Seyidov miRİŞ MÜASİr etiket ensiklopediyasi



Yüklə 8,07 Mb.
Pdf görüntüsü
səhifə3/21
tarix03.12.2019
ölçüsü8,07 Mb.
#29785
1   2   3   4   5   6   7   8   9   ...   21
Muasir etiket ensiklopediyasi 100 meslehet


Təyyarədə.
 Təyyarədə özünü necə aparmağın 
xüsusi
 
qaydası yoxdur. Qatarda 
olduğu kimi, təyyarə­
də də özünüzü ədəbli və nəzakətli aparmalısınız. Bura­
da yalnız 
bir fərq var ki, təyyarədə yerinizi heç kəsə 
vermirsiniz.
 
Əgər xahiş edən
 olarsa, uşaqlı qadınlara, 
qocalara,
 dostunun 
yanında əyləşmək istəyənlərə
 gü­
zəştə
 
gedə 
bilərsiniz.
Təyyarənin
 salonunda
 papiros çəkmək qəti 
qada- 
andır.
 Sərnişinlər
 təyyarədə ekipajın və mülki aviasi­
yanın təlimatlarının 
tələblərini yerinə yetirməlidirlər. 
Uçuş qaydalarını 
yerinə
 yetirərkən, 
sərnişinlər ilk növ­
bədə
 təhlükəsizlikləri 
üçün təminat yaradırlar. Təyya­
rədə “
papiros çəkmək qadağandır

, “qayışı bağla” elan­
ları
 
yalnız sərnişinlərin və 
ekipajın təhlükəsizliyi 
üçündür.
Təyyarədə
 
təkərlərin açılmaması və təyyarəçiyə 
inamsızlıq
 
barədə xoşagəlməz söhbətlər aparmaq məs­
ləhət deyil.
Uçuş uzun müddət davam edərsə 
və Sizə eyni dəst 
qab-qacaqda
 
menyu təklif edilərsə,
 narazılıq etməyiniz 
yaxşı deyil.
Təyyarəyə yalnız vacib şeylər, tələb olunan 
sənəd­
lər
 
və pul götürülməlidir. Digər əşyaları isə yüklə bir­
gə təhvil vermək
 lazımdır.
Yanınızda
 
əyləşən şəxslə söhbət etmək vacib de­
yil.
 
Yalnız ümumi mövzular ətrafında söhbət etməklə 
uçuş vaxtını qısalda bilərsiniz.
Təyyarədə
 Sizə xidmət göstərən stüardessalara 
təşəkkür
 etməyi- 
yaddan çıxarmayın.
Gəmidə. Ən uzun gediş gəmidə olur və çox vaxt 
o səyahətə
 çevrilir. 
Gəmi 
yalnız nəqliyyat növü deyil, 
o kompleks
 ictimai 
otaqlardan ibarətdir.
 Gəmi kayutu, 
yeməkxananı
 
(restoranı), salonları və s. özündə birləş­
dirir.
Böyük gəmilərdə
 istirahət etmək üçün 
xüsusi 
otaqlar,
 hovuz,
 tennis kortu, idman 
zalı da olur.
Dəniz xəstəliyi 
olan şəxs mütləq bu barədə 
yol 
yoldaşına 
xəbərdarlıq etməli, özünə nəzarəti gücləndir­
məli,
 xəstəliyin 
əlamətləri hiss 
olunan kimi özüni 
ayaqyoluna
 çatdırmalıdır.
Səyahətə çıxanların hər birinin yeməkxanada 
öz 
yeri olur. Ofisiantı və səyahətçiləri narahat
 etməmək 
üçün əyləşdiyiniz
 yeri, 
masanı yadda saxlayın. Sərni­
şinlərin istirahət saatlarının mənalı təşkili 
üçün gəmi­
də kitabxana, rəqs göyərtəsi, kinofilmlər üçün kayut 
və s.
 
olur. Əgər gəmidə müəyyən olunmuş saatlarda 
göyərtəyə
 çıxmaq 
qadağan olunubsa, bundan 
əsəbləş- 
mək
 
lazım deyil. Nəzərə alın ki, bu Sizin 
təhlükəsizli­
yiniz üçündür.
Gəmidə
 günün
 
cədvəlinə dəqiq 
əməl olunur. Bu 
səbəbdən də 
səhər, nahar və şam yeməklərinə gecikmək 
olmaz.
Səfəriniz
 başa çatanda 
yol yoldaşlarınızla xuda­
hafizləşin
 və 
pilləkanda
 
dayanıb, Sizi yola salan gəmi­
nin 
nümayəndəsinə işlərində müvəffəqiyyətlər
 arzula­
yın.
26


KİNODA, TEATRDA,
 
KONSERTDƏ
Konsert, sərgi 
salonu və
 s. 
bir qayda olaraq, cə­
miyyət
 adlanır və insanların ən çox 
olduqları yerdir. Biz 
ora
 iş dalınca, yaxud istirahət etmək üçün gedirik. La­
kin
 həmişə
 yadda saxlamalıyıq ki, tək 
deyilik və 
ətraf - 
dakıları
 ədəbsiz hərəkətlərimizlə 
narahat 
etməməliyik.
Teatra, kinoya getmək 
istədikdə bir qədər əvvəl­
dən hazırlaşmalıyıq. 
Bunun üçün ilk növbədə vaxtı 
müəyyənləşdirməli və bilet 
almalıyıq. Əlbəttə ki,
 plan­
sız
 

 görsək, onda çox güman ki, peşimançılıq çəkər və 
uğursuzluqla
 
rastlaşarıq.
Bəs
 kinoya, teatra bileti kim almalıdır? Yaxşı 
olar ki, bileti kişi 
alsın. Cavan oğlana qızı kinoya dəvət 
edib,
 
telefonla
 
danışıq əsnasında, “kino-teatr sənin iş 
yerinə yaxın
 olduğu üçün fasilədə bilet alarsan”,-demə­
si
 
düzgün deyil.
Kinoya, 
teatra gedərkən, necə geyinməyin də 
böyük
 əhəmiyyəti var.
 
Qış fəslində kino-teatrda üst 
paltarlarınızı çıxarmamalısınız. Yeni çəkilmiş filmin 
baxışına (premyeraya) dəvət alıbsınızsa, daha 
yaraşıqlı 
geyinməyiniz məsləhətdir. Kişidə 
tünd 
kostyum, ağ 
köynək və qalstuk, qadında isə zövqlə tikilmiş paltar 
daha yaraşıqlı 
görünər. Qadın belə yerlərə 
bazar çanta­
sı 
ilə deyil, 
dəridən 
hazırlanmış xüsusi teatr çantası ilə 
getməlidir.
Naftalinlənib, şkafa qoyulmuş paltarlarınızı əv­
vəlcədən
 
çıxarıb havaya verin.
Tünd
 qoxulu 
ətirdən çəkinin. 
Yoxsa yaxınınızda 
əyləşənlər 
və Siz kino-teatrın boğanaq havasında 
özünüzü
 pis 
hiss edərsiniz.
Əgər işdən sonra
 teatra 
və konsertə gedəcəksiniz­
sə,
 kişi
 
tünd kostyum, ağ köynək və qalstuk taxmalı­
dır.
 Qadınlar
 isə yaraşıqlı görünmək üçün 
bir qədər 
təmtəraqlı
 
geyinməlidirlər.
Hər
 
qadının öz sirri 
var. 
Qadın hər bir halda müt­
ləq saçlarını
 yuyub, daramalı, nazik corabla gəzinti 
ayaqqabısı (onları özü ilə də apara bilər) geyinməlidir.
Teatra
 cins
 şalvarda, idman maykasında,
 
sandal­
da getsəniz 
belə, Sizi heç kim saxlamayacaq. Ancaq 
bu 
aktyorlara
 
və ətrafınızda əyləşənlərə qarşı hörmətsiz­
likdir.
 Mənim fikrimcə, “Rok musiqi” konsertində də 
geyim “demokratik” olmalıdır.
Nəhayət,
 
teatr
 özü
 tamaşaçıların
 üslübünü 
müəyyənləşdirir.
Tələsmədən üst paltarınızı
 çıxarıb, qarderoba 
vermək, 
saçlarınızı 
qaydaya salmaq, proqram almaq 
və 
zalda öz yerinizi tutmaq üçün teatra tamaşa başlamaz­
dan
 ən 
azı 15 dəqiqə əvvəl gəlmək 
lazımdır.
Qadın kişi ilə teatra gəlibsə,
 
içəriyə birinci daxil 
olmalıdır. Kişi
 
qadına üst paltarını çıxarmaqda kö­
mək
 etməli, paltarı qarderoba verib, 
nömrə almalı və 
onu 
tamaşa qurtarana kimi 
özündə saxlamalıdır. 
Gənclər
 özlərindən yaşlılara üst paltarlarını çıxar­
maqda 
kömək etməlidirlər. Sizinlə teatra gedən qadın 
ayna qarşısında özünü 
səliqəyə salarkən, onu tələsdir­
məməlisiniz.
Adətən, qış aylarında qadınlar teatrda ayaqqabı­
larını dəyişirlər. Bu tualet otağında edilsə, yaxşıdır. 
Saç daranmalı, köynəyin yaxalığının bantı və digər 
geyimlər
 səliqəyə salınmalıdır. 
Lakin foyedəki 
ayna 
qarşısında və
 kənar şəxslərin gözü önündə fırlanmaq, 
saç
 
daramaq, dodaq boyamaq, pudralanmaq yaxşı 
de­
yil.
 Kişi isə bu vaxtdan istifadə edərək, proqram alma­

 və kənarda dayanıb, qadını gözləməlidir.
Tamaşa zalına
 
kişi birinci daxil olmalıdır. Yanı­
nızda
 
uşaq olarsa, onu irəli buraxmalısınız. Sizin yeri­
niz
 ortadadırsa, axırıncı zəngi gözləməyib, 
öz yerinizi 
tutmalısınız. Yerinizə keçərkən
 üzünüz 
əyləşənlərə tə­
rəf
 olmalıdır.
Kişi
 keçiddən 
birinci keçməlidir. Əgər keçid 
ensizdirsə,
 əyləşənlər
 ayağa 
qalxıb, keçəni öz yerinə 
buraxmalıdırlar. Bu halda yol verən, xüsusilə yöndəm­
siz
 oturub, ayağını 
uzadanlar, narazılıq
 etməməlidir­
28
29

lər.
 Keçənlər ayağa qalxıb, yol verənlərdən üzr istəmə­
li 
və təşəkkür etməlidirlər.
Tamaşa zalındakı 
oturacaqların düzülüşü 
ilə 
ta­
nış
 deyilsinizsə, 
bir az tez gəlib nəzarətçidən hansı ye­
rin Sizə 
aid olduğunu 
müəyyənləşdirsəniz yaxşı olar. 
Bu
 əsasən kişilərin 
vəzifəsidir.
Qadın həyat yoldaşının və rəfiqəsinin sağ tərəfin­
də oturmalıdır.
Kişi
 
kreslonu 
tutmalı, qadın özünü qaydaya salıb, 
əyləşməlidir. 
Sonra isə 
kişi oturmalıdır.
Tamaşaya gecikibsinizsə,
 antrakta 
(tənəffüsə) qə­
dər
 boş yerdə oturun. 
Boş yer yoxdursa, ayaq üstə dur­
malı,
 antraktda öz yerinizə keçməlisiniz.
Çoxdan görmədiyiniz tanışınızla və ya dostunuz­
la
 rastlaşarsınızsa, əlbəttə ki, bu Sizi sevindirəcək. 
Ancaq
 uca 
səslə onu 
salamlamağınız, replika atmağınız 
yaxşı
 deyil. 
Antrakt (tənəffüs) olmamış, 
cərgədən çıxıb 
kiminləsə, görüşməyiniz də yaxşı deyil.
Rahat 
olmaq üçün
 
hər iki qolunuzu dirsəkləyibsi- 
nizsə, nəzərə 
alın
 ki, bu sərbəstlikdən yanınızda
 əylə­
şənlər 

 istifadə 
edə bilərlər.
Qadınlara 
tamaşa zalında şlyapada oturmaq məs­
ləhət
 deyil,
 çünki 
arxada oturanı da nəzərə almalısınız. 
Əgər
 şlyapanızı
 
çıxarmaq
 istəmirsinizsə, onda arxada 
əyləşəndən 
üzr istəməli və şlyapada oturmağınızın ona 
heç
 bir
 maneçiliyi olmadığını 
öyrənməlisiniz. Şlyapanız 
arxada əyləşənə
 mane
 olarsa, heç 
bir şərh vermədən 
onu
 
çıxarmalısınız.
Qabaqda əyləşənin şlyapasını çıxarması Sizə olan 
böyük
 
hörmətdən irəli 
gəlir. Odur ki, Siz də ona öz tə­
şəkkürünüzü
 
bildirməlisiniz. Lojada əyləşənlər üçün 
səhnəyə
 
baxmaq 
bir qədər çətin 
olduğundan buna xüsu­
si ilə fikir verilməlidir. Lojada qadınlar birinci, kişilər 
isə
 
ikinci cərgədə yer tuturlar.

 qədər mehriban 
olsanız 
belə, bir-birinizə yaxın 
əyləşməyin 
və 
qucaqlaşmayın.
Əgər
 kişi
 teatra qadınla gəlibsə, zalda, qarderob­
da, bufetdə,
 
foyedə onu tək qoymamalı, müşayiət etmə­
lidir.
Tamaşa zalına şokolad, alma, buterbrod 
və s. 
götürmək məsləhət deyil. Yemək üçün bütün teatrlar­
da bufet vardır.
Qadın
 
qiymətli 
və nadir ətirdən qədərində istifa­
də etməlidir.
Kişilər
 də 
elə hərəkət etməlidirlər ki, siqaret 
tüstüsünün, spirtli içkilərin və odekolon iyinin təsirin­
dən yanlarında
 
əyləşənlər onlardan uzaqlaşmasınlar.
Pərdə
 açılarkən, tamaşaçının
 
kreslodakı narahat 
hərəkəti,
 
konfet kağızının şıqqıltısı, 
iki şəxsin 
söhbəti 
ətrafda 
əyləşənlərə pis təsir edir. Belə tamaşaçılarla 
yanaşı əyləşmək əzabdır.
Tamaşa
 
haqqında 
fikir söyləməyə tələsməyin,
 an- 
traktı
 
gözləyin.
Durbinlə
 tamaşa zalında 
əyləşənlərə baxmayın. 
Ondan
 təyinatına görə istifadə edin.
Tamaşa
 gedə-gedə
 müsbət və 
mənfi həyəcanlar 
büruzə 
verilməməlidir.
Teatrda
 (yalnız
 tamaşa zalında
 yox) 
bir-birinizə 
qarşı nəzakətli 
və diqqətli olmalısınız.
Tamaşanın yumorlu yerlərində ucadan gülmək, 
əlləri
 oynatmaq düzgün deyil.
 Əgər tamaşa, 
aktyorla­
rın oyunları və
 
orkestr zövqünüzü oxşayıbsa, onları al­
qışlayın, xoşunuza 
gəlməyibsə,
 
antrakt zamanı heç ki­
min
 diqqətini cəlb
 etmədən zalı tərk edin. 
Tamaşa ge­
də-gedə zalı tərk etmək 
nəinki
 aktyorlara, hətta tama­
şaçılara 
qarşı hörmətsizlikdir.
Tamaşanın qurtarmasına beş dəqiqə qalıbsa, 
yeri­
nizdən 
qalxıb bufetə, yaxud qarderoba getməyə tələs­
məyin.
 Bu 
aktyorların və tamaşaçıların əhval-ruhiyyə­
sinə pis 
təsir 
edə bilər.
Tamaşaçıların
 
dönüb
 Sizə baxmasını istəmirsiniz­
sə,
 aktyorları yerli-yersiz 
alqışlamaq lazım deyil. Aşa­
ğıdakı
 
hallarda 
aktyorları alqışlamaq olar:
-
 
pərdə qaldırılanda, rəssamın, quruluşçu rejisso- 
30
31

run
 
və operatorun yaradıcılığından 
xoşunuz gələndə;
-
 
məşhur müğənnilər və 
aktyorlar səhnəyə çıxan­
da (onların 
yüksək
 
istedadının nişanəsi);
-
  bəzi 
klassik tamaşalarda çətin ariyaların ifasın­
dan
 sonra;
-
 
konsert nömrəsi, tamaşanın ayrı-ayrı hissələri 
və tamaşa sona çatanda;
-
  caz orkestr
 konsertində solist öz partiyasını 
ifa 
edəndən
 sonra
 (hətta orkestr çalmağı 
davam etdirərsə);
-
 
müğənni tamaşaçıların xahişi ilə çıxış edəndə 
təşəkkür kimi çıxışdan qabaq alqışlamaq olar. Lakin al­
qışlar
 
uzun 
çəkməməlidir.
Simfonik
 orkestrin çıxışında
 alqışlama bir qədər 
mürəkkəbdir.
 Yəni 
əsərin 
ayrı-ayrı bölmələrindən 
deyil,
 əsər bütünlüklə ifa ediləndən sonra alqışlanır. 
Əgər simfonik musiqini yaxşı başa düşmürsünüzsə, al­
qışlamayın.
 
Başqalarının
 alqışlamasını 
gözləyib,onlara 
qoşulun. Alqışlamanın əsas göstəricisi musiqi əsərinin 
arasındakı
 fasilələr deyil, dirijorun tamaşaçılara 
üzünü 
çevirdiyi andır.
Tamaşanın 
və ya konsertin 
sonunda adətən, 
incə­
sənət ustalarına
 hədiyyə 
olaraq gül-çiçək verilir. Güllə­
ri 
heç vaxt səhnənin döşəməsinə atmayın. Gülləri ya 
aktyorların özlərinə
 təqdim edin, ya da teatr işçiləri 
vasitəsi
 ilə onlara çatdırın.
Bütün ictimai yerlərdə
 
olduğu kimi, teatr və kon­
sertdə 

 müəyyən olunmuş 
qanun-qaydalara əməl olu­
nur. 
Belə yerlərdə həddən artıq ədəbli, nəzakətli olma­
lı və kənardakılarla 
xoş münasibət yaratmalısınız.
Antraktdan sonra 
gecikmək yaxşı deyil. Əgər pər­
də 
qaldırılana qədər öz 
yerinizə keçmək mümkün ol­
mayıbsa,
 
boş yerlərdən
 
birində əyləşin, yaxud başqala­
rına mane olmamaq üçün çıxışa
 qayıdın.
Tamaşa bitdikdən 
sonra aktyorlar 
təzim edir,
 ta­
maşaçılar
 isə 
onları alqışlayırlar. Tamaşanın sonunda 
çıxışa tələsmək ədəbsizlikdir.
Mədəni şəxs pərdənin endirilməsini 
və alqışların 
bitməsini gözləyir. Əgər tələsirsinizsə, axırıncı pərdəyə 
çıxışa yaxın yerdən 
tamaşa edin.
Kişi
 
teatra qadın ilə gəlibsə, onu evinə ötürməyi 
təklif etməlidir.
Teatrdan
 çıxarkən, kişi
 
birinci qadına yol 
verməli,
 sonra isə özü çıxmalıdır.
Gül
 haqqında. Bir çox teatrların biletlərində ya­
zılır: “Tamaşa zalına güllə
 daxil olmaq 
qadağandır”. 
Buna baxmayaraq, gül ən yaxşı hədiyyə hesab edilir. 
Güllər 
açıq
 
şəkildə 
təqdim edilməlidir. Tamaşa qurtar­
mamış
 gül
 səhnəyə atılmamalıdır.
Teatra 
nisbətən kinoda tez-tez oluruq. Film teat­
ra
 nisbətən o qədər
 təntənəli olmur. Lakin burada 
da 
teatra
 aid olan
 qaydaları gözləməliyik. Yəni nəzakətli 
olmalı,
 papağımızı çıxarmalı,
 hətta yanımızda əyləşən­
lə pıçıltı 
ilə danışmamalı, kresloda necə gəldi əyləşmə­
məli, qolumuzu hər iki qolaltına qoymamalı, ucadan 
gülməməli, konfet kağızı ilə sakitliyi
 pozmamalı 
və 
tum 
çırtlamamalıyıq.
Film
 xoşunuza gəlməyibsə, heç 
kimə mane olma­
dan
 zalı tərk edə bilərsiniz.
Kino-teatrda
 alqışlamaq
 olarmı? 
Əgər hər hansı 
aktyorun
 rolu, rejissorun 
və 
operatorun işi Sizi heyran 
edibsə, alqışlardan istifadə 
etmək olar.
Muzey
 

 
sərgidə nəinki üst geyimi, eləcə də iri 
çanta
 

 portfel də qarderoba təhvil verilməlidir. Bir 
çox muzeylərdə isə xüsusi ayaqqabı geyinmək lazımdır. 
Muzeydə yoldaşlarınızla astadan 
danışıb,
 fikrinizi söy­
ləyə bilərsiniz.
İncəsənət
 nümunələrindəki çatışmazlıqlar və on­
ların dəyəri
 barədə 
hərtərəfli 
məlumatın yoxdursa, ona 
qiymət
 verməməli və mübahisə etməməlisən. Mədəni 
şəxs
 
bilməlidir ki, hər onun xoşuna gəlməyən və başa 
düşmədiyi
 
şey 
-
 pis deyil.
Əgər
 
müəllifin iştirak etdiyi
 sərgiyə 
gəlibsinizsə 
(adətən
 sərgidə müəllif özü dəvət etdiyi 
bir çox adam­
32
33

lar 
olur), əsərə onun və tanışlarının yanında qiymət 
verməyin. Müəllifə 
yaxınlaşıb,
 
öz fikrinizi söyləyin 
və 
ona gül
 hədiyyə 
edin. Bunun üçün müəlliflə tanışlıq 
vacib
 
deyil.
Hal-hazırda
 
bir çox muzeylərdə lentə yazılmış 
mühazirələr
 kirayə verilir. Bu halda Siz təkbaşına 
(şəxsən) 
muzeyin 
və ya sərginin otaqlarını gəzib, istə­
nilən 
məlumatları 
ala
 bilərsiniz.
Muzeydə
 
ucadan danışmaq, eksponatları müzaki­

 
etmək,
 gülmək və artıq hərəkətlərlə 
ekskursantlara 
mane
 olmaq,
 
onların diqqətini yayındırmaq olmaz.
Şəkil
 və eksponatların qarşısını 
kəsməyin, tama­
şaçılara
 
mane olmayın.
 Vitrinlərin üstünə əyilməyin, 
eksponatlara
 
əllə toxunmayın.
Təəssüratınızı 
muzeyin rəy kitabına yazın.
Kitabxanada
Oxu 
zalı 
olan böyük 
kitabxanaya daxil olarkən, 
üst
 
geyiminizi,
 əlinizdəki
 kitabı, jurnalı, 
qəzeti və di­
gər
 kağızları saxlama 
kamerasına verməlisiniz, 
özünüzlə 
yalnız 
oxucu 
bileti, kağız və qələm götürmə­
lisiniz.
Oxucuların
 diqqətini yayındırmamalı 
və 
onlara 
mane
 
olmamalısınız.
Kitabın
 səhifələrində qeydlər aparmaq qəti
 qa­
dağandır. 
Səhifələri yadda saxlamaq üçün onları 
qatla­
maq
 olmaz. Bunun üçün əlfəçidən istifadə etmək la­
zımdır.
Kitabı 
alarkən, əllər quru və təmiz 
olmalıdır. Ki­
tabı ləkələmək olmaz.
Kitabı
 vərəqləyərkən, 
ehtiyatlı olmaq lazımdır ki, 
səhifələr
 cırılmasın.
Kitabı 
qatlamayın. Səhifələr korlana bilər. Kitab­
dan
 səhifə
 çıxarmaq qadağandır. 
Evə aparacağınız ki­
tabı 
səliqəli saxlayın.
Kitabxanadan
 
götürdüyünüz kitabları şəxsi ki­
tablarınızdan
 
səliqəli saxlamalısınız.
İŞ YERİNDƏ
İşə qəbul
Dövlət idarələrində və firmalarda işə düzələrkən, 
insan çox vaxt özünü ürəksiz və cəsarətsiz hiss edir, 
çoxsaylı suallara cavab verə bilmir, özünü itirir. Bu da 
işə
 qəbul edən
 şəxsə pis təsir göstərir, məsuliyyətsiz­
liyə
 
yol verir, qəti qərar çıxararkən, tərəddüd edir 
və 
vaxtı
 uzadır.
Oxucuların
 
diqqətini işə qəbul
 
zamanı 
özünü necə 
aparmaq,
 
nə 
barədə 
danışmaq, özün haqqında 
ilk tə­
əssürat yaratmaq 
qaydalarına cəlb
 etmək istəyirəm.
Görəsən, biz həmişəmi özümüzü lazım olduğu ki­
mi aparırıq, düzgün cavablar veririk və öz hüququmu­
zu
 müdafiə etməyi bacarırıq? Nəzərinizə çatdırmaq is­
təyirəm
 ki, ilk görüşdən təəssürat yaranır.
 Belə halda 
özünüzü 
inandırmalısınız ki, Sizi mütləq işə qəbul 
edəcəklər və 
müsbət cavab üçün gəlmisiniz. Bir də 
Sizdə 
belə inam 
yaranmalıdır ki, buraya işə qəbul olun­
maq
 üçün
 deyil, 
firmaya ilk növbədə öz xidmətinizi 
təklif 
etmək üçün 
gəlibsiniz.
Hər 
bir görüş təbəssümlü salamlaşma ilə 
başlayır. 
Təbii
 ki, gülümsəmə bitərəf, nümayişetdirici və ədəbli 
olmalıdır. Gülümsəmək kiminsə xoşuna gəlmək yaltaq­
lanmaq 
deyil.
Söhbətə 
başlayan kimi özünüzü təqdim edin. Sonra 
bildirin
 ki, 
qəbula bu vaxt gəlməyinizi məsləhət biliblər. 
Səsinizin
 intonasiyasına və 
tembrinə fikir verin. Söhbə­
tiniz əsasən iş barəsində olmalıdır. Danışıq əsnasında 
özünüzü 
itirib, tez-tez udqunarsınızsa, mənasız söhbətlər 
edərsinizsə,
 hesab edin ki, 
qırx 
faiz uduzubsunuz.
Danışanda
 
boşboğaz 
adam təəssüratı yaratmayın. 
İşiniz,
 keçmiş 
rəisiniz 
və birgə xidmət etdiyiniz 
əməkdaşlar haqqında necə gəldi danışıb, etibarınızı 
itirməyin. 
Görüş əsnasında
 rəis əmin olmalıdır ki, söh­
bətiniz
 
və bəzi məlumatlar kabinetdən kənara çıxma­
yacaqdır.
34
35

Söhbətiniz 
məntiqə 
uyğun aparılmalıdır.
 Özünü­

 məlumatlı və səriştəli göstərməlisiniz. “Mənə tapşı­
rılacaq
 
iş barədə dəqiq təsəvvürüm olmasa da, ingilis 
dilində 
sərbəst danışa bilirəm, işgüzar yazışmalar apa­
rıram
” fikirləri ilə onu inandırmağa çalışın.
Siz 
ilk görüşdə sağlam görünməlisiniz 
və söhbəti­
nizdən
 razı 
qalmalıdırlar.
Xəstəsinizsə, özünüzü nasaz hiss edirsinizsə, ev­
dən
 
çıxmaq məsləhət deyil. Qəbula sağaldıqdan sonra 
getsəniz
 yaxşı olar.
Söhbətinizə Sizə zəmanət verən 
şəxsdən baş­
lamalısınız: “Mənə Sizin firmanızı cənab... məsləhət 
görmüş
 
və 
zəmanət vermişdir”. Ona haqqınızda yazılan 
zəmanəti
 
təqdim etsəniz yaxşı olar. Bu məsul şəxsi bir 
daha
 cavabdeh 
olmağa məcbur 
edər.
Söhbətə
 
başlayarkən, 
maliyyə probleminizi ortaya 
atmayın.
 Buraya yaxşı maaş verildiyi,
 yaxud maşın al­
maq 
və 
pul qazanmaq məqsədi ilə gəldiyinizi bildirmə­
yin. 
Məsul
 
şəxsin diqqətini problemlərinizə cəlb etmə­
yin.
 Təcrübəsiz olduğunuzu hiss etdirməyin 
və iş barə­

 
çox
 da dərinə getməyin.
Danışıq haqqında
Danışığınızda 
şüarlı 
ifadələr, jarqon və ikimənalı 
sözlər
 işlətməyin. Bir 
sözlə, işinizə mane ola biləcək 
söhbətlərdən uzaq olun.
Çoxları yaddan çıxarır 
ki, informasiyanın on fai­
zini qarşılıqlı dialoq təşkil edir. 
Doxsan faiz isə səslə, 
qoxu
 
ilə, hərəkətlə, baxışla və s. ilə verilir. İy deyən­
də,
 sarımsaq,
 spirtli 
içki və kəskin odekolon iyi nəzər­
də tutulur. Kəskin iy söhbəti dayandıra bilər 
və söhbə­
tinizin
 səmərəsi 
olmaz.
Məsul
 
şəxsdən müsbət cavabı yorulmamış və ya 
diqqəti
 telefon
 
danışığına cəlb olunmamış almaq lazım­
dır. Həmin şəxsdən işin dəqiq vaxtını, işə nə vaxt 
ba­
şlayacağınızı
 
soruşa bilərsiniz.
İşə
 qəbul haqqında ərizə 
adətən, söhbətdən sonra 
yazılır 

 katibliyə təqdim edilir. Əgər söhbətiniz
 alı­
nıbsa, bu zaman əvvəlcədən yazdığınız ərizəni təqdim 
edə
 
bilərsiniz.
Sizin vəzifəniz 
yalnız yaxşı təəssürat yaratmaqla 
bitməməlidir.
 Həm də özünüzə qarşı rəğbət
 hissi oyat­
malısınız.
Görüşün
 
sonunda Sizi qəbul etdiyi üçün məsul 
şəxsə
 
təşəkkür etməlisiniz.
Ovqatınız
 pozulsa 
belə, kabinetə daxil olarkən və 
çıxarkən,
 qapını 
möhkəm vurmayın. Kabinetə daxil ol­
mamışdan
 
əvvəl qapını döyün və soruşun: “Gəlmək 
olar?”

Sonra 
içəri daxil olub: “Salam” verin.
idarədə qarderob varsa, 
mütləq papağınızı 
və üst 
paltarınızı 
ora təhvil verin. Əgər yoxdursa, kişilər 
mütləq papaqlarını
 çıxarmalıdırlar.
Sizə 
lazım olan şəxs otağında məşğuldursa, “ba­
ğışlayın

, - deyib gözləyin.
Bəzən
 
Sizə lazım olan
 
şəxs 
özünü məşğul göstə­
rir,
 qarşısındakı kağızları saatlarla o yan-bu yana çevi­
rir.
 
Bu vaxt mədəni surətdə 
onu 
gözlədiyinizi bildirin. 
Xudahafizləşərkən,
 məsləhət
 
aldığınız şəxslərə və 
arayışın tərtibində Sizə kömək edənlərə təşəkkürünüzü 
bildirin.
37
36

Yüklə 8,07 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin