Seyidov miRİŞ MÜASİr etiket ensiklopediyasi



Yüklə 8,07 Mb.
Pdf görüntüsü
səhifə16/21
tarix03.12.2019
ölçüsü8,07 Mb.
#29785
1   ...   13   14   15   16   17   18   19   20   21
Muasir etiket ensiklopediyasi 100 meslehet


VƏZİFƏLƏRİMİZ
1.
 
Xasiyyətinizdəki nöqsanları aradan qaldırın. 
Xasiyyət
 insanın 
özündən 
asılı olmadan yaransa da, 
onu
 
aradan qaldırmaq mümkündür. Çatışmazlıqlar ət- 
rafdakıların faciəsinə
 səbəb ola bilər.
2.
 
Kin-küdurətdən uzaq olun və bütün 
gücünüzlə 
sakitlik
 yaratmağa
 çalışın. Əsəbləşərkən, insan özünü 

 
ağlını 
itirə bilər. Nəticədə insan ədalətsiz 
və 
rəhmsiz 
olar. Elə 
bir mənfi xüsusiyyət yoxdur ki, in­
san onu möhkəm iradə və mətinliklə aradan qaldıra bil­
məsin.
3.  Avara-avara gəzməyin. Zəhmətlə ucalmağa ça­
lışın.
 
Avaraçılıq,
 
işsizlik 
insana bədbəxtlik gətirir, 
onu 
bəlaya 
düçar edir.
4.  İsrafçılıqdan uzaq olun. İsrafçılıq sizi bədnam 
edər
 və
 
səhhətinizə mənfi 
təsir göstərər.
Şöhrətpərəstlik pis
 xüsusiyyətdir. 
O
 insanı 
öz kö­
ləsinə
 çevirə
 bilər. 
Namusla yaşamağa lovğalıq kimi 
mənfi 
xüsusiyyət mane ola bilər.
5.
 
Kef məclislərindən uzaq olun. O insanı 
əxlaq­
sızlığa 
sürükləyər. Kef məclisləri və əxlaqsızlıq sonra­
dan
 
adət
 halını alır. 
Ləyaqətli işlərlə məşqul olun. Hay- 
küyə və kef məclislərinə öyrəşmək
 insanı 
sakit ailə 
həyatından
 
uzaqlaşdıra
 bilər. Asudə vaxtınızı
 gərəkli 
işlərə sərf edin.
6.  Aza qane olun! Bu 
ağıllı şəxslərin 
şüarıdır. 
Aza qane olmaq insanı
 bəd əməllərdən, 
çirkin niyyət­
lərdən qoruyar. Belə insanlar xoşbəxtlik tapar.
Sadə 
geyim,
 az yemək, adi yaşayış tərzi, münasib 
iş yeri ağıllı
 
şəxslərə məxsusdur.
7.
 
Ləzzətli 

 dadlı
 yeməkləri çox sevmək yaxşı 
deyil.
 Çünki
 
yeməyi sevənlər iştahlarının qarşısım ala 
bilmir,
 
onun bir növ köləsinə çevrilirlər. Yüngül ye- 
məklərə
 
üstünlük verin və tələbdən artıq yeməyin. 
Spirtli 
içkiləri normadan artıq qəbul etməyin.
8.
  Qənaətcillik 
insanda 
ən yaxşı keyfiyyətlərdən - 
dir.
 
Lakin bu
 xəsislik, simiclik deyil.
 Xəsislik də yax­
şı keyfiyyətlərdən deyil. İsrafçılıq insanı, ailəni yox­
sul 
vəziyyətə 
salır.
9.
  Asudə
 vaxtlarınızı maraqlı oyunlara 
sərf
 edin. 
Ancaq
 bunun
 da həddi olmalıdır.
 Əhval-ruhiyyəni qal­
dırmaq üçün 
maraqlı oyunlarla məşğul olun. Ancaq bu 
188
189

oyunlar pulla
 olmamalıdır. Oyunlara ifrat dərəcədə 
aludəçilik
 insanı müflisləşdirər, özünəqəsdə, cinayət­
karlığa 
gətirib 
çıxarar.
10.
 
Mənasız 
söhbətlər etməyin.
 Mənasız söhbətlər 
insana alçaqlıq gətirər. Danışığınızda ədəbsiz ifadələr 
və sözlər işlətməyin. Çünki bununla səviyyənizi göstər­
miş
 olarsınız.
11.
  Hər
 
şeyi şişirtməyin. Hər hansı addımı at­
mazdan 
əvvəl
 nəyin yaxşı və 
məqsədəuyğunluğu barə­
də dərindən
 fikirləşin.
12.  Özünütərifə yol verməyin. Sizin əsl 
qiyməti­
nizi
 ətrafınızdakılar
 
verməlidirlər. Kimdənsə üstün ol­
duğunuzu 
diqqətə 
çatdırmayın,
 
özünüzü 
hamı ilə eyni 
bərabərdə
 tutun.
13. 
Həyatda qarşılaşdığınız çətinliklərdən çıxmaq 
üçün
 cəsarət
 və 
mərdlik nümayiş etdirin. Ümidsizliyə 
və bədbinliyə qapılmayın. Bu ruh düşgünlüyünə səbəb 
ola bilər.
14. 
Hamıya yaxşılıq etməyə çalışın. Hər yaxşılı­
ğın
 müqabilində həmişə 
mütləq mükafatlandırılırıq. 
Yaxşılıq
 edərkən,
 daxilən sakitlik tapır, insanların nə­
zərində yüksəlir, hörmət 
və məhəbbət qazanırıq.
Ləkələnmiş
 ad 
bütün səyləri 
heçə endirər.
FAYDALI
 MƏSLƏHƏTLƏR 
(xüsusi 
ilə
 
qadınlar üçün)
Gözəllik, ağıl
 
və incəlik qadınları sevməyə sövq 
edir.
 
Əgər ilahidən Sizə gözəllik verilməyibsə, ağıl və 
incəliklə onun 
yerini doldura bilərsiniz.
Ağıl
 və incəlik 
qadını insanlar arasflıda daha da 
gözəlləşdirir.
 
Lakin qadının ən gözəl keyfiyyəti 
onun 
təvazökarlığıdır.
 Qadın
 nə qədər 
gözəl olsa belə, heç 
vaxt
 şöhrətpərəst olmamalı, 
başqalarından 
üstün ol­
duğunu 
göstərməməli, 
təvazökarlıq etməlidir. Şöhrət- 
pərəstlik heç 
kimə xeyir gətirməyib.
Yaltaqlıqdan, 
paxıllıqdan uzaq 
olmaq gərəkdir. 
Ondan
 
həzz almaq lazım deyil. Çünki onun təhlükəli 
nəticəsi ola bilər.
Yaltaqlığı
 və tərifi 
sevən qadınlar gülünc vəziy­
yətə düşə bilərlər.
Mehriban 
olmağa 
çalışın. Bu 
qadınların əlində 
bir 
silahdır.
Yersiz 
və uzun sürən gülüş ağılın məhdudluğunu 
göstərir.
Sadə və mülayim olun. Bu xoşbəxtliyə çatmaq 
üçün ən yaxşı 
vasitədir.
Bədbəxt
 hadisələrlə
 və çətinliklərlə üzləşəndə 
dö­
zümlü 
olun.
Var-dövlətiniz başınızdan aşsa belə, özünüzü 
nə 
qədər
 xoşbəxt hesab 
etsəniz də təvazökar 
olun. Yaddan 
çıxarmayın ki, var-dövlət 
və gözəllik müvəqqətidir. 
Yaxşılıq heç vaxt vaxtla 
hesablanmır.
Fiziki
 gücünüzlə və 
mənliyinizlə öyünməyin. Cə­
miyyətdəki vəziyyətinizlə 
fəxr 
etməyin, 
özündən razı­
lıq və şöhrətpərəstlik nəticəsində 
insanlar arasındakı 
dostluq pozulur və düşmənlərin sayı 
artır.
Mənliyinizi itirmək istəmirsinizsə,
 heysiyyatınızı 
qoruyun. Hər
 şeyə maraq göstərməyin.
 
Hər şeylə ma­
raqlanan
 insan gözdən 
tez düşə bilər.
özünüzü
 qadınların bəd niyyətlərindən qoruyun.
Boşboğazlıq
 etməyin, 
yaxşı məsləhətlərə qulaq 
asın,
 
az 
danışın. Danışarkən, ehtiyatlı və təmkinli 
olun. Sizi
 
dinləyənin mənliyinə toxunmayın. 
Heç vaxt 
başqasının
 fikirlərinə rişxənd etməyin.
Danışanın sözünü 
kəsməyin. Bu mədəniyyətsizlikdir.
Paxıllıq
 pis 
əlamətdir.
Başqası haqqında deyilən sözlərə, uydurmalara, 
şərə
 
inanmayın.
Hər kiçik şeydən 
əsəbiləşməyin. Özünüzü təmkin­
li
 aparın. Əsəblərinizi 
cilovlayıb, sakitləşməyə çalışın.
Yaxşı
 əhval-ruhiyyədə deyilsinizsə, 
qonaq get­
məyin.
 Yoxsa
 qonaqlıqda
 işlətdiyiniz yersiz 
sözlərlə 
özünüzü 
gözdən 
sala bilərsiniz.
191
190

Qısqanc
 
olmayın,
 özünüzə düşmən qazanmayın. 
Qısqanclıq
 
olduqca 
təhlükəlidir və dağıdıcı gücə malik- 
dir.
 
Ağıllı və ehtiyatlı olun. Ağıl və ehtiyat insanın 
etibarlı arxasıdır.
Bir
 işi
 
görməmiş yaxşı-yaxşı fikirləşin. Düşünmə­
miş 
iş 
görməyin.
Avaraçılıq
 faciə
 ilə nəticələnir. Zəhmətkeş olun. 
Başınızı
 
bir işlə qatmağa çalışın.
Təəssüf
 ki,
 
hər 
iki 
cinsdən olan insanlar arasında 
şöhrətpərəstliyə,
 qızıla,
 gözəl
 geyimə, bəzək-düzəyə 
aludəçilik
 olur.
 Bunlar Sizi etibardan salar, adınıza lə­

 
gətirər.
Geyimə, bəzək-düzəyə aludəçilik 
ağılın məhdud­
luğundan 
irəli gəlir. 
Ağıllı qadın 
başqalarının gözündə 
gülünc
 görünməmək üçün
 dəbə 
bir o qədər də aludə ol­
mamalıdır.
Dostun
 çox olması yaxşı deyil. Mənəviyyatsızlar - 
la
 
dostluq 
etməyin.
 
Dost seçərkən, əvvəldən xasiyyəti­
ni 
öyrənin.
Yadda
 saxlayın
 
ki, 
qadınların 
dostlarından çox, 
pərəstişkarları olur. Odur ki, onlar səmimi, sədaqətli 
dost 
tapmaqda çətinlik çəkirlər. Buna xüsusilə gənc qa­
dınlar
 arasında
 daha 
çox 
təsadüf olunur.
Sizi
 özünə yaxın bilib, 
sirrini açana hörmət edin və 
bu 
sirri gizli saxlayın, öz sirrinizi də heç kəsə açmayın.
Heç 
kimin xoşbəxtliyinə, yaxşı güzəranına paxıl­
lıq etməyin.
Yaxşılıq 
etmək imkanınız varsa, onu əldən burax­
mayın.
 
Yaxşılıqdan aldığınız
 zövqdən qiymətli heç 
nə 
ola
 
bilməz.
Bəzi qadınlar özlərini 
bədbəxt hesab 
edirlər. 
Bəzən gənc qadınlar 
xoşbəxtliyi var-dövlətdə görürlər.
Ancaq
 başa düşmürlər ki, onların özləri 
də xoş­
bəxtlik 
üçün heç nədən istifadə etməmişlər.
Analar qızlarına uşaqkən, 
ağıllı və şirindilli ol­
mağı
 öyrətməlidirlər.
özünə
 düzgün qiymət verən 
qadın başqalarına da 
layiqli
 qiymət verməyi bacarmalıdır. 
Qadının sağlam 
düşüncəsi
 və kövrəkliyi 
əsasdır. 
Kövrək ürəkli qadın­
lar özgəsinin dərdini də 
özününkü hesab edirlər.
Ağıl
 
və gözəllik pisliyə yönəldilərsə,
 
o öz mənası­
nı 
itirə
 
bilər. Həddən artıq şöhrətpərəstlikdən gözəllik, 
yanlış
 fikirlərdən 
isə
 ağıl 
öz dəyərini 
itirə bilər.
Boş
 və ağılsız 
cinasdan uzaq olun. Çünki o ağılın 
azlığını
 göstərir.
 
Bir-iki cinas məzəli, maraqlı görünə 
bilər.
 
Üçüncü cinas isə xoşagəlməz təsir bağışlayır.
Təsəvvürə
 üstünlük
 verməyin. Hər şeyə düzgün 
baxışla
 yanaşmağa
 
çalışın. Çünki düzgün baxış ağlın 
ən qiymətli qabiliyyətidir.
Adətlərə həddən artıq
 azadlıq 
vermək 
yaxşı hesab 
olunmur. Odur ki, hər şey qədərincə olmalıdır. Heç 
nəyi
 
şişirtmək
 
lazım deyil.
Başqasının
 
yanında verilən suallara
 quru 
cavab 
vermək
 
və 
laqeydlik göstərmək ədəbsizlikdir. Tərbiyəli 
qadın
 
sevimli, istəkli və yaxşı olmaq üçün belə çatış­
mazlıqlara yol verməməlidir.
Qadın 
gənc yaşlarından 
ağlı inkişaf etdirməklə, 
gələcək
 üçün 
zəmin yaratmış olur.
Qadınlarda üç əsas
 keyfiyyətin 
olması vacibdir: 
qənaətcillik, 
səliqə-səhman 
və təmizlik. Evdə təmizlik 
yaratmaqla
 qadın özünü 
həm sevdirər, 
həm də sağlam 
ola
 bilər. Evdə 
qənaətcil qadının olması var-dövlətdən 
irəlidir.
 
Qadın evdə səliqə-səhman yaratmaqla 
həm 
vaxta 
qənaət 
edər, həm də ev gözəl görünər.
Geyimin,
 bəzək və zinət şeylərinin insan həyatın­
da böyük rolu var. Bunları seçib alanda yaxşı-yaxşı 
fi­
kirləşib,
 bir nəticəyə 
gəlməli və zövqünüzü əsas 
götürməlisiniz.
Geyiminiz
 çatışmazlıqları 
ört-basdır etməli, 
müsbət keyfiyyətləri
 büruzə verməlidir.
Qadınlar
 yalnız qonaqlığa
 və bala 
gedəndə deyil, 
həm 
də evdə özlərinə fikir verməlidirlər. Evinizə qəfil 
gələn qonaqdan
 
utanmamaq üçün geyiminiz həmişə tə­
miz 
və səliqəli olmalıdır.
192
193

Bahalı
 əyin-başdan istifadə etməklə, başqalarını 
kölgədə
 qoymaq düzgün olmaz. Şöhrətpərəstlik Sizi 
var-yoxdan 
çıxarıb, müflis vəziyyətə sala 
bilər.
Başqasının 
geyimini müzakirə
 etməyin.
Hamının
 sevimlisi 
olmaq və 
hörmət qazanmaq is­
təyirsinizsə,
 
onların arasına ayrıseçkilik salmayın, ha­
mıya eyni 
gözlə baxın.
Heç 
kimdən intiqam almaq fikrinə düşməyin. 
Mübahisə
 
edən vaxt bir qədər soyuqqanlı olmağa çalı­
şın
 
və 
əsəblərinizi qoruyun. Fikirlərinizi məcburən baş­
qasına
 
qəbul 
etdirməyin.
Tay-tuşlarınızla 
münasibətdə
 ədəbli, 
mehriban, 
həm də ehtiyatlı 
olun. Özünüzdən zəiflərlə yaxşı müna­
sibətdə olmağa çalışın.
Öz 
mənliyinizi itirməmək şərti ilə böyüklərə hör­
mət və ehtiramla yanaşın. Başqalarının Sizə hörmət 
və 
ehtiramla 
yanaşması məhz özünüzdən asılıdır.
Özünüzü
 həmişə 
ailədə nümunəvi aparmağa çalı­
şın.
MƏKTUBLAR
Müasir şəraitdə telefon vasitəsilə müəyyən məlu­
matları almaq 
və qəbul 
etmək asanlaşsa da, hələ 
də 
məktublaşma, dəvət, təşəkkür 
və təbrik etmək dəbdən 
düşməyib.
 Bəs
 onlar necə yazılmalıdır? Əvvəllər 
Rusi­
yada
 və
 digər dövlətlərdə məktubyazmanın qaydaları 
haqda xüsusi kitablar buraxılırdı.
Məktublardan
 
bəziləri ilə tanışlıqdan sonra mə­
lum olur ki,
 bu gün də 
onların böyük əhamiyyəti var.
Bəzi şəxslər
 təşəkkür,
 başsağlığı 
və s. məzmunda 
məktub 
yazmaq 
üçün əlinə qələm alanda, haradan və 
necə 
başlamaqda çətinlik çəkir.
Hər 
bir insanın özünəməxsus xasiyyəti olduğun­
dan
 
məktublarda da 
məzmun müxtəlifliyi olur. Vaxtılə 
kitab-
 şəklində
 
buraxılan məktubların bir neçəsinin ya­
zılma forması ilə Sizi tanış 
etmək istəyirik.
TƏBRİK
 MƏKTUBLARI 
övladların valideynlərə
 məktubları
Əziz,
 
ata ya ana
Yeni 
il mənim üçün ən əziz gündür. Çünki bu gün 
Sizi 
təbrik etməklə bərabər, məni ləyaqətli və tərbiyəli 
bir insan kimi
 böyütdüyünüzə, məndən heç 
nəyi əsirgə­
mədiyinizə
 
görə
 əziz və
 doğma
 
valideynlərim, Sizə öz 
sevgimi
 
və 
minnətdarlığımı bildirirəm. Sizin. göstər­
diyiniz qayğını heç vaxt yaddan çıxarmaram. 
Xoşbəx­
təm 
ki, bunu Sizə 
çatdıra bilirəm.
Həyat yoldaşım 
da
 Sizi həmişə sağlam, gümrah 
və xoşbəxt görmək arzusundadır. Balaca - Əhməd və 
Ziya
 isə 
nənə
 və babalarını 
çoxdan 
görmədikləri üçün 
darıxırlar.
Sizi
 ürəkdən sevən mehriban 
oğlunuz
S...A...
Qızın 
anasına məktubu
Yanvarın
 biri çox əziz gündür. Sizə cansağlığı, 
xoşbəxt günlər və bütün istəklərinizin yerinə yetiril­
məsini
 
arzulayıram.
Sizə
 
qarşı 
sevgim və hörmətim sonsuzdur. Sizin 
xoşbəxtliyiniz 
elə mənim xoşbəxtliyim deməkdir. Mə­
nim
 üçün sizsiz
 keçirdiyim günlər çox çətindir və sə­
birsizliklə
 görüşəcəyimiz günü gözləyirəm. 
Həmişə Si­
zə layiq olmağa çalışıram.
M..S...
194
195

Rafiq 
ay a 
maktub
Qohumlara maktub
Mehriban, əmi
Yeni il
 
münasibətilə Sizi 
şəxsən 
təbrik edir 
və 
ailənizə- 
ncansağlığı arzulayıram.
 Sizi sevən qardaşınız 
oğlu
S...M...
Əziz,
 xala
Yeni
 ildə Sizə xoşbəxt, bəxtəvər günlər arzulayı­
ram.
 
Arzum budur ki, həyatda 
heç vaxt qəm-qüssə gör­
məyəsiniz,
 sağlam olasınız. Xeyirxah və açıq ürəkli ol­
duğunuz
 üçün Allah köməyiniz
 olsuq.
Sizi
 ürəkdən sevən bacınız 
oğlu
S...İ...
Dosta maktub
Əziz
 dostum,
 İdris
Yeni
 ili 
şən keçirməyi
 
və gümrah olmağını arzu­
layıram. 
İnanıram ki,
 səni həqiqi sevən dostu yaddan 
çıxarmayacaqsan.
M...P...
Əziz
 
dostum.
 
Samir
Ürəyindəki
 
bütün istək və arzuların çin 
olsun. 
Xoşbəxt
 və
 sağlam 
ol. 
Səni 
sevən 
dostları da yaddan 
çı­
xarıra.
Məktub qısa olduğundan ürəyimdən keçənlərin ha- 
mısmr'Sənə çatdıra bilmirəm. İnan ki, mən Sənin sədaqət­
li
 və
 yaxın
 dostunam. Buna heç 
bir şübhən olmasın. Sənə 
ol.-ci
 xoş və səmimi münasibətim heç vaxt 
dəyişə bilməz.
Dostun
V...A...
Əzizim, Məleykə
Sizi
 Yeni il münasibətilə 
təbrik edir və xoşbəxt­
lik
 arzulayıram.
Məktub qısa yazılsa da, arzular 
səmimi qəlbdən 
deyilib. 
Onun üçün 
də böyük məna daşıyır.
Sizi
 sevən rəfiqənizi yaddan çıxarmayın.
P...R...
Rəfiqəm, Sevil
Bu gün
 ilk təbrikimi Sizə yazıram. 
İnanın ki, Si­
zi hamıdan çox 
sevirəm.
Arzularımı
 ürəkdən qəbul edin.
Təmiz ürəyinizə 
görə 
Allah Sizi bütün 
istək­
lərinizə çatdırsın. Sizə xoşbəxtlik və cansağlığı 
arzulayıram.
Sizi
 sevən
M...T...
BAYRAMINIZ
 
MÜBARƏK
Tanışlara maktub
Əzizim,
 M...1..,
Sizi
 
Novruz bayramı münasibətilə təbrik edirəm.
Arzu
 
edirəm 
ki, bayramı 
xoş əhval-ruhiyyə ilə 
qarşılayasınız
 
və ili yüksək nailiyyətlərlə başa vurası­
nız.
Fürsətdən
 
istifadə
 edərək,
 Sizə böyük 
məhəbbəti­
mi
 bildirirəm.
 Sədaqətli dostunuz
0...L...
197
196

Ataya məktub
Qardaşa 
məktub
Əziz
 

 mehriban,
 
ata
Sizə 
minnətdarlığımı və ehtiramımı çatdırmasay­
dım bu əziz günləri ürəyimcə keçirə bilməzdim.
Əziz
 ata, icazə
 verin hədsiz məhəbbətimi Sizə 
çat­
dırım. Bir oğul 
kimi qarşınıza 
çıxan bütün çətinlikləri 
dəf
 etməkdə yardımçınız olmağa həmişə hazıram.
 Mə­

 olan valideyn məhəbbətinizi 
hiss edirəm 
və mən də 
Sızı
 
həddən artıq sevirəm. Sizə hörmət bəsləyən oğlu­
nuz
T...A... 
Anaya məktub
Mehriban
 
və rəhmli, апя
Çox
 təəssüflənirəm ki, bayramda Sizi şəxsən təb­
rik edə bilmirəm. Təbriklərimi əziz qardaş 
və bacıları­
ma da çatdırın.
Mənə olan sevginiz 
qəriblikdə yaşamağıma
 
kömək 
edir.
Sizin etibarlı
 
və sədaqətli oğlunuz (qızınız)
L...O...
Bacıya məktub
Sevimli,
 bacım (və va 
adıl
Xahiş
 
edirəm
 təbrikimi 
qəbul edəsiniz. Bayramı 
şən
 ovqatda keçirməyi 
arzulayıram. Məktub qısa yazıl­
dığından
 
Sizə 
ürəyimdəki
 hisslərin 
çoxunu çatdıra 
bil­
mirəm.
 Sizi sevən qardaşınızı yaddan çıxarmayın.
R...M...
Əziz.
 TofİQ
Əvvəla
 Sizi bayram münasibətilə səmimi qəlbdən 
təbrik 
edirəm. Sizə bayramda sevincli anlar və 
xoşbəxt 
günlər
 
arzulayıram. Qardaşınıza tez-tez məktub yazın.
F...L...
AD 
GÜNÜ MÜNASİBƏTİLƏ
Tanışlara
 məktub
Hörmətli, T.İ,
Dostlarınızın
 və tanışlarınızın
 Sizə
 o qədər hör­
mət 
və məhəbbəti var ki, ad gününüz, bayramlarınız 
onlarda da
 səmimi hisslər 
oyadır.
İcazə
 verin 
təntənəli, əziz gününüzdə Sizi əmin 
edim ki, 
mən ən yaxın dostunuzam 
və Sizə xoşbəxtlik, 
səadət
 
arzulayıram. Arzu edirəm ki, Tanrı gözəl 
xa­
siyyətinizi,
 xeyirxahlığınızı
 heç vaxt əlinizdən alma­
sın.
Siz 
bu hörməti
 öz nəcibliyinizlə qazanmısınız.
Sizə
 böyük
 hörməti 
olan
D...A...
Hörmətli
 ağam. Q...S..,
Sizi 
doğum gününüz münasibətilə ürəkdən təbrik 
edir,
 
gözəl 
və firəvan illərdə
 yaşamağı arzulayıram. 
Allah
 Sizə uzun və
 mənalı ömür qismət etsin. Sizi çox 
sevən dostunuz və hörmətinizi saxlayan nökəriniz
S...M...
198
199

Ataya məktub
Əziz və hörmətli, ata
Bu 
gün
 
doğum gününüzdür. Uşaqlıq 
və gənclik 
illərində Sizi təbrik
 edərkən, məni bağrınıza
 
basar, 
əzizləyərdiniz. Təəssüf ki, bu gün Sizi uzaqdan təbrik 
edirəm. 
Sizə uzun ömür və cansağlığı arzulayıram. Mə­
ni əsl vətəndaş kimi tərbiyə etdiyinizə görə qəlbimin 
dərinliklərində Sizə sonsuz 
məhəbbətim var. Bu məhəb­
bəti
 və sevgini işimdə,
 əməllərimdə doğrultmağa
 çalı­
şacağam.
Sizi
 
ürəkdən 
sevən oğlunuz
A...İ...
Əziz 
və mehriban, ana
Xeyli
 vaxtdır ad gününüzü 
təbrik etmək üçün 
günləri sayır və arzularımı Sizə çatdırmaq üçün Tan­
rıya
 dualar
 edirdim. Allahdan
 Sizə cansağlığı və xoş­
bəxtlik arzulayıram.
 Sizə 
sədaqətli olacağıma söz veri­
rəm.
 Arzu
 edirəm ki, həmişə olduğu kimi 
bu gün də 
mənə dəyərli
 məsləhətlərinizi verəsiniz. Çünki
 
mən bu 
məsləhətlərin, öyüdlərin nə 
vaxtsa, əməllərimdə ger­
çəkləşəcəyinə
 əminəm.
Allah köməyiniz
 
olsun və Sizi 
mənə çox görmə­
sin.
M...Ş...
Ananın 
qızma 
məktubu
Əziz və
 mehriban 
qızım. Zemfira
Səni
 ad günün münasibətilə təbrik 
edirəm. Sənə, 
həyat 
yoldaşınla 
və körpə balalarınla firəvan həyat 
ar­
zulayıram.
Arzu
 edirəm özünə həyatda həmişə düzgün 
yol 
seçəsən. 
Evin qadını kimi üzərinə düşən vəzifələri layi­
qincə 
yerinə yetirəsən. Həyat yoldaşının məsləhətlərinə 
qulaq
 
asasan 
və onun zəhmətini dəyərincə qiymətləndi­
rəsən. Belə 
olsa o, öz xoşbəxtliyini Səndə, Sən isə onda 
taparsan. Bu
 
da 
bir valideyn kimi mənim başucalığım 
olar.
 
Xoşbəxtliyin üçün Sənə kömək etməyə hər an ha­
zıram. 
Odur ki,
 heç nədən 
çəkinmədən 
səni sevən ana­
na müraciət edə 
bilərsən.
T...M...
Babaya
 məktub
Əziz
 və 
hörmətli, baba
Sizə
 
möhkəm
 tellərlə 
bağlılığımı hiss edirəm. Bu 
gün
 Sizin ad 
gününüzdür. Sizi təbrik etməyi özümə 
borc
 bilirəm. Əziz baba, Sizə Allahdan uzun ömür, 
cansağlığı, əmin-amanlıq 
arzulayıram.
Mənim adımdan sevimli nənəmi də təbrik edərsi­
niz.
T...M...
Nənəyə məktub
Hörmətli
 və 
mehriban, nənə
İcazə
 verin, Sizə sonsuz 
sevgimi çatdırım və 
ad 
gününüzü
 
təbrik edim. Əziz 
və 
mehriban nənə, Sizə 
Ulu
 
Tanrıdan cansağlığı 
və uzun ömür arzulayıram.
Allah Sizə
 sakit 
və şən həyat qismət etsin. Mənə 
də ömür versin ki, Sizin ad gününüzü neçə illər bun­
dan 
sonra da 
təbrik edə bilim.
Özünüzü
 qoruyun, səhhətinizin qayğısına 
qalın 
ki,
 Sizi
 sevənlər 
həmişə şad olsunlar. Əminəm ki, tez­
liklə Sizi sevindirə biləcəm. Mehriban nəvəniz
S...M..
200
201

Qohumlara 
məktub
Əziz 
və hörmətli, davı
Sizə
 olan sonsuz 
hörmətimi və sevgimi qəbul 
edin.
 Sizin ad 
gününüz mənim 
üçün əsl bayramdır.
Sizin 
gənclərə məsləhətlərinizi və köməyinizi hə­
mişə iftixar hissi ilə xatırlayıram.
Allahdan
 Sizə cansağlığı, uzun ömür 
arzulayı­
ram. Arzum budur ki, Sizin
 ad gününüzü həmişə 
təb­
rik edə 
bilim.
Əminəm 
ki, tezliklə 
görüşüb, Sizi şəxsən təbrik 
edəcək,
 ehtiram 
və məhəbbətimi göstərə biləcəyəm.
Hörmət və 
məhəbbətlə bacınız oğlu
T...S...
Dosta məktub
Dostum. İbrahim
Səni
 ad günün münasibətilə təbrik edirəm. Həmi­
şə
 sağ
 
və salamat olasan.
 Sənə cansağlığı, sakitlik və 
ailə xoşbəxtliyi arzulayıram. Gün o gün olsun ki, nəvə 
və nəticələrinin toyunu görəsən.
Çox
 heyfslənirəm ki, 
biz bir-birimizdən uzaqda­
yıq
 
və səni bütün ailənlə birlikdə bağrıma basıb, təbrik 
edə bilmirəm. Mənim təbrikimi həyat yoldaşına çatdır­
mağı
 
yaddan çıxarma. Səni 
sevən dostun.
M...İ...
Nigah
 münasibəti ilə
Əzizim.
 P...R..,
Sizin
 
xoşbəxtliyinizə ürəkdən
 
şadam. Sizi nigaha 
girməyiniz
 münasibətilə təbrik edir, xoşbəxtlik arzu­
layıram.
 Tanrı Sizə yar olsun 
və ailənizə firavanlıq gə­
tirsin.
 Xahiş
 edirəm
 məni həmişə
 
özünüzə dost biləsi­
niz.
Sizə həmişə hörmətlə xatırlayan 
dostunuz
V...A...
Qızıl toy
Əziz 
və 
hörmətli. M..İ,, və B...L...
Bu
 gün 
toy gününüzün 
əlli illiyini bayram edirsi­
niz. Yarım əsr 
xoşbəxt ömür sürmək, sevilərək yaşa­
maq
 hər
 adama 
nəsib olmur. Bu gözəl bir gündür və 
qeyd
 olunmalı 
bir hadisədir. Sizi yubiley münasibətilə 
təbrik edirəm. Bu gün 
özümü də Sizinlə bərabər xoş­
bəxt hiss edirəm. Təəssüflənirəm, ki, Sizi şəxsən təbrik 
edə 
bilmədim.
Arzum
 budur ki,
 
Ulu Tanrı brilyant toyunuzu 
qeyd etmək
 üçün Sizə daha uzun ömür 
qismət etsin.
Böyük
 hörmətlə
1..
.A...
Sağlamlıqla
 
bağlı məktub
Əzizim. 
P..R..,
Sizin 
sağ 
və salamat olmağınızı eşidib, çox şad ol­
dum.
 Sevindim
 ki, özünüzü yaxşı hiss edirsiniz. Mək­
tubunuzu
 səbirsizliklə 
gözləyirdim. Sizin göndər­
diyiniz məktub məni nigarançılıqdan qurtardı. Allah­
dan 
bir arzum var. Ulu 
Tanrı Sizə uzun ömür 
və 
cansağlığı qismət etsin.
K...E...
Təşəkkür
 
məktubu
Hörmətli,
 N...Q..,
Mənə 
göstərdiyiniz
 köməyə görə
 təşəkkürümü qə­
bul
 etməyinizi xahiş edirəm.
202
203

Ürəyimdən
 keçənləri sözlə
 ifadə 
etmək mənim 
üçün çətindir. Əgər nə vaxtsa, Sizə lazım olsam 
çox 
şad
 olaram.
Hörmətlə
K...A...
Dəvətnamə
Əziz dostum. L...
Mənə
 elə gəlir ki,
 dostlarla 
bir yerdə vaxt keçir­
məkdən yaxşı 
heç 
nə 
ola
 bilməz.
 Xüsusilə Sizin
 kimi 
dostla.
 Əminəm
 ki, dediklərimlə razılaşacaqsınız.
Odur
 
ki, bu axşam 
bizim evdə olacağınıza əmi­
nəm.
 Bununla 
mənə hörmətinizi göstərmiş olarsınız.
V...S...
Dəfn
 münasibətilə
Hörmətli,
 O...L...
Ürək ağrısı
 və dərin kədər hissi 
ilə Sizə əziz ata­
mın
 
vəfat etdiyini çatdırıram. Artıq dərəcədə xahiş 
edirəm ki, onun
 dəfnində iştirak 
edəsiniz.
Hörmətlə
N..E...
Xahiş
 məktubu
Hörmətli, E...P...
Xahiş
 edirəm 
Sizdəki əmanəti təcili mənə göndə­
rəsiniz.
Sədaqətli
 
dostunuz
Ş...R...
Hörmətli.
 
A...P...
Sizi
 
narahat etdiyim üçün üzr istəyirəm. Xahiş 
edirəm bu məktubu N...P... çatdırasınız. Çünki onun 
ünvanını
 
dəqiq 
bilmirəm. Məktubu ona çatdırmaq ol­
duqca 
vacibdir.
Sədaqətli
 
dostunuz
 M...İ...
Üzristəmə məktubu
Hörmətli. V...P...
Məktubunuza 
gec cavab
 
verdiyim üçün üzr istəyi­
rəm. Elə
 
hesab
 etməyin ki, 
Sizi yaddan çıxarmışam. 
Vəziyyətim 
ağır olduğundan
 üzərimə düşən vəzifəni 
yerinə
 
yetirə bilmədim. Bu mənə pis təsir etdi. Məktu­
bunuza
 
tez cavab yazmağa çalışacam.
Sizə 
hörmət bəsləyən
İ...M...
Şəfqət 
məktubu
Əzizim.
 T...R...
Qəflətən xəstələnməyiniz Sizi 
çox sevən və hör­
mətinizi saxlayan 
şəxs kimi məni həddən ziyadə kədər­
ləndirdi. Allahdan 
arzum budur ki, tezliklə şəfa' tapa­
sınız. Ruhdan düşməyin. Yadda
 
saxlayın ki, 
xəstəlik 
insan
 həyatının 
bütün dövrlərində ola bilər.
Dostlar
 da tezliklə şəfa 
tapmağınızı arzulayırlar. 
Sizə 
bundan sonra da məhəbbət və hörmət göstərməyə 
çalışacağıq.
Ə...M...
204
205

Yüklə 8,07 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin