Seyidov miRİŞ MÜASİr etiket ensiklopediyasi



Yüklə 8.07 Mb.
Pdf просмотр
səhifə1/21
tarix03.12.2019
ölçüsü8.07 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   21

SEYİDOV
 MİRİŞ
MÜASİR
ETİKET
ENSİKLOPEDİYASI
1000 
mashhdt
Azərbaycan
 Respublikas» 
Prezidentinin
İşlər
 İdarəsinin
KİTABXANASI
“Gənclik” nəşriyyatı
Bakı-2003

Az
С 
16
Tərtibçi
 müəllif:
Seyidov
 Miriş 
Mircavad oğlu-Gancali
Redaktoru:
Cafarova
 Zarif Sadi
 
qızı
Kompüter 
yığıcısı:
Şirinova 
Latafat 
Bahram
 qızı
Müallif
 hüququ
 
qanunla 
qorunur.
 
Kitabı
 
bütünlükla
 
va
 
ya 
onun
 
bir hissasini 
müallifin
 
yazılı icazasi 
olma
­
dan
 
çap 
etmak 
qadağan
 olunur. 
Qanun
 
pozuntuları­
na
 
yol
 
verilan 
cahd
 
mahkama
 
yolu 
ila
 
hall
 
edilacakdir.
C 16 
“Müasir Etiket Ensiklopediyası”, “Gənclik” 
nəşriyyatı,
 Bakı, 2003, 268 səh.
Kitabda işgüzar həyatda istifadə olunan
 beynəl­
xalq
 
etiketin 
qəbul 
olunmuş əsas prinsipləri, mülki is­
tiqamətinə aid olan məsələləri qisa və 
yığcam formada 
öz əksini tapmışdır. 
Məlumat 
xarakterli “Müasir Eti­
ket
 Ensiklopediyası
” xaricə səfər edən azərbaycanlılar, 
diplomatlar və geniş 
oxucu kütləsi üçün nəzərdə tutul­
muşdur.
M 470206204
653(07)2003
- qrifli nəşr
ISBN
 W5-
8020-1626-1
©
 
Seyidov M.M., 2003
MÜƏLLİFDƏN
Etiket
 —
 bu
 
və digər cəmiyyətlərdə müəyyən 
olunmuş 
əxlaq, davranış
 qaydaları
 və nəzakətli 
rəftar 
formasıdır. Qəbul edilmiş müasir etiket 
və yüksək dav­
ranış qaydalarına riayət etmədən cəmiyyətdə yaşamaq 
qeyri-mümkündür.
Etiket fransız sözüdür (etiguete). Etiket Azərbay­
can
 
dilinə mərasim, təşrifat terminləri kimi tərcümə 
olunur
 (üç
 cildlik Rusca-Azərbaycanca 
lüğət) 
və onla­
rın
 məzmununu əhatə edir. Etiket termini mərasim 
(ər. rəsm söz. cəmi. Qəbul və müəyyən olunmuş 
qayda 
və üsullarla icra edilən təntənə, adət və ənənə), təşri­
fat 
(ər. təşrif söz. cəmi. Təntənəli mərasimlər zamanı 
rəsmən qəbul 
edilmiş üsul və qaydaların məcmusu, ha­
belə
 bu 
mərasimin özü)
 
və başqa etiket termininə aid 
olanları tam ifadə edir. Rus, türk və 
bir çox başqa 
dil­
lərdə etiket sözü 
termin kimi qəbul olunmuşdur.
Etiketin əsası
 çox 
sadədir. Bunlara - mədəni da­
nışıq,
 
ətrafdakılara 
nəzakətli 
və hörmətli münasibət, 
xarici
 görünüş,
 
geyim, ictimai
 yerlərdə özünü 
apar­
maq,
 söhbətləşmək 
və onu davam etdirmək qabiliyyəti, 
mənfi emosiyaları idarə 
etmək və 
s. aiddir.
Cəmiyyətin
 
tarixi inkişaf prosesi, arxeoloji
 qazın­
tılar
 
bir 
daha sübut edir ki, hələ tayfalar mövcud olan­
dan
 
insanların
 özlərini necə aparmaq
 qaydaları 
yaran­
mış,
 özünəməxsus əmək, 
hərbi, gündəlik davranış, qo­
naq 
qəbulu 
və başqa 
etiketlər 
mövcud olmuşdur. Etiket 
qaydalarını 
kollektiv üzvləri qeyri-şərtsiz
 
yerinə yetir­
mək
 məcburiyyətində idi.
Məlumdur
 
ki, etnoqrafiyanın, tarixin, mədəniy­
yətin,
 sosial-iqtisadi inkişafın,
 
uzun müddətli müxtə­
lif əlaqələrin,
 
birinin 
digərinə təsirinin, oxşar təsər­
rüfatların,
 ümumi 
yollardan istifadənin insan 
həyatı­
na, məişətinə, mədəniyyətinə
 
böyük 
təsiri olmuşdur. 
Olduqca 
uzun 
proses nəticəsində 
mədəniyyətdə, insan 
əməyində
 
dəyişiklik baş vermiş, bir xalq (tayfa) məhv 
3

olmuş,
 
digəri yaranmış və yeni sərhədlər müəyyən 
olunmuşdur.
Bir
 qədər əvvəlki
 tarixi dövrə - XIV-XV 
əsrlərə 
nəzər
 
salsaq, müxtəlif tarixi ədəbiyyatları vərəqləsək, 
Avropa
 
dövlətlərinin siyasi və ictimai həyatında 
insan­
lar arasında çətinliklərə, təhqirə, özbaşınalığa, vəhşi 
qüvvələrə tabe olmaq cəhdinə,
 mənəvi kütlüyə
 
və hə­
yatda 
baş verən digər 
mənfi cəhətlərə 
rast gəlmək olur. 
Lakin
 böyük 
Avropa
 ölkələri içərisində istisna hal kimi 
İtaliyanın inkişafını göstərmək 
olar. İtaliyada hələ XIV 
əsrdən
 
başlayaraq, tədricən
 adətlərin nəcibləşməsi
 və 
mədəniyyətin
 
inkişafı
 az-çox 
nəzərə çarpır. XV əsrdə 
İtaliyada
 mədəniyyətin, incəsənətin 
yüksəlişi, elmin, 
təhsilin 
inkişafı ilə yanaşı xalqa 
məxsus adətlər, qay­
da-qanunlar,
 dəb və etiket mövcud olub. Odur ki, “eti­
ketin vətəni
” İtaliya
 
hesab edilir.
Etiket
 qaydaları
 tədricən İtaliyadan
 
elm, mədə­
niyyət,
 incəsənət 
əlaqələri 
vasitəsilə Avropanın digər 
dövlətlərinə
 yayılmışdır.
 İtaliyanın Fransaya yürüşləri 

 yaxın əlaqələri 
nəticəsində bu ölkə etiket qaydaları 
ilə
 çox-çox
 əvvəldən tanış 
olmuşdur.
İtalyanların fransızlara təsiri XVI əsrin yarısına 
qədər
 
davam etmişdir.
 Bundan sonra Fransada etiket, 
dəb
 vaxtın 
tələbinə və fransız xalqının milli xüsusiy­
yətlərinə görə dəyişmiş və inkişaf 
etmişdir.
Fransızlarda 
etiketin, dəbin və zövqün 
ən yüksək 
inkişaf
 nöqtəsi XIV 
Lüdviqin taxta çıxması dövrünə 
təsadüf
 edir. 
Kral 
gözəl xarici görünüşə, əla davranışa 
və 
yüksək zövqə malik 
idi. Kral saray qanunvericilik 
hüququnu
 əsas tutaraq, saray etiketinə uyğun əmrlər 
verir
 və 
ilk növbədə
 bunları özü yerinə 
yetirirdi. 
O, sa­
ray
 qaydalarına uyğun
 başqalarından nəzakətli olmağı, 
ədəblə 
hərəkət etməyi,
 gözəl xüsusiyyətlərə malik ol­
mağı
 
tələb edirdi.
Etiket ətraflı termin (mərasim, təşrifat) olaraq, 
insan 
davranışını hərtərəfli əhatə edir. İnsan davranı­
şında 
elə adət 
və ənənələr var ki, bəzən təəccüblənmək 
olur.
 Məsələn, Nepalda belə 
bir 
qayda var. Qızları 8-12 
yaşında ağaca
 nişanlayırlar. Bu adət 
qədim yerli ənənə­
lərlə bağlıdır: belə ki, bir neçə
 əsr bundan əvvəl kişi 
(ər) 
ölərkən, arvadını da tonqalda yandırırdılar. Ağaca 
nişanlama
 
dəhşətli adət-ənənəni yandan keçmək üçün 
uydurmuşlar.
 Bundan sonra qadın subay 
yaşaya bilər­
di.
 
Çünki
 
o eyni zamanda “ağacın da arvadı” hesab olu­
nurdu.
Hər
 xalqın 
öz adət-ənənəsi olur. 
Məsələn, Brazi­
liya hindlilərində evlənmək təklifini ilk dəfə qız verir. 
O,
 öz seçdiyi 
oğlana 
bir cam sıyıq gətirir. 
Burada üç 
mövqe 
həll edilə 
bilər:
-
 
Əgər oğlan sıyığı axıra qədər yesə, deməli, toy 
olacaq.
-
 
Yarısını yesə,
 
deməli, fikirləşmək 
üçün möhlət 
verilməsini
 xahiş 
edir.
-
 
Yeməyi qəbul etməsə, deməli,
 qızın təklifini qə­
ti surətdə 
rədd
 edir.
Etiket 
termini
 
mürəkkəb və hərtərəfli olduğu qə­
dər,
 həm də
 burada hər 
bir xalqın, ərazinin, ölkənin, 
hətta 
şəhərin özünəməxsus qanun-qaydaları 
mövcud­
dur.
Axırıncı yüzillikdə ölkələrin, xalqların bir-biri ilə 
yaxınlaşması,
 mədəniyyətin
 
yüksəlişi, elmin inkişafı, 
texnikanın tərəqqisi 
bəzi köhnə adətləri yeniləri (ümu­
mi
 qəbul 
olunmuş) ilə 
əvəz etmişdir.
Dəqiqləşdirilməmiş məlumata
 görə 
yer üzərində 
45
 
milyona qədər azərbaycanlı yaşayır. Onların 7 mil­
yona qədəri
 Azərbaycan ərazisində,
 20 
milyonu İranda, 
qalanları
 isə inkişaf 
etmiş Avropa, Asiya və Amerika 
ölkələrində
 məskunlaşmışlar. Azərbaycan müstəqillik 
qazandıqdan 
sonra diplomatların 
xaricdə yaşaması, 
bir 
çox
 
dövlətlərdə səfirliklərin açılması, turizmin geniş­
lənməsi, ayrı-ayrı şəxslərin inkişaf
 
etmiş dövlətlərə 
səyahəti,
 xaricə gedən 
və orada məskunlaşmış insanla­
rın
 inkişaf 
etmiş dövlətlərin qəbul edilmiş ümumi eti­
ket və 
davranış
 qaydalarını yaxşı bilməsini tələb etdi.
5
4

Müasir
 etiketin əsas
 istiqamətləri:
-  Saray
 etiketi. Bu 
şah saraylarında tətbiq edi­
lən 
qayda-qanun və rəftar formalarından ibarətdir.
-
 
Diplomatik etiket. Müxtəlif 
qəbullarda, vizit­
lərdə,
 danışıqlarda
 və diplomatların görüşündə 
özünü 
necə aparmaq 
qaydalarıdır.
-
 
Hərbi 
etiket. Hərbi qulluqçuların fəaliyyət da­
irəsində
 özlərini
 aparmaq qayda və qanunlarının toplu­
sundan ibarətdir.
-
  Ümummülki
 etiket. Vətəndaşların bir-biri ilə 
münasibətində
 mərasim,
 təşrifat, qanun və 
qaydalar 
toplusunun yerinə yetirilməsi deməkdir.

Müasir etiket ensiklopediyası” kitabının əsas 
məqsədi ümummülki etiketin inkişaf 
etmiş 
dövlətlərdə 
mövcud 
qaydalarının bəzi 
tərəf və cəhətlərini müəyyən 
qədər aydınlaşdırıb,
 
izah etməkdir.
İctimaiyyətdəki
 davranış qaydalarına kitabda ge­
niş
 
yer verilmişdir. Oxucular bəzi anlayışlardan tə­
əccüblənməməlidirlər. Çünki 
inkişaf etmiş dövlətlərin 
və millətlərin etiketləri arasında müəyyən fərqlər var. 
Məsələn, ərəblərdə 
qadınla danışmaq və qadın haqqın­
da
 danışmaq ədəbsizlik hesab olunur. Bəzi müsəlman 
dövlətlərində isə
 
qadın kişi evdə olmayanda 
(ev 
sahibi) 
qonaq qəbul 
edər, ona yemək verər, lazım gələrsə, onun 
gecə
 evdə
 qalmasına şərait yaradar. Başqa xalqlarda isə 
ev sahibi evdə yoxdursa, qonaq evə daxil ola bilməz. 
Bu etiket qaydasının pozulması 
hesab olunur.
Qonaqpərvərlik
 
bütün
 dünyada
 çox inkişaf etmiş 

 yayılmışdır. 
Kitabda qonaq qəbuluna, yeməyin 
süfrəyə verilməsinə, süfrə ətrafında özünü 
aparma 
qaydalarına
 
da
 
yer verilmişdir. Buradakı məsləhətlər 
çox
 güman
 ki, 
səyahətə çıxanlara, xaricdə yaşayan 
şəxslərə və diplomatlara kömək edə bilər.
Yadda
 
'saxlamaq lazımdır ki, 
azərbaycanlılar 
dünyada
 
ən qonaqpərvər 
millət kimi tanınırlar. XVI əs­
rin 
əvvəllərində Şamaxıda 
olmuş ingilis səyyahı Anto­
ni 
Cenkinsonun
 
şərəfinə verilən 
ziyafətdə 290 adda ye­
məyin
 süfrəyə
 
gətirilməsi xalqımızın qonaqpərvərliyi­
nə gözəl nümunədir. Sonralar səyyah gördüklərini qə­
ləmə
 almış və 
Avropa ölkələrini Azərbaycan xalqının 
mədəniyyəti
 
ilə tanış etmişdir.
Ev,
 
ailə 
və uşaq problemi müasir dövrdə çox 
vacib
 
bir mövzu olduğundan bu 
məsələlərə də kitabda 
geniş yer verilmişdir.
Kitabın
 
asan
 oxunması üçün çox işlənən termin­
lərdən
 istifadə olunmuşdur. Kitab ensiklopedik xarak­
ter
 daşıyır. 
Çox vaxt bir başlıq altında verilən anlayı­
şın
 
digəri
 ilə
 heç bir 
əlaqəsi olmur. Oxucuların kitab­
dan 
istifadəsini asanlaşdırmaq üçün göndərişlərdən 
çox 
az istifadə olunub. Odur ki, kitabda bəzi anlayışla­
rın
 başqa formada təkrarına yol verilib.
Etiketin
 mürəkkəb və hərtərəfli olduğunu nəzərə 
alaraq, kitabın
 
sonunda əlavə izahlar verilmişdir.
Kitabın məqsədi müsəlman
 etiketi haqqında 
məlumatlar vermək 
deyil. 
Müsəlman etiketinin əsasını 
Quran
 təşkil edir. Bu haqda Ayətullahul-uzma
 Seyid 
Əl 
Hüseyni 
Sistaninin
 “İzahlı 
şəriət məsələləri” kitabında 
geniş
 məlumat verilmişdir.
Hər
 
bir xalqın etiketini yaxşı bilmək üçün ilk 
növbədə
 həmin xalqın adət-ənənələrini,
 mərasimlərini, 
təşrifatlarını
 öyrənmək lazımdır
Kitabın tərtibində müxtəlif materiallardan 
istifa­
də edildiyindən
 
müəyyən çatışmazlığa yol verilə bilər.
Redaksiya vasitəsi ilə göndərilən məlumatlara 
tərtibçi
 
müəllif öz təşəkkürünü bildirir.
6
7

DAVRANIŞ MƏDƏNİYYƏTİ
KÜÇƏDƏ
Biz
 
hər gün işə 
gedir, idarə, kontor, zavod, fab­
rik və s. iş yerlərində olur, ictimai nəqliyyatdan istifa­
də edirik. Həmçinin ictimai yerlərə - mağazaya, ki­
noya, teatra, stadiona, sərgilərə də gedirik. Məzuniy­
yət və ya ezamiyyət vaxtı isə cəmiyyətin 
içində daha 
çox
 
oluruq. Odur
 ki, davranış
 qaydalarını bilməyimiz 
vacibdir.
 
Nəzərə
 alınmalıdır 
ki, bundan bizim və bizi 
əhatə
 edənlərin ovqatı, 
əhval-ruhiyyəsi, sağlamlığı çox 
asılıdır.
Prospekt 
və küçədə nəzakətli, mədəni olmaq üçün 
hər
 
bir 
şəxsdən müəyyən səy tələb olunur. Küçədə 
özünüzü necə
 aparmağın xüsusi 
qaydası yoxdur. Yal­
nız
 bizə məlum olan küçə hərəkət qaydaları vardır,
 öl­
kəmizdə 
sağ tərəfli hərəkət mövcuddur.
 Odur ki, küçə­
də gedərkən, başqalarına mane olmamaq üçün sağ tərəf 
ilə
 
hərəkət 
etmək lazımdır. Küçədə gedərkən, çalışın 
ki,
 ətrafdakılara çanta və çətirlə toxunmayasınız.
 Səki 
çox
 
enlidirsə, səkinin
 ortası 
və ya hərəkətin əksinə get­
məməlisiniz.
 Yadda 
saxlamaq lazımdır ki, səki bir nə­
fər üçün 
müəyyən olunmayıb.
Küçədəki
 
natəmizlik, 
səs-küy bizi çox narahat 
edir.
 Odur ki, avtobus biletini,
 lazımsız dondurma ka­
ğızını, papiros 
kötüyünü və s. küçəyə 
atmaq olmaz. 
Bunun
 
üçün küçələrdə kifayət qədər zibil qabları qo­
yulmuşdur.
Çox
 
vaxt ucadan
 danışır,
 uşaqlara 
tərbiyə verər­
kən,
 səsimizi
 ucaldırıq.
Bəzi
 yeniyetmələrimiz
 isə
 küçə ilə gedərkən, maq­
nitofona
 yüksəkdən
 
qulaq 
asırlar.
Yoldan
 
keçən, hətta Sizi maraqlandırsa belə, 
geriyə
 dönüb 
baxmayın. Barmaqla kimisə,
 
göstərmək 
də pis adətdir. 
Başınızı o yan-bu yana çevirməklə küçə­
dən keçənlərə 
toxuna bilərsiniz.
Küçədə tanışınıza
 
rast gəlibsinizsə, salamlaşın, 
lakin
 ətrafdakıları
 itələyib, ayaqlayıb ona 
tərəf atıl­
mayın. 
Əgər dostunuz Sizinlə danışmaq istəyərsə, səki 
danışmaq üçün 
əlverişli yer deyil. Yoldaşınızla səkinin 
adam az olan yerinə çəkilin və ya yaxınlıqdakı 
oturacaqda
 əyləşib söhbət edin. 
Tanışınız tək deyilsə, 
ona
 yaxınlaşmaq məsləhət deyil. Bu halda onun planı­
nı 
pozmuş olarsınız.
Küçədə qol-qola
 
getməyin. Bu dəbdə deyil. Digər 
bir tərəfdənsə, belə hərəkət narahatlıq yaradır. Belə 
halda 
kiməsə, dirsəyinizlə toxunar və onu itələmiş 
olarsınız.
Əgər küçə 
sürüşkəndirsə, təbii ki,
 qadının qolun­
dan tutmalısınız.
Belə
 hadisəylədə tez-tez 
rastlaşırıq. Belə ki, küçə­
də gedərkən, cərgə ilə gedən dörd nəfəri 
dövrə vurub 
keçməyə
 
məcbur oluruq.
Səki
 
ilə gedərkən yolu kəsmək başqalarına 
hör­
mətsizlikdir. 
Bir-birinin arxasınca iki-iki getmək daha 
məqsədəuyğundur.
Səki
 ilə iki
 
qadın 
bir kişi 
gedərsə, ortada kişi və 
yaxud
 iki 
kişi
 
bir qadın gedərsə, qadın ortada getməli­
dir.
 
Qadına 
iki kişi arasında 
getmək rahatdırsa, kişinin 
iki
 
qadının
 arasında getməsi 
narahatlıq
 
yaradır. Kişi 
hər
 iki qadına 
diqqətli olmalıdır. Kişi 
bir qadına 
müraciət edəndə, təbii olaraq, 
o birisindən üz çevirmə­
lidir.
 Bu da sadəcə, tərbiyəsizlikdir (ədəbsizlikdir).
 Be­
ləliklə,
 kişinin
 sol
 tərəfdə 
yer tutması məqsədəuyğun­
dur.
 
Əgər Sizinlə yaşlı qadın 
gedirsə, onun yeri ortada 
olmalıdır.
 Sağda qadın, solda isə 
kişi getməlidir.
Sizdən irəlidə gedəni necə ötüb keçməli? Qabaqda 
gedəni
 sol tərəfdən, qarşıdan gələni isə sağ tərəfdən 
keçməlisiniz. Bunları elə etməlisiniz ki, onlara toxun­
mayasınız. Əgər toxunsanız üzr istəməlisiniz. Səki en- 
sizdirsə, kişi
 qadına, 
qocaya 
yol verməlidir, lazım gə­
lərsə,
 səkidən düşməlidir. Yaşca kiçiklər 
böyüklərə yol 
verməlidirlər.
9
8

Sizdən kömək istəyənlərə, 
laqeyd 
olmayın, onları 
təhqir etməyin,
 
soruşulan yeri dəqiq 
bilirsinizsə, nəza­
kətlə cavab
 verin.
Məlumat 
almaq
 üçün müraciət etdiyiniz
 şəxsdən 
üzr istəməli və 
təşəkkür etməlisiniz.
Çanta və portfel heç
 kəsə toxunmasın deyə, 
onu 
sağ
 əldə 
tutmalısınız.
Yazda
 və
 payızda hamı özü ilə çətir gəzdirir. 
Yağış
 
yağmırsa,
 
heç
 kəsə toxunmamaq üçün 
o şaquli 
vəziyyətdə
 tutulur. Qadın çətiri
 bağı 
ilə biləyə keçirir. 
Çətiri
 yelləyə-yelləyə və ya üfüqi vəziyyətdə aparmaq 
olmaz. Bu vəziyyətdə çətir kiməsə toxunar, iti 
yeri ki­
misə
 yaralayar 
və paltarını cıra 
bilər. Belə halda cavab 
verməli olarsınız və məsuliyyət daşıyarsınız.
İzdihamlı
 küçələrdə çətiri 
açıq şəkildə başınız 
üzərində
 tutubsunuzsa, başqasının 
papağına 
toxunub 
yerə
 salmamaq
 üçün 
xüsusilə ehtiyatlı olmalısınız. Çə­
tirin 
suyu özgəsinin üstünü islatmasın deyə, daha diq­
qətli olmalısınız.
Kişi
 
ilə qadın 
bir çətirin altında gedirsə, onu ki­
şi tutmalıdır.
 
Çətir 
elə tutulmalıdır ki, qadının paltarı 
islanmasın.
Küçədə papiros çəkmək
 
məsləhət deyil. Lakin ki­
şilərin 
çoxu küçədə papiros çəkirlər. Yaxşı olar ki, pa­
pirosu gedə-gedə çəkməyəsiniz. Nəzərə alın ki, ətrafda- 
kılara
 
papiros tüstüsünün ziyanı var. Qadınların küçə­
də 
papiros çəkməsi xüsusi ilə pis qarşılanır. Bu qadının 
ədəbsizliyini
 
göstərir.
Papirosu
 alışdırmaq
 üçün 
küçədə 
yaşlılardan və 
qocalardan
 od istəmək
 düzgün deyil. 
Papirosu yandı­
rarkən,
 başqasının
 papirosunu (siqarını) əlinizə alma­
yın,
 əlinizlə
 ona toxunmayın.
 Papirosu yandırıb, təşək­
kürünüzü
 bildirin 
və yolunuza 
davam edin.
Papirosu
 yandırmaq 
üçün 
xahiş edənlərə tüstülə­
nən 
papirosun
 yerinə kibrit və ya alışqan 
təklif etmək 
daha 
münasibdir.
Küçədə 
piroq, alma və 
ya buterbrod yemək
 yaxşı 
deyil. Yeməyə
 ehtiyac hiss edirsinizsə, 
lakin yaxınlıq­
da qəhvəxana yoxdursa, 
gediş-gəliş az olan yerə, 
köşkün arxasına və ya yaxınlıqdakı bağa çəkilə bilərsi­
niz. 
İctimai
 nəqliyyatda yemək 
düzgün deyil. Metroya 
və digər nəqliyyata 
dondurma ilə daxil olmaq qadağan­
dır.
Küçədə 
başqalarının diqqətini cəlb etməmək üçün 
ucadan gülmək, qışqırmaq və əl-qolla danışmaq olmaz.
Bir
 kişi iki qadını müşayiət edirsə, hər ikisi 
kişi 
ilə 
qol-qola gedə bilər. Ancaq bir qadın iki kişi ilə eyni 
vaxtda qol-qola
 gedə 
bilməz. Bu halda 
bir nəfər qadı­
nın 
qolundan
 tutmalı, digəri
 isə onların yanında get­
məlidir.
Təsadüfən
 çaydan 
və ya arxdan keçməlisinizsə, 
qadından
 qabağa 
keçin 
və ona kömək edin.
Çətirin
 altında gedərkən, onu elə tutmaq 
lazımdır 
ki, 
irəlini
 görə
 biləsən 
və qarşıdan gələnlə 
toqquşmaya­
san.
Əgər aramsız
 yağış yağırsa, kişi qadına çətirinin 
altında 
bərabər getməyi təklif edə bilər. Belə təklifi qa­
dın kişiyə etməməlidir.
Evdən 
ananız və ya yaşlı qadın 
ilə 
çıxıbsınızsa, 
sağ tərəfi 
onlara verməlisiniz. Həm də öz addımlarını­

 
onların addımları ilə bərabərləşdirməlisiniz. Hətta 
onlara kömək məqsədi 
ilə əlindən tutmağı da 
təklif 
edə 
bilərsiniz.
Kütləvi
 gəzintidə 
elə mövzu
 
ətrafında söhbət 
aparmaq lazımdır ki, 
qulaq asanlar sözlərinizi təhlil et­
məsinlər və 
bir nəticə çıxarmasınlar.
Əgər şəxsiyyətli 
adamı müşayiət edirsinizsə, onu 
heç 
bir vaxt qabaqlamayın.
 O dayananda Siz də dayan­
malısınız.
Hörmət
 
etdiyiniz qadına nəzakətlə yol verməlisi­
niz.
Toplanışda
 ehtiyatsızlıq 
edib, kiməsə toxunubsu- 
nuzsa,
 mütləq 
ondan üzr istəməlisiniz.
Kiminsə
 geyimi, saçının 
düzümü, xarici görü­
10
11

nüşü 
xoşunuza gəlsə 
də, gəlməsə də, dönüb ona arxa­
dan
 baxmaq 
laxım
 deyil.
Yanınızdan ötənləri müzakirə etmək, onu
 əl 
ağacı 

 
barmaqla göstərmək ədəbsizlik 
hesab olunur.
Kişi
 tanış
 qadına rast gələndə, onu yolda dayan­
dırmamalıdır.
 
Yalnız öz
 istiqamötini dəyişib, qadına 
yaxınlaşmalı, 
gedə-gedə 
onunla söhbət 
etməlidir.
Qadının
 
icazəsi olmadan
 onu çox uzaq məsafəyə 
ötürmək
 lazım deyil. Onunla 
bir 
neçə kəlmə danışdıq­
dan
 sonra vidalaşıb, 
uzaqlaşmaq lazımdır.
Küçədə
 tanış qadınla rastlaşarkən, Sizi tanıyaca­
ğına əmin deyilsinizsə, 
salam verməyə və baş əyməyə 
tələsməyin. Kişi gözləməlidir ki, qadın öz hərəkəti ilə 
onu 
tanıdığını bildirsin.
Əgər kişinin müşayiət etməsi 
uzun çəkərsə, onda 
qadın
 kişiyə çox yüngül təzim etməklə, xudahafizləş­
məli
 
və ya söhbəti kəsib kişinin uzaqlaşmasını anlatma­
lıdır. Kişi bunu başa düşməzsə, bu halda qadın çox so­
yuq tərzdə təzim edib, iti addımlarla ondan uzaqlaşma­
lıdır.
Qadın
 əlində bağlama
 və ya 
kitab aparırsa, onu 
müşayiət edən kişi köməyini
 təklif etməlidir. Əgər qa­
dın razı 
olmasa, onda baş əyib onun iradəsinə tabe ol­
malıdır.
Papiros çəkən vaxt 
tanış 
qadına rast gəlibsinizsə, 
papirosu 
atıb, sonra qadına yaxınlaşın.
Qadın 
qarşıdan gələnlərin, xüsusilə, kişilərin 
üzünə diqqətlə baxmamalıdır.
Qadın, xüsusilə cavan qadın, tanış kişiləri görən­
də (onların arasında əvvəldən yaxın tanışlıq yoxdursa) 
dayanmamalıdır. Əgər qadının kişiyə 
vacib 
sözü varsa, 
o, 
birinci 
dayanıb sözünü deməli 
və sərbəst hərəkəti 
üçün
 
ondan 
üzr istəməlidir.
Sizə
 çox
 
yaxın olmayan adamla görüşəndə, ona 
hardan 
gəlib, hara getdiyi barədə sual verməməli və di­
gər 
məsələlərlə
 
maraqlanmamalısınız.
Nəhayət,
 
bir şeyi 
xatırlatmaq istəyirik. 
İctimai 
yerlərə 
getməyə hazırlaşarkən, evdə 
ayna qarşısında 
üzünüzün
 
səliqəsinə,, şaçınızın daranmasına, ayaqqabı­
nızın təmizliyinə və s. 
fikir 
verməlisiniz. Yaddan çı­
xarmayın
 ki, 
evdən çıxarkən, açar, pul 
və sənədlər 
götürülməlidir.
12
13


Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9   ...   21


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə