Seyidov miRİŞ MÜASİr etiket ensiklopediyasi



Yüklə 8,07 Mb.
Pdf görüntüsü
səhifə2/21
tarix03.12.2019
ölçüsü8,07 Mb.
#29785
1   2   3   4   5   6   7   8   9   ...   21
Muasir etiket ensiklopediyasi 100 meslehet


ŞƏHƏR
 NƏQLİYYATI
İctimai nəqliyyatdan
 istifadə edərkən, vətəndaş­
lar
 bir-birlərinə daha yaxın dayanır, bəzən isə 
araların­
da ünsiyyət
 yaranır. Bu halda olduqca sadə qaydaları 
gözləməli, 
ehtiyatlı, 
ədəbli və nəzakətli olmalıyıq. Met­
roya,
 tramvaya, 
trolleybusa, avtobusa daxil olmazdan 
əvvəl düşənlərə
 
yol verməliyik. Hətta növbəti dayana- 
caqda
 düşməli olsanız
 belə avtobusun giriş 
qapısında 
dayanmayın
 
və irəli keçin. Tez düşəcəksinizsə, axırda 
minmək
 
yaxşı 
olar.
Kişi
 qadınları, qocaları, əlilləri qabağa buraxma­
lı, avtobusa qalxarkən, onlara kömək etməlidir.
Əgər vaqon doludursa, qolları yuxarı qaldırmayın 
və əlləri cibdə saxlayın. Dirsəyinizi 
yanınızdakıların 
çiyninə
 qoymayın, qollarınızı açıb, tutacaqdan tut­
mayın. Çiyninizə
 iri çanta keçiribsinizsə, onu çıxarıb, 
ayaqlarınıza
 yaxın yerdə qoyun.
Nəqliyyatda
 kişi
 qadını irəli buraxıb, ona pillələr­
dən
 çıxmağa kömək etməlidir.
Sizin
 
gecikib-gecikməməyinizdən 
asılı olmayaraq, 
başqalarını itələyib çıxışa getməyin.
Mədəni
 şəxs
 salona 
daxil olarkən, boş yerdə əyləş­
mək 
üçün 
tələsməməlidir. Salona daxil olanlar arasın­
da qoca 
və qadın olarsa, ilk növbədə onlar irəli buraxıl­
malıdırlar.
Gənc
 oğlan və ya
 
qızlar ilk növbədə əlillərə, qoca­
lara,
 uşaqlara 
və hamilə qadınlara yer verməlidirlər.
Kişi 
qadına 
həmişəmi yer verməlidir? Nəzakətli 
adam buna mütləq əməl etməlidir. Ancaq işdən yorğun 
qayıdan kişidən 
qadınlara yer verməsini tələb etmək ol­
maz. Lakin 
qocalara, 
uşaqlı 
gənc analara, hamilə qa­
dınlara mütləq 
yer verilməlidir.
Qadın
 kişiləri utandırmamaq üçün onlara yer ver­
məməlidir. İstisna hallarda gənc qız yaşlı kişiyə 
əyləşməyi
 
təklif etməlidir.
İctimai nəqliyyatda 
yer təklif olunan şəxs 
ədəblə, 
nəzakətlə
 və təbəssümlə
 təşəkkür etməli, yer verən isə 
gülümsəyərək, razılığını bildirməlidir.
Sizə yer təklif olunarsa, 
uca səslə etiraz etmək 
ədəbsizlikdir, çünki bununla yer təklif edəni pis və­
ziyyətdə
 
qoyar, ətrafdakıların diqqətini həmin şəxsə 
cəlb 
etmiş olarsınız.
Yer 
təklif edən “oturun”
, “xahiş edirəm, əyləşin” 
kimi
 sözlər 
də işlədə bilər. Təklifi qəbul edib, ədəblə tə­
şəkkürünüzü bildirməlisiniz. 
Təklif olunan yerdən sə­
bəbsiz imtina etmək ədəbsizlikdir. Yaxşı olar ki, “
çox 
sağ olun, mən 
növbəti dayanacaqda düşəcəyəm”
, - deyə 
ona təşəkkürünüzü bildirəsiniz.
Həyat
 
yoldaşınızla 
və ya tanış qadınla gedirsiniz­
sə,
 
yer təklif edənə hər ikiniz təşəkkür 
etməlisiniz.
Yeniyetmələrə
 
və 
tələbələrə nəqliyyatda yer veril­
mir.
 Əksinə, 
onlar 
böyüklərə yer verməlidirlər.
İctimai
 
nəqliyyatda 
spesifik iyli 
yeməkdən istifa­

 
etmək olmaz. Salona 
dondurma ilə daxil olmaq qa­
dağandır.
 Tum sevənlərə 
nəqliyyatda yer yoxdur.
Əyləşərkən, 
ayaqlarınızı 
keçidə tərəf uzatmayın. 
Oturarkən,
 
yayılmayın, ayağınızı ayağınızın üstünə 
aşırıb,
 
keçənlərə
 mane olmayın.
özünüz
 
və əlinizdəki qəzet və kitab yanınızda əy­
ləşənlərə
 toxunmasın deyə, diqqətli olmalısınız.
Qonşunuzun oxuduğu 
qəzet və ya jurnal Sizi ma­
raqlandırsa
 da, onun çiyni üstündən
 baxmaq ədəbsiz­
likdir.
Vaqonda və ya salonda sərnişin az olsa belə, bu­
rada 
saç
 daramaq, dodaq boyamaq və 
s. yaxşı deyil.
Əlinizdə
 çanta
 və portfel varsa, onu
 yanınızdakı 
boş yerə
 (oturacağa) deyil, dizinizin üstünə və ya 
aya­
ğınızın
 
yanına 
qoyun. Çünki bir tərəfdən əyləşmək is­
təyən
 şəxs “şeylərinizi oturacaqdan 
götürün”
, - de­
məyə
 
utana bilər, ikinci bir tərəfdən isə çantanız həm 
oturacağı,
 həm də
 
əyləşənlərin paltarını ləkələyər.
Kiməsə 
çox yaxından baxmağınız həmin şəxsin 
narahatlığına 
səbəb ola bilər.
14
15

Yağışlı və qarlı havalarda çətirinizi
 
silkələyin və 
avtobusun
 
salonuna daxil olun. Çətiri ya örtüyə keçi­
rin, ya da selofana bükün.
Valideynlər
 
nəqliyyatda uşaqların özlərini necə 
aparmasına
 fikir 
verməlidirlər. Uşaqlar ətrafdakıları 
narahat
 etməməli, oturacağa ayaqqabı ilə çıxmamalı­
dırlar. 
Uşaqlarınızın pəncərədən baxması üçün 
sərni­
şinlərdən
 yer verməsini tələb etməyin və onlara 
ucadan 
danışmağa
 
icazə verməyin.
Valideynlər 
uca səslə uşaqları təmbeh etməməli,, 
onların 
vaqonboyu 
o yan-bu yana qaçmasına icazə ver­
məməlidirlər. Uşaq hətta ağlasa belə, nəqliyyatda 
onla­
ra
 
konfet,
 peçenye və başqa yemək 
verilməməlidir.
Vaqondan, trolleybusdan,
 
tramvaydan düşərkən, 
kişi müşayiət
 etdiyi qadının, gənc qadın isə qoca qa­
dının 
düşməsinə kömək etməlidir. 
Eyni zamanda 
nəqliyyatdan düşən
 
sərnişinlərə maneçilik törətməmə­
lidirlər.
İctimai 
nəqliyyatdan
 
istifadə edərkən, gediş haq­
qını
 ödəməyi yaddan 
çıxarmayın. 
Əvvəl talon və ya xır­
da 
pul
 hazırlayın. Əgər tanışınız Sizin 
gediş haqqınızı 
ödəyibsə,
 
onunla mübahisə etmək yersizdir.
İctimai nəqliyyata 
kəsici alətlərlə, 
yanğın törədən 
təhlükəli 
materiallarla, başqasının
 
paltarlarını çirklən­
dirə bilən əyin-başla, eləcə 
də, boya məmulatı ilə min­
mək 
qadağandır.
İctimai
 
nəqliyyatda ucadan danışmaq, əl-qol at­
maq ədəbsizlik 
sayılır.
Xəstələnibsinizsə, öskürürsünüzsə və ya zökəmsi- 
nizsə,
 ictimai nəqliyyatda getmək 
məsləhət deyil. 
Nəq­
liyyatda 
gedərkən, özünüzlə dəsmal götürün ki, 
öskürəndə 

 
asqıranda 
ağzınıza tuta biləsiniz. 
Çünki 
xəstəliyi
 
ətrafdakılara yoluxdura bilərsiniz. Xəstə 
uşaqları 
ictimai nəqliyyatda 
aparmayın.
Taksidə
 özünüzü 
aparmaq qaydaları yuxarıda 
deyilənlərdən
 
o qədər də fərqlənmir. Ancaq sürücü 
sükan arxasında əyləşib, maşını idarə edərkən, onu
söhbətə
 tutmaq, məsləhət vermək,
 tələsdirmək və diq­
qətini işdən yayındırmaq olmaz.
Taksidə 
arxada əyləşmək məsləhətdir.
Maşına sağ tərəfdən daxil olubsunuzsa, qadının 
birinci 
əyləşməsinə imkan yaradın. Bu kişinin 
tez 
düşüb,
 qadına kömək etməsi üçün münasibdir.
Kişi
 sürücünün
 yanında 
oturmamalıdır. 
Yaxşı 
olar
 
ki,
 
kişi arxada - qadının yanında əyləşsin.

 
Azərbaycan
 
Rtssubükasi
 ?>ezidetıüııin 
kiər
 
İ
ca
=
 «...air
К
 
İ
 
T А В
 
X
 A N 
A S il
16
17

MAĞAZADA,
 BAZARDA
Hesablamalara görə, ərzaq və başqa tələbat malla­
rını
 
almaq üçün hər 
bir şəxs gün ərzində iki saata qə­
dər
 vaxt sərf 
edir. Mağazaya demək olar ki, əksər 
adamların yolu düşür. 
Bu 
sadə,
 o qədər də 
çətin olma­
yan işə yalnız çanta və pul lazımdır.
Mağaza hətta
 yaşadığınız binanın 
birinci mərtə­
bəsində
 olsa belə, ev paltarınızı və ayaqqabınızı 
dəyiş­
məlisiniz.
 Mağazaya iş paltarında, yağlı, 
əhəngli, 
boya 
ilə ləkələnmiş geyimdə
 
daxil olmaq ədəbsizlikdir. Ma­
ğazadan aldığınız şeylər başqalarının paltarını çirklən­
dirməsin
 deyə,
 ehtiyatlı olmalısınız. Mağazada 
piştaxt 
yanında
 çantanızdan 
selofan axtarmamaq 
üçün evdən 
hazır 
getməlisiniz.
Mağazaya
 daxil 
olmamış, siqareti 
söndürün, don­
durmanı,
 
yaxud 
pirojkini yeyib qurtarın. Sevimli 
itini­
zi isə
 mağazanın 
yanında bağlayın. Oradan çıxanları 
itələməyəsiniz. Əksinə,
 ilk növbədə, onlara 
yol verin. 
Çünki
 
bu Sizin 
üçün 
də 
yaxşı 
olar. Adətən, mağazadan 
çıxanların
 əli dolu olur.
 Odur ki, 
onlara kömək üçün 
çıxış
 
qapısını 
tutsanız pis
 olmaz. Qocaları, uşaqlı qa­
dınları, əlilləri
 növbədənkənar 
buraxmaq 
məsləhətdir.
Növbədəkilər
 
arasında dost-tanışlarınızdan qa­
baqda dayanan varsa,
 ondan Sizi irəli buraxmasını 
xa­
hiş etmək mədəniyyətsizlik sayılır. Bununla Siz dostu­
nuzu pis vəziyyətdə qoyarsınız. Növbədə dayananlar 
isə 
Sizin 
bu hərəkətinizdən
 narazı qalarlar.
Ehtiyatlı
 
olun,
 qabaqda
 dayananları itələməyin. 
Çünki bu hərəkətinizə 
görə 
növbədə dayananlar Sizi 
təhqir
 
edə bilərlər.
Mədəni
 adam 
qabaqda dayanana “
qurtarın, nə qə­
dər
 
qurdalanmaq 
olar”,-
 deməkdənsə, 
ona aldığı şeylə­
ri 
zənbilə yığmaqda
 
kömək etməlidir.
Mağazadan nə alacağınızı əvvəlcədən müəyyənləş­
dirməlisiniz. Axı
 Siz 
tək deyilsiniz. Çalışın ki, növbə­
də 
dayananların vaxtını
 almayasınız.
Satıcını əsəbləşdırməyin, onlarla mehriban danışın. 
Həmişə satıcıdan nəzakətli olmağı tələb edirik. 
Lakin yaddan çıxarırıq ki, gün ərzində bəzi alıcılar sa­
tıcılarla kobud rəftar 
edir, onları əsəbləşdirirlər.
Satıcıya 

Siz”
, - deyə müraciət etməlisiniz.
Mağazanın
 bağlanmasına beş dəqiqə 
qalmış alıcı­
nın
 içəri daxil olması yaxşı deyil.
Bir
 
şeyə 
baxmaq istəyirsinizsə, satıcıya nəzakətlə 
müraciət
 edin:
 “xahiş
 edirəm, bunu mənə göstərin”, 

icazə verin, baxım” 
və s.
Satıcıdan məsləhət almaq
 üçün onun vaxtını çox 
almayın. Ola bilər ki, satıcının təklif etdiyi
 şey 
Sizin xo­
şunuza
 gəlməsin.
 
Bu vaxt göstərilən
 şeyə 
qiymət 
vermə­
məlisiniz. 
Pulunuzun
 
az olduğunu bildirməlisiniz. Malı 
qaytarıb, bura
 
bir də baş çəkəcəyinizi söyləməlisiniz.
Asudə
 vaxtlarınızda
 sənaye
 malları 
mağazasına 
gedirsinizsə,
 
almayacağınız şeylərə əlinizi vurmayın. 
Əgər nəsə almaq fikriniz 
varsa, yalnız bu vaxt ona hər­
tərəfli 
baxa bilərsiniz. Baxdığınız şeyləri almağınız 
vacib
 deyil. 
Bir
 şərtlə ki, “bu
 mənə 
yaraşmır
” ifadəsiy- 
lə onu 
satıcıya qaytarıb təşəkkür edəsiniz.
Mağazadakı şeylərə ehtiyatla toxunmaq lazımdır. 
Onları
 əzmək, çirkləndirmək olmaz. Ərzaq 
məhsulları­
na
 əllə 
toxunmaq düzgün 
deyil 
(bunun üçün xüsusi 
çəngəl
 
və qaşıqdan istifadə olunmalıdır).
İctimai 
yerlərdə
 olduğu kimi, mağazada da uca­
dan
 danışmayın.
 Həyat yoldaşınızla mübahisə etməyin. 
Çünki
 bu hərəkətlərinizlə yanınızdakılara 
mane olarsı­
nız. Problemlərinizi evdə, yaxud kənara çəkilib, həll 
etməyə çalışın. Başqalarından “
kömək” gözləməyin. 
Yadda 
saxlayın ki, əhatənizdəkilər ailənizdəki və 
işinizdəki
 
problemlərlə qətiyyən 
maraqlanmırlar və 
onları heç vaxt həll
 edə bilməzlər.
Nəzakətli və ədəbli olmaq eyni zamanda satıcıla­
ra
 
da aiddir. Onlar da hər
 
bir şəraitdə alıcılara qarşı 
nəzakətli
 
olmalı, etdikləri hərəkətlərin cavabdehliyini 
dərk etməli və əsəblərini cilovlamalıdırlar.
18
19

EZAMİYYƏTDƏ
Ezamiyyətdə, məzuniyyətdə olarkən, yaşadığınız 
mehmanxana müvəqqəti
 evimiz 
hesab olunur.
Ezamiyyətdə 
olanlar çox
 vaxt yad 
şəhərdə özləri­
ni
 narahat hiss edirlər.
Odur
 ki, 
ezamiyyətə yola düşməzdən əvvəl çalışın 
ki,
 mehmanxanada
 Sizə yer 
sifariş etsinlər. 
Yaxud 
özünüz
 telefon vasitəsilə inzibatçıya sifariş 
edib, han­
sı vaxt 
gələcəyinizi və həmin mehmanxanada neçə gün 
qalacağınızı bildirə bilərsiniz.
Mehmanxanada 
qeydiyyatdan
 keçmək üçün inzi­
batçıya müraciət 
etmək lazımdır. O, Sizin 
bütün sənəd­
ləri
 tərtib edəcək. Əksər mehmanxanalarda
 
yaşayış 
xərci
 ya əvvəldən, ya
 da oranı tərk
 edəndə alınır. İlk 
növbədə
 hər bir şəxs yadda saxlamalıdır ki, o burada 
qonaqdır
 və özünü mədəni
 
aparmalıdır, nizam-inti­
zama
 əməl 
etməlidir.
Yaşayacağınız
 
otağın 
açarını cibinizdə 
gəzdir­
məyin.
 
Otaqdan çıxanda 
onu inzibatçıya, yaxud növ­
bətçiyə təhvil
 verin.
Mehmanxana
 
nömrəsində yemək hazırlamağa ica­

 verilmir.
 Çayı 
və qəhvəni Sizə növbətçi də hazırlaya 
bilər.
 
Nömrədə xörək yemək 
məsləhət deyil, çünki 
otaqda bunun üçün istənilən şərait olmur. Buna görə 
də yemək üçün bufetdən və ya restorandan istifadə 
etsəniz yaxşı olar. Adətən, nümunəvi mehmanxanalar­
da qonaqlara nömrədə xidmət 
göstərilir. Belə meh­
manxanalarda səhər,
 nahar 
və şam yeməklərini, qəhvə 
və çayı, eləcə də, təzə qəzetləri sifariş edə bilərsiniz. 
Bunlar əlavə xərc tələb edir.
Bir
 qayda 
olaraq, mehmanxanalarda elektrik 
ci­
hazlarından
 
istifadə
 etmək qadağandır.
Mehmanxanada 
yaşayanlar nömrədəki mebellərə, 
radio cihazlara 
cavabdehdirlər.
Nömrədə
 
qoyub 
getdiyiniz qiymətli əşyalara inzi­
batçı cavabdeh deyil.
Günorta nömrənin 
azad olunma vaxtıdır. Nömrə­
ni günortadan
 sonra tərk edəcəksinizsə, onda 
bütün 
günün
 hesabını
 
ödəməlisiniz.
Mehmanxanadakı
 
davranış qaydaları başqa 
icti­
mai
 yerlərdəki davranış qaydalarından 
fərqlənmir.
Qonaqların
 xidmət edənlərdən narazılığı ola bilər. 
Onlardan 
nəsə tələb edərkən, bir qədər nəzakətli olma­
lısınız.
 Mehmanxanada
 yaşamaq hələ 
heç kimə özünü 
kobud 
aparmağa əsas vermir.
Eyni
 nömrədə yaşadığınız şəxslə tanış 
olmalısı­
nız. Bu halda adətən, 
axırıncı gələn özünü təqdim et­
məlidir.
 Otaq 
qonşunuz yatmaq istəyirsə, Sizsə yat­
mazdan əvvəl 
bir qədər mütaliə ilə məşğul olacaqsınız­
sa, onda
 adətinizdən əl çəkməməlisiniz. Qonşunuz bu­
nu
 
Sizdən tələb edə bilərmi? Xeyr. Belə halda qonşu­
nuzdan çarpayınızın yanındakı
 lampanı yandırıb müta­
liə ilə məşğul 
olmağınıza etiraz etməyəcəyini öyrənmə­
lisiniz.
Mədəni
 
şəxs mehmanxanada otaq qonşusunu sə­
bəbsiz yerə narahat etməməlidir. Əgər nömrəyə vaxtsız 
gələcəksinizsə, əvvəldən xəbərdarlıq etməlisiniz.
Mədəni
 şəxs nömrədə 
tək 
yaşasa belə, 
paltarları­

 və əşyalarını ora-bura atmamalı, yemək qırıntılarını 
masa
 üzərində qoymamalıdır.
Nömrədə
 qonaq qəbul 
etmək 
olar. Lakin otaq qonşu­
nuza
 xəbərdarlıq etməlisiniz. Saat 23-dən sonra 
növbətçi 
qonaqdan 
nömrəni “tərk etməsini” tələb edə bilər. Odur 
ki,
 qonağı 
bir qədər əvvəldən yola salmaq məsləhətdir.
Mehmanxana 
işçilərinə
 
əlavə pul ödəməklə paltar­
larınızı
 
səliqəyə saldıra və çəkmənizi təmizlədə bilərsi­
niz.
 
Məişət
 otağında paltarlarınızı özünüz 
də qaydaya 
sala bilərsiniz.
Nömrədə
 
şəhərlərarası 
telefon
 danışığı aparıbsı- 
nızsa, 
onu 
ödəməyi yaddan çıxarmayın.
Yatarkən 
xoruldayırsınızsa,
 axşamdan 
qonşunuz­
dan Sizi oyatmasını xahiş edin. Çünki xorultunuz onun 
yatmasına mane olar 
və narahatçılıq yaranar.
21
20

Nahar və şam yeməyini
 mehmanxana restoranın­
da keçirəcəksinizsə, geyiminizə
 xüsusilə fikir verməli­
siniz. Masa
 arxasında ev başmaqları 
ilə oturmaq yolve­
rilməzdir. 
Restorana pijamada daxil olubsunuzsa
 və Si­
zə 
xidmət göstərilmirsə,
 bundan təəccüblənməyin.
Sizin
 müvəqqəti eviniz
 olan mehmanxananı 
tərk 
edərkən, 
növbətçi 
və inzibatçı ilə xudahafizləşməyi 
yaddan çıxarmayın.
 Lazım gələrsə, təşəkkür də etməli­
siniz.
Sanatoriyada, istirahət 
evində nahar
 və 
şam ye­
məyinin
 
vaxtı dəqiq müəyyənləşdirilir. Sizin bu saatda 
buraya
 
gəlib-gəlməməyiniz
 öz
 işinizdir, 
lakin gecikmək 
ədəbsizlikdir. Sanatoriyanın,
 istirahət 
evinin, pansio- 
natın
 yeməkxanasına səliqəli 
və daranmış saçda get­
mək
 lazımdır.
 Burada xüsusi geyim tələb olunmasa da, 
yeməkxanaya 
çimərlik
 paltarında gəlmək yaxşı deyil. 
Səhər,
 nahar 
və 
şam yeməyinə mehmanxana 
restora­
nına
 gedəcəksinizsə, bir 
qədər 
təmtəraqlı geyinsəniz 
yaxşı olar.
UZAQ 
YOLDA
Səyahətə
 
çıxarkən, uzaq 
yol gedərkən, 
vaqonun 
kupesi, gəminin kayutu və təyyarənin 
salonu qısa bir 
müddətə 
evimiz hesab olunur. Səyahət edən səyahətin 
bütün
 xoş
 təəssüratını ətraflı düşünsə, özünü yaxşı 
hiss
 edər,
 müəyyən
 qanun-qaydaları gözləməklə rahat­
lıq
 tapar və səfərini uğurla başa çatdırar. Səyahətə 
çı­
xarkən, ətrafınızda xeyli adam ola bilər. Ona görə də 
belə
 yerlərdə özünü necə aparmaq qaydalarını bilmək 
vacibdir.
Qatarla
 yol 
gedəcəksinizsə,
 
hansı 
geyimdə 
və pal­
tarda daha
 yaxşı 
görünəcəyinizi əvvəldən düşünməlisi­
niz.
Yola
 qırış 
götürən paltar geyinməyin. Şəxsi sə­
nədləri, 
pulu, bileti və digər 
lazımı şeyləri çamadanda 
üstdən
 
yerləşdirin ki, vaqonda 
hamının yanında oradan 
nə isə 
axtarmayasınız.
Əgər 
yola
 qatarla çıxacaqsınızsa,
 vağzala 
bir qə­
dər tez gəlmək
 lazımdır.
 Bununla Siz həm qatarda ra­
hatlanar,
 
həm də yüklərinizi yerbəyer edə bilərsiniz. 
Vaqona kişi birinci qalxmalı, yükləri boş 
yerdə yerləş­
dirib,
 sonra qadınların və qocaların vaqona qalxmasına 
kömək etməlidir.
Səfərə
 çıxanları yola salanların
 kupeyə 
daxil ol­
ması vacib
 deyil. Onlar ya vaqonun dəhlizində, ya 
da 
peronda 
dayanmalıdırlar.
Yol
 gedənlərə 
gül
 hədiyyə
 vermək lazım deyil. Bu 
artıq yükdür. Yaxşı olar ki, 
onlara təzə 
qəzet və şəkil­
li 
jurnal
 təklif edəsiniz.
Kupeyə
 daxil olarkən, hamı ilə salamlaşmalısınız, 
özünüzü
 və 
yanınızda gələnləri təqdim etmək vacib 
deyil. 
Qatarda
 
hər bir şəxs biletdə qeyd olunmuş 
yeri 
tutmalıdır.
 Mədəni şəxs alt
 yerləri
 qocalara və uşaqlı 
qadınlara
 təklif edir.
 Yükləri yerləşdirmək üçün onla­
ra
 həm də
 kömək etmək 
lazımdır. 
Yükü kupedə 
elə yer­
ləşdirmək lazımdır ki, sərnişinlərə mane olmasın. Ku­
22
23

pe dörd,
 plaskart isə altı nəfərlikdir. Təbii ki, hər 
bir 
şəxsin
 özünəməxsus xarakteri və 
maraq dairəsi olur. 
Odur
 ki,
 pəncərəni açmaq və ya söhbət 
etmək istədik­
də başqalarının 
da rəyini öyrənmək 
gərəkdir.
Qatarda paltar 
dəyişmək
 lazımdırmı?
 Bu gedəcə­
yiniz yoldan asılıdır. Əgər yaxın məsafəyə gedəcəksi­
nizsə,
 bu o qədər 
vacib deyil. Yol 
gedərkən, çalışın ki, 
paltarınız 
əzilməsin 
və görkəmini itirməsin. Uzaq yol 
gedəcəksinizsə,
 
qatarda 
geyinmək üçün paltar götürün. 
Qatarda 
pijama və ya mətbəx xalatı geyinmək yara­
maz.
 Ayağınızda
 
rahat ayaqqabı
 olmalıdır. Yola nim­
daş ev 
başmağı ilə çıxmayın.
Yol 
yoldaşı ilə tanış olmaq və söhbət etmək o qə­
dər də 
vacib
 deyil.
 Yolboyu kitab oxumaq, yuxulamaq 
mədəniyyətsizlik
 
deyil.
 Boşboğazlıq etmək, çox danışıb 
zəhlə tökmək
 tərbiyəsizlik 
əlamətidir.
Kupedə 
uşaqlar
 varsa, sərnişinlər diqqətli və 
sə- 
brli olmalıdırlar. Uşaqlar şıltaqlıq 
edərlərsə, sərnişin­
lər
 hövsələdən çıxmamalı, əsəbləşməməlidirlər. Vali­
deynlər 
onları vaqonda təmbeh etməməli, danlamamalı 
və cəzalandırmamalıdırlar. Uşaqlara acıqlanmaq, onla­
rı ağlatmaq olmaz. 
Nəzərə almaq lazımdır ki, vaqon 
uşaqları
 
tərbiyə yeri deyil.
Əgər 
kupedə
 südəmər uşaq
 varsa, belə halda 
daha 
diqqətli olmalısınız. Lazım gələrsə, körpələrin vali­
deynlərinə köməyinizi
 
təklif etməlisiniz.
Kəskin iyli 
və tez xarab olan xörəyi yola 
götürmək
 
lazım deyil.
 Yol
 üçün
 
salfetka götürməyi 
də 
unutmayın.
 Masanı salfetka ilə örtün ki, təmiz 
qalsın. 
Yemək 
yeyərkən, döşəməyə zibil tökməyin. Kağız qı­
rıntılarını, boş şüşələri zibil üçün nəzərdə 
tutulan qab­
lara
 
atmaq lazımdır. Vaqonun
 pəncərəsindən 
su butul­
kasını atmaq olmaz. Çörək qırıntılarını 
yerə atmaq gü­
nahdır.
 Yeməkdən qalan artığı büküb çantanıza qoyun. 
Masanın
 üstündə 
heç 
nə saxlamayın. Çünki masa baş­
qasına da 
lazım olur. Bəzi 
sərnişinlər alt yeri tutarkən, 
elə
 zənn edirlər ki, 
masa yalnız onlara 
məxsusdur.
Odur ki,
 yemək
 
paketlərini və özlərinə məxsus əşyala­

 masanın üstünə yığırlar.
Vaqonda
 
təmizliyi gözləyin. Yol üçün götürdüyü­
nüz yeməkdən 
kupedəki yoldaşlara vermək vacib deyil. 
Lakin 
istəsəniz onlara meyvə, şirə, konfet təklif 
edə bi­
lərsiniz.
 Təklifi qəti surətdə rədd etmək
 yaramaz. An­
caq 
məcburən nəsə vermək də düzgün deyil.
Vaqonun restoranında
 nahar 
edəcəksinizsə, vaxtı­
nızın
 çoxluğuna baxmayaraq, naharı 
tez qurtarmalısı­
nız.
 
Nəzərə
 alın ki, 
Sizdən başqa da restoranda nahar 
etmək
 
istəyənlər 
çoxdur.
Kupedə
 ayaqqabısız gəzməyin. 
Vaqonda 
pijama­
da, maykada
 gəzişmək
 
və bu vəziyyətdə yenicə tanış ol­
duğunuz
 
adamlarla 
söhbət etmək yaxşı deyil. Kupe 
müvəqqəti
 eviniz
 hesab edildiyindən,
 burada saç dara­
maq, kosmetikadan istifadə etmək, dırnaq təmizləmək 
yaxşı deyil.
Qatarla 
yol gedənlər adətən, tez yatırlar. Gecələr 
uzun-uzadı
 
söhbət etmək, maqnitofona 
qulaq asmaq, 
kart oynamaq və s.
 yaramaz. Yol yoldaşın yatmağa ha­
zırlaşırsa, 
mütləq
 vaqonun dəhlizinə 
çıxmalısan ki, o, 
yatağını rahatlasın, 
paltarını dəyişsin.
Üst
 qatda
 yeri olanlar 
rahatlandıqdan sonra aşa­
ğıdakılar
 
yerləşməlidirlər. Vaqonda 
boşboğazlıq etmək 
və başqalarını söhbətə
 tutmaq yaxşı deyil. Yatmazdan 
qabaq özünüzə aid lampa işığında kitab oxumaq olar. 
Əgər 
yata
 bilmirsinizsə,
 sübhdən durub, yatanları 
na­
rahat
 etməməlisiniz.
 Səhərin açılmasını gözləməlisiniz.
Vaqonda
 papirosu yalnız onun üçün ayrılmış xü­
susi
 yerdə çəkmək olar.
 Kupedə və
 dəhlizdə papiros 
çəkməyə,
 
spirtli içkidən istifadə etməyə, söyüş söy­
məyə və
 ədəbsiz danışığa yol verilmir.
Yola 
çıxarkən,
 mübahisə etmək, 
uca 
səslə nəyi isə 
müzakirə
 
etmək lazım deyil.
Yol
 yoldaşınız ürəyinizcə 
olmasa da, onun yanın­
da özünüzü ədəbli və nəzakətli aparmalısınız.
Qatardan
 düşməzdən 
əvvəl özünüzü səliqəyə sa- 
24
25

İm.
 Saçınızı darayın, əl-üzünüzü yuyun. Yol yoldaşla- 
rınızla
 
heç bir söhbətiniz olmasa da, onlarla qısa 
müddətdə 
yol gedibsinizsə, mütləq kupedən çıxanda 
xudahafizləşməlisiniz.
Qadın kişi ilə 
birgə gedirsə, kişi əvvəl yükləri 
düşürməli, sonra isə 
qadının düşməsinə 
kömək etməli­
dir.
Yüklə 8,07 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin