Seyidov miRİŞ MÜASİr etiket ensiklopediyasi



Yüklə 8,07 Mb.
Pdf görüntüsü
səhifə11/21
tarix03.12.2019
ölçüsü8,07 Mb.
#29785
1   ...   7   8   9   10   11   12   13   14   ...   21
Muasir etiket ensiklopediyasi 100 meslehet


TELEFON
 DANIŞIĞI
Müasir dövrdə telefon insanlar arasında 
vacib 
ünsiyyət
 vasitəsinə çevirilmişdir.
 Telefon şəxsi görüş­
ləri 

 söhbətləri
 
əvəz edib, insanlar 
arasında münasi­
bətləri
 
genişləndirib, 
təxirəsalınmaz məsələlərin həlli­
nə imkanlar yaradıb, məlumatların çatdırılmasını 
asanlaşdırıb, gediş-gəlişi azaldıb.
Telefondan
 istifadə
 
etmək müəyyən qaydalara 
riayət
 etməyi tələb edir. 
Telefon danışığı mümkün qə­
dər
 
qısa,
 işgüzar,
 mədəni və sakit aparılmalıdır. Səhər 

 axşam zəng 
çalmamışdan əvvəl 
Sizin zənginizin ki­
minsə narahatçılığına
 səbəb olmayacağmı düşünməli­
siniz. 
Adətən, telefonla 
səhər saat 9-dan axşam 22-yə 
qədər
 zəng
 çalmaq məsləhətdir.
 Səbəb və ehtiyac 
olma­
dan tanışların iş yerinə
 şəxsi məsələlər 
üçün zəng çal­
maq
 ədəb qaydalarını 
pozmaq deməkdir.
Tanış olmadığın 
şəxsdən 
telefonla danışarkən, 
hər
 
hansı məsələnin xahiş 
edilməsi yaxşı deyil. Belə 
məsələləri
 
şəxsi görüşlərdə həll etsəniz düzgün olar.
Ədəb qaydalarına
 görə
 abonentlə əvvəl salamlaş­
malı
 
və özünüzü 
təqdim etməlisiniz. Danışığınız bitən­
də sağollaşmalısınız.
 Sizin evə
 zəng çalıblarsa, dəstəyi 
qaldırıb,
 “Alo, Sizi eşidirəm”
, - deməli, yaxud soyadı- 
zı bildirməlisiniz.
İşinizə
 zəng
 çalıblarsa,
 “
bura 
aerokassadır 
və ya 
“bura
 filan şöbədir”
, - desəniz yaxşıdır. Bu vaxt 
abo­
nent dərhal hara 
düşdüyünü anlayacaq.
Abonent
 təkrarən
 
bir neçə dəfə Sizin nömrəyə 
düşərsə, 
əsəbləşməyin, zəng
 çalana kobud cavab ver 
məyin, dəstəyi tullamayın və ona məlumat verməyin. 
Sadəcə olaraq, sakitcə
 
bildirin ki, o istədiyi nömrəyə 
düşməyib. Əgər nömrəni bilirsinizsə, bunu dəqiqləş ı 
rin.
Zəng
 çaldığınız ailənin 
üzvləri Sizi tanımırlarsa, 
özünüzə
 və başqalarına problem yaratmamaq üçün əv 
vəl salamlaşın,
 sonra isə özünüzü təqdim 
edin.
Birinci Siz zəng çalıbsınızsa və danışıq 
yarıda kə- 
silibsə,
 
onda 
təkrarən 
yenə zəng çalmalısınız.
Zəng
 
çaldığınız dəqiqədən söhbətə işgüzar məlu­
matlardan
 
başlayın. Dostunuza, qohumlarınıza 
zəng 
çalıb, onların
 əhvalını, özlərini
 necə hiss 
etmələrini, ai­
lədəki və işdəki vəziyyətlərini 
öyrənə bilərsiniz. Ancaq 
danışıq
 qısa 
və məlumat xarakterli olmalıdır.
Yaxşı
 
olar ki,
 telefon aparatının yanında kağız 
və 
qələm olsun. Çünki 
danışıq vaxtı bunlara ehtiyac 
olar­
sa, onları
 axtarmayacaq,
 abonenti uzun müddət tele­
fonda gözlətməyəcək
 
və narahat etməyəcəksiniz.
Dostunuza
 
zəng çalarkən, zənginiz
 onu 
narahat 
edə
 bilər. Çünki Siz 
onu görmür və hansı işlə məşğul 
olduğunu
 
bilmirsiniz.
 Zəng 
çalarkən, ola bilər ki, o na­
har süfrəsinə 
əyləşsin və ya televizorda göstərilən ma­
raqlı verilişə tamaşa etsin. Odur ki, danışığa başlamaz­
dan
 əvvəl 
onu narahat
 
edib-etmədiyinizi 
müəyyənləş­
dirməlisiniz.
 Dostunuzun yanında kənar şəxs olarsa, 
ondan 
açıq danışıq 
gözləmək əbəsdir.
Telefonla danışan şəxsə mane olduğunuzu hiss 
edərsinizsə, otaqdan
 çıxmağınız məsləhətdir.
Təbrikləri,
 təşəkkürü,
 toya dəvəti, hədiyyəyə gö­

 təşəkkürü,
 başsağlığını telefon vasitəsilə 
deyil, 
görüşərkən 
bildirmək yaxşı olar.
Avtomat cavabverən asan və sadə olduğundan 
bundan
 çoxları 
istifadə edir - “Məlumatlarınızı verin, 
Sizə
 
zəng çalarlar
”. 
Ancaq 
mədəniyyətsiz şəxs “avtoca- 
vab

ın səsini eşidən kimi dəstəyi yerinə qoyur. Abo­
nentə
 hörmət
 
edirsinizsə, əsəbləşməyin, axı, o, Sizin 
zənginizə 
cavab verib.
Avtomat
 telefonla
 zəng çalırsınızsa,
 danışığını­
zın qısa olmasına çalışın. Uzun-uzadı
 danışmaq 
ədəb­
sizlikdir. Sizdən
 başqa avtomat 
telefonla danışmaq 
istəyənləri
 

 nəzərə almalısınız. Növbə gözləyənlər 
səbirli olmalı, 
danışığa mane olmamalı, replika atma­
malıdırlar.
 Telefonu uzun 
müddət məşğul
 edənin 
söhbətini
 yarıda kəsmək yaxşı deyil. Sadəcə 
olaraq,
127
126

ondan
 danışığı 
tez qurtarmasını xahiş etmək la­
zımdır.
Avtomat telefonla 
zəng çalırsınızsa və abonent 
cavab
 vermirsə,
 onda nömrəni təkrarən 
yığmaq lazım 
deyil.
 Kabinədən
 
çıxıb, 
növbə gözləyənə abonentin ca­
vab vermədiyini bildirin 
və imkan verin, o da zəng çal­
sın.
 O
 danışıb,
 qurtardıqdan sonra Siz təkrarən zəng 
çala
 bilərsiniz.
Qonşunun
 telefonundan
 istifadə
 
edirsinizsə, Sizə 
olan 
yaxşı 
münasibətdən istifadə edib, telefonu məşğul 
etməyin.
 
Şəxsi danışıq üçün qonşunun telefon nömrə­
sini
 öz nömrəniz kimi 
tanışlarınıza verməyin.
Yadda saxlayın
 ki, xidməti 
telefonda uzun-uzadı 
danışığa
 
yol verilmir. Belə danışıqlar iş yoldaşlarınızın 
yanında aparılırsa
 
və onların diqqətini cəlb edirsinizsə 
deməli,
 ədəbsizliyə 
yol verirsiniz.
Telefon
 
zəng 
çalarkən, 
dəstəyi götürmüşsünüzsə 

 Sizdən 
həmkarınızı
 
soruşurlarsa, “
bir dəqiqə”
, - 
deyib dəstəyi ona verməlisiniz. Zəng çalanın kimliyi ilə 
maraqlanmamalısınız.
 Əgər 
həmkarınız işdə yoxdursa, 
onda
 soruşa bilərsiniz: “İşə 
gələndə ona nə çatdırım?” 

 ya
 “o kimə zəng çalmalıdır?”.
Görüşünüzə gələn varsa, telefonda uzun-uzadı 
danışmaq
 düzgün
 deyil. Belə halda
 
görüşə gələndən üzr 
istəməlisiniz. 
Telefonla danışdığın şəxsə isə “məşğu­
lam, xahiş edirəm, başqa vaxt 
zəng çalın”
, - deməlisi­
niz.
Danışıq vaxtı bunları
 vadda 
saxlamalısınız:

nə haqda danışacağınızı, lazımi rəqəmləri, 
ünvanları, soyadları;
-
 
özünüzü təqdim etməli, kiminlə 
danışdığınızı 
öyrənməli və hansı məqsədlə zəng 
çaldığınızı 
bildirmə­
li;
-
 
zəng üçün 
əlverişli vaxt seçməli;
-
 
xidməti
 iş üçün evə zəng çalmamalı;
-
  nömrəni 
dəfələrlə
 yığırsınızsa və abonent cavab 
vermirsə, zəngi dayandırmalı;
-  “zəng çalan 
kimdir?

 - sualını verməməli;
-
 
Sizə
 səhvən 
düşüblərsə, nəzakətlə cavab vermə­
li;
-  danışıq əsasən işgüzar 
xarakter daşımalı;
-
  rabitə növbətçisinə “hörmətli 
növbətçi”
, - deyə­
rək
 müraciət etməli,
 “ay qız
” ifadəsini işlətməməli;
-
 
danışığa birinci
 
kim başlayıbsa, o da qurtarma­
lı və dəstəyi yerinə qoymalı;
-  qadın
 kişi 
ilə danışırsa, 
danışığı birinci qadın 
qurtarmalıdır.
128
129

MƏKTUBLAŞMA
Şəxsi,
 işgüzar
 və rəsmi xarakter daşıyır. Odur ki, 
onların
 
yazılmasının, məzmununun müxtəlif tələbləri var.
Məktubu
 
yazılan şəxsə münasibətdən, məlumat­
lardan, vəziyyətdən
 və s. asılı 
olaraq, hər kəs 
onu bil­
diyi
 
kimi yazır. Bəziləri özləri haqda qısa məlumat ver­
məklə
 
kifayətlənirlər, digərləri isə bir neçə səhifədən 
ibarət
 yazılmış məktublara 
üstünlük verirlər.
Əllə
 yazılmış 
məktub
 daha
 yaxşı hesab edilir. 
Məktub 
aydın
 xətlə və səliqəli yazılmalıdır. Oxunar­
kən, fikirlər aydın başa düşülməlidir. Əgər 
məktub çap 
maşınında
 yazılıbsa, ona qol çəkilir. Bu halda yaxşı 
olar ki,
 bir neçə kəlmə də əllə yazılsın.
Məktub yazarkən,
 
karandaşdan istifadə etməyin. 
Karandaşla
 yazılan 
məktubu oxumaq çətin olur. Belə 
məktublarda qatlanmış yerləri oxumaq
 mümkün 
ol­
mur.
Məktub 
 
 qalın kağızda 
yazılmalıdır. Rəngbə­
rəng
 və bəzəkli kağızda 
yalnız yaxın qohumlara mək­
tub yazmaq 
olar. Zərfdəki məktub oxunmamalıdır.
Zərfin içərisindəki yazılar 
oxunmasın deyə, mək­
tub 
əlavə 
bir kağıza bükülməlidir.
Yığıncaqlara
 
dəvətləri, təşəkkürləri və təbrikləri 
əllə
 
yazıb 
göndərməlisiniz. Bu daha etibarlı və 
səmimi 
alınar.
İstər şəxsi,
 istərsə də 
işgüzar xarakterli
 
məktub­
larda gün, ay, 
il mütləq göstərilməlidir. İşgüzar mək­
tublarda
 gün, ay, il birinci
 səhifənin yuxarısında sağ 
küncdə,
 
adi məktubda isə qol 
çəkəndən sonra sol tərəf­
də yazılmalıdır. Tarixi yazarkən, 
yadda
 saxlayın ki, 
alınan
 
məktuba beş günün ərzində 
cavab yazmaq hör­
mət
 
əlamətidir.
Məktub
 yazılan
 kağızın kənarından iki sm-ə qə­
dər boş
 yer qoyulmalıdır ki, işə tikilərkən, çətinlik ya­
ranmasın.
Məktub
 
kağızın ortasından müraciət formasında 
başlanır.
 
Şəxsi məktublarda müraciətlər etik normalar 

 münasibətlər nəzərə alınmaqla
 yazılmalıdır.
 Ailədə 
kimə 
necə 
müraciət edirsinizsə,
 
məktubda da o mürac­
iət 
formalarından istifadə edilməlidir: “Əziz ana”. 

Hörmətli 
qardaşım”
, “Salam Əhməd” və s.
Məktub
 
bir neçə səhifədən ibarət olarsa, onları 
nömrələmək lazımdır
 
(nömrələr kağızın baş tərəfində - 
ortadan,
 bəzən
 isə sağdan 
yazılır). Zərf iri deyilsə və 
məktubun 
səhifələri
 əziləcəksə, onda məktub qatlan­
malı və
 zərfdə yerləşdirilməlidir.
Məktub 
xoş arzularla 
və yaxşı münasibət bildir­
məklə (məsələn, “Sizə işlərinizdə müvəffəqiyyət, ailədə 
xoşbəxtlik arzulayıram. 
Böyük hörmətlə Əhməd”), ta­
mamlanır.
Məktub
 qatlanarkən, yazılı tərəf içəriyə qalmalı­
dır. Ona görə də məktub kağızın bir üzünə yazılır. 
Hət­
ta
 məktubda 
bir neçə cümlə yazmalı olsanız belə, bütöv 
vərəq
 götürülməlidir. Kağız 
yoxdursa, məktubu adi 
dəftər
 vərəqində 

 yazmaq olar.
Bədii 
poçt
 
kartoçkasmdan əsasən,
 təbriklər və qısa 
məlumatlar üçün istifadə 
olunur. Əgər şəxsi və gizli 
məlumat verilirsə, kartoçkanı zərfə qoymaq lazımdır.
Zərfdə ünvan səliqəli, və aydın 
yazılmalıdır. Poçt 
göstəricisi,
 
şəhər, küçə, binanın və mənzilin sayı, 
soyad,
 
inisial (ad
 və atanın adının baş hərfləri) göstə­
rilməlidir. Bəzən 
soyaddan əvvəl “
cən”. (cənab) və 
“hörm”
. (hörmətli) yazılır.
Xarici
 ölkələrdə
 isə 
bu başqa formada yazılır, əv­
vəl
 ad, küçə, ev, sonra isə 
şəhər qeyd olunur.
Ola 
bilər ki, məktub yazdığınız şəxs ünvanınızı 
xatırlamasın
 
və ya
 ünvanınız onda olmasın. Odur ki, 
ünvanınızı
 mütləq göstərməlisiniz.
Səhvən Sizə
 düşən məktubu
 oxumaq olmaz. Həmçi­
nin,
 
ünvanlanmış məktubu Sizə yazan 
şəxsin 
icazəsi ol­
madan heç 
kim 
oxumamalıdır. Məktublaşma şəxsi iş oldu­
ğundan hətta uşaqlara 
ünvanlanmış məktubu ələ keçirib 
oxuyan valideynlər onlarla 
münasibəti korlaya bilərlər.
130
131

İmzasız
 məktub
 nəzərə alınmamalı 
və cırıb atıl­
malıdır. Odur ki, məktub yazanda həm ünvanı göstə­
rin,
 
həm də imzanızı atın.
Məktub adətən, ehtiyac olarkən və ya tarixi 
günlərdə 
yazılır.
Təbrik məktublarını 
vaxtında
 göndərmək lazım­
dır
 ki, bayram günü sahibinə çatsın. Gec xəbər 
tut­
duğumuz
 
bir hadisəni təbrik etmək istəyirsinizsə, bu­
nu
 Sizə
 
məlum olan gündən bir həftə gec olmayaraq, 
etməlisiniz 
(məsələn,
 ailə qurmaq). 
Başsağlığı da on 
gündən
 
gec olmayaraq, verilməlidir. 
Belə məktub 
qısa 
və hüznlü olmalıdır.
 Bu məzmunda yazılmış məktubla­
ra
 cavab 
almasanız inciməyin.
Teleqram
 vasitəsilə
 də təbrik etmək olar. Yadda 
saxlayın
 ki,
 xarici ölkəyə 
göndərilən teleqrama ünvan 
fransız
 
dilində, latın 
hərfləri ilə yazılır. Bu poçt rabi­
təsində 
beynəlxalq dil 
hesab edilir.
Yalnız
 
xidməti
 məktublar çap olunmalı
 və ciddi 
formada
 
yazılmalıdır. Belə məktublar
 vərəqin yalnız 
bir
 
üzündə yazılır. Yuxarıda başlıq, tarix, ünvan, 
soyad 
və idarənin adı 
yazılır. Sonra isə məzmun, imza 

 
məktuba əlavələr göstərilir.
Rəsmi məktublar işgüzar xarakterdə olmalı, 
qısa və 
aydın
 yazılmalıdır. Məktuba 
hər hansı əlavələr etmək 
məsələsi
 ortaya çıxarsa, onda imza atandan sonra P.S. 
(postskriptum; latın söz. - yazılandan 
sonra) əlavələr 
edilir.
 
Bundan
 
sonra ya
 imza 
atılır, ya da inisial yazılır.
Bəzi 
rəsmi məktublarda tarix məktubun axırında 
və sol tərəfdə
 yazılır (bax. 
əlavələr).
Məktub yazdığınız
 şəxsin soyadı, adı və
 
atasının 
adı məlumdursa, bundan yalnız rəsmi məktublarda is­
tifadə edin. Yadda saxlayın ki, belə məktubda
 da “hör­
mətli”
, “hörmətlə” sözü işlədilməlidir.
İlk
 məktubu səyahətə 
çıxan 
yazmalıdır. Məktub 
alan
 
da yubanmadan cavab məktubu göndərməlidir.
Qadın 
yalnız
 həyat yoldaşı və 
yaxın qohumu (ki­
şi) ilə məktublaşa bilər.
Məktubu
 sahibinə çatdırmağı 
öz 
üzərinə götürən 
şəxs
 
onu bağlı şəkildə təqdim etməlidir. Məktubu alan 
şəxs
 
isə
 
onu təqdim edənin yanında açmalıdır.
Məktubda
 
onu yazan şəxsin mənəvi siması, təhsi­
li 
və mədəniyyəti öz əksini tapmalıdır. Odur ki, mək­
tubda
 mənasız
 
sözlər işlətməməli və 
fikir aydın ifadə 
olunmalıdır.
Məktub 
yazmaq 
üçün
 ağıl, istedad və qabiliyyət 
əsas şərtdir. Bu da təcrübədən asılıdır. 
Şəxsi münasi­
bətlərdən
 
asılı olaraq, məktublar böyüklərə və nüfuzlu 
şəxslərə hörmət və ehtiramla,
 tay-tuşlara lətifə 
xarak­
terli,
 özündən
 
kiçiklərə nəvazişlə yazılmalıdır.
Məktublar adətən, bir-biri ilə əlaqədar dörd 
hissə­
dən
 ibarət 
olur:
-
 
Müraçjşt
 - fəxri adı olan 
fəxri adla, ad 
və 
soyad
 
ilə başlayır.
~
 MÜqoddİmo —
 xoş söz, arzular, üzr 
istəyib gü­
nahından
 keçmək.

XÜläSS
 “ məktub yazdığın şəxsi maraqlandıran 
hadisələr,
 
ayrı-ayrı
 fikirlər və ifadələr.
-
 
Tamamlama - sədaqət, dostluq, hörmət 
və eh­
tiram bildirməklə şəxsi
 imza.
~
 Postskriptum P,S.
 Bunu yalnız 
yaxın adamlara 
məktub yazarkən, etmək olar. Böyüklərə 
yazılan mək­
tublarda buna qətiyyən
 
yol vermək olmaz.
Məktubda “Siz” müraciət formasından 
istifadə 
edəcəksinizsə, bu 
söz böyük hərflə yazılır.
Məktubda
 bəzən 
qol çəkmək əvəzinə, baş hərfi ya­
zıb,
 sonra nöqtələr qoyurlar. Bu ədəbsizlikdir.
“Sizin
 əziziniz”
, “hörmətlə”, “Sizi artıq dərəcədə 
sevən” və s. bu kimi sözlərin məktubda işlədilməsi ya­
zışdığınız
 şəxsə münasibətinizdən asılıdır.
Kimə
 yazılmasından 
asılı olmayaraq, məktub 
uzun-uzadı, yorucu olmamalıdır, özünüzdən böyüklərə 
əhatəli
 məktub yazmaq ona hörmətsizlik əlamətidir. 
Yaşca
 
kiçiklərə isə məktub yazarkən, təkəbbürünüzü 
hiss etdirməməlisiniz.
 Yalnız yaxın qohumlara, dostla­
133
132

ra və tanışlara ətraflı məktub yazılmalıdır. Məktubda 
müəyyən
 
etiket qaydalarına
 
riayət edilməlidir. Mək­
tublar işgüzar, zəmanət, üzristəmə, xatırlama, başsağ­
lığı formasında olur.
Qohumlara
 va yaxınlara məktub
Məktub
 üçün ağ 
 qalın kağızdan istifadə 
edilir. 
Əzilmiş
 kağıza yazılmış 
məktub həmin şəxsə 
qarşı hör­
mətsizlikdir.
İşgüzar məktub
Burada əsasən 
işgüzar məsələlərə toxunulur. 
Məktub
 
çap
 maşınında
 iki intervalda aydın
 yazılmalı­
dır. Kənardan isə
 beş interval 
məsafə 
qoyulmalıdır. Sə­
hifələr ərəb rəqəmləri ilə nömrələnir 
və hər iki tərəfin­
dən defis 
işarəsi qoyulur. Məktub savadlı yazılmalı və 
üzərində
 düzəliş
 edilməməlidir. Kağıza qənaət etmək 
lazım
 
deyil. Bir söz
 qalsa belə, yeni vərəq götürül­
məlidir.
 
Məktub yazılan tərəf içəri 
qatlanır. Vacib 
məktubları
 qatlamaq lazım 
deyil. 
Belə məktublar 
böyük
 zərflərdə göndərir lir.
Zəmanət (töfsiyə, məsləhət xarakterli) məktubuna 
çox
 zaman işgüzar məktublarda rast 
gəlmək olur. Bu 
məktub vasitəsilə səlahiyyətli şəxsdən himayəsində olan 
şəxsə
 diqqət və qayğı 
ilə 
yanaşmağı xahiş edə bilərsiniz.
Zəmanət
 
məktubunda 
zəmanət verdiyin şəxsin 
mənəvi
 keyfiyyətləri, işgüzarlığı, istedadı 
və bacarığı 
haqqında
 
məlumat verilir. Məktub yazan verdiyi zəma­
nət
 
üçün məsuliyyət daşıyır. Zəmanət məktubu yazılı 
sənəd 
olduğundan telefon 
zəngindən və şifahi tərifdən 
daha 
dəyərlidir.
Zəmanət
 məktubuna vizit kartoçkası da qoyulur. 
Zəmanət
 
verdiyiniz
 
şəxsin adı karandaşla 
öz adınızdan 
yuxarıda yazılır. Məktub kuryerlə (üçüncü şəxslə) gön­
dərilərkən,
 zərf bağlanmır.
Ü2rİ8tama məktubu
Qəlbinə
 dəydiyiniz 
şəxsə 
yazılır. Məktubda gü­
nahlar
 etiraf edilir və 
üzr istənilir. Belə məktublar üzr 
istəyən şəxsi səhvini boynuna aldığına görə yüksəldir, 
çox
 vaxt
 belə 
etiraf düzgün 
başa düşülmür.
Xatırlama maktubu
Belə məktublarda yaddan çıxmış bir şeyi qaytar­
maq 
xatırlanır. Məktub olduqca ədəblə 
yazılmalıdır.
Başsağlığı 
maktubu
Faciənin baş verdiyi vaxtdan bir 
həftə gec olma­
yaraq
 göndərilir. Qısa, 
təsəlliverici və kövrək
 hisslər­

 yazılmalıdır.
 Cavab məktubu da qısa olmalıdır: “Kə­
dərli
 məktubunuza görə təşəkkürümü bildirirəm”.
Tabrik maktubu
Şad
 xəbərlər
 
alınanda yazılır. Məktublar qısa ol­
malıdır. 
Belə məktublarda yaxınlara - qohumlara, ta­
nışlara 
əlavə 
məlumatlar vermək olar. Təbrik məktub­
ları
 ad 
yə toy günlərində, yeni ildə, novruz bayramın­
da 
yazılır. Məktubda sevinc, 
fərəh hiss olunmalı 
və 
müvəffəqiyyətlər
 
arzulanmalıdır.
Məktub
 
yazılır, diqqətlə 
oxunur və səhvlər düzə­
lir. Üzərində
 
düzəliş aparılmış məktubu köçürdükdən 
sonra
 
ünvanına
 
göndərmək lazımdır. Məktub əsəbi və 
hövsələsiz vəziyyətdə yazılıbsa, onu
 ünvanına göndər­
mək
 məsləhət deyil.
Ailədə
 
kişiyə ünvanlanmış
 
məktubu qadın oxuma­
malıdır. Kışı də oz növbəsində həyat yoldaşına ünvan­
lanmış
 məktubu açmamalıdır. Uşaqlar evə ünvanlan­
mış
 məktubla valideynlərin 
icazəsi olmadan maraqlan­
mamalıdırlar. 
4
. t. 
mək
‘ub'
arl" y«aJ4ma və məzmununa 
iza-
hatlar
 bölməsində bax).
134
135

PAPİROS
 ÇƏKMƏ
Papirosun insanın sağlamlığına 
zərərini hamı bi­
lir.
 Buna
 baxmayaraq, əksər
 insanlar 
bu zərərli adət­
dən
 əl çəkə
 
bilmirlər. Papiros çəkmək geniş yayıldığın­
dan,
 bununla hesablaşmaq 
lazım gəlir. Papiros çəkmə­
nin 
müəyyən qaydaları var 
və bunları hər papiros çə­
kən 
yaxşı bilməlidir.
Aşağıdakı 
şəraitlərdə papiros çəkmək olmaz;
-
  “Papiros
 çəkmək 
qadağandır”
, - lövhəsi asılan 
yerlərdə;
-
  Teatrda,
 kinoda, benzindoldurma məntəqəsində, 
xəstəxana 
palatasında;
-
 
Yad evdə, idarədə, mağazada, ictimai nəqliyyatda;
-
  Xəstə olan otaqda;
-
 
Rəqs 
edərkən;
-
 
Nahar zamanı
 
(birinci xörəklə 
ikinci xörəyin 
arasında);
-  Qadınlar küçədə 
gedərkən;

Təntənəli iclaslarda.
Yemək
 yeyərkən,
 xüsusilə masa ətrafında papiros 
çəkən olmazsa, Sizə də papiros çəkmək məsləhət 
görülmür.
 Qəhvə 
masaya gələnə qədər gözləsəniz yaxşı 
olar; Qəhvə verilərkən, siqar çəkmək müəyyən qədər 
yerinə düşər.
Bəzi 
restoranlarda papiros
 
çəkməyə icazə veril­
mir.
 
Əgər masanın üstündə külqabı yoxdursa, deməli, 
restoranda
 papiros çəkilmir. Onda
 
papiros çəkmək 
üçün
 
ayrılmış xüsusi 
otağa və ya kişilərə aid otağa 
çə­
kilməlisiniz.
 Əksinə, 
masada külqabı olsa belə, tüstü 
buraxmağa
 tələsməməlisiniz. İlk
 növbədə əyləşənlərdən 
icazə almalısınız. Çünki qonaqlar arasında həm tüstüyə 
qarşı
 allergiyalı
 
insanlar ola bilər, həm də papiros 
tüstüsü 
iştahın 
pozulmasına səbəb olar.
Kişilər qadınların yanında yalnız küçədə, 
kino­
dan,
 teatrdan 
çıxanda, uzunmüddətli gəzinti zamanı 
papiros
 çəkə
 bilərlər.
Küçədə,
 xüsusilə
 gedə-gedə papiros çəkmək məs­
ləhət görülmür. Bu vaxt bir kənara çəkilib və ya 
skamyada
 
əyləşib,
 papiros çəksəniz yaxşı
 olar.
Yad
 
yerdə olarkən,
 
ev sahibi siqaret təklif etməz­
sə,
 onda papiros 
çəkmək 
üçün icazə almalısınız.
Dostunuzun 
evinə qonaq gedibsiniz və dəqiq bilir­
siniz ki,
 onlarda papiros çəkən yoxdur, bu vaxt 
icazə 
almağa cəhd
 göstərməyin. Çünki bu hərəkətinizlə dos­
tunuzu pis vəziyyətdə qoya bilərsiniz. Bu 
vaxt ya döz­
məlisiniz, ya da 
eyvana 
çıxıb, siqaret çəkməlisiniz.
Hazırda işgüzar yığıncaqlarda papiros çəkilmir. 
Bunun 
üçün
 
adətən, fasilə elan edilir.
Uşaqların
 yanında
 
papiros çəkmək 
olmaz.
Yataq
 otağında
 papiros çəkməyin.
Məsciddə,
 
kilsədə, məktəbdə və 
qəbiristanlıqda 
papiros çəkməkdən
 çəkinin.
Papiros
 çəkən şəxsdə mütləq siqaret 
olmalıdır. 
Qadınlar
 
kişilərə od
 verməməlidirlər.
Sizə
 
od verənin əlindən kibriti 
və alışqanı al­
mayın.
Papiros 
çəkmək istəyən qadın öz kibritindən 
isti­
fadə 
etməlidir.
 Kişilər qadını qabaqlayıb, kibrit və alış­
qan
 
təklif edə bilərlər. Qadının 
əlindən kibrit qutusu­
nu
 almaq olmaz.
Söhbət 
edərkən, papirosu 
alışdırmaq ədəbsizlik­
dir.
Siqaret
 

 ya kibrit 
təklif edən ayağa durubsa, 
Siz də mütləq
 ayağa 
qalxmalısınız. 
Eləcə də, əyləşən 
ayaqüstə durana siqaret və ya od təklif edirsə, özü də 
ayağa
 
qalxmalıdır.
Od
 
və siqaret verdiyiniz şəxs Sizə yaxın əyləşib- 
sə,
 
ayağa qalxmaya 
da 
bilərsiniz.
Kibriti 
yana-yana üçüncü şəxsin qarşısından 
uzatmaq
 olmaz. Bunun üçün ayağa 
durub, 
ona yaxın­
laşmalısınız.
 
Siqaretinizlə başqasının siqaretini yandır­
maq
 düzgün 
deyil. Kibritinizi və
 ya alışqanınızı ona 
təklif 
etsəniz yaxşı olar.
136
137

Külü
 
boşqaba,
 vazaya 
və yerə tökmək qəti 
qadağandır.
 Papirosun 
külünü yalnız 
külqabına 
tökmək 
lazımdır. Yaxınlığınızda külqabı yoxdursa, xa­
hiş edib, gətirdə bilərsiniz.
Papirosun
 kötüyünü döşəməyə atmaq qətiyyən 
yolverilməzdir.
Siqareti 
yana-yana mebelin üstünə qoymaq olmaz.
Damaqda 
papiros 
salamlaşmaq 
və danışmaq ədəb­
sizlik 
hesab edilir.
Yanınızda
 əyləşənin 
və ya ayaq üstə 
duranın 
üzünə ehtiyyatsızlıq 
edib, tüstü buraxmaq
 olmaz.
Passiv
 papiros çəkənlər 
daha çox 
zərərçəkən 
olurlar
 
(papiros çəkməyən, ancaq tüstünü nəfəsinə çə­
kən).
 ’
İctimai
 
nəqliyyatda və təyyarədə papiros çəkmək 
qadağandır. Qatarın vaqonundakı işləməyən tambur si­
qaret
 
çəkmək üçün
 nəzərdə tutulub.
Qadınla
 qol-qola 
yol gedərkən, papiros çəkmək ol­
maz.
Sizi 
siqaretə
 qonaq edirlərsə,
 imtina etmək ədəb­
sizlikdir.
 
Yalnız 
belə demək 
olar: “Bu tütün mənə 
düşmür
”.
Papirosun kötüyünü yana-yana hara gəldi (sön­
məmiş) 
atmayın.
 
Eləcə də, siqareti tüstülənə-tüstülənə 
külqabına 
qoymayın. Sönmüş siqareti külqabından 
götürüb, yandırmaq yaxşı deyil.
Papiros
 
çəkib, qurtardıqdan s»nra kötüyünü 
eyvandan
 
aşağı tullamaq yaxşı deyil. Bu yanğın 
təhlükəsi 
yarada bilər.
Ümumiyyətlə,
 papiros çəkməmək 
daha yaxşıdır.
Yüklə 8,07 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin