Seyidov miRİŞ MÜASİr etiket ensiklopediyasi



Yüklə 8,07 Mb.
Pdf görüntüsü
səhifə4/21
tarix03.12.2019
ölçüsü8,07 Mb.
#29785
1   2   3   4   5   6   7   8   9   ...   21
Muasir etiket ensiklopediyasi 100 meslehet


İLK
 İŞ GÜNÜ
Yadda saxlayın ki,
 ilk 
iş günündən özünüzü necə 
göstərsəniz, işin sonuna qədər də elə gedəcək. İlk 
gündən işə gecikməməyə çalışın. Evdən bir az tez çıx­
sanız,
 işə 
qaçaraq gəlib 
müxtəlif 
bəhanələr gətirməyə 
ehtiyac
 olmaz. Həm də ilk gündən işdən 
tez getmək 
üçün 
icazə istəməyin.
İlk
 
gündən
 iş yerində özünüzə bəzək-düzək ver­
məyin. Kimsə yanınızda özü ilə məşğul olarsa, yadda 
saxlayın
 ki, o, köhnə 
işçidir. Nəzərə alın ki, işə yeni 
qəbul
 olunduğunuz
 üçün hamının diqqəti Sizdə ola bi­
lər.
Geyiminizə
 fikir
 verməlisiniz.
 
Yaxşı olar ki, ge­
yiminiz
 digər işçilərin 
geyiminə müəyyən qədər uyğun 
gəlsin.
 
Sadə
 geyinmək məsləhətdir. Elə geyinin ki, iş­
çilərin
 diqqətini cəlb 
etməyəsiniz. Bu hal ətir qoxusu­
na da 
aiddir. Əlbəttə, geyiminizə, kosmetikanıza 
heç 
kim
 etiraz edə 
bilməz. Ancaq nəzərə alın ki, 
iş 
yeri 
nümayiş zalı deyil.
İlk 
iş günündən
 həmkarlarınıza
 ürəyinizdə olan­
ları
 
açıb
 danışmayın. İlk görüş çox 
vaxt aldadıcı ola bi­
lər.
 
Elə
 mövzular ətrafında söhbətləşin ki, illər ötsə 
də, 
heyfsilənməyəsiniz.
İlk
 
iş günündən lazımsız söhbətlər edibsinizsə, ai­
ləniz haqqında danışıbsınızsa, gec-tez bu 
söhbətlər Si­
zin
 əleyhinizə çevrilə 
bilər. Çünki hələ yaxşı tanış ol­
madığınız şəxslərlə gələcəkdə münasibətlərinizin necə 
ola 
biləcəyi barədə 
heç 
bir söz demək mümkün deyil. 
Belə
 də ola bilər. İlk 
iş günündən həmkarlarınız (iş yol­
daşı) ürəyindəkiləri Sizə söyləyə bilər. Bu Sizə lazım­
dırım? 
Mövzunu dəyişməyə və ya bəhanə tapıb söhbəti 
bitirməyə çalışın. Belə söhbətlər xüsusilə rəislə Sizin 
aranızda
 təkrar olunarsa,
 
özünüzü 
elə 
aparın ki, sanki 
olub keçənləri yaddan 
çıxarıbsınız və heç nəyə əhə­
miyyət
 
vermirsiniz.
Eşitdikləriniz
 nə qədər maraqlı 
olsa da, 
onları 
başqasına söyləməyin. Çünki belə halda iki dəfə uduz­
muş olacaqsınız: bəziləri Sizə etibar etməyəcək, bir 
qrup
 
şəxs isə
 
Sizi xəbərçi kimi 
tanıyacaq.
İş
 yerində
 
ilk 
gündən təmizlik 
yaradın. Masanızın 
üstünə 
və ya işlədiyiniz yerə çanta, əlcək, yemək qoy­
mayın.
İlk
 gündən yeni iş yerində bütün məsələləri, və­
ziyyəti
 
başa düşmək
 və 
onları həll etmək mümkün de­
yil.
 Odur ki, bəzi məsələləri 
çəkinmədən rəisdən soruş­
maq
 
olar. 
Ancaq elə hərəkət edin ki, işi bilmədiyiniz 
haqqında rəisdə rəy yaranmasın.
İşdə özünüzü qaraqabaq göstərməyin və salamla­
şarkən, gülümsəyin. Bu gələcək münasibətlərinizə və 
işinizə müsbət 
təsir göstərər.
Əgər
 rəisin hansısa 
hərəkətindən əsəbləşmişsiniz- 
sə,
 
bu 
o demək deyil ki, Siz özünüzü kobud, ədəbsiz 
aparmalısınız, yaxud işdən çıxmalısınız. Bunun üçün 
ilk 
növbədə Sizi narahat edən səbəbləri bildirməlisiniz. 
İkincisi, iş yerində öz 
yerinizi düzgün tapmalısınız. 
Üçüncüsü,
 vəziyyəti nəzakətlə öz tərəfinizə çevirməyə 
çalışmalısınız.
Rəisdən 
qorxmaq,
 çəkinmək lazım deyil. 
Vəzifə­
niz
 - 
ona hörmət etməkdir.
38
39

KOLLEKTİV
Həyatımızın çox hissəsini işdə keçiririk. Kollek­
tivdə
 
haqqımızda müəyyən
 fikrin yaranması 
ilk dəfə 
özümüzü necə 
aparmağımızdan 
asılıdır.
İşdəki
 

 
kollektivdəki vəziyyət insan həyatının 
başqa sahələrində,
 yaxınlarla münasibətdə və s. özünü 
göstərir.
Düşdüyünüz
 mühit özünüzü
 necə 
aparmağı tələb 
edir.
 Məsələn, tikintidə, orkestrdə, elmi-tədqiqat insti­
tutlarında,
 məktəbdə
 
və başqa 
ictimai yerlərdə bu qay­
da bir-birindən 
fərqlənir. Burada 
söhbət peşəkarlıqdan 
deyil, 
insani münasibətlərdən gedir.
İdarə və təşkilat 
rəisləri 
özünütərifdən uzaq ol­
malı, özünütənqidə
 üstünlük 
verməlidirlər. Yadda
 sax­
layın
 ki, vəzifə gəldi-gedərdir. Həyatda insanın yalnız 
yaxşı
 
adı 
və gördüyü işlər qalacaqdır.
İşçilərin otağına daxil olan rəis 
onları birinci sa­
lamlamalıdır. Rəisin kabinetinə qadın daxil olarsa, rə­
is
 
salamı
 
alır, -ancaq əyləşdiyi stuldan qalxmır. Yalnız 
hörmət
 
əlaməti
 
olaraq, əyləşmək 
üçün yer göstərir.
Rəis
 
tabeçiliyində blanlara hörmət etməlidir. 
Çünki
 tabe 
olan şəxs
 həmişə 
cavab verə, məzəmmət edə 
bilmir. 
İşçilər hər an kəskin 
söz götürməyə, rəisin 
üzünü turşutmasma,
 uzun müddət danışmasına 
və s. 
hazır olmalıdırlar. Odur ki, rəis tabeçiliyində olanla iş 
barəsində söhbət edirsə, ucadan 
və telefonla çox danış­
mamalı,
 
əlavə kağızlarla məşğul olmamalıdır. Əgər 
bütün
 məsələlər həll olunubsa, rəis ayağa 
qalxır və be­
ləliklə, tabeçilikdə olan 
şəxs
 
ona ayrılan vaxtın başa 
çatdığını anlayır.
Uzun müddət bir kollektivdə işləyənlər, mehriban 
münasibətdə olanlar ad günlərini, eləcə də rəisin ad 
gününü 
qeyd etsələr yaxşı olar.
Rəis tabeçiliyində olan 
işçinin anadan olduğu 
günü özü şəxsən təbrik etsə, yaxşı olar. Əks halda, rə­
is-işçi münasibətlərində inciklik 
yarana bilər. İşçilər 
rəisi ad 
günü münasibətilə 
təbrik etmək 
barədə qərara 
gəliblərsə,
 yaxşı
 
olar ki, 
ona gül dəstəsi təqdim etsin­
lər
 
və o qədər də 
qiymətli olmayan hədiyyə bağışlasın­
lar (hədiyyə olmaya da bilər). Bu' rəisin işçilərinə 
münasibətindən
 
asılıdır.
Hörmətli
 
olmaq
 və düzgün 
başa düşülmək üçün 
rəis
 
işçiləri bir-birindən 
ayırmamalı, kiməsə üstünlük 

 üz 
verməməli, açıq-açığına rəğbət bəsləməməlidir. 
Münasibət
 
yalnız görülən
 işə görə olmalıdır.
Rəis
 
peşəkar, təşkilatçı və psixoloq 
olmalıdır.
Rəis kollektivdən
 təcrid olunmamalıdır. O yalnız 
iclas
 və yığıncaqlarda
 görünməməlidir.
Rəislə münasibətdə müvafiq qaydalara 
riayət 
edilməlidir.
 Rəis yaşca kiçik olsa da, 
ona “Siz”
, - deyə 
müraciət
 etməlisiniz. Aranızda dostluq münasibətləri 
olsa
 belə, onu nümayiş etdirməməlisiniz.
 İşə 
aid bütün 
əmr
 və 
göstərişləri, xahişləri yerinə
 yetirməlisiniz. 
Ancaq
 
ona 
yaltaqlanmamalısınız.
İdarədə, eləcə də ictimai yerlərdə, xüsusilə söhbət 
edərkən əlinizi 
cibinizdən
 çıxarın.
Siqaret haqqında isə kitabda göstərilibdir. İş ye­
rində, kabinetdə siqaret çəkmək yaramaz. Ola bilər ki, 
işçilərdən
 kimsə siqaretin tüstüsünə dözməsin. Nəha­
yət,
 siqaret 
çəkilən otaqda işləmək çətindir. Başqasının 
kabinetinə 
damaqınızda 
və əlinizdə siqaret daxil 
olmaq 
düzgün deyil.
Kollektivdə birindən
 
o birisinə xəbər aparmaq, 
mənasız
 
sözlər uydurmaq, 
dedi-qodu yaratmaq
 ədəbsiz­
likdir.
İşə 
aid
 olmayan söhbətlər etmək məsləhət
 deyil. 
Sizin 
üçün maraqlı olan söhbətlər (ailə haqqında) 
baş­
qasına
 mənasız
 görünə bilər. Odur
 ki,
 belə söhbətlər­
lə 
onların vaxtını almayın. Əgər işə 
aid
 olmayan 
müəyyən
 
bir məsələnin müzakirəsinə ehtiyac 
varsa, 
bu 
məsələ
 işdən
 sonra çay 
süfrəsi ətrafında müzakirə 
edilməlidir.
İş 
yeri səliqəli olmalıdır.
 Yadda saxlayın ki, 
otaq­
40
41

da tək deyilsiniz. Yerə tökülmüş kağız,
 cırılmış 
və əzil­
miş 
qəzet parçaları, yemək qırıntıları iş yoldaşlarınızın 
Sizə 
olan münasibətini dəyişər və onlarda pis rəy yara­
nar.
Bəzən
 qadınlar yeni aldıqları paltarı, ayaqqabını 
işdə
 geyinir,
 güzgüyə baxa-baxa ölçüb-biçirlər. Bu həm 
işə mane
 
olur,
 
həm də etiketə görə 
düzgün deyil. Belə 
hərəkətlərə
 yol 
verilməməlidir.
Danışığınızın intonasiyasından çox şey asılıdır. 
Bərkdən danışmaq,
 nəyisə
 uca səslə müzakirə etmək, 
qapını
 
çırpmaq 
və s. yolverilməzdir. Sakitliyi gözlə­
mək, ədəblə 
və təmkinlə hərəkət etmək 
lazımdır.
İş
 yerində 
telefon şəxsi 
danışıq üçün uzun 
müddətə 
məşğul edilməməlidir. Danışıq çox vacib olsa 
belə,
 
söhbəti
 
tez 
bitirmək lazımdır. Telefonla danışar­
kən,
 diqqəti cəlb 
etməməyə çalışın.
Kollektivin yeni üzvünün 
rəis tərəfindən təqdi­
matından sonra, ona ailə vəziyyəti barədə suallar 
vermək,
 keçmiş iş yerini öyrənmək və s. düzgün deyil. 
Ona
 
işini 
tez mənimsəməsində kömək etsəniz, mehri­
banlıq 
göstərsəniz daha yaxşı olar. Çünki istər-istəməz 
vaxt 
ötdükcə 
onu yaxından tanıyacaqsınız, lazım olan­
ları
 özü
 Sizə söyləyəcək və xasiyyətinə bələd olacaqsı­
nız.
Çox
 vaxt qadınlar
 iş yoldaşlarının hər hansı diq­
qətsizliyindən inciyirlər. Belə yerdə inciməyə heç bir 
əsas
 yoxdur. Sözsüz ki, qadına münasibətdə 
diqqətli ol­
maq
 lazımdır. Qadın kabinetə 
daxil olarkən, hər dəfə 
ayağa qalxmaq, 
paltosunu
 tutmaq mümkün 
olmur. 
Çünki
 bu işləməyə mane olur.
İşə açıq-saçıq 
geyimdə gəlmək düzgün deyil. İş 
yoldaşınızın 
geyimini
 müzakirə etmək də düzgün deyil. 
Başqasının geyimi barədə etinasızlıqla danışılmamalı­
dır.
 Bu münasibətlərinizi 
korlaya 
bilər.
Qadınlar
 evdən 
iş yerinə səliqəli gəlməlidirlər. İş 
yerini kosmetika kabinetinə çevirmək olmaz. Əgər ya­
nınızda kişi varsa, buna qətiyyən yol vermək olmaz.
Çox vaxt insana xarici görünüşünə, paltarının sə­
liqəsinə,
 
geyiminə görə 
münasibət bəsləyirlər. Biz işdə 
uzun
 müddət 
bir 
yerdə oluruq. Bu o demək deyil ki, işə 
pis paltarda,
 
yaxud xalatda gəlməliyik. Təmiz ayaqqa­
bı,
 səliqəli geyim,
 yaxşı saç düzümü ətrafdakıların Si­
zə münasibətində 
böyük rol oynayır.
Həlledici
 amil
 işə 
münasibət və öz işinə hörmət­
dir.
 İşə tez-tez 
gecikənə, fasiləni saatlarla uzadana, iş­
dən
 sonrakı
 söhbətlərə qoşulmayanlara 
həmkarlarının 
münasibəti
 pis olur.
İş yoldaşınız 
xəstələnibsə,
 ona zəng etməli, 
səhhə­
ti 
haqda 
məlumat 
almalı və köməyinizi təklif etməlisi­
niz. Ola bilər ki, onun nəyəsə 
ehtiyacı olsun, ancaq de­
məyə utansın.
Kabinetləri 
gəzmək düzgün deyil. Yadda saxla­
malısınız ki, digər otaqlarda işləyənlərin planları Sizin 
planlarınıza 
uyğun
 gəlməyə bilər.
İş yoldaşı ilə aranızda ortaya çıxan problemləri və 
anlaşılmazlığı başqasının
 
müzakirəsinə buraxmayın. 
Sadə
 məsələləri
 özünüz də 
həll 
edə bilərsiniz. Elə mə­
sələlər
 
var ki, onların həllinə başqalarının diqqətini 
cəlb
 
etmək düzgün olmaz.
42
43

İŞGÜZAR
 
MÜNASİBƏTLƏR
Həyatımızın bir hissəsi idarə 
və təşkilatlarla bağ­
lı olur (dövlət, elm,
 ictimai,
 ticarət, 
təsərrüfat və s.).
İnsanlar
 arasında görünməyən ayrılıq var. 
Onlar 
xidmət 
edən işçilərə və gələnlərə ayrılırar. Beləliklə, 
gələnlər və qulluqçular 
üçün müəyyən
 qaydalar möv­
cuddur.
Qayda-qanunlara
 riayət etməklə 
vaxta qənaət et­
mək,
 yaxşı əhval-ruhiyyə yaratmaq, məsələləri 
tez həll 
etmək mümkündür.
Gedəcəyiniz
 
yerdə iş saatı təyin olunubsa, orada 
vaxtında
 
olmalısınız. Getdiyiniz 
yerdə müəyyən bir 
məsələni 
tez 
və düzgün həll etmək üçün məqsədinizi 
aydın
 
və qısa ifadə etməlisiniz. Bəzən xırda bir məlu­
mat almaq üçün on-on beş dəqiqə vaxt itiririk.
Ədəbli olmaq hər yerdə və hamı üçün lazımdır. 
Bu 
xüsusi ilə müraciət edənlər
 və işçilər arasındakı 
münasibətdə özünü göstərir.
İdarəyə
 
daxil 
olarkən,
 qapını bərkdən 
çırpmaq və 
açıq qoymaq 
düzgün 
deyil.
Danışıq
 
zamanı “salam”
, “bağışlayın”, “sağ 
olun”,
 “minnətdaram
” və s. bu kimi sözlər işlədilməli­
dir.
Yadda
 saxlayın ki, 
əgər
 ədəbli və nəzakətli
 olsa­
nız,
 işçilər də
 Sizinlə 
xoş münasibətdə olmağa çalışa­
caqlar.
Qəbul
 otağında 
bir neçə şəxs 
varsa, 
ətrafdakılarm 
danışığına qulaq asmaq düzgün
 deyil.
Qəbul
 vaxtı böyük növbə olmasa da, burada 
çox 
vaxt itir. “Mənim 
bir balaca söhbətim var”, - deyərək 
növbədənkənar
 keçmək 
ədəbsizlikdir. 
Sizdən
 əvvəl növ­
bə gözləyənlər
 buna yaxşı 
baxmazlar. Yadda saxlayın 
ki,
 əlillərə,
 hamilə
 və uşaqlı qadınlara növbədənkənar 
xidmət göstərilməlidir.
Ucadan danışmaqla,
 kağızı xışıldatmaqla ətrafda- 
kıları
 narahat etməməlisiniz.
İşlə bağlı
 müəyyən 
bir idarəyə çağırılıbsınızsa, 
mütləq
 göstərilən saatda 
orada olmalısınız. Unutma­
malısınız
 ki, 
vaxt əbəs yerə göstərilməyib. 
Burada hər 
şey,
 hətta vaxt da dəqiq ölçülüb-biçilib.
Sizə lazım olan sənədləri almağa gedirsinizsə, 
pasport,
 şəxsi
 vəsiqə və 
pul götürməyi unutmayın. 
Çünki
 bunlara 
görə bir neçə saat 
vaxt itirə bilərsiniz.
İdarənin
 məsul 
işçisi müraciət edənlərə diqqətlə 
qulaq asmalı, xahiş 
olunan məsələyə dəqiq cavab ver­
məli,
 
onların vaxtını almamalı 
və xeyirxahlıq göstər­
məlidir.
Sizi 
gözləyən varsa,
 telefonla çox 
danışmamalı və 
şəxsi işlərinizlə məşğul olmamalısınız.
İşçinin
 əsas vəzifəsi 
onlara müraciət edənlərə kö­
mək
 etməkdən, 
ondan asılı olan işi yerinə yetirməkdən, 
hara
 
və kimə 
müraciət etməsini başa 
salmaqdan ibarət­
dir.
İdarələrdə 
özünüzü
 necə
 aparmağın elə 
bir xüsu­
si
 
qaydası yoxdur. Sadəcə olaraq, başqa yerlərdə 
özünüzü
 
necə
 
aparırsınızsa,
 burada da 
hamıya 
hörmət­

 
yanaşmalısınız.
Məhkəmədə
 
də 
özünüzü 
ciddi və qanunlara cavab 
verən
 tərzdə 
aparmalısınız. Çağırılan saatda məhkə­
məyə
 
gəlməlisiniz. 
Əgər gəlişinizə mane 
olan hansısa 
məsələ ortaya
 çıxarsa,
 yazılı şəkildə xəbərdarlıq etmə­
lisiniz.
Hakim 
zala
 daxil
 
olarkən və hökm oxunarkən, ha­
mı ayağa qalxmalıdır. Hakimin çağırışından sonra şa­
hidlər 
qapını 
döymədən zala daxil olmalıdırlar.
Müqavilə, 
saziş bağlanarkən, hər iki tərəf 
eyni 
hüquqa
 malikdir
 və müəyyən qaydalarla 
hərəkət 
etməlidirlər.
 Bu danışıqların müvəffəqiyyətlə bitməsi 
üçün
 mövcud qaydalara riayət 
edilməlidir.
Görüşə
 
gecikməməli
 
və özünüzü ədəbli aparmalısı­
nız.
 Görüşəcəyiniz şəxsin adını əvvəldən öyrənməlisiniz.
Görüşə gedərkən, vizit kartoçkanızı 
götürməyi 
yaddan
 
çıxarmayın.
44
45

Geyiminizin səliqəsinə, çəkmənizin 
təmizliyinə fi­
kir verin. Müzakirə edəcəyiniz məsələlərin həllinə bu­
nun müsbət təsiri ola bilər.
Görüş
 zamanı 
fasiləsiz danışmaq yaxşı deyil. Bu 
danışığınıza
 pis təsir 
edər. İşgüzar münasibətləri həll 
edərkən,
 psixoloq olun, müşahidəçilik qabiliyyətiniz­
dən
 məharətlə istifadə edin, tərəfdaşınızın 
xasiyyətinə 
xas 
olan xüsusiyyətləri nəzərə alın. Yalnız o zaman iş 
Sizin xeyrinizə həll oluna bilər.
QƏHVƏXANADA,
 RESTORANDA
Biz 
restorana, qəhvəxanaya yeməkdən başqa, yax­
şı
 istirahət etmək 
və şəraiti dəyişmək üçün gedirik. 
Orada
 həm də adi, işgüzar və digər müxtəlif 
görüşlər 
keçirilir.
Restoran
 və qəhvəxanada
 özümüzü qonaq kimi 
hiss
 etməli və
 
qonaq
 kimi də aparmalıyıq.
Görüşü
 
Siz
 təşkil 
edibsinizsə, əvvəldən gəlib ma­
sa seçməli və 
dəvət etdiyiniz şəxsi gözləməlisiniz.
Eləcə də, görüşü küçədə təyin edib, birlikdə res­
torana daxil ola bilərsiniz.
Qadını
 
özünüzdən irəli 
buraxıb, 
rəhbərliyi öz əli­
nizə
 alıb, 
qarderoba tərəf aparın. Palto və ya plaşı çı­
xarmaqda ona kömək edin 
və qarderoba təhvil verin.
Qarderobda
 saç 
daramaq, dodaq boyamaq olmaz. 
Bu işləri tualet 
otağında etmək lazımdır.
Qarderobda yalnız güzgüyə baxıb 
saçlara 
yüngülvari əl gəzdirmək olar.
Əgər restorana çanta
 ilə gəlibsinizsə, 
onu qarde­
roba verin. Çünki bu Sizə maneçilik törədə bilər.
Restoranda masanı
 
kişi seçir və qadının xoşuna 
gəlib-gəlrtıəməsini öyrənir.
Əgər
 masanın
 
bir tərəfi divara tərəfdirsə, kişi o. 
yeri qadına 
təklif 
edir ki, bütün zalı görə bilsin. Masa 
zalın ortasındadırsa,
 qadına
 
elə yer təklif edilməlidir 
ki,
 o həm zalın girişini, həm də çox hissəsini görə 
bil­
sin.
Qadın
 əyləşəndən sonra kişi 
otura bilər. Onun və­
zifəsi 
qadının stulunu 
irəli 
çəkib, rahat əyləşməsinə 
kömək etməkdir.
Görüşə
 yubanan 
qadın əmin olmalıdır ki, kişi onu 
qarşılayacaq və stul
 
təklif edəcək.
Əgər restorana qadınla gəlibsinizsə, Sizi baş ofi­
siant qarşılayıb, müşayiət etməlidir. Ofisiantın arxa­
sınca qadın,
 sonra isə kişi getməlidir.
Kiçik
 masa
 
ətrafında yemək yeyərkən, üzbəüz əy-
47
46

ləşmək lazımdır.
 İri masa ətrafında isə 
kişi qadının sol 
tərəfində əyləşməlidir.
Əgər boş masa yoxdursa, baş ofisianta müraciət 
etməlisən.
 Zala
 göz gəzdirib boş 
yer seçə də bilərsən. 
Yeri müəyyənləşdirəndən sonra əyləşənlərdən onların 
yanında
 
oturmaq
 üçün 
icazə almalısan. Əyləşənlər eti­
raz etməzlərsə, onlara baş əyib təşəkkür etməlisən.
Sizin
 
onların 
cəmiyyətinə daxil
 olmanızı 
lazım 
bilmirlərsə, onda təkid 
etməyin. Çünki Sizin özgə 
cə­
miyyətə qarışmağınız düzgün
 olmaz.
Qadın
 kişiyə
 
rədd 
cavabı verə bilər. Bu onun 
hüququdur.
 Kişi isə masa ətrafında tək 
əyləşibsə, tanı­
madığı
 
qadına etiraz edə bilməz. Lakin ona qarşı diq­
qətli olmağa da borclu
 deyil.
Bəzən elə olur ki, restorana daxil olanda və ya 
əy­
ləşəndə
 tanışınızla 
rastlaşırsınız. Bu 
zaman sevincək 
onun 
əyləşdiyi
 masaya yaxınlaşıb, 
salamlamaq düzgün 
deyil. 
Yəqin ki, gec-tez o, Sizi görəcək və lazım gəlsə, 
Sizi özünün əyləşdiyi masaya 
dəvət edəcək. İnanırsı­
nızım
 ki, bu gecə 
həm Sizin, həm də tanışınızın arzu­
su üst-üstə düşəcək? Tanışınız Sizi görən kimi 
öz ma­
sasına
 dəvət 
etsə, bu başqa məsələ. Yalnız bu halda 
dəvət qəbul
 edilməlidir.
Qadınlar
 
yad kişilər olan 
məclisdə əyləşməməli­
dirlər. Çünki belə məclislərdə qadınlar artıq-əskik söz 
eşidərlər və anlaşılmazlıq yaranar.
Sizə 
az tanış olan və tamamilə 
tanış olmayan 
şəxslərin
 üzünə baxıb gülümsəmək 
düzgün deyil.
Etiketin tələbinə görə məclisə 
gecikənləri on beş- 
iyirmi dəqiqə 
gözləyirlər.
 
Sonra məclisdə özünüzü sər­
bəst hiss edib, sifariş verə bilərsiniz.
Restoranda
 
yeməyin siyahısını kişi alır, ancaq ye­
məyi qadın seçir. O, əvvəl 
yeməyin siyahısı ilə tanış 
olur
 və ya
 bu işi 
həyat 
yoldaşına həvalə edir. Kim əv­
vəldən
 restoranın yeməkləri ilə tanışdırsa, 
o sifariş 
edənə 
öz təklifini verə bilər.
İçkini 
yalnız kişi
 
təklif edə bilər.
Sifarişi 
yemək gətirən işçiyə (ofisiant) kişi ver­
məlidir.
 Bu 
onun vəzifəsidir.
Digər 
yeməklərin adları Sizi maraqlandırırsa, la­
kin
 necə 
və nədən hazırlandığını bilmirsinizsə, bu ba­
rədə
 yemək gətirən işçidən 
(ofisiant) məlumat almalısı­
nız. 
Yemək 
gətirən 
işçini (ofisiant) səslə 
və ya qab-qa- 
cağı
 bir-birinə vurmaqla
 
çağırmaq 
olmaz. Elə hesab et­
məyin ki, Sizi yaddan çıxarıblar. 
Axı, yemək gətirən 
işçi (ofisiant) yalnız Sizə deyil, eyni vaxtda bir neçə 
masaya
 xidmət göstərir. Boş 
vaxtınızı yeməyin siyahı­
sı ilə tanışlığa (menyu) sərf etsəniz yaxşı olar.
Yemək
 xoşunuza gəlməmişsə, 
onu yemək gətirən 
işçiyə
 
(ofisiant) deməmişdən əvvəl fikirləşin. Axı, sifa­
riş
 
olunan xörəkləri seçərkən,
 Sizi heç kim məcbur et­
məmişdir.
 
Yemək yaxşı bişirilməyibsə, onu dəyişdirmə­
yə ixtiyarınız var.
 Buna görə uca səslə araşdırma apar­
maq
 lazım deyil. 
Narazılığınızı bildirmək 
və təklifləri­
nizi
 vermək üçün baş ofisianta 
müraciət etmək lazım­
dır.
Masanın 
üstünə 
yeməklə yanaşı, qəzet, çanta 
və 
əlcək
 qoymaq yaxşı deyil.
Masaya
 
yemək və içki verilibsə, kişilər qadınlara 
nəvaziş göstərməli, 
onlara 
yemək təklif etməli və çaxır 
süzməlidirlər
 və s.
 
Bu
 o 
demək deyil ki, həyat yoldaşı 
(qadın)
 
öz ərinə qulluq edə bilməz. Bununla bərabər 
bütün 
qadınlar 
onlara diqqətli olmağı xoşlayırlar.
Kətandan
 olan salfetkanı açıq şəkildə dizin üstü­
nə 
salırlar. 
Yaxadan dəsmal 
asmaq çoxdan 
dəbdən düş­
müşdür.
 Salfetka
 
qadının dizindən yerə düşübsə, onu 
özü
 qaldırmalıdır. Kişinin 
qadının dizinin üstündən 
yerə
 
düşmüş salfetkanı qaldırması yaxşı deyil.
Qadını restorana dəvət edən kişidə kifayət qədər 
pul
 olmalıdır.
 Qadın isə yemək seçəndə 
elə hərəkət et­
məlidir 
ki, onun buraya axırıncı gəlişi olmasın.
Restorana
 
getməmişdən
 
əvvəl 
hesabın kim tərə­
findən
 
ödəniləcəyini müəyyənləşdirmək məsləhətdir. 
Əvvəldən bilmək
 lazımdır
 
ki, 
dəvət edən hamının 
əvə­
48
49

zinə pul verəcək, yoxsa yeməyin pulunu hərə özü ödə­
yəcək?
Kiçik
 
küpədə gətirilən
 
ət və göbələyi boşqaba tök­
mədən
 
yeyirlər. 
Bozbaş, 
tərəvəz və s. isə ümumi qab­
dan 
boşqaba çəkilir. Masada ehtiyatsız hərəkət (çaxırın 
dağılması
 və s.)
 səssiz-küysüz 
aradan 
qalırılmalıdır ki, 
bunu
 heç
 
kəs hiss etməsin və hadisəni törədən peşiman 
olmasın.
Çay
 

 qəhvə qaşıqla 
içilməməlidir. Yadda saxla­
yın ki, qaşıq stəkandakı şəkəri qarışdırmaq üçündür.
İsti
 içkini
 üfürməyin. 
İstənilən 
soyuqluğu alana 
qədər 
gözləyin. 
Çay və qəhvəni içprkən, qaşığı fincan­
dan
 
çıxarıb,
 nəlbəkiyə
 qoyun. Çay
 və qəhvə 
içərkən, 
stəkan və ya 
fincan 
nəlbəki ilə bərabər qaldırılmamalı­
dır. Çayı nəlbəkidə soyudub 
içmək 
yaxşı deyil.
Nəlbəki
 külqabı 
deyil.
 
Külqabına zibil və 
salfetka 
atmazlar.
Adətən,.restoranda
 hesabı yemək gətirən işçi (ofi­
siant)
 
təqdim edir. 
Qonaqlardan yeməyi qurtarmayan 
varsa,
 hesab 
tələb etmək 
ədəbsizlikdir. Bununla onun 
durub
 getməsini tələb etmiş olarsınız. Yeməyin
 pulunu 
yemək
 gətirən
 işçinin (ofisiant) hesab gətirdiyi siniyə 
qoyurlar
 (bu barədə növbəti bölmədə ətraflı göstərilib). 
Getmək
 üçün
 
işarəni qadın və ya yaşca böyük verməli­
dir.
Azacıq
 
qabağa əyilib, masa qonşularınızla
 xu­
dahafizləşə 
bilərsiniz.
 
Onlar da Sizə baş əyib, cavab 
verməlidirlər.
Əgər
 tanışlarla xudahafizləşirsinizsə, 
onlar ayağa 
qalxırlar.
Qarderobda kişi birinci
 geyinir. 
Sonra
 isə 
qadının 
paltosunu qarderobdan alıb, geyinməsinə kömək 
edir.
Restorandan çıxarkən,
 kişilər 
qapını 
açır və qa­
dınları irəli buraxırlar. 
Sonra isə özləri restoranı tərk 
edirlər.
Yüklə 8,07 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin