Seyidov miRİŞ MÜASİr etiket ensiklopediyasi


Gigiyena haqqında bir neçə kəlmə



Yüklə 8,07 Mb.
Pdf görüntüsü
səhifə13/21
tarix03.12.2019
ölçüsü8,07 Mb.
#29785
1   ...   9   10   11   12   13   14   15   16   ...   21
Muasir etiket ensiklopediyasi 100 meslehet


Gigiyena haqqında bir neçə kəlmə:
Əgər
 
tez-tez
 
yuyunmursunuzsa, çimmirsinizsə, 
əllərinizi,
 dişlərinizi təmizləmirsinizsə, 
onda Sizə heç 
bir 
kosmetika kömək edə bilməz.
Təmizlik
 nəinki 
sağlamlıq, həm də gözəllik de­
məkdir.
Dişlər 
gündə iki dəfə - səhər 
və axşam təmizlən­
məlidir.
Kim öz səhhətinin qayğısına qalırsa 
və ətrafdakı- 
lara hörmətlə yanaşırsa, üzünü səhər və axşam təraş 
etməli,
 dişlərini
 
təmizləməlidir.
Saçlar
 
yuyulmalı və yaxşı daranmalıdır. Saçları­
nızı rəngləyirsinizsə, 
ona krem çəkməyi yaddan 
çıxar­
mayın. 
Ayda və ya üç həftədə bir dəfə saçlarınızın 
düzümünə bələd olan bərbərə müraciət edin.
Əllərin gözəlliyi 
onların 
səliqəsində və təmizliyin- 
dədir. 
Əlləri
 tez-tez 
yumalı, dırnaqların arasını şotka 
ilə təmizləməli, dırnaqlara 
çəkilən lakın səliqəsinə fikir 
verilməlidir.
Su,
 
sabun, 
diş 
fırçası təmizlik məqsədilə həmişə 
gərəklidir,
 illər
 
ötdükcə buraya başqa şeylər də əlavə 
olunur.
 
Cəlbedici olmaq
 
arzusundasınızsa, bədənin 
tə­
mizliyinə,
 ətirin seçilməsinə və onlardan 
istifadə qay­
dalarına
 
fikir verməlisiniz.
150
151

QİYMƏTLİ ZİNƏT ƏŞYALARI
Zövqlə
 geyinmək heç 
də israfçılıq deyil. Yadda 
saxlayın
 
ki,
 israfçılıq yaxşı əlamət hesab 
olunmur. Tu­
alet (paltar) 
ən
 əvvəl zəriflik, 
gözəllik, məharət və ba­
carıq
 
tələb 
edir.
Bəzi 
imkanlı
 şəxslər var-dövlətlərini nümayiş et­
dirmək məqsədi
 
ilə biləklərinə,
 qulaqlarına 
və barmaq­
larına həddən artıq qızıl, brilyant və digər zinət əşya­
ları
 taxırlar. Bu isə həmin şəxslərin səviyyəsizliyinə 
dəlalət edir.
Kostyuma uyğun
 qiymətli zinət əşyaları seçər­
kən,
 
əsas iki cəhət nəzərə 
alınmalıdır: birincisi, həmin 
əşyalar yerinə 
düşürmü, ikincisi, yaşa uyğundurmu?
Sırğa,
 bəzək 
sancağı (broşka),
 medalyon, boyun­
bağı, 
qolbağı, zaponka, sancaq, üzük (qaşlı 
üzük) 
bütün kostyumlara yaraşa bilər (idman kostyumundan 
başqa).
Keçmişdə
 belə 
bir adət vardı. Gənc qızlara bril­
yant qaşlı 
zinət əşyası taxmaq məsləhət görülmürdü. 
Belə 
zinət əşyaları yalnız 
ailə həyatı qurulandan sonra 
taxılırdı.
 Gənclər əsasən
 mirvari, firuzə, qızıl, gümüş, 
dağ 
bülluru, malaxit
 (mineral), ametist (şəffaf göy və 
ya 
bənövşəyi
 rəngli 
qiymətli daş) 
taxa bilərdilər. Qiy­
mətli daşlardan - zümrüddən, brilyantdan, kəhrəba­
dan,
 
yaqutdan ən çox ərli qadınlar 
istifadə edirdilər.
Zinət 
əşyalarının çoxluğu xüsusilə tualetə uyğun 
gəlməyəndə
 çaşbaş 
qalırsan.
Brilyant, 
qızıl,
 ağ mirvari hər rəng kostyuma 
və 
paltara
 uyğun
 
gəlir.
Mərcan isə qara, ağ, boz rənglə yaxşı uyğunlaşır.
Firuzə 
mavi paltara yaraşır. Bu daşla qətiyyən 
yaşıl paltar
 geyinilməməlidir.
Gündüz geyindiyiniz 
qızıl zinət əşyası çox vaxt 
axşam
 tualetinə uyğun 
gəlmir.
Üzük
 
yalnız dördüncü 
və beşinci barmağa taxıl­
malıdır.
Qadınları bəzək 
əşyaları yox, onlardan 
düzgün is­
tifadə 
gözəlləşdirir.
 
Bəzən
 
qara məxmərdən hazırlan­
mış qolbağı qızıl bilərzikdən gözəl görünür.
Yalnız 
matəm günlərində əqiq (aqat) taxmaq olar.
Min
 illər boyu insanları müşayiət
 edən 
bəzək əş­
yaları
 
-
 həmil, dua, göz muncuğu tilsim daşları hesab 
olunub.
 
Müasir
 zəmanəmizdə isə nədənsə, 
bu 
daşlar ta­
mamilə
 yaddan
 
çıxıb. Ulu 
babalarımız qiymətli daşlara 
həssaslıqla
 
yanaşıblar. Bu daşlar insanlara bəzən xeyir 
və 
şər
 gətirib. 
Təəssüf ki,
 
bu gün 
bəziləri təbiətin daş­
lar haqqında 
yaratdığı əfsanələri, 
rəvayətləri illər 
ötdükcə 
yaddan çıxarıblar.
İnsanlar,
 
xüsusilə
 qadınlar, indi də zinət əşyala­
rını 
çox sevirlər. Kişi köynəyinin qollarına, yaxalığına 
taxılan taxma
 düymə 
və qalstukdakı sancaq da parıl­
dayır.
 Çoxları bu daşın 
onlara məxsus olduğuna əhə­
miyyət
 
vermir. İlk
 
növbədə bu daşların insanlara 
gəti­
rəcəyi
 xoşbəxtlik barədə düşünmək
 gərəkdir.
Bəs bu 
daşlardan 
düzgün 
istifadə olunurmu? 
Doğum
 
tarixilə 
bunları dəqiqləşdirmək
 mümkündür.
Daşların
 
bürclərə 
görə bölünməsinə aydınlıq gəti­
rək:
Sutökən
 - (21 yanvar-20 fevral)
təsiri
: Saturn.
Rəmzi: sutökən, gümüş əllər, quşların və təyyarələrin 
uçması, qanadlar, dolambac,
 
gənclik, mütəfəkkirlik.
Rəngləri: boz, 
bənövşəyi, göy, yaşıl (qara uğursuz­
dur).
Pasları: 
süleyman daşı, sirkon, açıq yaqut, 
opal, lazu- 
rit, ametist.
Gülləri: bənövşə, mərsin, nərgizgülü.
Metalı
: qalay.
Tilsimi: açar, ikona.
Ufrurlu
 günləri: çərşənbə, şənbə.
U&ursuz
 günü
:
 bazar.
Ünsürü
: hava.
153
152

Sutökən ağıllılıq nişanəsidir. Son dərəcə ədalətli­
dir
 və
 maraq dairəsi genişdir. Heç kimi əsəbləşdirmir, 
müxtəlif,
 maraqlı ideyalar irəli sürür və iti ağıla 
ma­
likdir.
Balıqlar -
 (21
 fevral-20 mart)
təsiri

Venera, Yupiter.
Rə.mzj: iki müxtəlif istiqamətdə üzən balıqlar,
 
balıq­
qulağı, 
dalğa.
Rəngləri:
 
al qırmızı, bənövşəyi, göy, polad rəngi, də- 
nizotu, dəniz 
dalğası.
Pasları
:
 mirvari, ametist, zümrüd, yaqut, aydaşı.
GÜllaiİ: 
nərgizgülü, jasmin,
 bənövşə, unutma məni. 
Metalı
:
 sink.
Tilsim
i: 
düyün, nərgizgülü.
Uğurlu
 
günləri
:
 bazar ertəsi, 
cüma axşamı, cümə.
Uğursuz
 günü: çərşənbə.
IhiSÜT
Ü

su.
Balıqlar ikitərəfli 
xüsusiyyətə malikdirlər. Bir tə­
rəfdən hörmətcil, 
işgüzar 
və metodikdirlər. O biri tə­
rəfdən isə xəyallarla 
yaşayırlar, 
çox tez təsirlənirlər və 
idealistdirlər.
 
Təkliyə üstünlük verirlər, yeniliyi və 
dəyişikliyi sevmirlər.
Qoç -
 (21 
mart-20 aprel)
təsiri: - Mars, Günəş
Rəmzi:
 qoyun, maral, 
qırmızı, 
sarı 
və yaşıl 
kvadratlar.
Rəngləri

açıq qırmızı, al 
qırmızı, 
narıncı, mavi, yasə­
mən, tünd 
qırmızı və
 
bütün parıldayanlar (bəqövşəyi rəng 
uğursuzdur).
Paslan
: almaz,
 göy yaqut, 
ametist, 
aydaşı, zümrüd, 
akvamarin.
Gülləri: 
yemişan, 
anemon (qaymaqçiçəklər fasiləsindən 
bəzək
 
bitkisi), ətirli noxud, bənövşə, peyğəmbərçiçəyi.
Metalı:
 dəmir, 
polad.
Tilsimi:
 iri çəkic, qoyunun qızıl dərisi.
Uğurlu 
günləri: çərşənbə axşamı, bazar.
Uğursuz günləri: 
cümə, 
şənbə.
Ünsürü: 
od.
Qoç bürcü altında doğulanlar tündxasiyyət, tez 
əsəbləşən,
 
şöhrətpərəst və 
tərs olurlar. Heç kimin ira­
dəsinə
 
tabe olmurlar 
və maraq dairələrinin həddi-hüdu­
du
 yoxdur. Möhkəm iradə, işgüzarlıq və 
ağıl onları hər 
hansı
 maneədən çəkinmədən 
irəliyə doğru aparır.
Buğa
 - (21 aprel-20 may)
təsiri
: Venera,
 Ay.
Rəmzi
: qanadlı 
öküz və inək.
Rəngləri: 
sarı, açıq 
mavi, 
tünd narıncı, lumu rəngi, 
lumuya
 çalar 
yaşıl, çəhrayı və bütün yaz rənglilər (qırmızı 
rəng uğursuzdur).
Pasları: 
firuzə, 
yaqut, əqiq, opal, zümrüd, esmerald, 
yaşıl
 
mərmər, nefrit 
(ağ süd rəngli yaşıla çalar mineral), ka- 
risol.
Gülləri: inciçiçəyi, yasəmən.
Metalı: 
mis.
Tilsimi

bayquş, 
qızıl 
pul.
Uğurlu
 günləri: bazar 
ertəsi, şənbə.
Uğursuz
 
günü: 
çərşənbə axşamı.
Ünsürü

torpaq.
Buğa
 olduqca 
inadkar və işgüzardır. 
Hər şeyə 
ma­
raq göstərir və ədalətlidir. Möhkəm iradəli, istiqanlı, 
qısqanc və mühafizəkardır (köhnəlik tərəfdarı).
Əkizlər - (21 may-20 iyun)
təsiri
:
 
Merkuri.
Rəmzi: əkizlər, maska, 
qol, ulduz.
Rəngləri: bənövşəyi, boz, açıq sarı, 
açıq mavi, narıncı 
(yaşıl 
rəng uğursuzdur).
Pasları: 
xrizopraz, beril (sarıya çalar və 
ya yaşıl rəng­
154
155

li şəffaf qiymətli daş), süleyman daşı, dağ kristalı, əqiq, yə­
şəm.
Gülləri: qızçiçəyi,
 lalə, 
qaymaqçiçəyi, jasmin, nərgiz- 
gülü.
Metalı
:
 qızıl, amalqama, gümüş.
Tilsimi: ilan, maska.
Uğurlu
 günləri
:
 çərşənbə, bazar.
Uğursuz günü: cümə axşamı.
Ünsürü: hava.
Əkizlər
 dəyişkən
 
və 
olduqca gözəldirlər. Asanlıq­
la
 qələbə çalır, 
ailədə çətinlikləri olur və təkliyi sev­
mirlər.
Xərçəng - (22 iyun-22 iyul)
təsiri: 
Ay.
Rəmzi:
 
xərçəng, qısaquyruq (xərçəng),
 ürək.
Rəngləri
:
 ağ, 
açıq mavi, göy, gümüşü, yaşıl noxudu 
(boz 
rəng uğursuzdur).
Pasları:
 aydaşı, zümrüd, yaqut.
Gülləri
: doqquzdon 
(kol), su bənövşəsi, bütün ağ 
güllər, jasmin.
Metalı:
 gümüş.
Tilsimi
: yonca, ürək.
Uğurlu
 
günləri: bazar 
ertəsi, cümə 
axşamı.
Uğursuz
 günləri: çərşənbə axşamı, şənbə.
Ünsürü: su.
Xərçəng sevgiyə, 
ailə həyatına sədaqətlidir, güclü 
hissə malikdir, 
tez təsirlənir 
və hər şeydən sınandır. 
Hədiyyə verməyi almaqdan 
üstün tutur. İşdə namuslu 

 etibarlıdır. Mistisizmə
 qədər
 yaxınlaşan kəskin 
in- 
tuisiyaya 
malikdir, ancaq digərlərindən 
fərqlənməmək 
üçün bu xüsusiyyətini gizlədir.
Şir
 
-
 (23 iyul-23 avqust)
təsiri
: Günəş
Rəmzi: 
şir, qu quşu.

ng
ləri: qırmızı, qızılı, narıncı, qara 
(ağ rəng uğur­
suzdur).
Raglan: 
kəhrəba, xrezolit, yaqut, topaz, oniks, almaz, 
esmirald.
Metalı
: qızıl.
Gülləri

pionı, 
gülünbahar, qarğasoğanı, 
payızgülü.
Tilsimi: 
xanımböcəyi, şir, qartal.
Uğurlu
 
günü: 
bazar.
Uğursuz günü

şənbə.
Ünsürü

od.
Şir
 
yalnız idarə 
etmək üçün yaranmayıb, eləcə 
də 
sevgi 
ilə məşğul
 olur. Ona 
tabe olmasanız 
özünü bəd­
bəxt hiss 
edir. Xoşxasiyyət, rəhmli,
 
alicənab, mərd və 
səmimidir.
 Dünya 
şir üçün böyük səhnədir. O tez-tez 
dramatik
 istedada
 meylli 
olur.
Qız
 - (24 avqust-23 sentyabr)
təsiri
: Merkuri.
Rəmzi: qız, çən,kub.
Rəngləri: ağ, mavi, 
bənövşəyi, yaşıl.
Pasları: nefrit, 
əqiq, 
sarı yaqut (pişikgözü), yəşəm, 
malaxit
 
(mineral), topaz, xrizopraz, mərmər.
Metalı: qalay, mis.
Gülləri: astra,
 dəvədabanı, qırmızı lalə.
Tilsimi

şala 
cırcırama, astra.
Uğurlu
 
günü-' çərşənbə.
Uğursuz
 
günləri

cümə axşamı, cümə.
Ünsürü: 
yer.
Qız
 bürcü altında doğulanlar mədəni və diqqətli 
olurlar.
 Məntiqi təsəvvür
 etmək qabiliyyətinə, 
ağıllı, 
analitik xüsusiyyətə 
malikdirlər. Erudisiyanı
 
çox se­
virlər
 
və qiymətləndirirlər. Maraq dairələri müxtəlif­
dir, daim inkişafa can atırlar.
156
157

Tərəzi
 -
 (24 sentyabr-23 
oktyabr) 
təsiri

Venera, Saturn.
Rəmzi: tərəzi, kitab.
Rəngləri: tünd 
mavi, yaşıl, 
dəniz dalğası və əlvan 
rənglər.
Pasları

opal, lazurit, mərcan, almaz, göy yaqut, mir­
vari, 
beril, ay daşı, yaşıl yaşma, 
xrizolit, 
büllur.
Metalı
: tunc.
Gülləri

qızılgül, bənövşə.
Tilsimi: ürək, kitab.
Uğurlu
 günləri

çərşənbə, şənbə.
Uğursuz 
günləri: çərşənbə axşamı, bazar.
Ünsürü: hava.
Bu
 nişanə 
altında doğulanların həyatını gözəllik, 
ahəngdarlıq və ədalət idarə edir. Onlar 
həmişə insanlar 
içərisində olurlar. Düşmənləri 
çox az olur, ətraf dakıla- 
ra
 təsir göstərir,
 məsuliyyətli və işgüzardırlar.
Əqrəb - (24 oktyabr-22 noyabr)
təsiri

Pluton.
Rəmzi
: əqrəb, 
ilangəzdirən, qartal, ölüm nişanəsi, çı­
raq,
 piramida.
Rəngləri: 
sarı, tünd qırmızı, al qırmızı, moruq rəngi.
Pasları

akvamarin, 
karbunkul, mərcan, beril (sarıya 
çalar və
 ya yaşıl rəngli şəffaf
 qiymətli daş), yaqut, 
ağ 
büllur,
 topaz,
 malaxit (mineral).
Metalı: 
dəmir, polad.
Gülləri

qərənfil, pion (iri qırmızı ya ağ
 
çiçəkli bəzək 
bitkisi), payızgülü.
Tilsimi:
 böçək, əqrəb, ölüm 
nişanəsi.
Uğurlu
 günü

çərşənbə 
axşamı.
Uğursuz günləri:
 bazar ertəsi, cümə.
Ünsürü: su.
Əqrəb ziddiyyət
 
və ifratçılıq xüsusiyyətinə malik­
dir. İnsafsız
 və ehtiraslıdırlar. Əqrəbə nifrət etmək 
və 
onu sevmək olar. Əqrəbə maneələr yoxdur. O, analitik 
olmaqla
 bərabər, incə intuisiyaya (duyğuya) malikdir, 
çalışqandır və 
həmişə müvəffəqiyyətə can atır.
Oxatan
 
-
 (23 
noyabr-21 dekabr)
təsiri
:
 Yupiter.
Rəmg}: kentavr-atıcı,
 ulduzlar, əsa, yuxarı qaldırılmış 
şəhadət 
barmağı.
Rənglərj: göy,
 mavi,
 bənövşəyi, tünd qırmızı.
Daşları: topaz, ametist, xrizolit, firuzə, opal, karbun­
kul, 
yaqut, zümrüd, əqiq.
Metalı: sink, tənəkə.
Gülləri: 
qərənfil, nərgizgülü, peyğənbərçiçəyi, palma.
Tilsimi-' nal, salamandra.
Uğurlu
 
günü: 
cümə
 axşamı.
Uğursuz günü: çərşənbə.
Ünsürü: 
od.
Bu işarə 
altında doğulanlar 
düz, 
səmimi və 
füsünkardırlar.
 Qoyulmuş
 məhdudiyyətə 
və asılılığa 
nifrət
 edirlər.
 Səyahətə 
çıxmağı, oxumağı sevirlər, cid­
di
 və fəaldırlar, 
işdə yüksək nəticələr əldə edirlər.
Oğlaq
 - (22 dekabr-20 yanvar)
təsiri: Saturn, Mars.
Rəmzi:
 
keçi, nərdivan, 
qüllə
 saatı.
Rənglən: tünd
 yaşıl, qara, kül rəngi boz, göy, solğun 
san, 
tünd qəhvəyi və bütün tünd
 rənglər.
Daşlan

yaqut, 
oniks, süleyman daşı, aydaşı, lazuit. 
Metalı: 
qurğuşun.
Güilari: ağ 
qərənfil, qara lalə, sarmaşıq.
Tilsimi: qara
 pişik, şeytan.
Uğurlu 
günləri: çərşənbə 
axşamı, şənbə.
Uğursuz
 
günləri: 
bazar ertəsi, cümə axşamı. 
Ünsürü: 
yer.
Oğlaq
 işgüzar, son 
dərəcə dəqiq və mənliyini qo­
159
158

ruyandır.
 İstiqanlı olmadığından onu təqsirləndirirlər. 
Olduqca
 dərindən düşünür,
 ancaq hisslərini çətinliklə 
başa 
salır. Oğlaq təmiz, 
sadə, sədaqətli və etibarlıdır.
Elə daşlar 
var ki, 
parlaq olsalar da, onları gəzdir­
məyə dəyməz. Elə daşlar 
var ki, birinə kömək edir, di­
gərinə isə
 zərər gətirir.
İndi
 öz daşınızı seçə bilərsiniz. Nəzərə 
alın ki, 
daş­
ların
 
zodiaka 
(planetlərin göydə hərəkət etdiyi dairə), 
bürclərə 
görə bölünməsi yalnız birinci istiqaməti verir, 

qəti və məcburi deyil. Bunu sınaya bilərsiniz.
Daşların
 xüsusiyyəti:
Daşlar 
xüsusiyyətinə görə qiymətli, yarım qiy­
mətli və
 
əlvan daşlara bölünür.
Birinci
 
qrupa almaz, zümrüd, yaqut, aleksandrit, 
topaz, opal, giasint, akvamarin, beril, sirkon, qırmızı 
turmalin,
 
qanlı
 ametist və yəşəm aiddir.
İkinci
 qrupa dağ bülluru,
 
xalsedon, firuzə, süley­
man
 
daşı, 
rəngbərəng turmalinlər, 
topaz və dioptaz 
aiddir.
Üçüncü 
qrupa isə kəhrəba, sədəf, yəşəm, nefrit, 
malaxit,
 qara kəhrəba, mərcan, avantyurin, lazurit, 
labrador
 
(aydaşı), amozanit və pişikgözü
 aiddir.
Bəzi daşların xüsusiyyətlərini nəzərdən keçirək.
Avantürin
Bir
 çox qadınlara ən 
yaxın və sevimli daş hesab 
edilən 
avantürin 
qığılcımlı 
və parlaqdır. Avantürin ağ, 
sarı,
 qırmızı
 və digər rənglərdə olur. 
Ən çox kərpic 
rəngli avantürin yayılmışdır. Oğlağa, 
qıza, buğaya mə­
həbbət
 hissləri 
aşılayır
 və onlara yüksək əhval-ruhiyyə­
də olmaqda kömək 
edir.
 Ağılı aydınlaşdırır və həyəcan 
hissini qoruyur.
Əqiq
Ta
 qədimdən bu daşdan pis gözdən 
qorumaq üçün 
istifadə edilir.
 Əqiq 
ən çox 
boz, mavi rənglərdə və qat- 
qat olur. Əsrlər boyu bu daşdan zəhər əleyhinə 
və sağ­
lamlığın 
qorunması
 üçün 
istifadə olunub. Əqiq danışıq 
qabiliyyətinin 
və istedadın 
rəmzi kimi qəbul olunub.
Bu
 daş
 
özlərinə inamı olmayan şəxslərə məsləhət 
görülmüşdür.
 Əqiq insanları
 təhlükədən qoruyur.
Akvamarin
Latın
 dilindən tərcüməsi “dəniz suyu”dur. Rəngi­

 
görə belə adlandırılıb. Akvamarin mavi və yaşıl 
rəngin
 qarışığından
 ibarətdir.
Dostluğun və 
ağılın qoruyucusu 
kimi qəbul olun­
muşdur.
 Akvamarinin 
bir çox xüsusiyyətləri var. Bu 
daşlar
 yalanı sevmir,
 insanı
 təmbəllikdən 
və diş ağrı­
sından xilas edir.
Mədə 
və qara ciyar ağrılarına kömək edir. Bəzən 
ər-arvad 
arasındakı
 münasibətlərə mane ola bilər.
Aleksandrit
Sülh
 tərəfdarlarının 
daşıdır. Aleksandrit 
damar­
ları 
möhkəmləndirir, insanı inadkarlıqdan, bəd xasiy­
yətlərdən
 xilas edir.
Bu daş 
insanlara 1834-cü ildən 
məlumdur. Bir 
çox
 
xalqlar bu daşa firəvan yaşamağın rəmzi kimi ba­
xırlar.
Almaz (brilyant)
Olduqca
 yüksək keyfiyyətli və 
az tapılan qiymət­
li 
daşdır. Belə hesab
 edilir
 ki, almazı 
insanlar özləri 
üçün
 ala bilməzlər, onu yalnız hədiyyə etmək olar.
 Bu 
vaxt 
o öz gücünü saxlayır, insanları dava-dalaşdan və 
ruhi xəstəliklərdən
 xilas
 edir, 
onları 
möhkəmləndirir. 
İnsanlara
 çox çətinliklə öyrəşir. Bunun üçün yeddi il 
lazımdır.
Almazı 
oğurlayana tezliklə 
ölüm qorxusu yara­
nır.
 Bağışlanmış 
daş insanları xəstəliklərdən - apoplek- 
siyadan
 
(beyinə 
qan vurması nəticəsində iflic) və s. qa­
ra qüvvələrdən 
qorumaq gücündədir. 
Əgər yaxınlıqda 
zəhər
 
olarsa,
 almaz
 tərləyir. Yuxuda almaz 
daşını gör­
mək 
xoşbəxtlik əlamətidir. Almazı itirmək həyatda it­
ki
 deməkdir.
160
161

Ametist
Bu daş 
insanları 
bir 
çox bədbəxtliklərdən - oğur­
luqdan, düşmən xəyanətindən,
 içkiyə aludəçilikdən qo­
ruyur.
 Ametist sonsuzlara kömək edir.
Açıq
 
bənövşəyi rəngdən tünd bənövşəyi rəngə 
ça­
lır.
 Yunan dilindən 
tərcüməsi “sərxoşluqdan azaddır” 
deməkdir.
Bəzi dərsliklərdə
 göstərilir ki, bu daş insanları 
pis
 
fikirdən 
daşındırır. İnsanlardakı ehtiraslı sevgini 
müalicə edir 
və onları 
yoluxucu xəstəliklərdən qoru­
yur.
 Bəzi
 ölkələrdə bu daşın
 
qüsurlu danışığa müsbət 
təsiri olduğuna 
inanırlar.
Firuza
Bu daş mavi və 
yaşıl 
rəngdə olur. Ta qədimdən 
sağlamlığı müşayiət edir, insanlara xoşbəxtlik və döv­
lət gətirir, 
uzun ömür 
bəxş edir və görmə qabiliyyəti­
ni gücləndirir. Canlı daş hesab olunur. Bu daşın sahi­
bi
 xəstədirsə,
 
onda daş 
tez köhnəlib, məhv olur və 
ma­
vi 
rəngdən 
yaşıl rəngə çevrilir. Firuzə sahibini qətllər­
dən
 qoruyur.
Giasint
Çəhrayıdan
 qonur
 
rəngə
 qədər növləri var.
 Nadir 
şəffaf daşdır. İnsanları ruh düşgünlüyündən, gözdən 
qoruyur,
 ürək ağrısını 
azaldır. 
Əhatədə olanların rəğ­
bətini təmin edir. Ən çox sutökənə kömək edir. Bu daş 
pis
 
əhval-ruhiyyədən
 
azad 
olmaq istəyənlərin hər biri­
nə məsləhət görülür. Əgər giasint parlaqlığını 
itirirsə, 
bu
 havanın pis olacağına işarədir. Çox vaxt 
bu daşı 
övlad
 istəməyən
 qadınlar 
gəzdirirlər. Həmçinin, bu daş 
zəhər
 
əleyhinə tilsim hesab olunur.
Süleyman
 daşı
Süleyman
 daşı qırmızıdan tünd 
bənövşəyi rəngə 
qədər 
olur.
 
Bu
 
daş insanları qəzəb 
alovundan, hətta ya­
radan
 qorumaq 
qabiliyyətinə malikdir. Şadlığa imkan 
yaradır.
Əfsanə, rəvayət və
 xürafat qırmızı
 süleyman da­
şı 
ilə 
bağlıdır. Bu 
daş insanları cadugərlikdən qoruyur.
Mirvari
Ağ, çəhrayı, boz, mavi, 
qara rənglərdə olur. Han­

 
rəngdə olursa-olsun 
sədəf kimi parlaqdır. Mirvarinin 
tarixi
 qədim 
zamanlara
 gedib 
çıxır.
 İnsanları cindən, 
şeytandan xilas
 edir, uzun 
ömürlüyə köməkçidir. Qa­
dınların 
gözəl
 
qalmasına kömək edir. Qədim təbabətdə 
ruhi
 
xəstəlikləri mirvari ilə müalicə etmişlər.
Bədənə yapışmağı sevir, ancaq tərə 
dözümü yox­
dur.
Mirvarinin
 tez sıradan çıxmaması üçün onu ayda 
bir neçə dəfə suya salmaq lazımdır.
Keçmişdə bu
 daşı çox sevmişlər. 
Hətta imkanlı 
şəxslər mirvaridən kolleksiya 
toplamışlar. Qızlar belə 
hesab edirlər
 ki, mirvarini cüt gəzdirmək 
lazımdır. 
Əks halda göz yaşı 
gözlənilir.
 Yuxuda mirvari görmək 
firavan
 həyat 
deməkdir.
Zümrüd
Bu
 daş
 almazdan da qiymətli
 daşdır. Yaşıl rəng­
dədir.
 
Yunanlar onu “
smaraqd” adlandırmışlar.
Zümrüd gözlərə 
nur verir,
 
görməni yaxşılaşdırır, 
insanı ilandan 
qoruyur, irəlini görmə qabiliyyətini 
yüksəldir,
 ömrü uzadır və xoşbəxtlikdən xəbər verir. 
Yuxu gətirir, 
insanları əxlaqsızlıqdan 
və yoluxucu xəs­
təliklərdən qoruyur.
Bu
 
daşın sahibi yalan danışırsa və əxlaqsızdırsa, 
daş 
məhv olur.
Yuxuda 
zümrüd görmək tezliklə oğurluq olacağı­
na
 
işarədir.
Labrador
 (aydaşı)
Sevgililərin
 tilsimi kimi
 qəbul olunmuşdur. Eyni 
zamanda insanı əsəbi vəziyyətdən, 
qəzəbdən xilas edir, 
onları
 sakitləşdirir.
 
Bu
 daşın Ay və işıq ilə əlaqəsi ol­
duğundan
 ilk növbədə
 soyuq 
adamlara məsləhət 
görülür
 
və onlarda nəcib hisslər oyadır.
Tərs
 
və şıltaq adamlar bu daşı gəzdirməsələr da­
ha
 yaxşı olar.
 Bu daşı yuxuda
 görmək xoşbəxtlik 
və 
məhəbbət deməkdir.
162
163

Lazurit
Səma rəngində olduğundan lazurit adını almışdır. 
Açıq 
və səmimi münasibət yaratmağa kömək edir.
Eyni zamanda 
bir çox 
xəstəlikləri - 
yuxusuzluğu, 
əsəb sistemini
 və 
astmanı müalicə edir.
Qədimdə 
bu 
daşı
 dostlara və sevgililərə 
hədiyyə 
ediblər. 
Lazuriti
 qara 
saçlılar gəzdirsələr yaxşı 
olar.
Malaxit
Kövrək daşdır. Bu daşı 
uşaqların gəzdirməsi məs­
ləhətdir. Ərə getməmiş qızların
 bu daşı gəzdirməsi isə 
düzgün
 
deyil.
 Malaxit insanları qorxudan, 
heyvanların 
dişləməsindən, 
oynaq
 ağrılarından 
qoruyur.
 Bu daş 
ət- 
rafdakıları
 özünə cəlb etmək istəyənlərə, ictimai işlər­
lə və
 yaradıcılıqla məşğul 
olanlara 
da 
məsləhət 
görülür.
Opal
Ağ rəngdən qaraya,
 yaşıl rəngdən
 
qırmızı
 
rəngə 
qədər ola
 bilər.
Qiymətli
 daş hesab olunur.
Opalın
 ürək 
xəstəliklərinə xeyri olduğuna inanan­
lar çoxdur.
 
Onun xüsusiyyətlərindən biri 
də görmə qa­
biliyyətini
 yaxşılaşdırması və 
insanı pis fikirlərdən ya­
yındırmağıdır. Bununla bərabər, opal dava-dalaşa 
və 
ağılın itməsinə 
səbəb olur. Bu daşı özünə inanmayanlar 
gəzdirməməlidirlər.
 Bu
 
daş 
yalan danışanlara məxsus 
deyil.
 Belə insanlar bu daşdan 
özlərini qorumalıdırlar.
Opal
 
hədiyyə üçün
 nəzərdə tutulmayıb. Əgər sev­
gilinizlə
 
münasibətlərinizi korlamaq istəmirsinizsə, 
ona 
opal hədiyyə etməyin.
Yaqut
Bu bahalı qırmızı 
daş qədimdən məlumdur və 
deyilənlərə görə,
 sahibini təhlükədən
 
qoruyur. 
Onun 
qüvvəsindən baş
 
və ürək
 ağrıları, 
insult 
(iflic), taun 
xəstəlikləri
 
yox
 olur.
Yaqut 
daşı rəngini dəyişirsə, 
bu təhlükədən xəbər 
verir. Qadın
 yaqut qaşlı üzüyü sol əlində gəzdirərsə, 
bu 
ailəyə xoşbəxtlik
 
gətirər.
Yuxuda
 yaqut 
görübsünüzsə, ehtiyatlı olun. Belə 
halda
 yaxınlarınızdan 
kimsə Sizin 
istəyinizin əleyhinə 
çıxa bilər.
Göy yaqut (sapfir)
Göy
 rəngli qiymətli yaqut daşı 
uzun ömürlülük 
deməkdir.
 Göy yaqut
 insanı xəstəliklərdən, gözdəymə­
dən
 
qoruyur,
 insanı gözəl və rəhmli 
edir. Yaqutun in­
sana
 var-dövlət 
gətirdiyini də yaddan çıxarmayın. Bu 
daş 
xüsusilə coşğun, ehtiraslı insanlara xeyirlidir. 
Göy 
yaqut
 əsəbləri sakitləşdirir və insanda 
ağıllı fikirlərin 
yaranmasına şərait 
yaradır.
Oxatan
 və tərəzi bürcü altında doğulanlar bu da­
şın
 
köməyi
 ilə ətrafdakı insanlardan və onların fikirlə­
rindən çox
 şey öyrənə bilərlər. Əgər insan
 xoşxasiyyət 

 
xeyirxahdırsa, göy 
yaqut ona ümid verir və sevgidə 
kömək edər.
Çatlamış
 və ləkəli göy 
yaqutu gəzdirmək qorxulu­
dur.
Topaz
Topaz
 fikri aydınlaşdırma
 
daşı kimi tanınıb. Bu 
daş dostluğu möhkəmləndirir, həyatdan ləzzət almağa 
kömək edir və insanı 
lazımsız 
yerə əsəbləşmədən xilas 
edir. Bu daş insanı yuxusuzluqdan, astma 
və ruhi xəs­
təliklərdən 
xilas etmək
 qabiliyyətinə də malikdir.
Büllur
Dağ
 
bülluru buza 
oxşar kristal kvarsdır. O uzağı 
görməyə kömək edir, insanı diş ağrısından xilas edir 
və 
pis
 fikirlərdən 
qoruyur. Qızlar büllurla kosmik enerji 
yığır
 
və bunun nəticəsində istedadlı və bəsirətli olur­
lar.
Yuxuda büllur görübsünüzsə və Sizə məxsusdur- 
sa,
 bu 
xoşbəxtlik əlamətidir. Əgər hələ almayıbsınızsa, 
zərər
 çəkəcəksiniz. Qırıq
 
dağ bülluru 
xəstəliyə doğru 
getməyə
 işarədir.
Kəhrəba
Yanmşəffaf
 
günəş rəngli daşdır. Kəhrəba günəş 
və dəniz 
ilə 
bağlıdır. Qədimdə bu daşdan 
istifadə et­
165
164

məklə 
zobu,
 ruhi 
xəstəlikləri müalicə 
ediblər. Kəhrəba 
ürək xəstəliklərinə
 
və qanaxmaya da kömək edir. İnsa­

 
qıcolmadan və baş ağrılarından xilas edir. Uzun 
müddət 
günəş
 ilə qızdırılmış sarı qətrandan iltihab 
əleyhinə istifadə 
edilib. Bu daş insanı möhkəmləndirir, 
qıvraqlıq 
və xoş əhval-ruhiyyə yaradır.
Kəhrəbanın 
insanlar üçün təhlükəli xüsusiyyətlə­
ri
 
də 
vardır.
 Belə ki, kəhrəba gəzdirmək təkliyə səbəb 
olur.
 
Yuxuda kəhrəba görmək 
göz yaşı deməkdir.
Yaşma
Müxtəlif rənglərdə olur. Ən çox bəzəkli şəkildədir. 
Qədimdə ürək tutmalarının və qadın xəstəliklərinin müa­
licəsində
 istifadə 
olunub. İnsanları vahimədən qoruyur. 
Onun zina
 və
 ovsunçuluq təsiri vardır. Yuxuda yaşma 
görmək, 
dostları
 
süfrəndə görmək deməkdir.
İndi
 qadınlar müxtəlif 
zinət əşyaları gəzdirirlər. 
Bu
 zinət əşyaları həmişəmi yerinə
 
düşür? Əlbəttə, yox. 
Bəzən görürsən ki,
 
bank işçisi iş vaxtı brilyant və başqa 
qiymətli daşlarla bəzənir. Yaxud gənc tələbə dərsə 
brily­
ant
 boyunbağıda gəlir. Bu düzgündürmü? Hansı zinət 
əşyaları gənclərə, hansıları 
yaşlı qadınlara aiddir. Həm­
çinin səhər
 və axşam hansı 
zinət əşyalarını taxmaq məs­
ləhətdir. Əlbəttə, indi məsləhətlərə az 
qulaq asırlar. La­
kin
 yuxarıda göstərilənlərlə tanış 
olandan sonra özünüz 
nəticə çıxara biləcəksiniz.
Tanadan,
 bəzək sancağından, 
broşkadan, qolbağı­
dan,
 taxma düymədən, boyunbağıdan, həmayildən isti­
fadə edərkən, vaxt və yaş nəzərə alınmalıdır.
Gənc 
qızların gözəlliyi onların gəncliyindədir. 
Qızlar
 
heç vaxt ərli qadınların gəzdirdiyi qiymətli zi­
nət
 
əşyalarını geyinməməlidirlər. Ən yaxşı zinət dəst­
ləri 
- medalyon,
 sırğa, qolbağı, 
saat, üzük, həmayildir.
Əlbəttə,
 
zinət əşyalarının hamısını 
birdən almaq 
mümkün
 
deyil.
 Odur ki, zinət əşyalarını tədricən uy­
ğunlaşdırıb,
 almaq 
məsləhətdir.
Çox
 
vaxt gənc qızlar brilyant zinət əşyaları gəz­
dirirlər.
 Lakin qızlara sapa düzülmüş 
bir neçə qat mir­
vari, 
mərcan, firuzə, qızıl və gümüşlə bəzənmiş me­
dalyon, qızıl saat, fil sümüyündən, dağ büllurundan 
yaxşı düzəldilmiş
 
zinət əşyaları daha çox yaraşar.
20
 
yaşdan 
yuxan
 qızlar nisbətən bahalı bəzəkli zi­
nət 
əşyaları taxa bilərlər. Bu yaşda qızlara brilyant məs­
ləhət
 görülmür.
 
Qızlar istisna hallarda nazik brilyant 
və 
ya
 
mirvari qaşlı üzük gəzdirə bilərlər. Qızlara sol əlin 
dör­
düncü barmağında üzük gəzdirmək də məsləhət deyil.
Ərli
 qadınlar
 
hər növ qiymətli daşlardan düzəldil­
miş
 
zinət 
əşyalarından
 istifadə edə bilərlər.
Möhürlü 
üzükləri
 qadınların 
gəzdirməsi 
məsləhət 
deyil.
 Yaşlı
 qadınlar
 istisna hallarda möhürlü 
üzüyü 
sağ əlin 
çeçelə barmağına taxa bilərlər.
Rəngli
 daşları
 və qızıl 
əşyalarını gündüz taxmaq 
yaxşıdır.
 Brilyantdan hazırlanmış zinət əşyalarını isə 
axşam
 
taxmaq məsləhətdir.
Həmayili
 
dekolte paltarla bala geyinmək olar. 
Brilyant üzüklər 
bütün 
bəzəklərə yaraşır.
Bir 
neçə 
qiymətli zinət əşyaları 
taxanlar zövqsüz 
olduqlarını
 sübut 
edirlər.
Bəzəkli və
 
qiymətli zinət əşyaları tualetin rəngi­
nə 
uyğunlaşmalıdır.
Mirvari,
 brilyant
 və 
qızıl zinət əşyaları bütün 
rənglərə
 yaraşır və 
onlara uyğun gəlir.
Mərcanı
 güllü paltarla taxmaq olmaz.
 Bu daş qa­
ra,
 ağ 
və boz rəngli paltarlarla gözəl görünür.
Ametisti
 göy, 
mavi, bənövşəyi rənglə, göy yaqu­
tu
 isə qırmızı
 rənglə geyinmək məsləhət deyil.
Qiymətli
 
zinət əşyalarınız azdırsa, onda bütün 
rənglərə
 yaraşan mirvari, 
brilyant və 
opal daşlardan is­
tifadə edin.
Hər yaşın
 özünə yaraşan və uyğun 
zinət əşyaları 
vardır. Ərli qadın qıza məxsus zinət əşyalarından az is­
tifadə
 
etməlidir. 
30 yaşdan sonra isə ümumiyyətlə, qız­
lara məxsus bəzək əşyalarından istifadə edilməməlidir.
Geyimdə
 ahəngdarlığa mütləq diqqət yetirilməlidir.
166
167

Yüklə 8,07 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin