özünü büruzə verir.
Əgər 
ailədə
 
bir neçə uşaq varsa, onda ailə tərbiyə­
sində
 
yüksək 
müvəffəqiyyət əldə etmək olur. Ailədə bir 
neçə
 uşağın
 olması tərbiyə işini asanlaşdırır, böyüklər 
valideynlərə kömək 
edir, 
kiçiklər böyüklərdən nümunə 
götürürlər.
 
Kiçiklərlə 
böyüklər arasındakı səmimilik­
252
253

dən
 
bacı-qardaş dostluğu 
və qarşılıqlı 
xoş münasibətlər 
yaranır.
Valideyn 
sevgisi ailədə mənəvi-psixoloji şəraitin 
yaranmasının əsas şərtlərindən biridir 
və bu valideyn­
lərin
 uşaqlara 
təsir 
gücünün effektliyini yüksəldir. Va­
lideyn 
sevgisi övladlara olan təbii hissdir. Bu nəinki ai­
lənin
 
emosionallığını gücləndirir, hətta valideynlərə 
tərbiyə haqqında düzgün
 qərar qəbul 
etməkdə kömək 
edir. Bununla bərabər,
 
valideyn sevgisi “
gözübağlı” ol­
mamalıdır. Bu
 ağıl
 əsasında qurulmalı, 
uşaqların tər­
biyəsinin
 müxtəlif maraqlı tərəfləri 
nəzərə alınmalıdır.
Hər
 bir ailədə
 ər-arvad 
arasında vaxt
 
ötdükcə, 
müəyyən
 
ailə ənənəsi yaranır. Bu böyüklərə 
hörmət, 
kiçiklərə qayğı,
 qarşılıqlı kömək, birgə əmək və istira­
hət,
 ağıllı yaşamaq və s. hesab edilir. Belə gözəl ənənə 
ailəyə müsbət təsir göstərir 
və uşaqların mənəvi cəhət­
dən
 
formalaşmasına kömək 
edir.
Əgər
 valideynlər uşaqlar yanında hörmətli və eti- 
barlıdırlarsa, onda
 övladlarını yaxşı 
tərbiyə 
edə bilər­
lər.
 Uşaqlarda əvvəl ata-anaya hörmət onlar valideyn 
olduğu
 üçün yaranır.
 Lakin uşaqlar 
böyüdükcə, ata 
və 
ana 
öz nüfuzunu və hörmətini möhkəmləndirmək üçün 
övladlarına xüsusi qayğı göstərməlidirlər. Valideyn 
uşaqların
 
hörmət və 
nüfuzunu qazanmaq üçün ilk 
növ­
bədə
 özünə qarşı 
tələbkar olmalıdır. Bu ətrafdakılara, 
eləcə 
də, uşaqlara öz 
vəzifə borclarına ədalətlə və 
məsuliyyətlə yanaşmaqda yaxından kömək edər. Vali­
deynlərin
 həyat tərzi uşaqların yanında
 onların 
hörmə­
tini
 yüksəldir,
 ata-ana 
oğul və qızın hörmətini qazanır 
və ya
 hörmətdən düşürlər. Valideynlər 
bunu uşağın 
anadan olduğu 
ilk gündən bilməlidirlər.
Ailə
 .
 tərbiyəsində məqsədəuyğun, müəyyən kon­
kret
 məsələlər nəzərdə 
tutulur. Cəmiyyətimizdə gənclə­
rin
 tərbiyəsi
 
dövlətin və valideynlərin tərbiyəsinə uy­
ğun
 
gəlir.
 Odur ki, ailə 
tərbiyəsinin 
əsas məqsədi, hər­
tərəfli şəxsiyyət
 yetişdirmək, özündə 
mənəvi 
yüksək­
liyi,
 əxlaqi təmizliyi və fiziki
 kamilliyi birləşdirmək­
dir.
 
Fiziki,
 əxlaqi, əqli, mənəvi, estetik tərbiyəni yeri­
nə yetirməklə bu məqsədə nail olmaq 
olar.
Ailə
 tərbiyəsində əsas yeri sağlam uşaq və onun 
fiziki
 
hazırlığını gücləndirmək, 
zirəklik, davamlılıq 
tutur.
 Sağlam 
və fiziki cəhətdən inkişaf
 etmiş 
şəxs 
zehni işlə 
və əməklə məşğul ola bilər. Belə şəxslər adə­
tən, diribaş,
 gümrah, xeyirxah olurlar.
Uşaqların məktəbdə
 
yaxşı 
oxuması üçün 
vali­
deynlər 
onlara normal şərait yaratmalı, çətinliklə üzlə­
şəndə köməyini əsirgəməməlidirlər. 
Burada onların hər 
şeyi 
öyrənmək
 marağı, elmə həvəsi 
nəzərə alınmalıdır. 
Burada həm də düzgün, fasiləsiz təhsilə istiqamətlən­
dirmə, bədii 
ədəbiyyatı və yeni nəşrləri oxumağa hə­
vəsləndirmə 
əsas rol oynayır. Bu işdə də məktəb 
və 
məktəbdənkənar
 
inkişaf, uşağın 
sağlamlığı, 
həvəsi, 
marağı
 nəzərə 
alınmalı,
 həvəsləndirmə metodlarından 
istifadə olunmalıdır. Məlumdur ki, uşağın ayrı-ayrı in­
sanlarla
 
münasibətində yeni-yeni problemlər yaranır. 
Bunun
 üçün valideynlər uşaqlara diqqətli olmalı, bəzi 
problemləri aradan qaldırmaq üçün 
onlara kömək gös­
tərməlidirlər.
Ailədə
 
uşaqların hərtərəfli inkişafında 
estetik 
tərbiyənin əhəmiyyəti böyükdür. Estetik tərbiyə digər 
tərbiyə növləri ilə sıx əlaqədardır. Estetik tərbiyə 
uşaqlara
 gözəlliyi 
dərk etməkdə kömək edir, incəliyi 
qiymətləndirməyi
 və 
gözəllik qanunları ilə yaşamağı 
öyrədir.
 
Bu
 məqsədlə 
valideynlər uşaqlarını rəsm dər­
nəklərinə aparmalı, 
model düzəltmək üçün onlara 
müxtəlif
 fiqurlar almalıdırlar. Uşaqlar həm də musi­
qiyə
 
qulaq 
asmalı, musiqi alətlərində çalmalı, teatra, 
muzeylərə, 
sərgilərə 
getməlidirlər.
Ailənin
 vəzifəsi uşaqlara
 nəyisə göstərmək və 
on­
dan istifadə etmək deyil, onları yaratmaq, inkişaf et­
dirmək
 qabiliyyətini 
tərbiyə etməkdən ibarətdir. Vali­
deynlər övladlarının
 xarakterinə yaxından bələd olma­
salar, tərbiyəçi 
kimi heç nəyə nail ola bilməzlər.
Hər
 
bir insan hansı yaşda olursa-olsun şəxsiyyət
254
255

hesab 
edilir.
 Odur ki,
 valideynlər övladlarına - qıza və 
oğlana
 
fərd
 kimi yanaşmalıdırlar.
Uşağı
 
tərbiyələndirmək məqsədi ilə onu hərtərəf­
li öyrənməli, marağı, tələbi, nəyə meylli olduğu, qa­
biliyyəti, yaxşı
 və pis cəhətləri aşkar edilməlidir. Yal­
nız
 
bu
 halda, valideyn böyüyən 
gəncin formalaşmasına 
təsir göstərə 
bilər, ondakı müsbət keyfiyyətləri görər 
və 
səhvləri aradan qaldırmaqda ona kömək edər.
Uşaqlarla maraqlandıqları məsələ barədə vali­
deynlərin
 
söhbət aparması, onların evdə, küçədə 
və ic­
timai 
yerlərdə, məktəbdə 
özlərini necə aparmasını 
müşahidə 
etməsi, yoldaşları 
ilə
 münasibəti onlara kö­
mək edər. 
Valideynlər uşaqlarının hansı kitabları oxu­
duqlarını, 
hansı oyunlarla maraqlandıqlarını, boş vaxt­
larını
 
necə keçirdiklərini, kimlə dostluq etdiklərini bil­
məlidirlər.
 Kənar şəxslərin 
verdiyi qiymət obyektiv ol­
maya bilər.
 
Ən 
etibarlı yol atanın və ananın göstərdiyi 
yoldur.
Uşaq
 böyüdükcə, mənəvi
 tərbiyəsinə tələb də ar­
tır.
 
Ailə tərbiyəsində əsas yeri vətənə və torpağa sevgi, 
yoldaşlıq 
hissi, 
namus, insanpərvərlik, beynəlmiləlçilik 
tutur. Uşağın tərbiyəsi nəinki söhbətaparma, başasal- 
ma, hətta 
insana lazım 
olan ümumi mənəvi prinsiplər 
əsasında
 qurulur.
Tərbiyədə 
əsas
 yeri 
əmək 
tərbiyəsi tutur. Bir qay­
da olaraq,
 uşaqlar 
hələ kiçik 
yaşlarından öz güc və im­
kanlarına
 görə
 ev işlərində böyüklərə kömək etməyə 
ça­
lışırlar.
 
Valideynlərin
 vəzifəsi uşaqları ev
 işlərinə hə­
vəsləndirmək
 və şirnikdirməklə, onlara
 kömək etmək­
dir. Uşaqlar oyuncaqlarla oynayarkən, 
bir növ böyüklə­
ri
 
təqlid 
edirlər.
Valideynlər uşaqlarını
 fiziki cəhətdən tərbiyələn­
dirmək məqsədi
 ilə kiçik 
yaşlarından onlara səhər id­
manı 
ilə,
 müxtəlif maraqlı oyunlarla,
 turizmlə məşğul 
olmağı,
 
bədəni 
möhkəmləndirməyi, 
sağlamlığın qayğı­
sına
 qalmağı öyrətməlidirlər. Uşaqları 
papiros çəkmək­
dən, alkoqollu içkilər içməkdən, narkotik maddələrdən 
istifadədən
 və
 digər 
pis adətlərdən qorumaq 
lazımdır. 
Bu
 işdə valideynlər
 övladlarına nümunə olmalıdırlar. 
Əgər
 ata
 papiros çəkirsə,
 oğula papiros çəkməyi qada­
ğan
 etməsi faydasızdır. Təbii ki, 
o, uşaq 
yaşlarında 
gizlincə papiros
 
çəkəcək, böyüyəndə isə heç kimdən çə­
kinməyəcək,
 heç kimdən qorxmayacaq.
Ailədə uşağın tərbiyəsi əqli inkişafdan
 çox
 asılı­
dır.
 Ananın
 hələ dil açıb, danışa bilməyən körpəsinə 
müraciəti 
əqli tərbiyənin 
başlancığını qoyur. Sonra 
uşağa
 nağıl danışmaq, 
kitab oxumaq olar. Daha sonra 
uşaq 
elmə həvəsləndirilməli və mükafatlandırılmalıdır. 
Valideyn
 
uşağın
 suallarına cavab
 verməklə,
 başa 
düşmədiyini
 aydınlaşdırmaqla onun 
hafizəsini, yadda­
şını, təfəkkürünü, təsəvvürünü inkişaf etdirmiş olur.
Uşaqları
 hansı yaşdan
 tərbiyə 
etmək lazımdır? 
Pedaqoqika
 elminə 
görə uşaqların tərbiyəsi ilə anadan 
olan
 gündən məşğul olmaq 
lazımdır. Məhz anadan olan 
gündən. 
Çünki
 üç-dörd ildə uşaqlar şəxs kimi formala­
şırlar.
 Valideynlərin
 istəyindən asılı 
olmayaraq, yeni 
anadan olan körpəyə onları əhatə edən şərait (yatanda, 
oyananda
 və yeyəndə) təsir 
edir, 
şüurunda dərin iz bu­
raxır
 
və şəxs
 kimi 
formalaşmasında 
böyük rol oynayır. 
Valideynlər körpəyə
 ilk gündən qayğı göstərməlidirlər 
ki, onlar normal
 inkişaf 
etsinlər, düzgün tərbiyə alsın­
lar,
 böyüsünlər və müsbət keyfiyyətlərə malik insan 
kimi 
yetişsinlər.
Uşaqların,
 yeniyetmələrin, gənclərin 
tərbiyəsi sa­
də 

 
asan iş deyil. Bunu yerinə yetirmək, istənilən 
müsbət nəticəni əldə
 
etmək üçün ata 
və ana olduqca 
yüksək pedaqoji mədəniyyətə malik 
olmalıdırlar.
Ailədə
 yeniyetmələrin tərbiyəsində 
ən təsirli üsul 
inandırmadır. 
Söhbət etməklə, məsləhət verməklə, başa 
salmaqla
 inandırmaq
 olar. 
Bununla bərabər, 
yeri gəlsə, 
tələb 
etmək də lazımdır. Həmçinin, tərif 
və cəzalandır­
ma üsullarından 
da 
istifadə edilməlidir. Ailənin digər 
yaşlı üzvləri də gənclərə şəxsi nümunə olmalıdırlar. 
Böyüklər özlərini necə
 
aparırlarsa, bir-biri 
ilə necə 
rəf­
257
256

tar
 edirlərsə,
 necə danışırlarsa,
 insanlara 
və hadisələrə 
necə
 qiymət verirlərsə, bu 
istər-istəməz gənclərə təsir 
edir və onlar da böyüklərə oxşamağa çalışırlar.
Uşaqlarla
 
söhbət üçün itirdiyiniz vaxta görə 
heyfsilənməyin,
 
ortaya
 çıxan
 
gündəlik məsələləri mü­
zakirə 
edin ki, onlar Sizin fikrinizi 
və mövqeyinizi bil­
sinlər. Onları 
bezdirməmək şərti ilə məsləhətlər verin. 
Onlara öz
 iradənizi diktə 
etməyin, təkliflərlə 
çıxış 
edin.
 Əgər 
valideynin
 xahişi, oğulun imkanını nəzərə 
almaqla, düzgün və 
qısa ifadə edilibsə və belə hadisə­
lər
 (xahişlər) tez-tez 
təkrar olunmursa, gənc valideyn­
lərə 
həvəslə cavab 
verir və deyilənləri qeyri-şərtsiz ye­
rinə yetirir.
Valideynlər
 uşaqları tərbiyələndirərkən, onların 
hansı cinsdən olduqlarını və fərqli xüsusiyyətlərini də 
nəzərə
 
almalıdırlar. Qız və oğlan yalnız xarici görü­
nüşlərinə
 görə
 bir-birindən 
fərqlənmirlər. Oğlan və qı­
za məxsus xüsusiyyətlər hələ onlar həddi-buluğa çat­
mamışdan
 əvvəl
 yaranır 
və bu. onların şüuruna, özləri­
ni
 
aparmalarına
 
müəyyən təsir göstərir. Bununla bəra­
bər, yadda 
saxlamaq lazımdır ki, kişi və qadını bəzi 
ümumi
 insani keyfiyyətlər də birləşdirir. Xarakterlə­
rində
 isə cinsi xüsusiyyətlərinə görə nəzərə çarpacaq 
fərqli
 cəhətlər var. Onların cinsinə 
məxsus psixoloji 
xüsusiyyətlərini
 nəzərə alıb, müsbət və mənfi
 cəhətlə­
rinə 
istinad edərək, ailə 
tərbiyəsinin effektliyini 
təmin 
etmək olar.
Oğlan
 
və qız arasında bəzi fərqli cəhətlər onların 
anadan
 olduğu
 birinci aylardan aşkar 
olunur. Məsələn, 
qızlar
 fiziki 
və 
psixoloji cəhətdən 
tez inkişaf edir, oğ­
lanlardan təxminən 2-4 ay tez dil açırlar. Üç yaşında 
olan
 oğlan 
və qız valideynlərin və 
onları əhatə edənlə­
rin 
köməyi ilə hansı cinsə aid 
olduqlarını bilirlər. On­
lar həmçinin, digər uşaqların və böyüklərin də hansı 
cinsə
 
aid olduqlarını müəyyənləşdirməkdə 
çətinlik çək­
mirlər. Uşaqlar böyüdükcə, onların 
cinsi xüsusiyyətlə­
ri 

 
güclənir.
Uşaq
 böyüdükcə 
və inkişaf etdikcə daha da qüv­
vətlənir.
 
Hər 
şeyi dərk etməyə başlayır. 
Həyat təcrübə­
si 
əldə edir, illər keçdikcə başqalaşırlar. Belə dəyişmə 
bütün 
uşaqlara aiddir. Ancaq bəzi
 ata 
və analar belə 
dəyişiklikləri
 nəzərə
 almırlar. Sanki 
onların 
günü- 
gündən boy atmasını görmürlər. Bu isə uşaqla valideyn 
arasında anlaşılmazlığa səbəb olur. Valideynlər öv- 
ladlarındakı
 
dəyişiklikləri hiss etməli, 
onlara 
qarşı 
münasibəti
 
dəyişməli, ailə münasibətlərində lazımi 
dəyişikliklər
 
etməlidirlər. 
Yalnız bu yolla 
tərbiyənin 
təsir gücünü saxlaya bilərlər.
Valideyn
 
ilə
 
müəllimlər
 qarşılıqlı 
əməkdaşlıq yolu 
ilə uşaqların 
tərbiyəsində istənilən nəticəni əldə edə 
bi­
lərlər. 
Müəllimlər həm də uşaqların şəxsiyyət kimi for­
malaşmasında valideynlərə 
köməkçi ola bilərlər.
Ata
 və 
ananın övladları ilə canlı 
ünsiyyətdə olma­
ları tərbiyədə yaxşı nəticə verə bilər. Ünsiyyət yarat­
maqla, nəyisə izah etməklə, inamla danışmaqla, hətta 
susmaqla
 müsbət 
nəticə əldə etmək olar. Ünsiyyət 
mənəvi yaxınlığa, daxili aləmlərini başa düşməyə, 
uşaqların maraq dünyalarını, nəyə
 
səy göstərmələrini 
və s.
 öyrənməyə 
imkan 
yaradır. Valideynlərlə daim tə­
masda
 olmaq uşaqlara 
vacibdir. Bu xüsusilə məktəbə 
qədər
 yaşda olan uşaqlara əhəmiyyətli dərəcədə vacib­
dir. Ünsiyyətdə olmaqla tədricən uşağı həqiqi şəxsiyyət 
kimi yetişdirmək
 mümkündür.
Valideynlərin
 
uşaqlarla 
normal münasibətlərinin 
əsas şərti 
pedaqoji
 taktdır, yəni uşağa düzgün yanaş­
mağın qədərini 
hiss 
etdirməkdir.
258
259

Qız 
psixologiyasının 
xüsusiyyətləri
Qızlarda kiçik yaşlarında “analıq 
instinkdi” 
yara­
nır.
 Bu 
körpələrə
 maraqda, oyuncaqlara, gəlinciklərə 
münasibətdə
 
və s.
 
özünü göstərir. Onlar böyüdükcə 
bu 
maraq
 
insanlara qarşı
 çevirilir. Yaş artdıqca onların 
insanın 
daxili aləminə və rəftarına da maraqları çoxa­
lır.
Qızlar
 daha çox anaları ilə ünsiyyət 
yaradır və 
onlara
 bağlı olurlar. Qızlar oğlanlarla 
müqayisədə da­
ha 
çalışqan, daha səliqəli, qənaətcil, insaflı, namuslu­
durlar. 
Onlar qayğıkeşdirlər, hörmət etməyi bacarırlar, 
eləcə də, nöqsanları tənbeh etmək gücündədirlər. Qadın 
psixologiyasında
 həssaslıq kişilərə 
nisbətən yüksəkdir 

 
onlar 
tez inciyirlər. Onlar yaxşı və bəd xəbərlərdən 
çox
 
tez təsirlənirlər. Qızlar daha diqqətli olurlar. On­
ları
 hər şey 
cəlb edir və təsir altına çox tez düşürlər. 
Qızlar qeyri-adi şəraitdə özlərini sərbəst hiss edirlər. 
Daha çox ədəbiyyata, tarixə, xarici dillərə üstünlük 
ve­
rir, oğlanlara 
nisbətən mütaliəni sevir, 
poeziya ilə ma­
raqlanır,
 
musiqi
 ilə
 
məşğul olurlar. Çox vaxt qızlarla 
işləmək müəllimlər 
üçün asan olur.
 
Hər işdə fəallıq 
göstərən qızlar əksər vaxtlarda sinif nümayəndəsi seçi­
lirlər.
Yeniyetmə 
yaşında 
olan qızlar 
və oğlanlar bir- 
birilə
 
maraqlanırlar. Qızlar xarici görünüşlərinə daha 
çox 
diqqət 
yetirir,
 ətrafdakılara xoş gəlmək istəyirlər.
Oğlanla
 qızın mütəmadi dostluğu getdikcə sev­
giyə çevirilə
 bilər. Belə hallarda valideylərin və 
müəl­
limlərin rolu çox böyükdür. Onlar əvvəlcədən qıza və 
oğlana
 həssaslıqla
 
yanaşmalı, aralarındakı münasibət­
lərin necə olmasını 
ustalıqla başa salmalıdırlar.
Oğlan 
tərbiyəsinin xüsusiyyətləri
Oğlanların 
tərbiyəsi ilə qızların 
tərbiyə üsulları 
arasında ümumi cəhətlər çoxdur. Buna baxmayaraq, 
oğlanların
 
tərbiyə üsullarının özünəməxsus cəhətləri 
vardır. Onlar kişi cinsinin fiziki və psixoloji xüsusiy­
yətlərindən irəli gəlir. 
Ancaq təcrübə göstərir ki, 
bu 
xüsusiyyətlər
 ailədə və 
məktəbdə bəzi səbəblərə, və­
ziyyətə
 
görə nəzərə alınmır. Odur ki, oğul övladları 
olan
 
valideynlər onları düzgün tərbiyə etmək istəyir­
lərsə,
 mütləq 
cinsi xüsusiyyətləri nəzərə almalıdırlar.
Kişi
 
cinsinin nümayəndələri 
qadınlarla müqayisə­

 daha güclüdürlər. Ancaq kişilər o 
qədər
 də dözümlü 
deyillər. Onlar nizam-intizama riayət etməsələr 
də, çe­
vik və 
çalışqan 
olurlar.
Oğlanların
 normal inkişafı 
üçün ailədə atanın ol­
ması
 vacibdir. 
Ata 
ilə oğul həmişə ünsiyyətdə olmalı­
dırlar. Ümumiyyətlə, övladların böyüyüb, cəmiyyətə 
layiq olmaları üçün valideynin təsiri 
əvəzsizdir. Ana 
uşaqlarla
 daha çox ünsiyyətdə 
olsa da, ata oğula çox 
yaxın
 
olur.
 Bu onların eyni 
cinsdən olduqlarından irə­
li gəlir.
 Ata
 ilə oğul aralarındakı münasibətləri daha 
tez aydınlaşdırır 
və oğul atanın təsirinə tez düşə bilir.
Ata 
güclü cinsin üzvü olduğundan ilk növbədə 
oğul onu özünə nümunə götürür,
 əsl kişinin necə ol­
duğunu
 atasının timsalında 
müəyyənləşdirir. Ata oğu­
lu 
əməyə alışdırır, ona mərd, qoçaq, qadınlara qarşı isə 
alicənab
 
olmağı öyrədir.
Kişilər
 
evdəki işlərin çətinini öz üzərlərinə 
götürməlidirlər.
Oğul
 anasında qadınlara xas 
bütün müsbət xüsu­
siyyətləri
 
görməlidir. Ana məhəbbəti, sevgisi təmənna­
sızdır.
 
övlad
 
da bu
 məhəbbətə layiq olduğunu sübut et­
məlidir.
Oğlanlar adətən, 
bizi əhatə edən mühitdən kənar­
dakı
 məsələlərlə 
və problemlərlə maraqlanırlar. Onlar 
daha 
çox dəqiq elmlərə üstünlük verirlər. İdmana, tex­
260
261

nikaya 
maraq göstərir, hərəkətli oyunları sevirlər. Fi­
ziki 
əməklə
 məşğul
 
olurlar. Lakin özlərinə qarşı la­
qeyddirlər.
 Bəzən
 adi işlərin görülməsində acizlik gös­
tərirlər. 
İş prosesində tez-tez müxtəlif zədələr alırlar.
Cinsi
 xüsusiyyətinə görə oğlanları 
tərbiyə etmək 
bir
 qədər çətindir.
 Qızlara nisbətən 
onların dərsə dava­
miyyətləri 
və müvəffəqiyyətləri
 aşağı olur, özlərindəki 
nöqsanları 
görmür, çatışmazlıqlara tənqidi yanaşmır­
lar.
Məktəb
 
yaşlarında
 
tərbiyədə
 buraxılan nöqsanlar 
nəticəsində
 sonradan
 “çətin
” 
yeniyetmələr yetişir. On­
larda pis adətlər (papiros çəkmə, alkoqol içkilərdən 
və 
narkotik 
maddələrdən istifadə
 
etmə, ədəbsiz danışıq), 
qanunun pozulması (xuliqanlıq, oğurluq) halları yara­
nır.
Yeniyetmə
 yaşın çətinlikləri
Yeniyetməlik 
oğlanların tərbiyəsinin ən 
məsuliy­
yətli
 dövrüdür. Bu 
yaş təsadüfi olaraq çətin 
dövr ad­
landırılmır. Bu dövr həm də valideynlər və müəllimlər 
üçün
 
də çətin dövr hesab olunur. Bu çətinliklərin bir 
çox 
səbəbləri 
vardır. Bu vəziyyət xüsusilə məktəblinin 
orta
 
yaş
 dövründən keçid 
dövrünə qədər təsadüf edir. 
Bu 
vaxt o nə uşaqdır,
 nə də 
böyük. Yeniyetmənin belə 
bir
 
aralıq
 yaş dövrü onların tələbi ilə real imkanları 
arasında
 ziddiyyət 
yaradır. Onlar anlaşılmaz işlər törə­
dir, əhval-ruhiyyələri
 
tez-tez 
pozulur, özlərini necə 
aparmağı sanki bacarmırlar. Odur ki, bu dövrdə ata və 
ana 
daha səbirli olmalı, oğulu özlərindən uzaqlaşdır­
mamalıdırlar.
 Elə etmək lazımdır ki,
 onlar evi tərk et­
məsinlər. Onların kəskin danışığına səbrlə cavab ver­
mək
 
lazımdır. Tələbkarlıq,
 hörmət 
qarşılıqlı münasi­
bətlər əsasında qurulmalıdır.
 Orta yaşlı
 
gənclərin fizi­
ki
 imkanları valideynləri 
bir tərəfdən 
müəyyən qayğı­
lardan
 azad etsə 
də, digər tərəfdən 
onların məsuliyyə­
tini
 qat-qat artırır.
Yeniyetmələri
 
pis təsirdən necə
 uzaqlaşdırmalı?

 
Valideynlər çox vaxt yeniyetmələrin pis mühitə 
düşməsindən, papiros çəkməsindən, içkidən istifadə et­
məsindən və digər bəd əməllərlə məşğul olmasından 
əziyyət 
çəkirlər. Qeyd
 
etmək 
lazımdır ki, bu çox vaxt 
əvvəlki illərdə 
tərbiyədə buraxılan səhvlədən 
irəli 
gəlir.
 Buraya təzə dostlar da mənfi təsir 
göstərə 
bilər. 
Odur ki, 
valideynlər övladlarına qayğı ilə yanaşmalı, 
oğullarının
 asudə
 vaxtlarını necə 
və kimin əhatəsində 
keçirdikləri ilə maraqlanmalı, dost seçimində 
onlara 
təmkinlə 
məsləhət verməli və vaxtlarını mənalı keçir­
məkdə
 yardımçı olmalıdırlar.
 Oğlanlar məktəbdənkə­
nar saatlarda maraq dairələrinə uyğun müxtəlif bədii- 
texniki dərnəklərdə,
 idman seksiyalarında məşğul ola 
bilərlər.
 
Bütün imkanlardan istifadə edərək, yeniyet­
mələri
 bədii
 və elmi mütaliəyə 
cəlb etmək, 
onları döv­
ri
 mətbuatı izləməyə həvəsləndirmək böyük 
əhəmiyyət 
kəsb edir. Asudə vaxtın 
mənalı və məzmunlu təşkili ye­
niyetmələri
 pis
 
vərdişlərdən uzaqlaşdırar, 
onların 
hərtərəfli 
inkişafına, qabiliyyət və istedadlarının tam 
şəkildə
 üzə çıxmasına 
kömək edər.
Nəvələrin
 
tərbiyələndirmə8İ
Ailədə uzunmüddətli ünsiyyət ən çox nənə ilə nə­
vələr
 
arasında yaranır. Həyatın 
mürəkkəbliyi nəticə­
sində (xüsusilə son dövrlərdə 
rastlaşdığımız çətinliklər 

məktəbəqədər müəssisələrin azalması,
 maddi prob­
lemlər
 

 s.)
 təqaüdçülər ev təsərrüfatı 
və nəvələrin 
tərbiyəsi
 ilə
 məşğul olurlar. Nəvələrə 
qayğı, himayə, 
onların
 tərbiyəsi 
nənə və babaların həyatının mənasına 
çevirilir. Əlbəttə, nəvələrə qayğı, eləcə 
də, qocaların 
evin başqa işlərini öz üzərlərinə götürmələri təqdi­
rəlayiqdir.
Lakin
 həyatlarının qalan hissəsini övladlarına 
və 
nəvələrinə həsr edən qocaların xeyirxahlığından sui-is-
262
263

tifadə
 də etmək olmaz. Həyat yoldaşını erkən itirən 
qocalara, xüsusilə
 qadınlara oğulun və ya tpzm ailəsi 
yeganə
 
təsəllidir. Bu da 
təbiidir. Ancaq atanın və ana­
nın işləməsini
 nəzərə
 alıb, 
ailəyə kömək 
əlini uzadan 
nənələr evdə dayə rclunu 
oynamamalı, ailənin quluna 
çevrilməməlidirlər.
Valideynlər bir qayda olaraq, uşaqlarının tərbiyə­
sini nənənin üzərinə qoyurlar. 
Nənələr isə öz növbəsin­
də 
nəvələrinin hər 
bir şıltaqlıqlarına 
dözür, onların 
ər­
köyün böyümələrinə
 şərait 
yaradırlar. Zənnimizcə, ba­
ba 
və nənə övladları
 ilə münasibətlərdə
 müəyyən həd­
ləri
 gözləməlidirlər. 
Onlardan kömək almaq və onlara 
kömək etmək olar, 
lakin həddi keçmək olmaz.
Yüklə 8,07 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin