Seyidov miRİŞ MÜASİr etiket ensiklopediyasi



Yüklə 8,07 Mb.
Pdf görüntüsü
səhifə15/21
tarix03.12.2019
ölçüsü8,07 Mb.
#29785
1   ...   11   12   13   14   15   16   17   18   ...   21
Muasir etiket ensiklopediyasi 100 meslehet


Tualeti 4 
qrupa
 bölmək olar:
1.
 
Səhər
 
paltarı;
2. 
Sadə ev 
paltarı 
(mağazaya şey almağa gedəndə və 
pis havada geyinmək üçün nəzərdə tutulan paltarlar);
3.
  Gəzinti
 paltarı, dostluq görüşünə və evdə 
qə­
bul təşkil edəndə geyinilən paltar;
4. 
Teatra,
 konsertə, böyük rəqs gecələrinə geyini­
lən paltar.
Son vaxtlar kişilər də 
öz tualetlərinə daha çox 
diqqət
 yetirirlər. Bu dəbin geniş yayılmasından və za­
manın
 tələbindən 
irəli gəlir.
Geyim barədə bu qədər. Lakin bu hələ 
tam siyahı 
deyil.
 Kitab ümumən etiket 
qaydalarına həsr edildiyin­
dən, geyimə bir o qədər də çox yer verilmir. Bunlarla 
gələcəkdə
 çap olunacaq kitabda
 tanış ola
 
bilərsiniz.
EV
İnsan həyatının 
çox hissəsini evdə keçirir (səhər, 
axşam,
 gecə). Deməli, evdə hər şey insanın 
yaşayışına 
uyğunlaşdırılmalı,
 işdən sonrakı istirahət üçün normal 
şərait
 
yaradılmalıdır. Evdə
 
rahatlıq, 
səliqə-səhman və 
gözəllik
 olmalıdır.
İstənilən
 mənzilə daxil olarkən, beş dəqiqə 
müddətində evin sahibləri haqqında fikir söyləmək 
mümkündür. Bunun
 
üçün bir illik tanışlıq vacib deyil. 
Qısa
 müddətdə onların yaşayışını, marağını, ehtiyacı­
nı,
 mədəniyyətini, səliqəsini, 
təmizliyini və 
s. müəy­
yənləşdirmək mümkündür. Həssas
 şəxslər hətta 
kiçik 
şeylərdən - 
kitab rəflərindən, çiçəklərdən, divardan 
asılmış
 şəkillərdən və
 s. nəticə çıxara bilərlər. Burada 
hansı
 
gözəllikdən söhbət gedə
 bilər ki, 
bir otaqda bəzən 
yazı
 
masasını qoymağa da yer tapılmır.
Evdə
 
avadanlıqların
 
yerini öz zövqünüzə 
görə 
dəyişə 
bilərsiniz. 
Bu 
işi tez-tez etməklə, evdə sevincli 
anlar yaratmaq 
mümkündür.
Mənzil dəhlizdən başladığı üçün ora həmişə təmiz 

 səliqəli
 olmalıdır.
Evin
 
dəhlizinə döşənən xalça çəkmənin palçığını, 
tozunu silmək üçündür. Buna görə
 də xalçanı
 
tez-tez 
təmizləmək 
lazımdır.
Qapı zənginin düyməsini 
görünən yerdən mıxlamaq 
gərəkdir. Əgər bu düymədən başqa orada digər düymələr 

 olarsa, onda
 
özünüzə məxsus düymənin yanında 
soyadınız, yaxud
 mənzilinizin sayı 
yazılmalıdır. Əlbəttə, 
bu qonşular 
və vizitlə gələnlər üçün daha rahat olar.
Evdə
 
hər şey ev sahibinin zövqündən və imkanın­
dan asılıdır. Əlverişli
 
və 
rahat şəraitlə yanaşı, bəzi şey­
lər
 də nəzərə
 alınmalıdır. Hətta kiçik 
bir mənzildə boş 
yer qalmalıdır. Buna dəhlizdən başlamaq lazımdır.
Dəhlizdə
 paltarasılan 
(tikilmiş
 dolab) yoxdursa, 
xalçanın, çəkmələr üçün 
tumbanın, rəflərin və güz­
günün olması 
kifayətdir.
178
179

Sarmaşıq üçün yer ayrılsa, daha yaxşı olar. Dəh­
liz istənilən qədər işıqlı olmadığından, 
buraya işığa 
azacıq
 həssas çiçək qoyulmalıdır. Divar 
kağızının da 
(oboy) çox böyük əhəmiyyəti var.
Otağa daxil olarkən, ilk anda diqqəti avadanlıqla­
rın rəngi və
 
bir-birinə necə uyğunlaşdırılması cəlb 
edir. 
Divar 
kağızını (oboy), mebellərin parçasını, pər­
dələrin rəngini ustalıqla seçmək və uyğunluq yaratmaq 
lazımdır. Yadda saxlayın ki, rənglərin bəzisi
 insan 
gözünə müsbət, bəzisi isə 
mənfi təsir göstərir.
Mətbəxdə qırmızı rəngə üstünlük verilir. Yataq 
otağına və kabinetə, yaşıl və 
sakitləşdirici açıq rənglər 
uyğun
 gəlir. İşıqlandırıcılar, 
çilçıraq, 
lampa, divar 
şamdanı,
 
torşer 
seçəndə 
həm rənglər nəzərə alınmalı, 
həm 
də bunlardan 
təyinatına 
görə istifadə edilməlidir. 
İşıq
 yumşaq,
 fasiləsiz
 və gözqamaşdırıcı 
olmamalıdır.
Ev 
sahibinin
 
istəyindən, zövqündən, marağından 
və peşəsindən
 
asılı olaraq,
 divarlar boş 
saxlanılır. 
Bə­
zən
 isə asma şəkillərin, naxışlı əşyaların çoxluğundan 
otağın
 divar 
kağızını (oboy) görmək olmur. Evin bəzən­
məsində 
müəyyən 
hədd gözlənilməlidir.
Otağı
 
müxtəlif ev avadanlıqları ilə doldurub, 
anbara
 çevirmək düzgün deyil. Evdə sərbəst hərəkət 
üçün şərait yaradılmalıdır. Mənzildə lazımsız iki, uç 
dolab
 varsa və tullamağa heyfiniz 
gəlirsə, onları ta­
nışlara, 
qonşulara
 bağışlamaq,
 
yaxud bağ evinə apar­
maq
 
olar.
Bir
 yaxşı məsəl
 var: “hər şey insan üçündür, insan 
şey üçün deyil

. Sizə yalnız lazım olan və işlədəcəyiniz 
əşyaları
 alın.
 
Yadda saxlayın ki, ev muzey deyil.
Ev
 
həmişə səliqəli 
olmalıdır. Dağınıq, səliqəsiz, 
na­
təmiz
 evdə
 
heç 
kim yaxşı 
əhval-ruhiyyədə ola bilməz.
Mənziliniz
 
bir otaqdan və mətbəxdən ibarətdirsə, 
onu şərti olaraq iki hissəyə bölmək mümkündür. Bir 
tərəf
 
yataq otağı üçün ayrılmalıdır. Orada divan, pal­
tar
 dolabı 
yerləşdirilməlidir. Mənzilin 
ikinci yarısına 
isə
 
yazı masası 
və kitab rəfi qoymaq məsləhətdir.
Təzə 
mebel
 alanda onları köhnə mebellərə uyğun­
laşdırmaq 
lazımdır.
Yataq otağı təyinatına
 görə bəzənməlidir. Otaqda en­
li
 çarpayı, dəyişək 
dolabı, gecə masası 
və güzgü olmalıdır.
Hər 
ailədə uşaqlara otaq ayırmaq mümkün olmur. 
Əgər
 
uşaqlar 
üçün ayrıca otaq varsa, bura uşaq otağı 
kimi
 
görünməlidir. Oyuncaqlar üçün bir küncdə 
yer ay­
rılmalıdır.
 
Otaqda onlar 
üçün mebel yerləşdirilməlidir. 
Divarlar isə mebelə 
uyğun kağızlanmalıdır (oboy). 
Uşaqların
 otağına televizor və digər təhlükəli əşyalar 
qoyulmamalıdır.
 
Uşaq otağına 
bahalı mebellərin və ar­
tıq
 əşyaların qoyulması
 da məsləhət deyil.
Uşaqlara
 sərbəst 
olmağı 
öyrətmək lazımdır. Uşaq­
lar özlərinə qulluq etsələr, yataqlarını və oyuncaqları­

 yığışdırsalar,
 təmizliyə riayət etsələr yaxşı olar. .
Mətbəx
 
çox yığcam 
və hər şey əl altında olmalıdır. 
Asma 
mebel,
 rəflər, içərisinə qab-qacaq 
və ərzaq yığılan 
mətbəx
 şkafı qadınlara rahatlıq yaradar. 
Yuma ilə qaz 
plitəsi arasındakı masa digər 
mətbəx əşyaları ’ilə. eyni 
hündürlükdə
 olmalıdır.
 
Soyuducunu qaz plitəsinin 
yaxınlığına 
qoymaq olmaz. 
Mətbəxin 
divarlarını güllər­
lə,
 dekorativ 
və saxsı bəzək əşyaları ilə, saatla bəzəmək 
olar.
 
Pərdələrin
 rəngi tünd 
və saya olmamalıdır. Mətbə­

 telefon və radioqəbuledici 
də 
qoymaq olar.
Vanna və tualet 
tez-tez təmizlənməlidir. İçəridə­
ki 
nəmlik və qoxu 
hiss olunmamalıdır.
Bir
 çox
 mənzillərdə təbii gülləri daha çox 
sevir­
lər.
 Gül 
evin
 yaraşığıdır. 
Güllər ya pəncərə qarşısına 
qoyulur,
 
ya da 
divarlara vurulur. Təbii bitkilər 
otağı 
səliqəli
 göstərir və 
əsəbləri sakitləşdirir.
Güldandakı təbii
 
çiçək dəstəsi yazda və yayda 
otaqda bayram əhval-ruhiyyəsi yaradır.
Yadda
 saxlayın ki,
 evinizin 
səliqəli 
olması 
ovqatınıza və 
səhhətinizə müsbət təsir göstərər. Qonaq 
qəbul
 edəndə və hətta adi 
vaxtlarda 
da evinizin səliqə- 
səhmanına,
 təmizliyinə fikir verin. Çünki 
qonaq gəldi- 
gedərdir,
 Siz isə evin
 daimi sakinisiniz.
180
181

AİLƏ
Xoşbəxtlik mənzildəki (ev) gözəl avadanlıqlardan 

 
bahalı
 paltarlardan asılı deyil.
 O 
qarşılıqlı münasi­
bətdən
 və
 ailədəki
 səmimiyyətdən asılıdır. 
Həm də bun­
lar 
bir-biri ilə sıx bağlıdır.
Ev
 
səliqəsiz olanda
 xoş əhval-ruhiyyə yaratmaq 
çətinləşir.
Hansı evdə xoş
 münasibət, sevgi, qarşılıqlı hör­
mət
 varsa,
 q 
ailədə valideynlər 
və uşaqlar səliqəsizliyə 
görə
 
kiminsə onların mənliyinə toxunmasına qətiyyən 
yol
 
verməzlər.
Ailədə
 
münasibətlərin 
normal saxlanmasının vac­
ib
 
şərtləri müəyyən 
məsələlərdə
 güzəştə getməkdə və 
dözümlülükdədir.
 
Ancaq bunun da müəyyən həddi ol­
malıdır. 
Mədəni şəxs həmişə bu 
həddi gözləyir.
Bəzən kişilər
 günlərlə evə qayıtmaq istəmir və ya 
evə
 
gec gəlirlər.
 Bunun 
da səbəbi ondandır ki, kişi 
evə 
gələndə
 
həyat 
yoldaşını cırıq 
xalatda, səliqəsiz saçda, 
əzilmiş
 ev 
ayaqqabısında, paltarların üç gün suda 
qal­
dığını, 
stulların 
başından
 asıldığını, çirkli 
qabların 
günlərlə 
yığıldığını görür.
Ailədə
 vəzifələri bölüşdürmək və bir-birinə 
kö­
mək
 etmək sözsüz ki, 
vacibdir. Bunun əsası ailə üzvlə­
rinin
 ev işlərinə 
cəlb olunmasıdır. 
Bunlar ölçülüb-biçil­
məli və idarə olunmalıdır.
Evdəki gənc 
qızlara kişilərə yemək hazırlamağı 
və onlara
 qulluq etməyi tapşırmaq mümkündür. Belə 
qulluqdan
 
ata çox 
şad olar.
Qadın həyat yoldaşına deyə bilər ki, bu paltarı 
güclü olduğun üçün sən daha yaxşı sıxa bilərsən.
Təəssüf
 ki, ev diplomatiyası 
hamıya məxsus ol­
mur.
 Çox vaxt ailədə “yığışdır, bu təmbəllərə yemək 
ver,
 mən yoxsa ikiyə bölünməliyəm”
, - kimi sözlər eşi­
dilir.
Ev
 işlərini 
axşama 
qədər 
qurtarmaq üçün 
mümkün
 variantlardan istifadə olunmalıdır ki, istira­
hət
 etməyə, 
televiziya verilişlərinə baxmağa, kitab 
oxumağa, söhbət 
etməyə, sabah görüləcək işləri plan­
laşdırmağa
 
vaxt qalsın.
Bəzən 
deyirlər
 ki,
 filankəsin ailəsində 
bir dəfə də 
olsun 
söz-söhbət olmayıb. Bu 
fikrə belə cavab verilmə­
lidir:
 “Sizin olmadığınız yer həmişə yaxşı
 görünür”. 
Elə
 
bir ailə yoxdur ki, orada 
mübahisə olmasın, qarşı­
lıqlı 
münasibətlər korlanmasın. Lakin
 
nümunəvi ailə­
lərdə
 
belə hallar az olur və hamının 
müzakirəsinə ve­
rilmir.
Ailədə uşaq hansı 
şəraitdə yaşayırsa 
və hansı mü­
nasibəti
 görürsə, 
elə də böyüyür. Necə deyərlər, uşaq 
gördüyünü
 
götürür.
 Yadda saxlayın ki, görmə yaddaşı 
eşitmə 
qabiliyyətindən dəfələrlə yüksəkdir (uşaqların 
tərbiyəsi
 haqqında əlavələrə 
və izahlara bax).
İki 
müxtəlif 
ailədən üçüncü yeni bir ailə yaranan­
da,
 burada
 uyğunsuzluq və fikir ayrılığı
 
mütləq olma­
lıdır.
 
Belə halları ədəblə, təmkinlə və nəzakətlə aradan 
qaldırmaq
 olar.
 Bu olduqca vacibdir.
 
Qohum və yaxın­
larla
 
münasibətlərimizdə hesab edirik ki, onlar 
özümüzünkülərdir
 
və 
bizdən heç vaxt inciməzlər. 
Bəzən
 təhqir və tənqidlə hətta əzizimizi küsdürür, ev­
dəkilər in sevgisini itiririk.
Yaxınlarınıza
 
sevinc
 bəxş 
edəndə Sizin üçün də 
ikiqat sevinc
 olur. Belə halların 
ailədə sayı istənilən 
qədərdir.
 Əsas
 
məsələ odur ki, ər-arvad və uşaqlar ailə­
də 
sevilənlərə 
və sevilməyənlərə bölünməsinlər. Ailədə 
tənəli 
sözlər 
heç vaxt yaxşı nəticə verməyib.
Kobudluq
 
yalnız qarşılıqlı kobudluğa səbəb 
olar. 
Ər-arvadın
 kobud
 danışığı
 yaxşı nəticə verməz. Uşaq­
lar 
ailədə valideynlər arasında 
belə münasibətlər gö­
rəndə, bunu həyatın norması hesab edir, özlərini bö­
yüklər
 
kimi aparır və 
cavab qaytarırlar. Bu zəncirvari 
bir
 
prosesdir və onu dayandırmaq mümkün deyil.
Qadın işləmirsə, bu hələ o demək deyil ki, kişi 
evin
 çörək gətirəni, 
qadın isə himayədə yaşayandır (ki­
şinin
 qazancı ilə yaşayan). Bunu aydınlaşdırmaq 
üçün 
182
183

yaxşı
 olar ki,
 kişi evdəki işləri bir həftəlik öz üzərinə 
götürsün.
 Yalnız bundan 
sonra ona
 
belə sual vermək 
olar:
 “Evi dolandıran kimdir?”
Ailədə
 heç kimin 
qəlbini sındırmaq və 
incitmək 
olmaz.
Kişi
 həyat yoldaşından 
narazıdırsa, burada onun 
da günahı var.
 Həmçinin, kişini tənbeh edən qadın da 
təqsirkardır.
İşdə kənar şəxslərin arasında özünü nəzakətli, 
ədəbli
 
göstərən şəxs ailədə özünü apara bilmirsə, hər 
şeyə
 
laqeyddirsə, kobuddursa, bu
 dəhşətdir. 
Belə iki­
üzlülük yaxınlara qarşı 
ümumiyyətlə, yolverilməzdir.
Evdə çirkli 
və səliqəsiz 
geyinmək yaxşı deyil. Ya­
xınlarınızın da zövqünü nəzərə almalısınız. Fikri isteh­
za ilə, lovğalıqla, təhqirlə 
bildirməkdənsə, münasib 
formadan 
istifadə edilməlidir.
Təəssüf ki, gün ərzində 
kollektivdə “sağ olun”, 

buyurun”
, “
bağışlayın” kimi sözlər işlətdiyimiz halda, 
evdə
 bunları yaddan çıxarırıq. Belə sözlərdən istifadə 
edilməyəndə danışıq əmr, hökm forması alır. Ailələrdə 
ər-arvadın danışığına qulaq asarkən, belə 
bir 
nəticə çı­
xarmaq olar ki, dava-dalaşa əsas səbəb ədəblə,
 nəzakət­
lə danışmağı
 bacarmamaqdır.
Evdə 
məişət işlərini hərə 
öz bildiyi kimi təşkil 
edir. Bəzi kişilər evdə həyat yoldaşının onlara 
qulluq 
etməsinə öyrəndiklərindən çörəyin 
yerini tapa bilmir­
lər.
 
Digər kişilər isə işdə ləngidiklərindən həyat yolda­
şına bazar və mağaza işlərində kömək 
edə bilmədiyin­
dən narahat olurlar.
Ər və 
arvad arasında söz-söhbət 
yaranarsa, ona 
kənardan
 
baxıb qiymətləndirmək 
lazımdır. Bu vaxt 
belə 
bir məsəl yada düşür. Bir qoca qadından soruşur­
lar:
 “qızının əri necə 
adamdır?” cavab verir: “çox yax­
şı,
 əri paltar 
da yuyur, xörək 
də bişirir, ev də yığışdı­
rır”
, “bəs oğlun 
necə?” qadın belə cavab 
verir: “yazığın 
bəxti
 gətirmədi,
 
həm paltar yuyur, həm xörək bişirir, 
həm 
də evi təmizləyir”.
Ailədəki münasibətlər təkcə 
məişət problemləri­
nin
 həlli 
ilə
 qurtarmır.
 
Ər və arvad 
həm də bir-birinin 
işi ilə maraqlanmalıdır.
Ailədəki məxfi söhbətləri, hadisələri başqasına 
bildirmək düzgün deyil.
İntonasiyalı danışıq
 
olduqca vacibdir. İnsana
 xoş 
sözlə
 
müraciət
 etmək,
 onu adı 
ilə çağırmaq 
yaxşı 
münasibətin
 
yaranmasına zəmin 
yaradır.
İş prosesində əsəbləşmək, hirsini evdəkilərin 
üstünə tökmək yolverilməzdir. 
Nəzərə almaq lazımdır 
ki,
 evdəkilərin 
heç 
bir günahı yoxdur. Belə vəziyyətlər­

 səsinizi qaldırmadan və qapını çırpmadan əsəbləri­
nizi
 sakitləşdirməlisiniz. Hərəkətinizlə həm də yaxınla­
rın
 
sakitliyini
 gözləmiş olarsınız.
Bir
 
öpüş, 
bir 
mehriban baxış yüz hədə-qorxudan 
çox iş 
görə bilər.
Sözdə və
 əməldə nəzakətli olduğunuzu göstərmə­
lisiniz.
Həyat
 yoldaşınıza və onun 
şəxsiyyətinə hörmətlə 
yanaşın.
 
Ağıllı qadın üçüncü şəxsin yanında 
ərinin da­
nışığını kəsməz, onu tənqid etməz, danışıqlarını şübhə 
altına almaz.
Qadın 
ərindən məsləhət almalıdır. Onun yanında 
saatlarla 
rəfiqəsi ilə
 telefonla danışmamalı, kişinin ci­
bini
 
yoxlamamalı, 
mənliyini alçaltmamalıdır.
Qadın
 həm
 də tez-tez 
ərinin xoşuna gələn 
xörək­
ləri bişirməklə,
 özünü ona sevdirə bilər.
Kişilər
 də
 
qadınların xoşuna 
gələn bəzi incəlikləri 
bilməlidirlər. Yəni başqa qadına baxmamalı, 
bişirdiyi xö­
rəkləri 
tərifləməli, toxuduğu 
şərfi 
və ya bağışladığı ətiri 
qiymətləndirməlidirlər. 
Kişi qadının (həyat yoldaşı) saçı­
nın
 
düzümündəki və sifətindəki dəyişikliyi dərhal 
hiss 
etməli, qadımn paltosunu tutmalı, kömək üçün əlini ona 
verməlidir. Kişi həyat yoldaşının, hətta onun valideynlə­
rinin 
ünvanına
 tənəli və təhqiramiz sözlər işlətməməli­
dir. Bu pis 
nəticə verər. Həyat yoldaşınızla 
və onun va­
lideynləri
 ilə münasibətlərinizi heç vaxt korlamayın.
185
184

Qohumlarınızın
 
və yaxın
 adamlarınızın münasi­
bətlərinizə
 
və mübahisələrinizə qarışmasına imkan ver­
məyin.
Bəzən 
maddi durum 
ailədə münasibətlərin gər­
ginləşməsinə səbəb
 olur.
 Bu vaxt məsləhət 
vermək yer­
siz
 olar.
 Ancaq belə demək
 
olar: “Pulun 
bir qədərini 
evin
 
ehtiyaclarına ayırmaq lazımdır”. 
Yəni ayağını 
yorğanına 
görə uzat.
Pulun hesabını yazılı 
şəkildə aparmaq lazımdır. 
Bu
 nəzarətə imkan yaradar və
 münaqişəni 
aradan qal­
dırar. 
Əgər
 pulun 
bir hissəsi arvada və ya kişiyə şəxsi 
işi üçün ayrılıbsa, onda heç kimdən haqq-hesab tələb 
edilməməlidir.
Uşaqlara,
 
gənclərə
 xırda 
ehtiyaclarına görə pul 
ayırmaq
 
lazımdır. Yoxsa onlar başqa yolla pul “tap­
mağa
” çalışacaqlar. İşləyən 
gənclər aldıqları məvacibin 
bir hissəsini ailənin 
büdcəsinə ayırmalıdırlar. Əlbəttə, 
bu ailəsi
 ilə 
yaşayan gənclərə-aiddir. Ancaq ayrı yaşa­
yan
 gənclər 
də vaxtaşırı valideynləri ilə əlaqə saxlama­
lı, 
onların nəyə 
ehtiyacı
 
olduğunu öyrənməlidirlər. Bu­
nu onlara heç kim qadağan etməməlidir.
Ailə münasibətlərini qarşılıqlı inam əsasında qur­
sanız
 
yaxşı
 olar. Yalan, böhtan, inamsızlıq 
üzərində 
qurulmuş 
ailə
 çox 
çətin vəziyyətə 
düşür və nəticəsi 
yaxşı 
olmur.
Ailədə söz-söhbətə, 
dava-dalaşa 
yol 
verilməməli­
dir. Qarşılıqlı 
hörmət
 əsasında qurulan ailələrdə səbr 
və dözüm.olarsa, nəticə 
yaxşı olar, hətta qızıl toylar 
da 
qeyd
 
olunar.
İZAHLAR,
 MƏLUMATLAR 
VƏ FAYDALI 
MƏSLƏHƏTLƏR
YAXŞI
 İNSAN OLMAQ ÜÇÜN 
NƏ ETMƏLİ?
Bu
 o qədər də çətin iş deyil. Həyatda nöqsansız 
insan
 ola bilməz. Bəziləri nöqsanlarına
 görə əsəbləşir, 
hətta bunu özlərinə dərd edirlər. Bəzi insanlar nöqsan­
lara
 
qarşı kəskin mübarizə aparır, 
özündəki çatışmaz­
lıqları 
yaxşı 
keyfiyyətə çevirməyə çalışırlar.
Həyatda istedadsız 
və çirkin insan olmur. Lakin 
özündəki 
istedadı, bacarığı düzgün qiymətləndirməyən 
insanlar var. Belə insanlar özlərindəki yaxşı xüsusiy­
yətləri
 
göstərə bilmirlər. Ancaq bunu öyrənmək o qə­
dər də
 çətin deyil. 
Burada 
söhbət səmimilikdən və 
mənəviyyata xas 
yaxşı
 cəhətləri göstərməkdən gedir.
özünüzün 
və yaxınlarınızın qarşısına çıxan çox 
da mürəkkəb
 
olmayan bəzi
 vəzifələri yerinə yetirərsi­
nizsə,
 Sizi mədəni, 
tərbiyəli, ləyaqətli bir insan kimi 
tanıyarlar.
Yaxınlarınıza 
münasibətdə 
iki əsas xüsusiyyəti 
nəzərə almalısınız. Belə ki, 
heç vaxt özünüzə rəva 
görmədiyiniz
 bir şeyi 
başqasına da rəva görməməlisi­
niz.
 Həmçinin,
 özünüzə qarşı necə münasibət görmək 
istəyirsinizsə, 
başqalarına qarşı da həmin münasibət­

 olmalısınız.
özünüzdə
 
alicənablığı 
və minnətdarlıq hissini in­
kişaf
 
etdirin, özünüzə düşmən qazanmayın. Bir-birinə 
düşmən
 
olanları barışdırın.
Heç kimə pislik, yamanlıq etməyin. Hətta 
düşmənlərinizə 
də 
pislik
 
eməyin.
Yaxınlarınızı
 yersiz sözlərlə və hərəkətlərlə təh­
qir etməyin. Heç 
kimi şit zarafatlarla özünüzdən incik 
salmayın. Sizi təhqir edənə elə cavab verin ki, 
o, öz 
hə­
rəkətlərindən
 peşiman olsun. 
Ola bilər ki, mübahisə et­
diyiniz 
şəxs 
birinci barışmaq istəməsin və barışıq 
uzun 
186
187

müddət 
alınmasın.
 Onda
 mübahisə etdiyiniz 
şəxslə ba­
rışmaq 
üçün ilk 
addımı atmaqdan 
çəkinməyin.
Başqasına məxsus 
itmiş 
bir əşya 
tapmısınızsa, 
onu
 sahibinə çatdırmağa tələsin.
Səmimilik,
 
düzlük daha çox alicənab şəxslərə 
məxsus
 xüsusiyyətlərdəndir.
Yalan danışmaq
 hiyləgərlik hesab olunur. Odur 
ki,
 heç 
vaxt yalan
 danışmayın, kiməsə böhtan atmayın.
Yaxınlarınızın
 
nə 
qədər pis
 xüsusiyyətləri olsa 
belə,
 
heç vaxt onlar barədə mənfi rəy yaratmağa çalış­
mayın.
 
Yalnız ikilikdə bu haqda onlara nə isə 
deyə bi­
lərsiniz.
Xoşunuz
 
gəlməyən 
şəxsə heç vaxt “Sizdən zəhləm 
gedir”
, - deməyin.
Üstünlüyünüzü heç 
vaxt hiss etdirməyin.
Hamı ilə mehriban, 
səmimi, mədəni davranın. 
Heç
 
kimin paxıllığını çəkməyin. Səbirli, təmkinli ol­
mağa
 
çalışın.
Mərhəmətli
 və rəhmli olmaq insanlarda ən yaxşı 
keyfiyyətlərdən
 
hesab
 
edilir.
Xeyirxah və insanpərvər olun.
Dərdlilərin
 və əzabkeşlərin kədərinə şərik olun. 
Yaxınlarınızı 
haqsızlıqdan,
 
şərdən, böhtandan qoru­
yun.
 Onlara imkan daxilində kömək edin. İmkanlı şəxs 
imkansıza
 
kömək etmək istəmirsə, günaha batmış he­
sab
 
olunur.
Yaxınlarınıza gərəkli olduğunuzu hiss edib, onla­
ra
 kömək 
əlinizi uzadarsınızsa,
 daxilən 
bir 
rahatlıq ta­
parsınız.
 Bir
 
həqiqəti dərk etmək lazımdır ki, biz 
hə­
yatda 
yalnız
 
özümüz üçün yaşamırıq.
Yüklə 8,07 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin