Seyidov miRİŞ MÜASİr etiket ensiklopediyasi



Yüklə 8,07 Mb.
Pdf görüntüsü
səhifə10/21
tarix03.12.2019
ölçüsü8,07 Mb.
#29785
1   ...   6   7   8   9   10   11   12   13   ...   21
Muasir etiket ensiklopediyasi 100 meslehet


p.f.
 
-
pour
 felicite-
təbrik, xoşbəxtlik;
P.c.
 -
pour 
condoleance-
başsağlığı;
p.r.
 -
pour 
remencier
 -
təşəkkür;
p.p. 
-
pour presenter
 -
icazə
 verin, 
təqdim
 olunum.
P.f.c. -
pour 
feire connaissance - gözəl tanışlıq şərəfi;
P.P.C.
 -
pour prendre conge
 -
xudahafizləşmək;
P.f.N.A. - pour felicite Nouvel An - yeni ilin xoş arzuları:
P.f.v.
 -
pour
 fair visite -
vizit
 arzusu.
111
110

Sizə
 lazım olan şəxs evdə olmasa, vizit kartoçka- 
sını 
qoymaq çox əlverişlidir. Bunun üçün vizit kartoç- 
kasınm sol küncünü qatlayıb, qoymalısınız. Bu onu 
göstərir ki,
 “mən şəxsən gəlmişəm, ancaq Siz evdə ol­
mamısınız
”.
 Belə
 
vizit kartoçkası Sizin səviyyənizi gös­
tərir.
 O həm
 ləyaqətin 
tələbini yerinə yetirir, həm də 
vaxtı 
qoruyur.
Bir çox
 halda 
xüsusilə, böyük şəhərlərdə belə vi­
zit kartoçkaları Sizi şəxsi 
vizitdən 
azad edir, hətta 
onu 
bütövlükdə
 
əvəzləyir.
Yaxınlarınızın
 
ailəsində 
ad günü və toy şənliyi 
keçiriləcəksə,
 hər 
dəfə vizit kartoçkasını göndərməlisi­
niz.
 Həmçinin, nahara, 
bala 
dəvət alıbsınızsa, hər han­

 axşam ziyafətində Sizinlə görüşmək arzusunda olan 
varsa,
 
o şəxsə vizit kartoçkasını göndərməlisiniz.
Küncü
 qatlanmış vizit kartoçkası 
heç vaxt zərfə 
qoyulmur.
Kişinin
 
vizit
 kartoçkası
 qadınınkına nisbətən 
bir 
qədər
 
böyük 
və enli
 olur.
Qara 
haşiyəli vizit kartoçkasından matəm məra­
simlərində
 
istifadə edilir.
Vizit kartoçkası açıq zərfdə poçtla göndərilir.
Bayramlarda vizit kartoçkaları küncü qatlanma­
mış
 
şəkildə poçt 
vasitəsilə göndərilir.
Belə vizit kartoçkalarının 
arxasında qohumlara 
və tanışlara təbriklər və müxtəlif arzular bildirilir.
Müasir vizit kartoçkası təxminən 5x9 sm-lik 
ölçüdə olur. O
 ağ və ya 
ton verilmiş qalın kağızdan 
düzəldilir. Kartoçkada ad, soyad və atanın adı çap 
olunmalıdır.
 
Xidməti vizit kartoçkasında vəzifə, tele­
fon
 
nömrəsi, firmanın ünvanı göstərilir. Bunlar qara 
hərflərlə
 
yazılmalıdır.
Vizit kartoçkası
 müxtəlif şriftlərlə və parlaq qı­
zılı
 
rəngdə yazılmamalıdır.
Hazırda
 iki
 tərəfli və 
iki dildə yazılmış vizit kar- 
toçkası yayılmışdır. 
Bu düzgün deyil.
 Çünki 
vizit kar- 
toçkasının
 
arxası yazı
 və qeydlər üçün nəzərdə tutu­
lub.
 Ona görə də 
ağ (təmiz) qalmalıdır. Odur ki, müxtə­
lif dildə yazılmış vizit kartoçkası məsləhət görülür.
Xarici
 
dillərdə yazılan vizit kartoçkasında 
atanın 
adı
 
yazılmır.
 Çünki xarici ölkələrdə atanın 
adı anlayı­
şı
 yoxdur.
Vizit
 
kartoçkasının nə vaxt 
və harada yaranması 
haqqında dəqiq
 məlumat vermək mümkün deyil. Çinli­
lər 
belə
 
hesab edirlər ki, bu ilk dəfə onlarda 
yaranıb. 
Fransızlar isə 
bunun ilk dəfə onlarda yarandığını de­
yirlər
 (XVII
 
əsrdə vizit kartoçkası artıq Fransada 
mövcud
 idi). Müəyyən edilmişdir ki, vizit kartoçkası 
1786-cı
 ildə
 Leypsiqdə kağız fabrikində istehsal 
olun­
muş və indiki vizit kartoçkasından az fərqlənmişdir.
Quliyev
Sabir 
Məhərrəm oğlu 
tel.: 50-35-52
Məmmədov
İman
 İdris oğlu
M.Nağıyev adına 
xəstəxananın 
həkimi
 
(cərrah) 
tel.: 41-48-64
112
113

MÜRACİƏT FORMALARI

Siz”
 və “Sən”
Qarşılıqlı 
münasibətdə
 “Siz”dən “
Sən”ə keçmək 
üçün
 
insanlar arasında 
müəyyən vaxt tələb olunur.
“Siz”
 müraciət 
formasının əhatə dairəsi çox 
ge­
nişdir. Bu müraciət forması tanış olmadığın, az tanış 
olduğun insanlara, yaşca
 böyüklərə, sosial-hüquqi ba­
xımdan yüksək olanlara, həmkarlarınıza, bir yerdə xid­
mət 
etdiyiniz şəxslərə, diplomatlara özünü mədəni və 
nəzakətli göstərmək üçün istifadə edilir.
Böyüklərin 
kiçiklərə “Siz”lə 
müraciət etməsi çox 
vacibdir. 18 
yaşma çatmış gənclərə “Siz”, - deyərək 
müraciət
 edilməlidir. 
.

Sən
” müraciət forması yaxın 
dostluq əlaqəsini 
göstərir. “Sən”lə yaxınlarınıza, tanışlarınıza, dostları­
nıza,
 sosial-hüquqi 
baxımdan bərabər olanlara, həmya­
şıdlarınıza müraciət edə bilərsiniz.
Kişi
 və qadın arasında “Siz”dən “Sən”
ə keçməyi 
qadın müəyyənləşdirməlidir. Belə müraciət 
formaları 
nın
 
kimə,
 harada və 
nə vaxt deyilməsinin böyük məna­
sı var.
Bəzi
 
ölkələrdə “Sən” müraciət formasına çox 
üstünlük 
verilir. 
_
  1
Fransa
 
inqilabı “Siz” sözünün 
qismən ləğv olun­
masına 
təsir 
edib. Məhz 
inqilabdan sonra Sən müra 
ciət formasına keçmək qərara alınıb. Ancaq ə ə ə 

Siz” müraciət forması tamamilə ləğv 
olunmayı .
Bəzi
 
dövlətlər isə optimal variant 
kimi
 uçuncu 
şəxsin təkindən istifadə edirlər.
Münasibətdən asılı olaraq, 
tanıdığın və anıma 
dığm 
şəxslərə
 “
Siz”
, - deyə müraciət edə ^bilərsiniz.
Tanış
 olmadığınız şəxslərə
 “ay qız
 
, cəna 
, x 
nım”
, “cavan oğlan” və s. ümumiləşdirilmiş soz 
müraciət
 
edilir.
 
,
 

, спях
Hətta tanış 
olmayan cavanlara 
(uşaqlar an 

Siz’Tə müraciət edilməlidir. Əgər kiminləsə 
danışıq
 formasına çoxdan
 keçmişsinizsə, onunla rəsmi 
şəraitdə 
və söhbət 
etdiyiniz
 şəxs digər üçüncü şəxsin 
rəisidirsə,
 ona “Siz”
lə müraciət etsəniz yaxşı olar.

Sən” müraciət 
formasına keçmək üçün təkbaşına 
qərar qəbul edilməsi düzgün deyil. 
Əgər həmin şəxs ta- 
beçiliyinizdədirsə,
 bu daha pisdir. Rəis “Sən”
, - deyə 
müraciət 
etməklə 
özünü
 hörmətdən salar.
Həkim
 
xəstəyə “Sən”
, - deyə müraciət etməməli­
dir.
Rəsmi
 şəkildə
 kiməsp 
“Siz”lə müraciət edirsiniz­
sə,
 bu vaxt həmin şəxs belə çağrılmalıdır: “
Məmməd 
müəllim,
 Sizi
 telefona çağırırlar”, “Şövkət xanım, Si­
zin
 
qəbulunuza gələn var”, “Kazım bəy, Sizi gözləyir­
lər” və
 
s.

O”
, - deyə müraciət etmək ədəbsizlikdir: “O yox­
dur”,
 “O mənə dedi”
. “Yoldaş”, “Cənab”, “Xanım” və s. 
sözlər şəxsin
 adı
 ilə birlikdə işlədilməlidir.
Gənclər
 bir-birilə
 
danışarkən, “
Siz” sözünü çox 
nadir 
hallarda
 işlədirlər.
“O” 
sözündən
 
adi hallarda istifadə edilir. Bu ailə­
dəki
 
tərbiyədən asılıdır.
 Uşaq əvvəldən 
necə öyrənərsə, 
böyüyəndə
 
də 
elə danışar. Odur ki, valideynlər övladla­
rının
 danışığına uşaqlıqdan fikir 
verməlidirlər. Hətta 
telefonla
 
danışarkən,
 onların səhvlərini düzəltməlidir­
lər:
 “O evdə yoxdur”
, “O axşam gələcək” cümlələri 

Bacım evdə yoxdur”, “Atam axşam gələcək”lə əvəz 
olunmalıdır.
İş
 yerində bir-birinizə 
necə müraciət etməlisiniz?
Çox
 vaxt bunları işçilərin özləri müəyyənləşdi­
rirlər.
 Burada dəqiq 
reqlament yoxdur.
Rəis tabeçiliyində olanları adları ilə çağırsa da, 
ona
 “Sən”lə 
müraciət etməməlisiniz.
 
Hətta rəisin razı­
lığı
 olsa belə, ona “Sən”, - deyə 
müraciət edilməməli­
dir.
Uzun
 müddət 
bir yerdə əməkdaşlıq edənlər 
və 
həmyaşıdlar özləri də hiss etmədən bir-birinə “Sən”lə 
müraciət
 edirlər.
114
115

Böyüklər
 özləri
 
gənclərə “Siz”dən “Sən”ə keçməyi 
təklif edə bilərlər. Gənclər böyüklərə 
onlara “Sən”lə 
müraciət etmələrini
 
deyə bilərlər. Bu vaxt son qərarı 
yaşca böyüklər verirlər.
Ailələrdə
 
bir qayda olaraq, “Sən” müraciət forma­
sından
 
çox istifadə olunur. 
Bu
 
da ailə 
üzvlərinin (uşaq­
ların valideynlərə, nəvələrin nənə və babalara) yaxın və 
yaxşı
 münasibətindən 
irəli gəlir.
Uşaqlar arasında “
Sən” müraciət forması çox ge­
niş
 yayılıb.
 Lakin böyüklər (ailə üzvlərindən başqa) 
on­
ları
 həmişə “Sən”,
 - deyə 
çağırmamalıdırlar.
Əgər
 həyat yoldaşınıza 
hörmətiniz varsa və 
o Si­
zin
 
iştirak etdiyiniz yığıncaqda 
deyilsə, “mənim arva­
dım
” sözündən 
istifadə etməyin. Belə yerdə “mənim 
gözəlim” sözləri də çox bayağı səslənər.
Ailədəki yaşlıları “qoca”, - deyə çağırmayın. 
Xüsusilə, cavanlara
 qoca, qocalara isə cavan 
kimi 
müraciət
 etməyin. 
Bəzən belə müraciət forması 
təhqir 
hesab 
edilir. •


” və “Yox” sözlərinin yerinə “Xeyr, 
dayı”, 

Xeyr,
 
baba” və s. işlədin.
Valideynlər uşaqları erkən yaşından nəzakətli, 
ədəbli olmağa 
öyrətməlidirlər ki, gələcəkdə başa 
düşmədikləri 
suallara 
sualla “nə
 
üçün?”, “nə 
dedin? , 
“necə?”
, “nə?”, - deyə cavab verməsinlər. Çalışmaq 
lazımdır
 ki, onlar “
bağışlayın, 
mən Sizin tapşırığınızı 
yerinə 
yetirə
 bilməyəcəyəm”, “təşəkkür 
edirəm və s. 
formalardan
 
istifadə etsinlər.
Mədəni cəmiyyətdə gənc qızlar uşaqkən işlətdik­
ləri
 sözlərdən 
istifadə etməməlidirlər.
TANIŞOLMA,
 TƏQDİMETMƏ
İnsanlar arasında 
öz yerini tapa bilən şəxs mədə­
ni
 hesab 
edilir.
Cəmiyyətdə
 
yaşayan hər bir şəxs bir-biri ilə sosi­
al,
 mənəvi, iqtisadi və digər münasibətlərdə 
olur.
Hər
 
bir şəxsin dairəsi olduqca 
geniş və əhatəlidir. 
Münasibətlər
 tanışlıqdan başlayır.
 Hər 
bir şəxsin öz ta­
nışı, 
dostu
 və yoldaşı olur.
Tanışolma və təqdimetmə məqamında ədəb qayda­
larına
 
əməl
 
edirikmi?
Qarşınızdakı
 
şəxsin
 adını bilmirsinizsə və onunla 
tanış deyilsinizsə, onda münasibət yaratmaq mümkün ol­
mayacaq
 və
 belə 
tanışlıq uzun müddət 
davam etməyəcək.
İstənilən anda təqdim olunmaq və 
təqdim etmək 
mümkün
 olmur. Yalnız
 münasib vaxtlarda, yəni zəru­
rət
 yarananda tanışlıq 
alınır.
Yol
 gedərkən,
 kimdənsə ünvan
 soruşubsunuzsa, 
papiros
 
yandırmaq üçün
 kibrit istəyibsinizsə,
 kimsə Si­

 restoranda 
xidmət edibsə, avtobusdan düşən və yo­
lu
 keçən 
qadına kömək edibsinizsə və s. tanışlıq üçün 
səbəb ola bilməz.
Küçədə
 
dostunuzla gedərkən, tanışınızla 
rastla­
şarsınızsa və
 onunla qısaca söhbət edərsinizsə, 
tanışı­
nızı
 dostunuza 
təqdim etməyə ehtiyac yoxdur. Əgər ya­
nınızda
 gedən şəxs söhbətinizin uzanmasından 
nara- 
hatdırsa,
 
onda söhbəti ya tez qurtarmalısınız, ya da 
dostunuzu
 
onunla
 tanış 
edib, söhbəti üçlükdə davam 
etdirməlisiniz.
Tanışolma
 
və təqdimetmənin qaydaları çoxdur. 
Ancaq onun
 qəbul olunmuş ümumi 
bir qaydası var 
və 
bu
 hamı üçün vacibdir.
Əgər 
bir şəxsi təqdim edirsinizsə, mütləq diqqət­
li və ehtiyatlı 
olmaqınız vacibdir. Bu məsuliyyətli 
işdir. Təqdim edən təqdim 
etdiyi şəxsin hərəkətlərinə 
cavabdeh olduğuna görə, yalnız yaxşı tanıdığı şəxsə be­

 xidmət edə bilər.
116
117

Kişini 
və ya qadını digər qadına təqdim edərkən, 
daha
 ehtiyatlı
 və 
diqqətli olmaq lazımdır, nəinki kişi­
ləri
 
bir-birinə təqdim edərkən. Çünki kişi 
və ya qadın 
qadına
 təqdim
 edilərkən, qadın ədəbsiz şəxsin tanışlı­
ğından 
çətin qurtarar, bundan başqa etibarını itirər, 
belə bir adamla tanış olduğu üçün adma ləkə gətirər. 
Odur
 
ki, 
qadınlara 
təqdim olunan şəxs 
yaxın və qohum 
deyilsə,
 
tanışlıqdan imtina edilməlidir. Ümumiyyətlə, 
kimliyindən asılı olmayaraq, qadınlar təqdim olunan 
şəxsi 
çox
 ehtiyatla qəbul etməlidirlər.
Yad
 adam 
heç vaxt qadına təqdim edilməməlidir. 
Təqdim
 edilməmişdən əvvəl qadının buna razı 
olub-ol­
mamasını bilməlisiniz.
Kimsə Sizə səyahət zamanı
 təqdim edilərsə, onu qə­
bul
 
etmək lazımdır. Belə tanışlıq
 
elə oradaca qurtarmalı­
dır.
 
Çünki 
gəmidə, qatarda tanış olduğunuz şəxslərlə 
aranızda 
olan söhbətlər gələcəkdə hər iki tərəfə möhkəm 
tanışlıq üçün heç bir zəmin yarada 
bilməz.
Qonağınız 
varsa və bu vaxt digər 
qonaqlarınız gə­
lərsə, 
onları 
tez tanış etmək lazımdır. Çünki yeni gələn 
qonaq səmimi söhbətinizə
 mane olduğunu hiss edər və 
getmək məcburiyyətində qalar.
Əvvəl yaşca kiçiklər böyüklərə təqdim olunmalı­
dır.
 Bundan
 sonra 
kiçiklərə müraciət edərək, böyüyün 
adı 
deyilməlidir.
 Bu zaman 
onların bir-birinə münasi­
bəti 
müəyyənləşər 
və söhbət öz axarı ilə davam edər.
Tanışlığın
 hər
 
iki tərəf üçün xoş olacağına əmin 
deyilsinizsə,
 
onda heç kim bir-birinə təqdim 
edilməmə­
lidir. 
Kişinin ictimai
 vəziyyəti nə qədər 
yüksək 
olsa be­
lə,
 o 
qadına 
təqdim edilməlidir.
Gəzintiyə
 qadınla
 
çıxıbsınızsa və başqa tanış qa­
dınla
 rastlaşarsınızsa, onların 
bir-biri ilə tanış olmaq 
istədiklərini bilməmiş bu addımı atmayın.
Evin
 sahibəsi qadın qonağın rəqs etməsinə şərait 
yaratmaq məqsədi ilə kişini təqdim edə bilər. Qadını 
rəqsə 
dəvət edən kişi qadının xoşuna gəlməzsə, o, tanış 
olmaya
 bilər.
Axşam
 
şənliklərində qonaqları bir-birinə 
təqdim 
etməyə 
ehtiyac yoxdur. 
Heç nədən çəkinmədən, utan­
madan, təqdim
 
edilmədən yanınızda əyləşənlərlə 
söhbət 
edə bilərsiniz. Dostunuzun 
evinə 
dəvət edilən qadın 
və 
ya
 
kişiyə dostunuz zamindir.
Adamları
 
bir-birinə təqdim edəndən sonra təqdim 
olunanın və təqdim etdiyimiz şəxslərin 
adlarını deyi­
rik. Bəzən
 isə
 “icazə verin, təqdim 
edim”, - deyəndən 
sonra
 həmin 
şəxslər özləri 
adlarını və soyadlarını deyə 
bilərlər.
Deyilən
 adı 
yaxşı eşitməyən bəzən təkrar soruş­
mağa 
utanır. Burada
 utanmalı 
elə bir şey yoxdur. O za­
man 
çəkinmək olar ki, 
yeni tanış olduğunuz şəxsin adı­
nı səhv salasınız. 
Əgər utanırsınızsa, həmin
 şəxsin
 adı­
nı bir 
qədər
 
keçəndən sonra Sizi tanış edəndən soruşa 
bilərsiniz.
 Sizə kimi isə təqdim edirlərsə, zəhmət çəkib 
ayağa
 
qalxmalısınız. 
Yalnız qadınlar və xəstə şəxslər 
bundan
 azaddırlar.
Çox
 vaxt tanışlıq
 zamanı hər 
iki tərəf “tanış ol­
mağıma
 çox
 şadam”,- deyir. Belə 
ifadələrdən yalnız 
təqdim
 etdiyimiz şəxs istifadə
 edə bilər.
 
Əgər qadın ki­
şiyə
 təqdim olunursa, dərindən fikirləşəndə
 bu sözləri 
qadına demək olmaz.

 vaxtsa,
 bir-birinizlə
 tanış olubsunuz 
və ara­
dan
 xeyli
 vaxt keçib. Sonralar bir-birinizi görəndə 
mütləq salamlaşmalısınız..
Evdə
 keçirilən
 şənliyə dəvət olunan yeni qonağı 
başqaları 
ilə tanış etmək birbaşa ev sahibinin 
vəzifəsidir. 
Bəzən
 isə ümumilikdə 
təqdim
 etməklə kifayətlənmək 
olar. 
Sonra 
kimin kiminlə daha yaxından 
tanış olması öz 
işləridir. Burada istisna hal mövcuddur. Etiketə görə 
qa­
dın özünü kişiyə vasitəçisiz təqdim etməməlidir.
Tanış
 
olmaq üçün
 
nə etməlisiniz? Belədə ya ev sa­
hibinə,
 ya 
da Sizi tanış edə bilən ümumi tanışa mürac­
iət
 
edilməlidir.
özünü Sizə təqdim edənə Siz də təqdim olunmalı­
sınız.
118
119

Küçədə gedə-gedə, kimisə təqdim etmək olmaz. 
Tanış olarkən, dayanmalı, təqdim olunandan sonra isə 
yolunuza 
davam etməlisiniz.
Kollektiv 
bir yerə yığışıbsa, heç kim 
təqdim olun­
mur.
 Çünki kollektiv bir-birini yaxşı 
tanıyır.
İclasa
 
yeni gələn olarsa, sədr
 
onu təqdim edib, sa­
lamlayır və adını elan edir. Təqdim olunan isə ayağa 
qalxır
 və azacıq baş
 
əyərək, hamını salamlayır. İclasa 
müxtəlif kollektivlərdən nümayəndələr gəlibsə, çıxış 
edən özünü 
təqdim etməli və təmsilçisi olduğu təşkila­
tın adını 
bildirməlidir. Yığıncaqda yuxarı təşkilatın 
nümayəndəsi iştirak edirsə, sədr 
onu salamlayıb, iclas­
da 
iştirak edənlərə təqdim etməlidir.
Qohumlarınızı, yaxın
 
dostunuzu və iş 
yoldaşınızı 
yaxşı tanıyırsınızsa, onları tanışınıza məktub vasitəsi 
ilə 
təqdim edə bilərsiniz.
Məktub qısa və aydın yazılmalı, orada
 
təqdim 
olunan 
haqqında hərtərəfli 
məlumat verilməməlidir. 
Məktub
 poçtla 
və ya təqdim edilən şəxsin özü ilə gön­
dərilməlidir.
 
Bu vaxt
 zərf 
açıq olmalıdır. Məktubu vi­
zit
 
kartoçkası da əvəz edə bilər. Vizit kartoçkasında 
adınızın
 yuxarısında
 
təqdim 
etdiyiniz şəxsin adı, 
soyadı yazılmalıdır: “
Məlik Ağayevi təqdim edirəm”. 
Vizit 
kartoçkası açıq zərfdə
 göndərilməlidir.
Təqdim
 edərkən, 
yerli adət-ənənələr nəzərə alınma­
lıdır.
 
Tanışlıq səmimi və dostluq şəraitində keçməlidir.
İlk
 
görüşdən və tanışlıqdan çox şey asılıdır. Ta­
nışlıq
 
zamanı sifətinizdə məyusluq, süstlük 
və təşviş 
hiss edilməməlidir. 
Gözün içinə dik baxmalısınız. Bu 
adi ədəb qaydalarından biridir.
Yaxın
 dostunuzu təqdim 
edərkən, ümumi sözlərdən 
qaçın (“Bu mənim ən yaxşı dostumdur”
). Hətta o yaxın 
dostunuz
 olsa da, belə
 sözləri işlətməyin. Çünki o Sizin 
bundan da daha yaxın dostlarınızı tanıya bilər.
SALAMLAŞMA
İnsanların 
bir-biri ilə mərasimli müraciət forma­
sına
 - salamlaşma, xudahafizləşmə, təqdimetmə daxil­
dir.
 
Onlar ədəbli, nəzakətli, bəzən isə
 bədxah, 
qərəz- 
kar, təkəbbürlü olur. Bunlar insanların bir-birinə 
münasibətindən
 - xarakterindən, yaşından, cinsindən, 
qohumluq 
əlaqələrindən 
və səviyyəsindən asılıdır.
Hər
 xalqın özünəməxsus 
qarşılama, yolasalma, 
salamlaşma,
 əllə görüşmə,
 
başəymə, ətəkdən 
öpmə, 
diz 
üstə çökmə, papaq çıxarma qaydaları var.
Başəymə
 böyük hörmət 
əlamətidir. Başəymənin 
dərinliyi
 görüşənlərin
 
səviyyəsindən, yaranmış vəziy­
yətdən asılıdır.
 
Onun 
mahiyyəti 
Allaha, Torpağa bağlı­
lıq, 
insanlara hörmət
 deməkdir.
 Məsələn, Yaponiyada 
başəymənin
 üç növü vardır: lap 
aşağı, 
orta 30, yüngül 
başəymə isə 15 dərəcəli bucaq formasındadır.
Əllə
 görüşmə 
geniş yayılmışdır, hörmət və dost­
luq
 əlamətidir. Uzadılmış 
əl
 sülh rəmzidir. Əl uzadıb 
görüşmə
 zərbə aləti, “
daşın” olmaması deməkdir. Qa­
dın birinci əl uzatmalıdır, lakin kişinin əlini sıxma­
malıdır.
Qadının əlini öpmək keçmişin adət-ənənəsidir. 
Yalnız ərdə olan qadınların, anaların, həyat yoldaşı­
nızın, bacılarınızın və evdar qadınların əlini öpmək 
olar. Qadının əlini 
öpən kişi bir qədər əyilməli və qadı­
nın
 əlini çox da yuxarı qaldırmamalıdır.
Papaq 
çıxarma 
xüsusi hörmət 
əlamətidir. Daha 
çox 
Avropa ölkələrində yayılmış papaq çıxarmanın də­
rin kökləri
 vardır. Cəmiyyətdə belə 
münasibətlərin öz 
incəlikləri var.
Salamlaşmanın 
ayrı-ayrı ölkələrdə müxtəlif 
formaları var.
 
Məsələn, İngiltərədə 
qadınlar 
kişiləri 
birinci
 salamlayırlar. Bu ölkədə 
burunları bir-birinə 
toxundurmaqla
 
da salamlaşma forması mövcuddur.
Şərq
 
ölkələrində salamlaşma qaydaları fərqlidir. 
Belə ki, müsəlmanlar bir-biri ilə ucadan salamlaşırlar. 
120
121

Salamlaşandan
 sonra
 
bir-birindən ailə üzvlərinin və­
ziyyətini
 xəbər alırlar.
Şərq ölkələrində indiyə qədər də şəxsiyyətli adam­
ların küçədə getmək 
qaydaları qalmaqdadır. Şəxsiyyəti 
yüksək olanlar küçədə 
asta-asta hərəkət edirlər. Bu da 
qarşıdan gələnin baş əyib, salamlaşmasına imkan yara­
dır.
Avropa
 ölkələrində,
 eləcə 
də, Rusiyada kişilər qa­
dınları,
 
kiçiklər
 isə böyükləri salamlayırlar. Avropada 
bir-birinə
 
əl uzadıb, salamlaşmaq qəbul olunmuşdur. 
Bununla da əl uzadıb 
görüşən təmiz münasibətdə 
və si­
lahsız olduğunu göstərmək
 istəyir.
Hindistanda isə
 Rusiyadan fərqli olaraq, əlləri 
birləşdirib, 
sinəyə yaxınlaşdırmaqla
 
salamlaşırlar.
Görüşərkən, əli uzun
 müddət 
ovucda saxlamaq və 
silkələmək yaxşı deyil. Həm də əli azacıq sıxmamış da 
buraxmaq olmaz. Əllə qısa 
müddətdə və 
həvəslə görüş­
mək ən 
optimal variant hesab olunur. Tələsərkən və 
küçədə 
adam çox olarkən, əllə 
görüşməyə imkan olmur. 
Belə
 hallarda baş əymək, 
papaq çıxarmaq və bir qədər 
əyilmək kifayətdir.
 
Yaxın 
dostunuzu əlinizi açıb, yu­
xarı qaldıraraq, salamlaya bilərsiniz. Əksər hallarda 
tanışlarla
 “Sabahın xeyir”
, “Salam”, “Salam, Sizi gör­
məyimə çox şadam”
, - deyə 
salamlaşırıq.

 qədər insan 
varsa, 
bir o qədər də salamlaşma 
forması mövcuddur. Salamlaşma dostcasına, nəzakətli 
olmalı və bu vaxt özünüzü şən 
göstərməlisiniz.
Salamlaşarkən, ağızdakı siqareti və qəlyanı 
çıxarmaq 
lazımdır. Bu vaxt diqqət yalnız görüşdüyü­
nüz
 şəxsə yönəlməlidir.
Papaq çıxarıb 
salamlaşmağa adətkarsınızsa, bunu 
30-40
 metrlik məsafədən 
etmək lazım deyil. Nə qədər 
yaxından 
salamlaşsanız, 
bir o qədər yaxşıdır. Çünki 
bu 
zaman 
həmin şəxsin sifətini, baxışlarını 
və s. daha 
yaxşı görə 
bilərsiniz.
Papağı 
çıxarıb, 
çiyniniz 
bərabərində tutmağa 
adət edibsinizsə, bu o
 
demək deyil ki, kepka, beret baş­
dan
 çıxarılmalıdır. Bu qadınlara aid deyil və onlar 
üçün
 problem olmamalıdır.
Kişi 
qadından yaşca böyükdürsə və rəisdirsə, 
onda 
qadın birinci salam 
verməlidir.
Kişilər
 görüşərkən,
 əlcəyin çıxarılması vacib 
de­
yil.
 Qadınlar da 
həmçinin. Lakin qadın ilə kişi əllə sa­
lamlaşırsa, kişi mütləq əlcəyini 
çıxarmalıdır. Qadın 
əlcəkdədirsə,
 əl öpülmür. Kişi 
otaqdakı qadınlardan bi­
rinin
 
əlini
 öpürsə,
 digər 
qadınların da əlini 
öpməlidir. 
Kişi 
otaqda 
bir nəfərlə əllə görüşürsə, digərlərinə də əl 
verib görüşməlidir.
Ədəb qaydalarına
 görə 
hamıya eyni gözlə baxıl­
malıdır.
Salamlaşma
 
şəxsi 
münasibətlərdən yarandığı 
üçün 
onu uca səslə (“salam,
 dost”
, “salam, əzizim”) 
elan 
etmək
 
olmaz,
 ictimai 
yerlərdə 
(restoranda, barda, 
qəhvəxanada) 
yanınızdan ötənlərə və qonşu masada əy­
ləşən
 tanışlarınıza baş
 əyib, 
salamlaşa bilərsiniz.
Salamlaşarkən,
 səmimi olmalı və həyəcanları giz­
lətməliyik. Məqsəd görüşdən məmnun qaldığınızı 
bil­
dirməkdir.
Rastlaşdığınız
 
şəxsi yadasala
 və tanıya bilmirsi­
nizsə, 
bu zaman özünüzü görməməzliyə vurmamalı, sa­
lamlaşıb,
 ötüb keçməlisiniz.
Sizə
 
təqdim olunmayan şəxslərlə müəyyən vaxt 
bir 
yerdə olubsunuzsa (restoranda, qatarda), onlarla 
salamlaşıb, bir neçə 
kəlmə xoş söz işlətsəniz yaxşı olar.
Birinci
 kim 
əl verib 
salamlaşmalıdır?
Nisbətən
 yaşlı qadınlar
 cavan qadınlarla, qadınlar 
kişilərlə,
 böyüklər kiçiklərlə əllə salamlaşmalıdırlar. Ta­
nış
 
ailə ilə rastlaşarkən, əvvəl qadınlar
 bir-biri 
ilə, sonra 
qadınlar
 
kişilərlə,
 daha sonra isə 
kişilər salamlaşırlar.
Tanış olmadığınız şəxs təsadüfən küçədə və icti­
mai yerdə
 Sizi salamlayarsa, ona mütləq cavab verin. 
Salam
 Sizə yox, yanınızdakı şəxsə aid olsa belə, 
yenə 

 cavab verməlisiniz. Mədəni şəxs 
yanındakı adamın 
salamına
 
qoşulmalıdır.
123
122

Qadınla
 
gedərkən 
tanışınızla rastlaşarsınızsa, qadı­

 
tək
 qoymayın. 
Tanışınızı
 başınızla 
salamlayın. 
Əgər 
tanışınıza
 deyiləsi sözünüz 
olarsa, yanınızdakı qadınla 
birgə
 yaxınlaşıb,
 onu qadına təqdim 
etməlisiniz.
Təsadüfən tanışınıza 
rast gəlibsinizsə, özünüzü 
görməməzliyə 
vurmayın. Əgər əlaqəni 
tamam kəsmək 
fikriniz 
varsa,
 onunla rastlaşmamağa çalışın.
Bəzən
 tanış olmadığınız şəxslərlə hər 
gün rastla­
şırsınız. 
Qəhvəxanada
 - Sizə 
xidmət edənlərlə, kitab­
xanada
 

kitabxanaçı 
ilə və poçtalyonla. Bu 
vaxt 

şəxslərə baş əyib, görüşmək
 
kifayətdir. 
Onlarla 
əllə 
görüşmək o qədər də vacib deyil.
Əllə
 görüşmək istəyənə əl 
uzatmamaq ədəbsizlik­
dir. Bu hərəkətinizlə 
onu təhqir edə bilərsiniz.
İnsanların
 çox olduğu 
yerdə hamıya ayrı-ayrılıq­
da əl
 verib görüşməyə 
ehtiyac yoxdur. Çünki onların 
arasında Sizin
 tanımadığınız 
şəxslər də ola bilər.
Yığıncaqda 
adam 
azdırsa və iştirakçıları tanıyır­
sınızsa,
 onları
 
bir yerdə 
salamlamalısınız. Əgər vaxtı­
nız 
varsa, hamı ilə ayrılıqda da salamlaşa bilərsiniz.
Tədbirə 
gecikibsinizsə,
 fasilə
 zamanı salamlaş­
mağınız
 məsləhətdir.
Kəndlərdə
 
bir 
qayda olaraq, tanıdığınız və tanı­
madığınız
 adamların
 hamısı ilə salamlaşırsınız. Şəhər­
də 
isə
 əhali çox 
olduğundan bu mümkün deyil.
Salamlaşarkən, 
lovğalanmayın. Vəzifəcə Sizdən 
aşağılara,
 hətta tabeçiliyinizdə olanlara qarşı bu hərə­
kətiniz düzgün 
çıxmaz. Salam verənə arxa çevirmək 
yaxşı
 deyil.
 Üzbəüz 
dayanıb, gülümsəyərək 
salamlaş­
maq
 
lazımdır.
Qonaqlıqda,
 gəzintidə rastlaşdığınız adamlar ara­
sında
 görüşmək
 istəmədiyiniz şəxs olarsa, heç 
kimlə əl­

 
görüşmək
 lazım 
deyil.
 Baş əymək 
kifayətdir.
Qonaq 
gedən kişi əvvəl qadınları, sonra isə kişiləri 
salamlayır. Qadın isə hamını birlikdə salamlamalıdır.
Qonaq əvvəl 
ona qapı açanla, sonra evin sahiblə­
rilə, daha sonra isə səbəbkarla salamlaşmalıdır 
(əgər ad 
günü
 
və yubileydirsə). Evdəki digər qonaqlarla da sa­
lamlaşmaq
 
vacibdir və bunu 
yaddan çıxarmaq olmaz.
Qonaq
 getdiyimiz 
yerdə ev sahibləri “xoş gəlmisi­
niz”
, - deyərək, salamı alır və onu yüksək qiymətlən­
dirirlər.
Kişilərə
 nisbətən qadınlar salamlaşmanın 
və ona 
cavabın
 
hansı formada olmasına fikir verməlidirlər. 
Qadın
 tanımadığı kişinin salamına təmkinlə cavab ver­
məli,
 
lazım gələndə isə laqeydlik göstərməlidir.
Təqdim olunmayan
 kişiyə
 qadın salam
 verməmə­
lidir.
Yaxın
 adamlarla 
və ya köhnə dostlarla əllə 
görüşmək
 
olar.
Nadir
 hallarda əl iki əllə sıxıtır. Bu görüşdüyü­
nüz
 şəxsə hörmətdən 
və sevinc hissindən irəli gəlir.
Salamlaşarkən,
 
başqasının əlini ovçumuzda hər 
hansı
 
bir fikirlə saxlayırıqsa və ya sıxırıqsa, 
bu 
hərəkətimizlə onu
 
pis vəziyyətə salacağımızı 
və nara­
hat
 
edəcəyimizi
 düşünməli, 
bundan çəkinməliyik.
Uzadılan
 
əli sıxanda 
o qədər də 
şax durmaq və ar­
xaya əyilmək lazım deyil. Yalnız bir qədər irəli əyil­
məklə 
hörmətinizi bildirmiş olarsınız.
Kişi qadını
 ayaq üstə 
salamlamalıdır.
 
Qadının əli­
ni öpmək istəyirsinizsə, ayağa qalxmalı, baş əyməli və 
qadının 
əlini bir 
qədər yuxarı qaldırmalısınız. Yaddan 
çıxarmayın ki, belə öpüş simvolik xarakter daşıyır 
və 
qadına
 hörmət və 
məhəbbətdən 
irəli gəlir. Belə görüş 
dodaqları
 ələ
 toxundurmaqla bitir.
Son
 
illər yanağı-yanağa toxundurmaq dəbdədir.
Yadda saxlayın ki, salamlaşmanın müxtəlif 
for­
malarından istifadə
 
etməklə, ədəbli və nəzakətli oldu­
ğunuzu 
göstərmiş olarsınız.
 Bu qarşınızdakı şəxsin Si­

 
yaxşı münasibətinə zəmin yaradar.
124
125

Yüklə 8,07 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin